Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-38/2025 19.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili müdafiəçi İmanzadə (İmanov) Nicat Ramiz oğlunun, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1993-cü ildə Cəlilabad rayonu, Sabirabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində xx.xx.2024-cü il tarixli qərarla həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 11 noyabr 2024-cü il tarixdə saat 18:10-da Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhərində “Tut bağı” adlanan ərazidə saxlanılaraq üzərində yoxlama aparılarkən 01 ədəd siqaret qutusunun içərisində xeyli miqdarda, yəni, təmiz çəkisi 6,892, qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək verdiyi ifadəsində göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat təminən 13 radələrində qardaşı Təbriz və iş yoldaşı Rəşad ilə birlikdə işdən qayıdarkən Cəlilabad şəhəri, H.Əliyev prospektində işqforun yanında mülki maşında, mülki geyimdə polis əməkdaşları onları saxlamış, ona rəisin onunla işi olduğunu və onlarla birlikdə şöbəyə getməsi bildirilmişdir. O, da onlarla birlikdə mülki maşınla Cəlilabad RPŞ-yə getmişdir. Şöbədə onu döyərək xəsarət yetirmişlər. Ona təzyiq edərək narkotik vasitəsinin ona məxsus olduğunu deməsinə məcbur etmişlər. Onun üzərində narkotik vasitə olmamışdır. Bu barədə Azərbaycan Respublikasının Baş Prokuroluğuna ərizə ilə müraciət etmiş, oradan gəlib şəklini çəkmişlər, amma müraciətinin nəticəsi olmamışıdır. Onun ayaqlarında ləkələr və şiş olmuşdur. O, Heydər Əliyev prospektində yeddi nömrəli məktəbə gedən döngədə işıqforun yanında saxlanılmasına baxmayaraq onu “Tut Bağı” deyiln yerə gətirib çəkilişi orda etmişlər. Çəkilişdə yeddi nəfər polis əməkdaşı iştrak etmişdir. Müdafiəçini isə o, məhkəməyə saknsiyaya çıxarılanda görmüşdür. Döyülməsi ilə bağlı prokurorun qəbulunda olmayıb. Bakı İstintaq Təcridxanasından İnsan Hüquqları üzrə müvəkkilinə və Baş Prokurorluğa müraciət etmişdir. Bakı İstintaq Təcridxanasında həkim komisiyasından keçmiş və bir neçə xəsarəti olduğu qeyd edilmişdir. Onun üzərində narkotik vasitə olmamışdır. Odur ki, bu halları nəzərə alaraq ona bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Təqsirləndirlən şəxs ifadəsinə əlavə olaraq Şahid4 ilk dəfə onu tutanın polis əməkdaşlarının arasında olmadığını, şöbədə çəkliş aparmaq üçün gəldiyini, ona fizki təsir və işgəncə verənlərdən biri də, Şahid4 olduğunu bildirsə də, sonradan Şahid4 onların yanında olduğunu və ona işgəncə vermədiyini bildirmişdir. Bundan başqa ilk dəfə onu tutan polis əməkdaşlarından biri Şahid4 olduğunu və digəri isə Şahid2 olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs veridiyi ifadəsi özünü müdafiə xarakterildir, bundan başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Cəlilabad rayon polis şöbəsinin Cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Şöbə rəhbərliyinə məruzə olunmuş, şöbə rəhbərliyinin müvafiq əmri ilə qrup üzvü kimi ondan, Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4 Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 və PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 11 noyabr 2024-cü il tarixdə saat 18:10-da Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, 20 Yanvar küçəsində yerləşən “Tut bağı” adlanan ərazidə müşahidəyə götrülmüş və saxlanılmış, özlərini təqdim edərək Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılması keçirilən zaman videoçəkilişdən istifadə olunacağı barədə məlumat vermişdir. O, da, etiraz etməmiş, bundan sonra o, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs etiraf edərərk, üzərində narkotik maddə olan marixuana olduğunu və tapdığını bildirmişdir. Vidoçəkilişlə üzərinə baxış keçrilmiş, digər qanunla qadağan olunmuş hər hansı prediment aşkar olunmamışdır. Həmin narkotik vasitədən heç kimə vermədiyini və ondan heç kimin xəbəri olmadığını bildirmişdir. Əvvəllər istifadə etdiyindən narkotik vasitəni tanıdığı üçün görürdüyünü, gələcəkdə istifadə edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarını izah edib barəsində müvafiq sənədləşmələr aparmaq üçün əlverişli şərait olmadığından onu Cəlilabad rayon polis şöbəsinə dəvət etmişdir. Polis şöbəsinə gəldikdən sonra xidməti otaqda hüquq və vəzifələri bir daha izah olunmuş, heç bir təzyiqə və təhqirə məruz qalmadan tərəfindən şübhəli şəxsin üstünün yoxlanılması barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra o, RPŞ-nin Təhqiqat Bölməsininə təqdim olunmuş və digər prosesdur hərəkətləri aparılmışdır. Təqsirləndirilən şəxs 18:10 radələrində tutulmuş və ona hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu özü etraf etmiş və əvvəllərdə istifadə etdiyini, tapdığı narkotik vasitəni gələcəkdə istifadə edəcəyini bildirmişdir. O, Şahid2, Şahid3 və Şahid4 əməliyyat qrupunda iştrak etmişlər. Təqsirləndirilən şəxs saxlanılanda yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs satış məqsədi olmadan narkotik vasitəni qeyri-qanuni daşınması və hazırda üzərində olması barədə əməliyyat məlumatı ona daxil olmuşdur. Əməliyyat qrupunu yaradılması məlumatın doğruluğunu yoxlamaq idi. Əməliyyat zamanı Təqsirləndirilən şəxs 20 dəqiqə müşahidəyə götürmüşlər, sonra yaxınlaşıb özlərini təqdim etmişlər. Əvvəllər onu tanımamış, lakin onun bütün əlamətləri onlara deyilmişdir. Onlar ona yaxınlaşıb özlərini təqdim edəndə o, özü məlumatın düzgünlüyüni təstiq etmişdir. O, Təqsirləndirilən şəxs tanımasa da əməliyyatda iştrak edən digər iştrakçılar onu tanımışlar. Bundan başqa elektron portal vasitəsi ilə də şəxsiyyəti müəyyən edilmişdir. Əməliyyat tədbirlərinə gedərkən özləri ilə elektron tərəzi götürürlər. Narkotik vasitə Prima adlı siqaret qutusunun içərisində olmuşdur. Təmiz çəkisi ekspertiza keçrildikdən sonra bilinir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 noyabr 2024-cü il tarixdə Cəlilabad RPŞ-a Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz daşınması və istifadəsi barədə Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili İsa Zamanlıdan, Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri, Şahid2 və PPXB-nin polis nəfəri, Şahid3 ibarət əməliyyat qrupu yaradılaraq saat 18:10-da Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, 20 Yanvar küçəsində yerləşən “Tut bağı” adlanan ərazidə müşahidəyə götrülmüş və daha sonra saxlanılmış, özlərini təqdim edərək Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişlər, o, da, üzərində narkotik vasitə olduğunu etraf edərərk, üzərində olan prima markalı siqaret qutusunun içərisində olan narkotik vasitəni onlara təqdim etmişdir. Daha sonra həmin narkotik vasitə qablaşdırılaraq 141 nömrəli möhrlə möhrlənmişdir. Şərait uyğun olmadığından görə sənədləşmə işlərinin aparılması üçün Təqsirləndirilən şəxs Cəlilabad RPŞ-yə dəvət olunmuşdur. Onlar Təqsirləndirilən şəxs saxlayanda çəkiliş aparmışlar, daha sonra Cəlilabad RPŞ-nin TB-nə təqdim etmişlər. Onlar Təqsirləndirilən şəxs saxlayarkən ona hər hası fiziki güc və ya zor tətbiq etməmişlər. Əməliyyat qrupunda 4 nəfər iştrak emiş, maddi subuta RPŞ-də baxış keçrilmiş, dəqiq qramı xatırlamır, amma səhv etmirsə 12-13 qram olmalı idi. O, özü çəklişi aparmış, əməliyyat qrupunun rəhbəri isə Şahid1 olmuşdur. Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim etmişlər, saxlamamışdan öncə isə 10-15 dəqiqə müşahidə etmişlər, əynində cins şalvar və qış gödəkçəsi olmuş, hava isə yağışlı idi, telefonun işığı ilə və şöbədən verilmiş panasonic markalı kamera ilə çəklişi aparmışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni Cəlilabad rayon ərazisində Baş adlanan ərazidən tapdığını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs saxlayan zaman səhv etmirsə üzərində şəxsiyyət vəsiqəsi olmasıb. Əməliyyat məlumatı Şahid1 daxil olduğundan onlar bilmişdirlər ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. RPŞ-yə gətrildikdən sonr da şəxsiyyəti təkrar müəyyən olundu. TB-nin otağında təqsirləndirilən şəxs protokollaşdırılanda o, iştirak etməmişdir. İşlə bağlı hansı protokollar və hansı akta imza etməsi hadisədən uzun zaman keçdiyindın xatırlamır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Cəlilabad rayon polis şöbəsində polis nəfəri işləyir. O, Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1, Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4 və Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2la birlikdə 11 noyabr 2024cü il tarixdə saat 18:10-da Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, 20 Yanvar küçəsində yerləşən “Tut bağı” adlanan ərazidə görmüşlər və müşahidəyə götürülmüş və saxlayaraq, özlərini təqdim edərək Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini demişlər, o, da, üzərində narkotik vasitə olduğunu etiraf edərək, narkotik vasitəni könüllü təqdim etmişdir. Təqsirləndirilən şəxs hər hansı zorakılığa məruz qalmamışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs tək olmuş, onlar isə 4 nəfər əməliyyat qrupunun üzvləri olmuşdur. Hadisənin üzərindən 7-8 ay keçimdir, o, istintaqda verdiyi ifadəsini təstiq edir. Əməliyyat məlumatı Şahid1 daxil olmuşdur, həmin vaxdı hava yağışlı idi, təxminən 15-20 dəqiqə müşahidəyə götürmüşlər, Onlar Təqsirləndirilən şəxs yaxınlaşanda o qaçmağa və ya cibindən nəyisə atmağa cəhd etməmişdir. Narkotik vasitənin çəkisi, hansı cibində olması və ya nəyin içində olması onun yadında deyil, Təqsirləndirilən şəxs çəkilişdən sonra Cəlilabad RPŞ-yə dəvət etmişlər. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 11 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə Şahid1 əməliyyat məlumatı daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Qrupun tərkibində Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1, Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4 və Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 olu ilə birlikdə Təqsirləndirilən şəxs gedə biləcəyi yerlər müəyyən olunmuş və 11 noyabr 2024-cü il tarixdə saat 18:10-da Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, 20 Yanvar küçəsində yerləşən “Tut bağı” adlanan ərazidə müşahidəyə götrülmüş və bir neçə dəqiqə sonra ona yaxınlaşaraq özlərini təqdim edərək, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişlər, Təqsirləndirilən şəxs etiraf edərərk, narkotik maddə olan marixuana olduğunu və tapdığını bildirmişdir. Vidoçəkilişlə üzərinə baxış keçirilmiş, baxış keçrilən zaman Təqsirləndirilən şəxs üzərindən bir bükümdə narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Tut Bağı deyilən restaranın qarşısında saxlanılan zaman tək olmuş və hər hası fiziki gücə təzyiqə məruz qalmamışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs hüquqlarını əməliyyat qrupunun rəhbəri izah etmişdir. Narkotik vasitə qablaşdırılmış, möhürlənmiş və saxlanılan şəxs aidiyyəti üzrə təhvil verilmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Onlar avtovağzalın qarşısındakı kooperativdə fəhlə işləyirlər. 11 noyabr 2024-cü il tarixdə saat təxminən 13 radələrində o, qardaşı və iş yoldaşı Rəşadla birlikdə işdən qayıdarkən Heydər Əliyev prosketində yeddi nömrəli məktəbə dönən yolda işıqforun yanında iki nəfər müki geyimli şəxs qardaşını tutub maşına mindirmişlər və sürüb getmişlər hadisə ani olmuş, onlar heç nə edə bilməmiş, onların kim olduğunu bilməmişlər, yaxında olan marketdən bir nəfər çıxaraq onların polis əməkdaşları olduğlarını bildirmişdir. Maşın BMW markalı 074 nömrə nişanlı idi. O və Rəşad sonra dərhal şöbəyə gəlmişlər, onlara hər hansı məlumat verməmişlər, həmin vaxt qardaşının mobil telefonu bağlı olmuşdur. Onlar saat birə işləmiş işdən çıxmışlar, təxminən 20 dəqiqə piyada gəlmişlər. Anası ona zəng vurmuş, o, anasına Arazı polis əməkdaşlarının tutduğunu demişdir. Cəlilabad RPŞ-ya gələndən sonra həmin BMW markalı maşının orda olduğunu görmüşdür, RPŞ-ya yaxınlaşıb soruşduqlarında heç bir məlumat verilməmiş, axşam təkrar gələndə isə ona məlumat verimişlər ki, qardaşı saxlanılmışdır. O, da, DİN-nin 102 xidmətinə 3 dəfə zəng edərək məlumat vermiş, lakin ona geri dönüş etməmişlər. Həmin gecə əməliyyatçı İzzət adlı polis əməkdaşı ona Arazın narkotik vasitənin qanunsuz daşınmasına görə saxlanıldığını demişdir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla birlikdə avtovağzalın qarşısındakı kooperativdə fəhlə işləmişlər. 11 noyabr 2024-cü il tarixdə saat təxminən 13 radələrində o, iş yoldaşları Təbriz və Araz ilə birlikdə işdən qayıdarkən Heydər Əliyev prosketində yeddi nömrəli məktəbə dönən yolda işıqforun yanında iki nəfər mülki geyimdə şəxs Arazı saxlayıb özlərini təqdim etmədən dərhal maşına mindirib aparmışlar. Araz onlardan bir neçə metr öndə getmiş, ani olduğundan onlar heç nə soruşa bilməmişlər, onların kim olduğunu bilməmişlər, yaxında olan marketdəkilər onların polis əməkdaşları olduğlarını bildirmişlər. Maşın BMW markalı maşın olmuşdur. Həmin gün axşam tərəfi saat 17 radələrində Təbrizlə birlikdə Cəlilabad RPŞ-yə gəlmişlər, onlara şöbədə Arazın narkotik vasitəsinə görə saxlanıldığını bildirmişlər. Onlar bir saatdan çox şöbənin həyətində olmuşlar, Arazın polis əməkdaşları ilə harasa gedib-gəldiklərini görməmişlər. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Cəlilabad RPŞ-nin MSY-də olan kitabların qeydiyyatını o Yusif Atayevlə birlikdə aparırlar. İş vaxtları isə saat 18-də bitir və saat 18-dən sonra MSY-dən dustaqların çıxarılmasına icazə verilmir. Kitabda göstərilən saat 18:05-dən 19:10-dək olan müddət MSY-nin içərisində olan otaqla bağlıdır. Uçot qeydiyyat kitabında qeydiyyatı o aparmış, 7 aydan sonra kitab yenilənib, yenilənəndən sonra 0 dan başlamaları olduqları halda, onlar isə həmin kıtabın davamı kimi qeydiyyatlarını aparmışlar. Uçot qeydiyyat kitabında qeydə alınmış 459 nəfər cəzaçəkmə müəsisəsindən və istintaq təcridxanalarından gələn dustaqlardır. Kameradan çıxarılma ilə bağlı kitabda aparılmış 50 nəfər prosessual hərəkətlərlə bağlı olub və o sayda qeydiyyat aparılıb, dustaqların piyada harasa çıxarılıb aparılmasına icazə verilmir. Kitablarda Təqsirləndirilən şəxs qeydiyyatı ilə bağlı saatda texniki səhvi o bilmiyərəkdən etmişdir. Kitablar bir ay öncə rəhbərlik tərəfindən yoxlanılıb. Kitablar hamısı möhürlənir və qeydiyyatdan keçir. Təqsirləndirilən şəxs MSY-dən çıxarılarkən və geri qaytarılarkən qeydiyyatı aparılmışdır. İş materiallarına əlavə olunmuş 11 noyabr 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Prima” sözü yazılmış siqaret qutusunu çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin siqaret qutusunun içərisində narkotik maddə olmasını bildirmiş, həmin siqaret qutusuna baxış keçirilən zaman içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Aşkar olunmuş həmin narkotik vasitəyə oxşar kütlə qablaşdırılaraq DİN-nin 141 №-li möhürü ilə möhürlənərək götürülmüşdür. İşdə olan, Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin X5 tərəfindən verilmiş məhkəmə bioloji ekspertizasının 12 noyabr 2024-cü il tarixli, 19/726 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd siqaret qutusunda təmiz çəkisi 6,892 qram narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd siqaret qutusunda, təmiz çəkisi-6,892 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmçinin, Təqsirləndirilən şəxs üstünün yoxlanılmasını və təqdim olunan əşyaya baxış keçirilməsini özündə əks etdirən 2 ədəd DVD formatlı disk 15 noyabr 2024-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut hesab edilərək müvafiq olaraq ekspertiza tədqiqatı zamanı qalıq çəkisi 6,792 qram qalmış narkotik vasitə qurudulmuş marixuana məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanması üçün Cəlilabad rayon Polis şöbəsinin “maddi sübutların saxlanması otağı”na təhvil verilmiş, Təqsirləndirilən şəxs üstünün yoxlanılmasını və təqdim olunan əşyaya baxış keçirilməsini özündə əks etdirən 2 ədəd DVD formatlı disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan Cəlilabad RPŞ-dən daxil olan 25 noyabr 2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə rayon polis şöbəsinə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuananı kimdən və necə əldə etdiyini müəyyən etmək mümkün olmamışdır. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X2 Məhkəmənarkoloji ekspertizasının 14 noyabr 2024-cü il tarixli, 788 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində 2022-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyata durur. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmamasını bildirməsi özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən kənarda qalmaq cəhdi kimi qiymətləndirilməlidir. Belə ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında protokol, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokol, şahid ifadələri, məhkəmə bioloji ekspertizasının rəyi, məhkəmə-narkoloji ekspertizasının rəyi, maddi sübut və cinayət işinin digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24” dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. İş materiallarındaolan xx.xx.2025-ci il tarixli, 2-2-110/2-119121/2025 saylı Azərbaycan Respuliksı Baş prokurorluğundan daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad RPŞ-də fiziki işgəncələrə məruz qalması ilə bağlı müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmış və qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş, həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verilməmişdir. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, No 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, No 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. İş materiallarından aydın oldu ki, o, 11 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 noyabr 2024-cü il tarixdə barəsində Cəlilabad rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və saxlanılması üçün İstintaq Təcridxanasına göndərilmişdir. İbtidai istintaq aparıldığı müddət ərzində Təqsirləndirilən şəxs bütün ifadələrində eyni məzmunlu ifadə vermiş, 11 noyabr 2024-cü il tarixdə yaşadığı Cəlilabad şəhəri “Tut bağı” adlanan ərazidə saxlanılaraq üzərində yoxlama aparılarkən 01 ədəd siqaret qutusunun içərisində qeyd olunan narkotik vasitə qurudulmuş marixuana əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilmiş, şəxsi axtarış zamanı üzərindən aşkar olunan narkotik vasitəni Cəlilabad şəhəri “Baş” adlanan ərazidə piyada gəzərkən siqaret qutusunun içərisində tapdığını, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilmədiyini göstərmişdir. İşin qeyd edilən hallarını nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatlar həqiqəti əks etdirmir. Odur ki, onun həmin ifadəsi sübut kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materialları ilə, o cümlədən özünün üzərində şəxsi axtarış aparılarkən göstərdikləri ilə təsdiq olunduğundan məhkəmə onun ibtidai istintaq zamanı verdiyi həmin ifadələrini sübut kimi qəbul edir. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Cəlilabad Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs Mahmudov X7 Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 1 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmişdir. İşdə olan Cəlilabad RİHB-nın Cəlilabad şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, X1 əhəri, F.Əhmədov küçəsi 78 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, əvvəllər məhkum olunmuş və narkotik maddələrin istifadəçisi kimi tanınır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar mövcud deyil. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 61.1.1ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilmişdir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli qərarında hüquqi mövqe kimi qeyd etmişdir ki, əvvəlki cinayətə görə cəzanı çəkmiş, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin yenidən cinayət törətməsi onu göstərir ki, şəxs barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, şəxs təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Buna görə də, ilk dəfə məhkum olunmuş şəxslərə nisbətən residiv hesab olunan cinayətləri törətmiş şəxslər daha təhlükəli hesab edilirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli qərarında isə Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. İş materiallarına əlavə olunmuş, Mahmudov X7 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(073)-93/2024 saylı qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsə almanın əvvəli 11 nayabır 2024-cü il taridə hesablanmışdır. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, eləcə də Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilən halları nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda məhkəmə, CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun 2019-cu ildən ərazi narkoloji xəstəxanasında “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 6,792 qram qalan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ 41NABZ********************) keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin əvvəli 11 noyabr 2024-cü ildən hesablansın. CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və onun 2022-ci ildən ərazi narkoloji xəstəxanasında “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 6,792 qram qalan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ 41NABZ********************) ödənilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəyə minir, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-38/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-38/2025
19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver