Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-41/2024 06.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi, xx.xx.1989-cu il tarixdə Rusiya Federasiyasının Klimovsk rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 az yaşlı uşağı olan, işsiz, məhkum olunmamış, Cəlilabad rayonu Uzuntəpə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, 12 fevral 2024-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəməi clasında baxaraq, məhkəmə, M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 20 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində Cəlilabad şəhəri 20 yanvar küçəsində yerləşən “Ruslan” şadlıq sarayının girişində tanışı və həmkəndlisi Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsini əsas gətirərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib, küçədə olan şəxslərə qarşı laqeydlik və etinasızlıq göstərərək özünü ətrafdakı şəxslərin fövqündə qoyaraq heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs burun nahiyəsinə yumruqla qəsdən 1 dəfə vuraraq ona burun nahiyəsində şişkinlik, qançır, əzilmiş yara və burun sümüyünün yerin dəyişməyən açıq sınığı əmələ gəlməklə vahid kompleks təşkil edib sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, həmçinin mübahisə zamanı nalayiq ifadələr işlətməklə “Ruslan” şadlıq sarayının qarşısına toplaşmış şəxsləri narahat etməklə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, evlidir, 2 övladı var, ailəsini fəhləlik edərək dolandırır. Zərərçəkmiş şəxs onun arvadı Nərminin dayısı oğludur. Ənvər ilə əvvəllər münaqişəsi və mübahisəsi olmamışdır. 20 sentyabr 2023-cü il tarixdə səhər saat 14 radələrində “Ruslan” şadlıq sarayına toya getmişdir. Həmin tarixdə axşam saat 16-da qohumu Şəminin qızının toy məclisi olacaqmış, o, restorana verilmiş ərzaqlara nəzarət etməli imiş. Həmin gün saat 16:00 dəqiqədən sonra məclis başlamış, o, həmin toy məclisində ailəvi iştirak etmişdir. Saat 21 radələrində şadlıq sarayında zalın girişində “müasir” musiqilərin müşayiəti altında ailəvi rəqs edirmiş. Onun arvadı Nərminin dayısı oğlu Zərərçəkmiş şəxs yanına gələrək, “barda oynayırsız? Bura bardı?”-deyə qışqırmış, o, Ənvərə “anan bacın da burdadı, barda pozğun qadınlar oynayır, utanmırsan?”-demişdir. Bundan sonra Ənvərlə mübahisəsi başlamış, daha sonra birlikdə şadlıq saryından həyətə çıxmışlar. Orada mübahisə 1-2 dəqiqə davam etmiş və mübahisə zamanı Ənvər onu sinəsindən itələmiş, o, da cavab olaraq yumruqla Ənvərin burun nahiyəsinə bir dəfə vurmuşdur. Ətrafda olan insanlar onları aralaşdırmış, toy sahibi Şəmil Kərimov və qaynatası Alı Kərimov onu kənara çəkərək, mübahisələrinin səbəbini soruşmuşlar və onlara toyda dava salmamalı olduğunu demişlər. Ətraflarına toplaşmış şəxslər onu və Ənvəri aralaşdırmışdır. Hadisəni ətrafda Vasifdən və ondan başqa toyda iştirak edən hər kəs görmüşdür. Daha sonra polis əməkdaşları şadlıq sarayına gələrək onu Cəlilabad RPŞ-nə aparmışlar. Hazırda törətdiyi əməldən səmimi peşimandır, Zərərçəkmiş şəxsla barışmışdır. Himayəsində 2 az yaşlı uşağı vardır, ailədə tək qazanc gətirən şəxs özüdür və bütün bu deyilənləri nəzərə alaraq ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs oğlunun onun qohumu olduğunu, onunla barışdığını, şikayət və tələbinin olmadığını və barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs həmçinin ərizəsində ibtidai istintaqda vermiş olduğu ifadəsini təsdiq etdiyini və işi ilə əlaqədar məhkəmənin baxış iclaslarında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, Cəlilabad rayonu, Uzuntəpə kəndində anadan olmuş, hazırda həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, 1 övladı var, ailəsini fəhləlik edərək dolandırır. Təqsirləndirilən şəxs bibisi Nəzakət Kərimovanın yeznəsidir. Vasif ilə əvvəllər münaqişəsi və mübahisəsi olmamışdır. xx.xx.2023-cü il tarixdə səhər saat 07 radələrindən “Ruslan” şadlıq sarayına getmişdir. Saat 16:00 dəqiqədən sonra toy məclis başlamışdır. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində şadlıq sarayının həyətində siqaret çəkib, zala qayıdanda şadlıq sarayının işıqlarının söndüyünü, xarici musiqi səsləndiyini görüb, yüksək səslə “bu nə deməkdi diskotekadı bura”-demiş, bu zaman qohumu Təqsirləndirilən şəxs onun ünvanına nalayiq ifadə işlətmişdir. O, Vasifə “nəyə görə söyüş söyürsən? Sənin varyoxun mənim varyoxumdur, utanmırsan söyüş söyürsən?”-demişdir. Bundan sonra o, Vasifi şadlıq sarayından çölə dəvət etmiş, təzəcə saldıq sarayının qarşısına çıxarkən, Təqsirləndirilən şəxs qəfildən onun burun nahiyəsinə yumruqla 1 dəfə zərbə endirmişdir. O, zərbənin təsirindən müvazinətini itirərək yerə yıxılmış, Təqsirləndirilən şəxs o, yerdə uzanıqlı vəziyyətdə olarkən təpiklərlə döyməyə başlamışdır. Sonra üzlərini görmədiyi şəxslər Vasifi ondan uzaqlaşdırmışlar. O, dərhal DİN-nin 102 xidmətinə müraciət etmiş, 15 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Hadisə zamanı onun şalvarının cibində olan 343 manat pulu və qoluna taxdığı 15 manat dəyərində qol saatı naməlum şəraitdə itirmişdir. Bundan başqa Vasif onu təpiklərlə döyərkən əynində olan pencəyini və köynəyini cıraraq yararsız vəziyyətə gətirmişdir. Hadisənin baş vermə səbəbin bilmir. Belə ki, Təqsirləndirilən şəxs onun ünvanına nalayiq ifadə işlətdiyi üçün onlar şadlıq sarayından çölə çıxmış, mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla onun burun nahiyəsinə 1 dəfə zərbə endirərək, burnunu sındırmış, həmçinin ona yerdə uzanıqlı vəziyyətdə təpik zərbələri endirmişdir. Hadisə zamanı ətrafda Vasifdən və ondan başqa heçkim olmamışdır. Hadisə baş verən yer qaranlıq olduğu üçün o, Vasif ilə onu aralaşdıran şəxləri görməmişdir. Lakin ətrafa xeyli sayda insanın toplaşmasını görmüşdür. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Zərərçəkmiş şəxs onun dayısı oğludur. Ənvər ilə əvvəllər münaqişə və mübahisəsi olmamışdır. xx.xx.2023-cü il tarixdə “Ruslan” şadlıq sarayında dayısı qızı Gülayın toy məclisi var imiş. Əri Təqsirləndirilən şəxs digər qohumlarla birlikdə həmin günün səhərindən şadlıq sarayına gedərək, ərzaqları yerbəyer etmişdir. Həmin tarixdə saat 16 radələrindən sonra o, da toy məclisində iştirak etmək üçün şadlıq sarayına getmişdir. Saat 21 radələrində məclisin gedişində şadlıq sarayının işıqları söndürülmüş və müasir musiqilər səslənməyə başlanmış, o, toy məclisində qonaq olan qadınlarla birlikdə rəqs etməyə başlamış, bu zaman əri Vasif ilə dayısı oğlu Ənvərin mübahisə etdiyini görmüşdür. Toy məclisində iştirak edən şəxslər Ənvər ilə Vasifə yaxınlaşıb onları aralaşdırmış, orada o, Ənvərin Vasifin yanında “bu nədi belə işıqlar niyə sönüb belə bardı bura”-deməsini xalası oğlu Fəriddən öyrənmişdir. Ənvərin bu sözünə görə Vasif ilə mübahisələri yaranmış, ətrafa toplaşan insanlar Vasif ilə Ənvəri aralaşdırmışlar. Şadlıq sarayının qarşısında olan pilləkanlardə olarkən Ənvər yenidən Vasifin ünvanına nalayiq ifadə işlədərək “Vasifin varyoxu...görüm məni necə vurur”-deyərək Vasifin üzərinə gəlmiş, o, araya girib onu uzaqlaşdırmaq istəsə də, Ənvər onun sinəsindən itələmiş, Vasif Ənvərin onu itələdiyini və öz ünvanına nalayiq ifadələr işlətməsinə görə yumruqla Ənvərin üz nahiyəsinə zərbə endirmişdir. Ətrafa toplaşan şəxslər Vasif ilə Ənvəri aralaşdırmışlar. Hadisə “Ruslan” şadlıq sarayının məclis keçən zalının qapısının qarşısında başlamış, həyətinə kimi davam etmişdir. Hadisənin baş vermə səbəbi, Ənvərin “işıqlar niyə sönüb, bardı bura” sözlərini deməsinə və əri Vasifin ünvanına nalayiq ifadələr işlətməsinə və onu itələməsi olmuşdur. Hadisəni toyda iştirak edən hər kəs görmüşdür. Vasif ilə Ənvər arasında olan mübahisə təxminən 15-20 dəqiqə davam etmiş, mübahisə toyda iştirak qonaqların narahatçılığına, toyun dağılmasına səbəb olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomoiya ETT Birliyinin Cəlilabad Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli 1020 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun nahiyəsindəşişkinlik, qançır, əzilmiş yara və burun sümüyünün yerini dəyişməyən açıq sınığı müəyyən olundu, müəyyən olunan xəsarətlər vahid kompleks təşkil edib bəkr küt əşyanın təsirindən törənmişdir, yumruqla vurulma nəticəsindəəmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş 25 sentyabr 2023-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyü onun özünün iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmiş və istintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki,Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü Nuray Paşazadə və xx.xx.2020-ci il təvəllüdlü Nuran Paşayev adlı az yaşlı uşaqları vardır. İş materiallarında olan Cəlilabad rayon İcra Hakimiyyyəti Başçısının Uzuntəpə kəndindəki nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs əməli özünü etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialında olan rəsmi sənədlərlə onlara verilmiş ittiham üzrə cinayəti törətmələri tamamilə sübuta yetirildi. şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs himayəsində 2 az yaşlı uşağının olması və zərərçəkmiş şəxslə barışmasını onun cəzasını yüngülləşdirən hallardır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və zərərçəkmişin ondan şikayət və tələbinin olmamasını CMnin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə məhkəmə təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun özünün və ailəsinin həyat şəraitinə təsiri baxımından, həmçinin onun islah olunmasına təsirini nəzərə alaraq ona cinayətlərin məcmusu ilə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədəəvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinəəsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş materiallarına əlavə olunmuş, 25 sentyabr 2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, şəxs Təqsirləndirilən şəxs 25 sentyabr 2023-cü il tarixdə saat 19:10-da CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2023 –cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı təmin edilməmişdir. Cinayət işinə əlavə olunmuş, 27 sentyabr 2023-cü il tarixli “MSY-dən azad etmə və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, şəxs Təqsirləndirilən şəxs barəsində 27 sentyabr 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, həmin gün saat 20:00-da müvəqqəti saxlama yerindən azad edilmişdir. İşdə olan Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinin imtina olunması ilə Cəlilabad rayon məhkəməsinin xx.xx.2023 –cü il tarixli qərarından verilmiş apelyasiya protesti təmin edilməmişdir. İşdə olan Cəlilabad rayon məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 1 (073)-41-2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və barəsində axtarış elan edilməklə icraat dayandırılmışdır. İşdə olan axtarışdan olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Cəlilabad rayonu ərazisində tutularaq MSY-nə təhvil verilmişdir. İş üzrə maddi ziyan, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə... hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 25 sentyabr 2023-cü il tarixdən 27 sentyabr 2023-cü il tarixədək 3 (üç) gün, 12 fevral 2024-cü ildən 06 mart 2024-cü il tarixədək həbsdə saxlanıldığı 24 (iyirmi dörd) gün, ümumi olaraq 27 (iyirmi yeddi) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 1 (bir) ay 24 (iyirmi dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 6 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-41/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-41/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver