Məhkəmə qərarları › İş №1(073)-5/2025

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-5/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-5/2025 24.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X18, Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Lənkəran- Astara Regional Təhsil İdarəsinin nümayəndəsi X13, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1962-cı ildə Cəlilabad rayonu, Zərbiəlli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Sarxanlı kənd ümumi orta məktəbinin direktoru vəzifəsini icra etmiş, hazırda həmin məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyən, Cəlilabad rayonu, Zərbiəlli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə yolu ilə talamış, vəzifəli şəxs olaraq tamah və sair şəxsi niyyətilə rəsmi sənədlərə və informasiya resursuna bilə-bilə yalan məlumatlar daxil etməklə vahid niyyətlə vəzifə saxtakarlığı etmiş, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə vahid niyyətlə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə Cəlilabad rayonu Sarxanlı kənd ümumi orta məktəbin qanunla qorunan hüquq və mənafelərinə, habelə dövlətin və cəmiyyətin elm və təhsil sahəsində həyata keçirdiyi siyasətlə bağlı qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 30 dekabr 2010-cu ildən 07 dekabr 2022-ci il tarixədək Cəlilabad rayon Sarxanlı kənd ümumi orta məktəbin direktoru vəzifəsini icra edərkən “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X17”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli, 18-1 nömrəli qərarına, “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli, 361 nömrəli Qərarına, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli Qərarına, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 30 iyun 2010-cu il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikası ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları”na əsasən, məktəb direktoru kimi əmək funksiyalarına uyğun olaraq dövlət tərəfindən məktəbə ayrılan vəsaitin səmərəli, məqsədyönlü istifadəsinə, dərs planı və praktiki iş normalarının yerinə yetirilməsinə, habelə dərsdənkənar və fakültativ məşğələlərin, dərnəklərin keçirilməsinə nəzarət etməli, tarifləşmə cədvəlinin (tarifikasiyanın) düzgün təsdiq olunmasını təmin etməli, icbari ümumi orta təhsilin həyata keçirilməsini, uzun müddət təhsildən kənarda qalmış şəxslərin və istedadlı şagirdlərin fərdi təhsilə cəlb olunmasını təmin etməli, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlığın uçotunu və mühafizəsini, onlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasını təmin etməli, dövlət tərəfindən ayrılan, habelə müəssisənin büdcəsinə qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsini təmin etməli, məktəbdə siniflərin komplektləşdirilməsini düzgün təşkil etməli olan təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik maddi məsul vəzifəli şəxs kimi direktor səlahiyyətlərini icra etdiyi dövrdə, vahid qəsdlə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq tamah və sair niyyətlə istifadə edib rəhbərlik etdiyi məktəbdə müəllimlər üçün əlavə dərs saatları ayırıb daha artıq əmək haqqı almalarına şərait yaratmaqla özünün onların yanında nüfuzunu yüksəltmək, habelə dövlət əmlakı olan büdcə vəsaitini vahid niyyətlə, əvəzsiz və qanunsuz olaraq öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə yolu ilə talamaq məqsədi ilə Azərbaycan Respublikası Təhsil nazirinin 29 may 2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə zidd olaraq Cəlilabad rayonu, Sarxanlı kənd sakinləri X53 və Şahid1 adından onların övladlarının fərdi təhsilə cəlb edilməsi ilə bağlı ərizə tərtib etdirib aidiyyəti qurumlardan müvafiq arayış əldə edərək həmin sənədləri Cəlilabad rayon Təhsil sektoruna (əvvəllər təhsil şöbəsi) təqdim etməklə Cəlilabad rayon Sarxanlı kənd ümumi orta məktəbində saxta sənədlər əsasında fərdi təhsilə cəlb edilməsinə nail olduğu şagirdlər X43 və X28 ayrılmış dərslər faktiki olaraq fərdi qaydada tədris edilmədiyi halda özü də daxil olmaqla həmin dərslərin tədris edilməsi adlarına rəsmiləşdirilmiş müəllimlərin adlarını əmək haqqının ödəniş cədvəllərinə daxil edib bütün dərslərin fərdi qaydada tədris edilməsinə dair qeydlər etməklə özünə və həmin dərslərin ayrıldığı digər müəllimlərə ümumilikdə 26633,09 (iyirmi altı min altı yüz otuz üç manat, yetmiş dörd qəpik) manat, habelə həmin müddətdə bir sıra siniflərdə ayrılmış dərslər, eləcə də dərnək və dərsdənkənar məşğələləri keçmədikləri halda özünün və həmin dərs, dərnək və dərsdənkənar məşğələlərin tədris edilməsi adlarına rəsmiləşdirilmiş digər müəllimlərin adlarını əmək haqqının ödəniş cədvəllərinə daxil edib bütün dərslərin, dərnək və dərsdənkənar məşğələlərin tədris edilməsinə dair qeydlər etməklə özünə və qeyd olunan dərslərin tədris edilməsi adlarına rəsmiləşdirilmiş müəllimlərə ümumilikdə 4112,14 (dörd min yüz on iki manat, on dörd qəpik) manat, bundan başqa, 2020-ci ilin mart ayından 01 dekabr 2022-ci il tarixədək işə gəlmədiyi halda məktəbdə fizika müəllimi işləmiş X29, həmçinin, 2021-ci ilin dekabr ayında məktəbdə faktiki olaraq işləmədiyi halda xadimə vəzifəsinə X11 adını müvafiq dövrlər üzrə əmək haqqının ödəniş cədvəllərinə daxil edib onların işləməsinə dair qeydlər etməklə həmin dövrlər üçün Gülşən Hüseynovaya 10703,15 (on min yeddi yüz üç manat, on beş qəpik) manat, Ruhiyyə Xudiyevaya 229,50 (iki yüz iyirmi doqquz manat, əlli qəpik) manat məbləğində pul vəsaitinin köçürülməsini və bütövlükdə yuxarıda qeyd edilən şəxslər tərəfindən həmin pul vəsaitlərinin əmək haqqı olaraq alınmasını təmin etməklə vahid qəsdlə rəsmi sənədlərə tamah və sair şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmiş, bundan əlavə, Azərbaycan Respublikası Təhsil nazirinin 04 avqust 2017-ci il tarixli, 238 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumtəhsil məktəblərində dərnəklərin təşkili Qaydası”nın tələblərinə zidd olaraq Sarxanlı kənd ümumi orta məktəbində idman oyunlarının keçirilməsi üçün avadanlıqlar və lazımi şərait olmadığı halda və idman dərnəyinin təşkil edilməsi əsas olan şagirdlərin ərizələri və şagirdlərin barəsində sağlamlıq haqqında arayışlar olmadan müvafiq əmrlərlə 2019/2020, 2020/2021 və 2021/2022-ci tədris illərində “Gənc idmançılar” dərnəyinin təşkil etməsi nəticəsində dərnək məşğələlərini tədris etmiş fiziki tərbiyə müəllimi işləyən X30 ümumilikdə 1159,20 manat məbləğində pul vəsaitinin köçürülməsini və əmək haqqı olaraq alınmasını təmin etməklə, habelə məktbədə sonuncu inventarizasiyanın keçirildiyi 2022-ci ilin may ayından sonra, məktəbin istifadəsinə verilmiş dövlət əmlakı olan inventarı vahid niyyətlə, əvəzsiz və qanunsuz olaraq öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə yolu ilə talamaq məqsədi ilə istintaqla dəqiq müəyyən edilməmiş tarixdə və vaxtda Cəlilabad rayon Sarxanlı kənd ümumi orta məktəbinin istifadəsində və özünün öhdəliyində olmuş, 84,15 manat dəyərində 1 ədəd radio uzel, 35,36 manat dəyərində 1 ədəd kino aparatının, cəmi 1,74 manat dəyərində 2 ədəd şagird üçün stol, cəmi 47,20 manat dəyərində 15 ədəd şagird üçün stol, cəmi 23,27 manat dəyərində 22 ədəd şagird üçün stul, 78,12 manat dəyərində 1 ədəd Qorizont markalı televizor, 9,25 manat dəyərində 1 ədəd televizor altlığı, cəmi 60,00 manat dəyərində 2 ədəd stol aqreturni, 8,54 manat dəyərində 1 ədəd tennis stolu, 8,54 manat dəyərində 1 ədəd çertjoj üçün lövhə, 16,44 manat dəyərində 1 ədəd kreslo, cəmi 490,00 manat dəyərində 2 ədəd müəllim stolu, 245,00 manat dəyərində 1 ədəd kitab şkafı və 1750,00 manat dəyərində 1 ədəd “Monita-13” kompyuter dəsti olmaqla, ümumilikdə 2857,21 manat dəyərində mal-material qiymətlilərini vahid niyyətlə, qanunsuz və əvəzsiz olaraq özünün və üçüncü şəxslərin mülkiyyətinə keçirməklə, ümumilikdə 45694,29 (qırx beş min altı yüz doxsan dörd manat, iyirmi doqquz qəpik) manat məbləğində dövlət əmlakı olan büdcə vəsaitini özünün və üçüncü şəxslərin qanunsuz və əvəzsiz olaraq mülkiyyətinə keçirməklə ona etibar edilmiş özgənin əmlakını öz qulluq mövqeyindən istifadə edib vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə yolu ilə talamış, vəzifəli şəxs olmaqla vahid niyyətlə qəsdən tamah və sair şəxsi niyyətlə vəzifə saxtakarlığı etmiş və Cəlilabad rayon Sarxanlı kənd ümumi orta məktəbin qanunla qorunan hüquq və mənafelərinə, habelə dövlətin və cəmiyyətin elm və təhsil sahəsində həyata keçirdiyi siyasətlə bağlı qanunla qorunan mənafelərinə mühüm ziyan vuraraq vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, 2010-cu ildən 07 dekabr 2022ci il tarixədək Sarxanlı kənd ümumi orta məktəbinin direktoru vəzifəsini icra etmişdir. Bundan başqa həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat dərslərini tədris etmişdir. Hazırda da həmin məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir. Etibar Əhmədov və Məhbubə Əhmədovanın ifadələrində göstərdikləri yalandır. Direktor vəzifəsini icra etdiyi dövrdə məktəbdə işləyən bütün texniki işçilər və müəllimlər hər gün işə gəlmişdir. Texniki işçi və müəllimlərin tabel cədvəlini o, tərtib edərək öz imzası ilə təsdiq etdikdən sonra Cəlilabad rayon təhsil sektoruna təqdim etmişdir. Bundan başqa, fərdi təhsilə cəlb edilmiş şagirdlərə dərs keçmiş müəllimlərin tabelini də o, təsdiq edərək Cəlilabad rayon təhsil sektoruna təqdim etmişdir. Həmin tabel cədvəllərini tərtib etmək və imza ilə təsdiq etmək direktor vəzifəsini icra edən şəxs kimi onun səlahiyyətinə aid olmuşdur. O, direktor işlədiyi dövrdə müəllimlərin və texniki işçilərin əmək haqqı kartları özündə olmuş və onların hər biri əmək haqlarını özü almışdır. Məktəbə hazırlıq qrupuna ayrılmış dərs saatlarını 2022-ci ilin oktyabr ayında müəllimlərin işə qəbul imtahanlarda topladığı ümumi bal 48, ixtisas balı 38 olan ibtidai sinif müəllimi X31 verdiyi üçün ibtidai sinif müəllimi X19 və Etibar Əhmədov ondan şikayət etmişdir. Məhbubənin diaqnostik qiymətləndirmə üzrə ümumi balı 26, ixtisas balı 16 olduğu üçün o, 2022-ci ilin oktyabr ayında məktəbə hazırlıq qrupunu ona deyil, Rüfanəyə vermişdir. Buna görə də Etibar və Məhbubə onun barəsində qərəzli şikayət etmişlər. Etibar Əhmədovla 2020-ci ildə aralarında münaqişə olmuşdur. O, həmin vaxt Etibarın barəsində DİN-in 102 xidməti zəng mərkəzinə şikayət etmişdir. Həmin müraciət əsasında Cəlilabad RPŞ-də araşdırma aparılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edildir. Bildiyinə görə Etibar törətdiyi inzibati xətaya görə Cəlilabad rayon məhkəməsinin qərarına əsasən inzibati qaydada cərimə olunmuşdur. Bundan başqa bildirir ki, Etibar Əhmədov və Məhbubə Əhmədovanın göstərdikləri yalandır. Salyan rayonu, Şorsulu kəndindən olan Gülşən Hüseynova 2018-ci ildən 01 dekabr 2022-ci il tarixədək fizika müəllimi işləmişdir. Gülşən Hüseynovanın 2022/2023-cü tədris ilində həftəlik 8 saat dərsi olmuşdur. Gülşən Hüseynovanın həftənin 2 günü dərsə gəlmiş və dərslərini tədris etmişdir. Gülşən Hüseynova məktəbə gəlib-getməkdə çətinlik çəkdiyi üçün 2022-ci ilin dekabr ayında öz ərizəsi ilə işdən azad olunmuşdur. Gülşən Hüseynova yalnız bəzi vaxtlarda, tədris ilində cəmi bir neçə dəfə ondan icazə alaraq işə gəlməmişdir. Qalan bütün günlərdə Gülşən dərsi olduğu hər gün məktəbə gələrək dərslərini tədris etmişdir. X50 2018-ci ildən 2022/2023-cü tədris ilinin sonuna qədər Sarxanlı məktəbində biologiya müəllimi işləmişdir. Sevda Əzizovanın 2022/2023-cü tədris ilində həftəlik 8 saat dərsi olmuşdur. Sevda Əzizova həftənin 2 günü dərsə gəlmiş və dərslərini tədris etmişdir. Sevda Əzizova Bakı şəhərində yaşasa da dərsi olduğu günlərdə məktəbdə gəlmişdir. Sevda Əzizova yalnız bəzi vaxtlarda ondan icazə alaraq işə gəlməmişdir. Qalan bütün vaxtlarda məktəbə gələrək dərslərini tədris etmişdir. Gülşən Hüseynovanın məktəbə gələrək dərslərini tədris etməməsi məzmununda ifadə verməsinin səbəbini bilmir. O, qeyd etdiyi kimi, yalnız bəzi günlərdə Gülşənə dərsə gəlməməsinə icazə vermişdir. Qalan bütün günlərdə Gülşən dərsi olduğu hər gün məktəbə gələrək dərslərini tədris etmişdir. Gülşən Hüseynovanın hansı tarixdən uşağa qulluq etməyə görə haqqı qismən ödənilən məzuniyyətə çıxdığını, eləcə də hansı tarixdə geri qayıtdığını xatırlamır. Gülşən Hüseynovanın uşağa qulluq etməyə görə haqqı qismən ödənilən məzuniyyətdən geri qayıtması barədə əmr yazıb-yazmadığını xatırlamır. Qeyd etmişdir ki, məktəbdə müəllimin işə gəlməməsinə nəzarət etməli olan şəxs vəzifə funksiyalarına əsasən tədris işləri üzrə direktor müavini olmuş Allahverən Həsənov olmuşdur. Allahverən Həsənov hər hansı müəllimin məktəbə gəlməməsi barədə ona yazılı qaydada müraciət etməmişdir. Arif İslamov dərsi olduğu günlərdə məktəbə gələrək dərslərini tədris etmişdir. 2022-2023-cü tədris ilində Arif İslamov həftəlik 1 saat texnologiya, 2 saat dərnək və 5 saat təsviri incəsənət dərsi tədris etmişdir. Məktəbin fiziki tərbiyə müəllimi işləmiş Tacəddin Ağayev məzuniyyətdə olduğu dövrdə onun dərslərini də Arif İslamov tədris etmişdir. X83 Pedaqoji texnikumunu texnologiya ixtisası üzrə bitirmişdir. Arif İslamov dərsi olduğu günlərdə məktəbə gəlmişdir. Arif İslamovun dərsi olmadığı günlərdə başqa işlə məşğul olub-olmaması barədə məlumatı yoxdur. Heydərin hansı səbəbdən övladlarının məktəbə getməməsi, eləcə də övladına fərdi qaydada dərs keçilməməsi məzmununda ifadə verdiyini bilmir. Heydərin övladları Hüseyin dayısı X44 evində qalmışdır və hər dərs günü dərsə gəlmişdir. Heydərin hansı ailə üzvləri ilə birlikdə fermada işlədiyini bilmir. X53 şahid qismində istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Nəzrinə məktəbə getdiyi vaxtdan hazırki vaxta qədər 2022/2023-cü tədris ilində 8-ci sinif olan siniflə birlikdə, bəzi vaxtlarda isə fərdi qaydada dərs tədris edilməsi məzmununda ifadə vermələrinin səbəbini bilmir. Nəzrinə pandemiya dövrü istintaq olmaqla dərslər fərdi qaydada tədris edilmişdir. Pandemiya dövündə Nəzrinə onlayn qaydada dərs keçirilibkeçirilməməsindən məlumatı yoxdur. Maliyyə yoxlaması zamanı bəzi tarixlər üzrə yazmadığı müəyyən edilmiş jurnallarla bağlı bildirmişdir ki, o, həmin dərsləri tədris etmişdir. Lakin, ola bilsin ki, jurnalları yazmaq yadımdan çıxmışdır. O, direktor vəzifəsindən azad edildiyim vaxta qədər bütün jurnallar məktəbdə olmuşdur. Direktor vəzifəsindən azad edildikdən sonra həmin jurnallarının məktəbdə saxlanılıb-saxlanılmadığını bilmir. Sarxanlı kənd orta məktəbi üzrə onun əmri ilə X54 fərdi təhsilə cəlb edilmişdir. Lakin, ola bilsin ki, əmrdə texniki səhvə yol verərək Aminin adını qeyd etmişdir. Müvafiq sinif jurnallarında X43 və X20 adının qeyd edilməsinin səbəbini bilmir. Məktəbdə xadimə vəzifəsində işləmiş X14 01 dekabr 2021-ci il tarixli, 58 nömrəli əmrlə işdən azad etmişdir. Lakin, həmin əmr icraya yönəlmədiyi üçün o, 05 yanvar 2022-ci il tarixli, 62 nömrəli əmrlə 01 dekabr 2021-ci il tarixli, 58 nömrəli əmri ləğv etmiş və 05 yanvar 2022-ci il tarixli, 64 nömrəli əmrlə X14 yenidən işdən azad etmişdir. 2019/2020, 2020/2021 və 2021/2022-ci tədris illərində sizin müvafiq əmrlərinizə əsasən “Gənc idmançılar” dərnəyi üzrə məşğələlər keçilmişdir. Fiziki tərbiyə müəllimi X55 işlədiyi müddət ərzində məktəbə gələrək ona ayrılmış dərsləri tədris etmişdir. Məktəbin idman zalı olmadığı üçün dərnək dərsləri yağıntılı havalarda sinif otağında, günəşli günlərdə isə məktəbin həyətində açıq havada keçirilmişdir. Jurnalların yazılmamış hissələri üzrə müəllimlər özləri cavabdehdir. Həmin müəllimlər özləri dərslərin keçib-keçməmələrinə cavab verməlidir. Qeyd etmişdir ki, məktəbdə müəllimin işə gəlməməsinə və jurnalları yazıb-yazmamasına nəzarət etməli olan şəxs vəzifə funksiyalarına əsasən tədris işləri üzrə direktor müavini olmuş Allahverən Həsənov olmuşdur. Allahverən Həsənov hər hansı müəllimin məktəbə gəlməməsi barədə ona yazılı qaydada müraciət etməmişdir. 30 dekabr 2010-cu ildə Sarxanlı kənd ümumi orta məktəbinin direktoru vəzifəsinin icrası ona həvalə edilmişdir. O, direktor vəzifəsini icra etməyə başladıqdan sonra onunla təhvil-təslim aparılmamışdır. Direktor vəzifəsini icra etdiyi müddət ərzində 2013-cü ildə LG markalı kompüter, eləcə də 10 ədəd parta və yanğınsönürmə ləvazimatları təhvil almışdır. O, “Monita-13” markalı kompüter dəstini təhvil almamışdır. O, Təhsil şöbəsinin rəhbərliyinin göstərişi ilə bəzi vaxtlarda müəyyən qaiməfakturaya qol çəksə də onların məzmununu oxumamışdır. Bundan başqa, Təhsil şöbəsinin rəhbərliyinin göstərişi ilə inventarizasiya aktı tərtib etmişlər. Onlar həmin aktları verilən göstərişə uyğun tərtib edib imzalamışlar. Lakin, məktəbdə heç vaxt real olaraq inventarizasiya yoxlaması aparılmamışdır. 06 dekabr 2022-ci il tarixdə direktor vəzifəsinin icrası üzərindən göürüldükdən sonra hazırki vaxta qədər də onunla təhvil-təslim aparılmamışdır. O, Nəzrin Quliyevaya ərizə yazdırmamışdır. Onun hansı səbəbdən həmin məzmunda ifadə verdiyini bilmir. 2015-ci ildə Nəzrin və valideynlərinin dediyinə görə onun fərdi təhsilə cəlb edilməsi barədə ərizəni məktəbin müəllimi Məhbubə Əhmədova yazmışdır. Fərdi təhsilə cəlb edilmiş şagirdlərin şəxsi işlərinin surəti məktəbdə, əslləri isə Cəlilabad rayon Təhsil Sektorunda (əvvəllər Təhsil şöbəsi) saxlanılır. Ona təqdim edilmiş şəxsi işdə olan sənədlər məktəbdə mövcud olmuş şəxsi işdəki sənədlərdir. Bildiyinə görə X32 fərdi təhsilə cəlb olunması ilə bağlı onun atası Heydərin adından ərizəni onların qohumlarından biri yazmışdır. Hüseynin şəxsi işi toplandıqdan sonra Cəlilabad rayon Təhsil şöbəsinə təqdim edilmişdir. Bundan sonra Hüseynin fərdi təhsilə cəlb edilməsinə icazə verilmişdir. Fərdi təhsilə cəlb edilmiş şagirdlərin şəxsi işlərinin surəti məktəbdə, əslləri isə Cəlilabad rayon Təhsil Sektorunda (əvvəllər Təhsil şöbəsi) saxlanılır. Ona təqdim edilmiş şəxsi işdə olan sənədlər məktəbdə mövcud olmuş şəxsi işdəki sənədlərdir. Qeyd etmişdir ki, maliyyə yoxlaması onun iştirakı olmadan aparılmışdır, eləcə də yoxlamanın yekununa dair tərtib edilmiş akt ona təqdim edilməmişdir. O, yoxlamanın nəticələri ilə, eləcə də məhkəmə-mühasibatlıq ekspertizasının 15 dekabr 2023-cü il tarixli, 9/8922 nömrəli rəyi ilə razı deyil. İstintaq ona qarşı qərəzli aparılmışdır. Bundan başqa hazırda Cəlilabad rayonu, Sarxalı kənd ümumi orta məktəbi tərfindən verilmiş xx.xx.2025ci il tarixli, 23 nömrəli arayışdan görünür ki, 1 ədəd “Monita-13” markalı kompüter, 2 ədəd müəllim stolu və 1 ədəd kitap şkaf məktəbdədər. Məhkəmədən butun bunların nəzərə alınması və barəsində ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ona istinad edilmiş cinayət əməllərini törətməməsinə dair verdiyi ifadəyə tənqidi yanaşır və hesab edir ki, o bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs ona istinad edilmiş cinayət əməlini törətməsi iş üzrə toplanmış aşağıdakı sübutlarla tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı iş üzrə zərər çəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin avqust ayından Lənkəran-Astara Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun baş məsləhətçisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Cəlilabad rayon Sarxanlı kənd ümumi orta məktəbin direktoru kimi tanımışdır. Cəlilabad rayon Sarxanlı kənd ümumi orta məktəbində 2017-2022-ci illər ərzində məktəbin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması barədə məlumatı vardır. Yoxlamanın aparıldığı dövr ərzində Cəlilabad rayon Sarxanlı kənd ümumi orta məktəbinin direktoru vəzifəsini Təqsirləndirilən şəxs icra etmişdir. 2022-ci ilin noyabr ayında Cəlilabad rayon Sarxanlı kənd ümumi orta məktəbinin direktoru vəzifəsini icra etmiş Təqsirləndirilən şəxs barəsində şikayətlər daxil olmuşdur. Həmin şikayət nəticəsində aparılmış yoxlama zamanı Təqsirləndirilən şəxs yol verdiyi nöqsanlarla bağlı direktor vəzifəsinin icrası onun üzərindən götürülmüşdür. Təqsirləndirilən şəxs direktor vəzifəsini icra etdiyi müddətdə Cəlilabad rayon Sarxanlı kənd ümumi orta məktəbində maliyyətəsərrüfat fəaliyyətinin həyata keçirilməsi zamanı qanun pozuntularına yol verilməsindən məlumatı olmamışdır. Maliyyə Nazirliyinin mütəxəssisi tərəfindən Cəlilabad rayon Sarxanlı kənd ümumi orta məktəbinin maliyyə-təsərrüfat fəaliyyəti Təqsirləndirilən şəxs direktor vəzifəsini icra etdiyi 2017-2022-ci illər üzrə yoxlanılmış, həmin yoxlamanın nəticəsində də dövlət büdcəsinə maddi ziyan vurulduğu müəyyən edilmişdir. Qeyd etmişdir ki, X43 2015/2016 və 2016/2017-ci tədris illərində də müvafiq olaraq İ və İİ sinif üzrə fərdi təhsilə cəlb edilmişdir. Həmin tədris illərində də fərdi dərslər tədris edilməmiş, lakin müəllimlərə həmin dərs illərində əsassız əmək haqqı ödənilmişdir. Buna görə də həmin məbləğ də ödənilməli olan ziyan kimi qiymətləndirilməli və cinayət işi üzrə vurulmuş ziyana daxil edilməlidir. Cinayət işi üzrə dövlət büdcəsinə bərpa olunmalı olan çatışmazlığın ümumi məbləği 23251,74 manat + 229,50 manat + 1159,20 manat + 10703,15 manat + 4112,14 manat + 2857,21 manat + 3381,35 = 45694,29 (qırx beş min altı yüz doxsan dörd manat, iyirmi doqquz) manat qiymətləndirilməlidir. Həmin ziyana cavabdeh isə direktor vəzifəsini icra etmiş Cama Bəşirovdur. Çünki, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2020/2021, 2021/2022 və 2022/2023-cü dərs illərində məktəbdə tədris planına uyğun olaraq tarifləşmə siyahılarını, eləcə də məktəb üzrə aylıq əmək haqqı cədvəllərini Təqsirləndirilən şəxs tərtib və təsdiq edərək Cəlilabad rayon Təhsil sektoruna (əvvəllər Təhsil şöbəsi) təqdim etmiş, daha sonra isə həmin cədvəllər sektor rəhbərliyi və Lənkəran- Astara regional Təhsil idarəsinin mühasibatlığı tərəfindən təsdiq edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən hal-hazıra kimi vurulmuş ziyandan heç bir ödəniş olunmamışdır. Ona görə də cəza təyin olunarkən bu halın nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş X56 da eyni məzmunlu ifadə verərək X13 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin iyun ayından hazırki vaxta qədər Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Qarakazımlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir, bundan əlavə, 12 oktyabr 2022-ci il tarixdən nümayəndə səlahiyyətlərini icra edir. Məktəblərin istifadəsinə verilmiş əmlakların bir hissəsi inzibati ərazi nümayəndəliklərinin, bir hissəsi isə rayon Təhsil şöbələrinin balansında olmuşdur. Maliyyə yoxlaması zamanı çatışmadığı müəyyən edilmiş əmlaklar, eləcə də Təqsirləndirilən şəxs direktor vəzifəsini icra etdiyi dövrdə məktəbin istifadəsinə verilmiş bütün əmlakların hamısı direktor vəzifəsini icra etmiş Təqsirləndirilən şəxs tərəfindən təhvil alınmış, sonuncu inventarizasiya zamanı da yerində olmuşdur. Onun iştirakı ilə sonuncu dəfə 2022-ci ilin may ayında inventarizasiya aparılmışdır. Həmin inventarizasiyada Təqsirləndirilən şəxs özü də iştirak etmiş və bununla bağlı inventarizasiya aktı tərtib edilmişdir. Lakin, həmin aktda səhvən tarix qeyd etməmişlər. Çatışmayan əmlaklar, eləcə də Təqsirləndirilən şəxs direktor vəzifəsini icra etdiyi dövrdə məktəbin istifadəsinə verilmiş bütün əmlaklar 2022-ci ilin may ayında keçirilmiş inventarizasiya zamanı da yerində olmuşdur. Həmin vaxtdan sonra Sarxanlı kənd ümumi orta məktəbində inventarizasiya keçirilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2018-ci ildə oğlu X86 Bəşirovun direktor işlədiyi Sarxanlı kənd ümumi orta məktəbində 1-ci sinfə getmişdir. Onun digər övladları xx.xx.2005-ci il təvəllüdlü oğlu Əkbər, xx.xx.2008-ci il təvəllüdlü qızı Məleykə və xx.xx.2009-cu il təvəllüdlü oğlu Hüseyn də həmin məktəbdə oxumuşlar. Övladları Amin və Hüseyinin, eləcə də digər övladlarının Sarxanlı kənd ümumi orta məktəbində fərdi təhsilə və ya evdə təhsilə cəlb edilib-edilməməsi barədə məlumatı olmamışdır. Məktəbin direktoru işləmiş Təqsirləndirilən şəxs, eləcə də başqa hər hansı şəxs bu barədə ona məlumat verməmişdir. Eləcə də o, özü bununla bağlı məktəbin direktoru işləmiş Təqsirləndirilən şəxs və ya başqa yerə müraciət etməmişdir. Uşaqları məktəbə getdiyi müddətlərdə digər şagirdlərlə birlikdə təhsil almışlar. O, 2019-cu ilin əvvəllərində övladları və arvadını da götürüb X15 məxsus Cəlilabad rayonu, Sadatlı kəndi ərazisində yerləşən fermaya köçmüşdür və orada çobanlıq etmişdir. Arvadım və uşaqları da ona işlərində kömək etmişdir. O, 2019-cu ildən 2022-ci ilin fevral ayının 10-a qədər ailəsi ilə birlikdə həmin fermada yaşamışdır və həmin müddətdə heç bir övladı məktəbə getməmişdir. 10 fevral 2022-ci il tarixdə Sarxanlı kəndinə, yaşadığı evə qayıtmışdır. Sarxanlı kəndinə qayıtdıqdan sonra övladları Amin və Hüseyn məktəbə getsələr də digər övladlarım Əkbər və Məleykə məktəbə getməmişlər. Onlar qayıtdıqdan sonra Amin və Hüseyn hər ikisi eyni sinfə, 5-ci sinfə getmişdir. Amin və Hüseyn məktəbə getdikləri vaxt digər şagirdlərlə birlikdə dərs keçmişlər. Bundan başqa, məktəbdə tədris səviyyəsi çox aşağı olmuş, demək olar ki, bir çox dərslər tədris olunmamışdır. Buna görə də kənd sakinləri direktor işləmiş Təqsirləndirilən şəxs və müəllimlərdən narazı olmuşlar. Məktəbdə dərs keçilməməsindən narazı olduqları üçün kənd sakinləri ilə birgə yığışaraq bu barədə əvvəlcə öz aralarında müzakirə aparmışlar. Yalnız həmin vaxt oğlu Aminin və ya Hüseynin adının fərdi təhsilə cəlb edilmiş kimi rəsmiləşdirilməsindən məlumatı olmuşdur. Bəzi müəllimlər Aminin, bəziləri isə Hüseynin fərdi təhsilə cəlb edildiyini bildirmişlər. O, fərdi təhsilin nə olması ilə maraqlandıqda fərdi təhsilin valideynin yazılı müraciəti əsasında bir şagird üçün digər şagirdlərdən ayrılıqda, yəni fərdi qaydada dərs keçilməsi olduğunu öyrənmişdir. Onun övladları Amin və ya Hüseyinin adının fərdi təhsil keçilən şagird kimi rəsmiləşdirilməsindən məlumatı olmamışdır. 2019-cu ilin əvvəllərindən 2022-ci ilin fevral ayına qədər oğlu Amin, eləcə də digər övladlarının heç biri ümumiyyətlə məktəbə getməmişdir. Daha sonra kənd sakinləri ilə birlikdə dövlət orqanlarına və televiziya kanallarına müraciət etdik. Müraciət edənlərdən biri də X45 olmuşdur. Yalnız, bundan sonra Camal direktor vəzifəsindən azad olunmuşdur. Camal direktor vəzifəsindən azad olunduqdan sonra yeni təyin olunmuş direktorun tələbinə əsasən Sarxanlı kənd ümumi orta məktəbində dərslər qaydasında keçirilir. Təqsirləndirilən şəxs göstərdikləri yalandır. Onun övladının heç biri heç vaxt qayınatası Novruzgildə qalmamışdır. O, latın qrafikalı azərbaycan əlifbası ilə oxuya bilsə də, yaza bilmir. O, övladımın fərdi təhsilə cəlb edilməsi ilə bağlı Təqsirləndirilən şəxs və ya Cəlilabad rayon təhsil şöbəsinə yazılı və ya şifahi formada müraciət etməmişdir. Əgər bununla bağlı hər hansı sənəd vardırsa həmin sənəd Camal tərəfindən onun adımdan yazılmış və imzalanmışdır. Qeyd etmişdir ki, övladı Amin və ya Hüseyinin fərdi təhsilə cəlb edilməsindən məlumatı olmamışdır. O, bununla bağlı Cəlilabad RİHB-nin Qarakazımlı kənd inzibati ərazi nümayəndəliyindən və yaşadığımız ərazi üzrə Qarakazımlı kənd həkim məntəqəsindən sənəd almamışdır. Əgər həmin idarələrdən hər hansı sənəd alınmışdırsa belə həmin sənədləri Camal özü almışdır. Lakin, onun bu barədə hər hansı məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, o, X19 və X21 əvvəllər tanımamışdır. Azərbaycan Respublikasının Baş X10 Nəzarəti Xidmətinə daxil olmuş Cəlilabad rayon prokurorunun 04 may 2023-cü il tarixli Cəlilabad rayon Sarxanlı kənd ümumi orta məktəbində 15 sentyabr 2017-ci il tarixdən 30 dekabr 2022-ci il tarixə kimi olan dövrdə maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması barədə qərarının icrası ona həvalə edilmiş və o həmin qərarın icrası ilə bağlı Cəlilabad rayon Sarxanlı kənd ümumi orta məktəbində 15 sentyabr 2017-ci il tarixdən 30 dekabr 2022-ci il tarixə kimi maliyyə-təsərrüfat fəaliyyətini yoxlamış və yoxlamanın nəticəsi ilə bağlı akt, yəni mütəxəssis rəyi tərtib etmişdir. Yoxlamanın Azərbaycan Respublikası Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi X9, X37, Təsərrüfat İstismar qrupunun rəhbəri X6 və Cəlilabad rayonu Sarxanlı kənd ümumi orta məktəbinin direktoru X38 iştirakları ilə aparılmışdır. Yoxlama ilə əhatə olunan dövrdə Cəlilabad rayon Sarxanlı kənd ümumi orta məktəbinin direktoru vəzifəsində Təqsirləndirilən şəxs, direktorun tədris işləri üzrə müavini X8 işləmiş və onlar məktəbin maliyyə-təsərrüfat fəaliyyəti üçün cavabdeh olmuşlar. Qeyd etmişdir ki, maliyyə təsərrüfat fəaliyyəti üçün birbaşa cavabdeh direktor vəzifəsini icra etmiş Təqsirləndirilən şəxs olmuşdur. Çünki, dərs illərində məktəbdə tədris planına uyğun olaraq tarifləşmə siyahılarını, eləcə də məktəb üzrə aylıq əmək haqqı cədvəllərini Təqsirləndirilən şəxs tərtib və təsdiq edərək Cəlilabad rayon Təhsil sektoruna (əvvəllər Təhsil şöbəsi) təqdim etmiş, daha sonra isə həmin cədvəllər sektor rəhbərliyi və Lənkəran- Aastara regional Təhsil idarəsinin mühasibatlığı tərəfindən təsdiq edilmişdir. Əmək haqqı cədvəlləri direktor müavini olmuş Allahverən Həsənov tərəfindən imzalanmamışdır. Həmçinin Şahid4 yoxlamanın nəticəsi ilə bağlı verilmiş suallara cavab olaraq bildirmişdir ki, məktəb üzrə yoxlamanın əhatə etdiyi dövrdə fərdi təhsildə tədris olunmamış dərslərə görə əsassız olaraq ödənilmiş 23251,74 manat məbləğində əmək haqqı ödənilməli olan ziyan kimi qiymətləndirilməlidir. Buna cavabdeh isə məktəbin direktoru vəzifəsini icra etmiş Təqsirləndirilən şəxs olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs hər tədris ilinin əvvəlində tarif cədvəlini, eləcə də hər ay əmək haqqı cədvəlini təsdiq edərək Cəlilabad rayon Təhsil sektoruna təqdim etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şagirdlərin fərdi təhsilə cəlb edilməsində çoxsaylı qanun pozuntularına yol vermişdir. Belə ki, 15 sentyabr 2017-ci il tarixli, 175 nömrəli əmrlə X39 fərdi təhsildə İİİ sinifə qəbul edilmiş, tədris planına uyğun olaraq 8 dərs saatı müəyyənləşdirilərək müəllimlərin adlarına əmrləşdirilmişdir. Buna baxmayaraq 2017/2018 və 2018/2019-cu tədris illərində fərdi sinif üçün sinif jurnalları açılmamış, qeyd olunan tədris illərinin İİİ və İV siniflərə aid sinif jurnalının bəzi səhifələrində X39 şagird kimi qeyd edilmiş lakin qiymətləndirmə aparılmamışdır. Məktəbin 15 sentyabr 2018-ci il tarixli, 44 nömrəli əmrinə əsasən X61 fərdi təhsildə İ sinifə qəbul edilmiş, tədris planına uyğun olaraq 10 dərs saatı müəyyənləşdirilərək müəllimlərin adlarına əmrləşdirilmişdir. Lakin 2018/2019, 2019/2020 və 2020/2021-ci tədris illərində fərdi sinif üçün sinif jurnalları açılmamış, qeyd olunan tədris illərinin müvafiq sinif jurnallarında X61 şagird kimi qeyd edilmiş lakin qiymətləndirmə aparılmamışdır. 2021/2022 və 2022/2023-cü tədris illərində ümumtəhsil müəssisələrinin informasiya sistemindəki (ÜTİS) şagirdlərin siyahısında fərdi təhsilə cəlb olunan X61 olmağına baxmayaraq X40 adına fərdi təhsil alması barədə sinif jurnalları açılmış və dərslərin keçirilməsi barədə müəllimlər tərəfindən müəyyən qeydlər apaılmış, o cümlədən 2022/2023-cü dərs ilində bütünlükdə ədəbiyyat müəllimi Təqsirləndirilən şəxs V Fərdi sinif jurnalında şagirdin X39 olduğu qeyd etmişdir. Bundan əlavə qeyd etmişdir ki, X43 2015/2016 və 2016/2017-ci tədris illərində də müvafiq olaraq İ və İİ sinif üzrə fərdi təhsilə cəlb edilmişdir. Həmin tədris illərində də fərdi dərslər tədris edilməsə də yoxlama barədə qərarda 15 sentyabr 2017-ci il tarixdən sonrakı dövrün yoxlanması qeyd edildiyi üçün 2015/2016 və 2016/2017-ci tədris illərində müəllimlərə ödənilmiş əsassız əmək haqqının ümumi məbləği yoxlamanın əhatə etdiyi dövrdə fərdi təhsildə tədris edilməmiş dərslərə görə ödənilmiş ümumi ziyana daxil edilməmişdir. 2015/2016 və 2016/2017-ci tədris illəri üzrə fərdi təhsildə tədris edilməmiş dərslərə görə ödənilmiş məbləğ hesablanaraq ümumi ziyana daxil edilməlidir. Bundan başqa, məktəbdə xadimə vəzifəsində işləmiş X11 01 dekabr 2021-ci il tarixli, 58 nömrəli əmrlə Əmək Məcəlləsinə əsaslanmadan işdən azad olunduğu halda ona dekabr ayı üçün 229,50 manat məbləğində əmək haqqı hesablanıb ödənilmişdir. Direktor vəzifəsini icra etmiş Təqsirləndirilən şəxs tərəfindən heç bir əsas, eləcə də səlahiyyəti olmadan 05 yanvar 2022-ci il tarixli, 62 nömrəli əmrlə 01 dekabr 2021ci il tarixli, 58 nömrəli əmr ləğv edilmiş və 05 yanvar 2022-ci il tarixli, 64 nömrəli əmrlə X27 təkrar Əmək Məcəlləsinə əsaslanmadan işdən azad edilmişdir. Ruhiyyə Xudiyeva işdən azad olunduğu halda ona dekabr ayı üçün ödənilmiş 229,50 manat məbləğində əmək haqqı ödənilməli olan ziyan kimi qiymətləndirilməlidir. Buna cavabdeh isə məktəbin direktoru vəzifəsini icra etmiş Təqsirləndirilən şəxs olmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Təhsil nazirinin dərnəklərin təşkili haqqında 04 avqust 2017-ci il tarixli, 238 nömrəli əmri ilə təsdiq edilmiş qaydalarının 6-cı bəndinə (Dərnəklər şagirdlərin könüllülüyü əsasında təşkil olunur) və 11-ci bəndinə (İdman istiqamətli dərnəklərə cəlb edilmiş şagirdlər üçün onların sağlamlığı barədə tibbi arayış təqdim olunmalıdır) zidd olaraq Sarxanlı kənd ümumi orta məktəbində idman zalı olmadığı, məktəbin həyətində idman oyunlarının keçirilməsi üçün avadanlıqlar və lazımı şərait olmadığı halda 2019/2020, 2020/2021 və 2021/2022-ci tədris illərində direktor vəzifəsini icra etmiş Təqsirləndirilən şəxs müvafiq əmrlərinə əsasən “Gənc idmançılar” dərnəyi yaradılması rəsmiləşdirilmiş və bu məqsədlə fiziki tərbiyə müəllimi işləyən X41 1159,20 manat məbləğində əsassız əmək haqqı hesablanıb ödənilmişdir. Qeyd olunan məbləğ ödənilməli olan ziyan kimi qiymətləndirilməlidir. Çünki, idman dərnəyi idman zalı olan, həyətində idman oyunlarının keçirilməsi üçün avadanlıqlar və lazımı şərait olan məktəblərdə təşkil edilməlidir. Bundan başqa, idman dərnəyinin təşkil edilməsi əsas olan sənədlər, yəni şagirdlərin ərizələri və şagirdlərin barəsində sağlamlıq haqqında arayışlar da olmadan həmin dərnək təşkil edilmişdir. Məktəbin fizika müəllimi işləmiş X46 2020-ci ilin mart ayından başlayaraq işə gəlmədiyi halda, eləcə də məzuniyyətdən geri qayıtması barədə heç bir əmr olmadan 01 dekabr 2022-ci il tarixə kimi hesablanıb əmək haqqı olaraq ödənilmiş 10703,15 manat məbləğində pul vəsaiti ödənilməli olan ziyan kimi qiymətləndirilməlidir. Sarxanlı kənd ümumi orta məktəbində yoxlama ilə əhatə olunan dövrdə dörd nəfər qeyri-ixtisas təhsilli müəllimlərə ixtisaslarına uyğun gəlməyən dərs saatlarının tədris jurnallarına rəsmiləşdirilməsi hesabına hesablanıb ödənilmiş 1861,96 manat əmək haqqı ödənilməli olan ziyan kimi qiymətləndirilməməlidir. Çünki, qeyri-ixtisas dərsləri olsa da həmin dərslər faktiki olaraq müəllimlər tərəfindən tədris edilmişdir. Yoxlamanın nəticəsinə dair aktda (mütəxəssis rəyi) yoxlamanın əhatə etdiyi dövrdə dərslərin keçirilməsi barədə sinif jurnallarında, eləcə də məktəbin dərnək, dərsdənkənar məşğələlərin tədris olunması ilə əlaqədar jurnallarına baxış keçirilərkən müəllimlər tərəfindən bəzi vaxtlarda dərslərin keçirilməsi barədə jurnallarda qeydlər aparmadığı halda müəllimlərə əsassız olaraq 4800,97 manat məbləğində əmək haqqı ödənildiyi göstərilmişdir. Lakin, qeyd olunmalıdır ki, yoxlama zamanı Mübariz Mehdizadəyə əmrlə həftəlik 15 saat dərs ayrıldığını müəyyən etmişdir. Həmin dərslərin 1 saatı Orta türk tarixi dərsi olmuşdur. Lakin, sonradan həmin dərs tədris olunmamışdır. Lakin, bununla bağlı hər hansı əmr verilməmişdir. O da əmri əsas götürərək jurnalın yazılmamasını nöqsan kimi qeyd etmişdir. Həmin dövr üçün hesablanmış 138,47 manat vurulmuş ziyana daxil edilməməlidir. Bundan başqa, X22 İ sinifdə texnologiya dərsini tədris etməsinə dair sinif jurnalda müəllim kimi adı qeyd olunmağına baxmayaraq jurnal yazılmadığı üçün həmin günlər üçün ödənilmiş əmək haqqının məbləği nöqsan kimi qeyd edilsə də ziyan kimi qiyətləndirilməməlidir. Çünki, Turab Güləliyevin həmin dərsi əvəzçilik qaydasında tədris etməsinə dair də müvafiq əmr olmamışdır. Buna görə də Turab Güləliyev tərəfindən qeydiyyat aparılmmaış dərslər üçün ödənilmiş 48,74 manat əmək haqqı məbləği vurulmuş ziyana daxil edilməməlidir. Bundan əlavə fərdi təhsil üzrə dərslərin tədris olunmasına dair sinif jurnallarında qeydiyyat aparmamış X57 və X33 qeydiyyat aparılmamış dərslər üçün ödənilmiş əmək haqqının məbləği ümumilikdə qeydiyyat aparılmamış dərslər üçün ödənilmiş 4800,97 manatdan çıxılmalıdır. Çünki, fərdi təhsil üzrə tədris olunmamış dərslərə görə müəllimlərə ödənilmiş əmək haqqı ümumilikdə hesablanmışdır. Qeyd olunanlara əsasən fizika müəllimi X57 fərdi təhsilə cəlb olunmuş Vİİ sinifində fizika dərsini tədris etməsinə dair sinif jurnalında 15 sentyabr 2022-ci il tarixdən 14 iyun 2023-ci il tarixə kimi dərslərin keçirilməsi barədə qeydiyyat aparmadığı halda ona tədris olunmamış dərslər üçün ödənilmiş 250,81 manat, biologiya müəllimi X33 fərdi təhsilə cəlb olunmuş Vİİ sinifində biologiya dərsini tədris etməsinə dair sinif jurnalında 15 sentyabr 2022-ci il tarixdən 14 iyun 2023-ci il tarixə kimi dərslərin keçirilməsi barədə qeydiyyat aparmadığı halda ona tədris olunmamış dərslər üçün ödənilmiş 250,81 manat, Mübariz Mehdizadənin jurnal yazmadığı günlər üçün hesablanmış 138,47 manat və Turab Güləliyevin jurnal yazmadığı günlər üçün hesablanmış 48,74 manat, cəmi 250,81+250,81+138,47+48,74= 688,83 (altı yüz səksən səkkiz manat, səksən üç qəpik) manat ümumilikdə qeydiyyat aparılmamış dərslər üçün ödənilmiş 4800,97 manatdan çıxılmalı və yerdə qalmış 4112,14 (dörd min yüz on iki manat, on dörd qəpik) manat məbləği qeydiyyat aparılmamış dərslər üçün müəllimlərə ödənilmiş əsassız əmək haqqı olaraq geri ödənilməli ziyan kimi qiymətləndirilməlidir. Yoxlama zamanı Sarxanlı kənd ümumi orta məktəbində maddi qiymətlilərin qorunub saxlanılması və faktiki mövcudluğu 30 iyun 2023-cü il tarixdə yoxlanılarkən məktəbin istifadəsində olmuş və sabiq direktor vəzifəsini icra edən Təqsirləndirilən şəxs öhdəsində olmuş mal-material qiymətlilərinin faktiki varlığı sayılıb mühasibat qalığı ilə üzləşdirərkən 1 ədəd (2008) 84,15 manat dəyərində radio uzelin, 1 ədəd (2008) 35,36 manat dəyərində kino aparatının, 2 ədəd (2008) 1,74 manat dəyərində şagird üçün stol, 15 ədəd (2008) 47,20 manat dəyərində şagird üçün stol, 22 ədəd (2008) 23,27 manat dəyərində şagird üçün stul, 1 ədəd (2008) 78,12 manat dəyərində Qorizont markalı televizor, 1 ədəd (2008) 9,25 manat dəyərində televizor altlığı, 2 ədəd (2008) 60,00 manat dəyərində stol aqreturni, 1 ədəd (2008) 8,54 manat dəyərində tennis stolu, 1 ədəd (2008) 8,54 manat dəyərində çertjoj üçün lövhə, 1 ədəd (2008) 16,44 manat dəyərində kreslo, 2 ədəd (2008) 490,00 manat dəyərində müəliim stolu, 1 ədəd (2008) 245,00 manat dəyərində kitab şkafı və 1 dəst 1750,00 manat dəyərində (2013) “Monita-13” kompyuter dəstinin ümumilikdə 2857,21 manat dəyərində əmlakın çatışmazlığı məyyən edilmişdir. Qeyd olunan çatışmazlıq məbləği ödənilməli olan ziyan kimi qiymətləndirilməlidir. Çünki, çatışmayan əmlakların hamısı Təqsirləndirilən şəxs tərəfindən təhvil alınmış, sonuncu inventarizasiya aktına əsasən də inventarizasiya zamanı da yerində olmuşdur. Şahid4 istintaqa verdiyi əlavə ifadəsində göstərmişdir ki, X43 2015/2016 və 2016/2017-ci tədris illərində də müvafiq olaraq İ və İİ sinif üzrə fərdi təhsilə cəlb edilmişdir. Həmin tədris illərində də fərdi dərslər tədris edilməmiş, lakin müəllimlərə həmin dərs illərində əsassız əmək haqqı ödənilmişdir. Buna görə də həmin məbləğ də ödənilməli olan ziyan kimi qiymətləndirilməli və cinayət işi üzrə vurulmuş ziyana daxil edilməlidir. Ona təqdim edilmiş əmək haqqı cədvəllərinə əsasən hesablama aparmaqla müəyyən etmişdir ki, 2015/2016 və 2016/2017-ci tədris illərində fərdi təhsildə tədris olunmamış dərslərə görə müəllim X12 ümumilikdə 3381,35 (üç min üç yüz səksən bir manat, otuz beş qəpik) manat məbləğində əsassız əmək haqqı hesablanaraq ödənilmişdir. Buna görə də 2015/2016 və 2016/2017-ci tədris illəri üzrə fərdi təhsildə tədris edilməmiş dərslərə görə ödənilmiş məbləğ ümumi ziyana daxil edilməlidir. Qeyd etmişdir ki, dövlət büdcəsinə bərpa olunmalı olan çatışmazlığın ümumi məbləği 23251,74 manat + 229,50 manat + 1159,20 manat + 10703,15 manat + 4112,14 manat + 2857,21 manat + 3381,35 manat= 45694,29 (qırx beş min altı yüz doxsan dörd manat, iyirmi doqquz qəpik) manat qiymətləndirilməlidir. Lakin, Sarxanlı kənd ümumi orta məktəbində biologiya müəllimi işləyən X23 məktəbə gedərək ona ayrılmış dərsləri faktiki olaraq tədris etmədiyi müəyyən edildiyi halda yoxlama ilə əhatə olunan dövrdə ona ödənilmiş 14434,14 manat əmək haqqı məbləği də bərpa edilməli olan ziyanın ümumi məbləğinə daxil edilməli və yekun bərpa olunmalı məbləğ 60128,43 manat (altmış min yüz iyirmi səkkiz manat qırx üç qəpik) qiymətləndirilməlidir. Bu çatışmazlıqlara cavabdeh həmin dövrdə direktor işləmiş Təqsirləndirilən şəxsdur. Çünki, yoxlama ilə əhatə olunan dövrdə, məktəbdə tədris planına uyğun olaraq tarifləşmə siyahılarını, eləcə də məktəb üzrə aylıq əmək haqqı cədvəllərini Təqsirləndirilən şəxs tərtib və təsdiq edərək Cəlilabad rayon Təhsil sektoruna (əvvəllər Təhsil şöbəsi) təqdim etmiş, daha sonra isə həmin cədvəllər sektor rəhbərliyi və Lənkəran-Astara regional Təhsil idarəsinin mühasibatlığı tərəfindən təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən Cəlilabad rayon Sarxanlı kənd ümumi orta məktəbdə ibtidai sinif müəllimi işləyir. Mən hər dərs günü məktəbə gedərək üzərinə düşən vəzifələri icra edir. İşlədiyi müddət ərzində məktəb üzrə yalnız 2021/2022-ci tədris ilində 4-cü sinif üzrə fərdi təhsilə cəlb edilmiş X47 riyaziyyat dərsi tədris edilməsi ona həvalə edilmişdir. Hüseyn 2021/2022-ci tədirs ilində əksər vaxtlarda məktəbə gəlməmişdir. Hüseyn 2021/2022-ci tədris ilində məktəbə gəldiyi bəzi günlərdə ona fərdi qaydada dərs keçmişdir. O, işlədiyi müddət ərzində fərdi dərsdən əlavə, hər dərs günü məktəbə gedərək ona ayrılmış dərsləri tədris etmişdir. Hüseynin əvvəlki tədris illərində məktəbə gəlibgəlməməsindən dəqiq məlumatı yoxdur. Eşitdiyinə görə Hüseyn və ailəsi bir neçə il başqa kənddə fermada yaşamışlar. Hüseynin qardaşı Aminin, habelə X16 fərdi təhsilə cəlb edilibedilməməsi barədə məlumatı yoxdur. İşlədiyi müddət ərzində əmək haqqı kartım özündə olmuşdur və hər ay əmək haqqı kartına yüklənmiş bütün ödənişləri özü almışdır. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ondan xahiş etdiyi üçün o, ərizə yazmışdır. Lakin, hazırki ifadəsində göstərdikləri doğrudur. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2011-ci ildən Cəlilabad rayon Sarxanlı kənd ümumi orta məktəbdə ingilis dili müəllimi işləyir. O, hər dərs günü məktəbə gedərək üzərinə düşən vəzifələri icra edir. İşlədiyi müddət ərzində məktəb üzrə fərdi təhsilə cəlb edilmiş X24 2021/2022-ci tədris ilində 0,5 saat, 2022/2023-cü tədris ilində 0,5 saat ingilis dili dərsləri deyilməsi ona həvalə edilmişdir. Nəzrin Quliyeva 2021/2022-ci tədris ilində həmin il üzrə 7ci sinif olmuş sinfin şagirdləri ilə birlikdə dərsə gəlmiş və o da Nəzrinə fərdi qaydada deyil, digər şagirdlərlə birlikdə dərs keçmişdir. Nəzrin həmin dərs ilində digər şagirdlərlə birlikdə dərsə gəlmişdir. 2022/2023-cü tədris ilində də Nəzrin 2023-cü ilin mart ayına qədər həmin il 8-ci sinif olmuş sinfin şagirdləri ilə birlikdə dərsə gəlmişdir. Rövşən Zeynalov direktor təyin olunduqdan sonra isə Nəzrinə dərslər fərdi qaydada keçilməyə başlanmışdır və o da həmin vaxtdan etibarən Nəzrinə fərdi qaydada dərs keçmişdir. O, işlədiyi müddət ərzində fərdi dərsdən əlavə, hər dərs günü məktəbə gedərək ona ayrılmış dərsləri tədris etmişdir. İşlədiyi müddət ərzində əmək haqqı kartı özümdə olmuşdur və hər ay əmək haqqını özü almışdır. O, əmək haqqından direktor işləmiş Təqsirləndirilən şəxs və ya digər hər hansı şəxsə hər hansı məbləğdə pul verməmişdir. O, 2018/2019-cu tədris ilində inilis dili dərnəyi üzrə dərslər tədris etməmişdir. Buna görə də dərnək jurnalını yazmamışdır. 2020/2021-ci tədris ilində İİ sinifdə ingilis dili dərslərini hər dərs günü məktəbə gedərək tədris etmişdir. Lakin, həmin sinifdə 08 fevral 2021-ci il tarixdən 14 iyun 2021-ci il tarixə kimi dərslərin keçirilməsi barədə qeydiyyat aparmamağının səbəbini xatırlamır. Bildiyinə görə, X2 ümumi orta məktəbində fərdi təhsilə cəlb edilmişdir. Lakin, Hüseyn və ailəsi uzun müddət Sarxanlı kəndində yaşamamışdır və ona, eləcə də qardaşı Aminə fərdi qaydada, eləcə də digər şagirdlərlə birlikdə dərs keçilməmişdir. Hüseyn və qardaşı Amin 2022/2023-cü tədris ilindən məktəbə gəlməyə başlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyindən Cəlilabad rayon Təhsil şöbəsi üzrə verilmiş 30 dekabr 2010-cu il tarixli əmrin surətindən görünür ki, yaranmış zərurətlə əlaqədar olaraq Sarxanlı kənd ümumi orta məktəbinə nəzarət və rəhbərlik 30 dekabr 2010-cu il tarixdən Təqsirləndirilən şəxs həvalə edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, 30 dekabr 2010-cu il tarixdən Cəlilabad rayon Sarxanlı kənd ümumi orta məktəbinə rəhbərlik etmək ona həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Lənkəran- Astara Regional Təhsil idarəsindən verilmiş 06 dekabr 2022-ci il tarixli, K-284 nömrəli əmrin surətindən görünür ki, Cəlilabad rayonu, Sarxanlı kənd ümumi orta məktəbin direktor vəzifə səlahiyyətlərinin icrası 07 dekabr 2022-ci il tarixdən məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Təqsirləndirilən şəxs götürülmüşdür. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 07 sentyabr 2023-cü il tarixli, P601-23 nömrəli protokoldan görünür ki, X43 və X20 Cəlilabad rayonu, Sarxanlı kənd ümumi orta məktəbində fərdi təhsilə cəlb olunması ilə bağlı onların adına açılmış şəxsi işdə olan sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, Nəzrin Quliyevanın fərdi təhsilə cəlb edilməsi ilə bağlı onun adına tərtib olunmuş şəxsi işdə aşağıdakı sənədlər vardır: 1) X34 adından övladı Nəzrin Quliyevanın fərdi təhsil alması ilə bağlı Cəlilabad rayon Sarxanlı kənd ümumi orta məktəbinin direktoru olmuş Təqsirləndirilən şəxs ünvanlanmış ərizə; 2) X34 adından övladı Nəzrin Quliyevanın fərdi təhsil alması ilə bağlı Cəlilabad rayon Təhsil şöbəsinə yazılmış ərizə; 3) X25 adına Qarakazımlı kənd xəstəxanasından verilməsi qeyd edilmiş əlyazma ilə yazılmış, imza və möhürlə təsdiq edilməmiş arayış; 4) Cəlilabad rayon Təhsil şöbəsinin müdir müavini olmuş Hafiz X1 fərdi təhsilə cəlb edilməsi məsələsinin həll edilməsinin tapşırılması barədə Cəlilabad rayon Sarxanlı kənd ümumi orta məktəbinin direktoru vəzifəsini icra etmiş Təqsirləndirilən şəxs ünvanladığı 01 oktyabr 2015-ci il tarixli, 549/2 nömrəli məktub; 5) Nəzrin Quliyevanın özünün doğum haqqında şəhadətnaməsinin surəti. X20 fərdi təhsilə cəlb edilməsi ilə bağlı onun adına tərtib olunmuş şəxsi işdə 1) Şahid1 adından övladı Hüseyin Ağayevin fərdi təhsil alması ilə bağlı Cəlilabad rayon Sarxanlı kənd ümumi orta məktəbinin direktoru olmuş Təqsirləndirilən şəxs ünvanlanmış ərizə; 2) Cəlilabad rayon Təhsil şöbəsinin müdir müavini olmuş Hafiz X3 fərdi təhsilə cəlb edilməsinin məqsədə müvafiq olması barədə Cəlilabad rayon Sarxanlı kənd ümumi orta məktəbinin direktoru vəzifəsini icra etmiş Təqsirləndirilən şəxs ünvanladığı 14 sentyabr 2018-ci il tarixli, 435/1 nömrəli məktub; 3) Cəlilabad rayon Sarxanlı kənd ümumi orta məktəbinin direktoru vəzifəsini icra etmiş Camal X4 fərdi təhsilə cəlb edilməsinin məqsədə müvafiq olması barədə 14 saylı X60 Mərkəzinin aparıcı məsləhətçisi Z.Əzizova ünvanladığı 15 sentyabr 2018-ci il tarixli, 22 nömrəli məktub; 4) Cəlilabad rayon Sarxanlı kənd ümumi orta məktəbinin direktoru vəzifəsini icra etmiş Camal X4 fərdi təhsilə cəlb edilməsinin məqsədə müvafiq olması barədə Cəlilabad rayon Təhsil şöbəsinin müdiri Hafiz Cavadova ünvanladığı 15 sentyabr 2018-ci il tarixli məktubun surəti; 5) X20 adına Qarakazımlı kənd həkim məntəqəsindən verilmiş sağlamlıq haqqında 01 oktyabr 2018-ci il tarixli, 54 nömrəli arayışın surəti; 6) Şahid1 adına Qarakazımlı kənd inzibati ərazi nümayəndəliyindən verilmiş 20 sentyabr 2018-ci il tarixli, 258 nömrəli arayışın surəti; 7) Sarxanlı kənd ümumi orta məktəbinin direktoru vəzifəsini icra etmiş Təqsirləndirilən şəxs tərəfindən Hüseyin Ağayevin fərdi təhsilə cəlb edilməsi barədə 15 sentyabr 2018-ci il tarixli, 42 nömrəli əmrdən çıxarışın surəti; 8) Hüseyin Ağayevin özünün doğum haqqında şəhadətnaməsinin surəti. Bundan baqa, Cəlilabad rayon Sarxanlı kənd ümumi orta məktəbi üzrə 28 avqust 2014-cü il - 20 sentyabr 2017-ci il tarixləri əhatə edən “Əmr kitabı”na baxış zamanı müəyyən edilmişdir ki, kitabın 45-ci səhifəsində əlyazma ilə qeyd olunmuş xx.xx.2015-ci il tarixli, 67 nömrəli əmrlə məktəb üzrə uzun müddət təhsildən yayınan X43 İ sinifdə fərdi təhsilə cəlb edildiyi, fərdi təhsil üzrə dərslərin deyilməsi ibtidai sinif müəllimi X12 həvalə edildiyi qeyd edilmişdir. Əmr kitabına sonuncu səhifəyədək baxış keçirilərək müəyyən edilmişdir ki, növbəti tədris illərinin əvvəllərində Nəzrin Quliyevanın fərdi təhsilə cəlb edilməsi ilə bağlı ayrıca əmr qəbul edilməmiş, yalnız dərs bölgüsü üzrə əmrlərdə fərdi təhsil dərslərin deyilməsinin hansı müəllimlərə həvalə edildiyi qeyd edilmişdir. Bundan əlavə, Cəlilabad rayon Sarxanlı kənd ümumi orta məktəbi üzrə 01 noyabr 2017-ci il - 02 noyabr 2020-ci il tarixlərini “Əmr kitabı”na baxış zamanı müəyyən edilmişdir ki, kitabın 33-cü səhifəsində əlyazma ilə qeyd olunmuş xx.xx.2018-ci il tarixli, 44 nömrəli əmrdə məktəb üzrə uzun müddət təhsildən yayınan X51 İ sinifdə fərdi təhsilə cəlb edildiyi, fərdi təhsil üzrə dərslərin deyilməsi ibtidai sinif müəllimi X26 həvalə edildiyi qeyd edilmişdir. Əmr kitabına sonuncu səhifəyədək baxış keçirilərək müəyyən edilmişdir ki, növbəti tədris illərinin əvvəllərində Nəzrin Quliyeva və Amin Ağayevin fərdi təhsilə cəlb edilməsi ilə bağlı ayrıca əmr qəbul edilməmiş, yalnız dərs bölgüsü üzrə əmrlərdə fərdi təhsil dərslərin deyilməsinin hansı müəllimlərə həvalə edildiyi qeyd edilmişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 07 sentyabr 2023-cü il tarixli, P602-23 nömrəli protokoldan görünür ki, yoxlamanın əhatə etdiyi dövrdə dərslərin keçirilməsi barədə sinif jurnallarında, eləcə də məktəbin dərnək, dərsdənkənar məşğələlərin tədris olunması ilə əlaqədar jurnallarına baxış keçirilərkən müəllimlər tərəfindən bəzi vaxtlarda dərslərin keçirilməsi barədə jurnallarda qeydlər aparmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyi mütəxəssislərinin keçirdikləri yoxlamanın nəticəsinə dair tərtib edilmiş 27 iyul 2023-cü il tarixli aktdan görünür ki, Sarxanlı kənd ümumi orta məktəbində yoxlama ilə əhatə olunan15 sentyabr 2017-ci il tarixdən 30 dekabr 2022-ci il tarixədək olan dövrdə fərdi təhsilə cəlb edilməsi rəsmiləşdirilmiş şagirdlərə ayrılmış dərs fərdi qaydada tədris olunmadığı halda müəllimlərə 23251,74 manat məbləğində əmək haqqı hesablanaraq ödənilmişdir. Bundan başqa, məktəbdə xadimə vəzifəsində işləmiş X35 01 dekabr 2021-ci il tarixli, 58 nömrəli əmrlə Əmək Məcəlləsinə əsaslanmadan işdən azad olunduğu halda ona dekabr ayı üçün 229,50 manat məbləğində əmək haqqı hesablanıb ödənilmişdir. Direktor tərəfindən heç bir əsas olmadan 05 yanvar 2022-ci il tarixli, 62 nömrəli əmrlə 01 dekabr 2021-ci il tarixli, 58 nömrəli əmr ləğv edilmiş və 05 yanvar 2022-ci il tarixli, 64 nömrəli əmrlə X27 təkrar Əmək Məcəlləsinə əsaslanmadan işdən azad edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Təhsil nazirinin dərnəklərin təşkili haqqında 04 avqust 2017-ci il tarixli, 238 nömrəli əmri ilə təsdiq edilmiş qaydalarının altıncı bəndinə (Dərnəklər şagirdlərin könüllülüyü əsasında təşkil olunur) və on birinci bəndinə (İdman istiqamətli dərnəklərə cəlb edilmiş şagirdlər üçün onların sağlamlığı barədə tibbi arayış təqdim olunmalıdır) zidd olaraq Sarxanlı kənd ümumi orta məktəbində idman zalı olmadığı, məktəbin həyətində idman oyunlarının keçirilməsi üçün avadanlıqlar və lazımı şərait olmadığı halda 2019/2020, 2020/2021 və 2021/2022-ci tədris illərində direktorun müvafiq əmrlərinə əsasən “Gənc idmançılar” dərnəyi yaradılması rəsmiləşdirilmiş və bu məqsədlə fiziki tərbiyə müəllimi işləyən X48 1159,20 manat məbləğində əmək haqqı hesablanıb ödənilmişdir. Bundan əlavə, məktəbin fizika müəllimi işləmiş X52 2020-ci ilin mart ayından başlayaraq heç bir əmr olmadan işə gəlmədiyi halda 01 dekabr 2022-ci il tarixə kimi 10703,15 manat məbləğində əmək haqqı hesablanıb ödənilmişdir. Yoxlama zamanı Sarxanlı kənd ümumi orta məktəbində maddi qiymətlilərin qorunub saxlanılması və faktiki mövcudluğu 30 iyun 2023-cü il tarixdə yoxlanılarkən məktəbin istifadəsində olmuş və sabiq direktor vəzifəsini icra edən Təqsirləndirilən şəxs öhdəsində olmuş mal-material qiymətlilərinin faktiki varlığı sayılıb mühasibat qalığı ilə üzləşdirərkən 1 ədəd (2008) 84,15 manat dəyərində radio uzelin, 1 ədəd (2008) 35,36 manat dəyərində kino aparatının, 2 ədəd (2008) 1,74 manat dəyərində şagird üçün stol, 15 ədəd (2008) 47,20 manat dəyərində şagird üçün stol, 22 ədəd (2008) 23,27 manat dəyərində şagird üçün stul, 1 ədəd (2008) 78,12 manat dəyərində Qorizont markalı televizor, 1 ədəd (2008) 9,25 manat dəyərində televizor altlığı, 2 ədəd (2008) 60,00 manat dəyərində stol aqreturni, 1 ədəd (2008) 8,54 manat dəyərində tennis stolu, 1 ədəd (2008) 8,54 manat dəyərində çertjoj üçün lövhə, 1 ədəd (2008) 16,44 manat dəyərində kreslo, 2 ədəd (2008) 490,00 manat dəyərində müəllim stolu, 1 ədəd (2008) 245,00 manat dəyərində kitab şkafı və 1 dəst 1750,00 manat dəyərində (2013) “Monita-13” kompyuter dəstinin ümumilikdə 2857,21 manat dəyərində əmlakın çatışmazlığı müəyyən edilmişdir. Yoxlamanın əhatə etdiyi dövrdə dərslərin keçirilməsi barədə sinif jurnallarında, eləcə də məktəbin dərnək, dərsdənkənar məşğələlərin tədris olunması ilə əlaqədar jurnallarına baxış keçirilərkən müəllimlər tərəfindən bəzi vaxtlarda dərslərin keçirilməsi barədə jurnallarda qeydlər aparmadığı halda müəllimlərə əsassız olaraq 4800,97 manat məbləğində əmək haqqı ödənildiyi müəyəyn edilmişdir. İş üzrə üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının 15 dekabr 2023cü il tarixli, 9/8922 nömrəli rəyindən görünür ki, yoxlamanın əhatə etdiyi dövr üzrə Sarxanlı kənd ümumi orta məktəbində dövlət büdcəsinə vurulmuş ziyanın ümumi məbləği 23251,74 manat + 229,50 manat + 1159,20 manat + 10703,15 + 4112,14 manat + 2857,21 manat = 42312,94 İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Cəlilabad rayon sakini xx.xx.1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş üzrə 07 yanvar 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət əməllərinin hüquqi tövsifi haqqında” qərarla Cəlilabad rayon, Sarxanlı kənd ümumi orta məktəbinin direktoru X36 təqdim etdiyi Cəlilabad rayon Sarxanlı kənd ümumi orta məktəbinə aid müəyyən sinif jurnalları, fərdi təhsilə cəlb edilmiş şagirdlər barəsində tərtib edilmiş sinif jurnalları, X43 və X20 Cəlilabad rayonu, Sarxanlı kənd ümumi orta məktəbində fərdi təhsilə cəlb olunması ilə bağlı onların adına açılmış şəxsi işin Sarxanlı kənd ümumi orta məktəbində saxlanılan nüsxələri, Cəlilabad rayon Sarxanlı kənd ümumi orta məktəbi üzrə 28 avqust 2014-cü il - 20 sentyabr 2017-ci il tarixlərini və 01 noyabr 2017-ci il -02 noyabr 2020-ci il tarixləri əhatə edən iki ədəd “Əmr kitabı” iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut hesab edilmişdir. İş materiallarında olan müdafiə tərəfin vəsatəti əsasında təyin edilmiş kompleks maliyyəmühasibatlıq ekspertizasının keçrilməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2025-ci il tarixli, 9/8932 saylı ekspert rəyindən görünür ki, birinci, üçüncü və dördüncü sualları üzrə rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, iş materiallarında olan sənədlərə əsasən yoxlamanın əhatə etdiyi dövr üzrə Sarxanlı kənd tam orta məktəbində dövlət büdcəsinə vurulmuş çatışmamazlığın ümumi məbləği 33.645,78 (20.591,10 manat + 229,50 manat + 869,40 manat 9098,57 manat +2857,21 manat = 33.645,78) manat məbləğində müəyyən edilir. İkinci sual üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi, ekspert qarşısında qoyulan sualdan da göründüyü kimi, əmək haqlarının təhsil proqramına uyğun tərtib edilmiş şıtatlar əsasında artırılmasına qiymət verilmişdir. Belə olduğu halda təhsil proqramına uyğun tərtib edilmiş ştatlarda nəzərdə tutulan əmək haqlarının direktor tərəfindən səlahiyyət olmadan artırılmasına və ya azaldılmasına qiymət vermək səlahiyyəti isə hüquqi xarakterli məsələ olduğundan həmin hallara məhkəmə tərfindən qiymət verilməlidir. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi, yəni öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israfetmə yolu ilə talaması, vəzifəli şəxs olaraq tamah və sair şəxsi niyyətilə rəsmi sənədlərə və informasiya resursuna bilə-bilə yalan məlumatlar daxil etməklə vahid niyyətlə vəzifə saxtakarlığı etməsi özü tərəfindən inkar edilsə də, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Lakin məhkəmə törədilən əməllərin tövsifi məsələsində aşağıdakıları qeyd edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün tövsif edilməmişdir. Təqsirləndirilən şəxs həmin əməllərinin Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə yanaşı, həm də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə tövsif edilməsi əsassızdır. Çünki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma əməli cinayət hesab edilir. Hazırki ittiham üzrə qulluq mövqeyindən istifadə etməklə mənimsəmə cinayəti törətmiş vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs əməli CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə tam əhatə olunduğu halda, bununla yanaşı əlavə olaraq onun əməlinin Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə tövsif edilməsi əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 39-cu bəndinə əsasən məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir. Əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl CM-in həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, CM-in 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunur (məsələn, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayəti törədildikdə, bu əməli təsbit edən CM-in 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan CM-in 308-ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməklə, təqsirkarın əməli CM-in 308-ci maddəsi ilə və yaxud cinayətlərin məcmusu kimi deyil, yalnız CM-in 179.2.3-cü maddəsi ilə tövsif olunmalıdır). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə törətmiş olduğu mənimsəmə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan, onun əməlinin tövsif olunduğu CM-nin 308.1-ci maddəsi ittihamdan xaric edilməlidir. Eyni zamanda məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayəti 2019-2020, 2020-2021, 2021-2022-ci illər ərzində törətmişdir, həmin vaxtdan iki ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası CM-nin 313-cü maddəsinin sanksiyasında iki ilədək müdətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası CPM-nin 39.1 və 39.1.3-cü maddələrinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilmə, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə həmin hissədə onun barəsində cinayət təqibinə xitam verilməsini və həmin hissədə onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1 və 39.1.3-cü maddələrinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən həmin hissədə cinayət məsuliyyətindən azad edilməlidir. Bununla da məhkəmə əməlin tövsifi məsələsində qeyd edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməllərinin Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4-cü maddələri ilə tövsif edilməsi hissəsi isə əsaslı olmuşdur, ona görə də törətmiş olduğu əməllərin Cinayət Məcəlləsinin həmin maddələri ilə tövsif edilməsi hissəsi düzgündür. Bu səbəbdən də Təqsirləndirilən şəxs törətmiş olduğu əməllər Cinayət Məcəlləsinin həmin maddələri ilə tövsif edilməli və Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən həmin maddələr üzrə təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddəsinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllə məhkum olunmamışdır. İş materiallarında olan, Cəlilabad rayon İHB-nin Qarakazımlı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arsayışdan görünür ki, təqsirləndirilən şəxs Bəşirov X49 rayonu, Zərbiəlli kəndində ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirinini nəzərə alır və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsində göstərilmişdir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4-cü maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi nəzərdə tutulmasa da Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin cəza növünün əlavə cəza kimi təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Mülki iddiaçı Lənkəran-Astara Regional Təhsil idarəsi, eyni zamanda mülki iddia ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs vurulmuş zərərə görə 33645,75 manat (otuz üç min altı yüz qırx beş manat yetmiş beş qəpik) pulun tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın məbləği 33645,75 manat (otuz üç min altı yüz qırx beş manat yetmiş beş qəpik) təşkil edir və həmin ziyan qismən ödənilmişdir. Belə ki, Cəlilabad rayonu, Sarxalı kənd ümumi orta məktəbi tərfindən verilmiş xx.xx.2025-ci il tarixli, 23 nömrəli arayışdan görünür ki, 1 ədəd “Monita-13” markalı kompüter, 1750 (bir min yeddi yüz əlli) manat dəyərində, 2 ədəd müəllim stolu 490 (dörd yüz doxsan) manat dəyərində və 1 ədəd kitap şkafı 245 (iki yüz qırx beş) manat dəyərində olmaqla məktəbdədir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinəəsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinəəsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1 və 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq digər əsaslarla yanaşı iddianın tam və ya qismən təmin edilməsi barədə qərar çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduqları cinayət əməlləri məhkəmə istintaqı zamanı sübuta yetirildiyindən və həmin əməl nəticəsində mülki iddiaçıya maddi zərər vurması müəyyən edildiyindən iş üzrə verilmiş mülki iddia qismən təmin edilməklə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 31160,75 manat (otuz bir min yüz altımış manat yetmiş beş qəpik) maddi ziyan tutularaq Lənkəran- Astara Regional Təhsil idarəsinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə cəmi 350 (iki yüz əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ 41NABZ********************) keçirilməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutma və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşadığı Cəlilabad rayonunun Zərbiəlli kəndindəki yaşadığı evi tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi xaric edilsin. İş üzrə cəmi 350 (iki yüz əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ 41NABZ********************) keçirilsin. İş üzrə mülki iddia qismən təmin edilsin, Təqsirləndirilən şəxs 31160,75 manat (otuz bir min yüz altımış manat yetmiş beş qəpik) manat pul alınıb Lənkəran-Astara Regional Təhsil idarəsinin hesabına ödənilsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Elaxn Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar