Məhkəmə qərarları › İş №1(073)-36/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-36/2024

15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-36/2024 15.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Maşlıq kəndində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, bu iş üzrə 26 yanvar 2024-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 oktyabr 2023-cü il tarixdə, saat 19 radələrində Cəlilabad rayonu, Çaşlıq kəndində yerləşən fərdi yaşayış evində qayınatası Şahid1 təhqir edib evdən qovmasına irad bildirən arvadı Zərərçəkmiş şəxs ilə həmin zəmində aralarında yaranmış mübahisə zamanı sonuncunun burun və sinə nahiyələrindən dəfələrlə yumruq zərbələri ilə vuraraq, burun nahiyəsində şişkinlik, qançır və burun sümüyünün natamam sınığı, sol süd vəzisi üzərində qançı dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır, onunla 14 ildir ki, qeyri rəsmi ailə həyatı qurmuş, birgə ər-arvad münasibətlərindən 4 (dörd) övladları dünyaya gəlmişdir. Evləndikləri gündən münasibətləri yaxşı olmuş, xasiyyətləri uyğun gəlmişdir. O, işləmək məqsədi ilə 6-7 ay olar ki, getmiş, həmin ərəfələrdə Cəlilabad rayonu Musalı kəndində qeydiyyatda olan X1 ilə qeyri-rəsmi nikah qurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs ilə aralarında münasibətləri pisləşmişdir. O, arabir Maşlıq kəndindəki evinə gedib-gəlmişdir. 11 oktyabr 2023-cü il tarixdə evinə gəlmişdir. Günel də atasıgildən evə gəlmiş, onunla birlikdə qayınatası Aslan da gəlmişdir. O, Aslandan üzr istəmiş və demişdir ki, bir də Zərərçəkmiş şəxs incitməyəcək. Aslan isə ona demişdir ki, o, qızını aparacaq. O da əsəbiləşib Aslanı qapıdan qovmuş, lakin onu söyüb təhqir etməmişdir. 12 dekabr 2023-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs yenə də ona demişdir ki, niyə atasını qapıdan qovmuşdur. O da demişdir ki, ailə işlərinə qarşır deyə bunu etmişdir. Günel ona demişdir ki, ikinci qadınla evləndiyinə görə onu tutduracaqdır. O da əsəbləşib Zərərçəkmiş şəxs qolundan tutub içəriyə dartmış və evə gətirmişdir. Zərərçəkmiş şəxs birinci mərtəbəsindəki otağa dartanda Günelin sifət nahiyəsi qapıya dəymiş və burnu qanamışdır. Hazırda törətdiyi əməlindən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxs ondan heç bir şikayəti və tələbi yoxdur. Ona görə də bunu nəzərə alaraq onu cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs onun əridir, onunla 2009-cu ildə qeyri rəsmi ailə həyatı qurmuş, lakin aralarında rəsmi nikah olmamışdır. Birgə ər-arvad münasibətlərindən 4 (dörd) övladları dünyaya gəlmişdir. Evləndikləri gündən münasibətləri yaxşı olmuş, xasiyyətləri uyğun gəlmişdir. Lakin son bir ildir ki, münasibətləri korlanmışdır. Əri Təqsirləndirilən şəxs Arzu adlı qadınla qeyri-rəsmi nikaha girib yaşamış, buna görə də münasibətləri pisləşmişdir. 2023-cü ilin mart ayının 29-da Arzu adlı qadını götürüb evdən çıxaraq getmişdir. Təqsirləndirilən şəxs 7 aydan sonra 11 oktyabr 2023-cü il tarixdə saat 12 radələrində evə gəlmişdir. Təqsirləndirilən şəxs demişdir ki, həmişəlik evə qayıtmışdır. Həmin gün o, atasına demişdir ki, gəlib Ariflə danışsın ki, niyə onları başsız qoyub 7 aydır ki, hara gedib. X3 Eyvazov nalayiq sözlərlə təhqir edərək evdən qovmuşdur. 12 oktyabr 2023-cü il tarixdə saat 18:30 radələrində yaşadıqları evdə o, əri Təqsirləndirilən şəxs bildirmişdir ki, atası Şahid1 niyə evdən təhqir edib qovmuşdur. Təqsirləndirilən şəxs isə onu təhqir etmiş və üzərinə gəlib sağ qol nahiyəsindən tutaraq sıxmış, onu içəri otağa salmış, yumruqla bir dəfə burun nahiyəsinə, yumruqla 3-4 dəfə kürək nahiyəsinə, təpiklə isə bir dəfə sinə nahiyəsindən vurmuşdur. Qayınanası Elmira və baldızı Gülarə onu güclə Arifin əlindən almışlar. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə onun barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli 1141 saylı rəydən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs burun nahiyəsində şişkinlik, qançır və burun sümüyünün natamam sınığı, sol süd vəzisi üzərində qançır müəyyən olunmuş, müəyyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti 12 oktyabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan, Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməmiş və məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmiş və işin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə özünü təqsirli bildiyini, əməlindən peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tamamilə ödədiyini, zərərçəkmişin ondan heç bir şikayət və tələbinin olmadığını göstərərək, cinayət məsuliyyətindən azad edilıməsini və cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərdikləri halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətmişdir. Böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdikdən sonra Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə, işin müəyyən olunmuş hallarını, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışmasını əsas tutaraq işin icraatına xitam verilməsini mümkün hesab edir və belə nəticəyə gəlir ki, tərəflərin barışması nəticəsində işin icraatına xitam verilməsi zərərçəkmiş şəxsin və başqa şəxslərin mənafelərini və hüquqlarını pozmur və ictimai mənafelərə zidd deyildir, eyni zamanda həmin cinayət təqibi üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.5-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci madddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır: Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi mümkün sayılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar