Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-44/2025 06.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 11:40 X7 Adil oğlunun sədrliyi, Fərəcov Ehtiram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1992-ci ildə Cəlilabad rayonunun Privolnoye kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli qərarı ilə cəzasını çəkməkdən 01 ay 11 gün vaxtından əvvəl şərti azad edilmiş, cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, Cəlilabad rayonu Privolnoye kəndində qeydiyyatda olan və orada yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 yanvar 2025-cü il tarixdə saat 15-də yaşadığı Cəlilabad rayonu Privolnoye kəndində yerləşən atası evində X1nın onun spirtli içklərə qurşandığına, ailəsinə baxmadığına, onlara maddi yardım etmədiyinə iradlarını bildirməklə iki azyaşlı uşaqlarını götürüb onlarla birlikdə anası Şahid1 yaşadığı Cəlilabad rayonu Söyüdlü kəndində yerləşən evinə gedəcəyi barədə ona bildirməsinə etiraz etdiyinə görə, ailəməişət münasibətləri zəminində aralarında yaranmış münaqişə nəticəsində evin eyvan hissəsində X2 boğaz nahiyəsindən əlləri ilə tutub sıxaraq ona fiziki ağrı yetirdikdən sonra mal-qaranı örüşə aparmaq üçün istifadə etmək məqsədi ilə eyvanda saxladığı ağac parçasını götürüb onunla Türkan Qürbətovanın sağ qol, sol bud və bədənin digər nahiyələrindən vurmaqla sonuncuya qəsdən boyun nahiyəsində sıyrıq, sağ bazu və sol diz oynağı nahiyəsində qançır, sol bud çanaq oynağı-qarın nahiyyəsində hematoma ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad rayonu Privolnoye kəndində yaşayır. Cəlilabad rayonu Söyüdlü kənd sakini X5 onun arvadıdır, onlar 4 ildir ki, evlidirlər. Birgə nikahlarından iki azyaşlı qız övladları vardır. X1 onunla evdə yola getməmiş, tez-tez Söyüdlü kəndində yaşayan anası Mahirənin evinə gedib, orada həftələrlə qalmışdır. Buna görə arvadı Türkan Qürbətova ilə aralarında mütəmadi olaraq münaqişə yaranmışdır. Sonuncu dəfə 23 yanvar 2025-ci il tarixdə saat 15 radələrində işdən evə yorğun gəlib, yorğunluğunu çıxartmaq üçün evdə 250 qram spirtli içki qəbul etmişdir. Bundan sonra arvadı Türkan Qürbətova təkrarən ona bildirmişdir ki, Söyüdlü kəndinə anasının evinə getmək istəyir, onunla daha yaşamaq istəmir. O, Türkanın bu hərəkətlərindən əsəbləşərək əvvəlcə əlləri ilə onun boğazından tutub boğazını sıxmış, daha sonra eyvanda əlinə keçən ağac parçasını götürüb onun ayaq və bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Səsküyə həyətdə olan qardaşı Şahid4 hadisə yerinə gəlib çıxmış və Türkanı uşaqlarla birlikdə anası Mahirənin yaşadığı Söyüdlü kəndinə yola salmışdır. Hadisə evin eyvan hissəsində arvadı ilə onun arasında baş vermişdir. Hazırda törətdiyi əməldən peşmandır, zərərçəkmiş olan arvadı Türkan Qürbətova ilə barışmışdır, ona dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də bunları nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad rayonu Privolnoye kənd sakini Təqsirləndirilən şəxs ilə rəsmi nikahla ailə qurmuşdur. Birgə nikahlarından iki övladları var. Əri Təqsirləndirilən şəxs spirtli içkilərə qurşanmış, mütəmadi olaraq evə sərxoş gəlmişdir. Evə və uşaqlara baxmamış, onlara heç bir maddi yardım etməmişdir. Bu səbəbdən özü və uşaqları evdə ac qalmasınlar deyə məcbur qalıb Söyüdlü kəndində yaşayan anası Şahid1 evinə tez-tez gedib orada həftələrlə anasının himayəsində yaşamışdır. Lakin əri Təqsirləndirilən şəxs anası evinə getməyinə etiraz etdiyi üçün evdə aralarında tez-tez münaqişə yaranmışdır. Sonuncu dəfə 23 yanvar 2025-ci il tarixdə saat 15 radələrində evdə olduğu zaman Təqsirləndirilən şəxs evə gəlib özü ilə bir ədəd 250 qramlıq qabda araq gətirib onu açıb evdə su qatıb içməyə başlamışdır. Sərxoş olandan sonra əri Təqsirləndirilən şəxs onu bir daha anası evinə qoymayacağını bildirdiyi üçün ona etiraz etmiş, sərxoş olmasına, ailəsinə baxmamağa görə ona iradını bildirib anası evinə gedəcəyini demişdir. Təqsirləndirilən şəxs da özündən çıxaraq evin eyvan hissəsində onun üstünə hücüm çəkib, əvvəlcə əlləri ilə boğazından tutub boğazını sıxmış, sonra mal-qaranı örüşə aparmaq üçün istifadə etmək məqsədi ilə eyvanda saxladığı ağac parçasını götürüb onun sağ qolunun, sol bud və bədəninin digər nahiyələrindən zərbələr vurub onu döymüşdür. Onun qışqırığına həyətdə olan qaynı Şahid4, qaynanası Şahid3 gəlmişlər. Onu döyülmüş vəziyətdə görüb, Şərifi danladıqdan sonra qaynı Şahid4 taksi ilə onu uşaqları ilə birlikdə anasının yaşadığı Söyüdlü kəndinə yola salmışdır. Hazırda Təqsirləndirilən şəxsla barışmış, ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, barışmalarının nəzərə alınmasını xahiş edir. Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdi ki, zərəçəkmiş X5 onun qızıdır. X4 Şərif Azad oğlu ilə ailə quraraq 4 ildir ki, Cəlilabad rayonunun Privolnoye kəndinə gəlin köçmüşdür. Onların iki azyaşlı övladları var. Kürəkəni Təqsirləndirilən şəxs spirtli içkilərə qurşanmış, mütəmadi olaraq evə sərxoş gəlmiş, ailəsinə və uşaqlarına baxmamışdır. Bu səbəbdən qızı Türkan Qürbətova və uşaqları evdə ac qalmasınlar deyə məcbur qalıb Söyüdlü kəndinə onun evinə tez-tez gəlib onunla qalmışlar. Təqsirləndirilən şəxs qızının onun evinə gəlməsinə etiraz etdiyi üçün evdə aralarında tez-tez münaqişə yaranmışdır. Sonuncu dəfə 23 yanvar 2025-ci il tarixdə saat 17 radələrində yaşadığı Söyüdlü kəndində həyətdə işlədiyi zaman qızı Türkan Qürbətova iki azyaşlı uşaqları ilə birlikdə maşınla onlara gəlmişdir. Türkanı həyəcanlı və ağladığı vəziyətdə görüb nə baş verdiyini ondan soruşduqda, Türkan əri Şərifin ağac parçası ilə onu döyməsi, sonra boğazından tutub sıxmasını bildirmişdir. Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdi ki, Cəlilabad rayonu Privolnoye kənd sakini Təqsirləndirilən şəxs onun doğma oğludur, ailəsi ilə birlikdə onunla bir evdə eyni təsərrüfatda yaşayır. Cəlilabad rayon Söyüdlü kənd sakini X5 rəsmi nikaha əsasən oğlu Təqsirləndirilən şəxs həyat yoldaşıdır, onlar 4 ildir ki, evlidirlər və iki övladları var. Oğlu Təqsirləndirilən şəxs spirtli içkilərə qurşanmış, mütəmadi olaraq evə sərxoş gəlmiş, evə və uşaqlarına baxmamışdır. Bu səbəbdən onun arvadı Türkan Qürbətova ilə tez-tez ailə daxili münaqişələri olmuşdur. Türkan Qürbətova özü və uşaqları evdə ac qalmasınlar deyə məcbur qalıb Söyüdlü kəndində yaşayan anası Şahid1 evinə tez-tez gedib orada həftələrlə anasının himayəsində yaşamışdır. Lakin Təqsirləndirilən şəxs Türkanın anası evinə getməsinə etiraz etdiyi üçün evdə münaqişə yaranmışdır. Sonuncu dəfə 23 yanvar 2025-ci il tarixdə saat təxminən 15 radələrində evdə olduğu zaman Təqsirləndirilən şəxsla arvadı Türkan Qürbətova arasında səs-küy eşidib onların yanına gələndə görmüşdür ki, evin eyvan hissəsində Şərif sərxoş vəziyətdə arvadı Türkanı ağac parçası ilə döymüşdür. Türkan xəsarət almış vəziyyətdə ağlamış, Şərif tərəfindən döyüldüyünü bildirmişdir. Bir neçə dəqiqə keçəndən sonra digər oğlu Şahid4 evə gəlib o da Türkanın Şərif tərəfindən döyüldüyünün şahidi olmuş, bundan sonra Türkanı və 2 azyaşlı qızlarını maşına qoyub Söyüdlü kəndinə anası evinə aparmışdır. Şahid4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdi ki, Cəlilabad rayonu Privolnoye kənd sakini Təqsirləndirilən şəxs onun doğma qardaşıdır, ailəsi ilə birlikdə onunla bir evdə eyni təsərrüfatda yaşayır. Cəlilabad rayon Söyüdlü kənd sakini X5 rəsmi nikaha əsasən qardaşı Təqsirləndirilən şəxs həyat yoldaşıdır, onlar 4 ildir ki, evlidirlər və iki övladları var. Qardaşı Təqsirləndirilən şəxs spirtli içkilərə qurşanmış, mütəmadi olaraq evə sərxoş gəlmiş, evə və uşaqlarına baxmamışdır. Bu səbəbdən onun arvadı Türkan Qürbətova ilə tez-tez ailə daxili münaqişələri olmuşdur. Türkan Qürbətova özü və uşaqları evdə ac qalmasınlar deyə məcbur qalıb Söyüdlü kəndində yaşayan anası Şahid1 evinə tez-tez gedib orada həftələrlə anasının himayəsində yaşamışdır. Lakin Təqsirləndirilən şəxs Türkanıın anası evinə getməsinə etiraz etdiyi üçün evdə münaqişə yaranmışdır. Sonuncu dəfə 23 yanvar 2025-ci il tarixdə, saat təxminən 15 radələrində evdə olduğu zaman Təqsirləndirilən şəxsla arvadı Türkan Qürbətova arasında səs-küy eşidib onların yanına gələndə görmüşdür ki, evin eyvan hissəsində Şərif sərxoş vəziyətdə arvadı Türkanı ağac parçası ilə döymüşdür. Bundan sonra o, Türkanı və 2 azyaşlı qızlarını maşına qoyub Söyüdlü kəndinə anası evinə aparmışdır. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin PHŞ Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 24 yanvar 2025-ci tarixli 68 nömrəli rəydən görünür ki, X3 boyun nahiyəsində sıyrıq, sağ bazu və sol diz oynağı nahiyəsində qançır, sol bud çanaq oynağı-qarın nahiyəsində hematoma müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti 23 yanvar 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs X5 məhkəməyə ərizə təqdim edərək hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ona görə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və barışmalarının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə özünü təqsirli bildiyini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxs X5 ilə barışdığını, ona dəymiş ziyanı tamamilə ödədiyini, Türkan Qürbətovanın ondan heç bir şikayəti və tələbinin olmadığını göstərərək cinayət məsuliyyətindən azad olunub, barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X2 məhkəmə baxışı zamanı verdikləri ifadələri, onların ərizələrində göstərdikləri halları və digər iş materiallarını nəzərə alaraq, aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətmişdir. Böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdikdən sonra zərərçəkmiş şəxs X5 ilə barışmış, cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, işin müəyyən olunmuş hallarını, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışmasını əsas tutaraq məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini mümkün hesab edir və belə nəticəyə gəlir ki, tərəflərin barışması nəticəsində işin icraatına xitam verilməsi zərərçəkmiş şəxsin və başqa şəxslərin mənafelərini və hüquqlarını pozmur və ictimai mənafelərə zidd deyildir, eyni zamanda həmin cinayət təqibi üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.5ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci madddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi mümkün sayılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.11, 43.1.2, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirildiyi məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-44/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-44/2025
06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver