Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-4/2025 16.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs nümayəndələri X6 X7 və vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi X3 iştirakları ilə xx xxxxxxxx 1976-cı ildə Cəlilabad rayonunun Maşlıq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Cəlilabad rayonunun Maşlıq kəndində qeydiyyatda olan və Cəlilabad rayonunun Uzuntəpə kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, 18 iyul 2023-cü il tarixdə, saat 11 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu və 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan dövlət qeydiyyat nişansız İJ markalı motosikleti yolun sol kənarındakı mağazanın qarşısında dayandığı yerdən hərəkət etdirərək, asfalt yola çıxıb Uzuntəpə kəndi istiqamətinə dönmə əməliyyatı apararkən H.Əliyev prospekti ilə Uzuntəpə kəndi istiqamətinə sağ zolaqla hərəkətdə olan Şahid1 idarə etdiyi VAZ-21074 markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olmasını nəzərə almalı və hərəkət üçün təhlükəli şərait yaratmamalı olduğu halda bunlara riayət etməyərək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub, sola doğru dönmə əməliyyatı apararkən yolun sağ hərəkət hissəsinə çıxaraq idarə etdiyi motosikletin arxa yan hissəsini öz yolu ilə hərəkət edən Şahid1 idarə etdiyi VAZ-21074 markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşdurmuş, onun ehtiyatsızlığı nəticəsində idarə etdiyi motosikletin yan arabasında sərnişin kimi əyləşən Zərərçəkmiş şəxs qapalı fəqərə sütunu onurğa beyin travması, baş beyin toxumasının əzilməsi, ənsə sümüyünün xətti sınığı, başın təpə nahiyəsində və sol qulaqarxası nahiyədə əzilmişcırılmış yara, döş qəfəsinin küt travması, ikitərəfli hematoraksı ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Cəlilabad rayonunun Uzuntəpə kəndində ailə üzvüləri ilə birlikdə yaşayır. Onun təxminən 5 il əvvəldən motosikleti var. O, ehtiyat hissələri alaraq quraşdırıb yığaraq həmin motosikletini işlək vəziyyətə gətirmiş, motosiklet idarə etmək üçün sürücülük vəsiqəsi, motosikletinin sənədləri və dövlət nömrə nişanı yoxdur. Motosikletlə kənd sakinlərinin yüngül yüklərini harasa daşımaqla çörək pulu qazanmışdır. Zərərçəkmiş şəxs onunla bir kənddə yaşayaraq həmişə münasibətləri yaxşı olmuşdur. 18 iyul 2023-cü il tarixdə saat təxminən 09:30 radələrində idarə etdiyi motosikletlə Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən «Ulduz» inşaat mağazasının qarşısında dayanarkən Ehtirm Nəsirov onun mobil telefonuna zəng edib harada olduğunu xəbər almış, o, da, Ehtirama «Ulduz» inşaat mağazasının qarşısında olduğunu demiş, bundan sonra Ehtiram ona həmin mağazadan bir qutu 30-luq şrup alıb gətirməsini, şrupunda plunu və yol haqqınıda verəcəyini demişdir. O, da, Ehtirama yol puluna ehtiyac olmadığını, onsuz indi kəndə gələcəyini və ona şurup alıb gətirəcəyini demişdir. Bundan sonra mağazadan bir qutu şrup alıb Ehtiramgilə getmiş, Ehtiram onun alıb apardığı şrupa baxaraq həmin şurupdan demədiyini, şrup balaca olduğunu, onun özünü mağazaya gətirməsini və istədiyi şurupdan alacağını demişdir. Ona görə də Ehtiramı «Ulduz» inşaat mağazasına gətirmiş, Ehtiram mağazada şrupu dəyişib gələrək onun motosikletinin yulkasında oturmuş, sonra o motoskletini işə salıb hərəkətə gətirərək asfalt yola çıxarkən Cəlilabad şəhərinin mərkəzi istiqamətindən Uzuntəpə kəndi istiqamətinə qara rəngli 010 markalı avtomobil hərəkət etdiyini görmüş, həmin avtomobil onun istiqamətini keçəndən sonra 010 markalı avtomobilin arxa hissəsi ilə eyni istiqamətə hərəkətdə olan ağ rəngli VAZ-2107 markalı avtomobilin gəldiyini görməyərək motosikleti ilə təxminən saatda 30 km sürətlə asfalt yola daxil olub Uzuntəpə kəndi istiqamətinə dönmə əməliyyatı aparmağa başlamışdır. Asfalt yolun mərkəzi hissəsini keçərək lakin dönmə əməliyyatını tam başa çatdıra bilməmiş, elə bu zaman Uzuntəpə kəndi istiqamətinə hərəkətdə olan həmin ağ rəngli VAZ-2107 markalı avtomobil onun motosikletinin sağ yan hissəsi ilə toqquşmuş, zərbənin təsirindən o və motosikletinin yan sərnişin yerində təkər örtüyünün üstündə oturan (lyulkasında) olan Zərərçəkmiş şəxs asfalt yola yıxılaraq hər ikisi xəsarət almış, sonra hadisə yerinə təcili tibbi yardım avtomobili çağırılmış, Ehtiramı təcili tibbi yardım avtomobili ilə, onu isə tanımadığı şəxsin avtomobili ilə xəstəxanaya gətirmişlər. Xəstəxanada həkimlər onu tibbi müayinədən keçirib tibbi yardım göstərərək həmin günü də onu evlərinə buraxmışlar. Əməlindən peşimandır, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları vardır, ilk dəfədir ki, cinayət törədir, ailəsinin yeganə qazanc gətirənidir. Odur ki, bu halları nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin X5 nümayəndəsi X10 ifadəsində göstərdi ki, qardaşı Cəlilabad rayonunun Uzuntəpə kəndində yaşayaraq fərdi əməklə məşğul olmuşdur. Təqsirləndirilən şəxs onunla bir kənddə yaşayaraq motoskleti olmuşdur. X12 18 iyul 2023-cü il tarixdə yaşadığı evdə tikinti işləri görərkən şurupa ehtiyacı olduğu üçün Təqsirləndirilən şəxs zəng edib mağazaların birindən ona bir qutu uzun rəzbəli şurup alıb gətirməsini, şurupu alıb gətirəndən sonra şurupunda pulunu və yol haqqını da vercəyini demişdir. Vüqar da onun sözünə razılıq verərək bir qədərdən sonra şurub alıb onlara gətirmiş, o şurupa baxarkən rəzbəsi kiçik olduğunu və işinə yaramayacağını görərək Vüqara şurupu aparıb dəyişməsini demiş, Vüqar da ona şurupu «Ulduz» inşaat mağazasından aldığını, birlikdə gəlib şurupu dəyişmələrini demişdir. Ona görə də o, Vüqarın idarə etdiyi motosikletin yulkasına əyləşərək birlikdə «Ulduz» inşaat mağazasının qarşısına gəlmişlər. O, mağazaya keçərək şurupu dəyişib yenidən Vüqarın motosikletinin yulkasında əyləşmiş, sonra Vüqar motosikleti hərəkətə gətirərək asfalt yola çıxıb sola yəni Uzuntəpə kəndi istiqmətinə dönmə əməliyyatı apararkən dönmə əməliyyatını tam başa çatdırmamış Cəlilabad şəhərinin mərkəzi hissəsindən Uzuntəpə kəndi istiqamətinə hərəkətdə olan ağ rəngli VAZ-2107 markalı avtomobil Vüqarın motosikletinin yulka hissəsi ilə toqquşaraq zərbənin təsirindən asfalt yola yıxılaraq xəsarət almış, bundan sonra isə qardaşı bir neçə gündən ayılıb özünə gələrkən Bakı şəhərində xəstəxanada özünə gəmişdir. Hadisə ilə əlaqədar onlara hec bir maddi ziyan ödənilməmişdir, hazırda qardaşının vəziyəti ağırdır. Məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs nümayəndəsi X1 Elman Yaqub oğlunun ifadəsində göstərdiklərini təstiq edərərk eyniməzmunlu ifadə veridi. Məhkmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərdi ki, Cəlilabad rayonunun Uzuntəpə kəndində yaşayır, fərdi əməklə məşğul olaraq 3-cü qrup əlildir və sürücülük vəsiqəsi yoxdur. Cəlilabad rayonunun Uzuntəpə kəndində yaşayan doğma bacısı oğlu Şahid2 Sərvan oğlunun VAZ-2107 markalı, ** MF *** dövlət nömrə nişanlı avtomobili var, onun sürücülük vəsiqəsi olmasa da bəzi vaxtlarda bacısı oğlu Zahidin öz razılığı ilə onun avtomobilini idarə etmişdir. 17 iyul 2023-cü il tarixdə Şahid2 zəng edib sabah avtomobilini ona verməsini və Cəlilabad mərkəzi rayon xəstəxanasına gedəcəyini demişdir. Zahid də telefonda ona avtomobili həyətlərində olacağını və avtomobilin açarını da üstündə saxlayacağını, özü evdə olmasa da gəlib avtomobili götürüb getməsini demişdir. Ona görə də 18 iyul 2023-cü il tarixdə saat təxminən 09 radələrindən sonra avtomobili götürməsi üçün Zahidgilə getmiş, həmin vaxt Zahid özü Biləsuvar rayon mərkəzi xəstəxanasına getdiyi üçün evlərində olmamış, avtomobili isə həyətlərində olmaqla açarı da ona görə üstündə saxlamışdır. O, Zahidgilin həyətindən avtomobili işə salıb Cəlilabad şəhərinə gəlmiş, Cəlilabad şəhərinin mərkəzinə çatandan sonra evlərindən şəxsiyyət vəsiqəsini götürmədiyi yadına düşmüş, ona görə qayıdaraq şəxsiyyət vəsiqəsini götürmək üçün evlərinə getmək istəmiş, dairəyə çatarkən onunla eyni kənddə yaşayan bibisi oğlu Şahid3 yolun kənarında dayanaraq kəndə getmək üçün avtomobil gözlədiyini görmüşdür. Avtomobili Şahid3 yanında saxlamış, Sarəddin qabağ sağ oturacaqda əyləşəndən sonra avtomobili idarə edib yaşadığı Uzuntəpə kəndi istiqamətinə hərəkət etməyə başlamışdır. Uzuntəpə kəndi istiqamətinə saat 11 radələrində saatda təxminən 60 km sürətlə hərəkətdə olarkən yolun sol kənarında olan "Ulduz" marketin qarşısından motosiklet qəfil asfalt yola çıxaraq sol tərəfə yəni Uzuntəpə kəndi istiqamətinə getmək istədiyini görmüş, motoskletin asfalt yola çıxdığını görən kimi təhlükə yarandığını görərək idarə etdiyi avtomobil motosikletlə toqquşmasın deyə avtomobilə tormoz vermiş, lakin buna baxmayaraq idarə etdiyi avtomobil tormozda qarşıya gedərək onun öz hərəkət yolunda idarə etdiyi avtomobilin qarşı tərəfi ilə motosikletin arxa yan hissəsi toqquşmuş, toqquşma nəticəsində motosikletin yan hissəsində (lülkasında) olan sərnişin asfalt yola yıxılmış, sonra isə idarə etdiyi avtomobil yolun soluna istiqamətlənərək bir qədərdə qarşıya gedib dayanmışdır. Sonra o yerə düşüb təcili tibbi yardım məntəqəsinə zəng edərək hadisə barədə məlumat verərək həkim gəlməsini demiş, bir neçə dəqiqədən sonra təcili tibbi yardım avtomobili gələrək onlar köməkləşib motosikletin yan hissəsində (lülkada) sərnişin olan şəxsi xəstəxanaya yola salmış, sonra motosikletin sürücüsü də hadisə zamanı xəsarət aldığını görərək onu da başqa avtomobillə xəstəxanaya gətirmişdir. Hadisədən sonra xəsarət alan şəxsin Zərərçəkmiş şəxs, motosikletin sürücüsü isə Təqsirləndirilən şəxs olduğu ona məlum olmuş, elə hadisə baş verən günü də Zərərçəkmiş şəxs Cəlilabad mərkəzi rayon xəstəxanasından Bakı şəhərinə xəstəxanaya apararaq onun xəstəxana xərclərinə də köməklik etmişdir. Məhkmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərdi ki, Cəlilabad rayonunun Uzuntəpə kəndində yaşayaraq fərdi əməklə məşğul olur. O, 18 iyul 2023-cü il tarixdə saat təxminən 11 radələrində yaşadığı Uzuntpə kəndində getmək üçün Cəlilabad şəhərində dairənin yaxınlıqında gözləyən zaman onunla eyni kənddə yaşayan dayısı oğlu X8 yolun kənarında saxlamış və o, qarşı sağ oturacaqda əyləşərək yaşadıqlar Uzuntəpə kəndi istiqamətinə hərəkət etməyə başlamışdır. Uzuntəpə kəndi istiqamətində saat 11 radələrində saatda təxminən 60 km sürətlə hərəkətdə olarkən yolun sol kənarında olan "Ulduz" marketin qarşısından motosiklet asfalt yola çıxaraq dönüb sol tərəfə yəni Uzuntəpə kəndi istiqamətinə getmək istədiyini görmüşdür. Motoskletin asfalt yola çıxdığını görən kimi Əbli Məmmədov avtomobil motosikletlə toqquşmasın deyə avtomobilə tormoz vermiş, lakin buna baxmayaraq avtomobil tormozda qarşıya gedərək avtomobilin qarşı tərəfi ilə motosikletin yan oturacağı (lyülka) hissəsi toqquşmuş, toqquşma nəticəsində motosikletin yan oturacağında (lülkasında) olan sərnişin asfalt yola yıxılmış, onlar təcili tibbi yardım məntəqəsinə zəng edərək hadisə barədə məlumat verərək həkim gəlməsini demiş, bir neçə dəqiqədən sonra təcili tibbi yardım avtomobili gələrək onlar köməkləşib yan oturacağda (lülkada) sərnişin olan şəxsi xəstəxanaya yola salmış, sonra, motosikletin sürücüsü də hadisə zamanı xəsarət aldığını görərək onu da başqa avtomobillə xəstəxanaya gətirmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərdi ki, Cəlilabad rayonunun Uzuntəpə kəndində ailə üzvüləri ilə birlikdə yaşayıraq fərdi əməklə məşğul olur. Onun VAZ-2107 markalı, ** MF *** dövlət nömrə nişanlı avtomobili olmaqla sürücülük vəsiqəsidə var. Şahid1 onunla bir kənddə yaşamaqla onun doğma dayısıdır. Əbilin sürücülük vəsiqəsi olmasa da avtomobil idarə edə bilmiş, lakin onun avtomobilini idarə etməsi üçün Əbilin etibarnaməsi yoxdur. O, 2023-cü ilin iyul ayının əvvəllərində həyətlərində ot naveslərindən yıxıldığı üçün qolum sınaraq kipsdə olmuş, ona görə də avtomobilini idarə edə bilməmişdir. 17 iyul 2023-cü il tarixdə dayısı Şahid1 ona zəng edərək sabah avtomobilini ona verməsini və Cəlilabad mərkəzi rayon xəstəxanasına gələcəyini demişdir. O da Əbilə sabah qoluna görə Biləsuvar rayon mərkəzi xəstəxanasına həkim yanına gedəcəyini, gedərkən avtomobili də həyətlərində qalacağını, açarı da avtomobilin üstündə saxlayacağını və gəlib avtomobilini götürüb getməsini demişdir. Əbil dayısı da onun sözünə razılıq vermişdir. 18 iyul 2023-cü il tarixdə saat təxminən 08 radələrində o özü yol maşını ilə Biləsuvar rayon mərkəzi xəstəxanasına getmiş, gedərkən də avtomobilinin açarını Əbilə görə üstündə saxlamış, Biləsuvar rayon mərkəzi xəstəxanasında olarkən Əbil ona zəng edib kəndləri istiqamətinə gedərkən motosiklet yolun sol kənarından onun hərəkət yoluna çıxdığını və toqquşma baş verdiyini, hadisə nəticəsində motosikletin sürücüsü və motosikletdə olan sərnişin xəsarət aldığını, ona görə də onları xəstəxanaya gətirdiylərini demişdir. Əbilin bu sözündən sonra o çıxıb Cəlilabad rayon mərkəzi xəstəxanasına gəlmiş, xəstəxanaya gələndən sonra motoskleti idarə edən həmkəndliləri Təqsirləndirilən şəxs, motosikletdə sərnişin olan isə Zərərçəkmiş şəxs olduğunu bilmiş, Zərərçəkmiş şəxs həmin günü Bakı şəhərinə xəstəxanaya aparılmış, Vüqarın xəsarəti isə ciddi olmadığı üçün isə xəstəxanadan evə buraxılmışdır. İş materiallarına əlavə edilmiş 18 iyul 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və hadisə yerinin sxemindən görünür ki, yol-nəqliyyat hadisəsi yaşayış məntəqəsi ərazisində, nəqliyyat vasitələrinin 60 km/saat məhdudlaşdırılması yol nişanının təsir zonasında baş vermişdir. Hadisə baş verən yol düz, quru, asfalt örtüklü olmuşdur. Asfalt yolun eni 10 metr, VAZ-21074 markalı avtomobilin qarşı hissəsi yolun hərəkət hissəsinin sağ kənarından 3 metr məsafədə toqquşmuşdur. Toqquşma yerindən yolun üzərindəki orta xəttə qədər 2 metr məsafə olduğu müəyyən olunmuş, motosiklet yolun kənarından yolun hərəkət hissəsinə daxil olaraq toqquşma yerinə kimi 7 metr məsafə qət etmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 25 oktyabr 2023-cü il tarixli 1114 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər: qapalı fəqərə sütunu onurğa beyin travması, dördüncü və beşinci boyun fəqərəsinin sınığı, qapalı kəllə beyin travması, baş beyin toxumasının əzilməsi, ənsə sümüyünün xətti sınığı, başın təpə nahiyəsində və sol qulaqarxası nahiyədə əzilmişcırılmış yara, döş qəfəsinin küt travması, ikitərəfli hematoraks müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın /əşyaların/ təsirindən törənmişdir, yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti 18 iyul 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon mərkəzi xəstəxanasının 08 oktyabr 2023-cü il tarixli 517 nömrəli aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin DYP-nin Web portal çıxarışından görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi yoxdur. İş üzrə keçirilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 12 yanvar 2024cü il tarixli 3-16-16/2-8/3769 nömrəli rəyindən görünür ki, motosikletin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkmə iclsaında zərəçəkmiş şəxsin nümayəndəsi və vəkili Müdafiəçi2 iddia ərizəsi verərərk cavabdeh Təqsirləndirilən şəxs 15000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 135 manat alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsini xahiş etmişdir. Məhkmə iclsaında zərəçəkmiş şəxsin nümayəndəsi və vəkili Müdafiəçi2 vəsatət üzrə əlavə məhkəmə-avtotexniki ekspertizasının keçrilməsi ilə bağlı Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş 17 oktyabr 2024-cü il tarixli, 3-16/2-8/1403-4/738 nömrəli rəyində göstərilmişdir ki, 1a.2.3. Tədqiqi hissəsində göstərilən səbəblərə görə tədqiqata təqdim olunmuş “WhatsaApp Video 2024-03-25 at 6.12.33” adlı videoyazıya görə yolnəqliyyat hadisəsinin iştrakçısı olan nəqliyyat vasitəsinin hərəkət paramertlərini (sürətini, təcilini) və hərəkətlərinin xarakterini (yavaşımasını, yeyinləşməsini) müəyyən etmək mümkün olmamışdır. 1b. Rəyin tədqiq hissəsində göstərilən səbəblərə görə məhkəmə tərəfindən müəyyən edilən məlumat, yəni təhlükə yaranan andan toqquşma yerinə kimi, VAZ-21074 markalı avtomobilin 10-12 metr məsafə qət etməsi real hadisə mexaniziminə uyğun deyildir. Reallıqda həmin məsafə 10-12 metrdən daha böyük olmuşdur. Məkəmə tərəfindən müəyyən edilən məlumat, yəni təhlükə yaranan andan toqquşma yerinə kimi VAZ-21074 markalı avtomobil 10-12 metr məsafə qət etməsi real hadisə mexaniziminə uyğun olmadığından VAZ-21074 markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. Sürücü Şahid1 VAZ-21074 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətləri “Yol hərəkətləri haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Təqsirləndirilən şəxs motosikleti dövlət qeydiyyat nişanı olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Təqsirləndirilən şəxs motosikleti sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. İş materiallarında olan, Cəlilabad RİH-nin Uzuntəpə kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş, 31 yanvar 2024-cü il tarixli arayımdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-cı il təvəllüdlü Fikrət Camalov və xx.xx.2008-ci il təvəllüdlü Hikmət Camalov adlı iki övladı vardır və o yadadığı yer üzrə müsbət xarakteriza olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsi, əməlindən səmimi peşman olması və ailəsinin yeganə qazanc gətirəni olması, hadisə nəticəsində özünün də xəsarət alması, himayəsində bir yetkinlik yaşına çatmamış və bir az yaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn: cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li Qərarının 21-ci bəndinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir: Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş üzrə maddi sübut olan VAZ-21074 markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobil və dövlət qeydiyyat nişansız İJ markalı motosiklet sahiblərində saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia Azərbaycan Respublikası CPM-in 354.1.1-ci maddəsinin tələbinə əsasən iddia qismən təmin edilməli cavabdeh Təqsirləndirilən şəxs mənəvi ziyana görə 5.000 min manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 135 manat alınıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs verilməldir. İddia qalan hissədə təmin edilməməlirid. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən 185 ( bir yüz səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ41NABZ********************) ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesab edilsin Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan VAZ-21074 markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobil və dövlət qeydiyyat nişansız İJ markalı motosikletin sahiblərində saxlanılması nəzərə alınsın. İş üzrə mülki iddia Azərbaycan Respublikası CPM-in 354.1.1-ci maddəsinin tələbinə əsasən iddia qismən təmin edilsin cavabdeh Təqsirləndirilən şəxs mənəvi ziyana görə 5.000 min manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 135 manat alınıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə 185 (bir yüz səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ41NABZ********************) keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-4/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-4/2025
16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver