Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-35/2025 29.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi (vəkil) Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi (vəkil) X6 iştirakları ilə, xx.xx.1997-ci ildə Cəlilabad rayonunun Uzuntəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Uzuntəpə kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1993-cü ildə Cəlilabad rayonunun Məmmədrzalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Şorbaçı kəndində qeydiyyatda olan, Cəlilabad rayonunun Uzuntəpə kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 29, 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında,açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 15 avqust 2024-cü il tarixdə, saat 16 radələrində idarə etdiyi “VAZ-2107” markalı, **-GB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Cəlilabad rayonu, Zopun kəndində yerləşən otlaq sahəsinin yanına gəlib, aralarında olan razılaşmaya uyğun olaraq o kənar şəxslər gəldiyi halda Təqsirləndirilən şəxs2 xəbər vermək məqsədi ilə otlaq sahəsinin yaxınlığında saxladığı avtomobilin yanında dayanıb gözləmiş, Təqsirləndirilən şəxs2 otlaq sahəsindən Cəlilabad rayonu, Zopun kənd sakini X5 məxsus hər birinin qiyməti 400 manat olmaqla ümumilikdə 800 manat dəyərində 2(iki) baş qoyunu tutub onun yanına gətirdikdən sonra aralarında olan ilkin razılaşmaya uyğun olaraq birlikdə həmin qoyunları avtomobilin baqajına qoyaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlamış, yəni gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 21 avqust 2024-cü il tarixdə, saat 15 radələrində idarə etdiyi “VAZ-2107” markalı, **-GB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Cəlilabad rayonu, Şatırlı kəndində yerləşən otlaq sahəsinin yanına gəlib, aralarında olan razılaşmaya uyğun olaraq o kənar şəxslər gəldiyi halda Təqsirləndirilən şəxs2 xəbər vermək məqsədi ilə otlaq sahəsinin yaxınlığında saxladığı avtomobilin yanında dayanıb gözləmiş, Təqsirləndirilən şəxs2 otlaq sahəsindən Cəlilabad rayonu, Şatırlı kənd sakini X1 məxsus dəyəri 600 manat olan 1(bir) baş dananı tutub yerə yıxdıqdan sonra aralarında olan ilkin razılaşmaya uyğun olaraq birlikdə həmin 1(bir) baş dananı avtomobilin baqajına qoyaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlamış, yəni gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 24 avqust 2024-cü il tarixdə, saat 12 radələrində idarə etdiyi “VAZ-2107” markalı, **-GB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Cəlilabad rayonu, Sərhədabad kəndində yerləşən otlaq sahəsinin yanına gəlib, aralarında olan razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs2 kənar şəxslər gəldiyi halda ona xəbər vermək məqsədi ilə otlaq sahəsinin yaxınlığında saxladığı avtomobildə gözləmiş, özü isə otlaq sahəsindən Cəlilabad rayonu, Sərhədabad kənd sakini Zərərçəkmiş şəxs3 məxsus dəyəri 700 manat olan 1(bir) baş dananı tutub avtomobilə qoymaq məqsədi ilə avtomobildə onu gözləyən Təqsirləndirilən şəxs2 yanına gətirən zaman həmin 1(bir) baş dananın sahibi Zərərçəkmiş şəxs3 onun yanına gəlməsi səbəbindən öz iradəsindən asılı olmadan cinayət əməlini başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs2 özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 15 avqust 2024-cü il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ-2107” markalı, **-GB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Cəlilabad rayonu, Zopun kəndində yerləşən otlaq sahəsinin yanına gəlib, aralarında olan razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs1 kənar şəxslər gəldiyi halda ona xəbər vermək məqsədi ilə otlaq sahəsinin yaxınlığında saxladığı avtomobilin yanında dayanıb gözləmiş, özü isə otlaq sahəsindən Cəlilabad rayonu, Zopun kənd sakini X5 məxsus hər birinin qiyməti 400 manat olmaqla ümumilikdə 800 manat dəyərində 2(iki) baş qoyunu tutub avtomobilin yanına gətirdikdən sonra aralarında olan ilkin razılaşmaya uyğun olaraq birlikdə həmin qoyunları avtomobilin baqajına qoyaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlamış, yəni gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 21 avqust 2024-cü il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ-2107” markalı, **-GB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Cəlilabad rayonu, Şatırlı kəndində yerləşən otlaq sahəsinin yanına gəlib, aralarında olan razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs1 kənar şəxslər gəldiyi halda ona xəbər vermək məqsədi ilə otlaq sahəsinin yaxınlığında saxladığı avtomobilin yanında dayanıb gözləmiş, özü isə otlaq sahəsindən Cəlilabad rayonu, Şatırlı kənd sakini X1 məxsus dəyəri 600 manat olan 1(bir) baş dananı tutub yerə yıxdıqdan sonra aralarında olan ilkin razılaşmaya uyğun olaraq birlikdə həmin 1(bir) baş dananı avtomobilin baqajına qoyaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlamış, yəni gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 24 avqust 2024-cü il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ-2107” markalı, **-GB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Cəlilabad rayonu, Sərhədabad kəndində yerləşən otlaq sahəsinin yanına gəlib, aralarında olan razılaşmaya uyğun olaraq o, kənar şəxslər gəldiyi halda Təqsirləndirilən şəxs1 xəbər vermək məqsədi ilə otlaq sahəsinin yaxınlığında saxladığı avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs1 isə otlaq sahəsindən Cəlilabad rayonu, Sərhədabad kənd sakini Zərərçəkmiş şəxs3 məxsus dəyəri 700 manat olan 1(bir) baş dananı tutub avtomobilə qoymaq məqsədi ilə onun yanına gətirən zaman həmin 1(bir) baş dananın sahibi Zərərçəkmiş şəxs3 onun yanına gəlməsi səbəbindən öz iradəsindən asılı olmadan cinayət əməlini başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad olunan cinayəti törətməkdə təqsirləri özlərinin etirafları, zərərçəkmiş şəxslərin, şahid ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Uzuntəpə kəndində ailə üzvləri ilə birlikdə yaşamışdır. Ona məxsus olan “VAZ-2107” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bildirmişdir ki, X11 iştirakçısıdır və buna görə bir neçə dəfə təltif edilmişdir. Əvvəllər məhkum olunmamışdır. Mahiyyəti üzrə bildirmişdir ki, 15 avqust 2024-cü il tarixdə həmkəndlisi və tanışı Təqsirləndirilən şəxs2 ona zəng vurub telefonda “gəl məni evdən götür və özümə toyuq alacam” demişdir. O da Rabilə benzin pulu olmadığını demişdir. Rabil də “məni gəl götür və benzini özüm vuracam” demişdir. Bundan sonra o, Rabili yaşadığı evdən götürmüş və Rabil də ondan avtomobili rayonun dağ kəndlərinə sürməyisi istəmişdir. Həmin günü saat 16 radələrində Cəlilabad rayonu, Zopun kəndinə gəlmişlər, lakin kənddə toyuq tapa bilməmişlər. Onlar, kəndin örüş sahəsindən keçən zaman Təqsirləndirilən şəxs2 ona örüş sahəsində təxminən 30-a yaxın qoyunquzunun otladığını göstərmişdir. Bundan sonra Rabil ona həmin qoyunlardan bir-iki baş oğurlamaqlarını təklif etmişdir. O isə Rabilə cavab olaraq ailəsinə, qardaşının uşaqlarına baxdığını bildirmişdir. Lakin Rabil ona bir neçə dəfə təklif etmiş və o, Təqsirləndirilən şəxs2la razılaşıb oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra o, idarə etdiyi “Vaz 2107” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobili örüş sahəsində saxlamış və Rabil ilə birlikdə avtomobildən düşmüşlər. Rabil özü 2(iki) baş “Beyləqan” sortuna məxsus qoyun tutmuş və o da baqajı açmış və həmin 2(iki) baş qoyunu avtomobilin baqajına qoymuşlar. Onlar qoyunları oğurladıqdan sonra dərhal örüş sahəsindən uzaqlaşmışlar. Rabil yolda ondan oğurladıqları qoyunları satmaq üçün idarə etdiyi avtomobili Biləsuvar rayonu, Amankənd kəndinə sürməyini istəmişdir. O da avtomobili idarə edərək Rabil ilə birlikdə Biləsuvar rayonu, Amankənd kəndinə gəlmişlər. Rabil avtomobildə tanımadığı şəxsə zəng vurub telefonda qoyunları hara gətirməklərini soruşmuşdur. Həmin şəxs də Rabilə qoyunları Biləsuvar rayonu, Amankənd kəndində yerləşən mağazanın qarşısına gətirməsini bildirmişdir. Onlar da həmin kənddə yerləşən mağazanın qarşısına gəlmiş və avtomobildən düşmüşlər. Rabil, mağazanın qarşısında sonradan adını bildiyi Elməddin adlı şəxslə görüşmüş və oğurladıqları “Beyləqan” sortundan olan 2(iki) baş qoyunu Elməddinə 340 manata satmışlar. O da avtomobilin baqajını açmış və Elməddin adlı şəxs 2(iki) baş qoyunları baqajdan götürmüşdür. Daha sonra Rabil, 340 manat pulu aldıqdan sonra onlar yaşadıqları Cəlilabad rayonu, Uzuntəpə kəndinə qayıtmışlar. Rabil, satdıqları qoyuna görə aldığı 340 manat pulun 170 manatını ona vermişdir. Bundan sonra o, yaşadığı evə getmişdir. Bundan başqa bildirmişdir ki, 21 avqust 2024-cü il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxs2 mobil telefonla zəng edərək ondan yaşadığı evə gəlməyini və idarə etdiyi avtomobillə onu Cəlilabad rayonu, Şatırlı kəndinə aparmağını xahiş etmişdir. Bundan sonra o, özünə məxsus olan avtomobillə Təqsirləndirilən şəxs2 yaşadığı evə getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona demişdir ki, Şatırlı kəndində işi var və ora getməlidir. Bundan sonra o, avtomobili işə salaraq Təqsirləndirilən şəxs2la birlikdə Şatırlı kəndinə yola düşmüşlər. Həmin gün saat 15 radələrində onlar Cəlilabad rayonu, Şatırlı kəndində çatıb kəndin örüş sahəsinə gəlmişlər. Bu zaman Rabil, ona kəndin örüş sahəsində otlayan iribuynuzlu heyvanı oğurlamaq istədiyini bildirmişdir. O da Rabillə razılaşmışdır. Bundan sonra Rabil özü örüş sahəsində otlayan sarı rəngdə olan balaca dananı tutub yerə yıxmış və ona avtomobili dananın yanına sürməyi bildirmişdir. O da avtomobili dananın yanına sürmüş və onlar birlikdə dananı avtomobilin baqajına qoymuşlar. Daha sonra onlar oradan uzaqlaşıb Biləsuvar rayonuna Bakı şəhəri ərazisində Biləsuvar rayonundan Bakı şəhərinə gedən taksilər dayanan yerə gəlmişlər. Daha sonra X9 rayonu, Amankənd kəndində yaşayan tanışı Elməddin adlı şəxsə zəng vurub telefonda rayona satmağa dana gətirdiyini demişdir. Bundan sonra Elməddin adlı şəxs də öz avtomobili ilə Biləsuvar rayonunda Bakı şəhərinə gedən taksilər dayanan yerə gəlmişdir. Elməddin avtomobilimin baqajında olan balaca danaya baxmış və onlar həmin sarı rəngdə olan 1(bir) baş balaca dananı 450 manata Elməddinə satmışlar. Daha sonra onlar, yaşadıqları Cəlilabad rayonu, Uzuntəpə kəndində qayıtmışlar. Rabil satdığı danaya görə aldığı 450 manat pulun 225 manatını ona vermişdir. Daha sonra o, Təqsirləndirilən şəxs2 yaşadığı evin yaxınlığında düşürdüb öz yaşadığı evə getmişdir. Bundan əlavə bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 09 radələrində Rabil, onu yaşadığı küçəyə çağırmış və birlikdə Cəlilabad rayonu, Sərhədabad kəndinə cücə almağa getməyini xahiş etmişdir. O, Rabilə belinin ağrıdığını və avtomobili idarə edə bilməyəcəyini demişdir. Rabil də ona məxsus “Vaz 2107” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobili özü idarə edəcəyini bildirmişdir. Bundan sonra o Rabillə razılaşmışdır. Həmin gün saat 12 radələrində Cəlilabad rayonu, Sərhədabad kəndinə gəlmişlər. Həmin kəndin örüş sahəsinə çatanda orada otlaq sahəsində iribuynunzlu heyvanın otladığını görmüşlər. Bu zaman Rabil ona “avtomobili heyvanların yanına sür, heyvanlara baxaq və 1 baş balaca dana olsa oğurlayarıq” szölərini demişdir. O da Rabillə razılaşıb avtomobili heyvanların yanına sürmüşdür. Rabil, örüş sahəsindən 60-70 metr məsafədə aralıda avtomobildə gözləmiş və o isə avtomobildən düşmüşdür. Bundan sonra o, otlaq sahəsində 1 baş dananı qovmağa başlamışdır. Bu zaman tanımadığı bir nəfər şəxs göy rəngli “Vaz 2107” markalı avtomobil ilə ona yaxınlaşmışdır. Həmin şəxs ona heyvanların sahibi olduğunu bildirmiş və ondan heyvanları haraya apardığını soruşmuşdur. Həmin vaxt o, həmin şəxsə nə deyəcəyini bilməyib ona heyvanları avtomobildə gözləyən Rabilin göstərişi ilə sahədən çıxartmağa çalışdığını bildirmişdir. Həmin vaxt heyvan sahibi də Rabilə yaxınlaşıb nəsə soruşmuş və Rabil həmin şəxsə onu tanımadığını bildirmişdir. Daha sonra Rabil avtomobili sürüb oradan uzaqlaşmışdır. Hazırda əməlindən səmimi peşmandır və ailədə yeganə qazanc gətirən şəxsdir. X11 iştirakçısıdır, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyan tam şəkildə ödənilmiş və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzara alınaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Uzuntəpə kəndində anası X7 ilə birlikdə yaşamışdır. Əvvəllər məhkum olunmamışdir. Mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs1 yaşadığı kənd sakini kimi uzun müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxs1la aralarında heç bir ədavət və düşmənçilik olmamış, münasibətləri yaxşı olmuşdur. Bildirmişdir ki, o, yaşadığı evin həyətyanı sahəsində toyuq saxlayaraq və toyuq alveri edərək dolanışığını təmin edirmiş. Məlum hadisələrlə ilə əlaqədar bildirmək istəmişdir ki, 15 avqust 2024-cü il tarixdə, günorta saatlarında Təqsirləndirilən şəxs1 mobil telefon vasitəsilə zəng edərək ondan idarə etdiyi avtomobillə onu toyuq almaq üçün Cəlilabad rayonunun dağ kəndlərinə aparmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ona avtomobilinin benzini olmadığını bildirdikdə o, Məhsuna benzin alacağını bildirmişdir. Bundan sonra Məhsun onunla razılaşmışdır. Biraz sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ 2105” markalı, **-GB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə onun yaşadığı evə gəlmişdir. Bundan sonra onlar Cəlilabad rayonu Zopun kəndinə gəlmişlər. Həmin kənddə toyuq tapa bilmədiklərindən onlar geri qayıtmaq qərarına gəlmişlər. Bildirmişdir ki, onlar Zopun kəndinin örüş sahəsinin yaxınlığından keçən zaman örüş sahəsində qoyunların otladığını görmüşdür. Bu zaman o, Təqsirləndirilən şəxs1 təklif etmişdir ki, bu qoyunlardan bir-iki başını oğurlasınlar. Məhsun ilk öncə onunla razılaşmasa da sonradan onunla razılaşmışdır. Bundan sonra o, Məhsundan qoyunların otladığı yerin yaxınlığında avtomobili saxlamağını istəmişdir. Məhsun da avtomobili qoyunların yaxınlığında saxlamışdır. Bundan sonra onlar həmin qoyunlardan 2(iki) baş qoyun tutaraq avtomobilin yük yerinə qoymuşlar və oradan uzaqlaşmışlar. Yolda olarkən o, oğurlamış olduqları iki baş qoyunları satmaq məqsədi ilə əvvəllər tanıdığı Biləsuvar rayon sakini Ramin adlı şəxsə zəng etmiş və ona iki baş qoyun olduğunu və satmaq istədiyini bildirmişdir. Ramin isə ona demişdir ki, o özü hazırda Biləsuvar rayonunda deyil. Həmin vaxt Raminə demişdir ki, vacib olaraq ona pul lazımdır və buna görə qoyunları satmalıdır. Bundan sonra Ramin ona mobil telefon nömrəsi verib həmin şəxsin tanışı olduğunu və onunla əlaqə saxlamağını bildirmişdir. Bundan sonra o, Raminin ona verdiyi mobil telefonla əlaqə saxlamışdır. Həmin şəxs adının Elməddin olduğunu, Biləsuvar rayonu, Amankənd kəndində yaşadığı bildirmişdir. Bundan sonra həmin şəxs ona demişdir ki, qoyunları Biləsuvar rayonu, Amankənd kəndinə gətirsin. Daha sonra o, Təqsirləndirilən şəxs1la birlikdə Məhsunun idarə etdiyi avtomobillə Biləsuvar rayonu, Amankənd kəndinə getmişlər. Onlar ora çatdıqdan sonra həmin şəxslə əlaqə saxlamış və onlara dediyi yerdə avtomobili saxlamışlar. Bundan sonra həmin Elməddin adlı şəxs qoyunlara baxmışdır. Həmin vaxt Elməddin adlı şəxs qoyunların kimə məxsus olması barədə soruşduqda o, Elməddinə qoyunların özünə məxsus olduğunu bildir. Bundan sonra Elməddin adı şəxs qoyunları tərəzidə çəkmiş və 340 manata qoyunları ona satmışlar. Bundan sonra onlar Cəlilabad rayonuna qayıtmışlar. Yaşadıqları Uzuntəpə kəndinə çatdıqdan sonra o, həmin pulun yarısını, yəni 170 manatını Təqsirləndirilən şəxs1 vermiş və Məhsun onu yaşadığı evin yaxınlığında atım çıxıb getmişdir. Bundan başqa bildirmişdir ki, 21 avqust 2024-cü il tarixdə, saat 12 radələrində o, yenidən Təqsirləndirilən şəxs1 zəng edərək toyuq almaq üçün Cəlilabad rayonu, Şatırlı kəndinə getmək istədiyini bildirmiş və ondan idarə etdiyi avtomobillə Şatırlı kəndinə aparmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 da onu aparacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə onun yaşadığı evə gəlib onu götürmüş və onlar Şatırlı kəndinə yola düşmüşlər. Təxminən saat 15 radələrində onlar Şatırlı kəndinə çatmışlar. Bildirmişdi ki, onlar Şatırlı kəndinin yaxınlığında yerləşən otlaq sahəsinin yaxınlığından keçən zaman otlaq sahəsində iribuynuzlu heyvanların otladığını görmüşlər. Həmin vaxt o, Məhsuna demişdir ki, bu heyvanlardan birini oğurlasınlar, Təqsirləndirilən şəxs1 da onunla razılaşmışdır. Bundan sonra onlar avtomobili saxlamış və avtomobildən düşmüşlər. Onlar otlaq sahəsində otlayan sarı rəngli balaca dananı tutub avtomobilin yük yerinə qoymuşlar və dərhal oradan uzaqlaşmışlar. O, Məhsuna demişdir ki, avtomobili Biləsuvar rayonuna sürsün. Onlar Biləsuvar rayonuna çatdıqdan sonra Ramin adlı şəxsin vasitəsi ilə tanış olduğu və qoyunlar satdıqları Biləsuvar rayon sakini Elməddin adlı şəxsə mobil telefon vasitəsi ilə zəng edərək satmaq üçün Biləsuvar rayonuna dana gətirdiyini, əgər istəyirsə münasib qiymətə ona sata biləcəyini bildirmişdir. Bundan sonraaBiləsuvar rayonunda Elməddin onların olduqları yerə gəlmiş və danaya baxaraq 450 manata həmin dananı almışdır. Bundan sonra onlar Cəlilabad rayonuna qayıtmışlar. O, həmin pulunun yarısını, yəni 225 manatını Məhsuna vermişdir. Bundan başqa bildirmişdir ki, 24 avqust 2024-cü il tarixdə, saat 09 radələrində o, yenidən Təqsirləndirilən şəxs1 zəng edərək toyuq almaq məqsədi ilə Cəlilabad rayonu, Sərhədabad kəndinə getmək istədiyini bildirib idarə etdiyi avtomobillə ondan həmin kənddə aparmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ona demişdir ki, beli ağrıyır və buna görə də avtomobili idarə edə bilməyəcək. Həmin vaxt o, Məhsuna demişdir ki, avtomobili o idarə edər. Bundan sonra Məhsun onunla razılaşmış və onlar həmin gün təxminən saat 12 radələrində Sərhədabad kəndinə gəlmişlər. Onlar həmin kəndin yaxınlığında yerləşən otlaq sahəsinin yaxınlığından keçən görmüşlər ki, otlaq sahəsində iribuynuzlu heyvanlar otlayır. Həmin vaxt o, Məhsuna demişdir ki, bu heyvanlardan birini oğurlasınlar. Məhsun da onunla razılaşmışdır. Bundan sonra o, Məhsuna demişdir ki, həmin heyvanları avtomobilin yaxınlığına gətirsin və həmin heyvanlardan balacasını oğurlasınlar. Bundan sonra Məhsun avtomobildən düşmüş və inəkləri avtomobilə tərəf gətirməyə başlamışdır. Bu zaman göy rəngli markasını xatırlamadığı avtomobil Məhsuna yaxınlaşmış və nə isə soruşmuşdur. Məhsun isə əli ilə həmin şəxsə onu göstərmişdir. Bundan sonra həmin avtomobili idarə edən şəxs onun yanıma gəlmiş və o, həmin vaxt nə edəcəyini bilməyib Məhsunu tanımadığıı bildirib Təqsirləndirilən şəxs1 məxsus avtomobili idarə edərək oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs1 isə orada qalmışdır. Həmin vaxt o, başa düşmüşdür ki, həmin şəxs heyvanların sahibidir. Bundan sonra o, Təqsirləndirilən şəxs1 məxsus avtomobili onun yaşadığı evin yanında saxlayıb öz yaşadığı evə getmişdir. Daha sonra həmin şəxsin polisə şikayət edəcəyini düşünüb həmin gün Bakı şəhərinə getmişdir. Bir neçə gün sonra eşitmişdir ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanılıb və oğurluq cinayətinə görə məsuliyyətə cəlb edilib. Bundan sonra tutulacağından qorxub yaşadığı Cəlilabad rayonuna qayıtmamışdır. Bir neçə gün Bakı şəhərində qaldıqdan sonra Salyan rayonuna gəlmiş, Salyan rayonunda bir müddət qaldıqdan sonra oradan Zərdab rayonuna getmiş və orada qalmağa başlamışdır. 24 oktyabr 2024-cü il tarixdə Zərdab rayonunda Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və polis əməkdaşları onu Cəlilabad rayon polis şöbəsinə gətirmişlər. Əlavə olaraq Təqsirləndirilən şəxs1la birlikdə oğurladıqları heyvanların sahiblərinin kim olması barədə heç bir məlumatlarının olmadığını, oğurluq etmələri barədə heç kimin məlumatının olmadığını, birlikdə etdikləri oğurluqdan əldə etdikləri gəliri aralarında böldüklərini, Təqsirləndirilən şəxs1la oğurladıqları iki baş qoyunları və bir baş dananı əvvəllər tanıdığı Biləsuvar rayon sakini Ramin adlı şəxsin vasitəsilə tanış olduğu Biləsuvar rayon sakini Elməddin adlı şəxsə satdıqlarını, həmin heyvanların özünə məxsus olduğunu bildirdiyini və Biləsuvar rayon sakinləri Ramin və Elməddin adlı şəxsin heyvanların oğurluq olması barədə heç bir məlumatlarının olmadığını bildirmişdir. Hazırda əməlindən səmimi peşmandır və ailədə yeganə qazanc gətirən şəxsdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyan tam şəkildə ödənilmiş və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzara alınaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Şatırlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Yaşadığı Şatırlı kəndində fərdi təsərrüfatla məşğul olaraq ailəsinin dolanışığını təmin edir. Bildirmişdir ki, 2024-cü ilin avqust ayında şəxsi təsərrüfatımda 8 baş iribuynuzlu heyvan var olmuşdur. xx.xx.2024-cü il tarixdə həmişə olduğu kimi o, şəxsi təsərrüfatında olan heyvanları otlamaq üçün yaşadığı kəndin yaxınlığında yerləşən otlaq sahəsinə ötürmüşdür. Həmin gün axşam saatlarında heyvanların 7 başı otlaq sahəsindən qayıtmış, 1 baş dana isə qayıtmamışdır. O, həmin gün otlaq sahəsini axtarmış, lakin ona məxsus olan 1 baş dananı tapa bilməmişdir. O, növbəti günlər də otlaq sahələrini axtarmış, lakin 1 baş dananı tapa bilməmişdir. Bundan sonra başa düşmüşdür ki, ona məxsus olan 1 baş dana otlaq sahəsindən naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Buna görə də xx.xx.2024-cü il tarixdə o, Cəlilabad RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus olan 1 baş dananın yaşadığı Şatırlı kənd ərazisində yerləşən otlaq sahəsindən naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını bildirmişdir. Qeyd etmişdir ki, oğurlandığını güman etdiyi ona məxsus 1 baş dananın diri çəkisi 70-80 kiloqram, rəngi sarı-qırmızı rəngdə olmuş, xüsusi heç bir işarəsi isə olmamışdır. Həmin 1 baş dananın oğurlanması nəticəsində ona 600 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Zopun kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Yaşadığım Zopun kəndində fərdi təsərrüfatla məşğul olaraq ailəsinin dolanışığını təmin edir. Bildirmişdir ki, 2024-cü ilin avqust ayında şəxsi təsərrüfatımda 27 (iyirmi yeddi) baş xırdabuynuzlu heyvan var olmuşdur. Bildirmişdir ki, o, təsərrüfatında olan həmin qoyunları mütəmadi olaraq yaşadığı kənd ərazisində yerləşən otlaq sahəsində nəzarət edərək otarırmış. Mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə özünə məxsus şəxsi təsərrüfatımda olan 27 baş xırdabuynuzlu heyvanları həmkəndlilərinin xırdabuynuzlu heyvanları ilə birgə sözügedən örüş sahəsində otararkən heyvanların yanından bir qədər kənarlaşmışdır. Bir qədər sonra görmüşdür ki, tanımadığı şəxs “VAZ- 2107” markalı avtomobillə ona məxsus xırdabuynuzlu heyvanların yaxınlığında şübhəli olaraq avtomobili idarə edərək uzaqlaşmışdır. Həmin vaxt o, həmin avtomobilin qeydiyyat nömrə nişanını görməmişdir. Bundan sonra o, qoyunların yanına gəlmişdir və qoyunları sayarkən müəyyən etmişdir ki, qoyunlardan 2(iki) baş əskikdir. O, həmin vaxt qoyunları yaşadığı evə gətirmiş və evə gəldikdən sonra qoyunları yenidən saymışdır. Qoyunları saydıqdan sonra yenə də 2 baş əskik olduğunu müəyyən etmişdir. Bundan sonra başa düşmüşdür ki, həmin vaxt orada olan “VAZ-2107” markalı avtomobildə olan şəxs və ya şəxslər ona məxsus olan hər birinin qiyməti 400 manat olmaqla ümumilikdə 800 manat dəyərində “Tatalilar” sortuna məxsus olan 2 baş qoyunları oğurlamışdır. Bildirmişdir ki, o, baş vermiş hadisə ilə bağlı əvvəlcə polis orqanlarına məlumat verməmiş və istəmişdir ki həmin nəqliyyat vasitəsini özü tapsın. Lakin bir neçə gün axtardıqdan sonra o, həmin nəqliyyat vasitəsinin kimə məxsus olmasını müəyyən edə bilməmişdir. Bundan sonra o, xx.xx.2024-cü il tarixdə Cəlilabad RPŞ-yə gələrək bu barədə ərizə ilə müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, ona məxsus olan həmin 2 baş qoyun ağ rəngli və “Tatalilar” sortundan olmuş və oğurluq nəticəsində mənə ümumilikdə 800 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Sərhədabad kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Onun heç bir şəxslə ədavət və ya düşmənçiliyi yoxdur. Bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Cəlilabad RPŞ-yə ərizə ilə o, müraciət etmişdir. Bununla bağlı bildirmişdir ki, onun təsərrüfatında 7(yeddi) baş iribuynuzlu heyvanı vardır. Həmin heyvanları biçindən sonra o, səhər saatlarında yaşadığı kəndin qarşısında olan otlaq sahəsinə otlamaq üçün ötürür, axşamüstü saat 19 radələrində isə heyvanları oradan həyətimə gətirirmiş. Bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 07 radələrində o, həmişə olduğu kimi heyvanlarını həmin əraziyə ötürmüşdür. Həmin gün saat 11:30 radələrində o, idarə etdiyi avtomobillə Cəlilabad şəhərindən yaşadığı kəndə qayıdan zaman otlaq sahəsinə baxmış və heyvanları həmişə otladıqları yerdə görməmişdir, lakin həmin yerdən biraz kənarda tanımadığı bir nəfər şəxsin ona məxsus olan heyvanları həmin ərazidən biraz kənarda dayanmış tünd göy rəngli “VAZ 2107” markalı avtomobilin yanına sürdüyünü və heyvanların içində olan 1 (bir) baş dişi cinsli dananı ayırmaq istədiyini görmüşdür. O, həmin şəxslərdən şübhələndiyi üçün onlara yaxınlaşmış və görmüşdür ki, həmin şəxs ona məxsus olan bir baş dananı aparmağa çalışır. Bundan sonra o, avtomobildən düşmüş və ona məxsus olan heyvaları qeyd etdiyi avtomobilə tərəf aparan şəxsdən heyvanlarını haraya apardığını soruşmuşdur, həmin şəxs isə demişdir ki, “heyvanları sahədən çıxardıram”. O, həmin şəxsdən təkidlə heyvanları hara apardığını soruşmuşdur. Bundan sonra həmin şəxs demişdir ki, “mənlik deyil, mən tapşırılan yerə aparıram, məni o, gətirib” və “VAZ 2107” markalı avtomobilə işarə etmişdir. Bu zaman o, təxminən 60-70 metr məsafədə dayanmış olan “VAZ 2107” markalı avtomobilə yaxınlaşmış və həmin avtomobildə olan şəxsdən kim olduğunu soruşmuşdur. Həmin şəxs isə ona heyvanları sürən şəxsi tanımadığını və həmin şəxsi bura onun gətirmədiyini bildirmişdir. Bunu deyən kimi, sürücüsü avtomobil ilə oradan uzaqlaşmışdır. O isə digər piyada olan şəxsi saxlmış və bu barədə Cəlilabad RPŞ-yə məlumat vermişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və o, bu barədə ərizə yazmışdır. Əlavə olaraq bildirmişdir ki, heyvanlarını aparmaq istəyən şəxs özünü Təqsirləndirilən şəxs1 oğlu kimi qeyd etmişdir. Bundan başqa, həmin şəxslərin aparmaq istədikləri ona məxsus olan 1 baş dana təxminən 8-9 aylıq, dişi cinsli, qırmızı rəngli, diri çəkisi isə təxminən 90-100 kiloqram olmasını və həmin vaxt bazarda həmin 1 baş dananın bazar qiymətinin 700 manat olduğunu bildirmişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş şahid X4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Təzəkənd kəndində ailəsi ilə birlikdə yaşayır və Ağdam rayonu, Şahbulaq kəndində daş karxanasında fəhlə işləyir. Bildirmişdir ki, o, təxminən 1 ay bundan əvvəl Biləsuvar rayonundan Masallı rayonuna yaşadığı evi üçün taxta qapı almağa getmişdir. Masallı rayonunda taxta qapı aldıqdan sonra Cəlilabad rayonuna gedən taksilərin yanına gəlmişdir. O, orada tanımadığı taksiyə yaxınlaşıb Biləsuvar rayonuna getmək istədiyini bildirmişdir. Taksi sürücüsü də onu apara biləcəyini demişdir və bu zaman başqa bir müştəri də taksiyə yaxınlaşıb Cəlilabad rayonuna getmək istədiyini bildirmişdir. Bundan sonra onlar yola düşmüşlər. Onlar, yol gedərkən Cəlilabad rayonuna gedən müştəri onunla söhbət etməyə başlamış və adının Rabil olduğunu bildirmişdir. Cəlilabad rayonuna çatmaqlarına az qalmış Rabil adlı şəxs ondan mobil nömrəsini istəmiş və o da mobil nömrəsini ona vermişdir. 12 avqust 2024-cü il tarixdə o, fəhlə işləmək üçün Ağdam rayonuna getmişdir. 15 avqust 2024-cü il tarixdə axşamüstü saatlarında taksidə tanış olduğu Rabil adlı şəxs ***-***-**-** saylı mobil nömrədən ona zəng vurmuşdur. Rabil onunla hal-əhval tutduqdan sonra dostuna məxsus iki baş qoyunu Cəlilabad rayonunda bazarda sata bilmədiyini və həmin qoyuna müştəri axtardığını demişdir. O da Rabildən həmin qoyunun oğurluq olub-olmamasını soruşmuşdur. Rabil telefonda ona həmin qoyunun dostuna məxsus olduğunu və pul lazım olduğu üçün vacib satmaq lazım olduğunu bildirmişdir. Bundan sonra o, Rabilə Biləsuvar rayonu, Amankənd kəndində heyvan alış-verişi ilə məşğul olan Elməddin adlı tanışının mobil telefon nömrəsini vermişdir. Bundan sonra o, tanışı Elməddinə zəng vurub Cəlilabad rayon sakini Rabil adlı şəxsin iki baş qoyun satmaq istədiyini, ona məxsus olan mobil telefon nömrəni Rabilə verdiyini bildirmişdir. Daha sonra o, daş karxanasında öz işlərini görməyə başlamışdır. Bir neçə vaxt sonra Biləsuvar rayonu, Amankənd kəndində yaşayan Elməddin ona zəng vuraraq onun vasitəsi ilə tanış olduğu Rabil adlı şəxsdən aldığı iki baş qoyunun və daha sonra da almış olduğu bir baş dananın oğurluq olduğunu və onun Cəlilabad Rayon Polis Şöbəsinə çağırıldığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, o, Rabil adlı şəxslə təsadüfən taksidə tanış olmuşdur. Həmin vaxt Rabil ondan istifadə etdiyi mobil telefon nömrəsini götürmüşdür. Digər şəxs olan Təqsirləndirilən şəxs1 isə əvvəllər tanımamışdır. Bundan başqa bildirmişdir ki, onun həmin şəxslərlə heç bir ədavət və ya düşmənçilik olmamışdır. Bundan əlavə bildirmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanışı Şahid2 satmış olduqları iki baş qoyunların və sonradan ondan xəbərsiz olaraq satdıqları bir dananın oğurluq olması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Amankənd kəndində ailəsilə birlikdə yaşayır və fərdi əməklə məşğul olur. Mahiyyəti üzrə bildirmişdir ki, 15 avqust 2024-cü il tarixdə, saat 17 radələrində tanışı Biləsuvar rayon sakini Ramin adlı ona zəng vuraraq tanışı Cəlilabad rayon sakini Rabil adlı şəxsin iki baş qoyun satmaq istədiyini bildirmişdir. O da Raminə telefonda cavab olaraq almaq istədiyini bildirmiş və həmin qoyunları oğurluq olub-olmamasını soruşmuşdur. Ramin də ona demişdir ki, heyvanlar həmin şəxsin dostuna məxsusdur. O, Raminlə razılaşmış və dostunu yaşadığı kənddə yerləşən ərzaq mağazasının qarşısına göndərməsini bildirmişdir. Həmin günü saat 18 radələrində sonradan adını öyrəndiyi Rabil adlı şəxs ***-***-**-** saylı mobil nömrədən ona zəng edib qoyunları hara gətirəcəyini soruşmuş və o da Rabilə Biləsuvar rayonu, Amankənd kəndində yerləşən ərzaq mağazasının qarşısına gəlməsini bildirmişdir. Həmin şəxs “VAZ 2107” markalı, 77- GB-489 dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı Amankənd kəndində yerləşən ərzaq mağazasının qarşısına gəlmişdir. O, həmin avtomobildə 2 baş qoyunları gətirən şəxsi qəsdən mağazanın qarşısına çağırmışdır ki satan şəxs mağazanın kamerasına düşsün. Həmin avtomobildən 2 nəfər tanımadığı şəxs düşmüş və qoyunları satan şəxs ona yaxınlaşmışdır. Həmin şəxs ona avtomobilin baqajında 2 baş qoyun olduğunu bildirib əti hansı qiymətə götürdüyünü ondan soruşmuşdur. O da ona ətin 1 kiloqramın 17 manata götürdüyünü bildirmişdir. Qoyunları satan şəxs də ondan əti çəkmək üçün tərəzi tapmağını xahiş etmiş və bundan sonra o, mağazadan tərəzini götürmüş və həmin tərəzini “Vaz 2107” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına qoymuşdur. Həmin vaxt tanımadığı ağ rəngli köynəkdə olan şəxs 2 baş qoyunları bir-bir avtomobilin baqajından götürüb tərəzinin üstünə qoyub çəkmişdir. Qoyunların çəkisi ümumilikdə 20 kiloqram olmuş və o, 340 manata həmin şəxsdən qoyunları almışdır. Bildirmişdir ki, tanışı Ramin ona rayonda satmaq üçün heyvan tapmağa köməklik edirmiş. Bu səbəbə görə də Ramin həmin şəxsləri onun yanına göndərmişdir. Bundan sonra, tanımadığı həmin şəxslər avtomobilə oturub çıxıb getmişlər. Bundan başqa bildirmişdir ki, 21 avqust 2024-cü tarixdə Rabil adlı şəxs yenidən ona zəng edərək bir baş danası olduğunu və pul lazım olduğu üçün satmaq istədiyini bildirmişdir. O da həmin vaxt bildirmişdir ki, bir baş dananı ondan ala bilər. Bundan sonra Rabil həmin bir baş dananı Biləsuvar rayonu ərazisinə gətirmişdir. Həmin vaxt Rabilin yanında bir nəfər şəxsdə var imiş və həmin şəxs qoyunları alarkən gələn şəxs olmuşdur. O, danaya baxdıqdan sonra 450 manata dananı ala biləcəyini demişdir. Onlar da onunla razılaşmışlar və 450 manat pul qarşılığda o, həmin bir baş dananı onlardan almışdır. Əlavə olaraq bildirmişdir ki, onun Rabil adlı şəxslərdən almış olduğu iki baş qoyunların və bir baş dananın oğurluq olması barədə heç bir məlumatı olmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşdə olan vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmasının əvvəli 03 sentyabr 2024-cü ildən hesablanmışdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 01 dekabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmasının əvvəli 24 oktyabr 2024-cü ildən hesablanmışdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 29, 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə həmin şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək, polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilmiş və təqsirləndirilən şəxslər dərhal həbsdən azad edilmişlər. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad olunan cinayəti törətmələri tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad olunan cinayəti törətməkdə təqsirlərinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 29, 177.2.1, 177.2.2-ci maddələri ilə düzgün tövsif edilmiş və buna görə də onlara təqsirli bilindikləri maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsi və zərərçəkmiş şəxslərlə barışması, gənc olmasını, vətən müharibəsi iştirakçısı olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdarılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsi və zərərçəkmiş şəxslərlə barışmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdarılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanüni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanüni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 29, 177.2.1, 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə ibtidai istintaq və məhkəmə istintaqı zamanı 03 sentyabr 2024-cü ildən 19 fevral 2025-ci il tarixədək həbsdə olduğu 5 (beş) ay 16 (on altı) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 11 (on bir) ay 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs1 üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad rayonunun Uzuntəpə kəndində yerləşən yaşadığı evi tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 29, 177.2.1, 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə ibtidai istintaq və məhkəmə istintaqı zamanı 24 oktyabr 2024-cü ildən 19 fevral 2025-ci il tarixədək həbsdə olduğu 3 (üç) ay 26 (iyirmi altı) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 7 (yeddi) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 8 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs2 üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad rayonunun Uzuntəpə kəndində yerləşən yaşadığı evi tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №1(073)-35/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-35/2025
29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver