Məhkəmə qərarları › İş №1(073)-47/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-47/2023

01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-47/2023 01.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs12, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi (vəkil) Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi (vəkil) Müdafiəçi2 iştirakları ilə, xx.xx.2000-ci ildə Cəlilabad rayonunun Ocağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Alar kəndində qeydiyyatda olan, Cəlilabad rayonunun Ocağlı kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 xx.xx.1982-ci ildə Cəlilabad rayonunun Ocağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Cəlilabad rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü il maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021ci il tarixli “Amnistiya” Qərarının 2.5-ci bəndi tətbiq edilərək cəzanın çəkilməmiş hissəsindən azad edilmiş və həmin qərarın 7-ci bəndinə əsasən məhkumluğu üzərindən götürülmüş, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Ocağlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında,açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 Cəlilabad rayonu, Ocağlı kəndində yerləşən Zərərçəkmiş şəxs8 məxsus fərdi yaşayış evindən oğurluq etmək barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 03 oktyabr 2022-ci il tarixdə, saat 01 radələrində sürücülük hüququ olmadan idarə etdiyi atasıŞahid5 məxsus “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs8 məxsus evin yaxınlığına gəlib, evdə kiminsə olmadığına və onları heç kimin görmədiyinə əmin olduqdan sonra birlikdə dəmir məftillərlə əhatələnmiş hasardan fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olub, Təqsirləndirilən şəxs2 evin pəncərəsini itələməklə açmasından sonra birlikdə evin içərisinə daxil olaraq Zərərçəkmiş şəxs8 oğlu Adəm Muradovun yataq otağından “Kaşmir” modelli, 6 metr uzunluğunda, 4 metr enində, 1 ədədi 600 manat olan ümumilikdə 1200 manat dəyərində 2 ədəd xalça, Zərərçəkmiş şəxs8 yataq otağından diametri 1 metr olan 1 ədədi 50 manat dəyərində ümumilikdə 200 manat dəyərində 4 ədəd aliminium qazan və 1500 manat dəyərində istintaqla müəyyən edilməyən miqdarda və istintaqla müəyyən edilməyən markalı uşaq paltarları və qadın iç geyimlərini daxil olduqları pəncərədən həyətə çıxardıqdan sonra birlikdə küçəyə daşımış, bundan sonra həmin əşyaları “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yığıb yaşayış sahəsinə qanunsuz daxil olaraq ümumilikdə 2900 manat dəyərindəözgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında talamaqla oğurlamışdır. Bundan başqa o, Cəlilabad rayonu, Bayxanlı kəndində yerləşən el məscidindən təkrar oğurluq etmək barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 15 oktyabr 2022-ci il tarixdə, saat 02 radələrində sürücülük hüququ olmadan idarə etdiyi atası Şahid5 məxsus “VAZ 2106” markalı, **- BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə məscidin yaxınlığına gəlib, məsciddə kiminsə olmadığına və onları heç kimin görmədiyinə əmin olduqdan sonra birlikdə məscidin açıq olan qapısından həyətinə qanunsuz daxil olub, məscidin yan tərəfində yerləşən saxlanc yerindən həmin məscidin gözətçisi olan Cəlilabad rayonu, Bayxanlı kənd sakini Zərərçəkmiş şəxs5 məxsus 1 ədəd 50 litr həcmində olan 700 manat dəyərində mis materiallı kömür samovarını birlikdə həyətə çıxardıqdan sonra küçəyə daşımış, bundan sonra həmin əşyanı “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoyub saxlanc yerinə qanunsuz daxil olaraq ümumilikdə 700 manat dəyərində təkrar özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında talamaqla oğurlamışdır. Bundan başqa o, Cəlilabad rayonu, Alar kəndində yerləşən Zərərçəkmiş şəxs12 məxsus fərdi yaşayış evindən xeyli miqdarda təkrar oğurluq etmək barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 20 oktyabr 2022-ci il tarixdə, saat 01 radələrində sürücülük hüququ olmadan idarə etdiyi atası Şahid5 məxsus “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs12 məxsus evin yaxınlığına gəlib, evdə kiminsə olmadığına və onları heç kimin görmədiyinə əmin olduqdan sonra birlikdə daşla əhatələnmiş hasardan aşmaqla fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq, Təqsirləndirilən şəxs2 evin qarşısındakı sol tərəfdə yerləşən pəncərəni əli ilə itələyib açmasından sonra sonuncu ilə birlikdə evin içərisinə daxil olmuş, Zərərçəkmiş şəxs12 məxsus “Altun” firmasına məxsus 1 topu 110 manat olan ümumilikdə 1980 manat dəyərində 18 top 4 mm-lik elektrik naqili, 1 topu 80 manat olan ümumilikdə 1120 manat dəyərində 14 top 2.5 mm-lik elektrik naqili, 1 topu 80 manat olan ümumilikdə 400 manat dəyərində 5 top televizor kabeli, 1 topu 50 manat olan ümumilikdə 800 manat dəyərində 16 top 18 mm-lik yanmayan xortum, 1 topu 30 manat olan ümumilikdə 120 manat dəyərində 4 top 20 mm-lik sadə xortum, 1 topu 25 manat olan ümumilikdə 50 manat dəyərində 2 top 18 mm-lik sadə xortum, 1 metri 6 manat olan ümumilikdə 240 manat dəyərində 40 metr 16 mm-lik yanmayan kabel, 1 topu 5 manat olan ümumilikdə 90 manat dəyərində 18 top 18 mm-lik naqil saxlayıcı (skop), 1 kisəsi 6 manat olan ümumilikdə 36 manat dəyərində 6 kisə 40 kiloqramlıq gips və 1 metri 5 manat olan ümumilikdə 200 manat dəyərində 40 metr 6 mm-lik torpaqlama (zazemlenya, cərəyən boğucu), həmin evdə usta kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs11 məxsus bir ədəd 400 manat dəyərində “Bosch” markalı və 1 ədəd 100 manat dəyərində “Makita” markalı elektrikli mişarlar (laqonda) və 1 ədəd 100 manat dəyərində “Almaz” markalı elektrikli vintaçanı (direl) birlikdə həyətə çıxardıqdan sonra küçəyə daşıyaraq, idarə etdiyi “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yığıb Zərərçəkmiş şəxs12 ümumilikdə 5036 manat dəyərində xeyli miqdarda, Zərərçəkmiş şəxs11 ümumilikdə 600 manat miqdarında ziyan vurub təkrar özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək talamışdır. Bundan başqa o, Cəlilabad rayonu, Günəşli kəndində yerləşən Zərərçəkmiş şəxs9 məxsus fərdi yaşayış evindən təkrar oğurluq etmək barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 16 noyabr 2022-ci il tarixdə, saat 18 radələrində sürücülük hüququ olmadan idarə etdiyi atası Şahid5 məxsus “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs9 məxsus evin yaxınlığına gəlib, evdə kiminsə olmadığını və onları heç kimin görmədiyini ehtimal etdikdən sonra birlikdə açıq darvazadan fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olub, həyətdə yerləşən yardımçı tikilidən 1 ədəd 200 manat dəyərində 7 litr həcmində kömür samovarı, evin 1-ci mərtəbəsindən 200 manat dəyərində 1 ədəd 5 litr həcmində elektrik samovarı, 1 ədədi 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində 2 ədəd “Marks” markalı hidrofor motoru, 1 ədəd 5 manat dəyərində velosiped nasosu və 1 ədəd 30 manat dəyərində dairəvi, diametri 1 metr olan aliminium qazanı həyətə çıxardıqdan sonra birlikdə küçəyə daşımış, bundan sonra həmin əşyaları “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yığıb yaşayış sahəsinə qanunsuz daxil olaraq ümumilikdə 535 manat dəyərində təkrar özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında talamaqla oğurlamışdır. Bundan başqa o, Cəlilabad rayonu, Şükürlü kəndində yerləşən Zərərçəkmiş şəxs6 məxsus fərdi yaşayış evindən təkrar oğurluq etmək barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 19 noyabr 2022-ci il tarixdə, saat 01 radələrində sürücülük hüququ olmadan idarə etdiyi atası Şahid5 məxsus “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs6 məxsus evin yaxınlığına gəlib, evdə kiminsə olmadığını və onları heç kimin görmədiyini ehtimal etdikdən sonra birlikdə dəmir məftillərlə əhatələnmiş hasardan fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olub, qapısı açıq olan tövlədən 1 başı 200 manat olan ümumilikdə 400 manat dəyərində 2 baş xırda buynuzlu heyvanları və həyətdən 80 manat dəyərində diametri 0,5 metr olan alüminium qazanı birlikdə küçəyə daşıyaraq “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yığıb saxlanc yerinə qanunsuz daxil olaraq ümumilikdə 480 manat dəyərində təkrar özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında talamaqla oğurlamışdır. Bundan başqa o, Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən Zərərçəkmiş şəxs10 məxsus fərdi yaşayış evindən təkrar oğurluq etmək barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 22 noyabr 2022-ci il tarixdə, saat 02 radələrində sürücülük hüququ olmadan idarə etdiyi atası Şahid5 məxsus “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs10 məxsus evin yaxınlığına gəlib, evdə kiminsə olmadığını və onları heç kimin görmədiyini ehtimal etdikdən sonra birlikdə dəmir məftillərlə əhatələnmiş hasardan fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olub, fərdi yaşayış evinin həyətində olan 1 ədəd 130 manat dəyərində “Qaz 53” markalı su maşını üçün nəzərdə tutulan su kranı, 1 ədəd 120 manat dəyərində “Qaz 53” markalı avtomobilin dinamo ehtiyyat hissəsi və 1 ədəd 220 manat dəyərində “Qaz 53” markalı avtomobilin starter ehtiyyat hissəsini birlikdə küçəyə daşımış, bundan sonra həmin əşyaları “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yığıb yaşayış sahəsinə qanunsuz daxil olaraq ümumilikdə 470 manat dəyərində təkrar özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında talamaqla oğurlamışdır. Bundan başqa o, Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evindən təkrar oğurluq etmək barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 25 noyabr 2022-ci il tarixdə, saat 01 radələrində sürücülük hüququ olmadan idarə etdiyi atası Şahid5 məxsus “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs4 məxsus evin yaxınlığına gəlib, evdə kiminsə olmadığını və onları heç kimin görmədiyini ehtimal etdikdən sonra birlikdə dəmir məftillərlə əhatələnmiş hasardan fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olub, qapısı açıq olan zirzəmidən 1 ədədi 50 manat olan ümumilikdə 300 manat dəyərində 6 ədəd gümüş qaşıq, 280 manat dəyərində 80 sm dioqanalı olan “Vestel” markalı televizor, 2 metr dioqanalı olan 1 ədəd 80 manat dəyərində xalça, 120 manat dəyərində 12 nəfərlik qonaq dəsti (seti), 1 ədədi 2 manat olan ümumilikdə 24 manat dəyərində 12 ədəd kasa, diametri 1 metr olan 1 ədədi 50 manat olan ümumilikdə 300 manat dəyərində 6 ədəd aliminium qazan, 1 ədəd 20 manat dəyərində qaz balonu, 1 ədəd 5 litr həcmində 150 manat dəyərində kömür samovarı və 1 ədədi 10 manat olan ümumilikdə 40 manat dəyərində 5 litr həcmində 4 ədəd aliminium su qablarını həyətə çıxardıqdan sonra birlikdə küçəyə daşımış, bundan sonra həmin əşyaları “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yığıb saxlanc yerinə qanunsuz daxil olaraq ümumilikdə 1314 manat dəyərində təkrar özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında talamaqla oğurlamışdır. Bundan başqa o, Cəlilabad rayonu, Adnalı kəndində yerləşən X3 məxsus fərdi yaşayış evindən evindən təkrar oğurluq etmək barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 26 noyabr 2022-ci il tarixdə, saat 03 radələrində sürücülük hüququ olmadan idarə etdiyi atası Şahid5 məxsus “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nəsrulla Məmmədova məxsus evin yaxınlığına gəlib, evdə oyaq olan kiminsə olmadığına və onları heç kimin görmədiyinə əmin olduqdan sonra birlikdə darvazanın açıq olan qapısından fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olmuş, Cəlilabad şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus və yas mərasimi üçün nəzərdə tutularaq Cəlilabad şəhər sakini Şahid4 tərəfindən icarəyə verilən 1 ədəd 40 litr həcmində olan 400 manat dəyərində bürünc materiallı kömür samovarını birlikdə küçəyə daşımış, bundan sonra “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoyub saxlanc yerinə qanunsuz daxil olaraq ümumilikdə 400 manat dəyərində təkrar özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında talamaqla oğurlamışdır. Bundan başqa o, Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən Zərərçəkmiş şəxs7 məxsus fərdi yaşayış evindən təkrar oğurluq etmək barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 27 noyabr 2022-ci il tarixdə, saat 04 radələrində sürücülük hüququ olmadan idarə etdiyi atası Şahid5 məxsus “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs12 məxsus evin yaxınlığına gəlib, evdə kiminsə olmadığına və onları heç kimin görmədiyinə əmin olduqdan sonra açıq sahədə yerləşən evin həyətindəki nəfəslik üçün nəzərdə tutulmuş yerdən evin içərisinə qanunsuz daxil olub, evin qarşısındakı pəncərəni açdıqdan sonra Təqsirləndirilən şəxs2 da evin içərisinə qanunsuz daxil olaraq, evin 1-ci mərtəbəsinin dəhlizindən Zərərçəkmiş şəxs7 məxsus 1 ədəd 30 litr həcmində, 50 manat dəyərində aliminium materialından su bidonu, həmin bidonun içərisində 1 metri 1 manat olmaqla ümumilikdə 200 manat dəyərində 200 metr uzunluğunda, 3 sm diametrində mis elektrik naqili, 1 ədədi 5 manat olmaqla ümumilikdə 10 manat dəyərində 2 ədəd kəlbətin, evin 2-ci mərtəbəsində olan dəhlizdən isə 1 ədəd 190 manat dəyərində 5000 vatlıq elektrik tənzimləyicisini birlikdə həyətə çıxardıqdan sonra küçəyə daşıyaraq, idarə etdiyi “VAZ 2106” markalı, **-BN- *** dövlət qeydiyyat nişanlı avtomobilə yığıb yaşayış sahəsinə qanunsuz daxil olaraq ümumilikdə 450 manat dəyərində təkrar özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında talamaqla oğurlamışdır. Bundan başqa o, Cəlilabad rayonu, Əliqasımlı kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən təkrar oğurluq etmək barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 29 noyabr 2022-ci il tarixdə, saat 02 radələrində sürücülük hüququ olmadan idarə etdiyi atası Şahid5 məxsus “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs1 məxsus evin yaxınlığına gəlib, evdə oyaq kiminsə olmadığına və onları heç kimin görmədiyinə əmin olduqdan sonra birlikdə dəmir məftillərlə əhatələnmiş hasardan fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olub, qapısı açıq olan zirzəmidən 1 ədəd 120 manat dəyərində “Zubr” markalı elektrikli mişar(laqonda), 1 ədəd 250 manat dəyərində qaynaq aparatı və 1 ədəd 60 manat dəyərində “Skom” markalı elektrikli vintaçanı (direl) həyətə çıxardıqdan sonra birlikdə küçəyə daşımış, bundan sonra həmin əşyaları “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yığıb saxlanc yerinə qanunsuz daxil olaraq ümumilikdə 430 manat dəyərində təkrar özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında talamaqla oğurlamışdır. Bundan başqa o, Cəlilabad rayonu, Üçtəpə kəndində yaşayan Zərərçəkmiş şəxs3 qanuni əsaslarla idarə etdiyi BOREX 2106 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı traktorun akkumlyatorlarını təkrar oğurlamaq barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 30 noyabr 2022-ci il tarixdə, saat 02 radələrində sürücülük hüququ olmadan idarə etdiyi atası Şahid5 məxsus “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs3 yaşadığı evin yaxınlığına gəlib, evdə oyaq kiminsə olmadığına və onları heç kimin görmədiyinə əmin olduqdan sonra küçədə evin qarşısında park edilmiş traktorun saxlanc yeri hesab edilən mühərrik hissəsindən “Bars” markalı, 100 vatt gücündə, 1 ədədi 275 manat olmaqla ümumilikdə 550 manat dəyərində 2 ədəd akkumlyatoru götürdükdən sonra “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoyub saxlanc yerinə qanunsuz daxil olaraq ümumilikdə 550 manat dəyərində təkrar özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında talamaqla oğurlamışdır. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o Cəlilabad rayonu, Ocağlı kəndində yerləşən Zərərçəkmiş şəxs8 məxsus fərdi yaşayış evindən oğurluq etmək barədə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 03 oktyabr 2022-ci il tarixdə, saat 01 radələrində sonuncunun sürücülük hüququ olmadan idarə etdiyi atası Şahid5 məxsus “VAZ 2106” markalı, **- BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs8 məxsus evin yaxınlığına gəlib, evdə kiminsə olmadığına və onları heç kimin görmədiyinə əmin olduqdan sonra birlikdə dəmir məftillərlə əhatələnmiş hasardan fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olub, evin pəncərəsini itələməklə açmasından sonra birlikdə evin içərisinə daxil olaraq sonuncunun oğlu Adəm Muradovun yataq otağından “Kaşmir” modelli, 6 metr uzunluğunda, 4 metr enində, 1 ədədi 600 manat olan ümumilikdə 1200 manat dəyərində 2 ədəd xalça, Zərərçəkmiş şəxs8 yataq otağından diametri 1 metr olan 1 ədədi 50 manat dəyərində ümumilikdə 200 manat dəyərində 4 ədəd aliminium qazan və 1500 manat dəyərində istintaqla müəyyən edilməyən miqdarda və istintaqla müəyyən edilməyən markalı uşaq paltarları və qadın iç geyimlərini daxil olduqları pəncərədən həyətə çıxardıqdan sonra birlikdə küçəyə daşımış, bundan sonra həmin əşyaları “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yığıb yaşayış sahəsinə qanunsuz daxil olaraq ümumilikdə 2900 manat dəyərində özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında talamaqla oğurlamışdır. Bundan başqa o, Cəlilabad rayonu, Bayxanlı kəndində yerləşən el məscidindən təkrar oğurluq etmək barədə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 15 oktyabr 2022-ci il tarixdə, saat 02 radələrində sonuncunun sürücülük hüququ olmadan idarə etdiyi atası Şahid5 məxsus “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə məscidin yaxınlığına gəlib, məsciddə kiminsə olmadığına və onları heç kimin görmədiyinə əmin olduqdan sonra birlikdə məscidin açıq olan qapısından həyətinə qanunsuz daxil olub, məscidin yan tərəfində yerləşən saxlanc yerindən həmin məscidin gözətçisi olan Cəlilabad rayonu, Bayxanlı kənd sakini Zərərçəkmiş şəxs5 məxsus 1 ədəd 50 litr həcmində olan 700 manat dəyərində mis materiallı kömür samovarını birlikdə həyətə çıxardıqdan sonra küçəyə daşımış, bundan sonra həmin əşyanı “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoyub saxlanc yerinə qanunsuz daxil olaraq ümumilikdə 700 manat dəyərində təkrar özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında talamaqla oğurlamışdır. Bundan başqa o, Cəlilabad rayonu, Alar kəndində yerləşən Zərərçəkmiş şəxs12 məxsus fərdi yaşayış evindən xeyli miqdarda təkrar oğurluq etmək barədə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 20 oktyabr 2022-ci il tarixdə, saat 01 radələrində sonuncunun sürücülük hüququ olmadan idarə etdiyi atası Şahid5 məxsus “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs12 məxsus evin yaxınlığına gəlib, evdə kiminsə olmadığına və onları heç kimin görmədiyinə əmin olduqdan sonra birlikdə daşla əhatələnmiş hasardan aşmaqla fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq, evin qarşısındakı sol tərəfdə yerləşən pəncərəni əli ilə itələyib açmasından sonra Təqsirləndirilən şəxs1la birlikdə evin içərisinə daxil olmuş, Zərərçəkmiş şəxs12 məxsus “Altun” firmasına məxsus 1 topu 110 manat olan ümumilikdə 1980 manat dəyərində 18 top 4 mm-lik elektrik naqili, 1 topu 80 manat olan ümumilikdə 1120 manat dəyərində 14 top 2.5 mm-lik elektrik naqili, 1 topu 80 manat olan ümumilikdə 400 manat dəyərində 5 top televizor kabeli, 1 topu 50 manat olan ümumilikdə 800 manat dəyərində 16 top 18 mm-lik yanmayan xortum, 1 topu 30 manat olan ümumilikdə 120 manat dəyərində 4 top 20 mm-lik sadə xortum, 1 topu 25 manat olan ümumilikdə 50 manat dəyərində 2 top 18 mm-lik sadə xortum, 1 metri 6 manat olan ümumilikdə 240 manat dəyərində 40 metr 16 mm-lik yanmayan kabel, 1 topu 5 manat olan ümumilikdə 90 manat dəyərində 18 top 18 mm-lik naqil saxlayıcı (skop), 1 kisəsi 6 manat olan ümumilikdə 36 manat dəyərində 6 kisə 40 kiloqramlıq gips və 1 metri 5 manat olan ümumilikdə 200 manat dəyərində 40 metr 6 mm-lik torpaqlama (zazemlenya, cərəyən boğucu), həmin evdə usta kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs11 məxsus bir ədəd 400 manat dəyərində “Bosch” markalı və 1 ədəd 100 manat dəyərində “Makita” markalı elektrikli mişarlar (laqonda) və 1 ədəd 100 manat dəyərində “Almaz” markalı elektrikli vintaçanı (direl) birlikdə həyətə çıxardıqdan sonra küçəyə daşıyaraq, Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yığıb Zərərçəkmiş şəxs12 ümumilikdə 5036 manat dəyərində xeyli miqdarda, Zərərçəkmiş şəxs11 ümumilikdə 600 manat miqdarında ziyan vurub təkrar özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək talamışdır. Bundan başqa o, Cəlilabad rayonu, Günəşli kəndində yerləşən Zərərçəkmiş şəxs9 məxsus fərdi yaşayış evindən təkrar oğurluq etmək barədə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 16 noyabr 2022-ci il tarixdə, saat 18 radələrində sonuncunun sürücülük hüququ olmadan idarə etdiyi atasıŞahid5 məxsus “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil iləZərərçəkmiş şəxs9 məxsus evin yaxınlığına gəlib, evdə kiminsə olmadığını və onları heç kimin görmədiyini ehtimal etdikdən sonra birlikdə açıq darvazadan fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olub, həyətdə yerləşən yardımçı tikilidən 1 ədəd 200 manat dəyərində 7 litr həcmində kömür samovarı, evin 1-ci mərtəbəsindən 200 manat dəyərində 1 ədəd 5 litr həcmində elektrik samovarı, 1 ədədi 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində 2 ədəd “Marks” markalı hidrofor motoru, 1 ədəd 5 manat dəyərində velosiped nasosu və 1 ədəd 30 manat dəyərində dairəvi, diametri 1 metr olan aliminium qazanı həyətə çıxardıqdan sonra birlikdə küçəyə daşımış, bundan sonra həmin əşyaları “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yığıb yaşayış sahəsinə qanunsuz daxil olaraq ümumilikdə 535 manat dəyərində təkrar özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında talamaqla oğurlamışdır. Bundan başqa o, Cəlilabad rayonu, Şükürlü kəndində yerləşən Zərərçəkmiş şəxs6 məxsus fərdi yaşayış evindən təkrar oğurluq etmək barədə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 19 noyabr 2022-ci il tarixdə, saat 01 radələrində sonuncunun sürücülük hüququ olmadan idarə etdiyi atası Şahid5 məxsus “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs6 məxsus evin yaxınlığına gəlib, evdə kiminsə olmadığını və onları heç kimin görmədiyini ehtimal etdikdən sonra birlikdə dəmir məftillərlə əhatələnmiş hasardan fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olub, qapısı açıq olan tövlədən 1 başı 200 manat olan ümumilikdə 400 manat dəyərində 2 baş xırdabuynuzlu heyvanları və həyətdən 80 manat dəyərində diametri 0,5 metr olan aliminium qazanı birlikdə küçəyə daşıyaraq “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yığıb saxlanc yerinə qanunsuz daxil olaraq ümumilikdə 480 manat dəyərində təkrar özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında talamaqla oğurlamışdır. Bundan başqa o, Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən Zərərçəkmiş şəxs10 məxsus fərdi yaşayış evindən təkrar oğurluq etmək barədə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 22 noyabr 2022-ci il tarixdə, saat 02 radələrində sonuncunun sürücülük hüququ olmadan idarə etdiyi atası Şahid5 məxsus “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs10 məxsus evin yaxınlığına gəlib, evdə kiminsə olmadığını və onları heç kimin görmədiyini ehtimal etdikdən sonra birlikdə dəmir məftillərlə əhatələnmiş hasardan fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olub, fərdi yaşayış evinin həyətində olan 1 ədəd 130 manat dəyərində “Qaz 53” markalı su maşını üçün nəzərdə tutulan su kranı, 1 ədəd 120 manat dəyərində “Qaz 53” markalı avtomobilin dinamo ehtiyyat hissəsi və 1 ədəd 220 manat dəyərində “Qaz 53” markalı avtomobilin starter ehtiyyat hissəsini birlikdə küçəyə daşımış, bundan sonra həmin əşyaları “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yığıb yaşayış sahəsinə qanunsuz daxil olaraq ümumilikdə 470 manat dəyərində təkrar özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında talamaqla oğurlamışdır. Bundan başqa o, Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evindən təkrar oğurluq etmək barədə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 25 noyabr 2022-ci il tarixdə, saat 01 radələrində sonuncunun sürücülük hüququ olmadan idarə etdiyi atasıŞahid5 məxsus “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs4 məxsus evin yaxınlığına gəlib, evdə kiminsə olmadığını və onları heç kimin görmədiyini ehtimal etdikdən sonra birlikdə dəmir məftillərlə əhatələnmiş hasardan fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olub, qapısı açıq olan zirzəmidən 1 ədədi 50 manat olan ümumilikdə 300 manat dəyərində 6 ədəd gümüş qaşıq, 280 manat dəyərində 80 sm dioqnalı olan “Vestel” markalı televizor, 2 metr dioqnalı olan 1 ədəd 80 manat dəyərində xalça, 120 manat dəyərində 12 nəfərlik qonaq seti, 1 ədədi 2 manat olan ümumilikdə 24 manat dəyərində 12 ədəd kasa, diametri 1 metr olan 1 ədədi 50 manat olan ümumilikdə 300 manat dəyərində 6 ədəd aliminium qazan, 1 ədəd 20 manat dəyərində qaz balonu, 1 ədəd 5 litr həcmində 150 manat dəyərində kömür samovarı və 1 ədədi 10 manat olan ümumilikdə 40 manat dəyərində 5 litr həcmində 4 ədəd aliminium su qabılarını həyətəçıxardıqdan sonra birlikdə küçəyə daşımış, bundan sonra həmin əşyaları “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yığıb saxlanc yerinə qanunsuz daxil olaraq ümumilikdə 1314 manat dəyərində təkrar özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında talamaqla oğurlamışdır. Bundan başqa o, Cəlilabad rayonu, Adnalı kəndində yerləşən X3 məxsus fərdi yaşayış evindən təkrar oğurluq etmək barədə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 26 noyabr 2022-ci il tarixdə, saat 03 radələrində sonuncunun sürücülük hüququ olmadan idarə etdiyi atası Şahid5 məxsus “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nəsrulla Məmmədova məxsus evin yaxınlığına gəlib, evdə oyaq olan kiminsə olmadığına və onları heç kimin görmədiyinə əmin olduqdan sonra birlikdə darvazanın açıq olan qapısından fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olmuş, Cəlilabad şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus və yas mərasimi üçün nəzərdə tutularaq Cəlilabad şəhər sakini Şahid4 tərəfindən icarəyə verilən 1 ədəd 40 litr həcmində olan 400 manat dəyərində bürünc materiallı kömür samovarını birlikdə küçəyə daşımış, bundan sonra “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoyub saxlanc yerinə qanunsuz daxil olaraq ümumilikdə 400 manat dəyərində təkrar özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında talamaqla oğurlamışdır. Bundan başqa o, Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən Zərərçəkmiş şəxs7 məxsus fərdi yaşayış evindən təkrar oğurluq etmək barədə tanışıTəqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 27 noyabr 2022-ci il tarixdə, saat 04 radələrində sonuncunun sürücülük hüququ olmadan idarə etdiyi atası Şahid5 məxsus “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs12 məxsus evin yaxınlığına gəlib, evdə kiminsə olmadığına və onları heç kimin görmədiyinəəmin olduqdan sonra Təqsirləndirilən şəxs1 açıq sahədə yerləşən evin həyətindəki nəfəslik üçün nəzərdə tutulmuş yerdən evin içərisinə qanunsuz daxil olub, evin qarşısındakı pəncərəni açdıqdan sonra evin içərisinə qanunsuz daxil olaraq, evin 1-ci mərtəbəsinin dəhlizindən Zərərçəkmiş şəxs7 məxsus 1 ədəd 30 litr həcmində, 50 manat dəyərində aliminium materialında su bidonu, həmin bidonun içərisində 1 metri 1 manat olmaqla ümumilikdə 200 manat dəyərində 200 metr uzunluğunda, 3 sm diametrində mis elektrik naqili, 1 ədədi 5 manat olmaqla ümumilikdə 10 manat dəyərində 2 ədəd kəlbətin, evin 2-ci mərtəbəsində olan dəhlizdən isə 1 ədəd 190 manat dəyərində 5000 vatlıq elektrik tənzimləyicisini birlikdə həyətəçıxardıqdan sonra küçəyə daşıyaraq, Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yığıb yaşayış sahəsinə qanunsuz daxil olaraq ümumilikdə 450 manat dəyərində təkrar özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında talamaqla oğurlamışdır. Bundan başqa o, Cəlilabad rayonu, Əliqasımlı kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən təkrar oğurluq etmək barədə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 29 noyabr 2022-ci il tarixdə, saat 02 radələrində sonuncunun sürücülük hüququ olmadan idarə etdiyi atası Şahid5 məxsus “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs1 məxsus evin yaxınlığına gəlib, evdə oyaq kiminsə olmadığına və onları heç kimin görmədiyinə əmin olduqdan sonra birlikdə dəmir məftillərlə əhatələnmiş hasardan fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olub, qapısı açıq olan zirzəmidən 1 ədəd 120 manat dəyərində “Zubr” markalı elektrikli mişar(laqonda), 1 ədəd 250 manat dəyərində qaynaq aparatı və 1 ədəd 60 manat dəyərində “Skom” markalı elektrikli vintaçanı(direl) həyətə çıxardıqdan sonra birlikdə küçəyə daşımış, bundan sonra həmin əşyaları “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yığıb saxlanc yerinə qanunsuz daxil olaraq ümumilikdə 430 manat dəyərində təkrar özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında talamaqla oğurlamışdır. Bundan başqa o, Cəlilabad rayonu, Üçtəpə kəndində yaşayan Zərərçəkmiş şəxs3 qanuni əsaslarla idarə etdiyi BOREX 2106 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı traktorun akkumlyatorlarını təkrar oğurlamaq barədə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 30 noyabr 2022-ci il tarixdə, saat 02 radələrində sonuncunun sürücülük hüququ olmadan idarə etdiyi atası Şahid5 məxsus “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs3 yaşadığı evin yaxınlığına gəlib, evdə oyaq kiminsə olmadığına və onları heç kimin görmədiyinə əmin olduqdan sonra küçədə evin qarşısında park edilmiş traktorun saxlanc yeri hesab edilən mühərrik hissəsindən “Bars” markalı, 100 vatt gücündə, 1 ədədi 275 manat olmaqla ümumilikdə 550 manat dəyərində 2 ədəd akkumlyatoru götürdükdən sonra “VAZ 2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoyub saxlanc yerinə qanunsuz daxil olaraq ümumilikdə 550 manat dəyərində təkrar özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında talamaqla oğurlamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad olunan cinayəti törətməkdə təqsirləri özlərinin etirafları, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Alar kəndində qeydiyyatda olmaqla Cəlilabad rayonu, Ocağlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Atası Şahid5 fərdi qaydada sərnişin daşıma fəaliyyəti ilə məşğul olur. Gündüz saatlarında atası, təxminən saat 21 radələrindən sonra o, atasına məxsus VAZ 2106 markalı avtomobili ilə sürücülük vəsiqəsi və etibarnaməsi olmadan Cəlilabad rayonu, Qarazəncir-Ocağlı kənd ərazilərində sərnişin daşıma ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs2 onun həmkəndlisidir. Ona nə vaxt taksi lazım olsa gündüz atası Müzəffərə, gecə isə ona zəng vuraraq taksi lazım olduğunu bildirib taksi kimi onların avtomobilindən istifadə etmişdir. 19 oktyabr 2022-ci il tarixdə, təxminən saat 21 radələrində Taleh onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vuraraq axşama taksi lazım olacağını, ona zəng vuracağını bildirmişdir. O da Talehə problem olmadığını bildirmişdir. 20 oktyabr 2022-ci il tarixdə, təxminən saat 01 radələrində Taleh ona zəng vurmuş və onu yaşadığı evdən götürməyini xahiş etmişdir. O, həmin vaxt Qarazəncir kəndi ərazisində dayanmışdır. Təxminən 5 dəqiqəyə Talehin yaşadığı evə getmiş və Talehi evdən götürmüşdür. Talehin evinin qarşısında olarkən avtomobildə Taleh ona Alar kəndində yaşayış olmayan evdən elektrik naqilləri oğurlayacaqlarını bildirmişdir. Onun maddi problemləri olduğu üçün Talehə bu barədə etiraz etməmiş və onunla razılaşmışdır. Onlar birlikdə Alar kəndi istiqamətində hərəkət etmişlər. Həmin vaxt atasına məxsus avtomobil VAZ 2106 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Həmin avtomobili atası o, tutulmamışdan bir müddət əvvəl tanımadığı şəxsə satmışdır. Hal-hazırda atasının idarə etdiyi avtomobilin isə markasının VAZ 2106 markalı olduğunu bilsə də, dövlət qeydiyyat nişanını xatırlamamışdır. Onlar təxminən 20 dəqiqəyə Alar kəndinə çatmışlar. Tanımadığı bir evin qarşısında olarkən Taleh oğurluq edəcəkləri evin həmin ev olduğunu göstərmişdir. Həmin evin yanında məişət tullantılarının olduğu yer olmuşdur. O, avtomobili şübhə çəkməmək üçün həmin yerdə saxlamışdır. Talehlə birlikdə avtomobildən düşmüşlər və oğurluq edəcəkləri evə yaxınlaşmışlar. Həmin evdə heç bir işıq yanmamışdır. Talehlə birlikdə daş hasardan aşmaqla evin həyətinə daxil olmuşlar. Taleh pəncərəyə yaxınlaşan zaman o, ətrafda kiminsə olub-olmamasına baxmışdır. Təxminən 1-2 dəqiqəyə Taleh evin qarşısındakı sol tərəfdə yerləşən pəncərəni əli ilə sıxıb itələməklə açmışdır. Birinci Taleh evə daxil olmuş, sonra isə o, içəri keçmişdir. O, evin birinci mərtəbəsində olarkən Taleh artıq bütün mərtəbələrə göz gəzdirib onun yanına gəlmişdir. Talehlə birlikdə evin üçüncü mərtəbəsinə qalxmışlar. Orada otaqların birində iki ədəd laqonda və bir ədəd direl olmuşdur. Həmin əşyaların yanında isə bir top elektrik naqili olmuşdur. O, həmin bir top elektrik naqilini, laqondalar və direli götürərək, evin birinci mərtəbəsinə yığmışdır. Həmin vaxt Taleh isə rol bölgülərinə əsasən evə çəkilmiş elektrik sistemindəki elektrik naqillərini sökmüşdür. O, qeyd etdiyi əşyaları birinci mərtəbəyə yığdıqdan sonra Talehin yanına, yəni evin üçüncü mərtəbəsinə qayıtmışdır. Taleh divara çəkilmiş elektrik naqillərini sökmüşdür. Taleh elektrik naqillərini sökdükcə, o da naqilləri səliqəli şəkildə yığıb, birinci mərtəbədə yığdığı əşyaların yanına daşımışdır. Bu şəkildə təxminən 2 saat onlar evin içərisində olmuşlar. Bütün oğurladıqları əşyalar birinci mərtəbədə olmuşdur. Taleh evə daxil olduqları pəncərədən çıxarkən kiminsə onları görməsindən ehtiyat etdiyi üçün həmin pəncərəni içəridən bağlamış və evin sol tərəfində yerləşən pəncərədən çölə çıxmaqlarını təklif etmişdir. O, evin sol tərəfində olan pəncərəsindən çölə çıxmışdır. Sonra Taleh oğurladıqları əşyaları pəncərədən ona vermiş və həmin əşyaları hasarın yanına yığmışdır. Sonra isə o, hasardan küçəyə tullanmış və həmin əşyaları Taleh ona hasardan verdikcə o, küçədə yerə yığmışdır. Taleh də hasardan küçəyə tullanmış və o, gedib avtomobili idarə edərək həmin yerə gətirmişdir. Onlar birlikdə həmin əşyaları avtomobilə yükləmişlər və yaşadıqları Ocağlı kəndinə getmişlər. O, ən birinci avtomobili Talehin yaşadığı evə sürmüşdür. Bütün əşyaları onların evinin həyətində yerləşən tövləyə yığmışlar. Taleh laqondanın birini özünə götürmüşdür. Digər laqonda və direli isə ona vermişdir. Taleh elektrik naqillərini isə yandırıb satdıqdan sonra ona düşən pulu verəcəyini bildirmişdir. O da Talehlə razılaşıb oradan uzaqlaşmışdır. O, götürdüyü laqondanı və direli də özü ilə aparmışdır. Direl və laqondanı evdə gizlətmişdir. 20 oktyabr 2022-ci il tarixdə, saat 18 radələrində Taleh ona zəng vuraraq, yaşadığı evdə olduğunu, gedib ondan pulunu götürməyini bildirmişdir. O da onun yaşadığı evə getmişdir. Taleh ona 58 manat pul verərək, ümumilikdə naqilləri 120 manata satdığını bildirmişdir. Həmçinin taksi kimi atası Müzəffərlə getdiyini, 5 manat ona verdiyini, Alar kəndində Cavanşir adlı şəxsə satdığını da ona demişdir. O da 58 manat pulu ondan alaraq, oradan uzaqlaşmışdır. Ona çatan 58 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 03 oktyabr 2022-ci il tarixdə, saat 01 radələrində Talehlə Ocaqlı kəndi ərazisində durmuşlar. Onlar maddi problemlərlə bağlı söhbətlər etmişlər. Onlar oğurluq etmək qərarına gəlmişlər və Ocaqlı kəndi ərazisini onun idarə etdiyi avtomobil ilə gəzmişlər. Tanımadığı bir ev qarşılarına çıxmış və heç bir işıqlarının yanmadığını görmüşlər. Onlar Talehlə həmin evdən oğurluq etməyi qərarlaşdırmışlar. Bunun üçün maşını həmin yerə yaxın bir yerdə saxlamışlar və evə yaxınlaşmışlar. Evin ətrafı dəmir məftillə əhatələnmişdir. Onlar kiminsə görmədiyindən əmin olduqdan sonra dəmir məftillərdən aşaraq həyətə daxil olmuşlar. Taleh evin bir pəncərəsini itələməklə açmışdır. Onlar evin içərisinə keçərək oranı axtarmağa başlamışlar. Onlar sayını xatırlamadığı aliminium qablar, təzə uşaq paltarları və qadın iç geyimləri, 2 ədəd xalça götürmüşlər. Həmçinin Taleh evdə olan televizoru götürmək istəyərkən əlindən yerə düşmüş və ekranı sınmışdır. Ekranı sındığı üçün Taleh həmin televizoru yerinə qoymuş və götürməmişdir. Sonra o, evə daxil olduqları pəncərədən çölə çıxmış və Taleh oğurladıqları əşyaları bir-bir pəncərədən ona vermişdir. O isə onları yerə yığmışdır. Birlikdə əşyaları küçəyə çıxarmışlar. Sonra o, avtomobili həmin yerə sürmüş və oğurladıqları əşyaları birlikdə avtomobilə yükləmişlər. Onlar oradan uzaqlaşaraq Talehin yaşadığı evə getmişlər. Oğurladıqları əşyaları isə həyətdəki tövləyə yığmışlar. O, çıxıb getmişdir. Taleh 03 oktyabr 2022-ci il tarixdə, saat 16 radələrində onu yaşadığı evə çağıraraq əşyaları satdığını bildirmiş və ona 495 manat pul vermişdir. Bundan başqa 15 oktyabr 2022-ci il tarixdə, saat 02 radələrində Talehlə oğurluq etmək məqsədi ilə Ocağlı kəndi ərazisində görüşmüşlər. O, avtomobil ilə gəlmişdir. Onlar təsadüfən Bayxanlı kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Onlar yolda ətrafa baxa-baxa getmişlər ki, bəlkə oğurluq etmək üçün əlverişli yer tapılar. Onlar Bayxanlı kəndinə çatmışlar. Kənd ərazisində yerləşən məscidin yanından keçərkən qapısının açıq olduğunu müşahidə etmişlər. Onlar məscidin yanında avtomobili saxlamış və məscidə yaxınlaşmışlar. Həmin vaxt məsciddə heç kimin olmadığına əmin olmuşlar. Onlar məscidin həyətinə daxil olduqda məscidin yan tərəfində saxlama yeri kimi bir otaq olduğunu görmüşlər. Həmin otağa keçdikdə təxminən 50 litrlik kömür mis samovarının olduğunu görmüşlər. Onlar Talehlə köməkləşərək həmin samovarı idarə etdiyi avtomobilə qoymuşlar və Talehin yaşadığı evə yollanmışlar. Eyni qaydada həmin samovarı tövlədə gizlətmişlər. 15 oktyabr 2022ci il tarixdə, saat 17 radələrində Talehlə Ocağlı kənd ərazisində görüşmüşlər. Taleh samovarı satdığını bildirmiş və ona 84 manat pul vermişdir. Bundan başqa 16 noyabr 2022-ci il tarixdə, saat 15 radələrində Talehlə oğurluq etmək məqsədi ilə Ocağlı kəndi ərazisində görüşmüşlər. Həmişəki kimi o, yenə avtomobil ilə gəlmişdir. Onlar təsadüfən Günəşli kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Onlar yolda ətrafa baxa-baxa getmişlər ki, bəlkə oğurluq etmək üçün əlverişli yer tapalar. Onlar Günəşli kəndinə çatmışlar. Kənd ərazisində yerləşən bir evin qarşısında olarkən küçə darvazasının açıq olduğunu görmüşlər. Onlar evin yanında avtomobili saxlamışlar və evə yaxınlaşmışlar. Müşahidələrindən evdə heç kimin olmadığını düşünmüşlər. Onlar həyətə daxil olmuşlar. Həyətdə yardımçı tikili olmuşdur. İlk növbədə ora daxil olmuşlar. Oradan 1 ədəd kömür samovarı götürərək həyətə qoymuşlar. Evin 1-ci mərtəbəsindən isə 1 ədəd elektrik samovarı, 2 ədəd hidrofor, 1 ədəd velosiped nasosu və 1 ədəd aliminium qazan götürərək həyətə çıxarmışlar. Onlar götürdükləri əşyaların hamısını avtomobilə qoyaraq oradan uzaqlaşmışlar. Talehin yaşadığı evə getmişlər və əşyaları tövləyə yığmışlar. 17 noyabr 2022-ci il tarixdə, saat 14 radələrində Talehlə Ocağlı kəndi ərazisində görüşmüşlər. Taleh oğurladıqları əşyaları satdığını bildirmiş və ona 85 manat pul vermişdir. Bundan başqa 19 noyabr 2022-ci il tarixdə, saat 01 radələrində Talehlə oğurluq etmək məqsədi ilə Ocağlı kəndi ərazisində görüşmüşlər. Həmişəki kimi o, yenə avtomobil ilə gəlmişdir. Onlar təsadüfən Şükürlü kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Onlar oğurluq etmək üçün əlverişli ev tapmaq üçün yolda ətrafa baxa-baxa getmişlər. Onlar Şükürlü kəndinə çatmışlar. Kənd ərazisində yerləşən bir evin qarşısında olarkən evdə heç bir işığın yanmadığını görmüşlər. Onlar ya ev sahibinin yatdığını, ya da ki, evdə heç kimin olmadığını ehtimal etmişlər. O, maşını evin yanında saxlamışdır. Həyət dəmir məftillərlə əhatə olunmuşdur. Onlar dəmir məftillərdən həyətə daxil olmuşlar. Həyətə göz gəzdirdikdə tövlə olduğunu görmüşlər. Tövlənin qapısı açıq olmuşdur. Onlar tövləyə baxdıqda qaranlıqda qapının ağızında 2 baş xırdabuynuzlu heyvanın olduğunu görmüşlər. Onlar tövləyə tam baxmamışlar və həmin xırdabuynuzlu heyvanları köməkləşərək avtomobilin yük yerinə qoymuşlar. Bundan sonra o, həyətdə olan 1 ədəd aliminium qazanı da götürərək maşına qoymuşdur. Onlar oradan Talehgilin evinə yollanmışlar. Həmişə olduğu kimi oğurladıqlarını tövləyə yığmışlar. 19 noyabr 2022-ci il tarixdə, saat 18 radələrində Talehlə Ocağlı kəndi ərazisində görüşmüşlər. Taleh oğurladıqlarını satdığını bildirmiş və ona 150 manat pul vermişdir. Bundan başqa 22 noyabr 2022-ci il tarixdə, saat 02 radələrində Talehlə oğurluq etmək məqsədi ilə Ocağlı kəndi ərazisində görüşmüşlər. Həmişəki kimi o, yenə avtomobil ilə gəlmişdir. Onlar təsadüfən Üçtəpə kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Onlar yolda ətrafa baxa-baxa getmişlər ki, bəlkə oğurluq etmək üçün əlverişli yer tapalar. Onlar Üçtəpə kəndinə çatmışlar. Kənd ərazisində yerləşən bir evin qarşısında olarkən evin dəmir məftillə əhatələndiyini görmüşlər. Onlar ya ev sahibinin yatdığını, ya da ki, evdə heç kimin olmadığını ehtimal etmişlər. Onlar dəmir məftillərdən həyətə daxil olmuşlar. Həyətdə avtomobil ehtiyat hissələrinin və su krantının olduğunu görmüşlər. Onlar həmin əşyaları daşıyaraq avtomobilə yığmışlar. Talehin yaşadığı evə gəlmişlər və əşyaları tövləyə yığmışlar. 23 noyabr 2022-ci il tarixdə, saat 17 radələrində Talehlə Ocağlı kəndi ərazisində görüşmüşlər. Taleh ona oğurladıqları əşyaları satdığını bildirmiş və ona 37 manat pul vermişdir. Bundan başqa 25 noyabr 2022-ci il tarixdə, saat 01 radələrində Talehlə oğurluq etmək məqsədi ilə Ocağlı kəndi ərazisində görüşmüşlər. Həmişəki kimi o, yenə avtomobil ilə gəlmişdir. Onlar təsadüfən Üçtəpə kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Onlar oğurluq etmək üçün əlverişli ev tapmaq üçün yolda ətrafa baxa-baxa getmişlər. Onlar Üçtəpə kəndinə çatmışlar. Kənd ərazisində yerləşən bir evin qarşısında olarkən evdə heç bir işığın yanmadığını görmüşlər. Onlar ya ev sahibinin yatdığını, ya da ki, evdə heç kimin olmadığını ehtimal etmişlər. Həyət dəmir məftillərlə əhatə olunmuşdur. Onlar dəmir məftillərdən həyətə daxil olmuşlar. Evin zirzəmisinin qapısı açıq olmuşdur. Onlar zirzəmiyə daxil olmuşlar. Zirzəmidən müxtəlif qab-qacaqlar, 1 ədəd televizor, 1 ədəd xalça, 1 ədəd qaz balonu, 1 ədəd kömür samovarı, 4 ədəd aliminium su qabları olduğunu görmüşlər. O, həyətdə durmuş və Taleh həmin əşyaları ona verdikcə həyətə yığmışlar. Sonra birlikdə həmin əşyaları avtomobilə yükləmişlər. Onlar oradan Talehin evinə yollanmışlar. Həmişə olduğu kimi oğurladıqlarını tövləyə yığmışlar. 25 noyabr 2022-ci il tarixdə, saat 19 radələrində Talehlə Ocağlı kəndi ərazisində görüşmüşlər. Taleh oğurladıqlarıəşyaları satdığını bildirmiş və ona 255 manat pul vermişdir. Bundan başqa 26 noyabr 2022-ci il tarixdə, saat 03 radələrində Talehlə oğurluq etmək məqsədi ilə Ocağlı kəndi ərazisində görüşmüşlər. Həmişəki kimi o, yenə avtomobil ilə gəlmişdir. Onlar təsadüfən Adnalı kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Onlar yolda ətrafa baxa-baxa getmişlər ki, bəlkə oğurluq etmək üçün əlverişli yer tapalar. Onlar Adnalı kəndinə çatmışlar. Kənd ərazisində yerləşən bir evin yanından keçərkən qapısının açıq olduğunu müşahidə etmişlər. Onlar evin yanında avtomobili saxlamış və həyətə yaxınlaşmışlar. Müəyyən etdiyi qədəri ilə həyətdə yas mərasimi keçirilmişdir. Orada kömür samovarı olmuşdur. Onlar Talehlə həmin samovarı götürərək köməkləşib avtomobilə qoymuş və Talehin yaşadığı evə yollanmışlar. Eyni qaydada həmin samovarı tövlədə gizlətmişlər. 26 noyabr 2022-ci il tarixdə, saat 16 radələrində Talehlə Ocağlı kəndi ərazisində görüşmüşlər. Taleh oğurladıqları samovarı satdığını bildirmiş və ona 95 manat pul vermişdir. Bundan başqa 27 noyabr 2022-ci il tarixdə, saat 04 radələrində Talehlə oğurluq etmək məqsədi ilə Ocağlı kəndi ərazisində görüşmüşlər. Həmişəki kimi o, yenə avtomobil ilə gəlmişdir. Onlar təsadüfən Qarazəncir kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Onlar yolda ətrafa baxa-baxa getmişlər ki, bəlkə oğurluq etmək üçün əlverişli yer tapalar. Onlar Qarazəncir kəndinə çatmışlar. Kənd ərazisində yerləşən tikintisi davam etdirilən bir evin yanından keçərkən evdə yaşayış olmadığını müşahidə etmişlər. Onlar evin yanında avtomobili saxlamışlar və həyətə yaxınlaşmışlar. Evin ətrafı açıq olmuşdur. Evin qapı-pəncərəsi bağlı olmuşdur. 1 nəfəslik yeri isə boş olmuşdur. O, həmin yerdən evə daxil olmuşdur. Sonra isə pəncərələrdən birini açmış və Taleh də evə daxil olmuşdur. Onlar evin 1-ci mərtəbəsindən 1 ədəd aliminium su qabı, su qabının içərisində top şəklində elektrik naqili, 2 ədəd kəlbətin, evin 2-ci mərtəbəsindən isə 1 ədəd elektrik tənzimləyicisini oğurlamışlar. Taleh pəncərədən həyətə çıxmışdır. Həmin əşyaları pəncərədən o, Talehə vermiş və Taleh hamısını yerə yığmışdır. Sonra o, pəncərəni içəridən bağlayaraq evə daxil olduğu nəfəslikdən çölə çıxmışdır. Birlikdə oğurladıqları əşyaları köməkləşərək avtomobilə qoymuş və Talehin yaşadığı evə yollanmışlar. Eyni qaydada həmin əşyaları tövlədə gizlətmişlər. 27 noyabr 2022-ci il tarixdə, saat 17 radələrində Talehlə Ocağlı kəndi ərazisində görüşmüşlər. Taleh oğurladıqları əşyaları satdığını bildirmiş və ona 100 manat pul vermişdir. Bundan başqa 29 noyabr 2022-ci il tarixdə, saat 02 radələrində Talehlə oğurluq etmək məqsədi ilə Ocağlı kəndi ərazisində görüşmüşlər. Həmişəki kimi o, yenə avtomobil ilə gəlmişdir. Onlar təsadüfən Əliqasımlı kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Onlar yolda ətrafa baxa-baxa getmişlər ki, bəlkə oğurluq etmək üçün əlverişli yer tapalar. Onlar Əliqasımlı kəndinə çatmışlar. Kənd ərazisində yerləşən bir evin yanından keçərkən həyətin dəmir məftillə örtüldüyünü müşahidə etmişlər. Onlar evin yanında avtomobili saxlamış və həyətə yaxınlaşmışlar. Dəmir məftillərdən həyətə daxil olmuşlar. Evin zirzəmisinin qapısı açıq olmuşdur. Onlar zirzəmidən 1 ədəd qaynaq aparatı, 1 ədəd laqonda və 1 ədəd direl oğurlamışlar. Taleh qaynaq aparatını, o isə laqonda və direli avtomobilə qoymuşdur. Sonra Talehin yaşadığı evə yollanmışlar. Aralarında olan razılaşmaya əsasən qaynaq aparatını Taleh götürmüşdür. Laqonda və direli isə o, özü ilə aparmışdır. Laqonda və direli Alar kəndindən oğurladığı laqonda və direlin yanında gizlətmişdir. Bir neçə gün sonra oğurluq nəticəsində əldə etdiyi 2 ədəd laqonda və 2 ədəd direli həmkəndlisi Şahid3 60 manat qarşılığında satmışdır. O, Raufa alətlərin özünə məxsus olmasını, puldan ehtiyacı olduğu üçün satdığını bildirərək inandırmışdır. Nəticədə Rauf həmin əşyaların oğurluq olduğunu bilməmişdir. Bundan başqa 30 noyabr 2022-ci il tarixdə, saat 02 radələrində Talehlə oğurluq etmək məqsədi ilə Ocağlı kəndi ərazisində görüşmüşlər. Həmişəki kimi o, yenə avtomobil ilə gəlmişdir. Onlar təsadüfən Üçtəpə kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Onlar yolda ətrafa baxa-baxa getmişlər ki, bəlkə oğurluq etmək üçün əlverişli yer tapalar. Onlar Üçtəpə kəndinə çatmışlar. Kənd ərazisində 1 ədəd traktorun küçədə dayandığını görmüşlər. Onlar həmin traktorun 2 akkumlyatoru olduğunu müşahidə etmişlər. Onlar həmin akkumlyatorları oğurlamaq qərarına gəlmişlər. Bunun üçün onları Talehlə sökərək avtomobilə qoymuşlar və Talehin yaşadığı evə yollanmışlar. Eyni qaydada həmin əşyaları tövlədə gizlətmişlər. 30 noyabr 2022-ci il tarixdə, saat 16 radələrində Talehlə Ocağlı kəndi ərazisində görüşmüşlər. Taleh oğurladıqları akkumlyatorları satdığını bildirmiş və ona 115 manat pul vermişdir.Hazırda əməlindən səmimi peşmandır, ilk dəfədir cinayət törədir. Zərərçəkmiş şəxslərə dəymiş ziyan tam şəkildə ödənilmişdir. Zərərçəkmiş şəxslərin ondan şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzarə alınaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Ocaqlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı evin həyətində əkin işləri ilə məşğul olub ailəsinin dolanışığını təmin edir. Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir. Gündüz saatlarında onun atası Müzəffər, təxminən saat 21 radələrindən sonra isə Kənan atasına məxsus VAZ 2106 markalı avtomobili ilə Cəlilabad rayonu, Qarazəncir-Ocağlı kənd ərazilərində sərnişin daşıma ilə məşğul olmuşdur. Ona nə vaxt taksi lazım olsa gündüz Müzəffərə, gecə isə Kənana zəng vuraraq taksi lazım olduğunu bildirib taksi kimi onların avtomobilindən istifadə etmişdir. 2022-ci ilin oktyabr ayının əvvəllərində şəxsi işi ilə əlaqədar Cəlilabad rayonu, Alar kəndinə getmişdir. Orada yolun kənarında təzə tikilmiş hündürmərtəbəli yaşayış olmayan evin olduğunu görmüşdür. Həmin vaxt maddi problemləri olduğu üçün həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Həmin gün yaşadığı evə qayıtmışdır. Maşını olmadığı üçün oğurluğu tək edə bilməyəcəyini bilmişdir. Həmin vaxt maşını olan Kənan ağlına gəlmişdir. 19 oktyabr 2022-ci il tarixdə, təxminən saat 21 radələrində o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Kənanın mobil telefonuna zəng vuraraq axşama taksi lazım olacağını, ona zəng vuracağını bildirmişdir. Kənan da ona problem olmadığını bildirmişdir. 20 oktyabr 2022-ci il tarixdə, təxminən saat 01 radələrində o, Kənana zəng vurmuş və gəlib onu yaşadığı evdən götürməyini xahiş etmişdir. Təxminən 5 dəqiqə sonra Kənan yaşadığı evə gəlmiş və onu evdən götürmüşdür. Onlar avtomobildə hərəkət etməmişdən əvvəl onunla biraz söhbət etmişlər. Onlar pulsuzluqdan danışmışlar. O, Kənana Alar kəndində yaşayış olmayan evdən elektrik naqilləri oğurlamaq barədə söhbət açmışdır. Onun da maddi problemləri olduğu üçün bu barədə etiraz etməmiş və onunla razılaşmışdır. Onlar birlikdə Alar kəndi istiqamətində hərəkət etmişlər. Həmin vaxt Kənanın idarə etdiyi avtomobil atasına məxsus VAZ 2106, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Həmin avtomobili səhv etmirsə atası onlar tutulduqdan bir müddət əvvəl satmışdır. Hal-hazırda isə onların idarə etdiyi avtomobilin markasının VAZ 2106 markalı olduğunu bilsə də, dövlət qeydiyyat nişanını xatırlamır. Onlar təxminən 20 dəqiqəyə Alar kəndinə çatmışlar. Bir müddət əvvəl oğurluq etmək planı qurduğu evin qarşısına çatdıqda, o, Kənana oğurluq edəcəkləri evin həmin ev olduğunu göstərmişdir. Həmin evin yanında məişət tullantılarının olduğu yer olmuşdur. Kənan avtomobili şübhə çəkməmək üçün həmin yerdə saxlamışdır. Kənanla birlikdə avtomobildən düşmüş və oğurluq edəcəkləri evə yaxınlaşmışlar. Həmin evdə heç bir işıq yanmamışdır. Kənanla birlikdə daş hasardan aşmaqla evin həyətinə daxil olmuşlar. O, pəncərəyə yaxınlaşan zaman Kənan ətrafda kiminsə olub-olmamasına baxmışdır. Təxminən 1-2 dəqiqəyə o, evin qarşısındakı sol tərəfdə yerləşən pəncərəni əli ilə sıxıb itələməklə açmışdır. Birinci özü evə daxil olmuşdur. Sonra isə Kənan içəri keçmişdir. Kənan evin birinci mərtəbəsində olarkən o, artıq bütün mərtəbələrə göz gəzdirib onun yanına gəlmişdir. Kənanla birlikdə evin üçüncü mərtəbəsinə qalxmışlar. Orada otaqların birində iki ədəd laqonda və bir ədəd direl olmuşdur. Həmin əşyaların yanında isə bir top elektrik naqili olmuşdur. Kənan həmin bir top elektrik naqilini, laqondalar və direli götürərək, evin birinci mərtəbəsinə yığmışdır. Həmin vaxt o isə rol bölgülərinə əsasən evə çəkilmiş elektrik sistemindəki elektrik naqillərini sökmüşdür. Kənan qeyd etdiyi əşyaları birinci mərtəbəyə yığdıqdan sonra onun yanına, yəni evin üçüncü mərtəbəsinə qayıtmışdır. O, divara çəkilmiş elektrik naqillərini sökmüşdür. O, elektrik naqillərini sökdükcə Kənan da naqilləri səliqəli şəkildə yığıb, birinci mərtəbədə yığdığı əşyaların yanına daşımışdır. Bu şəkildə təxminən 2 saat onlar evin içərisində olmuşlar. Bütün oğurladıqları əşyalar birinci mərtəbədə olmuşdur. O, evə daxil olduqları pəncərədən çıxarkən kiminsə onları görməsindən ehtiyat etdiyi üçün həmin pəncərəni içəridən bağlamış və evin sol tərəfində yerləşən pəncərədən çölə çıxmaqlarını Kənana təklif etmişdir. Kənan evin sol tərəfində olan pəncərəsindən çölə çıxmışdır. Sonra o, oğurladıqları əşyaları pəncərədən ona vermiş və Kənan həmin əşyaları hasarın yanına yığmışdır. Sonra isə Kənan hasardan küçəyə tullanmış və həmin əşyaları o, Kənana hasardan verdikcə o, küçədə yerə yığmışdır. O da hasardan küçəyə tullanmış və Kənan gedib avtomobili idarə edərək həmin yerə gətirmişdir. Onlar birlikdə həmin əşyaları avtomobilə yükləmiş və yaşadıqları Ocağlı kəndinə getmişlər. Kənan ən birinci avtomobili onun yaşadığı evə sürmüşdür. Bütün əşyaları onların evinin həyətində yerləşən tövləyə yığmışlar. O, laqondanın birini özünə götürmüşdür. Digər laqonda və direli isə Kənana vermişdir. Elektrik naqillərini isə yandırıb satdıqdan sonra ona düşən pulu verəcəyini bildirmişdir. Kənan da onunla razılaşıb oradan uzaqlaşmışdır. Kənan verdiyi laqondanı və direli də özü ilə aparmışdır. O, oğurladıqları elektrik naqillərini əridib satmaq fikrində olmuşdur. Gündüz vaxtı onu kiminsə görəcəyini fikirləşdiyi üçün oğurladıqları elektrik naqillərini elə həmin vaxt yandırmaq qərarına gəlmişdir. Kənan getdikdən sonra elektrik naqillərini yaşadığı evin həyətində yandırmışdır. Bir neçə saata həmin naqilləri əridib hazır etdikdən sonra havanın açılmasını gözləmişdir. Təxminən saat 07 radələrində Alar kəndində metal yığımı ilə məşğul olan Cavanşir adlı şəxsə zəng vuraraq, mis gətirmək istədiyini bildirmişdir. O da evdə olduğunu, gətirməyini qeyd etmişdir. Bundan sonra Kənanın atası Müzəffərə zəng vuraraq, Alar kəndində metal yığan Cavanşirə yük aparmaq lazım olduğunu bildirmişdir. O da onunla razılaşaraq yaşadığı evə gəlmişdir. Müzəffər aparacaqları yükün oğurluq olması barədə məlumatsız olmuşdur. O, əritdiyi metalı onun avtomobilinə qoymuş və Alar kəndində yaşadığı evdə metal qəbul edən Cavanşirin evinə getmişlər. Cavanşir ondakı metalı tərəziyə vurmuş və çəkisi 15 kq. gəlmişdir. Həmçinin Cavanşir ondan həmin metalın oğurluq olub-olmadığını soruşmuşdur. O da ona metalların özünə məxsus olduğunu, puldan ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Naqillər mis metalı olmuşdur. Cavanşir misin 1 kiloqramını 8 manata götürdüyünü bildirmişdir. O da onunla razılaşmış və ondan ümumilikdə 120 manat pul almışdır. Müzəffərlə Ocağlı kəndində yaşadığı evə qayıtmışlar və ona zəhmət haqqı kimi 5 manat pul vermişdir. 20 oktyabr 2022-ci il tarixdə, saat 18 radələrində o, Kənana zəng vuraraq, yaşadığı evdə olduğunu, gəlib ondan pulunu götürməyini bildirmişdir. Kənan da onun yaşadığı evə gəlmişdir. O, ona 58 manat pul verərək, ümumilikdə naqilləri 120 manata satdığını bildirmişdir. Həmçinin taksi kimi atası Müzəffərlə getdiyini, 5 manat ona verdiyini, Alar kəndində Cavanşir adlı şəxsə satdığını da ona demişdir. Kənan da 58 manat pulu ondan alaraq, oradan uzaqlaşmışdır. Ona çatan 57 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bir neçə gün sonra həmkəndlisi Şahid2 laqonda lazım olduğunu eşitmişdir. Onunla əlaqə saxlayaraq onda laqonda olduğunu, tanışının ona pay verdiyini, lazımdırsa gəlib götürməyini bildirmişdir. Mahir də onunla razılaşıb gəlib həmin laqondanı ondan götürmüşdür. Təxminən 10 gün sonra Mahirlə kənd ərazisində rastlaşmışlar və ona əgər istəsə laqondanı 30 manata satdığını bildirmişdir. Mahir də razılaşaraq ona 30 manat pul vermiş və həmin laqondanı ondan satın almışdır. Bundan başqa 03 oktyabr 2022-ci il tarixdə, saat 01 radələrində Kənanla Ocaqlı kəndi ərazisində durmuşlar. Onlar maddi problemlərlə bağlı söhbətlər etmişlər. Onlar oğurluq etmək qərarına gəlmiş və Ocaqlı kəndi ərazisini Kənanın idarə etdiyi avtomobil ilə gəzmişlər. Tanımadığı bir ev qarşılarına çıxmış və heç bir işıqlarının yanmadığını görmüşlər. Onlar Kənanla həmin evdən oğurluq etməyi qərarlaşdırmışlar. Bunun üçün maşını həmin yerə yaxın bir yerdə saxlamış və evə yaxınlaşmışlar. Evin ətrafı dəmir məftillə əhatələnmişdir. Onlar kiminsə görmədiyindən əmin olduqdan sonra dəmir məftillərdən aşaraq həyətə daxil olmuşlar. O, evin bir pəncərəsini itələməklə açmışdır. Onlar evin içərisinə keçərək oranı axtarmağa başlamışlar. Onlar sayını xatırlamadığı aliminium qablar, təzə uşaq paltarları və qadın iç geyimləri, 2 ədəd xalça götürmüşlər. Həmçinin evdə olan televizoru götürmək istəyərkən əlindən yerə düşmüş və ekranı sınmışdır. Ekranı sındığı üçün həmin televizoru yerinə qoymuş və götürməmişdir. Sonra Kənan evə daxil olduqları pəncərədən çölə çıxmış və o, oğurladıqları əşyaları bir-bir pəncərədən ona vermişdir. Kənan isə onları yerə yığmışdır. Birlikdə əşyaları küçəyə çıxarmışlar. Sonra Kənan avtomobili həmin yerə sürmüş və oğurladıqları əşyaları birlikdə avtomobilə yükləmişlər. Onlar oradan uzaqlaşaraq onun yaşadığı evə getmişlər. Oğurladıqları əşyaları isə həyətlərindəki tövləyə yığmışlar. 03 oktyabr 2022-ci il tarixdə, saat 11 radələrində Ocağlı kəndi ərazisində tanımadığı taksi sürücüsünü saxlatdıraraq Cəlilabad şəhərinə yük aparmaq istədiyini bildirmiş və onlar zəhmət haqqı kimi 10 manata razılaşmışlar. Oğurladıqları həmin əşyalar danışdığı tanımadığı taksi ilə Cəlilabad şəhərində yerləşən “İran bazarı” adlanan əraziyə gətirmişdir. Həmin taksi sürücüsü əşyaların oğurluq olması barədə məlumatı olmamışdır. İran bazarında həmin əşyaların tanımadığı bir şəxsə əşyaların özünə məxsus olmasını bildirərək inandırmış və ümumilikdə 1000 manat qarşılığında satmışdır. Yaşadığı Ocağlı kəndinə qayıdaraq taksi pulunu çıxdıqdan sonra yerdə qalan 990 manat pulun 495 manatını Kənana vermişdir. 495 manatını isə özünə götürmüşdür. Bundan başqa 15 oktyabr 2022-ci il tarixdə, saat 02 radələrində Kənanla oğurluq etmək məqsədi ilə Ocağlı kəndi ərazisində görüşmüşlər. O, avtomobil ilə gəlmişdir. Onlar təsadüfən Bayxanlı kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Onlar yolda ətrafa baxa-baxa getmişlər ki, bəlkə oğurluq etmək üçün əlverişli yer tapalar. Onlar Bayxanlı kəndinə çatmışlar. Kənd ərazisində yerləşən məscidin yanından keçərkən qapısının açıq olduğunu müşahidə etmişlər. Onlar məscidin yanında avtomobili saxlamışlar və məscidə yaxınlaşmışlar. Əmin olmuşlar ki, həmin vaxt məsciddə heç kim olmaz. Onlar məscidin həyətinə daxil olduqda məscidin yan tərəfində saxlama yeri kimi bir otaq olduğunu görmüşlər. Həmin otağa keçdikdə təxminən 50 litrlik kömür mis samovarının olduğunu görmüşlər. Onlar Kənanla köməkləşərək həmin samovarı onun idarə etdiyi avtomobilə qoymuş və onun yaşadığı evə yollanmışlar. Eyni qaydada həmin samovarı tövlədə gizlətmişlər. 15 oktyabr 2022-ci il tarixdə, saat 11 radələrində yaşadığı küçəyə səyyar metal qəbul edən tanımadığı şəxs avtomobili ilə gəlmişdir. O, həmin şəxsə kömür samovarı satdığını bildirmişdir. Həmçinin ona samovarın özünə məxsus olduğunu, puldan ehtiyacı olduğu üçün satdığını deyərək inandırmışdır. Həmin şəxs də samovarı metal kimi götürəcəyini bildirmişdir. Onlar razılaşmışlar və həmin samovarı ona mis kimi satmışdır. Samovar 21 kq gəlmiş və 1 kq. 8 manat olmaqla həmin şəxsdən ümumilikdə 168 manat pul almışdır. Həmin gün pulun 84 manatını Kənana vermiş, 84 manatını isə özünə götürmüşdür. Bundan başqa 16 noyabr 2022-ci il tarixdə, saat 15 radələrində Kənanla oğurluq etmək məqsədi ilə Ocağlı kəndi ərazisində görüşmüşlər. Həmişəki kimi o, yenə avtomobil ilə gəlmişdir. Onlar təsadüfən Günəşli kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Onlar yolda ətrafa baxa-baxa getmişlər ki, bəlkə oğurluq etmək üçün əlverişli yer tapalar. Onlar Günəşli kəndinə çatmışlar. Kənd ərazisində yerləşən bir evin qarşısında olarkən küçə darvazasının açıq olduğunu görmüşlər. Onlar evin yanında avtomobili saxlamışlar və evə yaxınlaşmışlar. Müşahidələrindən evdə heç kimin olmadığını düşünmüşlər. Onlar həyətə daxil olmuşlar. Həyətdə yardımçı tikili olmuşdur. İlk növbədə ora daxil olmuşlar. Oradan 1 ədəd kömür smovar götürərək həyətə qoymuşlar. Evin 1-ci mərtəbəsindən isə 1 ədəd elektrik smovarı, 2 ədəd hidrofor, 1 ədəd velosiped nasosu və 1 ədəd aliminium qazan götürərək həyətə çıxarmışlar. Onlar götürdükləri əşyaların hamısını avtomobilə qoyaraq oradan uzaqlaşmışlar. Onların yaşadıqları evə gəlmiş və əşyaları tövləyə yığmışlar. 17 noyabr 2022-ci il tarixdə, saat 07 radələrində Ocağlı kəndi ərazisində tanımadığı taksi sürücüsünü saxlatdıraraq Cəlilabad şəhərinə yük aparmaq istədiyini bildirmiş və onlar zəhmət haqqı kimi 10 manata razılaşmışlar. Oğurladıqları həmin əşyaları danışdığı tanımadığı taksi ilə Cəlilabad şəhərində yerləşən “İran bazarı” adlanan əraziyə gətirmişdir. Həmin taksi sürücüsü əşyaların oğurluq olması barədə məlumatı olmamışdır. İran bazarında həmin əşyaları tanımadığı bir şəxsə əşyaların özünə məxsus olmasını, puldan ehtiyacı olduğu üçün satdığını bildirərək inandırmış və ümumilikdə 180 manat qarşılığında satmışdır. Yaşadığı Ocağlı kəndinə qayıdaraq taksi pulunu çıxdıqdan sonra yerdə qalan 170 manat pulun 85 manatını Kənana vermişdir. 85 manatını isə özünə götürmüşdür. Bundan başqa 19 noyabr 2022-ci il tarixdə, saat 01 radələrində Kənanla oğurluq etmək məqsədi ilə Ocağlı kəndi ərazisində görüşmüşlər. Həmişəki kimi o, yenə avtomobil ilə gəlmişdir. Onlar təsadüfən Şükürlü kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Onlar oğurluq etmək üçün əlverişli ev tapmaq üçün yolda ətrafa baxa-baxa getmişlər. Onlar Şükürlü kəndinə çatmışlar. Kənd ərazisində yerləşən bir evin qarşısında olarkən evdə heç bir işığın yanmadığını görmüşlər. Onlar ya ev sahibinin yatdığını, ya da ki, evdə heç kimin olmadığını ehtimal etmişlər. Kənan maşını evin yanında saxlamışdır. Həyət dəmir məftillərlə əhatə olunmuş və onlar dəmir məftillərdən həyətə daxil olmuşlar. Həyətə göz gəzdirdikdə tövlə olduğunu görmüşlər. Tövlənin qapısı açıq olmuşdur. Onlar tövləyə baxdıqda qaranlıqda qapının ağızında 2 baş xırda buynuzlu heyvanın olduğunu görmüşlər. Onlar tövləyə tam baxmamış və həmin xırda buynuzlu heyvanları köməkləşərək avtomobilin yük yerinə qoymuşlar. Bundan sonra Kənan həyətdə olan 1 ədəd aliminium qazanı da götürərək maşına qoymuşdur. Onlar oradan onun evinə yollanmışlar. Həmişə olduğu kimi oğurladıqlarını tövləyə yığmışlar. 19 noyabr 2022-ci il tarixdə, saat 10 radələrində Ocağlı kəndi ərazisində tanımadığı taksi sürücüsünü saxlatdıraraq Cəlilabad şəhərinə 2 baş xırda buynuzlu heyvan və 1 ədəd qazan aparmaq istədiyini bildirmişdir. Onlar zəhmət haqqı kimi 10 manata razılaşmışlar. Danışdığı tanımadığı taksi ilə oğurladıqlarını Cəlilabad şəhərində yerləşən “İran bazarı” adlanan əraziyə gətirmişdir. Həmin taksi sürücüsü gətirdiklərinin oğurluq olması barədə məlumatı olmamışdır. İran bazarında 2 baş xırda buynuzlu heyvanların tanımadığı bir şəxsə özünə məxsus olmasını bildirərək inandırmış və ümumilikdə 300 manat qarşılığında satmışdır. Bundan sonra qazanı isə tanımadığı şəxsə 10 manata satmışdır. Yaşadığı Ocağlı kəndinə qayıdaraq taksi pulunu çıxdıqdan sonra yerdə qalan 300 manat pulun 150 manatını Kənana vermişdir. 150 manatını isə özünə götürmüşdür. Bundan başqa 22 noyabr 2022-ci il tarixdə, saat 02 radələrində Kənanla oğurluq etmək məqsədi ilə Ocağlı kəndi ərazisində görüşmüşlər. Həmişəki kimi o, yenə avtomobil ilə gəlmişdir. Onlar təsadüfən Üçtəpə kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Onlar yolda ətrafa baxa-baxa getmişlər ki, bəlkə oğurluq etmək üçün əlverişli yer tapalar. Onlar Üçtəpə kəndinə çatmışlar. Kənd ərazisində yerləşən bir evin qarşısında olarkən evin dəmir məftillə əhatələndiyini görmüşlər. Onlar ya ev sahibinin yatdığını, ya da ki, evdə heç kimin olmadığını ehtimal etmişlər. Onlar dəmir məftillərdən həyətə daxil olmuşlar. Həyətdə avtomobil ehtiyat hissələrinin və su krantının olduğunu görmüşlər. Onlar həmin əşyaları daşıyaraq avtomobilə yığmışlar. Onların yaşadığı evə gəlmiş və əşyaları tövləyə yığmışlar. 23 noyabr 2022-ci il tarixdə, saat 07 radələrində Kənanın atası Müzəffərə zəng vuraraq Alar kəndinə metal qəbul edən Cavanşirə yük aparacağını bildirmişdir. Müzəffər onların evinə gəlmiş və həmin əşyaları avtomobilə qoymuşdur. Müzəffər əşyaların oğurluq olmasını bilməmişdir. Onlar Alar kəndində Cavanşirgilə gedərək həmin əşyaları ümumilikdə 80 manata satmışdır. Cavanşirə də həmin əşyaların özünə məxsus olduğunu, ehtiyacı olduğu üçün satdığını bildirərək onu inandırmışdır. Müzəffərlə kəndə qayıtmış və zəhmət haqqı kimi Müzəffərə 5 manat pul vermişdir. Həmin gün pulun 37 manatını Kənana vermiş, 38 manatını isə özünə götürmüşdür. Bundan başqa 25 noyabr 2022-ci il tarixdə, saat 01 radələrində Kənanla oğurluq etmək məqsədi ilə Ocağlı kəndi ərazisində görüşmüşlər. Həmişəki kimi o, yenə avtomobil ilə gəlmişdir. Onlar təsadüfən Üçtəpə kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Onlar oğurluq etmək üçün əlverişli ev tapmaq üçün yolda ətrafa baxabaxa getmişlər. Onlar Üçtəpə kəndinə çatmışlar. Kənd ərazisində yerləşən bir evin qarşısında olarkən evdə heç bir işığın yanmadığını görmüşlər. Onlar ya ev sahibinin yatdığını, ya da ki, evdə heç kimin olmadığını ehtimal etmişlər. Həyət dəmir məftillərlə əhatə olunmuşdur. Onlar dəmir məftillərdən həyətə daxil olmuşlar. Evin zirzəmisinin qapısı açıq olmuşdur. Onlar zirzəmiyə daxil olmuşlar. Zirzəmidən müxtəlif qabqacaqlar, 1 ədəd televizor, 1 ədəd xalça, 1 ədəd qaz balonu, 1 ədəd kömür samovarı, 4 ədəd aliminium su qabları olduğunu görmüşlər. Onlar həmin əşyaları avtomobilə yükləmişlər. Onlar oradan onun evinə yollanmışlar. Həmişə olduğu kimi oğurladıqlarını tövləyə yığmışlar. 25 noyabr 2022-ci il tarixdə, saat 10 radələrində Ocağlı kəndi ərazisində tanımadığı taksi sürücüsünü saxlatdıraraq Cəlilabad şəhərinə yük aparmaq istədiyini bildirmişdir. Onlar zəhmət haqqı kimi 10 manata razılaşmışlar. Danışdığı tanımadığı taksi ilə oğurladıqlarını Cəlilabad şəhərində yerləşən “İran bazarı” adlanan əraziyə gətirmişdir. Həmin taksi sürücüsü gətirdiklərinin oğurluq olması barədə məlumatı olmamışdır. İran bazarında həmin əşyaları tanımadığı ayrı-ayrı şəxslərə özünə məxsus olmasını bildirərək inandırmış və ümumilikdə 520 manat qarşılığında satmışdır. Bundan sonra yaşadığı Ocağlı kəndinə qayıdaraq taksi pulunu çıxdıqdan sonra yerdə qalan 510 manat pulun 255 manatını Kənana vermişdir. 255 manatını isə özünə götürmüşdür. Bundan başqa 26 noyabr 2022-ci il tarixdə, saat 03 radələrində Kənanla oğurluq etmək məqsədi ilə Ocağlı kəndi ərazisində görüşmüşlər. Həmişəki kimi o, yenə avtomobil ilə gəlmişdir. Onlar təsadüfən Adnalı kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Onlar yolda ətrafa baxa-baxa getmişlər ki, bəlkə oğurluq etmək üçün əlverişli yer tapalar. Onlar Adnalı kəndinə çatmışlar. Kənd ərazisində yerləşən bir evin yanından keçərkən qapısının açıq olduğunu müşahidə etmişlər. Onlar evin yanında avtomobili saxlamış və həyətə yaxınlaşmışlar. Müəyyən etdiyi qədəri ilə həyətdə yas mərasimi keçirilmişdir. Orada kömür samovarı olmuşdur. Onlar Kənanla həmin samovarı götürərək köməkləşib avtomobilə qoymuş və onun yaşadığı evə yollanmışlar. Eyni qaydada həmin samovarı tövlədə gizlətmişlər. 26 noyabr 2022ci il tarixdə, saat 07 radələrində Ocağlı kəndi ərazisində tanımadığı taksi sürücüsünü saxlatdıraraq Cəlilabad şəhərinə yük aparmaq istədiyini bildirmişdir. Onlar zəhmət haqqı kimi 10 manata razılaşmışlar. Danışdığı tanımadığı taksi ilə oğurladıqları samovarı Cəlilabad şəhərində yerləşən “İran bazarı” adlanan əraziyə gətirmişdir. Həmin taksi sürücüsü samovarın oğurluq olması barədə məlumatı olmamışdır. İran bazarında həmin samovarın tanımadığı şəxsə özünə məxsus olmasını bildirərək inandırmış və 200 manat qarşılığında satmışdır. Bundan sonra yaşadığı Ocağlı kəndinə qayıdaraq taksi pulunu çıxdıqdan sonra yerdə qalan 190 manat pulun 95 manatını Kənana vermişdir. 95 manatını isə özünə götürmüşdür. Bundan başqa 27 noyabr 2022-ci il tarixdə, saat 04 radələrində Kənanla oğurluq etmək məqsədi ilə Ocağlı kəndi ərazisində görüşmüşlər. Həmişəki kimi o, yenə avtomobil ilə gəlmişdir. Onlar təsadüfən Qarazəncir kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Onlar yolda ətrafa baxa-baxa getmişlər ki, bəlkə oğurluq etmək üçün əlverişli yer tapalar. Onlar Qarazəncir kəndinə çatmışlar. Kənd ərazisində yerləşən tikintisi davam etdirilən bir evin yanından keçərkən evdə yaşayış olmadığını müşahidə etmişlər. Onlar evin yanında avtomobili saxlamış və həyətə yaxınlaşmışlar. Evin ətrafı açıq olmuşdur. Evin qapı-pəncərəsi bağlı olmuşdur. 1 nəfəslik yeri isə boş olmuşdur. Kənan həmin yerdən evə daxil olmuşdur. Sonra isə pəncərələrdən birini açmış və o da evə daxil olmuşdur. Onlar evin 1-ci mərtəbəsindən 1 ədəd aliminium su qabı, su qabının içərisində top şəklində elektrik naqili, 2 ədəd kəlbətin, evin 2-ci mərtəbəsindən isə 1 ədəd elektrik tənzimləyicisini oğurlamışlar. O, pəncərədən həyətə çıxmışdır. Həmin əşyaları pəncərədən Kənan ona vermiş və hamısını yerə yığmışdır. Sonra Kənan pəncərəni içəridən bağlayaraq nəfəslikdən çölə çıxmışdır. Birlikdə oğurladıqları əşyaları köməkləşərək avtomobilə qoymuş və onun yaşadığı evə yollanmışlar. Eyni qaydada həmin əşyaları tövlədə gizlətmişlər. 27 noyabr 2022-ci il tarixdə, saat 07 radələrində Ocağlı kəndi ərazisində tanımadığı taksi sürücüsünü saxlatdıraraq Cəlilabad şəhərinə yük aparmaq istədiyini bildirmişdir. Onlar zəhmət haqqı kimi 10 manata razılaşmışlar. Danışdığı tanımadığı taksi ilə oğurladıqları əşyaları Cəlilabad şəhərində yerləşən “İran bazarı” adlanan əraziyə gətirmişdir. Həmin taksi sürücüsünün əşyaların oğurluq olması barədə məlumatı olmamışdır. İran bazarında həmin əşyaları tanımadığı ayrıayrı şəxslərə özünə məxsus olmasını bildirərək inandırmış və ümumilikdə 210 manat qarşılığında satmışdır. Bundan sonra yaşadığı Ocağlı kəndinə qayıdaraq taksi pulunu çıxdıqdan sonra yerdə qalan 200 manat pulun 100 manatını Kənana vermişdir. 100 manatını isə özünə götürmüşdür. Bundan başqa 29 noyabr 2022-ci il tarixdə, saat 02 radələrində Kənanla oğurluq etmək məqsədi ilə Ocağlı kəndi ərazisində görüşmüşlər. Həmişəki kimi o, yenə avtomobil ilə gəlmişdir. Onlar təsadüfən Əliqasımlı kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Onlar yolda ətrafa baxa-baxa getmişlər ki, bəlkə oğurluq etmək üçün əlverişli yer tapalar. Onlar Əliqasımlı kəndinə çatmışlar. Kənd ərazisində yerləşən bir evin yanından keçərkən həyətin dəmir məftillə örtüldüyünü müşahidə etmişlər. Onlar evin yanında avtomobili saxlamış və həyətə yaxınlaşmışlar. Dəmir məftillərdən həyətə daxil olmuşlar. Evin zirzəmisinin qapısı açıq olmuşdur. Onlar zirzəmidən 1 ədəd qaynaq aparatı, 1 ədəd laqonda və 1 ədəd direl oğurlamışlar. O, qaynaq aparatını, Kənan isə laqonda və direli avtomobilə qoymuşdur. Sonra onun yaşadığı evə yollanmışlar. Aralarında olan razılaşmaya əsasən qaynaq aparatını o götürmüşdür. Laqonda və direli isə Kənan özü ilə aparmışdır. 30 noyabr 2022-ci il tarixdə, saat 15 radələrində yaşadığı küçəyə tanımadığı metal yığan gəlmişdir. O, ona qaynaq aparatının özünə məxsus olmasını, puldan ehtiyacı olduğu üçün satdığını bildirərək 100 manata satmışdır. Bundan başqa 30 noyabr 2022-ci il tarixdə, saat 02 radələrində Kənanla oğurluq etmək məqsədi ilə Ocağlı kəndi ərazisində görüşmüşlər. Həmişəki kimi o, yenə avtomobil ilə gəlmişdir. Onlar təsadüfən Üçtəpə kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Onlar yolda ətrafa baxa-baxa getmişlər ki, bəlkə oğurluq etmək üçün əlverişli yer tapalar. Onlar Üçtəpə kəndinə çatmışlar. Kənd ərazisində 1 ədəd traktorun küçədə dayandığını görmüşlər. Onlar həmin traktorun 2 akkumlyatoru olduğunu müşahidə etmişlər. Onlar həmin akkumlyatorları oğurlamaq qərarına gəlmişlər. Bunun üçün onları Kənanla sökərək avtomobilə qoymuşlar və onun yaşadığı evə yollanmışlar. Eyni qaydada həmin əşyaları tövlədə gizlətmişlər. 30 noyabr 2022-ci il tarixdə, saat 11 radələrində yaşadığı küçəyə səyyar metal qəbul edən tanımadığı şəxs avtomobili ilə gəlmişdir. O, həmin şəxsə 2 ədəd akkumlyator satdığını bildirmişdir. Həmçinin ona akkumlyatorların özünə məxsus olduğunu, puldan ehtiyacı olduğu üçün satdığını deyərək inandırmışdır. Həmin şəxs akkumlyatorları ondan almış və qarşılığında ümumilikdə ona 230 manat pul vermişdir. Həmin gün pulun 115 manatını Kənana vermişdir, 115 manatını isə özünə götürmüşdür. Hazırda əməlindən səmimi peşmandır. Ailədə yeganə qazanc gətirən şəxsdir. Tərəfindən zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs12 dəymiş ziyan qismən, digər zərərçəkmiş şəxslərə dəymiş ziyan isə tam şəkildə ödənilmişdir. Zərərçəkmiş şəxslərin ondan şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Əliqasımlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. İşlətmədiyi əşyaları yaşadığı evin zirzəmisində saxlayır. xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində yaşadığı evdə olmuşdur. Təsərrüfat işləri ilə əlaqədar evin zirzəmisinə düşmüş və zirzəmiyə qoyduğu 1 ədəd laqonda, 1 ədəd kiçik qaynaq aparatı və 1 ədəd direlin yerində olmadığını görmüşdür. Ailə üzvlərindən həmin əşyaları götürüb-götürmədiklərini dəqiqləşdirmiş və bundan sonra ona məlum olmuşdur ki, yaşadığı evin zirzəmisindən oğurluq olmuşdur. O, 1 ədəd “Zubr” markalı laqondanı 120 manata, 1 ədəd kiçik qaynaq aparatını 250 manata və 1 ədəd “Skom” markalı direli isə 60 manata almışdır. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 430 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsləri bağışlamış və onlarla barışmışdır. Təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Şükürlü kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, X4 tanımır. Onunla aralarında heç bir ədavət və düşmənçiliyi yoxdur. Özü Cəlilabad şəhəri, Xətai küçəsində qaynaq işi ilə məşğuldur. Həmçinin köhnə samovarları təmir edir. Təxminən 10 il əvvəl hər biri 40 litr tutumlu, 400 manat dəyərində olmaqla 3 ədəd kömür smaovarı almışdır. Samovarları aldığı vaxtdan da tanışı Şahid4 icarəyə vermişdir. Saməddin hər üç samovara görə aralarında olan şifahi razılığa əsasən ona ayda ümumi olaraq 70 manat pul ödəyir. Saməddin isə yas mərasimləri üçün icarəyə məclis çadırları verir. Onun 3 ədəd məclis çadırı var və hər çadır üçün 1 samovar işlədir. 26 noyabr 2022-ci il tarixdə Saməddin ona zəng vuraraq, Cəlilabad rayonu, Adnalı kəndində icarəyə verdiyi məclis çadırından ona məxsus olan 1 ədəd samovarın naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsləri bağışlamış və onlarla barışmışdır. Təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Üçtəpə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Özünə məxsus BOREX 2106 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin nəqliyyat vasitəsini hər gün yaşadığı Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinin qarşısında küçədə saxlayır. xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində küçədə traktora yaxınlaşmış, işə salmaq istəyərkən traktor işə düşməmişdir. O, akkumlyatora baxmış və akkumlyatorun yerində olmadığını görmüşdür. Onun avtomobili 2 ədəd akkumlyatorla işləmişdir. Həmin akkumlyatorlar “Bars” markalı, 100 vatt gücündə, qara rəngli, 1 ədədi 275 manat dəyərində olmuşdur. Onları təxminən 1 il əvvəl almışdır. Şəxsi işləri ilə əlaqədar bu barədə polisə məlumat verməyə imkanı olmamışdır. xx.xx.2022-ci il tarixdə bu barədə Cəlilabad RPŞ-yə müraciət etmişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 550 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsləri bağışlamış və onlarla barışmışdır. Təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Üçtəpə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı həyətdə ona məxsus iki ev var və həmin evlər yan-yanadır. Həmin evlərdən biri nisbətən böyük, digəri isə kiçikdir. Həyat yoldaşı ilə ikisi rahat olduğu üçün kiçik evdə yaşamışlar. Evlərinə qonaq gəldikdə böyük evdə qalmışlar. Bütün istifadə etmədikləri əşyaları böyük evin zirzəmisində saxlamışlar. 25 noyabr 2022-ci il tarixdə, saat 10 radələrində zirzəmidən bir ədəd televizor və qabqacaqların oğurlandığını görüb bu barədə polisə məlumat vermiş, lakin sonradan başqa əşyaların da oğurlandığını aşkar etmişdir. İlk dəfə həyəcanlı olduğu üçün oğurlanmış əşyaların dəyərini və hansı əşyaların oğurlandığını dəqiq müəyyən edə bilməmişdir. Sonradan zirzəmiyə göz gəzdirdikdə zirzəmidən 1 ədədi 50 manat olan 6 ədəd gümüş qaşıq, 280 manat dəyərində 80 sm dioqnalı olan “Vestel” markalı televizor, 1 ədəd 2 metr dioqnalı olan 80 manat dəyərində xalça, 120 manat dəyərində 12 nəfərlik qonaq seti, 1 ədədi 2 manat olan 12 ədəd kasa, diametri 1 metr olan 1 ədədi 50 manat dəyərində 6 ədəd aliminium qazan, 1 ədəd 20 manat dəyərində qaz balonu, 1 ədəd 5 litrlik 150 manat dəyərində kömür smovarı, 1 ədədi 10 manat dəyərində 5 litrlik 4 ədəd aliminium su qabının oğurlandığını aşkar etmişdir. Qeyd etdiyi bütün əşyaları o almış və ona məxsus olmuşdur. Oğurluq nəticəsində ona ümumilikdə 1314 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsləri bağışlamış və onlarla barışmışdır. Təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Bayxanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Kənd ərazisində yerləşən “Əbülfəz” məscidinin gözətçisidir. Onun evi məscidə yaxın ərazidə yerləşdiyi üçün pulsuz olaraq həmin məscidə nəzarət edir. xx.xx.2022-ci il tarixdə, saat 06 radələrində sübh namazı üçün məscidə getmişdir. Məscidin yan hissəsində saxlanc yeri var. Məscidə aid olan əşyalar orada saxlanılır. Ümumilikdə orada 2 ədəd samovar olmuşdur. Həmin samovarların biri saxlanc yerinə daxil olan kimi görünmüşdür. Digəri isə başqa əşyaların yanında olduğu üçün görünməmişdir. O, içəri girəndə girişdəki samovarın yerində olmadığını görmüşdür. Məscidin qapıları kənd sakinlərinə görə daima açıq olduğu üçün samovarı kiminsə götürdüyünü, xəbəri çıxacağını düşünmüşdür. Həmin gün axşamçağı samovardan xəbər çıxmadığı üçün oğurluq baş verdiyini anlamış və bu barədə polisə məlumat vermişdir. Həmin 50 litr tutumunda olan kömür samovarını bir neçə il əvvəl 700 manata almışdır. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 700 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsləri bağışlamış və onlarla barışmışdır. Təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Şükürlü kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı evin həyətində tövlə var. Həmin tövlənin içərisində ona məxsus 10 baş xırda buynuzlu heyvan saxlamışdır. xx.xx.2022-ci il tarixdə, saat 07 radələrində yaşadığı evdə yuxudan oyanmış və həyətə düşmüşdür. Tövləyə yaxınlaşdıqda xırda buynuzlu heyvanın 2 başının olmadığını görmüşdür. Sonra həyətə diqqət yetirdikdə 1 ədəd aliminium qazanın da olmadığını görmüşdür. Bundan sonra ona məlum olmuşdur ki, yaşadığı evin həyətindən oğurluq olmuşdur. O dimaetri 0,5 metr olan alminium qazanı 80 manata, xırda buynuzlu heyvanların birini 200 manata almışdır. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 480 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsləri bağışlamış və onlarla barışmışdır. Təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qisminədə dindirilmiş Zərərçəkmiş şəxs7 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Qarazəncir kəndində ailə üzvləri ilə birlikdə kirayə evdə yaşayır. Özünə Qarazəncir kənd ərazisində ev tikmişdir. Bir neçə ildir ki, həmin evdə təmir işləri gedir. Onun maddi vəziyyəti yaxşı olmadığı üçün təmir işlərini pulu olandan-olana gördürür. Həmin evdə mütəmadi olaraq təmir işləri görüldüyündən içərisində müxtəlif əşyalar olur. Təxminən axırıncı dəfə həmin evdə 2022-ci ilin noyabr ayında olmuşdur. 11 dekabr 2022-ci il tarixdə ona məxsus olan sözügedən evə getmiş və içərisinə daxil olduqda bir neçə əşyanın olmadığını görmüşdür. Ətrafa göz gəzdirdikdən sonra oğurluq baş verdiyini anlamış və bu barədə polisə məlumat vermişdir. Evin 1-ci mərtəbəsinə baxdıqda 30 litr həcmində, 50 manat dəyərində aliminium materialında su bidonu, həmin bidonun içərisində 1 metri 1 manat olan 200 metr uzunluğunda, 3 sm diametrində mis elektrik naqili və hər biri 5 manat olan 2 ədəd kəlbətinin, evin 2-ci mərtəbəsində isə 190 manat dəyərində 5000 vatlıq elektrik tənzimləyicisinin oğurlandığını görmüşdür. Oğurluq nəticəsində ona ümumilikdə 450 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsləri bağışlamış və onlarla barışmışdır. Təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Günəşli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 16 noyabr 2022-ci il tarixdə, saat 18 radələrində yaşadığı evin yaxınlığında təsərrüfat işləri ilə məşğul olmuşdur. Həmin vaxt həyat yoldaşı isə evdə olmuşdur. O, təxminən saat 19 radələrində evə qayıtdıqda həyat yoldaşı Nərminə ona aşağıdan bir neçə dəqiqə əvvəl səs gəldiyini bildirmişdir. O isə yəqin ki, küləyin qapını çırpdığını, onun səsi olduğunu bildirmişdir. Onlar həmin gün evdə olmuşlar. 17 noyabr 2022-ci il tarixdə, saat 09 radələrində yuxudan oyanıb həyətə çıxmışdır. Həyətdə olan yardımçı tikilinin və evin qapısının açıq olduğunu görmüşdür. Ətraflı göz gəzdirdikdən sonra oğurluq baş verdiyini görmüşdür. Yardımçı tikilidən 200 manat dəyərində 1 ədəd 7 litrlik kömür samovarı oğurlanmışdır. Yaşadıqları evin birinci mərtəbəsindən isə 200 manat dəyərində 1 ədəd 5 litrlik elektrik smovarı, 1 ədədi 50 manat olmaqla 2 ədəd istifadə etmədiyi “Marks” markalı hidrofor motoru, 5 manat dəyərində 1 ədəd velosiped nasosu və 1 ədəd 30 manat dəyərində dairəvi, diametri 1 metr olan aliminium qazan oğurlanmışdır. Qeyd etdiyi bütün əşyalar ona məxsus olmuşdur. Oğurluq nəticəsində ona ümumilikdə 535 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsləri bağışlamış və onlarla barışmışdır. Təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Üçtəpə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində yaşadığı evdə yuxudan oyanmış və həyətə düşmüşdür. Yaşadığı evin həyətində yardımçı tikili olmuşdur. Həmin tikilinin qarşısına o, 1 ədəd “Qaz 53” markalı su maşını üçün nəzərdə tutulan su kranı, 1 ədəd “Qaz 53” markalı avtomobilin dinamo və starterini qoymuşdur. Qeyd etdiyi əşyaların yerində olmadığını görmüşdür. Həmin əşyaların ailə üzvləri tərəfindən götürülüb-götürülmədiyini dəqiqləşdirmiş və məlum olmuşdur ki, onların xəbəri yoxdur. Onlar da həmin əşyalardan məlumatlarının olmadıqlarını bildirmişlər. Bundan sonra ona məlum olmuşdur ki, yaşadığı evin həyətindən oğurluq olmuşdur. O, bir müddət əvvəl qeyd etdiyi su kranını 130 manata, dinamonu 120 manata və starteri 220 manata almışdır. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 470 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsləri bağışlamış və onlarla barışmışdır. Təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Alar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, evlərdə usta işləməklə ailəsinin dolanışığını təmin edir. Təxminən 6 aya yaxındır ki, həmkəndlisi Sadiqin evində usta kimi işləyir. Həmin evdə yaşayış yoxdur və açarları da onda olur. O, gün ərzində işlərini bitirdikdən sonra bütün ləvazimatlarını həmin evin içərisinə yığıb qapıları bağlayıb yaşadığı evə gedir. Səhər də yenidən gəlib işlərini görür. 20 oktyabr 2022-ci il tarixdə, səhər saatlarında həmişəki kimi həmin evə getmişdir. Açarla qapıları açıb evə daxil olmuşdur. İşlərini görmək üçün üçüncü mərtəbədə yerə qoyduğu laqondanı götürmək istəmişdir. İki laqonda və bir direl qoyduğu yerdə olmamışdır. Sonra ətrafa göz gəzdirdikdə evin birinci mərtəbəsində sol yan tərəfdə olan pəncərənin açıq olduğunu görmüşdür. Sonra isə evin elektrik naqillərinin olmadığını görmüş və oğurluq baş verdiyini başa düşmüşdür. Sadiq ölkə daxilində olmadığı üçün onun qardaşı Əhədə zəng vuraraq bu barədə məlumat vermişdir. Oğurluq nəticəsində Sadiqə məxsus elektrik naqilləri ilə yanaşı ona məxsus 400 manat dəyərində bir ədəd “Bosch” markalı, 230-luq, 100 manat dəyərində “Makita” markalı, 230-luq bir ədəd laqonda və 100 manat dəyərində bir ədəd “Almaz” markalı direl oğurlanmışdır. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsləri bağışlamış və onlarla barışmışdır. Təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Ocağlı kəndində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə qeydiyyatda olsa da, təxminən 20 ilə yaxındır ki, ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayırlar. İl ərzində 3-4 dəfə Cəlilabad rayonuna gəlir və hər gələndə Ocağlı kəndindəki evinə gedib baş çəkir. Sonuncu dəfə 26 sentyabr 2022-ci il tarixdə şəxsi işi ilə əlaqədar Cəlilabad rayonuna gəlmişdir. İki gün qaldıqdan sonra o, yenidən Bakı şəhərinə qayıtmışdır. 29 oktyabr 2022-ci il tarixdə yenidən Cəlilabad rayonuna gəlmişdir. Təxminən saat 23 radələrində Ocağlı kəndindəki evə getmişdir. Evə daxil olduqdan sonra evin dağınıq olduğunu görmüşdür. Evə göz gəzdirdikdə evdən oğurluq olduğunu müəyyən etmiş və bu barədə polisə məlumat vermişdir. İlk dəfə həyəcanlı olduğu üçün oğurlanmış əşyaların dəyərini və hansı əşyaların oğurlandığını dəqiq müəyyən edə bilməmişdir. Sonradan diqqətlə evə baxdıqdan sonra oğlu Adəmin yataq otağından Kaşmir markalı, 6 metr uzunluğunda, 4 metr enində, 1 ədədi 600 manat olan 2 ədəd xalça, öz yataq otağından diametri 1 metr olan 1 ədədi 50 manat dəyərində 4 ədəd aliminium qazan və 1500 manat dəyərində markalarını xatırlamadığı müxtəlif növ uşaq paltarları və qadın iç geyimlərinin oğurlandığını görmüşdür. O, bir müddət əvvəl Bakı şəhərində icarəyə paltar dükanı açmışdır. Həmin dükan bağlandığı üçün içərisində ona məxsus olan malları Bakı şəhərindəki evində yer olmadığından Ocağlı kəndindəki evinə qoymuşdur. Oğurlanmış paltarlar həmin paltarlar olmuşdur. Qeyd etdiyi bütün əşyaları o almış və ona məxsus olmuşdur. Oğurluq nəticəsində ona ümumilikdə 2900 manat maddi ziyan dəymişdir. Həmin ziyandan Təqsirləndirilən şəxs1 tərəfindən 1450 manat, Təqsirləndirilən şəxs2 tərəfindən isə 450 manat ödənilmişdir. Təqsirləndirilən şəxs1 şikayət və tələbi yoxdur. Onu bağışlamış və onunla barışmışdır. Ona dəymiş maddi ziyanın qalan hissəsini Təqsirləndirilən şəxs2 tələb edir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qisminədə dindirilmiş Zərərçəkmiş şəxs12 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Alar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, Cəlilabad rayonu, Alar kəndi ərazisində özü üçün fərdi yaşayış evi tikdirmişdir. Təmiri tam qurtarmadığı üçün həmin evə köçməmişdir. Evin elektrik sistemini isə 2022-ci ilin avqust ayında çəkdirmişdir. Ümumi evə elektrik naqillərini çəkdirməyinə 7036 manat pulu çıxmışdır. Hal-hazırda da həmin evdə təmir işləri gedir. Şəxsi işi ilə əlaqədar 19 oktyabr 2022-ci il tarixdə ölkə xaricində olmuşdur. Təmir işlərinə isə qardaşı Əhəd nəzarət etmişdir. O, ölkə xaricində olarkən qardaşı Əhəd onun mobil telefonuna zəng vuraraq tikdirdiyi evdə oğurluq baş verdiyini bildirmişdir. 20 oktyabr 2022-ci il tarixdə gecə saatlarında Azərbaycan Respublikasına qayıtmışdır. Ona məlum olmuşdur ki, 19 oktyabr 2022-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixə keçən gecə ona məxsus olan fərdi yaşayış evindən oğurluq hadisəsi baş vermişdir. Evə baxdıqdan sonra ona məxsus evdən “Altun” firmasına məxsus 1 topu 110 manat dəyərində 18 top 4-lük elektrik naqili, 1 topu 80 manat dəyərində 14 top 2.5-lik elektrik naqili, 1 topu 80 manat dəyərində 5 top televizor kabeli, 1 topu 50 manat dəyərində 16 top 18-lik yanmayan xortum, 1 topu 30 manat dəyərində 4 top 20-lik sadə xortum, 1 topu 25 manat dəyərində 2 top 18-lik sadə xortum, 1 metri 6 manat dəyərində 40 metr 16-lıq yanmayan kabel, 1 topu 5 manat dəyərində 18 top 18-lik skop, 1 kisəsi 6 manat dəyərində 6 kisə 40 kq-lıq gips, 1 metri 5 manat dəyərində 40 metr 6-lıq zazemleynya oğurlanmaqla ona 5036 manat maddi ziyan dəymişdir. Oğurluq barəsində qardaşı Əhəd polisə məlumat vermişdir. O da sonradan Cəlilabad RPŞ-nə ərizə ilə müraciət etmişdir. İttiham üzrə müəyyən edilmiş ziyandan Təqsirləndirilən şəxs1 özünə aid olan hissəsini tam ödəmiş, Təqsirləndirilən şəxs2 tərəfindən isə 1450 manatı ödənilmiş, qalan hissəsi isə ödənilməmişdir. Təqsirləndirilən şəxs1 şikayət və tələbi yoxdur. Qalan 1050 manat ziyanı Təqsirləndirilən şəxs2 tələb edir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Ocağlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi qaydada sərnişin daşıma fəaliyyəti ilə məşğul olub, ailəsinin dolanışığını təmin edir. Gündüzlər o işləyir, axşamlar isə oğlu Kənan avtomobili götürərək sərnişin daşıma ilə məşğul olur. 20 oktyabr 2022-ci il tarixdə, saat 07 radələrində Taleh ona zəng vuraraq, Alar kəndində metal yığan Cavanşirə yük aparmaq lazım olduğunu bildirmişdir. O da onunla razılaşaraq onun yaşadığı evə getmişdir. Taleh mis ərimişini onun avtomobilinə qoymuş və onlar Alar kəndində yaşadığı evdə metal qəbul edən Cavanşirin evinə getmişlər. Orada Talehin misi neçəyə satdığını, neçə kiloqram olduğunu bilməmişdir. Taleh misi satdıqdan sonra Ocağlı kəndinə onun yaşadığı evə qayıtmışlar və ona zəhmət haqqı kimi Taleh 5 manat pul vermişdir. Bundan başqa 23 noyabr 2022-ci il tarixdə, saat 07 radələrində Taleh ona zəng vuraraq, yenə də Alar kəndində metal yığan Cavanşirə yük aparmaq lazım olduğunu bildirmişdir. O da onunla razılaşaraq onun yaşadığı evə getmişdir. Taleh avtomobilin yük yerinə müxtəlif əşyalar qoymuş və onlar Alar kəndində yaşadığı evdə metal qəbul edən Cavanşirin evinə getmişlər. Orada Talehin əşyaları neçiyə satdığını, nə olduğunu bilməmişdir. Taleh əşyaları satdıqdan sonra Ocağlı kəndinə onun yaşadığı evə qayıtmışlar və ona zəhmət haqqı kimi Taleh 5 manat pul vermişdir. O, həmin əşyaların oğurluq olduğunu bilməmişdir. Bu barədə məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Alar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı evdə metal yığıb satmaqla ailəsinin dolanışığını təmin edir. Cəlilabad rayonu, Ocağlı kəndində Taleh adlı şəxsi tanıyır. O, bir neçə dəfə ona müxtəlif metal əşyaları satmışdır. O, hər dəfə əşyaları alarkən qarşılığında pul verərək almışdır. Hər dəfə də ondan metal qəbul edərkən, əşyaların oğurluq-olmadığını Talehdən soruşmuşdur. Hər soruşduqda Taleh ona həmin əşyaların oğurluq olmadığını deyərək onu inandırmışdır. Sonradan ona məlum olmuşdur ki, Taleh ona satdığı əşyaları müxtəlif ünvanlardan oğurlayaraq ona satmışdır. Taleh ümumilikdə ona 2-3 dəfə olmaqla ayrı-ayrı vaxtlarda, müxtəlif əşyalar satmışdır. Ondan nə almağını, ona nə qədər pul verməyini xatırlamır. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Ocağlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Cəlilabad rayonu, Ocağlı kəndində usta kimi işləyib, ailəsinin dolanışığını təmin edir. Təqsirləndirilən şəxs2 onun həm həmkəndlisi, həm də qohumudur. Onunla aralarında heç bir ədavət və düşmənçiliyi yoxdur. 2022-ci ilin oktyabr ayının sonlarında ona işləri ilə əlaqədar laqonda lazım olmuşdur. Taleh ona kənd ərazisində onda laqonda olduğunu, ona müvəqqəti işlətmək üçün verə biləcəyini bildirmişdir. Həmçinin laqondanı ona tanışının pay verdiyini bildirmişdir. O, laqondanı Talehdən alıb bir müddət işlətmişdir. Təxminən 10 gün üstündən keçmişdir ki, Taleh ona istəsə həmin laqondanı 30 manata satdığını bildirmişdir. O da onunla razılaşaraq, ona 30 manat pul vermiş və laqonda birdəfəlik ona qalmışdır. Polis əməkdaşları onu Cəlilabad RPŞ-yə dəvət edərkən, Talehin ona satdığı laqondanın oğurluq olduğunu öyrənmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Ocağlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Cəlilabad rayonu, Alar kəndində yerləşən mebel sexində usta kimi işləyib, ailəsinin dolanışığını təmin edir. Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir. Onunla aralarında heç bir ədavət və düşmənçiliyi yoxdur. O, bir neçə müddətdir ki, kənd ərazisində işlənmiş usta ləvazimatları axtarmışdır. O, 2022-ci ilin əvvəllərində kənd ərazisində Kənanın işlənmiş laqonda və direl satdığını eşitmişdir. O, ona zəng vuraraq almaq istədiyini, ləvazimatlara baxmaq istədiyini və evdə olduğunu bildirmişdir. Bir neçə dəqiqə sonra Kənan idarə etdiyi avtomobil ilə onun yaşadığı evə gəlmiş, laqondalar və direlləri özü ilə gətirmişdir. Kənan ona iki laqonda və iki direl göstərmişdir. O, Kənana həmin əşyaların oğurluq olub-olmamasını soruşmuşdur. Kənan ona heç bir problem olmayacağını, həmin əşyaların oğurluq olmadığına inandırmışdır. O da Kənana inanmış və aldığı əşyaların qiymətini 60 manata razılaşmışlar. Həmçinin Kənana 5-6 gün sonra maaşını aldıqdan sonra pulunu verəcəyini bildirmişdir. Kənan da onunla razılaşmışdır. O, Kənana 60 manat pulu ödəməmişdən əvvəl polis əməkdaşları onu Cəlilabad RPŞ-yə dəvət edərkən, Kənanın ona satdığı əşyaların oğurluq olduğunu öyrənmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, yas mərasimlərinə kirayə çadırlar verərək, ailəsinin dolanışığını təmin edir. Həmin çadırların içərisinə qab-qacaq və samovar da daxildir. Ayrı-ayrı onun 3 çadırı var. Hər 3 çadır üçün istifadə etdiyi 3 ədəd kömür samovarlarını aralarında olan şifahi razılığa əsasən Cəlilabad şəhər sakini Zərərçəkmiş şəxs2 icarəyə götürmüşdür. Samovarlar üçün Asifə ümumilikdə ayda 70 manat pul ödəmişdir. 25 noyabr 2022-ci il tarixdə əvvəlcədən tanımadığı Nəsrullah adlı şəxsin həyətində 40 mərasimi ilə əlaqədar çadır qurmuşlar. O, çadırı və içindəki əşyaları ona 1 günlük icarəyə vermişdir. Həmçinin onlara verdiyi bütün əşyaları dəftərdə qeydiyyat aparmaqla təhvil vermişdir. 26 noyabr 2022-ci il tarixdə ona məlum olmuşdur ki, Adnalı kəndində qurduğu çadırdan 1 ədəd kömür samovarını naməlum şəxs və ya şəxslər oğurlamışlar. Həmçinin Nəsrullah bu barədə Cəlilabad RPŞ-yə də məlumat verdiyini bildirmişdir. Həmin oğurlanmış kömür samovarı Zərərçəkmiş şəxs2 məxsus olmuşdur. O, Asifdən samovarı icarəyə götürmüşdür. İş materiallarında olan 29 dekabr 2022-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Şahid3 “Zubr və “Makita” markalı elektrikli mişar (laqonda), “Skom” və “Almaz” markalı elektrikli vintaçan (direl) götürülmüşdür. İş materiallarında olan 01 yanvar 2023-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Şahid2 1 ədəd “Bosch” markalı elektrikli mişar (laqonda) götürülmüşdür. İş materiallarında olan 02 yanvar 2023-cü il tarixli əşyanın tanınmasının aparılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ona təqdim olunan əşyalar içərisində özünə məxsus oğurlanmış “Zubr” markalı elektrikli mişarı (laqonda) və “Skom” markalı elektrikli vintaçanı (direl) tanımış və həmin əşyalar maddi sübut kimi tanındıqdan sonra saxlanılması üçün sahibinə qaytarılmışdır. İş materiallarında olan 03 yanvar 2023-cü il tarixli əşyanın tanınmasının aparılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs11 ona təqdim olunan əşyalar içərisində özünə məxsus oğurlanmış “Bosch” markalı elektrikli mişarı (laqonda), “Makita” markalı elektrikli mişarını (laqonda) və “Almaz” markalı elektrikli vintaçanı (direl) tanımış və həmin əşyalar maddi sübut kimi tanındıqdan sonra saxlanılması üçün sahibinə qaytarılmışdır. İş materiallarında olan 08 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Cəlilabad rayonu, Şükürlü kəndində yerləşən Zərərçəkmiş şəxs6 məxsus fərdi yaşayış evində törətmiş olduqları oğurluq hadisəsi ilə bağlı istintaqa verdikləri ifadələri ilə hadisə yerində vermiş olduğu ifadələri uyğunluq təşkil etmişdir. İş materiallarında olan 08 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən Zərərçəkmiş şəxs10 məxsus fərdi yaşayış evində törətmiş olduqları oğurluq hadisəsi ilə bağlı istintaqa verdikləri ifadələri ilə hadisə yerində vermiş olduğu ifadələri uyğunluq təşkil etmişdir. İş materiallarında olan 08 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evində törətmiş olduqları oğurluq hadisəsi ilə bağlı istintaqa verdikləri ifadələri ilə hadisə yerində vermiş olduğu ifadələri uyğunluq təşkil etmişdir. İş materiallarında olan 08 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Cəlilabad rayonu, Günəşli kəndində yerləşən Zərərçəkmiş şəxs9 məxsus fərdi yaşayış evində törətmiş olduqları oğurluq hadisəsi ilə bağlı istintaqa verdikləri ifadələri ilə hadisə yerində vermiş olduğu ifadələri uyğunluq təşkil etmişdir. İş materiallarında olan 09 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən Zərərçəkmiş şəxs3 yaşadığı fərdi yaşayış evində törətmiş olduqları oğurluq hadisəsi ilə bağlı istintaqa verdikləri ifadələri ilə hadisə yerində vermiş olduğu ifadələri uyğunluq təşkil etmişdir. İş materiallarında olan 09 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Cəlilabad rayonu, Əliqasımlı kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evində törətmiş olduqları oğurluq hadisəsi ilə bağlı istintaqa verdikləri ifadələri ilə hadisə yerində vermiş olduğu ifadələri uyğunluq təşkil etmişdir. İş materiallarında olan 09 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Cəlilabad rayonu, Ocağlı kəndində yerləşən Zərərçəkmiş şəxs8 məxsus fərdi yaşayış evində törətmiş olduqları oğurluq hadisəsi ilə bağlı istintaqa verdikləri ifadələri ilə hadisə yerində vermiş olduğu ifadələri uyğunluq təşkil etmişdir. İş materiallarında olan 09 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən Zərərçəkmiş şəxs7 məxsus fərdi yaşayış evində törətmiş olduqları oğurluq hadisəsi ilə bağlı istintaqa verdikləri ifadələri ilə hadisə yerində vermiş olduğu ifadələri uyğunluq təşkil etmişdir. İş materiallarında olan 09 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Cəlilabad rayonu, Alar kəndində yerləşən Zərərçəkmiş şəxs12 məxsus fərdi yaşayış evində törətmiş olduqları oğurluq hadisəsi ilə bağlı istintaqa verdikləri ifadələri ilə hadisə yerində vermiş olduğu ifadələri uyğunluq təşkil etmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Əhmədov X5 rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü il maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.5-ci bəndi tətbiq edilərək Təqsirləndirilən şəxs2 həmin hökmlə ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən azad edilmiş və həmin qərarın 7-ci bəndinə əsasən məhkumluğu üzərindən götürülmüşdür. İşdə olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 2 (iki) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmasının əvvəli 11 dekabr 2022-ci ildən hesablanmışdır. İşdə olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmasının əvvəli 11 dekabr 2022-ci ildən hesablanmışdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilmiş və məhkəmə zalından həbsdən azad edilmişlər. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad olunan cinayəti törətmələri tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad olunan cinayəti törətməkdə təqsirlərinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və buna görə də onlara təqsirli bilindikləri maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərə dəymiş ziyanı ona aid hissədə tam şəkildə ödənilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdarılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Məhkəmə Təqsirləndirilən şəxs2 iş üzrə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs8 dəymiş ziyanı qismən, digər zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini, əməlindən səmimi peşman olmasını, ziyanı tam ödənilmiş zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitidən təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdarılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş üzrə maddi sübut olan «Bosch» və «Makita» markalı elektrikli mişarların (laqonda), «Almaz» markalı elektrikli vintaçanın (direl) ibtidai istintaq zamanı qanuni sahibi Zərərçəkmiş şəxs11 və «Zbur» markalı elektrikli mişarın (laqonda), «Skom» markalı elektrikli vintaçanın (direl) qanuni sahibi X6 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs8 dəymiş ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384–cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə 11 dekabr 2022-ci ildən 15 mart 2023-cü il tarixədək həbsdə qaldığı 3 (üç) ay 4 (dörd) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 6 (altı) ay 8 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində 01 (bir) il 5 (beş) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs1 üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad rayonunun Ocağlı kəndində yerləşən evi tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə 11dekabr 2022-ci ildən 15 mart 2023-cü il tarixədək həbsdə qaldığı 3 (üç) ay 4 (dörd) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 6 (altı) ay 8 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs2 üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad rayonunun Ocağlı kəndində yerləşən evi tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olan «Bosch» və «Makita» markalı elektrikli mişarların (laqonda), «Almaz» markalı elektrikli vintaçanın (direl) ibtidai istintaq zamanı qanuni sahibi Zərərçəkmiş şəxs11 və «Zbur» markalı elektrikli mişarın (laqonda), «Skom» markalı elektrikli vintaçanın (direl) qanuni sahibi X6 qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs8 dəymiş ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan RespublikasıŞirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar