Məhkəmə qərarları › İş №1(073)-43/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-43/2023

02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-43/2023 02.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs,xx xxxx 1970-ci ildə Cəlilabad rayonu, Prişib şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinə 01 (il) 11 (on bir) ay 24 (iyirimi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7 (073)-92/2021-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək çəkilməmiş cəzası 1 (bir) il azaldılmış, 14 mart 2022-ci il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda -3,015 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki əldə edib daşımaqla üzərində saxlamış, 10 dekabr 2022-ci il tarixdə, saat 15 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının Cəlilabadrayonu, Göytəpəşəhəriərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərindəşəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən şəffaf sellofana bükülmüş01 ədəd bükümdə həmin narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, 1 il müddətdir ki, narkotik vasitə olan tiryək istifadə edirmiş, lakin hazırda istifadə etmir. 10 dekabr 2022-ci il tarixdə, saat 10 radələrində Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində yerləşən parkda piyada hərəkətdə olan zaman yerdə şəffaf sellofana bükülmüş halda bükülü olduğunu görmüşdür. Həmin bükülünü götürüb içərisinə baxdıqda onun içərisində narkotik vasitə olan tiryək olduğunu bilmişdir. Həmin tiryəki gələcəkdə istifadə etmək üçün götürüb üzərində saxlamışdır. Daha sonra həmin gün saat 15 radələrində Göytəpə şəhəri, V.Mürsəlov küçəsi ilə piyada hərəkətdə olan zaman ona iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişdir. Polis əməkdaşları ondan üzərində narkotik vasitə və ya digər qanunsuz predmet olubolmadığını soruşduqda o, üzərində narkotik vasitə olan tiryək olduğunu bildirmişdir. Bununla bağlı onu Cəlilabad RPŞ-yə dəvət etmişlər. O da onlara etiraz etməyərək polis şöbəsinə gəlməyə razılıq vermişdir. Polis şöbəsində ona hüquq və vəzifələri izah edildikdən sonra vəkilinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı o, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən həmin şəffaf sellofana bükülmüş halda olan narkotik vasitə olan tiryəki çıxarıb təqdim etmişdir. Həmin maddə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmış və ekspertizaya təqdim ediləcəyi bildirilmişdir. Üzərindən aşkar edilmiş tiryəkdən istifadə etməmiş, nə də ki, hər hansı şəxsə verməmişdir. Həmin tiryəkin üzərində olması barədə hər hansı bir şəxsin məlumatı olmamışdır. Əvvəllər istifadə etdiyi narkotik vasitələri Lənkəran şəhərində və Bakı şəhərində tanımadığı şəxslərdən əldə edirmiş. Əməlindən peşiman olduğunu, ailədə yeganə qazanc gətirən şəxs olduğunu bildirib yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Cəlilabad rayonu, Göytəpəşəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində qanunsuz olaraq nakotik vasitələriəldə edib saxlaması və daşımasıilə məşğul olması ilə bağlıəməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuşəməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmrinəəsasəno və Cəlilabad RPŞ-nin PPXB-nın polis nəfəri Şahid2 ibarətəməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən yerlər müəyyən edilmişdir. Həmin gün saat 15 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Göytəpəşəhəri ərazisindəəməliyyat müşahidəsinəgötürülmüşdür. Bir neçə dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş narkotik maddə olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Təqsirləndirilən şəxs üzərindəşəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması məqsədi ilə onu rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onların dəvətinə etiraz etməyərək onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması, hüquq və vəzifələri izah edilmiş, hüquqlarını müdafiə etməsi məqsədi ilə ona müdafiəçi təqdim olunmuşdur. Bundan sonra Cəlilabad RPŞ-nin KTQ-nın inspektor-kriminalisti Valeh Abdullayev tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisinin və onların iştirakı iləşəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxsəynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülünüçıxarıb təqdim edərək həmin bükülünün içərisindəki maddənin narkotik vasitə olan tiryək olduğunu, həmin tiryəki həmin gün Göytəpəşəhəri ərazisində yerləşən parkdan tapdığını və istifadə etmək məqsədiləüzərində saxladığını bildirmişdir. Həmin kütlə təhqiqatçı tərəfindən elektron tərəzidəçəkildikdən sonra ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış vəşəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin zərfin üzərinə və protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin KTQ-nın inspektor-kriminalisti X3 ifadəsində göstərdi ki, Cəlilabad rayonu, Göytəpəşəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 10 dekabr 2022-ci il tarixdə, saat 16 radələrindəşöbə rəhbərliyi tərəfindən narkotik vasitələrin qanunsuz olaraq əldə edilib saxlanılması və daşınmasında şübhəli bilinən Təqsirləndirilən şəxs Cəlilabad şəhəri ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildiyi və sonuncunun üzərindəşəxsi axtarış keçiriləcəyi bildirilməklə onun da həmin şəxsi axtarış zamanı xidməti vəzifəsini icra edərək videoçəkiliş aparması tapşırılmışdır. Bundan sonra onun tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisinin və onların iştirakı iləşəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxsəynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülünüçıxarıb təqdim edərək həmin bükülünün içərisindəki maddənin narkotik vasitə olan tiryək olduğunu, həmin tiryəki həmin gün Göytəpəşəhəri ərazisində yerləşən parkdan tapdığını və istifadə etmək məqsədiləüzərində saxladığını bildirmişdir. Həmin kütlə təhqiqatçı tərəfindən elektron tərəzidəçəkildikdən sonra ekspertizaya göndərilməsi üçün zərfəqoyularaq qablaşdırılmış vəşəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin zərfin üzərinə və protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin PPXB-nın polis nəfəri Quliyev X4 İsmayıl Rəşid oğlu ilə anoloji ifadə verərək sonuncunun ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümdə narkotik vasitə olan tiryəkə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan RespublikasıƏN-nin MEM tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 11 dekabr 2022-ci il tarixli, 19/1264 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmişüzərində: “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir bükümdə narkotik vasitə olan tiryəkə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi -3,015 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir.Tiryəkin təmiz çəkisi 3,015 qram, cəmi tədqiqata sərf olundu 0,05 qram, qalıq - 2,965 qramdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X1 Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2022-ci il tarixli, 1279 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən və hökmün surətindən görünürki, Abdalov X2 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinə 01 (bir) il 11 (on bir) ay 24 (iyirimi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş Cəlilabad rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli, 11/2021-30-11 saylı məktubundan görünür ki, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7 (073)-92/2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək çəkilməmiş cəzası 1 (bir) il azaldılmış, 14 mart 2022-ci il tarixdə cəzası bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinəəsasən “azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar” residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinəəsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qeyd edilənlərdən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən hökm üzrə məhkumluğu ödənilməmiş və götürülməmişdir. İş materiallarına əlavə olunmuş Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Cəlilabad rayon, Göytəpəşəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 31/35 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə üzvüləri ilə birlikdə yaşayır və o, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünürki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə saat 15:45-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Cəlilabad Rayon Polis Şöbəsinin MSY-dən saat 15:40-da azad edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxsonaistinadolunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığınməhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. AzərbaycanRespublikasıCM-nin 52-1.1-cimaddəsinəəsasənazadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinəəsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədəəvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Eyni zamanda məhkəmə, CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmənarkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxsna narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsini zəruri hesab edir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,965 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə cəmi 65 (altımış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ41NABZ********************) keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə... Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azalığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 10 dekabr 2022-ci il tarixdən 12 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün CM-in 69.3cümaddəsinə əsasən 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşadığı ünvan 1 ünvanında yerləşən evi tərke tməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinəəsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,965 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə cəmi 65 (altımış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ41NABZ********************) keçirilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan RespublikasıŞirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar