Məhkəmə qərarları › İş №1(073)-41/2025

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-41/2025

03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-41/2025 03.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, X2 və onların müdafiəçisiləri Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs3, xx.xx.1994-cü ildə Cəlilabad rayonu Mikayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, məhkum olunmuş, işləməyən, Cəlilabad rayonunun Mikayıllı kəndində qeydiyyatda olan və Cəlilabad şəhərində yerləşən Peşə məktəbinin yataqxanasında yaşayan, barəsində 24 noyabr 2024-cü il tarixdən həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs2, xx.xx.1997-ci ildə Cəlilabad rayonu Mikayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, məhkum olunmuş, işləməyən, Cəlilabad rayonu Mikayıllı kəndində qeydiyyatda olan və Cəlilabad şəhərində yerləşən Peşə məktəbinin yataqxanasında yaşayan, barəsində 24 noyabr 2024-cü il tarixdən həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, X6, xx.xx.1991-ci ildə Cəlilabad rayonu, Pakrovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əməklə məşqul olan, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olan və yaşayan, barəsində 24 noyabr 2024-cü il tarixdən həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs X6 tamah niyyəti ilə Cəlilabad şəhəri, M.Nuri küçəsində nömrəsiz ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətində yerləşən tövlədən oğurluq etmək barədə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 23 noyabr 2024-cü il tarixə keçən gecə saat 02 radələrində piyada qeyd olunan evin yaxınlığına gəldikdən sonra əvvəlcədən aralarında əldə edilmiş razılaşmaya və rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 və ona kənar şəxslərin gəlməsi barədə məlumat verməsi məqsədilə həmin tövlənin yan tərəfindən 3-4 metr aralıda dayanaraq gözləmiş, Təqsirləndirilən şəxs2 və o isə həmin evin həyətinə çəkilmiş dəmir tordan hazırlanmış hasarın üzərindən tullanaraq yolu ilə həyətə daxil olduqdan sonra həyətdə yerləşən tövlənin qapısını açmaqla içəri qanunsuz olaraq daxil olub oradan 1 (bir) baş dişi cinsinə məxsus, dəyəri 1200 (bir min iki yüz) manat olan inəyi gizli talayıb cinayət barədə xəbərsiz olan Şahid1 idarə etdiyi “VAZ-21099” markalı, B- 474-CA-05 Rusiya Federasiya məxsus dövlət nömrə avtomobilin yük (baqaj) yerinə yerləşdirib həmin yerdən uzaqlaşaraq ümumilikdə Zərərçəkmiş şəxs1 1200 manat (bir min iki yüz) manat məbləğdə ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını talamaqla oğurlamışdır. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə Salyan rayonu, Stansiya qəsəbəsində yerləşən X3 məxsus fermanın həyətindəki tövlədən oğurluq etmək barədə qardaşı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 26 oktyabr 2024-cü il tarixdə saat 02 radələrində əvvəlcədən aralarında əldə edilmiş razılaşmaya və rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 ona kənar şəxslərin gəlməsi barədə məlumat verməsi məqsədilə həmin fermanın həyətindəki tövlədən evdən 10 metr aralıda dayanaraq gözləmiş, o isə həmin tövlənin qapısını açaraq içəri daxil olduqdan sonra oradan ümumi çəkisi 120 kq, diri çəkisi 60 kq, dişi, “Tatarlar” cinsi, hər birinin dəyəri 400 manat, ümumi dəyəri 800 manat olan 2 (iki) baş qoyunu gizli talayıb Təqsirləndirilən şəxs3 idarə etdiyi etdiyi “VAZ-21061” markalı, **-BC-*** arxa oturacaq hissəsinə yerləşdirib həmin yerdən uzaqlaşaraq ümumilikdə zərərçəkmiş şəxs Bulat Ağabəyova 800 (səkkiz yüz) manat məbləğdə ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar saxlanc qanunsuz daxil olaraq özgənin əmlakını talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə Cəlilabad şəhəri, M.Nuri küçəsində nömrəsiz ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətində yerləşən tövlədən oğurluq etmək barədə qardaşı Təqsirləndirilən şəxs3 və tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 23 noyabr 2024-cü il tarixə keçən gecə saat 02 radələrində piyada qeyd olunan evin yaxınlığına gəldikdən sonra əvvəlcədən aralarında əldə edilmiş razılaşmaya və rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 kənar şəxslərin gəlməsi barədə məlumat verməsi məqsədilə həmin tövlənin yan tərəfindən 3-4 metr aralıda dayanaraq gözləmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə həmin evin həyətinə çəkilmiş dəmir tordan hazırlanmış hasarın üzərindən tullanaraq yolu ilə həyətə daxil olduqdan sonra həyətdə yerləşən tövlənin qapısını açmaqla içəri qanunsuz olaraq daxil olub oradan 1 (bir) baş dişi cinsinə məxsus, dəyəri 1200 (bir min iki yüz) manat olan inəyi gizli talayıb cinayət barədə xəbərsiz olan Şahid1 idarə etdiyi “VAZ-21099” markalı, B-474-CA-05 Rusiya Federasiya məxsus dövlət nömrə avtomobilin yük yerinə yerləşdirib həmin yerdən uzaqlaşaraq ümumilikdə Zərərçəkmiş şəxs1 1200 manat (bir min iki yüz) manat məbləğdə ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını talamaqla oğurlamışdır. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə Cəlilabad şəhəri, M.Nuri küçəsində nömrəsiz ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətində yerləşən tövlədən oğurluq etmək barədə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 23 noyabr 2024-cü il tarixə keçən gecə saat 02 radələrində piyada qeyd olunan evin yaxınlığına gəldikdən sonra əvvəlcədən aralarında əldə edilmiş razılaşmaya və rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 və ona kənar şəxslərin gəlməsi barədə məlumat verməsi məqsədilə həmin tövlənin yan tərəfindən 3-4 metr aralıda dayanaraq gözləmiş, Təqsirləndirilən şəxs2 və o isə həmin evin həyətinə çəkilmiş dəmir tordan hazırlanmış hasarın üzərindən tullanaraq yolu ilə həyətə daxil olduqdan sonra həyətdə yerləşən tövlənin qapısını açmaqla içəri qanunsuz olaraq daxil olub oradan 1 (bir) baş dişi cinsinə məxsus, dəyəri 1200 (bir min iki yüz) manat olan inəyi gizli talayıb cinayət barədə xəbərsiz olan Şahid1 idarə etdiyi “VAZ-21099” markalı, B- 474-CA-05 Rusiya Federasiya məxsus dövlət nömrə avtomobilin yük (baqaj) yerinə yerləşdirib həmin yerdən uzaqlaşaraq ümumilikdə Zərərçəkmiş şəxs1 1200 manat (bir min iki yüz) manat məbləğdə ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını talamaqla oğurlamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və X2 onlara istinad olunan cinayəti törətməkdə təqsirləri özlərinin etirafları, şahid ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Cəlilabad rayonu, Günəşli kəndində qeydiyyatda olmaqla, Cəlilabad rayonu Uzuntəpə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, 3 övladı vardır. Özü əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs1 ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. 22 noyabr 2024-cü il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı evə gəlmiş, o da evdə yemək yemiş, hətta Təqsirləndirilən şəxs2 yemək yeməsini təklif etmiş, Tərlan isə bildirmişdir ki, yemir. Təqsirləndirilən şəxs2 ondan telefonunu danışmaq üçün istəmiş, o da telefonu Tərlana vermişdir. Təqsirləndirilən şəxs2 həmin telefonla Şahid1 zəng vurmuş, telefonla danışa-danışa çölə çıxmışdır. X9 bildirmişdir ki, telefonunu niyə ona verdin, bəlkə nəsə problemli işlə bağlı danışır. O isə arvadına heş nə olmaz sözlərini demişdir. Təqsirləndirilən şəxs2 sonra çöldən gəlib evdə oturub çay içmişdir. Ona bildirmişdir ki, maşın var o gəlir yer var ora gedəcəyik. Hətta onun telefonuyla qardaşı arvadı Ülkər Mirzəyevaya zəng vurmuş, Süleymanı soruşmuş, lakin arvadı Süleymanın evdə olmamasını bildirmişdir. Bir neçə dəqiqə sonra həmin nömrədən zəng gəlmiş, danışan Süleyman olmuşdur. Qardaşı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 bildirmişdir ki, maşın göndərib onu götürəcəkdir. Daha sonra Şahid1 Süleymanı götürüb yaşadığı evin yaxınlığına çayın kənarına gəlmişlər. Tərlan bildirmişdir ki, yer bilir, orada bir baş dişi dana vardır, onu oğurlamaq lazımdır. Təqsirləndirilən şəxs3 də bildirmişdir ki, gedib oğurlayaq, dananı özüm tövlədən çıxardacağam. Onlar bu söhbəti çöldə etmiş, taksi Rövşən isə avtomobildə əyləşmiş, onun söhbətdən xəbəri olmamışdır. Bir neçə dəqiqə sonra Tərlan və Təqsirləndirilən şəxs3 oğurluq edəcəkləri evə tərəf getmişlər, o da onların arxasınca gəlmiş, Rövşən isə avtomobildə oturmuşdur. Onlar həyətə çatmışlar, Tərlan və Təqsirləndirilən şəxs3 dəmir tordan hazırlanmış hasardan keçmişlər, o isə çöldə gözləmiş. Süleyman tövlənin tinində dayanmış, Tərlan isə tövlədən içəri daxil olub 1 baş dişi dananı çölə çıxartmış, tövlənin qapısının kilidi olmamış, sadəcə qarşısına daş qoyulmuşdur. Sonra Təqsirləndirilən şəxs2 dananı həyətdən çölə çıxartmışdır. Sonra həmin dananı “VAZ-21099” markalı avtomobilin baqaj hissəsinə yükləmişlər. Biləsuvar rayonu ərazisinə aparmışlar. Onlar X12-qara bazarına getmişlər. Həmin dananı Tərlan Süleymanov adını sonradan bildikləri Şahid2 670 manat pula satmışdır. Sonra isə oradan ayrılmışlar. Onlar həmin pulu bölmüşər, Tərlan ona 200 manat, Süleymana 200 manat, taksi sürücüsü Şahid1 80 manat pul vermişdir. Özünə 200 manat pul götürmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 ona vermiş olduğu puldan 60 manat özünə götürmüşdür. Daha sonra onlar “Çinar” kafesində yeyib içmişlər, sonra evə gəlmişlər. Əməlindən səmimi peşmandır, səhvini etiraf edir və bir daha oğurluq etməyəcəyinə söz vermişdir. Törətdikləri oğurluq cinayəti barəsində o, Tərlan və Süleyman Yarıəyevdən başqa heç kimin məlumatı olmamışdır. Onlar oğurluq edən zaman dəmir tordan hazırlanmış hasardan tullanmışlar, Tərlan qapını açmaq üçün heç nədən istifadə etməmiş, qapıya mişar daşı söykənmiş, həmin daşı götürüb qapını açmışdır. O, həyətdən çöldə gözləmiş, Süleyman isə tövlənin tinində dayanıb bələdçilik etmişdir. O, hal-hazırda qeyd olunan cinayətdən başqa cinayət törətməmişdir. Ona ilk olaraq oğurluq etməyi Təqsirləndirilən şəxs2 təklif etdi. O, özü oğurluq zamanı həyətdən kənarda gözləmiş, Süleyman tövlənin tinində dayanmışdır, Tərlan isə birbaşa oğurluq törətmişdir. Sürücü Şahid1 isə avtomobili ilə həmin oğurluq dananı daşımağa kömək etmişdir. 2024-cü ilin noyabr ayının 22-də maddi imkanları aşağı olduğuna görə oğurluq etmək fikri yaranmışdır. Onlar oğurluğu gecə vaxtı etmişlər, taksi Şahid1 ilk olaraq Təqsirləndirilən şəxs3 yaşadığı evdən götürüb, sonra Cəlilabad şəhəri “Kirovka” deyilən əraziyə gəlmişlər. Orada Süleyman avtomobildən düşüb qardaşı Tərlan və onla görüşüb oğurluq etməyə getmişlər. Həmin dananın oğurluq olması üç nəfərdən başqa heç kimin məlumatı olmamışdır. Şahid1 həmin oğurluqda iştirak etməmiş və dananın oğurluq olmasını bilməmişdir. Hətta Rövşən yolda soruşsa da, onlar həmin danının özlərinə məxsus olmasını bildirmişlər. Oğurladıqları dananı Biləsuvar rayonu ərazisində 670 manat pula Şahid2 satmışlar, həmin pulu da dörd yerə bölmüşlər. Əldə etdikləri pulları kafelərdə yeyib-içməyə xərcləmişlər. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslər Nurəli Hüseyinova və Ehtiram Bağırova dəymiş ziyanı ödəmişlər, lakin zərərçəkmiş şəxs Füzuli Hüseynova dəymiş ziyan ödənilməmişdir və dəymiş ziyanı ödəməyə maddi imkanı yoxdur. Qeyd edilənlərin nəzərə alanıraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Cəlilabad rayonu, Mikayıllı kəndində qeydiyyatda olmaqla, Cəlilabad şəhəri, Peşə məktəbinin yataqxanasında ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, lakin övladı yoxdur. Özü əvvəllər oğurluq cinayətini törətdiyimə görə məhkum olunmuş, sonuncu dəfə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib Cəlilabad rayon Məhkəməsinin hökmü ilə 02 ay 27 gün azadlıqdan məhrum olunmuş, 2022-ci ildən azadlıqdadır. Zərərçəkmiş şəxs1 ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. 22 noyabr 2024-cü il tarixdə saat 22 radələrində o, Təqsirləndirilən şəxs1 yaşadığı evə onun zənginə görə getmiş, onlar Cavidin evində yeyib içmişlər. Sonra söhbət əsnasında Təqsirləndirilən şəxs1 ona təklif etmişdir ki, qonşuluqda Zərərçəkmiş şəxs1 vardır, onun həyətində oğurluq edək. O da Təqsirləndirilən şəxs1 bu fikri ilə razılaşmışdır. Təqsirləndirilən şəxs1 daha sonra qardaşı Təqsirləndirilən şəxs3 ondan xəbərsiz çağırmış, bir neçə dəqiqə sonra qardaşı Təqsirləndirilən şəxs3 yaxınlaşmışdır. Lakin o, qardaşının gəldiyi avtomobili görməmişdir. Onlar, yəni o, Cavid və qardaşı Süleyman birlikdə oğurluq etmək qərarına gəlmişlər, üçü də həmin evə tərəf getmişlər. Sonra onlar həyətdə olan dəmir tordan hazırlanmış hasardan keçib həyətə daxil olmuşlar. Qardaşı Təqsirləndirilən şəxs3 tövlənin tinində gözləmiş, o və Təqsirləndirilən şəxs1 tövlənin qapısını açıb içəri daxil olmuşlar, həmçinin qapıda kilid olmamış, qarşısında daş qoyulmuşdur. Cavid çöldən şüşə qırıntısı götürüb ciyəni kəsmiş, bir baş dişi dananı birlikdə çölə çıxartmışlar, daha sonra həmin dananı kənarda gözləyən “VAZ-21099” markalı avtomobilin baqaj hissəsinə qoymuşlar. Sürücü isə həmin dananın oğurluq olmasını bilməmiş, onlar taksi sürücüsü Şahid1 bildirmişlər ki, avtomobili Biləsuvara sürsün, ona pul verəcəyik. Onlar Biləsuvar rayonu ərazisinə getmişlər. X12qara bazarına gəlmişlər. Həmin dananı Cavid və qardaşı Təqsirləndirilən şəxs2 adını sonradan bildikləri Şahid2 670 manat pula satmışlar. Sonra isə oradan ayrılmışlar. Onlar həmin pulu bölmüşlər, Təqsirləndirilən şəxs1 ona 200 manat, qardaşı Tərlan Süleymanova 200 manat, taksi sürücü Şahid1 70 manat pul vermişlər. Daha sonra onlar “Çinar” kafesində yeyib içmişlər, sonra evə gəlmişlər. Əməlindən səmimi peşmandır, səhvini etiraf edir və bir daha oğurluq etməyəcəyinə söz vermişdir. Törətdikləriz oğurluq cinayəti barədə o, Təqsirləndirilən şəxs1, qardaşım Təqsirləndirilən şəxs3 başqa heç kimin məlumatı olmamışdır. O, oğurluq edən zaman dəmir tordan hazırlanmış hasardan tullanmışlar, Cavid və o qapını açmaq üçün heç nədən istifadə etməmişlər, qapıya mişar daşı söykənmiş, həmin daşı götürüb qapını açmışlar. Onlara ilk olaraq oğurluq etməyi Təqsirləndirilən şəxs1 təklif etmişdir. O və Təqsirləndirilən şəxs1 birbaşa oğurluq etmişlər, qardaşı Süleyman isə bələdçilik etmişdir. Sürücü Şahid1 isə avtomobili ilə həmin oğurluq dananı daşımağa kömək etmişdir. 2024-cü ilin noyabr ayının 22-də Təqsirləndirilən şəxs1 evində yeyib içən zaman yaranmış. Ona və qardaşı Süleymana oğurluq etməyi Təqsirləndirilən şəxs1 təklif etmişdir. Onlar oğurluğu gecə vaxtı etmişlər, taksi Şahid1 ilk olaraq qardaşını yaşadığı evdən götürmüş, orada o Süleyman və Cavidlə görüşüb oğurluq etməyə getmişik. Razılıqları o olubdur ki, iki nəfər oğurluq edəcək, bir nəfər də bələdçilik edəcəkdir. Həyətə girməmişdən əvvəl razılaşmışlar ki, bir nəfər çöldə qalıb içəri daxil olanları qoruyaq, digər iki nəfər isə evlərə daxil olub oğurluq etsin. Həmin dananın oğurluq olması üç nəfərdən başqa heç kimin məlumatı olmamışdır. Şahid1 həmin oğurluqda iştirak etməyibdir, Rövşən və Şahid2 dananın oğurluq olmasını bilməyibdir. Oğurladıqları dananı Biləsuvar rayonu ərazisində 670 manat pula Şahid2 satmışlar, həmin pulu da dörd yerə bölmüşlər. O, Təqsirləndirilən şəxs1 140 manat deyil, 200 manat vermiş, Təqsirləndirilən şəxs1 onunla birlikdə oğurluğu törədibdir, tövləyə daxil olubdur, çöldə gözləməyib, çöldə qardaşı Süleyman gözləyibdir.Onlar Zərərçəkmiş şəxs1 həyətindən 1 baş dana oğurlamışıq, həmin dananın qiyməti 670-700 manat olardı, 1200 manat deyil. Əldə etdikləri pulları kafelərdə yeyib-içməyə xərcləmişlər. O və qardaşı Təqsirləndirilən şəxs3 26 oktyabr 2024-cü il tarixdə saat 02 radələrində Salyan rayonu ərazisində yerləşən çoban kimi işlədiyi Bulat Ağabəyova məxsus fermanın həyətindəki tövlədən iki baş qoyunu oğurlayıb qardaşına məxsus “VAZ-21061” Markalı avtomobilin arxa atouracaq hissəsinə yerləşədirib Biləsuvar rayonuna parmışlar, həmin qoyunları Biləsuvsar “Mal-qara” bazarında tanımadıqları şəxsə həribirini 250 manat olmaqla 500 manat satmışlar, həmin pulu öz aralarında yarı-yarı bölüşmüşlər, həmin pulu öz keflərinə xərcləmişlər. Hazırda əməlindən səmimi peşmandır. Fərdi əməklə məşğul olur və ailədə yeganə qazanc gətirən şəxsdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir və zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Himayəsində üç azyaşlı uşaqları var. Qeyd edilənlərin nəzərə alanıraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Cəlilabad rayonu, Mikayıllı kəndində qeydiyyatda olmaqla, Cəlilabad şəhəri, Peşə məktəbinin yataqxanasında ailə üzvlərim ilə birlikdə yaşayır. Evlidir, 4 övladı vardır. Özü əvvəllər oğurluq cinayətini törətdiyinə görə məhkum olunmuş, sonuncu dəfə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib Cəlilabad rayon Məhkəməsinin hökmü ilə 01 ay 08 gün azadlıqdan məhrum olunmuş, 2022-ci ildən azadlıqdadır. Zərərçəkmiş şəxs1 ilə heç bir ədavət və düşmənçiliyim yoxdur. 23 noyabr 2024-cü il tarixə keçən gecə saat 01 radələrində Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəmə zəng vuraraq bildirmişdir ki, qardaşı Tərlan Süleymanovun qonşularında Zərərçəkmiş şəxs1 həyətində dana vardır, həmin dananı oğurlayıb sataq. O da Təqsirləndirilən şəxs1la razılaşmış, hətta Təqsirləndirilən şəxs1 bildirmişdir ki, qardaşı Tərlan Süleymanov da onun yanındadır. Sonra Təqsirləndirilən şəxs1 taksi sürücüsü Şahid1 yaşadığı evin yaxınlığına göndərmiş, o həmin avtomobilə əyləşib Təqsirləndirilən şəxs1 yaşadığı evə tərəf getmişdir. Taksi sürücüsü Şahid1 kənarda gözləmiş, o avtomobildən düşmüş, Onlar həmin ünvana çatmışlar. Aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o və qardaşı Təqsirləndirilən şəxs2 həyətə daxil olacaq, o isə çöldə bələdçilik edəcəkdir ki, kimsə gəlsə xəbər versin. O da Cavod Cavadovla razılaşmışdır. Onlar dəmir tordan hazırlanmış hasardan keçib həyətə daxil olmuşlar. Daha sonra həyətdə olan tövləyə yaxınlaşmışlar. Cavid və qardaşı Tərlan tövlənin qapısını açıb içəri daxil olmuşlar, o isə çöldə bələdçilik etmək üçün gözləmişdir. Onlar içəri daxil olduqdan bir-iki dəqiqə sonra çölə çıxmışlar, Cavid çöldən şüşə qırıntısı tapıb yenidən içəri daxil olmuşlar. Şüşə qırıntısı ilə həmin dananı ipdən ayırmışlar. Sonra 1 baş dişi dananı çölə çıxartmışlar. Həmin dananı sürərək çölə çıxartmışlar, daha sonra kənarda gözləyən Şahid1 idarə etdiyi avtomobilin baqaj hissəsinə mindirib Biləsuvar rayonu ərazisinə aparmışlar. Onlar X12-qara bazarına getmişlər. Həmin dananı Cavid və qardaşı Tərlan Süleymanov adını sonradan bildiyi Şahid2 670 manat pula satmışlar. Sonra isə oradan ayrılmışlar. Onlar həmin pulu 200 manat olmaqla 3 yerə bölmüşlər, 80 manat isə taksi sürücüsünə vermişlər. Rövşənlə çünki 80 manat pula danışmışlar. Daha sonra onlar “Çinar” kafesində yeyib içmişlər, sonra evə gəlmişlər. Əməlindən səmimi peşmandır, səhvini etiraf edir və bir daha oğurluq etməyəcəyinə söz vermişdir. Törətdikləri oğurluq cinayəti barədə o, Təqsirləndirilən şəxs1, qardaşım Təqsirləndirilən şəxs2 başqa heç kimin məlumatı olmamışdır. O, oğurluq edən zaman dəmir tordan hazırlanmış hasardan tullanmışlar, Cavid və Tərlan qapını açmaq üçün heç nədən istifadə etməmişlər, qapıya mişar daşı söykənmiş, həmin daşı götürüb qapını açmışlar. Onlara ilk olaraq oğurluq etməyi Təqsirləndirilən şəxs1 təklif etmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birbaşa oğurluq etmişlər, o isə bələdçilik etmişdir. Sürücü Şahid1 isə avtomobili ilə həmin oğurluq dananı daşımağa kömək etmişdir. 2024-cü ilin noyabr ayının 22-də Təqsirləndirilən şəxs1 evində yeyib içən zaman yaranmış. Ona və qardaşı Tərlana oğurluq etməyi Təqsirləndirilən şəxs1 təklif etmişdir. Onlar oğurluğu gecə vaxtı etmişlər, taksi Şahid1 ilk olaraq qardaşını yaşadığı evdən götürmüş, orada o Tərlan və Cavidlə görüşüb oğurluq etməyə getmişik. Razılıqları o olubdur ki, iki nəfər oğurluq edəcək, bir nəfər də bələdçilik edəcəkdir. Həyətə girməmişdən əvvəl razılaşmışlar ki, bir nəfər çöldə qalıb içəri daxil olanları qoruyaq, digər iki nəfər isə evlərə daxil olub oğurluq etsin. Həmin dananın oğurluq olması üç nəfərdən başqa heç kimin məlumatı olmamışdır. Şahid1 həmin oğurluqda iştirak etməyibdir, Rövşən və Şahid2 dananın oğurluq olmasını bilməyibdir. Oğurladıqları dananı Biləsuvar rayonu ərazisində 670 manat pula Şahid2 satmışlar, həmin pulu da dörd yerə bölmüşlər. X7 Təqsirləndirilən şəxs1 140 manat deyil, 200 manat vermiş, Təqsirləndirilən şəxs1 onunla birlikdə oğurluğu törədibdir, tövləyə daxil olubdur, çöldə gözləməyib, çöldə qardaşı Süleyman gözləyibdir. Onlar Zərərçəkmiş şəxs1 həyətindən 1 baş dana oğurlamışıq, həmin dananın qiyməti 670-700 manat olardı, 1200 manat deyil. Əldə etdikləri pulları kafelərdə yeyib-içməyə xərcləmişlər. O və qardaşı Təqsirləndirilən şəxs2 26 oktyabr 2024-cü il tarixdə saat 02 radələrində Salyan rayonu ərazisində yerləşən qardaşının çoban kimi işlədiyi Bulat Ağabəyova məxsus fermanın həyətindəki tövlədən iki baş qoyunu oğurlayıb onaməxsus “Vaz-21061” Markalı avtomobilin arxa atouracaq hissəsinə yerləşədirib Biləsuvar rayonuna parmışlar, həmin qoyunları Biləsuvsar “Mal-qara” bazarında tanımadıqları şəxsə həribirini 250 manat olmaqla 500 manat satmışlar, həmin pulu öz aralarında yarı-yarı bölüşmüşlər, həmin pulu öz keflərinə xərcləmişlər. Hazırda əməlindən səmimi peşmandır. Fərdi əməklə məşğul olur və ailədə yeganə qazanc gətirən şəxsdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir və zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Himayəsində üç azyaşlı uşaqları var. Qeyd edilənlərin nəzərə alanıraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, 2023-cü ilin noyabr ayının 23-nə keçən gecə yaşadığı evin həyətində yerləşən tövlədən ona məxsus 1 (bir) baş ümumi çəkisi 100 kq, diri çəkisi 60 kq, dişi cinsinə məxsus dana (inək) naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. O da 2024-cü ilin noyabr ayının 23də RPŞ-nə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona 1200 manata maddi ziyan dəymişdir. Oğruluqla bağlı şübhələndiyi kimsə olmamışdır. Daha sonradan həmin oğurluğun Tərlan və Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsini bilmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X5 ifadə verərək göstərmişdir ki, 26 oktyabr 2024-cü il tarixdə ona məxsus Salyan rayonu Stansiya qəsəbəsi ərazisində yerləşən fermanın həyətindəki tövlədən ona məxsus hər birinin ümumi çəkisi 120 kq, diri çəkisi 60 kq olan, dişi, “Tatarlar” cinsinə məxsus, hər birinin dəyəri 400 manat, ümumi dəyəri 800 manat olan 2 baş qoyunu naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. O da 2024-cü ilin oktyabr ayının 30-da RPŞ-nə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona 800 manata maddi ziyan dəymişdir. Oğruluqla bağlı şübhələndiyi kimsə olmamışdır. Daha sonradan həmin oğurluğun Tərlan və Təqsirləndirilən şəxs3 tərəfindən törədilməsini bilmişdir. Ona dəymiş ziyan ödənilmişdir və təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərdi ki, onun “VAZ-21099” markalı Rusiya Federasiyasına məxsus dövlət nömrə nişanlı avtomobili vardır, avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi mövcuddur. Həmin avtomobillə sərnişin daşıyıb öz ailəsini dolandırır. Tərlan və Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tanıyır, onlarla aralarında hər hansı ədavət yoxdur. 22 noyabr 2024-cü il tarixdə axsam saat 23:30 radələrində Cəlilabad şəhəri “MTS” adlanan ərazidə avtomobiliylə dayanmışm, həmin vaxt Cavidin istifadəsində olan mobil nömrə ilə onun istifadəsində olan mobil nömrəyə zəng vurmuş, lakin danışan Cavid deyil, Təqsirləndirilən şəxs2 imiş. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 və qardaşı Təqsirləndirilən şəxs3 Biləsuvar rayonuna “Mal-qara” bazarına apara bilər. O da bildirmişdir ki, aparar. Tərlan ondan soruşmuşdur ki, hansı qiymətə apara bilərəm. Mən də bildirdim ki, 40 manat versəniz kifayətdir. Tərlan da razılaşmışdır. Tərlan da bildirmişdir ki, qardaşı Süleyman onun olduğu yerə gəlir. Bir neçə dəqiqə sonra Süleyman onun olduğum yerə gəlmiş, o avtomobilə əyləşmiş, onlar hərəkət etmişlər. Bir neçə dəqiqə sonra onlar ora çatmışlar. Təqsirləndirilən şəxs3 avtomobildən düşüb oradan uzaqlaşmış, ona bildirmişdir ki, burada gözlə. 5-10 dəqiqə sonra Süleyman, Tərlan və Cavid yanlarında 1 (bir) baş dişi dana ilə gəlmişlər. O, hətta onlardan soruşdum ki, bu dana kimindir. Tərlan bildirmişdir ki, həmin dananı almışlar, satmağa aparır. Sonra dananı avtomobilin baqaj hissəsinə yükləmişlər. Təqsirləndirilən şəxs3 sağ qabaq oturacaqda, digərləri isə arxa oturacaqda əyləşmişlər. Onlar Biləsuvar rayonuna yollanmışlar. O, avtomobili “Mal-qara” bazarına sürmüş, girişdə Süleyman ona bildirmişdir ki, avtomobili saxlasın. O da avtomobili saxlamış, onlar avtomobildən düşmüşlər, dananı da baqajdan yerə salmışlar. Tərlan isə avtomobildə qalmışdır. Onlar neçə dəqiqə sonra onlar geri qayıtmışlar, sonra avtomobilə əyləşmişlər. Onlar həmin danadan aldıqları pulları bölüşmüşlər, ona isə 30 manat pul vermişlər, sonra isə “Çinar” kafesində isə yemək yemişlər, onlar da yemək pulunu vermişlər. Daha sonra onları düşürdüb öz evinə getmişdir. O, həmin dananın oğurluq olmasını bilməmiş, həmin oğurluqda iştirak etməmiş, sadəcə olaraq taksi sürücüsü kimi getmişdir. Həmin dananın oğurluq olmasını o, dana satılıb pulunun bölünməsindən sonra bilmişdir. Onlar sadəcə olaraq 30 manat pul, bir də yemək almışlar, 70 manat pul verməyiblər. O, həmin dananın oğurluq olmasını bilməmiş, məlumatı olmayıbdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərdi ki, o, özü mal-qara və qoyun-quzu alveri ilə məşğul olur. Tərlan və Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tanımır. 23 noyabr 2024-cü il tarixə keçən gecə saat 04 radələrində o, Biləsuvar rayonu Mal-qara bazarına alver etmək məqsədilə getmişdir. Bazarın girişində dayanmış, bu zaman görmüşdür ki, 2 nəfər şəxs əllərində 1 (br) baş dana satır. O, onlara yaxınlaşmış və həmin dananı hansı qiymətə satdıqlarını soruşmuş, onlar da bildirmişlər ki, 700 manata satırlar. O da həmin dananın balaca olmasını və qiyməti çox demələrini bildirmişdirm. Daha sonra onlar ona bildirmişlər ki, 670 manat versə, həmin dananı ona satacaqlar. O da həmin danaya 670 manat pul vermiş, dananı almışdır. Həmçinin özünü sığortalamaq üçün onların fotoşəkillərini də çəkmiş, mobil nömrələrini də almışdır. Daha sonra o həmin dananı bazarda tanımadığı şəxsə 710 manat pula satmışdır. Həmin günün axşamı polis əməkdaşlarının onu axtarmasından bilmişdir ki, dana oğurluqdur. Onun həmin dananın oğurluq olmasından məlumatı olmayıbdır və aldığı dananın oğurluq olmasını bilməmişdir. Həmin dananın qiyməti 700 manat olmuş, 1200 manat olmamış, dananın çəkisi 50 kq olardı. O, hətta həmin şəxslərdən dananın oğurluq olub-olmamasını dəfələrlə soruşmuş, onlar da öz həyətlərinin danası olduğunu bildirmişlər. İşdə olan 23 noyabr 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, oğurluq hadisəsi Cəlilabad şəhəri M.Nuri küçəsi ərazisində baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs1 məişət əşyalarının oğurlandığı yeri göstərmişdir. İşdə olan Cəlilabad RPŞ-dən daxil olan 09 yanvar 2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan oğurluq cinayətinin Cəlilabad rayon sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən törədilməsi müəyyən edilmişdir. İşdə olan Cəlilabad RPŞ-dən daxil olan 30 noyabr 2024-cü il tarixli raportunda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Salyan rayonu ərazisində 2 baş qoyunları oğurlamaları barədə Cəlilabad RPŞ-yə əməliyyat məlumatı daxil olması, hadisə ilə bağlı şahid dairəsini müəyyən edilməməsi göstərilmişdir. İşdə olan Cəlilabad “Mal-qara” bazarından daxil olmuş məktubda 1 (bir) baş ümumi çəkisi 100 kq, diri çəkisi 60 kq, dişi cinsinə məxsus inəyin (dana) orta bazar alqı-satqı qiyməti 1200 (bir min iki yüz) manat və 1 (bir) baş ümumi çəkisi 120 kq, diri çəkisi 60 kq, dişi cinsinə məxsus “Tatarlar” sortundan olan ana qoyunun 26 oktyabr 2024-cü il tarixə 400 (dörd) yüz manat olması göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən icra olunmuş tələbnamələrdən görünür ki, X2 məhkumluğu yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən icra olunmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmuşlar və məhkumluğları ödənilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və X2 onlara istinad olunan cinayəti törətmələri tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və X2 onlara istinad olunan cinayəti törətməkdə təqsirlərinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər X2 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri isə həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və buna görə də onlara təqsirli bilindikləri maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və X4 cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxs X2 əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs X2 cəzasını ağırlaşdıran hal yoxdur. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Cəlilabad rayon Uzuntəpə kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X2 ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs3 əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, ona qarşı heç bir şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal yoxdur. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Cəlilabad rayon Mikayıllı kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, ona qarşı heç bir şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal yoxdur. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Cəlilabad rayon Uzuntəpə kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İşdə olan Cəlilabad rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 4(073)- 100/2024 saylı qərarında görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmanın əvvəli 24 noyabr 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan Cəlilabad rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 4(073)- 98/2024 saylı qərarında görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbasə alınmanın əvvəli 24 noyabr 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan Cəlilabad rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 4(073)- 99/2024 saylı qərarında görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbasə alınmanın əvvəli 24 noyabr 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə təqsirləndirilən şəxslər X2, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini xarakterizə edən halları, cəzalarını yüngülləşdirən halları, cəzalarını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onların islah olunmasına təsirini nəzərə alaraq onların təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onların əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X3 vurulmuş maddi ziyanla bağlı məhkəməyə mülki qaydada müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə... Hökm etdi: Təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X2 hazırki iş üzrə 24 noyabr 2024-cü il tarixdən 03 iyul 2025-ci il tarixə kimi həbsdə qaldığı 7 (yeddi) ay 09 (doqquz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 14 (on dörd) ay 18 (on səkkiz) gününə bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. X2 üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşadığı Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən evi tərk etməmək, Cəlilabad rayonu hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X6 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. X6 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 hazırki iş üzrə 24 noyabr 2024-cü il tarixdən 03 iyul 2025-ci il tarixə kimi həbsdə qaldığı 7 (yeddi) ay 09 (doqquz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 14 (on dörd) ay 18 (on səkkiz) gününə bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşadığı Cəlilabad şəhəri, peşə məktəbinin yataxanasında yerləşən yaşadığı evi tərk etməmək, Cəlilabad rayonu hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 hazırki iş üzrə 24 noyabr 2024-cü il tarixdən 03 iyul 2025-ci il tarixə kimi həbsdə qaldığı 7 (yeddi) ay 09 (doqquz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 14 (on dörd) ay 18 (on səkkiz) gününə bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşadığı Cəlilabad şəhəri, peşə məktəbinin yataxanasında yerləşən yaşadığı evi tərk etməmək, Cəlilabad rayonu hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar