Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-48/2025 08.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat:15:35 X6 Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 2001-ci ildə Cəlilabad rayonunun Məlikqasımlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Məlikqasımlı kəndində qeydiyyatda olan və Cəlilabad şəhəri Səttərxan küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 sentyabr 2024-cü il tarixdə saat 23:50-də Cəlilabad şəhəri Qurtuluş prospektində yerləşən “Mustafa Tesktil” Ticarət mərkəzinin qarşısında Zərərçəkmiş şəxs onun dayısı X4 gecə saatlarında narahat etməsinə görə Zərərçəkmiş şəxsla aralarında yaranmış sözlü mübahisə zamanı Zərərçəkmiş şəxs onun dediyi sözlərə məhəl qoymamasına görə əsəbiləşərək Zərərçəkmiş şəxs dediyi sözlərin ona pis təsir etməsini əsas gətirib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib, ətrafda olan şəxslərə qarşı laqeydlik və etinasızlıq göstərərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb və birgəyaşayış qaydalarını qərəzli surətdə pozub, özünü ətrafdakılarin fövqündə qoyaraq heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs burun nahiyəsinə qəsdən bir dəfə yumruqla zərbə vuraraq sonuncuya burun nahiyəsində şişkinlik, deformasiya, sol gözaltıburun nahiyəsində qançır, burun sümüyünün cisminin yerini dəyişən sınığı ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, həmçinin təxminən 5 dəqiqə ərzində ətrafdakı insanlarda qorxu və narahatlıq hissi yaratmış, bununla da ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün qismən etirafından əlavə işin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla da aşağıdakı qaydada tam sübuta yetirilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. X7 isə onun dayısıdır. 04 sentyabr 2024-cü il tarixdə dayısı Zaur Əzizova zəng edib harada olmasını soruşmuşdur. Dayısı demişdir ki, “Mustafa Tekstil” ticarət mərkəzinin qarşısındadır. Dayısından orada nə etməsini soruşmuş, dayısı da demişdir ki, Vidadi ilə görüşməyə gedib. Vidadinin dayısını gecə vaxtı narahat etməsi ona pis təsir etmiş və qərara gəlmişdir ki, onların yanına gedib nə baş verməsini öyrənsin. Bu məqsədlə evdən küçəyə çıxmış, yolda bir taksi avtomobili saxladırdıb “Mustafa Tekstil” ticarət mərkəzinin qarşısına getmişdir. Orada dayısını görüb yanına gedərək dayısı ilə görüşmüş və nə baş verməsini soruşmuşdur. Dayısı demişdir ki, Zərərçəkmiş şəxs avtomobil alıb, avtomobilin mühərrikində problem çıxdığı üçün avtomobilin puluna görə mübahisə edirlər. Dayısının yanında rayon sakini kimi tanıdığı Yusif adlı şəxs də olmuşdur. Sonradan öyrənmişdir ki, Yusif Zərərçəkmiş şəxs dostudur. Təxminən 5 dəqiqə sonra Vidadi qışqıraraq onların yanına gəlmişdir. Vidadini kənara çəkib ondan nə üçün qışqırmasını və dayısını gecə vaxtı nə üçün narahat etməsini soruşmuşdur. Zərərçəkmiş şəxs həmin zaman sərxoş vəziyyətdə olmuş və nə dediyini bilməmişdir. Zərərçəkmiş şəxs ona demişdir ki, dayısı ona pul verməlidir, pulunu istəyir, ya pulunu versin, ya da ki, avtomobili götürüb aparacaq. O da Zərərçəkmiş şəxs demişdir ki, gündüz vaxtı gəlib pulu istəyərdi, gecə vaxtı niyə gəlib. Zərərçəkmiş şəxs onun dediklərinə məhəl qoymadığını görüb əsəbləşmiş və Vidadinin burun nahiyəsinə yumruqla bir dəfə zərbə vurmuşdur. Zərərçəkmiş şəxs yenə də vurmaq istəyirmiş, lakin dayısı Zaur və Yusif onları ayırmışdır. Təxminən 5 dəqiqə sonra onların yanına post-patrul xidmətinin əməkdaşları gəlmiş və onların mübahisə etdiyini görüb onları Cəlilabad rayon polis şöbəsinə gətirmişlər. Hadisə baş verən zaman oradan o, dayısı Zaur, Vidadi və Vidadinin dostu Yusifin olmuş, başqa heç kimi görməmiş və hadisəni başqa kimin görməsini bilmir. Hal-hazırda Zərərçəkmiş şəxsla barışmışdır, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Törətdiyi cinayət əməlindən peşmandır, 2-ci dərəcəli hərbi əlildir. Ona görə də bu halları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərdi ki, hadisədən təxminən 1 ay əvvəl onunla qonşuluqda yaşayan Şahid adına aldığı “Vaz-2106” markalı **- BE-*** dövlət qeydiyyat nişanlı avtomobili texniki baxışdan keçirmədən Cəlilabad şəhər sakini X5 1.500 manat pul müqabilində satmışdır. Zaur Əzizov həmin avtomobilin pulundan ona 1.200 manat pul ödəmiş və qalan 300 manat pulu borclu qalmışdır. Həmin pulu 2024-cü ilin sentyabr ayının əvvəlində ödəyəcəyini bildirmişdir. 04 sentyabr 2024-cü il tarixdə yaşadığı evdə spirtli içki qəbul etdiyi zaman Zaur Əzizovun ona olan 300 manat borcu yadına düşmüşdür. Zaur Əzizova borcunu qaytarması üçün zəng etmiş, Zaurla telefonda aralarında mübahisə yaranmış və əgər pulu ödəməsə avtomobili aparacağını demişdir. Həmin gün saat 23:10-da qonşusu Şahidlə birlikdə Zaurun yaşadığı Cəlilabad şəhəri A.Gəraybəyli küçəsinə getmişdir. Evinin qarşısından Zauru Əzizovu çağırmışdır. Həmin zaman Zaura satdığı “Vaz 2106” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil evin qarşısında olmuşdur. Zaur küçəyə çıxmış və ondan yaşadığı evin qarşısında 300 manat borcunu istəmişdir. Zaur Əzizov da gözlə deyib evə qayıtmışdır. Daha sonra küçəyə çıxıb onların yanına gəlmiş və ondan bir ay daha vaxt istəmişdir. O, da Zaura demişdir ki, bir ay vaxt verdiyi üçün avtomobilin sürmək etibarnaməsini sildirəcək. Zaur Əzizov da ona demişdir ki, sildirə bilməz. Zaur və Yusiflə birlikdə “Vaz 2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər və avtomobildə gedərkən Yusif Zaurdan müştəri kimi onu harasa aparmasını istəmişdir. Həmin vaxt Cəlilabad şəhəri Qurtuluş prospektində yerləşən “Mustafa Tekstil” adlı mağazanın qarşısında avtomobildən düşmüş və qonşusu Yusif də Zaurla birlikdə çıxıb getmişdir. O, da piyada yaşadığı evə tərəf getməyə başlamışdır. Təxminən 20 dəqiqədən sonra Zaur Əzizov ona zəng vurub telefonda idarə etdiyi avtomobilin yanacağını qurtarmasını deyib onun yanına gəlməsini istəmişdir. O, da Cəlilabad şəhəri, “Mustafa Tekstil” adlı mağazanın qarşısına yenidən gəlmişdir. Həmin vaxt Zaurun idarə etdiyi avtomobili mağazanın qarşısında saxladığını görmüşdür. Avtomobilin yanında Zaurun, qonşusu Yusifin və sonradan tanıdığı Zaurun bacısı oğlu Təqsirləndirilən şəxs dayandığını görüb onlara yaxınlaşmışdır. Onlara yaxınlaşan kimi Təqsirləndirilən şəxs Zaurdan sənə avtomobilin satan budur deyə soruşmuşdur. Zaur da cavab olaraq Şadmana avtomobili satan şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs dayısının nə qədər borcu qaldığını soruşmuş və o, da dayısının ona 300 manat borcu qaldığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs onunla mübahisə edərək ona “sən kimsən gecə vaxtı dayımı narahat edirsən” demişdir. O, da cavab olaraq Zaura zəng vurub telefonda borcunu istədiyini, lakin Zaur telefonu söndürdüyü üçün evinə getdiyini demişdir. Sundan sonra Şamdan Əzizov ona ucadan nalayiq sözlər deyərək sağ əli ilə burun nahiyəsinə bir dəfə yumruqla zərbə vurmuşdur. Bundan sonra Yusif Təqsirləndirilən şəxs yaxınlaşıb üstünə gəlməməsi üçün onu tutmuşdur. Bundan təxminən 5 dəqiqə sonra da polis əməkdaşları küçədə onlara yaxınlaşıb niyə dalaşdıqlarını soruşmuşlar. Həmin vaxt o, aralarında olan mübahisəni polisə izah etməyə çalışmış və onunla Təqsirləndirilən şəxs Cəlilabad rayon polis şöbəsinə gətirmişlər. Hadisə təxminən 5 dəqiqə davam etmiş, Yusif və Zaurun hadisəni görmüş, kənarda da tanımadığı şəxslər olmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxsla barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, buna görə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Şahid - Şahid məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, X7 və Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onlarla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs onun tanışıdır, onunla münasibəti həmişə yaxşı olub. Təxminən 2024cü ilin iyul ayının əvvəllərində Vidadi onun evinə gəlib “Vaz 2106” markalı avtomobil almaq istədiyini, avtomobili öz adına alarsa ona verilən sosial yardımım dayandırılacağı üçün avtomobili onun adına rəsmiləşdirməyi xahiş etmişdir. Vidadi ilə razılaşmış, təxminən iki gün sonra Vidadi ilə birlikdə Lənkəran şəhərinə gedib Vidadi üçün “Vaz 2106” markalı avtomobil almışlar və avtomobilin sahibi onun adına etibarnamə vermişdir. Avtomobili alıb gətirəndən bir neçə gün sonra Zərərçəkmiş şəxs eşitmişdir ki, avtomobildə problem var, avtomobili satacaq. Təxminən bir ay sonra Vidadi ona zəng edib demişdir ki, avtomobili satır və ondan Zaur adlı şəxsə etibarnamə vermək üçün Cəlilabad rayonunda olan notariusa gəlməyini istəmişdir. O da notariat ofisinə getmiş, orada Vidadi demişdir ki, Zaur adlı şəxsə nəqliyyat vasitəsindən istifadə etmək üçün etibarnamə versin, Zaurun ona müəyyən miqdarda borcu qalıb, Zaur onun pulunu verəndən sonra da sərəncam vermək üçün etibarnamə verər. Zərərçəkmiş şəxs dediyi kimi Zaur Əzizov adlı şəxsə nəqliyyat vasitəsindən istifadə etmək üçün etibarnamə vermişdir. Bir müddət sonra Vidadi ilə görüşəndə Vidadi ona demişdir ki, Zaur onun qalan pulunu vermir. Həmin zaman Vidadiyə demişdir ki, avtomobili onun adından çıxartsın. Vidadi də demişdir ki, biraz səbrli olsun, Zaur pulu bir-iki günə verməlidir, həmin zaman hər şeyi həll edəcək. 04 sebtyabr 2024-cü il tarixdə, təxminən saat 22 radələrində yaşadığı küçədə dayanmışdır. Küçədə Zərərçəkmiş şəxs görüb avtomobillə bağlı məsələnin nə yerdə olmasını soruşmuş, Vidadi də demişdir ki, Zaur telefonuna cavab vermir, indi evinə gedəcək. Vidadidən Zaurun yenə də taksi fəaliyyəti ilə məşğul olmasını soruşmuş, Vidadi də hə cavabı vermişdir. Vidadiyə demişdir ki, bir yerdə getsinlər Zaur Əzizovla bir nəfər tanışını bir yerə apararlar. Vidadi ilə Zaurun evinə getmişlər, Vidadi Zauru evdən çağırmış, Zaur həyətə çıxıb Vidadi ilə görüşmüş və sonra onun yanına gəlib onunla da görüşmüşdür. Vidadi ondan nə üçün telefona cavab verməməsini soruşmuş, Zaur da pulu verə bilmədiyinə görə cavab vermədiyini demişdir. Onlara demişdir ki, sonra mübahisə edərlər, Zaur onunla gəlsin bir adam var onu aparmalıdırlar. Zaurla avtomobilə əyləşmiş, sonra Vidadi də avtomobilə əyləşib demişdir ki, “Mustafa Tekstil” ticarət mərkəzinin qarşısında düşəcək. Zaur Vidadini gətirib Mustafa Tekstil ticarət mərkəzinin qarşısında düşürtmüş, sonra gedib onun tanışı İlahə adlı qadını Cəlilabad şəhəri, Azərbaycan küçəsindən götürüb Cəlilabad rayonunda yerləşən Kirovka qəsəbəsinə aparmışlar. Bunun müqabilində Zaura iki manat pul vermişdir. Oradan “Mustafa Tekstil” ticarət mərkəzinin qarşısına getmişlər. Zaur Əzizov orada avtomobili saxlamış və avtomobildən düşmüşlər. Bir neçə dəqiqə sonra oraya sonradan tanıdığı Zaurun bacısı oğlu Şadman adlı şəxs gəlmişdir. Şadman gəldikdən 5 dəqiqə sonra da Zərərçəkmiş şəxs oraya gəlmiş və orada Şadmanla Vidadi mübahisə etməyə başlamışlar. Onların bir-birilərini vurmasından ehtiyat edib onların arasına girib ayırmışdır. Həmin zaman oraya polis əməkdaşları gəlmiş, Zauru, Şadmanı və Vidadini polis şöbəsinə aparmışlar. Şahid – X7 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs rayon sakini kimi tanımışdır, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Rayonda taksi işləmək üçün avtomobil axtarırmış. Təxminən 2024-cü ilin iyul ayının sonlarında rayonda çayxanada olduğu zaman Vidadi ilə bu barədə danışmış və Vidadi də “Vaz 2106” markalı avtomobil satdığını demişdir. Zərərçəkmiş şəxs demişdir ki, avtomobili gətirsin baxsın. Vidadi çayxanadan çıxıb getmiş və təxminən iki saat sonra yenidən həmin “Vaz 2106” markalı avtomobillə onun olduğu yerə, yəni çayxananın qarşısına gəlmişdir. Vidadinin avtomobilinə baxmış və Vidadi avtomobilinə 2000 manat qiymət demişdir. O, isə Vidadiyə demişdir ki, avtomobilin 1200 manat qiyməti var. Zərərçəkmiş şəxsla bir müddət danışdıqdan sonra 1500 manata razılaşmışlar. Həmin zaman pulu az olduğuna görə Vidadiyə demişdir ki, 800 manat indi versin və qalan pulu da hissə-hissə verər. Vidadi onunla razılaşmış, Vidadiyə 800 manat pul vermiş və Vidadi avtomobili ona verib avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Vidadi ilə razılaşmışdır ki, pulunun hamısını verəndən sonra ona nəqliyyat vasitəsinə sərəncam vermək üçün etibarnamə verəcək. Bundan sonra Zərərçəkmiş şəxs 2 dəfə 200 manat vermiş və ona ümumilikdə qalan borcu 300 manat olmuşdur. Avtomobili bir müddət istifadə etdikdən sonra müəyyən etmişdir ki, mühərrikində problem var. Bu barədə Vidadiyə məlumat verib, puldan 200 manat çıxmağını istəmiş, lakin Vidadi onunla razılaşmamışdır. Həmin zaman avtomobili satıb Vidadinin pulunu vermək istəmişdir. Bundan təxminən bir-iki gün sonra rayon ərazisində yol patrul xidməti əməkdaşı onu saxlayıb sənədlərini yoxlamış, həmin zaman ona avtomobili idarə etmək üçün etibarnaməsi olmadığını demiş və buna görə avtomobili müvəqqəti duracağa aparmışdır. Bundan sonra, ona aydın olmuşdur ki, qalan pulunu vermədiyinə görə Vidadi etibarnaməni ləğv elətdirib. Daha sonra o, Astara rayonuna gedib avtomobilin sahibini tapmış və ondan nəqliyyat vasitəsinə sərəncam vermək üçün etibarnamə almışdır. Həmin zaman Vidadi artıq avtomobili duracaqdan çıxartmışdır. Sonra rayonda Vidadini tapmış, 200 manat pul verib avtomobili ondan almış və 100 manat borcu qalmışdır. 04 sentyabr 2024-cü il tarixdə, təxminən saat 23 radələrində yaşadığı evdə olmuşdur. Həmin zaman Vidadi Yusif adlı tanışı ilə onun evinə gəlmişdir. Vidadi ona demişdir ki, gəl bir adam var onu aparıb qayıtsınlar. Onlarla birlikdə avtomobili ilə evdən çıxmış, Zərərçəkmiş şəxs Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “Mustafa Tekstil”in qarşısında avtomobildən düşmüş və o, Yusiflə getməyə başlamışdır. Yusiflə birlikdə Azərbaycan küçəsinə getmiş, orada Yusifin tanışı avtomobilə əyləşmiş, həmin şəxsi Kirovka adlanan yerdəki küçələrdən birində düşürdüb “Mustafa Tekstil”in qarışısına gəlmişlər və orada avtomobilin benzini qurtarmışdır. Vidadi ona zəng edib harada olmasını soruşmuş və o, X1rşısında olmasını demişdir. Vidadi onu “Baş” adlanan ərazidən götürməsi demiş və o, da Vidadiyə demişdir ki, benzin qurtarıb gələ bilmir. Vidadi ona demişdir ki, orada gözləsin gəlir. Bu zaman bacısı oğlu Təqsirləndirilən şəxs ona zəng edib harada olmağını soruşmuşdur. Şadmana olduğu yeri demiş, bir müddət sonra Şadman onun yanıma gəlmiş və ondan bir-iki dəqiqə sonra da Vidadi oraya gəlmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nə baş verdiyini soruşmuş, Vidadi də Şadmana demişdir ki, “sən kimsən”. Sonra bir az mübahisə etmişlər və bu zaman Şadman yumruqla Vidadinin üz nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Yusiflə dərhal araya girib onları ayırmışlar. Bu zaman həmin ərazidə xidmət aparan post partul xidmətinin əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş və onları Cəlilabad rayon polis şöbəsinə gətirmişlər. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs mübahisə etməsi və Şadmanın Vidadinin yumruqla vurması təxminən 3-4 dəqiqə davam etmişdir. Vidadi ilə Şadman mübahisə edərkən və Şadman Vidadini yumruqla vurarkən orada o, Yusif, Şadman, Vidadi və yoldan keçən bir neçə nəfər şəxs olmuşdur. Lakin həmin şəxslərin heç birini tanımır. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma zamanı hadisə yerinə baxış keçirilmiş və bu barədə müvafiq protokollar tərtib edilmişdir. 05 sentyabr 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “M.Mustafa” Tekstil-Ticarət Mərkəzinin qarşısında baş vermişdir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin PHŞ Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 14 sentyabr 2024-cü tarixli 759 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs burun nahiyəsində şişkinlik, deformasiya, sol gözaltı-burun nahiyəsində qançır, burun sümüyünün cisminin yerini dəyişən sınığı müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 04 sentyabr 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Hüquqi Şəxsi tərəfindən verilmiş 13 fevral 2025-ci il tarixli, 455 nömrəli məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsi baş verən anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs adaptasiya pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs konlfiktə və mübahisəyə meyillilik, hövsələsizlik, yeni şəraitə uyğunlaşmaqda çətinlik çəkmək, inadkarlıq, qıcığa qarşı həsaaslıq və s. kimi fərdi- psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qeyd edilən hadisə zamanı emosional vəziyyətində fərdi-psixi xüsusiyyətləri fonunda situasiya ilə əlaqədar hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır. (Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmuyu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddələrlə cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmət dövründə xəstələnmə ilə bağlı 2-ci dərəcəli əlildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi, dəymiş zərəri tam ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, 2-ci dərəcəli əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzalarının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad şəhəri, Səttarxan küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evini tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-48/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-48/2025
08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver