Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-37/2024 22.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 Elibəyi qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Cəlilabad rayonunun Abazallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, hazırda cəza çəkən, Cəlilabad rayonunun Abazallı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 12 fevral 2023-cü il tarixdə saat 10 radələrində Cəlilabad şəhəri, M.Hüseyn küəsində yerləşən Zərərçəkmiş şəxs1 evinə qanunsuz daxil olaraq saxlanc yerində masanın üstündə olan Zərərçəkmiş şəxs1 məxsus qiyməti 160 manat olan «Xiomi Redmi» 10 markalı mobil telefonu və həmin otaqdan pəncərənin qarşısından X3 məxsus qiyməti 400 manat olan «Samsunq» A 50 markalı mobil telefonu gizli olaraq talamaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Cinayət işinin materiallarını və məhkəmə istintaqında toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi bu cinayət əməlində təqsiri tam sübuta yetirilir və aşağıdakılarla təsdiq olunur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonunun Abazalı kəndindən olmaqla Bakı şəhərində tikinti işlərində hörgü, suvaq, malyar işləri görərək çörək pulu qazanıb orada da kirayədə yaşamışdır. Zərərçəkmiş şəxs1 bir neçə il əvvəldən tanımıışdır. Belə ki, əvvəllər onun Dünyaxanımın qonşuluğunda evi olmuş, sonradan isə həmin evi satmışdır. Dünyaxanımın həyətində öz yaşadığı evdən başqa kiçik otaqlı evlər olmaqla həmin otaqlarda kirayədə adam saxlamışdır. O, 2023-cü ilin fevral ayının əvvələrində Bakı şəhərindən bir neçə günlük Cəlilabad şəhərinə gəlmiş, gələndən sonra Dünyaxanımgilə gedərək nə qədər ki, Cəlilabad şəhərində olsa onun həyətindəki otaqların birində kirayədə qalmasını demişdir. Dünyaxanımın həyətindəki otaqların birində bir gün kirayədə qalandan sonra Dünyaxanım ona həyətdə bir otaq da kirayə vermək üçün tikdirdiyini, həmin otağın malyar işini və tualetinin suvağını vurmasını ona demişdir. O, həmin otağa baxıb Dünyaxanımın dediyi işi görmək üçün onunla 200 manata razılaşaraq 4 gün həmin işi görmüşdür. Sonra iş yekunlaşmaq üzrə olaraq bir günlük işi qalarkən Dünyaxanıma siqaret almaq üçün pula ehtiyacı olduğunu, zəhmət haqqından ona pul verməsini və siqaret alacağını demişdir. Dünyaxanım da ona işini qurtarandan sonra onun pulunu verəcəyini demişdir. İşin yekunlaşması üçün 3-4 kq. üzlüyə ehtiyac olduğu üçün Dünyaxanıma mağazadan üzlük alıb gətirməsini demişdir. Ona görə də Dünyaxanım üzlük almaq üçün mağazaya getmişdir. Dünyaxanım gedərkən öz yaşadığı evin qapısını bağlamadığını və qapının açıq qaldığını görmüşdür. Dünyaxanım gedəndən sonra işi qurtarandan sonra onun zəhmət haqqını verməyəcəyini düşünmüş, ona görə də Dünyaxanımın yaşadığı evə keçməsini və oradan zəhmət haqqının əvəzində nəsə oğurlayaraq çıxıb getmək qərarına gəlmişdir. Ona görə də Dünyaxanımın yataq otağına keçmiş və həmin otaqda olan stolun üstündə enerjiyə qoşulu vəziyyətdə olmaqla sadə düyməli mobil telefon olduğunu, pəncərənin qarşısında isə başqa bir sensorlu mobil telefon olduğunu görmüşdür. O, hər iki mobil telefonu götürərək cibinə qoyub evdən həyətə çıxıb sonra isə küçəyə çıxaraq Cəlilabad şəhərindən Bakı şəhərinə gedən taksi avtomobillərinin yanına gəlmişdir. Oradan isə tanımadığı taksi avtomobilinə minərək Bakı şəhərinə getmiş, Bakı şəhərinə gedəndən sonra sensorla işləyən mobil telefonun işləmədiyini görüb həmin telefonu yolun kənarına atmış, düyməli telefonun üzərinə isə öz mobil nömrəsini qoyaraq işlətmişdir. Həmin telefonu bir müddət işlətdikdən sonra isə pula ehtiyacı olduğuna görə həmin telefonu Bakı şəhərində tanımadığı bir şəxsə 20 manata satmışdır. Hazırda əməlindən səmimi peşmandır, maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəyə bilməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törətməsi özünün etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxslərin ifadələri və işin digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 Elibəyi qızı məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad şəhəri 28 may küçəsi ev 6-da qeydiyyatda olsa da Cəlilabad şəhəri, M.Hüseyn küçəsində özünə məxsus nömrəsiz evdə tək yaşayır. Yaşadığı evin həyətində öz yaşadığı evdən başqa ayrı-ayrı 3 kiçik otaqlı ev olmaqla tanış adam olanda həmin otaqlarda kirayə adam saxlamışdır. Quba rayon sakini Habil Sanalıyev əvvəllər yol tikintisində işləyərkən gəlib bir neçə gün onun həyətindəki otaqların birində kirayədə qalmışdır. Təqsirləndirilən şəxs isə əvvəllər onunla qonşuluqda yaşamış, sonradan isə çıxıb Bakı şəhərinə gedərək orada yaşamışdır. O, 8 fevral 2023-cü il tarixdə evlərində olarkən Təqsirləndirilən şəxs gəlib ona bir neçə günlük Cəlilabad şəhərinə gəldiyni və onun həyətindəki otaqların birində kirayədə qalmaq istədiyini demişdir. O da Dövlətin sözünə razılıq verərək həyətindəki otaqların birini ona göstərib həmin otaqda qalmasını demişdir. Dövlət bir gecə orada qalmış, Dövlətin ustalıq etdiyini bildiyi üçün səhəri günü Dövlətə həyətdə olan otağın birinin içərsinin təmirinə ehtiyac olduğunu deyərək həmin otağı Dövlətə göstərib otağın suvağını və üzlüyünü (şpaklovkasını) vurmasını və zəhmət haqqı da nə etsə axırda verəcəyini demişdir. Dövlət də onun sözünə razılıq verərək elə həmin gündən həmin otağın işinə başlamışdır. 11 fevral 2023-cü il tarixdə Habil Sanalıyev onun evinə gəlib gecəni onun evində qalacağını, səhər tezdən isə Astara rayonuna alma satmağa gedəcəyini demişdir. Habil həmin gecəni onun həyətindəki otaqların birində qalaraq səhər tezdən Astara rayonuna gedərkən «Samsung» markalı mobil telefonunu ona verərək telefonu öz evinə qoymasını və axşam gələndə götürəcəyini demişdir. Ona görə o da Habilin mobil telefonunu aparıb öz yataq otağındakı pəncərənin qarşısına qoymuşdur. 12 fevral 2023-cü il tarixdə öz «Xiomi Redmi 10 C» markalı mobil telefonunu yataq otağında olan stolun üstünə qoyaraq enerjiyə qoşmuş, həmin vaxt Dövlət də həyətdəki otaqda iş görmüşdür. Elə həmin günü saat təxminən 09:30 radələrində Dövlət ona üzlük (şpaklovka) qurtardığını bildirərək, mağazadan 3-4 kq. üzlük (şpakolvka) alıb gətirməsini demişdir. Sonra o, yataq otağının qapısını bağlamadan üzlük (şpaklovka) almaq üçün mağazaya getmiş, üzlük (şpaklovka) alaraq bir neçə dəqiqədən sonra qayıdıb həyətinə gələrək Dövlətin olmadığını görmüşdür. Sonra yataq otağına keçərkən özünə məxsus olan mobil telefonunun və Habilə məxsus olan mobil telefonun evdə olmadığını görmüş, telefonların olmadığını görəndən sonra Dövlətin telefonları oğurlayaraq çıxıb getdiyini başa düşmüşdür. Ona görə də Azərbaycan Respublikası DİN-nin 102 xdmətinə zəng edərək evindən telefonların oğurlanması barədə məlumat verərək və həmin günü də Cəlilabad RPŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin günü gecə Habil Astara rayonundan onun evinə gəlmiş, Habilə telefonların Dövlət tərəfindən oğurlandığını demiş, ona görə Habil də 13 fevral 2023-cü il tarixdə Cəlilabad RPŞ-nə gələrək telefonunun oğurlanması barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Ona vurulmuş ziyanı tələb edir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X5 məhkəməyə ərizə göndərərək, ona dəymiş ziyanı tələb etdiyini, hazırda şikayətçi olduğunu göstərərək, işə onun iştirakı olmadan baxılmasını və məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş şəxs X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş zərərçəkmiş şəxs X5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Quba rayonunun Qələdüz kəndində yaşayaraq fərdi əməklə məşğul olur. Əvvəllər yol tikintisində işləyərkən Cəlilabad şəhər sakini Zərərçəkmiş şəxs1 həyətində kirayə verdiyi evdə qalaraq həmin vaxtdan onu tanımışdır. Ailəsini dolandırmaq üçün Quba rayonundan bəzən vaxtlarda alma alıb başqa rayonlara aparıb sataraq çörək pulu qazanmışdır. 11 fevral 2023-cü il tarixdə Quba rayonundan Astara rayonuna alma satmaq üçün gedərkən Cəlilabad şəhərinə gəlib Dünyaxanımın həyətindəki evlərin birində gecəni qalmış, səhəri günü isə tezdən Astara rayonuna gedərkən öz «Samsung A50» markalı mobil telefonunu Dünyaxanıma verərək Astara rayonunda şəbəkə yaxşı tutmadığını, telefonu orada işlədə bilməyəcəyini, onun telefonunu öz evinə qoymasını və axşam qayıdıb gələndə ondan götürəcəyini demişdir. Sonra çıxıb alma satmaq üçün Astara rayonuna getmiş, elə həmin günü axşam Astara rayonundan Dünyaxanımın evinə qayıtmış, evə gələndən sonra Dünyaxanım ona mağazaya getdiyini, mağazada olduğu vaxt həyətində kirayədə qalan və həyətindəki otaqların birində təmir işləri görən Dövlət adlı şəxsin evə girərək onun və özünün mobil telefonunu evdən oğurlayaraq çıxıb getdiyini, ona görə də Cəlilabad rayon polis şöbəsinə Dövlətin barəsində şikayət etdiyini demişdir. Həmin günün səhəri o da Cəlilabad rayon polis şöbəsinə gələrək qiyməti 400 manat olan mobil telefonu Dünyaxanımın evindən Dövlət adlı şəxs tərəfindən oğurlanması barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi bu cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, zərərçəkmiş şəxslərin ifadələri, eləcə də işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi ilə bağlı ifadəsini özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 17 aprel 2023-cü il tarixdən hesablanmaqla Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına və 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmiş və CM-nin 68.2-ci maddəsinə əsasən 3000 (üç min) manat cərimə cəzasının müstəqil icra edilməsi hökm edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. İş üzrə zərərçəkmiş şəxslərə mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 2 (iki) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası və 3000 (üç min) manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona 3 (üç) il 2 (iki) ay müddətə azadlıqdan mərhumetmə və 3000 (üç min) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 3000 (üç min) manat cərimə cəzası müstəqil icra edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 17 aprel 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(073)-37/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-37/2024
22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver