Məhkəmə qərarları › İş №1(073)-34/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-34/2023

16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-34/2023 16.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamının Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1998-ci ildə Rusiya Federasiyasının, Krasnoyarsk vilayətində doğulan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Astara rayonu, Kijəbə qəsəbəsi, Puşkin küçəsi, ev 4-də yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 21 iyun 2022-ci il tarixdə, saat 13 radələrində qanuni əsaslarla idarə etdiyi özünə məxsus “X4” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cəlilabad rayonu, Muğan kəndi ərazisində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisindən Muğan kəndi istiqamətində hərəkətdə olarkən, onun arxasınca eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs qanuni əsaslarla idarə etdiyi özünə məxsus “VAZ 21063 minik” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan sonuncuda sağ diz qapağının yerini dəyişən qapalı qəlpəli sınığı və sağ diz oynağı nahiyəsində şişkinlik əmələ gəlməsi müşaiyət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ehtiyyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, BC dərəcəli sürücüdür. İdarə etdiyi “X2 Yük” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili təxminən 1 il əvvəl almış və sürücülük vəsiqəsi əsasında idarə etmişdir. 21 iyun 2022-ci il tarixdə, saat 11 radələrində şəxsi işi ilə əlaqədar ona məxsus olan avtomobili ilə Cəlilabad rayonu, Göytəpə şəhərindən Muğan kəndi istiqamətində hərəkət etmişdir. Muğan kəndi ərazisində onun sürəti təxminən 40 km/saat olmuşdur. Təxminən 20 metr qarşıdan sola dönmək istəmişdir. Həmin vaxt sol yan güzgüdən arxaya baxmış və arxasınca otla dolu at arabasının gəldiyini görmüşdür. at arabasının surəti az olmuşdur. O da sola dönmə işıq siqnalını yandıraraq dönmək üçün surətini azaltmağa başlamışdır. O, manevr edərək dönməyə başlayarkən arxadan tormoz səsi eşitmiş və sol yan güzgüdə arxaya baxarkən qırmızı rəngli VAZ 21063 markalı avtomobilin onun idarə etdiyi avtomobilə doğru gəldiyini görmüşdür. Həmin avtomobil yüksək surətlə gəldiyinə görə o, hadisədən yayına bilməmiş və həmin avtomobilin sol qabaq hissəsi onun avtomobilinin sol yan hissəsindən dəymişdir. Onlar hər ikisi avtomobildən yerə enmişlər. Digər avtomobilin sürücüsü İbrahim sağ ayağından xəsarət aldığı üçün tanımadığı şəxs İbrahimi öz idarə etdiyi avtomobilə qoyaraq onu xəstəxanaya aparmışdır. Həmin vaxt polis əməkdaşları hadisə yerinə gəlmişlər və onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Hazırda zərərçəkmiş şəxslərlə barışıq əldə etmisini və dəymiş ziyanı tam ödədiyini bildirərək məhkəmədən onun barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində tanınmış və ifadəsi alınmış Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, idarə etdiyi “VAZ 21063” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili təxminən 3 il əvvəl almış və sürücülük vəsiqəsi əsasında idarə etmişdir. 21 iyun 2022-ci il tarixdə, saat 13 radələrində şəxsi işi ilə əlaqədar avtomobili ilə Cəlilabad rayonu, Göytəpə şəhərindən Muğan kəndi istiqamətində hərəkət etmişdir. Muğan kəndi ərazisində onun sürəti təxminən 80 km/saat olmuşdur. O, yolda heç bir maneə görməmiş və yolla hərəkət etmişdir. Təxminən 50 metr qarşıda “Ford” markalı avtomobilin yolun sağında dayandığını görmüşdür. Biraz hərəkət etdikdən sonra təxminən həmin avtomobilə 23 metr qalmış həmin avtomobil dönmə işıq siqnalını yandırmadan yolun sol tərəfinə doğru hərəkət etməyə başlamışdır. O, dərhal əyləc pedalına basmış və avtomobili saxlamağa çalışmışdır. Lakin, onun idarə etdiyi avtomobil dayanmamış və qabaq hissəsi ilə həmin “Ford” markalı avtomobilin sol qabaq hissəsinə dəymişdir. Həmin vaxt hər iki ayaq nahiyəsi xəsarət almışdır. Hadisə nəticəsində oraya kənd sakinləri yığışmışdır. Xatırlamadığı şəxs idarə etdiyi avtomobilə qoyaraq onu xəstəxanaya aparmışdır. Sonradan ona məlum olmuşdur ki, “Ford” markalı avtomobilin sürücüsü əvvəllər tanımadığı Təqsirləndirilən şəxsdur. Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almağı ilə bağlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tərəfindən müalicə xərclərinin ödənildiyini, onunla barışdığını və heç bir şikayət və tələbinin olmadığını və icraata xitam verilməsinə etirazının olmadığını bildirdi. İş materiallarında olan 21 iyun 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və sxemdən görünür ki, hadisə Cəlilabad rayonu, Muğan kəndi ərazisində baş vermişdir. Yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfaltbeton olmaqla düz, quru vəziyyətdə, 2 hərəkət hissədən ibarət, hərəkət hissənin ümumi eni 6 metr, hər bir hərəkət zolağının eni isə 3 metr olmuşdur. Hadisə yerinə baxış zamanı “VAZ 21063 minik” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus 23 metr uzunluğunda tormoz izi müəyyən edilmişdir. Hadisədən əvvəl qəzaya uğrayan avtomobillər texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə yerinə baxış zamanı avtomobillərin toqquşma nöqtəsi müəyyən edilmiş, belə ki, toqquşma Göytəpə şəhərində Muğan kəndi istiqamətində yolun sağ tərəfindən sol tərəfinə 5 metr məsafədə baş vermişdir. Qəzaya uğramış avtomobillərdə yük və sərnişin olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Cəlilabad rayon şöbəsindən verilən 05 avqust 2022-ci il tarixli, 503 saylı rəyə əlavədən görünür ki, Zərərçəkmiş şəxs sağ diz qapağının yerini dəyişən qapalı qəlpəli sınığı və sağ diz oynağı nahiyəsində şişkinlik müəyyən olunmuşdur, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan 21 iyun 2022-ci il tarixli, 588 saylı Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs ayıq olmuşdur. İş materiallarında olan 21 iyun 2022-ci il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “X2 Yük” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobil ağ rəngdədir, nömrə nişanları üstündədir. Avtomobilin sol yan tərəfində zədələr müəyyən edildi. İş materiallarında olan 21 iyun 2022-ci il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “VAZ 21063 minik” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil qırmızı rəngdədir, nömrə nişanları üstündədir. Avtomobilin qabaq və sol yan tərəfində zədələr müəyyən edildi İş materiallarında olan məhkəmə yol nəqliyyat hadisələri üzrə 03 oktyabr 2022-ci il tarixli, 8/2474 nömrəli rəydən görünür ki, Ford Tranzit markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci madəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Cəlilabad rayon X1 X3 tərəfindən verilmiş 07 fevral 2023-cü il tarixli 3-13-71/2-3854/2023 №-li məktubunda xx xxxxxx 1998-ci ildə Rusiya Federasiyasının, Krasnoyarsk vilayətində doğulan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs adına BC katoqoriyalı sürücülük vəsiqəsinin var və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumatın qeydə alınmadığı göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Beləliklə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, habelə məhkəmə tibb və yol-nəqliyyat hadisələri haqqında ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 08 fevral 2023-cü il tarixdə notarial qaydada təsdiq edilmiş və iş materiallarına əlavə edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs 16 fevral 2023-cü il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs 16 fevral 2023-cü il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı tam ödəməsini və onlarla barışmasını nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CM-in 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, “Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir”. “Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda” məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin yazılı vəsatətlərindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tamamilə ödənilmiş və onlar barışmışlar. Zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, dövlət ittihamçısını və digər proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasının araşdırılması üçün məhkəmənin yekun qərarının surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. İş üzrə Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 128 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ41NABZ********************) keçirilməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə... QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunsun. İş üzrə Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasının araşdırılması üçün məhkəmənin yekun qərarının surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 128 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ41NABZ********************) keçirilməlidir. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar