Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-38/2023 27.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs , Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2002-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Cəlilabad rayon Gülməmmədli kənd tam orta məktəbində gözətçi işləyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Gülməmmədli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsinə dair barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 11 dekabr 2022-ci il tarixdə, saat 21 radələrində, Cəlilabad rayonunun Gülməmmədli kəndində Zərərçəkmiş şəxs və Şahid1 ilə aralarında sonuncuya məxsus evin həyətində şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs kəllə ilə baş nahiyəsinə vuraraq sonuncuya alın nahiyəsində əzilmiş yara və şişkinlik, sağ qabırğa altı nahiyədə qançırla nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, “Vətən” müharibəsi iştirkaçısı və qazidir. xx.xx.2022-ci il tarixdə Ağdərə rayonu, Ağuçuq kəndində piyada əleyhinə minaya düşmüş, bunun nəticəsində sağ ayağının dizdən aşağı hissəsi amputasiya olunmuşdur. Hazırda İİ-ci qrup müharibə əlilidir, çəliklə hərəkət edir. xx.xx.2022-ci il tarixdə Üçtəpə kəndində toy məclisində iştirak etmiş və toy məclisindən saat 20 radələrində çıxan zaman həmkəndlisi Şahid1 ilə qarşılaşmışdır. Cəbrail bilərəkdən və ya bilməyərəkdən ona çiyin vurmuş, o isə büdrəmiş və az qalmışdır ki, yıxılsın. Ayağındakı protez boşalmış və o, orada Cəbrailə demişdir ki, məndən “üzr istəmədin, Allahın bir salamını vermədin”, Cəbrail isə cavabında onu çiyini ilə vurmadığını bildirmiş və ailəsini kəndlərinə aparandan sonra söhbət edəcəklərini demişdir. Bundan sonra Gülməmmədli kəndində Cəbrailin evinin yanına getmiş, yolun qırağında onu gözləmiş, Cəbrail isə yola çıxmamış və evinin qarşısında dayanmışdır. Buna görə Cəbrailə “Kərbəlayı sən şikəst adamı yolda gözlətdirirsən” demiş, Cəbrail isə yenidən onu çiyinlə vurmadığını demişdir. O da Cəbraildən onu vurmaması ilə əlaqədar and içməsini istəmişdir. Bu zaman həyətdən Cəbrailin oğlu Zərərçəkmiş şəxs çıxmış və onunla kobud şəkildə danışmağa başlamışdır. Həmin vaxt Tacəddin əlini bel nahiyəsinə qoymuş, o isə Tacəddinin əlinə nəsə götürə biləcəyini düşünərək, onun yaxasından tutmuş və kəllə ilə Tacəddinin baş nahiyəsinə bir dəfə başı ilə vurmuşdur. Zərbə nəticəsində Tacəddin arxaya getmiş, bu zaman atası Şahid2 gələrək onunla Cəbrailin arasına girmiş və onlar birbirindən ayrılmışlar. Atası onu evinə aparmış, bir müddət sonra isə Cəbrail və Tacəddinin onun barəsində şikayət etdiklərini öyrənmişdir. Hadisə təxminən 2-3 dəqiqə davam etmiş, hadisəni atası Ələddin və Tacəddinin atası Cəbrail görmüşdür. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə atası Şahid1 AR DİN-nin 102 xidməti zəng mərkəzinə və Cəlilabad RPŞ-nə ərizə ilə müraciət etmiş, həmçinin özü də həmin tarixdə Cəlilabad RPŞ-nə ərizə ilə müraciət etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Gülməmmədli kəndində yaşadığı evdə olan zaman həyətlərində səs eşitmiş, səsə çıxmış və həyətdə atası Şahid1 ilə həmkəndlisi Vətən Müharibəsi qazisi olan Təqsirləndirilən şəxs mübahisə etdiklərini görmüşdür. Təqsirləndirilən şəxs atası ilə hündürdən danışdığına görə onlara yaxınlaşmış və nə baş verdiyini soruşmuşdur. Həmin vaxt Hüseyn onu və atasını hədələməyə başlamış, o isə Hüseyni sakitləşdirməyə çalışmış, lakin Hüseyn sakitləşməmişdir. Buna görə atası Cəbrail Təqsirləndirilən şəxsin atası Şahid2 zəng etmiş və Şahid2 həmin yerə gəlmişdir. Hüseynin atası Şahid2 Hüseyni qırağa çəkmiş, lakin bir neçə dəqiqədən sonra Hüseyn yenə onların həyətinə gələrək, ona barışmaq istədiyini, bir daha belə halın təklarlanmaması üçün ona söz demək istədiyini bildirmişdir. Buna görə Hüseynə yaxınlaşmış, Hüseynlə aralarında olan söz-söhbətin bitəcəyini düşünmüş, lakin Hüseyn gözlənilmədən bir dəfə onu kəllə ilə alın nahiyəsindən vurmuşdur. Zərbənin təsirindən yerə yıxılmış, Hüseyn üzərinə gəlmək istəsə də, atası və Hüseynin atası Şahid2 onu həyətdən uzaqlaşdırmışlar. Daha sonra atası AR DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət etmiş, həmçinin özü Cəlilabad RMX-na həkim müayinəsinə getmişdir. Sonradan hadisə barədə Cəlilabad RPŞ-nə ərizə ilə müraciət etmişdir. Hadisə təxminən 5 dəqiqə davam etmiş və hadisə zamanı o Hüseynə heç bir müqavimət göstərməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış və onu bağışlamışdır. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan və tədqiq edilmiş Şahid1 təhqiqat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə AR DİN-nin 102 xidməti zəng mərkəzinə və Cəlilabad RPŞ-yə ərizə ilə müraciət etmiş, həmçinin həmin tarixdə oğlu Gözəlov X1 RPŞ-yə ərizə ilə müraciət etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Üçtəpə kəndində eyni adlı şadlıq sarayında baş verən toy məclisindən çıxmış, yanında həyat yoldaşı olmuş, şadlıq sarayının giriş qapısının yanında həmkəndlisi Vətən Mühribəsi qazisi Təqsirləndirilən şəxs onu saxlamış və kobud şəkildə güya ona çiyin vurduğunu demiş, o isə belə hadisənin baş vermədiyini bildirmiş, ancaq Hüseyn səs tonunu qaldırıb onu ittiham etməyə davam etmişdir. Hüseynin içkili olduğunu düşünmüş və ona ailəsini evinə apardıqdan sonra bu barədə danışmağı demişdir. Bundan sonra Gülməmmədli kəndinə getmiş və bu barədə Hüseynlə növbəti gün danışacağını düşünmüşdür. Ancaq saat 21 radələrində artıq evində olan zaman Hüseynin onun evinin qarşısında olduğunu və onu gözlədiyini görmüşdür. Həyətə çıxaraq Hüseyni sakitləşdirməyə və ona aralarında anlaşılmazlıq olduğunu, onu heç bir zaman itələmək niyyətində olmadığını və ya başqa formada hörmətsizlik etmədiyini izah etməyə çalışmışdır. Lakin, Hüseyn onun üstünə qışqırmağa başlamış, onu hədələmiş və bu zaman həyətə oğlu Tacəddin çıxmışdır. Tacəddin də öz növbəsində Hüseyni sakitləşdirməyə başlamış, lakin Hüseyn sakitləşməmiş və buna görə Hüseynin atası Ələddinə zəng etmişdir. Hadisə yerinə Ələddin gəldiyi zaman artıq Hüseyn sakitləşməyə və normal danışmağa başlamışdır. Hüseyn onlara demişdir ki, barışaq və bu zaman Tacəddinlə mehriban söhbət etməyə başlamış, ancaq bir neçə saniyədən sonra Tacəddini kəllə ilə baş nahiyəsindən vurmuşdur. Tacəddinin alın nahiyəsindən qan gəlməyə başlamış, hadisə yerinə gələn Ələddin və o Hüseyni Tacəddindən kənarlaşdırmışlar. Bundan sonra o AR DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət etmiş və Tacəddini Cəlilabad RMX-na aparmışdır. Hadisə təxminən 5 dəqiqə davam etmiş, hadisəni Ələddin və o görmüşdür. Hadisə zamanı Tacəddin və o, Hüseynə heç bir müqavimət göstərməmişdirlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan və tədqiq edilmiş Şahid2 təhqiqat zamanı verdiyi ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs “Vətən” müharibəsi iştirakçısı və qazisidir. Oğlu hərbi əməliyyatlar zamanı piyada əleyhinə minaya düşdüyü üçün sağ ayağı amputasiya olunmuşdur. Oğlu həmin hadisədən sonra stress keçirmiş və təbii halda ətrafda baş verən hadisələrə çox həssas yanaşır. xx.xx.2022-ci il tarixdə axşam saat 21 radələrində ona həmkəndlisi Şahid1 zəng etmiş və onun yaşadığı evin həyətinə gəlməsini, oğlu Hüseynin onunla mübahisə etdiyini bildirmişdir. Bundan sonra Cəbrailin həyətinə getmiş və orada Hüseynin Cəbrail və onun oğlu Tacəddinlə mübahisə etdiyini görmüşdür. Hüseyni arxaya çəkmiş və onu sakitləşdirməyə çalışmışdır. Hüseyn isə Cəbrailin onu toy məclisində çiyni ilə vurduğunu, ondan üzr istəmədiyini demişdir. Hüseynə «Cəbrail belə şey edə bilməz, yəqin ki, anlaşılmazlıq olub» demişdir. Bundan sonra Hüseyn bir az sakitləşmiş və onu evlərinə aparmışdır. X4 vurduğunu demişdir. Sonradan Zərərçəkmiş şəxs oğlundan şikayət etdiyini öyrənmişdir. Hüseynin Tacəddini vurmasını görməsə də, Tacəddinin alnından qan gəldiyini görmüş və Hüseyn özü də Tacəddini vurduğunu etiraf etmişdir. Zərərçəkmiş şəxs və Şahid1 Hüseynə müqavimət göstərməmişdirlər. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsi tam sübuta yetirilir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X5 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1110 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs alın nahiyəsində əzilmiş yara və şişkinlik, sağ qabırğa altı nahiyədə qançır müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, kəllə və digər bərk predmetin təsirindən əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdıqlarını, tələb və şikayətinin olmadığını, hadisə zamanı ona heç bir maddi ziyan dəymədiyini göstərərək, məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışdıqlarını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını, hadisə nəticəsində zərərçəkmiş şəxsə maddi ziyan dəymədiyini göstərərək, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı verdikləri ifadələri, onların ərizələrində göstərdikləri halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar işin icraatına xitam verilməlidir. İş materialları ilə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətmişdir. İctimai təhlükəli əməli törətdikdən sonra Zərərçəkmiş şəxs ilə barışmışlar. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, hadisə zamanı ona maddi ziyanın dəymədiyini göstərərək, işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə zərərçəkmiş şəxsin barışmasını əsas tutaraq məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini mümkün hesab edir və belə nəticəyə gəlir ki, tərəflərin barışması nəticəsində işin icraatına xitam verilməsi zərərçəkmiş şəxsin və başqa şəxslərin mənafelərini və hüquqlarını pozmur və ictimai mənafelərə zidd deyildir, eyni zamanda həmin cinayət təqibi üzrə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.5-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda” məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi mümkün sayılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2ci maddəsinə əsasən xitam verilsin və o cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(073)-38/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-38/2023
27.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver