Məhkəmə qərarları › İş №1(073)-33/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-33/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-33/2024 01.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 17:30 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə xx xxxxxx 2006-cı ildə Cəlilabad rayonunun Abışabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Abışabad kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, bu iş üzrə 23 sentyabr 2023-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin əvvəllərindən aralarında sevgi münasibətləri yaranmış, onun üçün aşkar surətdə on altı yaşına çatmayan həmkəndlisi və qonşusu olan xx xxxxxx 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmaq istədiyini bildirdiyi vaxt sonuncu da buna razılıq verdiyi üçün birinci dəfə 01 iyun 2023-cü il tarixdə, saatı 21 radələrində olmaqla 2023-cü ilin iyun-avqust ayları ərzində istintaqla dəqiq müəyyən edilməyən tarixlərdə Cəlilabad rayonu, Abışabad kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətində olan yarımçılıq tikilidə əvvəlcədən müəyyən etdikləri vaxtlarda görüşüb on altı yaşına çatmayan Zərərçəkmiş şəxs razılığı ilə cinsi ehtirasını təmin etmək məqsədilə öz cinsiyyət orqanını sonuncunun anus dəliyinə daxil etməklə onunla dəfələrlə qeyri təbii yolla cinsi əlaqədə olub sonuncuya qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad rayonunun Abışabad kəndində anadan olmuşdur. Həmin kənddə anası Səadət Sayılova və bacısı Hökümə Hüseynova ilə birlikdə yaşamışdır. Cəlilabad rayonu, Abışabad kəndində yaşayan Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır. Belə ki, Aysunla eyni kənddə yaşayırlar və Aysun onunla qonşuluqda yaşayır. Bundan əlavə Aysunun valideynlərinin onun valideynləri ilə uzaqdan qohumluq əlaqəsi vardır. 2023-cü ilin əvvəllərindən onların Aysun Ağayevlə sevgi münasibətləri yaranmışdır. Onlar həmin vaxtlarda yaşadığı Abışabad kənd məktəbində dəfələrlə görüşüb söhbət etmişlər. Bir müddət keçdikdən sonra təxminən 2023-cü ilin mart-aprel aylarında Aysun ona demişdir ki, ona mobil telefon alsın. Bundan sonra o, Aysuna mobil telefon almış və onlar mobil telefonla da əlaqə saxlamağa başlamışlar. Təxminən bir ay sonra Aysun ona demişdir ki, ona aldığı mobil telefonu anası tapıb və həmin mobil telefonu sındırıb. Bir müddət Aysun anasının mobil telefonu ilə onunla əlaqə saxlamışdır. Təxminən iki aya yaxın müddətdir ki, o, Aysuna yeni mobil telefon almış və onlar həmin mobil telefonla əlaqə saxlamışlar. Onlar Aysunla tez-tez kənd məscidinin həyətində görüşüb söhbət etmişlər. İlk dəfə 01 iyun 2023-cü il tarixdə, axşam saatlarında Aysunla yaşadığı evin həyətində yerləşən tövlədə görüşmüşlər. Həmin vaxt o, Aysunla cinsi əlaqəyə girmək istədiyini ona bildirmişdir. Aysun özünün də onunla cinsi əlaqəyə girməyə razı olduğunu, lakin bakirəliyinin pozulacağından qorxduğunu bildirmişdir. O, isə Aysuna arxa keçəcək dəliyi vasitəsilə cinsi əlaqədə olacaqları təqdirdə heç bir problemin olmayacağmı demişdir. Bundan sonra, Aysun onunla razılaşmışdır. Daha sonra Aysun özü əynində olan şalvarını və onun altında olan alt geyimini əynindən çıxartmış və daha sonra o, əynindəki şalvarı və alt geyimi də çıxarıb Aysunun arxasına keçmişdir. Həmin vaxt Aysundan onunla qeyri təbii yolla cinsi əlaqəyə girmək istədiyini ondan soruşmuşdur. Aysun onunla cinsi əlaqəyə girmək istədiyini bildirmişdir. Aysun özü əli ilə onun cinsi orqanını tutmuş, biraz sonra onun cinsi orqanı sərtləşmiş formaya gəlmişdir. Bundan sonra o, cinsi orqanını Aysunun anus dəliyinə salaraq onunla cinsi əlaqədə olmağa başlamışdır. O, Aysunla qeyri-təbii yolla təxminən 5-6 dəqiqə cinsi əlaqədə olmuş, yekunda öz spermasını Aysunun anus dəliyinə boşaltmş və oradan kənarlaşmışdır. Bundan sonra onlar tövləni tərk edərək oradan çıxmışlar və Aysun yaşadığı evə getmişdir. Həmin vaxtdan sonra təxminən 15 dəfə Aysunla qeyri təbbi yolla cinsi əlaqədə olmuş, Aysunun özü buna razı olduğunu bildirmiş və Aysunu heçnəyə məcbur etməmişdir. O, qorxuduğu üçün bir neçə dəfə Aysuna onunla qeyri təbbi yolla cinsi əlaqədə olmaq istəmədiyini desə də Aysun ona onunla cinsi əlaqədə olmayacağı təqdirdə özünü öldürəcəyini bildirmişdir. 22 sentyabr 2023-cü il tarixdə eşitmişdir ki, Aysunun atası Yusif onun Aysuna aldığı mobil telefonu tutmuş və Aysunu döymüş, bundan sonra Aysun 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Daha sonra onu Cəlilabad rayon polis şöbəsinə dəvət etmişlər. O da rayon polis şöbəsinə gəlmişdir. O, Zərərçəkmiş şəxs ilə qeyri təbbi yolla cinsi əlaqədə olduğu zaman onları heç kim görməmiş, bu barədə heç kimin məlumatı olmamışdır. Zərərçəkmiş şəxs ilə qeyri təbii yolla cinsi əlaqədə olan zaman onun on altı yaşının tamam olmadığını və 14 yaşının olduğunu bilmiş və heç vaxt Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməmişdir. Törətdiyi cinayət əməlindən peşimandır, o, Zərərçəkmiş şəxs sevir, cəzasını çəkib qurtardıqdan sonra onunla evlənmək niyyətindədir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmaq istəsədə valideynləri buna imkan verməmişlər. Məhkəmədən bu halları nəzərə almağı xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş zərərçəkmişin ifadəsi, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonu, Abışabad kəndində anadan olmuş, hazırda Cəlilabad rayonu, Abışabad kəndində atası Yusif Ağayev, anası Qanuni nümayəndə2, bacısı Sevinc Ağayeva, qardaşı Əli Ağayev və bibiləri Səbinə və Məhbubə ilə birlikdə yaşayır. O, 22 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək atası Yusif Ağayev tərəfindən döyüldüyünü və bu səbəbdən də yaşadığı evdən qaçdığını bildirmişdir. Yaşadığı kənddə onlarla qonşuluqda yaşayan Təqsirləndirilən şəxsla onun arasında 2023-cü ilin əvvəllərində sevgi münasibəti yaranmış və bu səbəbdən də onlar tez-tez görüşürmüşlər. Təxminən bir ay əvvəl Adışirin onun əlaqə saxlamaq üçün ona “Samsung J2” markalı mobil telefon alıb vermişdir. Həmin mobil telefonla onlar hər gün axşam bir-biriləri ilə əlaqə saxlamışlar. Həmin mobil telefonun onda olması barədə ailə üzvlərinin məlumatı olmamış və o da bu barədə heç kimə deməmişdir. 20 sentyabr 2023-cü il tarixdə, təxminən saat 17 radələrində o, həmin mobil telefonu yaşadığı otaqda enerji yığması üçün qoymuşdur. Həmin vaxt anası Qanuni nümayəndə2 həmin mobil telefonu görmüş və telefonu götürüb evin divarına vurmuşdur. Lakin anası bu barədə həmin gün atası Yusif Ağayevə heçnə deməmişdir. Səhəri gün, 21 sentyabr 2023-cü il tarixdə, saat təxminən 13 radələrində anası bu barədə atası Yusif Ağayevə məlumat vermişdir. Həmin vaxt yaşadığı evin həyətində usta işlədiyi üçün atası ona heçnə deməmiş, lakin həmin gün saat 15 radələrində usta getdikdən sonra atası Yusif Ağayev onu yanına çağıraraq tərbiyələndirmək məqsədi ilə bir dəfə şillə ilə üz nahiyəsindən vurmuş və ondan telefonu kimdən almağını soruşmuşdur. O isə həmin telefonu ona kimin verməsini atasına deməmişdir. Bundan sonra anası Əfsanə atası Yusifə həmin mobil telefonu Adışirinin ona alıb verməsini demişdir. Biraz keçdikdən sonra atası onun üstünə qışqıraraq ondan otağına getməyini istəmişdir. Bundan sonra o, ona məxsus olan otağa keçmişdir. Həmin gün gecə yarısı təxminən saat 02 radələrində o, atası Yusif Ağayevin onu daha ağır şəkildə cəzalandırmasından qorxaraq yaşadığı evdən çıxaraq kənd məscidinə getmişdir. Gecəni məsciddə qalmışdır. Səhəri gün günorta saat 13 radələrində məsciddə azan verildikdən sonra o, məsciddən çıxaraq məscidin yaxınlığında yaşayan Qəmər adlı qadının yanına getmiş və ondan xahiş etmişdir ki, ona mobil telefon versin. İlk öncə Qəmər adlı qadın ona mobil telefonu vermək istəməsə də sonradan onunla razılaşmışdır. Daha sonra o, 102 xidmətinə zəng edərək atası Yusif tərəfindən döyülməsini və bu səbəbdən də yaşadığı evdən qaçması barədə məlumat vermişdir. Biraz sonra polis əməkdaşları yaşadığı kəndə gələrək onu tapmışlar. Təqsirləndirilən şəxsla qeyri-təbii yolla cinsi əlaqədə olduğu zaman onları heç kim görməmiş, onunla öz razılığı və istəyi ilə qeyri təbii yolla cinsi əlaqədə olmuş və bu barədə heç kimin məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxsla təxminən 10-15 dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. İlk dəfə 01 iyun 2023-cü il tarixdə, təxminən saat 20 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən tövlədə onun razılığı ilə arxa keçəcək dəliyi vasitəsilə cinsi əlaqədə olmuş və Təqsirləndirilən şəxs ona qarşı heç bir əxlaqsız hərəkət etməmişdir. O, Təqsirləndirilən şəxs şikayətçi deyil, onunla barışmaq istəyir. Lakin valideynləri buna razı olmadıqları üçün barışmamışdır. Ona görə də Təqsirləndirilən şəxs həbslə əlaqəli olmayan cəza təyin etməsini xahiş edir. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT birliyinin Cəlilabad Rayon Şöbəsinin 23 sentyabr 2023-cü il tarixli 1027-№-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı bir xəsarət aşkar olunmamış, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmamışdır. Zərərçəkmiş şəxs onunla qeyri-təbii yolla (anus dəliyi vasitəsi ilə) cinsi əlaqədə olmaya dair əlamətlər aşkar olundu. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT birliyinin 30 sentyabr 2023-cü il tarixli 448-№-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X1 Məhkəmə Psixatrik Ekspertizasının 30 sentyabr 2023-cü il tarixli, 2768 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törətdiyi zaman onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə biləcək emosional vəziyyətdə olmamışdır. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs özünə və ətrafındakılarna zərər yetirmək təhlükəsi müəyyən edilmədi. Cinayət işinin materiallarında olan AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs atası Ağayev Yusif, anası Qanuni nümayəndə2 olmaqla, xx xxxxxx 2009-cu il tarixdə Cəlilabad şəhərində doğulmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmusu ilə təqsirələndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Cinayət işinin materiallarında olan AZ-İ 755135 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixdə doğulduğundan, cinayət törədərkən yetkinlik yaşına çatmayan şəxs olmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, Cəlilabad rayonu İHB-nin Şiləvəngə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasdı Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Bundan əlavə, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 13-cü bəndinə əsasən, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngülük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən konkret halların nəzərə alındığı göstərilməlidir. İş materialında olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(073)- 130/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.Həbsə alınmanın əvvəli 23 sentyabr 2023-cü ildən hesablanmışdır. Cəza məsələsini müzakirə edərək məhkəmə, Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin əvvəli 23 sentyabr 2023-cü il tarixdən hesablansın. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar