Məhkəmə qərarları › İş №1(073)-37/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-37/2023

02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-37/2023 02.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi X2 Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1987-ci ildə Cəlilabad rayonu, Muğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Cəlilabad rayonu, Muğan kəndində yaşayan, Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 11.00 radələrində yaşadığı Cəlilabad rayonun Muğan kəndində yerləşən kartof əkin sahəsini suvarma məqsədi ilə benzinlə işləyən su mühərrikin yerləşdirilməsi üçün qazdığı çalaya onun torpağı ilə həmsərhəd və yeznəsi Şahid2 məxsus olan kartof sahəsində fəhlə qismində işləyən qadınların həmin çaladan “tualet” kimi istifadə etmələrinə icazə vermədiyinə görə yeznəsi Şahid2 ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisəyə müdaxilə edən sonuncunun övladı Zərərçəkmiş şəxs Bəybala oğlunun sol qolunun biləng nahiyyəsindən yumruq zərbəsi vuraraq ona “sağ milbiləng oynağı nahiyəsində şişkinlik, hematoma və hərəkət məhdudluğu, sol əlin arxa səthində qançır” yarası ilə nəticələnən qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü tam təqsirli bilərək, verdiyi ifadəsində göstərdi ki, Cəlilabad rayonu Muğan kəndində yaşayır, özü kənddə əkinçiliklə məşğul olur, həmkəndliləri Şahid2 bacısı yoldaşı olmaqla yeznəsidir, onun övladları Şahid1 və Zərərçəkmiş şəxs isə bacısı uşaqlarıdır. 25 dekabr 2022-ci il tarixdə, saat təxminən 11 radələrində özünə məxsus Muğan kəndində yerləşən kartof sahəsində işləyirmiş. Onun kartof sahəsi ilə həmsərhəd yeznəsi Şahid2da kartof sahəsi vardır. Özünə məxsus torpaq sahəsini suvarmaq üçün benzin matorunun işlənməsi üçün təxminən 2-3 metir dərinlikdə çala qazdırmış, suyu yaxşıçəkə bilməsi üçün ora həmişə matoru qoymuşdur. Həmin vaxtı bacısı övladları Bəybala və Zərərçəkmiş şəxs ikisidə birlikdə atası Vidadiyə məxsus olan kartof sahəsində fəhlə kimi işləyirdilər. Onlarla bərabər Cəlilabad rayon mərkəzindən dəvət olunmuş 8-10 nəfər fəhlə qadınlar orada işləyib “payız” kartofu çıxarırmışlar. Həmin sahədə fəhlə işləyən qadınlardan 2-3 nəfəri “ayaq yoluna” getmək məqsədi ilə ona məxsus olan kartof sahəsində qazdığı çalaya getmək istəyərkən onları sahəyə buraxmayaraq onlara “bura sizin tualet deyildir bildirmişdir. Bunu eşidən yeznəsi Şahid2 onu nəlayiq söyüşlərlə söyərək “nəyə görə onun fəhlələrinə çalada tualetə getməyə icazə vermədiyini demişdir.Bu söyüşlərə görə Vidadiyə yaxınlaşıb söyüş söyməyin səbəbini soruşanda onun iki oğlu Bəybala və Zamin onun üstünə hücum çəkib vurmağa cəhd göstərmişlər, lakin özünü müdafiə etmək üçün onlardan Zaminin sağ əlindən,biləng nahiyyəsindən yumruqla vurmuşdur. Bir neçə dəqiqədən sonra polis işçiləri hadisə yerinə gəlib onu və qarşı tərəfi Göytəpə PB-nə dəvət etmişlər,orada ona məlum olmuşdur ki,bacısı uşaqları Bəybala və Zamin ondan 102 xidmətinə şikayət ediblər. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxs bacısı oğludur, onunla barışmışdır. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X1 iştrakı ilə verdiyi ifadəsində göstərmişdir ki, 25 dekabr 2022-ci il tarixdə, saat təxminən 11 olarmış ki, qardaşı Şahid1la birlikdə atası Vidadiyə məxsus olan kartof sahəsində işləyirmişlər. Orada onlarla bərabər Cəlilabad rayonundan gəlmiş qadınlar fəhlə qismində işləyib sahədən “payızı” kartofu çıxarmışlar.Həmin sahədə fəhlə işləyən qadınlar “ayaq yoluna” getmək məqsədi ilə onların sahəsi ilə qonşluqda yerləşən, dayısı Təqsirləndirilən şəxs məxsus olan kartof sahəsində qazılmış çalaya getmək istəyərkən Cavid həmin qadınları görüb onları nəlayiq sözlərlə söyüb oradan qovduğuna görə atası Şahid2 ona irad tutduğu üçün dayısı Cavidlə mübahisələri düşmüş və Cavid yumruqla onun sağəlinin biləng nahiyəsindən zərbə vurmuşdur. Hazırda dayısı Təqsirləndirilən şəxs ilə barışmış və onu bağışlamışdır. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da oğlu Zərərçəkmiş şəxs ifadəsinə oxşar ifadə verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsi tam sübuta yetirilir. İşdə olan Cəlilabad rayon MTE və PA şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1140 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs “sağ mil-biləng oynağı nahiyəsindəşişkinlik,hematoma və hərəkət məhdudluğu, sol əlin arxa səthində qançır”müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, tələb və şikayətinin olmadığını, hadisə zamanı ona heç bir maddi ziyan dəymədiyini göstərərək, məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını, göstərərək, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı verdikləri ifadələri, onların ərizələrində göstərdikləri halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar işin icraatına xitam verilməlidir. İş materialları ilə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətmişdir. İctimai təhlükəli əməli törətdikdən sonra Zərərçəkmiş şəxs ilə barışmışlar. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, hadisə zamanı ona maddi ziyanın dəymədiyini göstərərək, işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə zərərçəkmiş şəxsin barışmasını əsas tutaraq məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini mümkün hesab edir və belə nəticəyə gəlir ki, tərəflərin barışması nəticəsində işin icraatına xitam verilməsi zərərçəkmiş şəxsin və başqa şəxslərin mənafelərini və hüquqlarını pozmur və ictimai mənafelərə zidd deyildir, eyni zamanda həmin cinayət təqibi üzrə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.5-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmişşəxs zərərçəkmişşəxslə barışdıqda və ona dəymiş ziyanıödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuşəməli (əməlləri) törətmişşəxs zərərçəkmişşəxslə barışdıqda və ona dəymiş ziyanı tamamiləödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda” məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi mümkün sayılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə... qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 73-cü maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar