Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-45/2024 22.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi (vəkil) X2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi (vəkil) Müdafiəçi2 iştirakları ilə, xx.xx.1993-cü ildə Cəlilabad rayonu Alar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 5 (beş) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, cəzası çəkmiş hesab edilərək cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Alar kəndində qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx.xx.1987-ci ildə Biləsuvar rayonu Zəhmətabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Biləsuvar rayonunun Zəhmətabad kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və xx.xx.2022-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında,açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 18 yanvar 2022-ci il tarixdə Biləsuvar rayonu, Zəhmətabad kənd sakini Təqsirləndirilən şəxs2 Biləsuvar rayonu ərazisində 30 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda, 6 (altı) ədəd siqaret kağızına bükülmüş bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,154 qram, 0,185 qram, 0,468 qram, 0,314 qram, 0,099 qram, 0,226 qram, ümumi təmiz çəkisi 1,446 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşımaqla üzərində saxlamış, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 18 yanvar 2022-ci il tarixdə, saat 23 radələrində Cəlilabad rayonu, Alar kəndində keçirilən əməliyyat tədbiri nəticəsində saxlanılaraq RPŞyə gətirilmiş və onun üzərində axtarış aparılan zaman həmin heroinlər əynindəki göy rəngli şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqla müəyyən edilməyən vaxta və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 6 (altı) ədəd siqaret kağızına bükülmüş bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,154 qram, 0,185 qram, 0,468 qram, 0,314 qram, 0,099 qram, 0,226 qram, ümumi təmiz çəkisi 1,446 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib 18 yanvar 2022-ci il tarixdə Biləsuvar rayonu ərazisində Cəlilabad rayonu, Alar kənd sakini Təqsirləndirilən şəxs1 30 manat müqabilində satmış, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 18 yanvar 2022-ci il tarixdə, saat 23 radələrində Cəlilabad rayonu, Alar kəndində keçirilən əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 saxlanılaraq RPŞ-yə gətirilmiş və onun üzərində axtarış aparılan zaman həmin heroinlər əynindəki göy rəngli şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, istintaqla müəyyən edilməyən vaxta və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükülüdə təmiz çəkisi 1,175 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşımaqla üzərində saxlamış, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 22 yanvar 2022-ci il tarixdə, saat 19 radələrində Biləsuvar rayonu, Zəhmətabad kəndində keçirilən əməliyyat tədbiri nəticəsində saxlanılaraq RPŞ-yə gətirilmiş və onun üzərində axtarış aparılan zaman həmin heroin əynindəki qara rəngli şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və digər iş materialları ilə, digər Təqsirləndirilən şəxs2 ona istinad olunan cinayəti törətməkdə təqsiri şəxsin tanınmaya təqdim edilməsi, üzləşdirmə protokolları, şahid ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, hazırkı iş üzrə həbs olunmamışdan təxminən iki il əvvəldən narkotik vasitə istifadə etmişdir. O, buna görə bir dəfə 2021-ci il tarixdə Cəlilabad rayon məhkəməsi tərəfindən məhkum olunmuşdur. O, cəza çəkmə müəssisəsindən çıxdıqdan sonra səyyari xalça satışı ilə məşğul olmağa başlamış və bu səbəbdən bəzi hallarda Biləsuvar rayonuna da getmişdir. 18 yanvar 2022ci il tarixdə axşam saatlarında Cəlilabad rayonu Alar kəndində yerləşən «Anar» marketdə olan zaman 3 nəfər mülki geyimdə olan tanımadığı şəxslər ona yaxınlaşaraq, özlərini polis əməkdaşları kimi təqdim etmiş və sonra isə ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmadığını soruşmuşlar. Həmin vaxt üzərində narkotik vasitə heroin olduğunu bildirmiş və həmin narkotik vasitəni həmkəndlisi Rahim Kərimlidən 30 (otuz) manata aldığını bildirmişdir. Bundan sonra həmin şəxslər onu Cəlilabad rayon Polis Şöbəsinə dəvət etmişlər, o da etiraz etməyərək onlarla birlikdə Cəlilabad rayon Polis Şöbəsinə gəlmişdir. Cəlilabad rayon Polis Şöbəsinə gəldikdən sonra hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət etmişlər. Müdafiəçi gələnədək onu saxlamış polis əməkdaşları ona üzərində olan narkotik vasitəni Biləsuvar rayon sakini Pərviz adlı şəxsdən almasını deməsini tapşırmışlar və ona bununla bağlı təzyiq etmişlər. Müdafiəçi gəldikdən sonra videoçəkilişlə üzərində axtarış aparılmış və üzərindən Rahim Kərimlidən aldığı narkotik vasitə aşkar edilərək götürülmüşdür. Həmin vaxt təzyiq altında və narkotik vasitənin təsiri altında olduğundan üzərindən aşkar edilmiş narkotik vasitəni Biləsuvar rayonunun Abazovka kənd sakini Pərviz adlı şəxsdən 30 (otuz) manata aldığı bildirmişdir. Həmin narkotik vasitə çəkildikdən sonra qablaşdırılmış və bununla bağlı protokol tərtib edilmişdir. O da həmin protokolu imzalamışdır. Əslində isə 17 yanvar 2022ci il tarixdə Rahim Kərimli ilə birlikdə narkotik vasitə almaq üçün Biləsuvar rayonuna getmişlər. Biləsuvar rayonunda olarkən o, Rahim Kərimliyə narkotik vasitə almaq üçün 30 manat pul vermiş və Rahim Kərimli narkotik vasitə alaraq geri qayıtmış, lakin həmin narkotik vasitəni kimdən aldığını Rahim ona deməmişdir. Bundan sonra Rahim Kərimli ilə birlikdə Rahimin Biləsuvarda yaşayan dostunun evində onun aldığı narkotik vasitədən istifadə etmişlər. Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış və ondan narkotik vasitə almamışdır. Hazırda əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü ona qarşı irəli sürülmüş ittihamda qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, hazırkı iş üzrə həbs edilməmişdən təxminən 1 il əvvəldən narkotik vasitə istifadə etməyə başlamışdır. O, hər dəfə narkotik vasitəni tanımadığı şəxslərdən əldə etmişdir. O, Bakı şəhərində fərdi usadlıqla məşğul olaraq ailəsini dolandırır. Sonuncu dəfə yeni il bayram xərclərini qazanmaq üçün 20 dekabr 2021-ci il tarixdə Bakı şəhərinə getmişdir. Orada fərdi yaşayış evində suvaq işi ilə məşğul olub 30 dekabr 2021-ci il tarixdə yaşadığı kəndə gəlmək qərarına gəlmiş və rayona gəlməmişdən əvvəl Əhmədli qəsəbəsində yerləşən adını xatırlamadığı kafedə çay içən zaman bir nəfər şəxs ona yaxınlaşaraq narkotik vasitə istəyib-istəmədiyini soruşmuşdur. O da həmin şəxsə narkotik istədiyini bildirmiş və həmin şəxs ona bir qram kakosu 30 manata verə biləcəyini demişdir. Həmin şəxslə razılaşmış və onun dediyi məbləği verdikdən sonra o, cibindən bir büküm narkotik vasitə olan kakosu çıxarıb ona vermişdir. O həmin narkotikdən az bir qismini elə həmin şəxsin yanında istifadə etdikdən sonra geri qalanını nə vaxtsa istifadə etmək üçün cibinə qoyub saxlamışdır. 22 yanvar 2022-ci il tarixdə təxminən saat 19 radələrində Biləsuvar rayonu, Zəhmətabad kəndində yaşadığı evdə olan zaman qapının döyüldüyün eşidib, həyətə düşmüşdür. Qapını açdıqda gələnlərin polis əməkdaşları olduğunu görmüşdür. Onlar ona yaxınlaşaraq özlərini təqdim etmiş və sonra isə ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmadığını soruşmuşlar. O da onlara üzərində narkotik vasitə olduğunu demişdir. Bundan sonra onu Cəlilabad rayon Polis Şöbəsinə dəvət etmişlər və o da onlara etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Orada onun hüquqlarını müdafiə etməsi üçün vəkil təyin olunmuş və daha sonra ondan üzərində qanunla qadağan olunmuş hər hansıəşya olub-olmamasını soruşmuşlar. O da qara rəngli cins şalvarının sağ yan cibinə qoyduğu həmin bükümü onlara təqdim etmişdir. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış və bununla bağlı protokol tərtib olunmuşdur. O da həmin protokolu imzalamışdır. Cəlilabad rayon Alar kənd sakini Təqsirləndirilən şəxs1 tanımır, onun 18 yanvar 2022-ci il tarixdə üzərindən aşkar olunaraq götürülmüş 6 (altı) ədəd siqaret kağızına bükülmüş bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,154 qram, 0,185 qram, 0,468 qram, 0,314 qram, 0,099 qram, 0,226 qram, ümumi təmiz çəkisi 1,446 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinləri satmamış, həmin şəxsin niyə bu məzmunda ifadə verməsi barədə heç bir fikri yoxdur. Qeyd edilən tarixdə və saatda o, yaşadığı evdə olmuşdur. O,ümumiyyətlə narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Hazırda özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Buna görə də əməlindən səmimi peşmandır. Himayəsində iki azyaşlı uşağı var və ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alanıraq ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yüngül cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə isə bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Alar kənd sakini Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 18 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, istifadə etməsi və üzərində daşıması barədə Cəlilabad RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmri ilə Cəlilabad RPŞ-də əməliyyat qrupu yaradılmışdır. Sonra isə tərəflərindən Təqsirləndirilən şəxs1 ola biləcəyi yer müəyyən edilərək Cəlilabad rayonu, Alar kəndi ərazsisində müşahidəyə götürülmüşdür. Təxminən saat 23 radələrində Təqsirləndirilən şəxs1 həmin ərazidə görmüşlər. Onlar ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs1 isə əynində olan göy rəngli şalvarının sağ yan cibində 6 ədəd kağız bükümdə narkotik vasitə olan heroin olmasını bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsi məqsədi ilə onu Cəlilabad RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 də onlara etiraz etməyərək onlarla birlikdə RPŞ-yə gəlmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunmuşdur. Sonra isə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmiş və axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs1 də əynində olan göy rəngli şalvarının sağ yan cibindən 6 ədəd kağız bükümdə narkotik vasitə olan heroini çıxararaq narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi həmin bükülü açıldıqda içərisində qəhvəyi rəngli, xüsusi iyə malik narkotik vasitə olan heroinə bənzər maddə olması aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış və aşkar olunan maddədən başqa qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 həmin maddələri Biləsuvar rayonu Abazovka kənd sakini Pərviz adlışəxsdən 18 yanvar 2022-ci il tarixdə saat 19 radələrində 30 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmin maddə elektron tərəzidə çəkilmiş, ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan başqa onun icraatına daxil olmuş əməliyyat tapşırıqları əsasında Təqsirləndirilən şəxs1 oğunun narkotik vasitə olan heroini əldə etdiyi Biləsuvar rayon sakini Təqsirləndirilən şəxs2 olması müəyyən edilmiş və 22 yanvar 2022-ci il tarixdə o, yaşadığı Biləsuvar rayonu Zəhmətabad kəndində yerləşən ünvanda aşkar olunmuş və onlar Pərvizə yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs2 isə bildirmişdir ki, əynində olan qara rəngli şalvarının sağ yan cibində 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroin vardır. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsi məqsədi ilə onu Cəlilabad RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 da onlara etiraz etməyərək onlarla birlikdə RPŞ-yə gəlmişdir. Polis şöbəsində müstəntiq tərəfindən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunmuşdur. Sonra isə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmiş və axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs2 dəyərində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroini çıxararaq narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi həmin bükülü açıldıqda içərisində qəhvəyi rəngli, xüsusi iyə malik narkotik vasitə olan heroinə bənzər maddə olması aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış və aşkar olunan maddədən başqa qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 həmin maddəni 30 dekabr 2021-ci il tarixdə Bakı şəhərində tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 adlı şəxsi tanımadığını, heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Bundan sonra həmin maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Cəlilabad rayonu Alar kəndində yaşayır. Təqsirləndirilən şəxs1 tanıyır və onunla həmkəndlidirlər. Təqsirləndirilən şəxs1lə ədavət və düşmənçiliyi olmamış və hazırda da yoxdur. Biləsuvar rayon sakini Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olmuş və Təqsirləndirilən şəxs1 görməmişdir. Əvvəllər narkotik vasitə istifadə etsə də, uzun müddətdir ki, narkotik vasitə istifadə etmir. Qeyd edilən tarixdə, nə də ondan əvvəlki günlərdə Təqsirləndirilən şəxs1 görməmiş və ona narkotik vasitə satmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 dediyi kimi 17 yanvar 2022-ci il tarixdə Biləsuvar rayonunda olmamışdır. Ümumiyyətlə o heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilən zaman aparılmış video çəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman həmin heroin əynindəki göy rəngli şalvarın sağ yan cibindən aşkar olunaraq götürülmüş və Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni Biləsuvar rayon Abazovka kənd sakini Pərviz adlı şəxsdən 30 (otuz) manata aldığını bildirmişdir. İşdə olan şəxsin tanınmaya təqdim edilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 tanınmaya təqdim edilmiş şəxslərdən soldan üçüncü şəxsi göstərərək, ondan aşkar olunmuş narkotik vasitəni ona satan şəxsin Təqsirləndirilən şəxs2 olduğunu əli ilə göstərmişdir. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, müdafiəçisinin iştirakı ilə aparılan üzləşmə zamanı Təqsirləndirilən şəxs1 ondan aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs2 30 (otuz) manata aldığını Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X9 Bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 19/72 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət.Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 6 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,154 qram, 0,185 qram, 0,468 qram, 0,314 qram, 0,099 qram, 0,226 qram, ümumi təmiz çəkisi 1,446 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər (təqdiqata sərf olundu 0,18 (hər ob.-0,03 qr.), qalıq 1,266 qram). İşdə olan Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertiza X9 Bölməsi tərəfindən verilmiş 23 yanvar 2022-ci il tarixli, 19/93 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət.Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd narkotik vasitə olan heroinə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 1,175 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (tədqiqata sərf edildi-0,05 qr, qalıq-1,125 qr). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X9 Bölməsi tərəfindən verilmiş 18 fevral 2022-ci il tarixli, 19/140 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 məxsus 6 büküm heroinlər Rəy №-19/72....” və “Təqsirləndirilən şəxs2 məxsus 1 büküm heroin Rəy №-19/93.....” sözlər və imzalar olan iki ədəd zərflərdəki 7 büküm heroinlər, kimyəvi tərkiblərinə görə birbirlərindən fərqlidirlər (heroinin təmiz çəkisi 1,266 qr., təqdiqata sərf olundu 0,05, qalıq 1,216 qr, heroinin təmiz çəkisi 1,125 qr., təqdiqata sərf olundu 0,05, qalıq 1,075 qram). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 84 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 125 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(073)-92/2022 saylı qərarından görünürür ki, həmin qərarla Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş vəsatət təmin edilərək, Cəlilabad rayonunun Alar kəndində yaşayan X4 məxsus ***-***-**-** və ***-***-**-** möbil nömrələrindən xx.xx.2022-ci il tarixdən saat 11:00-dan gecə saat 24:00-dək çıxan və gələn zənglərin siyahısı, həmin mobil nömrələrin anten dairələrinə dair məlumatların "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Həmin qərar əsasında "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 2942 saylı cavab məktubundan görünür ki, ***-***-**-** saylı nömrə qərarda göstərilən müddətdə Azercell şəbəkəsində istifadəsi aşkar edilməmişdir. Həmin saylı nömrə xx.xx.2022-ci il tarixdən deaktivdir. Həmin qərar əsasında "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, BKC/LGL-132/23 saylı cavab məktubundan və məktuba əlavə edilmiş müştəri zənglərinin detallaşması haqqında məlumatdan görünür ki, ***-***-**-** saylı mobil nömrənin xx.xx.2022-ci il, saat 11:11-dən xx.xx.2022-ci il, saat 22:05-dək anten dairəsi Bakı şəhəri ərazisini göstərmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad olunan cinayəti törətmələri tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad olunan cinayəti törətməkdə təqsirlərinin tam sübuta yetirilməsi üçün kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs2 özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsini özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli həmin Məcəllənin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməli isə həmin Məcəllənin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif edilmiş və buna görə də onlara təqsirli bilindikləri maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İşdə olan tələbnamədən və sənədlərdən görünür ki, təqsirləndirilən şəxs Əliyev X7 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 5 (beş) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, cəzasını çəkmiş hesab edilərək cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinəəsasən, qəsdən cinayət törətməyə görəəvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinəəsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinəəsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarsından az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran haldır. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinəəsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza cəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzacəkmə müəssisələrindəçəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2018-ci il təvəllüdlü Günəş və xx.xx.2021-ci il təvəllüdlü Şəms adlı azyaşlı uşaqları vardır. İş materiallarında olan vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 qardaşı X1 müharibəsi iştirakçısıdır, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını, qardaşının Vətən müharibəsi iştirakçısı olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Cinayətlərin təkrar törədilməsi CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 20 yanvar 2022-ci il tarixli, 4(073)- 21/2022 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 18 yanvar 2022-ci il tarixdən hesablanmaqla 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 4(073)- 23/2022 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 22 yanvar 2022-ci il tarixdən hesablanmaqla 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin 25 yanvar 2022-ci il tarixli, 4(073)- 25/2022 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İşdə olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(073)-2/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 1 (bir) 09 (doqquz ) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi həbsdə və ev dustaqlığından olduğu müddətə cəza müddətinə daxil edilməklə, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İşdə olan Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1 (106)-714/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü və təqsirləndirilən şəxslərin məhkəməyə verilməsi və məhkəmə baxışı iclasının təyin edilməsi barədə xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarı ləğv edilmiş və cinayət işi yenidən baxılması üçün Cəlilabad rayon məhkəməsinə hazırlıq iclası mərhələsinə qaytarılmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidməti 15 saylı cəza çəkmə müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 27 nömrəli arayışdan görünür ki, Əliyev X7 rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasını 15 saylı cəza çəkmə müəssisəsində çəkmiş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İşdə olan təqsirləndirilən şəxslərin məhkəməyə verilməsi və məhkəmə baxışı iclasının təyin edilməsi barədə Cəlilabad rayon məhkəməsinin 29 fevral 2024-cü il tarixli 1 (073)-45/2024 nömrəli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri və Təqsirləndirilən şəxs2 barəsində isə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə, iş üzrə məhkəmə-narkoloji ekspertizasının rəylərinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınaraq, Cəlilabad rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş qalıq çəkisi 1,216 qram narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs2 götürülmüş qalıq çəkisi 1,075 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə cəmi 165 (bir yüz altmışbeş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 18 yanvar 2022-ci il tarixdən 18 oktyabr 2023-cü il tarixə kimi faktiki həbsdə olduğu 01 (bir) il 09 (doqquz) ay müddət nəzərə alınmaqla cəzası çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını çəkməsinin əvvəli 22 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq, Cəlilabad rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş qalıq çəkisi 1,216 qram narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs2 götürülmüş qalıq çəkisi 1,075 qram narkotik vasitə olan heroinhökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə cəmi 165 (bir yüz altmış beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-45/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-45/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver