Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-46/2025 07.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əlioğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxsnın iştrakı ilə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi X1 iştirakları ilə, 17 noyabr 1987-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, barəsində 10 yanvar 2025-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 05 yanvar 2025-ci il tarixdə, saat 22 radələrində dayısı Zərərçəkmiş şəxs məxsus Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən fərdi yaşayış evinin yaxınlığına gəlib, ətrafda kiminsə olmadığına əmin olduqdan sonra evin daş hasarının üzərindən keçərək evin həyətinə qanunsuz daxil olmuş, sonra isə evin yan tərəfində olan taxta pəncərəyə əli ilə təzyiq etməklə pəncərəni açaraq evə qanunsuz daxil olub, evin yataq otağındakı dolabın içərisindəki pul kisəsindən 1900 manat nağd pul vəsaitini götürərək özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olub gizli olaraq talamaqla oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Cəlilabad şəhəri, V.Mürsəlov küçəsi, ev 71 ünvanında ailəsi ilə birlikdə yaşayır. Ailə üzvləri arvadı X4 və oğlu X3 ibarətdir. Heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun dayısıdır, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur, onunla münasibəti həmişə yaxşı olub. İlyas Cəlilabad rayonunda yerləşən Rizvan ticarət mərkəzində ərzaq məhsullarının satışı ilə məşğul olur. Buna görə də bilirmiş ki, onun evində həmişə pul olur. xx.xx.2025-ci il tarixdə səhər saatlarında qərara gəlmişdir ki, onun Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən evinə daxil olub pul oğurlasın. Həmin gün təxminən saat 22 radələrində yaşadığı evdən çıxıb dayısının evinə doğru getməyə başlamışdır. Evin darvazasına yaxınlaşıb darvazada olan həyət qapısının açıq olub-olmamasını yoxlamış və görmüşdür ki, darvazada olan qapı bağlıdır. Evin işıqlarının yanmadığını görüb güman etmişdir ki, evdə heç kim yoxdur. Ətrafa baxıb ətrafda heç kimi görməmişdir. Evin daş hasarının üzərinə çıxıb həyətə tullanmışdır. Evin giriş qapısına tərəf gedib qapını açmağa çalışmış, lakin qapı kilidli olduğundan aça bilməmişdir. Evə girmək üçün pəncərə axtarmağa başlamışdır. Həyətdə olan təndirxanaya tərəf getmiş və orada ikinci mərtəbənin pəncərəsinin taxtadan olduğunu görmüşdür. Taxtadan olan pəncərəni açmaq rahat olduğundan qərara gəlmişdir ki, həmin pəncərəni açıb oradan evə daxil olsun. Təndirxananın üzərinə çıxmış, oradan həmin taxta pəncərinin bir tərəfini tutub çölə tərəf çəkmiş və pəncərə açılmışdır. Həmin pəncərədən keçib evə daxil olmuşdur. Evdə olan otaqları gəzmiş, lakin heçnə tapa bilməmişdir. Uşaqların yatdığı otağa daxil olmuş, otaqda olan dolabı açmış və dolabın içərisində bağlı bölmə olduğunu görmüşdür. Dəstəyindən tutub dartmış və həmin bağlı bölməni açmışdır. Orada iki ədəd pul qabı olduğunu görmüşdür. Pul qabının birini götürüb açmış və içərisində pul olduğunu görmüşdür. Həmin pul qabıda olan pulların bir hissəsini götürüb əynində olan şalvarın cibinə qoymuş, sonra pulqabını yerinə qoymuş, dolabdakı həmin bölməni bağlamış, daha sonra dolabın qapısını bağlayıb otaqdan çıxmış və evə daxil olduğu pəncərədən çölə çıxmışdır. Pəcərəni bağlayıb aşağı düşmüşdür. Sonra da darvazanın yanına gəlib hasarın üzərinə çıxmış, küçəyə baxıb heç kimin olmadığını müəyyən etmiş və hasarın üzərindən küçəyə tullanmışdır. Oradan yaşadığı evə getmişdir. Oğurladığı pulları saymış və 1900 manat pul oğurladığını müəyyən etmişdir. Evdə qərara gəlmişdir ki, oğurladığı pulları xərcləsin. Evdən çıxıb İbrahim adlı taksiyə zəng edib gəlib onu Masallı rayonuna aparmasını istəmişdir. İbrahim təxminən 20 dəqiqə sonra onun olduğu yerə gəlib onu götürmüş və İbrahimdən onu Masallı rayonunda olan restoranlardan birinə aparmasını istəmişdir. Masallı rayonunda olanda ona restoranlardan birini göstərib orada saxlamasını istəmişdir. İbrahimə onu gözləməsini deyib restorana getmişdir. Restoranda yemək və spirtli içki sifariş etmişdir. Yemək yeyib içki içdikdən sonra restorandan çıxıb İbrahimin avtomobilinə əyləşmiş və oradan evinə gəlmişdir. İbrahimə 40 manat yol pulu vermiş, restoranda isə 65 manat pul xərcləmişdir. Yaşadığı küçədə yerləşən Oba marketin yanında İbrahimə avtomobili saxlamasını demiş, İbrahim avtomobili saxlamış və düşüb evinə gedərək yatmışdır. Növbəti gün səhər saatlarında dayısı Əliqardaş ona zəng edib demişdir ki, dayısı İlyasın evindən oğurluq olub. Dayısına demişdir ki, bu barədə heç bir məlumatı yoxdur. Bundan sonra qormxağa başlamış və qərara gəlmişdir ki, qalan pulu məhv etsin. Pulları kiçik bir sellofana yığmış, evinin həyətində olan tualetə girmiş və hamısını tualetə atmışdır. Sonra üstündən çoxlu su tökmüşdür ki, pulları aşağıya çöksün. Törətdiyi əmələ görə peşmandır. Əlavə suallara cavab olaraq oğurluq hadisəsini törətdiyi zaman onu heç kimin görmədiyini, törətdiyi oğurluq hadisəsindən hər hansı bir şəxsin məlumatının olmadığını, bu barədə heç kimə məlumat vermədiyini, oğurladığı pulun qalan hissəsini ondan şübhələnməsinlər deyə tualetə atdığını bildirmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, vurduğu ziyanı istintaq zamanı tam ödəmişdir. Zərərçəkmişşəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ailədə yeganə qazanc gətirən şəxsdir. Odur ki, məhkəmədən ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri o, arvadı və üç az yaşlı övladından ibarətdir. xx.xx.2025-ci il tarixdə axşam saatlarında ailə üzvləri ilə birlikdə qardaşı Əliqardaşın evinə qonaq getmişlər, evdə heç kim qalmamış və evin qapılarını bağlamışdır. Həmin gün təxminən saat 23.30-da evə gəlmişlər. Evdə oğlu Mehdi növbəti gün məktəbə getmək üçün pul istəmişdir. Oğluna iki manat pul vermişdir. Oğlu ona verdiyi pulları yatdığı otaqda olan dolabdakı pulqabısına yığır. Özündə olan üç min manat nağd pulu da oğlunun pulqabısında saxlayırmış. Oğlu gedib verdiyi pulu pulqabısına qoyanda onu çağırıb demişdir ki, ata burada olan pulların bir hisəssi yoxdur. Pulqabıdakı pulları çıxarıb saymış və müəyyən etmişdir ki, həmin pullardan 1900 manatı yoxdur. Ailə üzvləri ilə evə baxış keçirib digər hər şeyin yerində olmasını müəyyən etmişlər. Evin yan tərəfində olan taxta pəncərəyə baxış keçirmiş və görmüşdür ki, pəncərə kilidli deyil. Bundan sonra ona aydın olmuşdur ki, onlar evdə olmayan vaxt kimsə evlərinə yan tərəfdəki taxta pəncərədən daxil olub evdə saxladığı pullardan 1900 manatını oğurlayıb. Dərhal DİN-in 102 Xidməti Zəng Mərkəzinə zəng edərək baş verən hadisə barəsində məlumat vermişdir. Bir müddət sonra evinə polis əməkdaşları gəlib baxış keçirmişdir. Daha sonra Cəlilabad rayon polis şöbəsinə gedib baş vermiş oğurluq hadisəsi barəsində ərizə ilə müraciət etmişdir. X5 barışmış, ona dəymiş ziyan tap ödənilmişdir və onun barəsində heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs Gözəlç Səyidov ona dəymiş ziyanı tam ödədiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımışdır, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Özünə məxsus Opel Astra markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə, saat təxminən 22 radələrində Səid ona zəng edib demişdir ki, gəl məni götür Masallıya gedək. Səidə demişdir ki, problem deyil gedəriy və ondan harada olmasını soruşmuşdur. Səid demişdir ki, küçələrinin başındadır. Avtomobili ilə Səidin olduğu yerə gedib onu oradan götürmüş və Masallı rayonuna doğru getməyə başlamışlar. Masallı rayonuna çatdıqda ondan hara gedəcəklərini soruşmuşdur. Səid ona demişdir ki, sən sür mən deyəcəm. Avtomobili ilə Səidin dediyi istiqamətdə getməyə başlamışdır. Həmin yerləri tanımadığı üçün yolu Səid göstərirmiş. Yolun sağ kənarında olan restoranların birinin qarşısında avtomobilini saxlamağını istəmiş və o, da avtomobili onun dediyi yerdə saxlamışdır. Səid demişdir ki, sən otur gözlə mən də birazdan gələcəm. Təxminən 30-40 dəqiqə sonra Səid gəlib avtomobilə əyləşmiş və demişdir ki, məni evə apar. Onu oradan Cəlilabad rayonuna aparmışdır. Yaşadığı küçənin yaxınlığında olan Oba marketin yanında Səid avtomobili saxlamağını istəmiş, avtomobilini saxlamış, Səid ona 40 manat yol pulu verib avtomobildən düşmüşdür. Oradan evinə getmişdir. Səidin dayısı Zərərçəkmiş şəxs evindən nağd pul oğurlamasından heç bir məlumatı yoxdur. İş materiallarında olan Cəlilabad RPŞ-dən daxil olan 02 fevral 2025-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs xx.xx.2025-cü il tarixdə, saat 22 radələrində Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yataq otağındakı dolabdan 1900 manat nağd pulu oğurlayarkən cinayətin törədilməsində digər şəxslərin iştirak etməsi, onu hər hansı bir şəxsin görməsi, həmçinin Təqsirləndirilən şəxs digər cinayət hadisələri törətməsi ilə bağlı hər hansı bir məlumat əldə olunmamışdır. İş materiallarında olan 06 yanvar 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, qeyd edilən cinayət hadisəsi Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs hadisə yerini təqdim etmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olan xx.xx.2025-ci il tarixli, 3-13-11/2-587/2025 nömrəli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixdə Cəlilabad şəhəri, Cavadxan küçəsində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2025-ci il tarixdə Kriminalistik Tədqiqatlar İdarəsinə daxil olmuşdur. İş materiallarında olan Tədqiqata tədqim edilmiş əl izləri DİN-in KTİ-inin ADİS-in məlumat bankında olan şəxslərin əl izləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (İAMAS məlumat bankında olan) xx.xx.1987-ci il tarixdə Cəlilabad rayonunda anadan olnuş Təqsirləndirilən şəxs sol əlinin orta barmağının (evə giriş olan pəncərənin bayır tərəfindən götürülmüş) əksi ilə eynilik müəyyən etmişdir. Digər eniliyik müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçının Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 03 fevral 2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2022-ci il təvüllüdlü Röyal adlı bir azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən, zərərçəkmiş şəxsin, şahidin ifadələri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 1 az yaşlı uşağının olmasını, dəymiş ziyanının tam ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onların əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş üzrə Azərbaycan Respublikasının CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. İş materiallarına olan Cəlilabad rayon Məhkəməsini 19 mart 2025-ci il tarixli, 1(073)- 46/2025 saylı qərarı ilə, X2 barəsində axtarış elan edilmiş və 24 mart 2025-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 mart 2025-ci ildə tutulmuşdur. İş materiallarında olan Cəlilabad rayon Məhkəməsinin 1(073)-46/2025 saylı, 16 aprel 2025-ci il tarixli qərarın sürətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilmiş və məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə... Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 08 yanvar 2025-ci il tarixdən 10 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və 24 mart 2025-ci il tarixdən 16 aprel 2025-ci il tarixədək həbsdə qaldığı müddət 23 (iyirmi üç) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək Cəlilabad şəhəri, V.Mürsəlov küçəsi, ev 71 ünvanında yaşadığı evi tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökm elan olunduğu və alındığı andan 20 (iyirmi) gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-46/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-46/2025
07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver