Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-40/2023 02.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs,xx xxxx 1974-cü il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2, 234.4.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10.01.201-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, daha sonra Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7 (007)-294/2022 saylı qərarı ilə barəsində “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək çəkilməmiş cəzası 6 (altı) ay azaldımış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, hər iki hökm üzrə məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda -0.843 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşımaqla üzərində saxlamış, 12 noyabr 2022-ci il tarixdə, saat 11 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz olaraq əldə etməsində, saxlamasında, istifadəsində və daşımasında şübhəli bilinərək saxlanılıb Cəlilabad RPŞ-yə gətirilmiş və üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən qızılı rəngli siqaret kağızına bükülmüş halda 01 ədəd bükümdə həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək, verdiyi ifadəsində göstərdi ki, təxminən 20 ilə yaxındır ki, narkotik vasitə heroin istifadə edir. Narkotik vasitə heroini inyeksiya yolu qəbul edir. 11 noyabr 2022-ci il tarixdə saat təxminən 19 radələrində şəxsi işi ilə əlaqədar Cəlilabad şəhəri, S.Vurğun küçəsində piyada hərəkətdə olduğu zaman yerdə bir ədəd siqaret quutusu görmüş, həmin siqaret qutusu onun diqqətini cəlb etmiş, siqaret qutusunu yerdən götürmüş, açıb içərisinə baxdıqda içərisində bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş halda olan bükülü görmüşdür. Siqaret qutusunun içərisində olan həmin qızılı rəngdə olan bükülü götürüb siqaret qutusunu yerə atmışdır. Həmin qızılı rəngli siqaret kağızına bükülmüş halda olan bükülünü açıb içərisinə baxmış, həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu bilmiş və daha sonra istifadə etmək üçün cibinə qoyub üzərində saxlamışdır. 12 noyabr 2022-ci il tarixdə saat təxminən 11 radələrində şəxsi işi ilə əlaqədar Cəlilabad şəhəri, S.Vurğun küçəsində piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirdirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək ondan üzərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet olub-olmamasını soruşmuşlar. O, da polis əməkdaşlarına üzərində narkotik vasitə heroin olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişdir. Polis əməkdaşlarının dəvətini qəbul edib onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona hüquqları izah olunmuş və müdafiəçi təyin edilmişdir. Sonra isə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa könüllü şəkildə təqdim etsin. O, da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş halda olan bükülü çıxarıb polis əməkdaşlarına təqdim etmiş və həmin bükülünün içərisində narkotik vasitə heroin olmasını bildirmişdir. Təqdim etdiyi bir büküm narkotik vasitə heroinə polis əməkdaşları tərəfindən baxış keçirilmiş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı üzərindən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilən hər hansısa bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra bu barədə protokol tərtib edilmişdir. O, da həmin protokola imza etmişdir. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroindən istifadə etməmiş, həmin narkotik vasitə heroini gələcəkdə istifadə etmək məqsədilə üzərində saxlamışdır. Hazırda əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərdi ki, Cəlilabad rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Cəlilabad rayonsakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 12 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində qanunsuz olaraq nakotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlıəməliyyat məlumatı daxil olmuş və həmin tarixdə Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Daxil olmuşəməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmri ilə o, və Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 12 noyabr 2022-ci il tarixdə təxminən saat 11 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Cəlilabad şəhəri, S.Vurğun küçəsində piyada hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 5 dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra Cəlilabad şəhəri, S.Vurğun küçəsində piyada hərəkətdə olduğu zaman ona yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində narkotik vasitə, psixotrop maddə və qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığından onu rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların dəvətinə etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuşdur. Bundan sonra videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisi və polis əməkdaşlarının iştirakları iləşəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Bundan təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş halda olan bükülüçıxarıb təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə heroinolduğunu bildirmişdir. Sonra isə həmin bükülüyə baxış keçirilmiş, bükülünün içərisində narkotik vasitə tiryəkə bənzər maddə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanıTəqsirləndirilən şəxs təqdim etdiyi həmin narkotik vasitə heroinə bənzər maddəni 11 noyabr 2022-ci il tarixdə təxminən saat 19 radələrindəCəlilabad şəhəri, S.Vurğun küçəsində yerdən tapdığını və gələcəkdə istifadə etmək məqsədiləüzərində gəzdirdiyini bildirmişdir. Daha sonra isə həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindəşəxsi axtarış keçirilmiş vəşəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuşəşya və ya predmet aşkar edilməmişdir. Daha sonra isəşəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və Cəlilabad RPŞ-nin KTQ-nin inspektor kriminalisti X1 Salayevin ifadəsində göstərdiyi müvafiq hallarla bağlı analoji ifadə vermişdirlər. İş materiallarına əlavə olunmuş 12 noyabr 2022-ci iltarixlişəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindəşəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə qızılı rəngli siqaret kağızına bükülmüş halda narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X2 Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2022-ci il tarixli, 1270 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində 2021-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. İşdə olan Azərbaycan RespublikasıƏN-nin MEM-nin X6 tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2022-ci il tarixli 19/1160 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) bükümdə narkotik vasitə heroinə bənzrə kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -0.843 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroininümumi təmiz çəkisi 0.843 qram, cəmi tədqiqata sərf olundu 0.05 qram, qalıq 0.793 qramdır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona, təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmlərin surətindən görünür ki, təqsirləndirilən şəxs Yunsurov X4 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2, 234.4.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10.01.201-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7 (007)-294/2022 saylı qərarı ilə barəsində “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək çəkilməmiş cəzası 6 (altı) ay azaldımış, cəzadan azad edilməsi amnistiya Qərarının 36-cı maddəsinin tələblərinə uyğun olaraq, barəsində olan narkomaniydan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmış, həmin hökm üzrə xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İşdə olan Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7 (007)- 1013/2022 saylı qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmlərinə münasibətdə məhkumluğu ödənilməmiş və götürülməmişdir. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçının Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindənverilmişxx.xx.2023-cü il tarixli 01/59 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda qeydiyyatdadır. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçının Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və yaşayış yerində müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinəəsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinəqəsdən cinayət törətməyə görəəvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşşəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən ağır və az cinayət törətməyə görə iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinəəsasən cinayətlərin təhlükəli residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilmişdir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinəəsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə novundə cəza cəkmişsə, azadlıqdan məhrum etmə növundə cəzanın ciddi rejimli cəzacəkmə muəssisələrində cəkilməsi müəyyən edilir. İşdə olan 12 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 noyabr 2022-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Cəlilabad rayon məhkəməsinin 14 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 12 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belənəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Məhkəmə, işüzrə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 0.793 qram olan narkotik vasitə heroin qanuni qüvvəyə mindikdən sonra məhve dilməlidir. İş üzrə cəmi 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ 41NABZ********************) keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə... Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 12 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 0.793 qram olan narkotik vasitə heroin qanuni qüvvəyə mindikdən sonra məhve edilsin. İş üzrə cəmi 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ 41NABZ********************) ödənilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökm elan olunduğu və alındığı andan 20 (iyirmi) gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-40/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-40/2023
02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver