Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-34/2025 09.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərəçəkimş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Əliguşad oğlunun, Təqsirləndirilən şəxs, onun müdafiəçisi X3 iştirakları ilə, 11 avqust 1976-cı il tarixdə Cəlilabad rayonu, Ağdaş kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Cəlilabad rayonu, Ağdaş kəndində qeydiyyatda olmaqla yaşayan, 15 yanvar 2025-ci il tarixdə barəsində Cəlilabad rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbirinin seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 151 və 156.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, qapalı məhkəməi clasında baxaraq, məhkəmə, M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 06 oktyabr 2024-cü il tarixdə, saat 15 radələrində Cəlilabad rayonu, Privolnoye kəndi ərazisində yerləşən “İnci” şadlıq sarayının qarşısında olan zaman əvvəlcədən tanıdığı başqa şəxslə rəsmi nikahda olan Zərərçəkmiş şəxs1 Cəlilabad rayonu, Kazımabad kənd sakini Zərərçəkmiş şəxs2 Əlgüşad oğlunun idarə etdiyi “Vaz 2106” markalı, “**-BC-***” dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdiyini və onların Göytəpə şəhəri istiqamətində hərəkət etdiklərini görüb, aralarında sevgi münasibətləri olmasından şübhələndiyi üçün idarə etdiyi, özünə məxsus “Vaz 2107” markalı, “**-EB-***” dövlət qeydiyyat nişanlı avtomobillə onları izləyərək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ünvan 1 ünvanında yerləşən sonuncuya məxsus fərdi yaşayış evinə daxil olmasından təxminən 10-15 dəqiqə sonra evdən 60-70 metr aralı məsafədə saxladığı avtomobilindən düşüb istifadəsində olan “Samsung Galaxy A10” markalı, “SM-A105F/DS” model smartfon vasitəsilə əvvəlcə həmin küçədə olan Zərərçəkmiş şəxs2 məxsus “Vaz 2106” markalı, “**-BC-***” dövlət qeydiyyat nişanlı avtomobilin, Zərərçəkmiş şəxs2la Zərərçəkmiş şəxs1 daxil olduğu ikimərtəbəli fərdi yaşayış evinin şəkillərini çəkmiş və evin hasarından aşaraq həyətinə daxil olub həyət qapısının üzərində olan açarları götürərək cibinə qoymuş, daha sonra evin birinci mərtəbəsində yerləşən yataq otağının pəncərəsindən Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 cinsi əlaqədə olmasının şahidi olaraq mobil telefonun kamerasını otağın pəncərəsinə dayamaqla Zərərçəkmiş şəxs2la Zərərçəkmiş şəxs1 intim münasibətlərini əks etdirən ümumilikdə 5:24 dəqiqədən ibarət 02 ədəd videgörüntülərini qeydə almış və mobil telefonunda saxlamaqla zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 şəxsi və ailə həyatının sirri olan məlumatlarını, yəni cinsi əlaqədə olmasını əks etdirən video və foto çəkilişi materiallarını qanunsuz toplamışdır. Bundan başqa, o, rüsvayedici məlumatlara sahib olduğuna görə ondan psixoloji və sair cəhətdən faktiki asılı vəziyyətə düşəcəyinə əmin olduğu Zərərçəkmiş şəxs1 haqqında qanunsuz topladığı həmin rüsvayedici məlumatları yayacağı ilə hədə-qorxu gəlməklə sonuncunu onunla cinsi əlaqəyə girməsinə məcbur etmək qərarına gələrək həmin gün, yəni 06 oktyabr 2024-cü il tarixdə saat 21 radələrində istifadəsində olan “+**********54” mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “Whatsapp” mobil tətbiqindən Zərərçəkmiş şəxs1 istifadəsində olan “+**********21” mobil telefon nömrəsinə əvvəlcə sonuncunun Zərərçəkmiş şəxs2la əlaqəsinin olması ilə bağlı söz-söhbətlər yayılmasına və onunla da cinsi əlaqədə olmasına dair yazılı və səsli mesajlar göndərmiş, buna razı olmadığı halda isə Zərərçəkmiş şəxs1 haqqında rüsvayedici məlumatlara sahib olmasına inandırıb sonuncunu onunla cinsi əlaqəyə girməsinə məcbur etmək üçün Zərərçəkmiş şəxs2 avtomobilinin, evinin, evin açarlarının şəklini, eləcə də Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2la cinsi əlaqədə olmasını təsdiq edən görüntünü “Whatsapp” mobil tətbiqindən Zərərçəkmiş şəxs1 mobil nömrəsinə göndərməklə, 07 oktyabr 2024-cü il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı küçədə gözləyərək gördüyü vaxt ona yaxınlaşıb tələbləri ilə razılaşmasını deməklə, habelə həmin gün saat 16 radələrində aralarında olan sonuncu telefon danışığı zamanı həmin günün sonuna kimi onunla cinsi əlaqədə olmayacağı təqdirdə barəsində malik olduğu rüsvayedici məlumatı sosial şəbəkələrdə paylaşacağı və işlədiyi məktəb kollektivi arasında yayaraq onu rüsvay edəcəyi barədə yenidən bildirməklə hədə-qorxu gəlmiş, bu hərəkətləri ilə Zərərçəkmiş şəxs1 sair asılılığında istifadə etməklə, yəni Zərərçəkmiş şəxs1 haqqında malik olduğu rüsvayedici məlumatları yaymaq hədəsi ilə sonuncunu onunla cinsi əlaqəyə girməyə məcbur etmişdir. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151 və 156.1-ci maddələri ilə ittiham elan edilmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, toy mərasimlərində videoçəkilişlə məşğul olur, bununla yanaşı, boş vaxtlarında idarə etdiyi özüməməxsus “Vaz 2107” markalı, “**-EB-***” dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən “Qardaşlar” marketin qarşısında dayanaraq taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs1 təxminən 1 ilə yaxın müddətdir ki, Cəlilabad rayon, Oğrubulaq kənd ümumi orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. O, Zərərçəkmiş şəxs1 təxminən 3-4 il əvvəl tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs1 müəllimə işləməmişdən əvvəl o Zərərçəkmiş şəxs1 ailə üzvlərinin, eləcə də bir sıra qohumlarının xeyir işlərində videoçəkiliş aparmışdır. Bununla yanaşı, 1 il bundan əvvəl Zərərçəkmiş şəxs1 Cəlilabad rayon Oğrubulaq kənd ümumi orta məktəbində müəllimə kimi işə düzələn zaman ilk dəfə həmin məktəbə X9 ilə birlikdə o aparmışdır. O, Zərərçəkmiş şəxs1 qiyabi tanımış, onun Vüsalə ilə hər hansı bir ədavət və düşmənçiliyi, o cümlədən yaxın münasibəti olmamışdır. Təxminən 1 ilə yaxın müddətdir ki, Zərərçəkmiş şəxs1 işlədiyi Cəlilabad rayon Oğrubulaq kənd ümumi orta məktəbinə Cəlilabad rayon Fətullaqışlaq kənd ümumi orta məktəbində müəllim işləyən İlqar adlı şəxs aparıb-gətirirdi. O, İlqar adlı şəxsi qiyabi olaraq tanıyır, İlqarın məktəbdə müəllim işlədiyini bilirdi. Onun İlqarla da hər hansı bir ədavət və düşmənçiliyi, o cümlədən yaxın münasibəti olmamışdır. O özü də Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2la məktəbə gedib-gəldiyi yolla sərnişin daşıyırdı. O, həmin avtomobil vasitəsilə sərnişin daşıyan zaman bir neçə dəfə əks istiqamətdə gələn Zərərçəkmiş şəxs2 idarə etdiyi “Vaz 2106” markalı, “**-BC-***” dövlət qeydiyyat nişanlı avtomobilin içərisində Zərərçəkmiş şəxs1 avtomobilin qabaq sərnişin oturacağında oturduğunu və başını Zərərçəkmiş şəxs2 çiyninə qoyaraq həmin vəziyyətdə məktəbdən qayıtdıqlarının, iş vaxtından kənar Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 Göytəpə şəhəri ərazisində görüşdüklərinin və Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin arxa şüşələrini qara plyonka ilə örtməsinin şahidi olmuşdur. Bundan sonra, o, Vüsalə ilə İlqarın yaxın münasibətdə olmaqlarından şübhələnmiş və Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2la yaxın münasibət yaşadığını başa düşmüşdür. Onun da Zərərçəkmiş şəxs1 xoşu gəldiyi üçün sonuncunun ünsiyyətdə olduğu şəxs barədə maraqlanaraq öyrənmişdir ki, həmin şəxs əslən Cəlilabad rayonu, Kazımabad kəndindən olmaqla subay oğlandır və Zərərçəkmiş şəxs1 ilə intim münasibət yaşayır. 06 oktyabr 2024-cü il tarixdə, saat 15 radələrində o, Privolnoye kəndində, “İnci” şadlıq sarayının qarşısında olan zaman Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 idarə etdiyi “Vaz 2106” markalı, “**-BC-***” dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdiyini və Vüsalə ilə İlqarın Göytəpə şəhəri istiqamətində hərəkət etdiklərini görüb izləmək qərarına gəlmiş və idarə etdiyi avtomobili Vüsalə ilə İlqarın arxasınca sürərək Vüsalə ilə İlqarın avtomobili Kazımabad kəndinin girəcəyindən təxminən 5 dəqiqəlik məsafədə yerləşən təzə tikilmiş fərdi yaşayış evinin qarşısında saxladığını və avtomobildən düşərək həmin fərdi yaşayış evinə girdiklərini görmüşdür. Vüsalə ilə İlqar evə daxil olduqdan təxminən 10-15 dəqiqə sonra, o, idarə etdiyi avtomobildən düşərək Zərərçəkmiş şəxs2 məxsus “Vaz 2106” markalı, “**-BC-***” dövlət qeydiyyat nişanlı avtomobilin və Zərərçəkmiş şəxs2la Zərərçəkmiş şəxs1 daxil olduğu yeni tikilmiş ikimərtəbəli fərdi yaşayış evinin şəkillərini mobil telefonu vasitəsilə çəkmişdir. Daha sonra hasardan tullanaraq həmin fərdi yaşayış evinin həyətinə daxil olmuşdur. O, həyətə daxil olan zaman həyət qapısının açarı arxa tərəfdən qapının üzərində idi. O, həmin açarları qapıdan çıxardaraq cibinə qoymuşdur. Bundan sonra, o, fərdi yaşayış evinin ətrafında dövrə vuraraq Vüsalə ilə İlqarın olduğu yeri müəyyən etmək üçün evin pəncərələrindən evin içərisinə baxmağa başlamış, təxminən 2-3 pəncərədən baxaraq Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 görməmiş, daha sonra evin küçə tərəfə baxan istiqamətdə yerləşən birinci mərtəbədəki pəncərəsindən baxan zaman Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 cinsi əlaqədə olmasının şahidi olmuşdur. Bundan sonra, üzərində olan ona məxsus “Samsung A 10” markalı mobil telefonu pəncərəyə dayayaraq telefonun kamerası vasitəsilə Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 cinsi əlaqədə olmasını əks etdirən videogörüntünü qeydə almışdır. O, təxminən 5 dəqiqə müddətində Vüsalə ilə İlqarın videosunu çəkdikdən sonra, Zərərçəkmiş şəxs1 pəncərədən onun video çəkdiyini görüb qışqırmış, o da qışqırıq səsindən dərhal sonra həmin fərdi yaşayış evinin həyətinin giriş qapısından çıxaraq evdən təxminən 60-70 metr aralıqda saxladığı avtomobilə minib həmin ərazidən uzaqlaşmış və Göytəpə şəhərinə gəlmişdir. O, avtomobilə mindikdən sonra avtomobilin içərisində fərdi yaşayış evinin həyət qapısından götürdüyü açarların da şəkillərini çəkmişdir. Həmin gün saat 21 radələrində o, istifadəsində olan “+**********54” mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “Whatsapp” mobil tətbiqindən Zərərçəkmiş şəxs1 istifadəsində olan “+**********21” mobil telefon nömrəsinə əvvəlcə Vüsalənin Zərərçəkmiş şəxs2la məktəbə gedib-gəlməməyi, Vüsalə haqqında pis söz-söhbətlər yayılması məzmununda yazılı ismarıclar göndərmişdir. Vüsalə də ona xəbərdarlığı üçün təşəkkürünü bildirib onu narahat etməməyini demiş, lakin o, Vüsalədən əl çəkməyərək, dediklərinin ikisi arasında qalacağını, 1 ildir ki, onu izlədiyini, xoşu gəldiyini, onu Zərərçəkmiş şəxs2la birlikdə gördüyünü, onda Vüsalə ilə İlqarın videogörüntülərinin olduğunu, onunla da cinsi əlaqədə olmadığı təqdirdə, həmin videogörüntüləri sosial şəbəkələrdə yayacağı, eləcə də işlədiyi məktəbin kollektivi arasında Vüsaləni rüsvay edəcəyi barədə Vüsaləyə ismarıclar yazaraq, eləcə də səs yazıları göndərərək hədə-qorxu gəlmişdir. Lakin onun israrla Zərərçəkmiş şəxs1 xəbərdarlıq etməyinə baxmayaraq sonuncu onunla cinsi əlaqədə olmağa razılıq verməmişdir. O da Vüsalənin bu hərəkətlərindən əsəbiləşərək Zərərçəkmiş şəxs2 avtomobilinin, yeni tikilmiş evinin, evin açarlarının şəklini, eləcə də Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2la cinsi əlaqədə olmasını təsdiq edən videogörüntüdən çəkdiyi ekran görüntüsünü “Whatsapp” mobil tətbiqindən Zərərçəkmiş şəxs1 mobil nömrəsinə göndərmişdir. O, həmin şəkilləri Zərərçəkmiş şəxs1 göndərdikdən sonra Zərərçəkmiş şəxs1 ona heç bir cavab verməmiş, daha sonra da mobil telefonun internet əlaqəsini söndürmüşdür. Növbəti gün, saat 09 radələrində əvvəlcə Zərərçəkmiş şəxs2, daha sonra sonuncunun anası Afaq adlı qadın ona zəng edərək Zərərçəkmiş şəxs2 adının həmin işlə əlaqədar hallanmamasını bildirmiş, o da Zərərçəkmiş şəxs2 və sonuncunun anasına onun Zərərçəkmiş şəxs2la hər hansı bir probleminin olmadığını, işinin Zərərçəkmiş şəxs1 ilə olduğunu demişdir. 07 oktyabr 2024-cü il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs1 dərsdən evə qayıdan zaman yaşadığı evin qarşısında olanda o, idarə etdiyi “Vaz 2107” markalı, “**-EB-***” dövlət qeydiyyat nişanlı avtomobili Vüsalənin yanında saxlamış və sonuncuya göndərdiyi ismarıclara baxmasını bildirmiş, daha sonra Vüsalə qışqıraraq atasını səsləmiş, o da avtomobili sürərək həmin yerdən uzaqlaşmışdır. O, Zərərçəkmiş şəxs1 məktəbdən həmin vaxtlarda qayıtdığını bildiyi üçün əvvəlcədən Vüsalənin yaşadığı küçədə duraraq Vüsaləni gözləmişdir. O, Zərərçəkmiş şəxs1 yanından uzaqlaşdıqdan təxminən 2 saat sonra, saat 16 radələrində onun mobil telefonuna Zərərçəkmiş şəxs1 mobil nömrəsindən zəng gəlmiş, o, həmin zəngi açan zaman qarşı tərəfdən bir nəfər tanımadığı qadın ona Zərərçəkmiş şəxs1 əl çəkməyini bildirib ona qarşı nalayiq ifadələr işlətmişdir. O, həmin qadına qarşılıq verməyərək zəngi bitirmişdir. O, zəngi bitirdikdən təxminən 3-4 dəqiqə sonra Zərərçəkmiş şəxs1 özü ona yenidən zəng edib Vüsalədən əl çəkməyini bildirmiş, o isə Vüsaləyə həmin günün son gün olduğunu, həmin gecə Vüsalə ilə cinsi əlaqəyə olmaq istədiyini, Vüsalədən xoşu gəldiyini bildirib onunla cinsi əlaqədə olmadığı təqdirdə Zərərçəkmiş şəxs2la cinsi əlaqədə olmasını əks etdirən videogörüntüləri sosial şəbəkələrdə paylaşacağı və məktəb kollektivi arasında Vüsaləni rüsvay edəcəyi barədə yenidən zəng zamanı Vüsaləyə hədə-qorxu gəlmişdir. Bundan sonra, həmin gün o, saat 17 radələrində Cəlilabad RPŞ-nin Göytəpə PB-nə dəvət olunmuş və bölməyə getmişdir. Onunla Zərərçəkmiş şəxs1 arasında yaxın münasibət, o cümlədən cinsi əlaqə olmamışdır. O, Zərərçəkmiş şəxs1 qiyabi tanıyır. Zərərçəkmiş şəxs1 təxminən 1 ilə yaxın müddətdir ki, Cəlilabad rayon, Oğrubulaq kənd ümumi orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. O, Zərərçəkmiş şəxs1 təxminən 3-4 il əvvəl tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs1 müəllimə işləməmişdən əvvəl o, onun ailə üzvlərinin, eləcə də bir sıra qohumlarının xeyir işlərində videoçəkiliş aparmışdır. Bununla yanaşı, 1 il bundan əvvəl Zərərçəkmiş şəxs1 Cəlilabad rayon Oğrubulaq kənd ümumi orta məktəbində müəllimə kimi işə düzələn zaman ilk dəfə həmin məktəbə X9 ilə birlikdə o, aparmışdır. Həmçinin, sonuncu dəfə o, Vüsaləni Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən “Qardaşlar” marketin qarşısında avtomobilində əyləşən digər 2 nəfər sərnişinlə birlikdə yaşadıqları evə aparmış, Vüsalə də ona 1 manat ödəniş etmişdir. Onun Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2la cinsi əlaqədə olmasını əks etdirən videogörüntüləri çəkərək həmin videogörüntüdən çəkdiyi ekran görüntüsünü “Whatsapp” mobil tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs1 mobil nömrəsinə göndərməkdə məqsədi Zərərçəkmiş şəxs1 onunla cinsi əlaqədə olmasına şərait yaratmaq, Zərərçəkmiş şəxs1 onunla cinsi əlaqəyə girməyə məcbur etmək olmuşdur. Bu səbəbdən o, həmin videogörüntüdən çəkdiyi ekran görüntüsünü Zərərçəkmiş şəxs1 göndərərək Vüsaləyə hədə-qorxu gəlirmş. Lakin o, həmin videogörüntüləri, eləcə də videogörüntüdən çəkdiyi ekran görüntüsünü Zərərçəkmiş şəxs1 başqa digər hər hansı bir şəxsə göndərməmişdir. O, Zərərçəkmiş şəxs1 ailə üzvlərini tanıyır. Zərərçəkmiş şəxs1 və qohumlarının xeyir işlərində videoçəkiliş aparmışdır. Bu səbəbdən Vüsalənin valideynlərinin mobil nömrəsi onda vardır. Vüsal Orucəliyeva müəllim işlədiyindən Vüsalənin məşğələ keçdiyi və məşğələ barədə ətraflı məlumat əldə etmək üçün valideynləri təxminən 1 ay bundan əvvəl “Whatsapp” mobil tətbiqinin “statuslar” bölməsində Vüsal Orucəliyevanın mobil nömrəsi qeyd olunan yazı paylaşmışlar. O da həmin statusda paylaşılan yazıdan Zərərçəkmiş şəxs1 nömrəsini götürərək mobil telefonumun rəhbərində qeydiyyat almışdır. O, Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 cinsi əlaqə olmasını əks etdirən videogörüntüdən çəkdiyi ekran görüntüsünü Zərərçəkmiş şəxs1 başqa digər hər hansı bir şəxsə göndərməmiş, eləcə də videogörüntüləri və ya videogörüntüdən çəkdiyi ekran görüntüsünü hər hansı bir sosial şəbəkədə paylaşmamışdır. Onun niyyəti yalnız Zərərçəkmiş şəxs1 onunla cinsi əlaqədə olmağını təmin etmək, Zərərçəkmiş şəxs1 cinsi əlaqəyə məcbur etmək üçün həmin videogörüntülər vasitəsilə Vüsaləyə hədə-qorxu gəlmək olmuşdur. O, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və ya digər hər hansısa şəxsdən Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 cinsi əlaqədə olmağını əks etdirən videogörüntüləri yaymamağı və ya məktəb kollektivi arasında Vüsalə ilə İlqarı rüsvay etməməyi üçün hər hansı bir maddi nemət, pul vəsaiti, əmlak, əmlaka olan hüquq və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməyi tələb etməmişdir. Onun məqsədi yalnız həmin videogörüntülərdən istifadə edərək Zərərçəkmiş şəxs1 ilə cinsi əlaqəyə girmək olmuşdur. Hal-hazırda zərərçəkmiş şəxslərə barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Əməlindən səmimi peşmandır. Məhkəmədən barəsində olan CM-nin 156.1ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. İşin məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərdi ki, 2023cü ilin iyul ayında o, X17 tərəfindən keçirilmiş müəllimlərin işə qəbul imtahanında (MİQ-də) iştirak etmiş və 2023-cü ilin sentyabr ayından Cəlilabad rayon Oğrubulaq kənd ümumi orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi işləməyə başlamışdır. Cəlilabad rayon, Oğrubulaq kənd ümumi orta məktəbi onun yaşadığı ərazidən uzaqda yerləşdiyindən o, həmin məktəbə gedib-gəlməkdə çətinlik çəkirmiş. Bu səbəbdən onlar onun məktəbə gedib-gəlməyi üçün taksi sürücü maraqlanırmışlar. Həmin vaxt onlar öyrənmişlər ki, işlədiyi məktəbdən Afiq, Sevda və Mirəsgər müəllim Cəlilabad rayon Oğrubulaq kənd ümumi orta məktəbi ilə qonşu Fətullaqışlaq kəndində yerləşən Cəlilabad rayon, Fətullaqışlaq kənd ümumi orta məktəbinin tarix müəllimi Zərərçəkmiş şəxs2 ilə birlikdə sonuncuya məxsus “Vaz 2106” markalı, “**-BC-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə məktəbə gedib-gəlir. Bundan sonra, onun atası Şahid2 Zərərçəkmiş şəxs2la danışaraq sonuncudan onu da məktəbə aparıb-gətirməsini xahiş etmişdir. O, həftədə 4 dəfə Zərərçəkmiş şəxs2 və digər müəllimlərlə birlikdə İlqar müəllimə məxsus avtomobillə birlikdə işlədiyi məktəbə gedib-gəlir və bunun müqabilində o, Zərərçəkmiş şəxs2 aylıq 140 (yüz qırx) manat ödəniş edirmiş. O, təxminən 9 aya yaxın müddətdir ki, Zərərçəkmiş şəxs2 avtomobili ilə məktəbim adlarını qeyd etdiyi digər müəllimləri ilə birlikdə məktəbə gedibgəlirmiş. Bu müddət ərzində onun Zərərçəkmiş şəxs2la ünsiyyəti yaranmış və 2024-cü ilin aprel ayından onların arasında yaxın münasibət formalaşmışdır. 2024-cü ilin may ayından sonra isə aralarında intim münasibət yaranmağa başlamışdır. Belə ki, onun məktəbdə dərsləri olmadığı günlərdə Zərərçəkmiş şəxs2 istifadəsində olan “Vaz 2106” markalı, “**- BC-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə ay ərzində 1-2 dəfə onun ailə üzvləri ilə birlikdə yaşadığı evə gələrək onu evdən götürür və onlar avtomobildə söhbət edirmişlər. Həmçinin 2024-cü ilin may ayından sonra Zərərçəkmiş şəxs2 təxminən 3-4 dəfə istifadəsində olan “Vaz 2106” markalı, “**-BC-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə onun ailə üzvləri ilə birlikdə yaşadığı evə gələrək onu evdən götürmüş və Cəlilabad rayonu, Kazımabad kəndində yerləşən yeni inşa olunmuş ikimərtəbəli özünəməxsus fərdi yaşayış evinə aparırmış. Onlar fərdi yaşayış evinin birinci mərtəbəsində qonaq otağında təbii yolla cinsi əlaqədə olurmuşlar. Sonuncu dəfə, 06 oktyabr 2024-cü il tarixdə, həftənin bazar günü Zərərçəkmiş şəxs2 öz istifadəsində olan avtomobili ilə onun ailə üzvləri ilə birlikdə yaşadığı evə gəlib yenidən onu Kazımabad kəndində yerləşən yeni inşa olunmuş fərdi yaşayış evinə aparmışdır. Orada onlar Zərərçəkmiş şəxs2la evin birinci mərtəbəsində, qonaq otağında təbii yolla cinsi əlaqədə olmuşlar. Onlar Zərərçəkmiş şəxs2la həmin evdə təxminən 10-15 dəqiqə ərzində cinsi əlaqədə olduqdan sonra sonuncu istifadəsində olan avtomobili vasitəsilə onu Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən “Göytəpə Mall” ticarət mərkəzinin qarşısına gətirib düşürtmüş və o, oradan yaşadığı evə getmişdir. Həmin gün təxminən saat 22 radələrində onun istifadəsində olan “+**********21” mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “Whatsapp” mobil tətbiqinə tanımadığı “+**********54” mobil nömrəsindən əvvəlcə onun Zərərçəkmiş şəxs2la məktəbə gedib-gəlməməyi, haqqında pis söz-söhbətlər yayılması məzmununda yazılı ismarıclar gəlmişdir. O da həmin şəxsi tanımadığından xəbərdarlığı üçün təşəkkürünü bildirib onu narahat etməməsini demiş, lakin həmin şəxs ondan əl çəkməmiş, dediklərinin ikisi arasında qalacağını, 1 ildir ki, onu izlədiyini, ondan xoşu gəldiyini, onu Zərərçəkmiş şəxs2la birlikdə gördüyünü, onların videogörüntülərinin olduğunu, həmin şəxslə də cinsi əlaqədə olmadığı təqdirdə, həmin videogörüntüləri sosial şəbəkələrdə yayacağı, eləcə də işlədiyi məktəbin kollektivi arasında onu rüsvay edəcəyi barədə ona ismarıclar yazaraq, eləcə də səs yazıları göndərərək hədə-qorxu gəlmişdir. Bundan sonra həmin şəxs onun mobil nömrəsinə Zərərçəkmiş şəxs2la sonuncunun təzə inşa olunmuş evinin birinci mərtəbəsində cinsi əlaqədə olmağını əks etdirən çılpaq şəkillərini, İlqar müəllimin evinin, evin qapısının açarının, İlqar müəllimin istifadəsində olan avtomobilin şəkillərini göndərmiş və 06 oktyabr 2024-cü il tarixdə onun Zərərçəkmiş şəxs2la cinsi əlaqədə olmağını sonuncunun fərdi yaşayın evinin birinci mərtəbəsinin pəncərəsindən izləyərək həmin anların öz mobil telefonunun kamerası vasitəsilə videosunu qeydə aldığını, hətta evin açarlarını da evin qapısının üzərində götürdüyün bildirmişdir. Daha sonra istifadəsində olan “+**********54” mobil nömrədən onun istifadəsində olan “+**********21” mobil telefon nömrəsinə zəng edərək açıq şəkildə həmin şəxslə cinsi əlaqədə olmayacağı təqdirdə onda olan videogörüntüləri sosial şəbəkələrdə paylaşacağı və onu məktəb kollektivinə rüsvay edəcəyi barədə yenidən ona hədə-qorxu gəlmişdir. Bundan sonra, o, Zərərçəkmiş şəxs2 zəng edərək onların cinsi əlaqədə olmağının videogörüntüsünü çəkmiş şəxsin “Whatsapp” mobil tətbiqi vasitəsilə ona ismarıclar yazaraq, eləcə də səs yazıları göndərərək onun həmin şəxslə də cinsi əlaqədə olmadığı təqdirdə, həmin videogörüntüləri sosial şəbəkələrdə yayacağı, eləcə də onu işlədiyi məktəbin kollektivi arasında rüsvay edəcəyi barədə hədə-qorxu gəldiyini və onunla İlqarın sonuncunun təzə inşa olunmuş evinin birinci mərtəbəsində cinsi əlaqədə olmağını əks etdirən çılpaq şəkillərini, Zərərçəkmiş şəxs2 evinin, evin qapısının açarının, Zərərçəkmiş şəxs2 istifadəsində olan avtomobilin şəkillərini ona göndərdiyini və 06 oktyabr 2024-cü il tarixdə onların cinsi əlaqədə olmağını Zərərçəkmiş şəxs2 fərdi yaşayış evinin birinci mərtəbəsinin pəncərəsindən izləyərək həmin anları öz mobil telefonunun kamerası vasitəsilə videosunu qeydə aldığını, hətta evin açarlarını da evin qapısının üzərində götürdüyünü bildirdiyini demişdir. Daha sonra həmin şəxsin ona “Whatsapp” mobil tətbiqi vasitəsilə yazdığı ismarıcların ekran görüntüsünü çəkərək Zərərçəkmiş şəxs2 göndərmişdir. Zərərçəkmiş şəxs2 ona mobil telefonun internet əlaqəsini kəsərək yatmağını məsləhət görmüş və o, mobil telefonunun internet əlaqəsini kəsərək yatmışdır. “Whatsapp” mobil tətbiqində ona hədə-qorxu gələn şəxsin mobil nömrəsinin altında “Aziz” yazılmışdır. Növbəti gün, yəni 07 oktyabr 2024-cü il tarixdə saat 06 radələrində o, Zərərçəkmiş şəxs2 gecə ona hədə-qorxu gələn şəxsin mobil nömrəsini göndərmişdir. Bildiyinə görə, bundan sonra Zərərçəkmiş şəxs2 həmin şəxsin mobil nömrəsinə zəng edərək həmin şəxslə danışmış, həmin şəxs İlqar müəllimlə hər hansı bir problemi olmadığını, işinin onunla olduğunu bildirmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs2 “Getcontact” mobil tətbiqi vasitəsilə həmin nömrənin Ağdaşlı Əziz adlı şəxsə məxsus olduğunu, həmin şəxsin də Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Həmin gün o, işlədiyi Cəlilabad rayonu Oğrubulaq kənd ümumi orta məktəbinə dərsə getmişdir. O, saat 14 radələrində dərsdən evə qayıdan zaman yaşadığı evin qarşısında Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 2107” markalı avtomobili ilə onun qarşını kəsmiş və ona “Whatsapp” mobil tətbiqində göndərdiyi səsli ismarıclara qulaq asmağını bildirmişdir. O həmin vaxt küçədə qışqıraraq atasını çağırmış, Şahid2 yaşadığı evdən çıxmış və o, atasına Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili üzərimə sürdüyünü bildirişdir. Atası avtomobili görən zaman sürən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Bundan sonra, həmin gün saat 16 radələrində əmisi Tanrıverdi Orucəliyevin arvadı Şahid1 yaşadığı evə gəlmişdir. O, Şahid1 ilə birlikdə əmisigilin yaşadığı evə getmişdir. O, əmisigilin yaşadığı evdə olan zaman Şahid1 bütün hadisəni ətraflı danışmışdır. Şahid1 onun mobil telefonuu ilə Təqsirləndirilən şəxs zəng edərək ondan əl çəkməsini bildirmiş, lakin Təqsirləndirilən şəxs Gülgəzi təhqir edərək mobil telefonu söndürmüşdür. Təqsirləndirilən şəxs mobil telefonu söndürdükdən təxminən 3-4 dəqiqə sonra o, özü Təqsirləndirilən şəxs yenidən zəng edib ondan əl çəkməsini bildirmiş, Təqsirləndirilən şəxs isə cavabında həmin günün son gün olduğunu, həmin gecə onun yanına gəlib onunla cinsi əlaqədə olmaq istədiyini, ondan xoşu gəldiyini bildirib Təqsirləndirilən şəxsla cinsi əlaqədə olmadığı təqdirdə videogörüntüləri sosial şəbəkələrdə paylaşacağı və məktəb kollektivi arasında rüsvay edəcəyi barədə yenidən zəng zamanı ona hədə-qorxu gəlmişdir. Onun həmin vaxt Təqsirləndirilən şəxsla danışığına Şahid1 da şahid olmuşdur. Həmin gecə o, qorxduğu üçün əmisigildə qalmışdır. Bundan sonra, o, Təqsirləndirilən şəxs ondan əl çəkmədiyini görüb Azərbaycan Respubliaksı DİN-nin 102 xidməti-zəng mərkəzinə məlumat vermişdir. Təqsirləndirilən şəxs Göytəpə şəhəri ərazisində taksi fəaliyyəti və toylarda videoçəkiliş aparmaqla məşğuldur. O, Cəlilabad rayon Oğrubulaq kənd ümumi orta məktəbində işə düzələn zaman onu ilk dəfə işə anası Vəsilə Orucəliyeva və oğlu Cahid Əliəşrəfli ilə birlikdə taksi sürücüsü kimi Təqsirləndirilən şəxs istifadəsində olan avtomobillə aparmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs 30 sentyabr 2023-cü il tarixdə Cəlilabad rayonu, Göytəpə şəhərində valideynləri ilə birlikdə yaşadığı evdə qardaşının toy mərasimində əvvəl keçirilən ciyər axşamı mərasiminin videogörüntülərini çəkmişdir. 28 sentyabr 2024-cü il tarixdə dayısı oğlu X10 əsgər getməsi ilə əlaqədar Vaqif Babayevin ailə üzvləri ilə birlikdə yaşadığı evdə keçirilən mərasimin videoçəkilişini aparmışdır. Həmçinin o, 03 oktyabr 2024-cü il tarixdə Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən “Tumurcuq” kitab evindən kitab alıb mağazadan çıxdıqdan sonra Təqsirləndirilən şəxs ona yaxınlaşaraq taksiyə ehtiyac olub-olmadığını maraqlanmış, o da Təqsirləndirilən şəxs taksisinə minərək avtomobildə olan digər 2 nəfər şərnişinlə birlikdə 1 manat ödəniş edib yaşadığı evə getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onunla, ümumiyyətlə, heç bir mövzuda danışmamışdır. O, Təqsirləndirilən şəxs ona hədə-qorxu gəlməsi barədə atası Şahid2, anası Vəsilə Orucəliyeva və əmisi arvadı Şahid1 məlumat vermiş, lakin atası və anasının Təqsirləndirilən şəxs onu intim görüntülərimlə hədələməsi, eləcə də Zərərçəkmiş şəxs2la arasında olan yaxın münasibət barədə məlumatları yoxdur. O, valideynlərinə Təqsirləndirilən şəxs onun adına şayiələr yaymaqla hədələdiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 onu sevdiyini bildirirərək onunla ailə həyatı qurmağı vəd etmiş, o, da İlqaraa inanıb sonuncu ilə yaxın münasibətdə, cinsi əlaqədə olmuşdur. Zərərçəkmiş şəxs2 tərəfindən ona qarşı hər hansı bir hədə-qorxu və ya fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs onunla mobil telefon vasitəsilə danışan zaman 1 ildir ki, onu izlədiyini, ondan xoşu gəldiyini, onu Zərərçəkmiş şəxs2la birlikdə cinsi əlaqədə olan zaman gördüyünü, Əzizdə videogörüntülərinin olduğunu, Əzizlə də cinsi əlaqədə olmadığı təqdirdə, həmin videogörüntüləri sosial şəbəkələrdə yayacağı, eləcə də işlədiyi məktəbin kollektivi arasında onu rüsvay edəcəyi ilə bağlı hədə-qorxu gəlirmiş. Onun Təqsirləndirilən şəxs onun mobil nömrəsini necə əldə etməsi barədə konkret məlumatı yoxdur. O, Zərərçəkmiş şəxs2la cinsi əlaqədə olan zaman bir nəfər şəxsin evin birinci mərtəbəsinin qonaq otağının pəncərəsindən onları mobil telefo vasitəsilə çəkdiyini görmüş və qışqırmışdır. Bundan sonra, İlqar müəllim pencərəyə yaxınlaşan zaman həmin şəxs qaçıb-getmişdir. Onlar həmin şəxsin kim olmasını bilməmişlər. Daha sonra Təqsirləndirilən şəxs “Whatsapp” mobil tətbiqində ona cinsi əlaqədə olmağı ilə bağlı görüntülər göndərəndə o, həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 hər hansı bir məsələ ilə əlaqədar hədə-qorxu gəlməmişdir. Təqsirləndirilən şəxs ondan və ya Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs2la onun arasında intim əlaqə olmağını əks etdirən videogörüntüləri yaymaması və ya məktəb kollektivi arasında onları rüsvay etməməsi üçün hər hansı bir maddi nemət, pul vəsaiti, əmlak, əmlaka olan hüquq və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməyi tələb etməmişdir. Təqsirləndirilən şəxs məqsədi yalnız həmin videogörüntülərdən istifadə edərək onunla cinsi əlaqəyə girmək olmuşdur. Hazırda təqsirləndirilən şəxsl Təqsirləndirilən şəxsla barışmışdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, 07 oktyabr 2024-cü il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs1 ona gecə Vüsaləyə hədə-qorxu gələn şəxsin mobil nömrəsini göndərmişdir. Bundan sonra o, həmin şəxsin mobil nömrəsinə zəng edərək danışmış, həmin şəxs onunla hər hansı bir problemi olmadığını, işinin Zərərçəkmiş şəxs1 ilə olduğunu bildirmişdir. Bundan sonra, o, “Getcontact” mobil tətbiqi vasitəsilə həmin nömrənin Ağdaşlı Əziz adlı şəxsə məxsus olduğunu, həmin şəxsin də Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. O, Təqsirləndirilən şəxsla mobil telefon vasitəsilə əlaqə saxladıqdan sonra Əzizin nömrəsini anası X5 verib sonuncuya bildirmişdir ki, “Göytəpə Mall” ticarət mərkəzində bir nəfər qadınla tanış olmuş, orada Təqsirləndirilən şəxs onun həmin qızla şəkillərini çəkərək onlara hədə-qorxu gəlir, lakin o, anası Zərərçəkmiş şəxs1 ilə arasında intim münasibət olması barədə deməmişdir. Bundan sonra, anası Şahid3 Təqsirləndirilən şəxs zəng edərək onu narahat etməməsini demiş, lakin Təqsirləndirilən şəxs anasına onunla bir problemi olmadığını, işinin Zərərçəkmiş şəxs1 ilə olduğunu bildirmişdir. Həmçinin həmin gün saat 14 radələrində Zərərçəkmiş şəxs1 ona zəng edərək bildirmişdir ki, işlədiyi Cəlilabad rayonu Oğrubulaq kənd ümumi orta məktəbindən evə qayıdan zaman yaşadığı evin qarşısında Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 2107” markalı avtomobillə Vüsalənin qarşısını kəsmiş və Vüsaləyə “Whatsapp” mobil tətbiqində göndərdiyi səsli ismarıclara qulaq asmağını bildirmişdir. Zərərçəkmiş şəxs1 da həmin vaxt küçədə qışqıraraq atasını çağırmışdır. Atası Şahid2 yaşadığı evdən çıxmış və Vüsalə atasına Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili onun üzərinə sürdüyünü bildirmişdir. Onun Zərərçəkmiş şəxs1 evli olması barədə məlumatı olmuşdur, lakin Vüsalə ona həmin evliliyin yalnız kağız üzərində olduğunu, təxminən 5 ildir ki, əri ilə ünsiyyəti olmadığını bildirmişdir. Onun tərəfindən Zərərçəkmiş şəxs1 sonuncunun onunla cinsi əlaqədə olması üçün hər hansı bir hədəqorxu gəlinməmiş, eləcə də fiziki zor tətbiq edilməmişdir. Onunla Vüsalənin arasında sevgi münasibəti olmuşdur, sonuncu könüllü şəkildə onunla cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 onunla cinsi əlaqədə olmasının videogörüntülərinin əlində olmasından istifadə edərək Zərərçəkmiş şəxs1 Əzizlə də cinsi əlaqədə olmağa məcbur etmişdir, əksi təqdirdə həmin videogörüntüləri sosial şəbəkələrdə yayacağı, eləcə də Vüsaləni işlədiyi məktəbin kollektivi arasında rüsvay edəcəyi ilə bağlı sonuncuya hədə-qorxu gəlirmiş. Təqsirləndirilən şəxs ona hər hansı bir məsələ ilə əlaqədar hədə-qorxu gəlməmişdir. Təqsirləndirilən şəxs ondan və ya Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs1 ilə onun arasnda intim əlaqə olmağını əks etdirən videogörüntüləri yaymaması və ya məktəb kollektivi arasında onları rüsvay etməməsi üçün hər hansı bir maddi nemət, pul vəsaiti, əmlak, əmlaka olan hüquq və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməyi tələb etməmişdir. Təqsirləndirilən şəxs məqsədi yalnız həmin videogörüntülərdən istifadə edərək Zərərçəkmiş şəxs1 ilə cinsi əlaqədə olmaq olmuşdur. Təqsirləndirilən şəxs onunla Zərərçəkmiş şəxs1 cinsi əlaqədə olmasını əks etdirən videogörüntünü qeydə aldığı fərdi yaşayış evi onun özünə məxsusdur, lakin həmin evin yerləşdiyi torpaq sahəsi anası Şahid3 adınadır. Onlar həmin torpaq sahəsini 01 avqust 2017-ci il tarixdə Cəlilabad rayonu, Göytəpə şəhər sakini X1 almışlar. O, həmin evi özü üçün təxminən 3 il yaxın müddətdir ki, tikir. Həmin evdə hal-hazırda da təmir işləri davam edir, evin təmir işlərinin yekunlaşmasına az qalmışdır. Hazırki vəziyyətdə həmin ev hər hansı bir şəxsin yaşaması üçün hazır vəziəyyətdə deyildir. Orada onlar, eləcə də digər hər hansısa bir şəxs yaşamır. Həmin fərdi yaşayış evi ünvan 1 ünvanında yerləşir. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Allahyar oğlu ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun qızıdır. 2023-cü ilin iyul ayında o, X17 tərəfindən keçirilmiş müəllimlərin işə qəbul imtahanında (MİQ-də) iştirak etmiş və 2023-cü ilin sentyabr ayından Cəlilabad rayon Oğrubulaq kənd ümumi orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi işləməyə başlamışdır. Cəlilabad rayon, Oğrubulaq kənd ümumi orta məktəbi onların yaşadığı ərazidən uzaqda yerləşdiyindən qızı həmin məktəbə gedib-gəlməkdə çətinlik çəkirmiş. Bu səbəbdən onlar onun məktəbə gedib-gəlməyi üçün taksi sürücü maraqlanırmışlar. Həmin vaxt onlar öyrənmişlər ki, qızının işlədiyi məktəbdən Afiq, Sevda və Mirəsgər müəllim Cəlilabad rayon Oğrubulaq kənd ümumi orta məktəbi ilə qonşu Fətullaqışlaq kəndində yerləşən Cəlilabad rayon, Fətullaqışlaq kənd ümumi orta məktəbinin tarix müəllimi Zərərçəkmiş şəxs2 ilə birlikdə sonuncuya məxsus “Vaz 2106” markalı, “**-BC-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə məktəbə gedib-gəlir. Bundan sonra, onun o, Zərərçəkmiş şəxs2la danışaraq sonuncudan onun qızını da məktəbə aparıb-gətirməsini xahiş etmişdir. Qızı Zərərçəkmiş şəxs1 həftədə 4 dəfə Zərərçəkmiş şəxs2 və digər müəllimlərlə birlikdə İlqar müəllimə məxsus avtomobillə birlikdə işlədiyi məktəbə gedib-gəlir və bunun müqabilində o, Zərərçəkmiş şəxs2 aylıq 140 (yüz qırx) manat ödəniş edirmiş. O, təxminən 9 aya yaxın müddətdir ki, Zərərçəkmiş şəxs2 avtomobili ilə məktəbim adlarını qeyd etdiyi digər müəllimləri ilə birlikdə məktəbə gedibgəlirmiş. 07 oktyabr 2024-cü il tarixdə saat 14 radələrində qızı dərsdən evə qayıdan zaman yaşadığı evin qarşısında Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 2107” markalı avtomobili ilə onun qarşını kəsmiş, qızı həmin vaxt küçədə qışqıraraq onu çağırdığını eşitmiş, o da yaşadığı evdən çıxmış və qızı ona Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili üzərinə sürdüyünü bildirişdir. O da avtomobili görən zaman sürən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. O, Təqsirləndirilən şəxs Göytəpə şəhəri ərazisində taksi fəaliyyəti və toylarda videoçəkiliş aparmaqla məşğul olan kimi tanıyır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 Allahyar oğlunun ifadəlsində göstərdiyi müvafiq hallarla bağlı eyni məzmunlu ifadə vermişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, oğlu Muradov X2 rayon, Fətullaqışlaq kənd ümumi orta məktəbinin tarix müəllimi işləyir. 07 oktyabr 2024-cü il tarixdə saat 06 radələrində müəllim yoldaşı Zərərçəkmiş şəxs1 ona gecə Vüsaləyə hədə-qorxu gələn şəxsin mobil nömrəsini göndərmişdir. Bundan sonra oğlu həmin şəxsin mobil nömrəsinə zəng edərək danışmış, həmin şəxs onunla hər hansı bir problemi olmadığını, işinin Zərərçəkmiş şəxs1 ilə olduğunu bildirmişdir. Oğlu “Getcontact” mobil tətbiqi vasitəsilə həmin nömrənin Ağdaşlı Əziz adlı şəxsə məxsus olduğunu, həmin şəxsin də Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. O, Təqsirləndirilən şəxsla mobil telefon vasitəsilə əlaqə saxladıqdan sonra Əzizin nömrəsini ona verərərk bildirmişdir ki, “Göytəpə Mall” ticarət mərkəzində bir nəfər qadınla tanış olmuş, orada Təqsirləndirilən şəxs onun həmin qızla şəkillərini çəkərək onlara hədə-qorxu gəlmiş, o, Təqsirləndirilən şəxs zəng edərək oğlunu narahat etməməsini demiş, lakin Təqsirləndirilən şəxs ona onun oğlu ilə bir problemi olmadığını, işinin Zərərçəkmiş şəxs1 ilə olduğunu bildirmişdir. İş materiallarında olan “götürmə aparılması haqqında” 07 oktyabr 2024-cü il tarixli, protokoldan görünür ki, götürmə zamanı Təqsirləndirilən şəxs tərəfindən içərisində "xxxx" MMC-yə məxsus “+**********67” və “+**********54” mobil telefon nömrələr olan “Redmi Note 8” markalı, “M1908C3JG” model mobil smartfon telefon və içərisində "xxxx" MMC-yə məxsus “+**********54” mobil telefon nömrəsi olan “Samsung Galaxy A10” markalı, “SM- A105F/DS” model mobil smartfon telefon təqdim edilmiş, həmin mobil telefonlar sübut əhəmiyyətinə malik ola biləcək əşyalar olduğundan götürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus içərisində "xxxx" MMC-yə məxsus “+**********67” və “+**********54” mobil telefon nömrələr olan “Redmi Note 8” markalı, “M1908C3JG” model mobil telefon özünə geri qaytarılmışdır. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 07 noyabr 2024-cü il tarixli, 138 C-24 nömrəli protokoldan görünür ki, baxış aparılan ərazi ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evidir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ərazisi 0,08 hektardır. Fərdi yaşayış evinin ətrafı mişar daşlarından tikilmiş hündürlüyü 1,80 metr olan hasarla əhatə olunmuşdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 baxış keçirilən fərdi yaşayış evinin ona, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin isə anası Şahid3 məxsus olduğunu, evin təxminən 3 ilə yaxın müddətdir ki, tikildiyini, hazırda da təmir olunduğunu, həmin evə hal-hazırda özünün və ya digər hər hansısa şəxsin yaşamadığını bildirdi. Baxış zamanı Təqsirləndirilən şəxs həyətin giriş qapısının sağ tərəfində yerləşən elektrik dirəyinin yanında dayanaraq fərdi yaşayış evinin həyətinə həmin hasardan tullanaraq daxil olduğunu bildirdi. Fərdi yaşayış evinin həyətinə giriş palıd rəngli ikitaylı dəmir darvazadandır. Baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətinin darvazasını içəridən göstərərək evin açarlarını da darvazanın üzərindən götürdüyünü bildirdi. Fərdi yaşayış evinin həyətinə daxil olan zaman sağ tərəfdə birinci mərtəbəsi mişar daşlarından, ikinci mərtəbəsi isə qırmızı kərpicdən tikilmiş ikimərtəbəli ev yerləşir. Evin həyətində 1 ədəd palıd rəngdə su çəni vardır. Fərdi yaşayış evinin sağ tərəfində evin həyətinin hasarı ilə ev arasında yerləşən ərazidə mişar daşları düzülmüşdür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs evin həyətindən əli ilə fərdi yaşayış evinin sağ tərəfində yerləşən birinci mərtəbədəki otağın pencərəsini göstərərək Zərərçəkmiş şəxs2 ilə Zərərçəkmiş şəxs1 cinsi əlaqədə olmasını əks etdirən videogörüntünü həmin pencərədən istifadəsində olan “Samsung Galaxy A10” markalı, “SM-A105F/DS” model mobil smartfon telefon vasitəsilə qeydə aldığını bildirdi. Evin içərisinə giriş üzərində naxışlar olan palıd rəngli dəmir qapıdandır. Evin içərisinə daxil olduqda evin birinci mərtəbəsinin dəhlizində, eləcə də digər otaqlarda oboy və taxta materiallar vardır. Evin divarları oboyla örtülmüşdür. Evin birinci mərtəbəsində 3 otaq vardır. Baxış iştirak edən Zərərçəkmiş şəxs2 evin yeni tikildiyi üçün hazırda evin daxilində təmir işləri aparıldığını bildirdi. Bundan sonra, Zərərçəkmiş şəxs2 əli ilə evin birinci mərtəbəsində yerləşən üzərində naxışlar və orta hissəsində şüşə olan palıd rəngli qapını göstərərək həmin otağın yataq otağı qismində istifadə edilməsi üçün nəzərdə tutulduğunu, Zərərçəkmiş şəxs1 ilə həmin otaqda təbii yolla cinsi əlaqədə olduğunu bildirdi. Həmin otağa daxil olduqda otaqda döşəmənin üzərində yorğan, döşək və oboy qalıqlarının olması müəyyən edildi. Daha sonra Zərərçəkmiş şəxs2 əli ilə həmin otağın pencərəsini göstərərək Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətində həmin pencərədən onunla Zərərçəkmiş şəxs1 cinsi əlaqədə olan zaman videogörüntüsünü qeydə aldığını bildirdi. İş materiallarında olan Zərərçəkmiş şəxs1 istifadəsində olan “Apple” markalı, “İphone 13 Pro Max” model mobil telefona baxış keçirilməsi haqqında 18 oktyabr 2024-cü il tarixli, 138 C-24 nömrəli protokoldan görünür ki, baxışda iştirak edən Zərərçəkmiş şəxs1 həmin mobil telefonun özünə məxsus olduğunu, hazırda həmin mobil telefonun içərisində "xxxx" MMC-yə məxsus “+**********21” mobil telefon nömrəsinin olduğunu, mobil telefona daxil olmaq üçün istifadə olunan şifrənin “112255” olmasını bildirmişdir. Bundan sonra, qeyd olunan şifrə vasitəsilə mobil telefonun ekran kilidi açılaraq əvvəlcə “Ayarlar” bölməsinə baxış aparılmışdır. “Ayarlar” bölməsinin “Genel” altbölməsinin “Hakkında” altbölməsində mobil telefonun model adının “İphone 13 Pro Max” model nömrəsinin “MLLU3RK/A” seriya nömrəsinin “H006Y632Y, İMEİ 1 kodun “**********55169”, İMEİ 2 kodun isə “**********76330” olması müəyyən edilmişdir. Bundan sonra, “Whatsapp” mobil tətbiqinə baxış aparılmış, baxış zamanı qeyd olunan mobil tətbiqdə “+**********54” mobil telefon nömrəsi ilə 06 oktyabr 2024-cü il tarix 21:12 saatdan 07 oktyabr 2024-cü il tarix 14:30 saatdək qarşılıqlı ismarıcların, səs yazılarının və zənglərin olması müəyyən edildi. Baxış zamanı Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil telefonun “Whatsapp” mobil tətbiqinə “+**********54” mobil telefon nömrəsindən 07 oktyabr 2024-cü il tarixdə saat 11:37-dən saat 11:41-dək göndərilmiş 03 ədəd səs yazılarında səs yazılarını göndərmiş şəxsin Zərərçəkmiş şəxs1 nömrəsini heç kimə göndərməməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq sonuncunun mobil nömrəni hər hansısa şəxslərə göndərməsi, səs yazılarını göndərmiş şəxsin məsələni öz aralarında həll edəcəklərini və ona Zərərçəkmiş şəxs1 lazım olduğunu, istəsə, şəklini göndərə biləcəyini, sirr saxlayan adam olduğunu deyərək Zərərçəkmiş şəxs1 evinin içinə qədər, yatdığı pastelə qədər gələcəyini bildirməsi məzmununda danışıqların olması müəyyən edilmişdir. Baxış iştirak edən Zərərçəkmiş şəxs1 “Whatsapp” mobil tətbiqində “+**********54” mobil telefon nömrəsindən ona yazılı və səsli ismarıclar göndərən şəxsin Təqsirləndirilən şəxs olduğunu, Təqsirləndirilən şəxs tərəfindən göndərilmiş yazılı və səsli ismarıcların bir hissəsini Zərərçəkmiş şəxs2la arasında yaxın münasibət olmasını ailə üzvlərinin bilməməsi üçün sildiyini bildirmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung Galaxy A10” markalı, “SM-A105F/DS” model mobil telefona baxış keçirilməsi haqqında 19 oktyabr 2024-cü il tarixli, 138 C-24 nömrəli protokoldan görünür ki, baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin mobil telefonun özünə məxsus olduğunu, hazırda həmin mobil telefonun içərisində "xxxx" MMC-yə məxsus “+**********54” mobil telefon nömrəsinin olduğunu, mobil telefona daxil olmaq üçün istifadə olunan şifrənin “9696” olmasını bildirdi. Bundan sonra, qeyd olunan şifrə vasitəsilə mobil telefonun ekran kilidi açılaraq əvvəlcə “Ayarlar” bölməsinə baxış aparılmışdır. “Ayarlar” bölməsinin “Telefon haqqında” altbölməsində mobil telefonun modelinin ““SM-A105F/DS””, İMEİ (sim slot 1) kodun “**********108744”, İMEİ (sim slot 2) kodun “**********08741”, seriya nömrəsinin isə “RZ8M82J3HVV” olması müəyyən edilmişdir. Mobil telefonun “Galeri” bölməsinə baxış zamanı mobil telefonun qalareyasında 06 oktyabr 2024-cü il tarixdə saat 15:25-də qeydə alınmış 0:29 dəqiqəlik, saat 15:37-də qeydə alınmış 3:22 dəqiqəlik və saat 15:39-da qeydə alınmış 2:02 dəqiqəlik olmaqla 03 ədəd videogörüntünün, birinci mərtəbəsi mişar daşlarından, ikinci mərtəbəsi isə qırmızı kərpicdən tikilmiş ikimərtəbəli yaşayış evinin, “VAZ 2106” “**-BC-***” dövlət qeydiyyat nişanlı avtomobilin, açar dəstəsinin, çılpaq vəziyyətdə olan iki nəfər şəxsin, eləcə də digər tarixlərdə çəkilmiş Təqsirləndirilən şəxs məxsus digər şəxsi fotoşəkillərin olması müəyyən edildi. 06 oktyabr 2024-cü il tarixdə saat 15:25-də qeydə alınmış 0:29 dəqiqəlik videogörüntüyə baxış zamanı videogörüntüdə birinci mərtəbəsi mişar daşlarından, ikinci mərtəbəsi isə qırmızı kərpicdən tikilmiş ikimərtəbəli yaşayış evinin və “VAZ 2106” markalı, “**-BC-***” dövlət qeydiyyat nişanlı avtomobil göndürüntülərinin qeydə alınması müəyyən edildi. 06 oktyabr 2024-cü il tarixdə saat 15:37-də qeydə alınmış 3:22 dəqiqəlik videogörüntüyə baxış zamanı bir nəfər şəxsin evin pəncərəsindən bir nəfər qadın və bir nəfər kişi olmaqla 2 nəfər şəxsin cinsi əlaqədə olan zaman videogörüntülərini çəkməsi müəyyən edildi. 06 oktyabr 2024-cü il tarixdə saat 15:39-da qeydə alınmış 2:02 dəqiqəlik videogörüntüyə baxış zamanı bir nəfər şəxsin evin pəncərəsindən bir nəfər qadın və bir nəfər kişi olmaqla 2 nəfər şəxsin cinsi əlaqədə olan zaman videogörüntülərini çəkməsi, çəkiliş zamanı videoçəkilişi qeydə alan şəxsin üzünün pəncərədə əks olunması və videogörüntünün sonunda cinsi əlaqədə olan şəxslərin videogörüntünü qeydə alan şəxsi görərək qışqırmaları müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs qeyd olunan şəkillərin onun tərəfindən çəkildiyini və videogörüntülərin onun tərəfindən qeydə alındığını, videoçəkiliş zamanı cinsi əlaqədə olan şəxslərin Zərərçəkmiş şəxs1 və X6 olduğunu, videogörüntünü qeydə alan zaman da evin pəncərədə üzünün əks olunduğunu bildirmişdir. Bundan sonra, mobil telefonun “Mesajlar” bölməsin baxış aparılmış, baxış zamanı “cadı cahid” adı ilə telefonun rəhbərinə qeyd olunmuş “+**********21” mobil telefon nömrəsinə “sən belə edirsən vacapı ac sözm var zənqi ac sözüm var acmırsan pis olacaq”, “aramızda qalacaq vacapa qir sözüm var”, “telefonu acmamaqla hecə bitməyəcəy ac danışaq yoluna qoyaq”, “bax dənə sonuncfəgə deyirəm vacapı as məni dinlə peşman olmasan acmasan oeşman olarsan” məzmununda ismarıclar göndərilməsi müəyyən edilmişdir. Baxış iştirak edən Təqsirləndirilən şəxs “cadı cahid” adı ilə telefonun rəhbərinə qeyd etdiyi mobil nömrənin sahibinin Zərərçəkmiş şəxs1 olduğunu, qeyd olunan ismarıcların onun tərəfindən yazıldığını bildirmişdir. Bundan sonra, “Whatsapp” mobil tətbiqinə baxış aparılmışdır. Baxış zamanı qeyd olunan mobil tətbiqdə “cadı cahid” adı ilə telefonun rəhbərinə qeyd olunmuş “+**********21” mobil telefon nömrəsi ilə 06 oktyabr 2024-cü il tarix 21:12 saatdan 07 oktyabr 2024-cü il tarix 18:13 saatdək qarşılıqlı ismarıcların, səs yazılarının və zənglərin olması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan “+**********54” mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “Whatsapp” mobil tətbiqindən “+**********21” mobil telefon nömrəsinə 07 oktyabr 2024-cü il tarixdə saat 11:34-dən saat 11:41-dək göndərilmiş 05 ədəd səs yazılarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 susmaqla, bir nəticəyə gələ bilməyəcəyi, batacağı, videonu məktəbdə valideynləri yığaraq göstərəcəyi və onları məktəbdən çıxartdırması ilə bağlı hədə-qorxu gəlməsi, üzbəüz görüşmək istəməsi, X11 Məmmədova lazım olması, 1 ildir ki, onun ardınca gəzməsi, Zərərçəkmiş şəxs1 onu görən kimi tanıyacağı, əgər Təqsirləndirilən şəxs eşidərsə, hər şeyi siləcəyi, amma Təqsirləndirilən şəxs dediklərinə qulaq asmalı olduğu, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 nömrəsini heç kimə göndərməməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq sonuncunun mobil nömrəni hər hansısa şəxslərə göndərməsi, Təqsirləndirilən şəxs məsələni öz aralarında həll edəcəklərini, Zərərçəkmiş şəxs1 istəsə, şəklini göndərə biləcəyini, sirr saxlayan adam olduğunu deyərək Zərərçəkmiş şəxs1 evinin içinə qədər, yatdığı pastelə qədər gələcəyini bildirməsi məzmununda danışıqların olması müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs “Whatsapp” mobil tətbiqində “cadı cahid” adı ilə telefonun rəhbərinə qeyd olunmuş mobil nömrəyə, yəni Zərərçəkmiş şəxs1 göndərilmiş ismarıcların onun tərəfindən yazıldığını, səs yazılarının onun tərəfindən qeydə alınaraq göndərildiyini, həmin səsin ona məxsus olduğunu və həmin məmzunda ismarıclar göndərməkdə və səs yazıları qeydə almaqda məqsədinin Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2la cinsi əlaqədə olmasını əks etdirən videogörüntülərin onun əlində olmasından istifadə edərək Zərərçəkmiş şəxs1 onunla da cinsi əlaqədə olmasına şərait yaratmaq olduğunu, bu səbəbdən Zərərçəkmiş şəxs1naya hədə-qorxu gəldiyini bildirdi. Baxış zamanı qeyd edilənlərdən əlavə material üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan tədqiqat üçün nümunələrin götürülməsi haqqında 30 oktyabr 2024-cü il tarixli, 000570 nömrəli protokoldan görünür ki, 30 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs könüllü razılığı əsasında səs fonoqram nümunələri götürülmüşdür. İş materiallarında olan kompleks məhkəmə kompüter-texniki, məhkəmə-fonoskopik və məhkəmə-videotexniki ekspertizasının 06 dekabr 2024-cü il tarixli, 3-16-16/2-5/1279- 4/1755-4/1813/2024 nömrəli rəyindən görünür ki, 1. Təqdim edilmiş bir ədəd sensor ekran və “Android 11” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A10” markalı “SM- A105F/DS” modelli “**********08744, **********08741" İMEİ kodlu mobil smartfon halhazırda işlək vəziyyətdədir. 2. Tədqiqata təqdim edilmiş mobil smartfonun daxilində olan “Nar” mobil operatoruna məxsus “**********712551690” (İCCİD) seriya nömrəli “SİM” danışıq kartı hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “Samsung Galaxy A10" markalı "SM-A105F/DS” modelli mobil smartfonun daxilindəki “Nar” mobil operatoruna məxsus “**********712551690” (İCCİD) seriya nömrəli “SİM” danışıq kartının yaddaşılarında olan məlumatlar müəyyən olundu (Müəyyən edilmiş məlumatlar “Ekspertiza 5-1279” adlı qovluqda DVD-R tipli optik diskə köçürüldü). 3. Tədqiqat zamanı təqdim edilmiş mobil smartfonun yaddaşında olan tarix və zamanın real tarix və zamana uyğun olmaması müəyyən olundu. Məlumat üçün bildirilir ki, mobil cihaz vasitəsilə qeydə alınan bütün media fayllarının xassələrində tarix və zaman həmin anda mobil cihazda olan tarix və zamanı özündə əks etdirir. 4. Təqdim edilmiş “Samsung Galaxy A10” markalı “SM- A105F/DS” modelli mobil smartfonun yaddaşında olan “20241006_152517.mp4”, “20241006_153350.mp4” və “20241006_153721.mp4” adlı faylın xassələrinə əsasən həmin video faylların mobil smartfon yaddaşında “Data/ Media/DCİM/Camera” ünvanda yerləşməsi müəyyən edilib. Məlumat üçün bildirilir ki, mobil cihaz yaddaşında “Data/Media/DCİM/Camera” ünvanda həmin mobil smartfon vasitəsilə qeydə alınan media faylları (foto, video) saxlanır. Bütün bunları nəzərə alaraq demək olar ki, "Samsung Galaxy A10” markalı “SM-A105F/DS” modelli mobil smartfonun yaddaşında olan “20241006_152517.mp4”, “20241006_153350.mp4” və “20241006_1537 21.mp4” adlı video faylların həmin mobil smartfon vasitəsilə qeydə alınıb.
1. Ekspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markalı optik diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu: “PTT-20241007-WA0012” K1 - Vüsalə, mən sənə axırıncı sözümü deyirəm, belə susmaqnan heç yerə gedib çıxa bilməyəcəksən, batacaqsan, bu bir. İkincisi, elə olmasın ki, o videonu mən gəlim səni o məktəbdə bütün valideynləri yığım, sizi burdan çıxartdırım, bu iki. Üçüncüsüdə sənə dedim ki, oturaq üzbəüz, sənin nə işivə mən necə gələcəm, sən mənə lazımsan. 1 ildi sənin ardınca gəzirəm. Bunu ancaq sən həyata keçirdə bilərsən. Bax, qərar sənin, mən sözümü dedim. Dava istiyirsən dava eliyim, xoşduxnan istiyirsən xoşduxnan eliyək. Qərarı sən ver. “PTT-20241007-WA0013” K1 - Özüdə məni tanıyırsan sən. Elə görən kimi tanıyacaqsan. Yəni mən dedimsə eliyərəm, dedimsə eləmərəm, eləmərəm. Sənə xatir, sən məni eşitsən eləmərəm, silərəm hər şeyi gedər amma mən deyənə qulaq as, belə susmaqnan batırsan. Cavab ver mənə. “PTT-20241007-WA0014” K1 - Bilmə ki, mən şərəfsiz bir insanam. Mən səni vacibi tanıyıram, sən də məni görən kimi tanıyacaqsan amma bu iş sənin əlində, bu da bizim aramızda qalacaq qiyamət sirri. Sənə mən dedim ki, nömrəni heç kimə atma, atdın. Hə? Niyə atdın? Öz aramızda bunu həll eliyəcəkdik. Niyə atdın? Biz, sən mənə söz verdin ki, aramızda qalacaq. Niyə atdın? Hə? İstiyirsən onları da qoşum bu işə? Mənə sən lazımsan qutardı getdi. Bu işi də sən düzüb- qoşacaqsan. Fikirləş mənə bir kəlimə yaz. Səni gözlüyürəm. PTT-20241007-WA0015 K1 - İstəsən şəklimi də ata bilərəm. Ölmüyən Allahdı bir dənə Allahdan qorxmuram, istəsən ataram şəklimi görərsən kiməm. Yəni sırları saxlayan bir insanam, narahat olma. Sən özün yüz ölç bir bilç. Bu işi fikirləş yoluna qoy. Qərar sənin mən ciddiyəm. Da mənim day sənə deməyə sözüm yoxdu uje başlıyacam hərəkətimi eləməyə. Nə də səni qorxuzmurama, mən uje eləməliyəm onu, mümkünü yoxdu, iş sənliydi. Fikirləş mənə cavab ver. ‘'PTT-20241007-WA0016” K1 - Bilməzsən mənə qarşı nəsə fikirləşərsən amma onu da deyim sənə heç vaxt. Evün içinə qədər gələrəm. Yatdığın pastelə qədər gələrəm. Allahdan savayı heç kəs bilməz. Yenə də deyirəm qərar sənin. Mən küçə uşağı deyiləm gedəm hardasa nəsə danışam. Bu işi ancaq, bu iş ancaq sənliydi. Sənliydi, mənliydi, qiyamət sırrıdı, qutardı getdi başqa heç nə istəmirəm. ibarətdir.
2. Ekspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markalı optik diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs məxsusdur. 3. Ekspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markalı optik diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda montaj əlamətləri müəyyən olunmadı. 4. Ekspertizaya təqdim olunmuş “20241006_152517”, “20241006_153350”, “20241006_ 153721” adlı mübahisəli videoyazılar orjinaldır və videoyazılarda audioaxının videoaxına sintezi, kadrlararası və kadrdaxili montaj əlamətləri eləcə də seçmə yazılış üçün xarakterik olan dayandırma əlamətləri müəyyən olunmadı. İş materiallarında olan “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən verilmiş 04 noyabr 2024-cü il tarixli, 18-1-32/2-1825/2024 nömrəli məktubdan görünür ki, Cəlilabad rayonu, Ağdaş kəndində qeydiyyatda olmaqla yaşayan 1976-cı il təvəllüdlü Məmmədov X13 RMX PHŞ-in poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində xəstə kimi qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” PHŞ-dən verilmiş 28 noyabr 2024-cü il tarixli, 13985 nömrəli məktubdan görünür ki, Cəlilabad rayonu, Ağdaş kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə AR SN “Respublika Psixatriya Xəstəxanası” PHŞ-də müalicədə olmamışdır. İş materiallarında olan “Lənkəran Şəhər Psixatriya Xəstəxanası” PHŞ-dən verilmiş 02 noyabr 2024-cü il tarixli, 744 nömrəli məktubdan görünür ki, Cəlilabad rayonu, Ağdaş kəndində qeydiyyatda olmaqla yaşayan Məmmədov X15 Şəhər Psixatriya Xəstəxanası PHŞ-də qeydiyyatda deyil. İş materiallarında olan “Lənkəran Şəhər Narkoloji Xəstəxanası” PHŞ-dən verilmiş 04 noyabr 2024-cü il tarixli, 823 nömrəli məktubdan görünür ki, Cəlilabad rayonu, Ağdaş kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs hazırki vaxtadək Lənkəran Şəhər Narkoloji Xəstəxanası PHŞ-yə müraciət etməmişdir və qeydiyyatda deyildir. İş materiallarında olan Cəlilabad rayon polis şöbəsinin Göytəpə polis bölməsindən verilmiş 10 dekabr 2024-cü il taixli, 3-13-71-1/1-4780/2024 nömrəli məktubdan görünür ki, Cəlilabad rayonu, Ağdaş kənd sakini Məmmədov X13 rayonu ərazisində taksi fəaliyyəti və müxtəlif yığıncaqlarda videoçəkiliş aparmaqla məşğul olmuşdur. Cəlilabad rayonu, Göytəpə şəhər sakini Zərərçəkmiş şəxs1 Cəlilabad rayon, Oğrubulaq kənd ümumi orta məktəbində Azərbaycan dili və ədəbiyyat, Cəlilabad rayonu, Kazımabad kənd sakini Zərərçəkmiş şəxs2 isə Cəlilabad rayon Fətullaqışlaq kənd ümumi orta məktəbində tarix müəllimi işləyir. Bundan əlavə, Zərərçəkmiş şəxs1 2024-cü ilin sentyabr ayından Zərərçəkmiş şəxs2 məxsus “Vaz 2106” markalı, “**-BC-***” dövlət qeydiyyat nişanlı avtomobillə işlədiyi Cəlilabad rayonu, Oğrubulaq kənd ümumi orta məktəbinə gedibgəlməsi və 2024-cü ilin aprel ayından onların arasında sevgi münasibətləri olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında hər hansı bir münasibət, eləcə də əvvəldən tanışlıq olması müəyyən edilməsə də, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ailə üzvləri və qohumlarının yığıncaqlarında çəkiliş aparması, eləcə də Zərərçəkmiş şəxs1 taksi sürücüsü kimi istifadəsində olan “Vaz 2107” markalı, “**-EB-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə bir neçə dəfə Cəlilabad rayonu ərazisində müxtəlif yerlərə aparması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs2 özünəməxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təxminən 3 il yaxın müddətdir ki, tikməsi, həmin evdə hal-hazırda da təmir işləri davam etməsi, hazırki vəziyyətdə həmin evin hər hansı bir şəxsin yaşaması üçün hazır vəziyyətdə olmaması və orada hər hansısa bir şəxsin daimi və ya müvəqqəti yaşamadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə 06 oktyabr 2024-cü il tarixdə saat 15 radələrində evin hasarından tullanaraq daxil olması və evin birinci mərtəbəsinin pəncərəsindən Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 intim münasibətlərini əks etdirən videogörüntünü qeydə alması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 cinsi əlaqədə olmasını əks etdirən videogörüntünü qeydə aldıqdan sonra həmin videogörüntü barədə hər hansı bir şəxsə məlumat verməsi, videogörüntünü hər hansı bir digər şəxsə göndərməsi və ya sosial şəbəkədə paylaşması halları tərəfimizdən müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə daxil olmasını, eləcə də onun Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 videogörüntüsünü qeydə almasını görən şəxs və ya şəxslərin olması, eləcə də həmin hadisədə digər hər hansısa kənar şəxsin iştirakı müəyyən edilməmişdir. İş materiallarında olan Cəlilabad rayon polis şöbəsinin Göytəpə polis bölməsindən verilmiş 04 noyabr 2024-cü il taixli, 3-13-71-1/2-4276/2024 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 Ağdaş kənd sakini Təqsirləndirilən şəxs barəsində şikayəti əsasında toplanmış HK-1-740 nömrəli material araşdırmanın davam etdirilməsi üçün 17 oktaybr 2024-cü il tarixli qərarla istintaq aidiyyəti üzrə Cəlilabad rayon prokurorluğuna göndərilmişdir. Ağdaş kənd sakini Təqsirləndirilən şəxs barəsində qeyd olunan materialdan başqa Cəlilabad RPŞ-nin Göytəpə PB-nə təqsirləndirici material, sadələşdirilmiş icraat və ya digər araşdırma materialı daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 13 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan SSR Cinayət Məcəlləsinin 242-ci maddəsinin a bəndi ilə Bakı Qarnizonu Hərbi Tribunalının 10 noyabr 1997-ci il tarixli hökmü ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 17 oktyabr 1997-ci il tarixli “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında” Qərarının 3-cü bölməsinin 13-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasından azad edilmişdir. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsindən verilmiş 31 oktyabr 2024-cü il taixli, 2581/2024 nömrəli məktubdan görünür ki, Məmmədov X13 Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 3(073)-877/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 510 və 535-ci maddələri ilə təqsirli bilinib onun barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. 11 avqust 1976-cı il təvəllüdlü Cəlilabad rayonu, Ağdaş kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Cəlilabad Rayon Məhkəməsində hər hansı bir mülki və cinayət xarakterli işə baxılmamışdır. İş materiallarında olan Cəlilabad RİHB-ın Ağdaş kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 04 noyabr 2024-cü il tarixli, 5-41/2-1-469/2024 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs, həqiqətən də, Cəlilabad rayonu, Ağdaş kəndində yaşayır. Təqsirləndirilən şəxs arvadı – X4 (xx.xx.1979), qızı – X12 (xx.xx.2004) və oğlu – X7 (xx.xx.2006) ibarət ailə tərkibi vardır. Məmmədov X13 rayon Ağdaş kəndində anadan olmuş və ailəsi ilə birlikdə həmin kənddə yaşayır. O, kənddə yaşadığı müddət ərzində fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, özünü işgüzar bir gənc kimi göstərərək həm kənd ağsaqqalları, həm də həmyaşdıları arasında hömrət qazanmışdır. Bəzi kənd ağsaqqalları tərəfindən Təqsirləndirilən şəxs davranışlarına irad bildirilsə də, Ağdaş kənd İƏD üzrə nümayəndəliyinə onun barəsində şikayət xarakterli məlumat daxil olmamışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilməsinə baxmayaraq məhkəmə istintaqı zamanı araşdırılmış sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. İşdə olan Cəlilabad rayon Məhkəmsinin 15 yanvar 2025-ci il tarixli, 1(073)-34/2025 saylı qərarının sürətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyanı tam olaraq ödəmişdir və aralarında barışıq əldə olunmuşdur. Ondan heç bir şikayət və tələbləri yoxdur. Cəlilabad Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, 1(073)-34/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs əməli özünü etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, iş materialında olan rəsmi sənədlərlə ona verilmiş ittiham üzrə cinayəti törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 151-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə, həmçinin Əziz Muradovun əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə məhkəmə təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun özünün və ailəsinin həyat şəraitinə təsiri baxımından, həmçinin onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs1 istifadəsində olan “Apple İphone 13 Pro Max” markalı mobil telefona baxış keçirilməsi haqqında protokola əlavə edilmiş 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10” markalı mobil telefona baxış keçirilməsi haqqında protokola əlavə edilmiş 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs götürülmüş səs fonoqram nümunələrinin olduğu 01 ədəd DVD disk, Kompleks məhkəmə komputer-texniki, məhkəmə-fonoskopik və məhkəmə-videotexniki ekspertizasının rəyinə əlavə edilmiş 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə Təqsirləndirilən şəxs məxsus “01” ədəd sim kartla birlikdə “Samsung Galaxy A10” markalı, “SM-A105F/DS” modelli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ 41NABZ********************) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-349, 351- 353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə...
Hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 151-ci maddəsi ilə təqsirli bilinib qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 15 yanvar 2025-ci il tarixdən 09 aprel 2025-ci il tarixədək tutulduğu 2 (ay) 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən dörd gün islah işlərinə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (il ) 24 (dörd) gün müddətinə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını əsas iş yeri üzrə çəksin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs1 istifadəsində olan “Apple İphone 13 Pro Max” markalı mobil telefona baxış keçirilməsi haqqında protokola əlavə edilmiş 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10” markalı mobil telefona baxış keçirilməsi haqqında protokola əlavə edilmiş 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs götürülmüş səs fonoqram nümunələrinin olduğu 01 ədəd DVD disk, Kompleks məhkəmə komputer-texniki, məhkəmə-fonoskopik və məhkəmə-videotexniki ekspertizasının rəyinə əlavə edilmiş 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə Təqsirləndirilən şəxs məxsus “01” ədəd sim kartla birlikdə “Samsung Galaxy A10” markalı, “SM-A105F/DS” model, kilid şifrəsi “9696” olan mobil telefonda hökm qanuni qüvvəyə mindikdən sonra qeydə alınmış cinayət işinə dair videogörüntülər, fotoşəkillər və səs yazıları silindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ 41NABZ********************) ödənilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar.
Sədrlik edən: Elxan Əmirəliyev