Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-51/2025 31.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 10:05 X5 Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1957-ci ildə Əli Bayramlı rayonu Muğan Gəncəli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, cəzasını çəkib qurtarmamış, təqaüdçü, Sabirabad rayonu Çiçəkli kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq hissə-hissə öz mülkiyyətinə keçirməkdən ötrü sonuncuları azadlıqdan məhrum edilmiş qardaşları Akif Qasımovun həbsdən azad olunmasına köməklik etmək məqsədilə zərərçəkmiş şəxslərə ödəyəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda, əslində pulunu ələ keçirmək niyyəti ilə hissə-hissə olmaqla, sonuncuları aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 9 (doqquz) dəfə olmaqla, 13 may 2024-cü il tarixdə saat 15 radələrində Cəlilabad şəhəri Təbriz küçəsində yaşayan Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evində sonuncunun 5.000 manat pulunu, 01 iyun 2024-cü il tarixdə saat 11 radələrində Biləsuvar şəhəri M.İbrahimov küçəsində yerləşən Cavad Bağırova məxsus “Xarı-bülbül” adlanan çayxanada Zərərçəkmiş şəxs1 2.000 (iki) manat pulunu, 19 iyun 2024-cü il tarixdə saat 11:23 və saat 20:15 dəqiqədə sonuncu tərəfindən Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən “Real” və “OBA-17” adlı marketlərin içərisində olan “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus 416973****0462 pan nömrəli bank kartına 2 dəfəyə göndərilmiş 1.000 (bir min) və 300 (üç yüz) manat olmaqla, cəmi 1.300 (bir min üç yüz) manat, 24 iyun 2024-cü il tarixdə saat 21:41 dəqiqədə sonuncu tərəfindən Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən “OBA-17” adlı marketin içərisində olan “MilliÖn” ödəmə terminalı vasitəsi ilə ona məxsus 416973****0462 pan nömrəli bank kartına 100 (bir yüz) manat, 26 iyun 2024-cü il tarixdə saat 23:00 dəqiqədə sonuncu tərəfindən Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən “OBA-17” adlı marketin içərisində olan “MilliÖn” ödəmə terminalı vasitəsi ilə ona məxsus 416973****0462 pan nömrəli bank kartına 100 (bir yüz) manat, 09 iyul 2024-cü il tarixdə saat 22:46 dəqiqədə sonuncu tərəfindən Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən “OBA-17” adlı marketin içərisində olan “MilliÖn” ödəmə terminalı vasitəsi ilə ona məxsus 416973****0462 pan nömrəli bank kartına 200 (iki yüz) manat, 05 avqust 2024-cü il tarixdə saat 23:45 dəqiqədə sonuncu tərəfindən Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən “OBA-17” adlı marketin içərisində olan “MilliÖn” ödəmə terminalı vasitəsi ilə ona məxsus 416973****0462 pan nömrəli bank kartına 50 (əlli) manat olmaqla ümumilikdə 1.750 (bir min yeddi yüz əlli) manat pulunu, 04 iyul 2024-cü il tarixdə saat 13 radələrində Cəlilabad şəhəri H.Əliyev prospekti ilə Qurtuluş küçəsinin kəsişməsində olan dairəvi yol ayrıcının yaxınlığında yerləşən baytarlıq aptekinin qarşısında sonuncunun 200 manat pulunu və bir kiloqramı 1 manat 50 qəpik olmaqla 33 kiloqram çəkidə 50 manat məbləğində “Pakistan” növlü noxud məhsulunu ələ keçirib, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ümumilikdə 9.000 (doqquz min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 13 may 2024-cü il tarixdə saat 10 radələrində idarə etdiyi “Land Rover” markalı **-DR-*** d.q.nişanlı avtomobillə yaxın qohumlarını məhkəmədə olan işlə əlaqədar Lənkəran Ağır Cinayətlər Məhkəməsinə aparmışdır. Həmin günü saat 14 radələrində məhkəmənin həyətində sonradan adlarını bildiyi Cəlilabad rayon sakinləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə rastlaşmışdır. Zərərçəkmiş şəxs2 da ağlayaraq ucadan qardaşı Vidadi ilə məhkəmə işindən danışan zaman, o da Zərərçəkmiş şəxs2 yaxınlaşıb məhkəmədə nə barədə işlərinin olduğunu soruşmuşdur. Almas da ona qardaşı Akif Qasımovun camaatdan pullar aldığını və həmin pulları qaytara bilmədiyi üçün işinin buraya gəlib çıxdığını bildirmişdir. O da onlara şəxsiyyət vəsiqəsini göstərib əslən Yardımlı rayonundan olduğunu, Şirvan şəhərində xəstəxananın yaxınlığında yaşadığını və Şirvan Apellyasiya Məhkəməsində kömək etmək üçün tanışlarının olduğunu demişdir. Daha sonra o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zərər çəkmiş şəxslərin razılığı olduğu halda qardaşları Akif Qasımovun həbsdən azad edilməsinə kömək etmək mümkün olduğunu demiş, Zərərçəkmiş şəxs1 da cavab olaraq ona qardaşı Akif Qasımovun işinin düzəlməsi üçün nə qədər pul lazım olduğunu soruşmuşdur. Həmçinin Vidadi ona qardaşının borclu olduğu şəxslərin siyahısını da göstərmişdir. O isə Zərərçəkmiş şəxs1 cavab olaraq heç olmasa bu işin düzəlməsi üçün 10.000 manat pul lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs2 da ona evini satdığını və evin pulundan 5.000 manat pul qaldığını bildirmişdir. O da Zərərçəkmiş şəxs2 demişdir ki, 5.000 manat pulu ona versin və zərər çəkmiş şəxslərlə danışıb onlardan barışıq ərizəsini alıb məhkəməyə versinlər ki, qardaşının işi yüngül olsun. Almas da onunla razılaşmış və 5.000 manat pulu Cəlilabad rayonunda yaşadığı evdən gəlib götürməsini ondan xahiş etmişdir. O, Zərərçəkmiş şəxs1 nömrəsini götürüb onlara çıxıb getməsini məsləhət görmüşdür. 13 may 2024-cü il tarixdə saat 15 radələrində o, Cəlilabad rayonunda Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinə gəlmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 da evdə olmuşdur. Zərərçəkmiş şəxs2 ona 5.000 manat pulu notarius yolu ilə verməyi təklif etmişdir. O isə Zərərçəkmiş şəxs2 iş vaxtının gec olduğunu bildirib, 5.000 manat pulu indi verməsini və qalan 5.000 manat pulu da verən zaman bütövlükdə notarial qaydada təsdiqləmələrini demişdir. Almas da onunla razılaşmış və Almasdan 5000 manat pulu götürməzdən əvvəl öz xətti ilə qəbz yazaraq onların hər ikisinə qol çəkdirmişdir. O, 5000 manat pulu götürdükdən sonra həmin qəbzi də Zərərçəkmiş şəxs2 sübut kimi vermişdir. Həmçinin Zərərçəkmiş şəxs2 zərər çəkmiş şəxslərin evlərinə gedəcəyini demişdir. Almas da ona əlavə olaraq 50 manat yol pulu gətirib vermişdir. O da onlara qardaşları Akif Qasımovun həbsdən azad edilməsi üçün əlindən gələn köməyi edəcəyini deyib oradan çıxıb getmişdir. 2024-cü ilin may ayının axırlarında Zərərçəkmiş şəxs1ya zəng vurub telefonda onun qardaşı Akif Qasımovun işi ilə bağlı zərər çəkmiş şəxslərin pulunun ödənilməsi üçün 10.000 manat məbləğində pulu tam düzəltməsini bildirmişdir. Vidadi də cavab olaraq ona imkanı olmadığını və 2-3 günə düzəldəcəyini demişdir. Daha sonra Zərərçəkmiş şəxs1, yenidən ona zəng vurub telefonda 01 iyun 2024-cü il tarixdə Biləsuvar rayonuna gələcəyini və orada onunla görüşmək istədiyini demişdir. 01 iyun 2024-cü il tarixdə saat 11 radələrində o, Biləsuvar şəhəri M.İbrahimov küçəsində yerləşən Cavad Bağırova məxsus “Xarı-bülbül” adlanan çayxanada oturmuş və Vidadi də həmin vaxt çayxanaya gəlmişdir. Vidadi ona yaxınlaşıb 2.000 manat pul gətirdiyini bildirmiş və o da Vidadiyə pulu verməsini demişdir. O, Zərərçəkmiş şəxs1 2.000 manat pulu götürdükdən sonra öz xətti ilə qəbz yazaraq sübut kimi qəbzi ona vermiş və yaşadığı Şirvan şəhərinə geri qayıtmışdır. Daha sonra o, Vidadiyə zəng vurub telefonda məhkəmə qurtarana kimi qalan pulların da verilməsini bildirmişdir. 19 iyun 2024-cü il tarixdə saat 11:23 dəqiqədə Zərərçəkmiş şəxs1, “MilliÖn” ödəmə terminalı vasitəsi ilə ona məxus "xxxx" ASC-nə aid olan 4169-7388-5303-0462 saylı hesab kartına 1000 (bir min) manat, həmin günü saat 20:15 dəqiqədə Zərərçəkmiş şəxs1, yenidən “MilliÖn” ödəmə terminalı vasitəsi ilə ona məxus 4169-7388-5303-0462 nömrəli bank kartına 300 (üç yüz) manat, 24 iyun 2024-cü il tarixdə saat 21:41 dəqiqədə “MilliÖn” ödəmə terminalı vasitəsi ilə ona məxus 4169-7388-5303-0462 nömrəli bank kartına 100 (bir yüz) manat, 26 iyun 2024-cü il tarixdə saat 23:00 dəqiqədə “MilliÖn” ödəmə terminalı vasitəsi ilə ona məxsus 4169-7388-5303-0462 nömrəli bank kartına 100 (bir yüz) manat, 09 iyul 2024-cü il tarixdə saat 22:46 dəqiqədə “MilliÖn” ödəmə terminalı vasitəsi ilə ona məxsus 4169-7388-5303-0462 nömrəli bank kartına 200 (iki yüz) manat və 05 avqust 2024-cü il tarixdə saat 23:45 dəqiqədə “MilliÖn” ödəmə terminalı vasitəsi ilə ona məxsus 4169-7388-5303-0462 nömrəli bank kartına 50 (əlli) manat olmaqla ümumilikdə 1750 (bir min yeddi yüz əlli) manat pul göndərmişdir. 03 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 “WhatsApp” sosial şəbəkəsi vasitəsilə zəng vurub telefonda noxudun qiymətini soruşmuşdur. Vidadi də cavab olaraq ona noxudun 1 manat 80 qəpik olduğunu demiş və o da Zərərçəkmiş şəxs1 noxud gətirməsini istəyib onun qardaşı Akif Qasımovun işi ilə bağlı veriləcək puldan çıxacağını bildirmişdir. 04 iyul 2024-cü il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs1 ilə zəngləşib Cəlilabad şəhəri, H.Əliyev prospekti ilə Qurtuluş küçəsinin kəsişməsində olan dairəvi yol ayrıcının yaxınlığında yerləşən baytarlıq aptekinin qarşısında yolun kənarında görüşmüşdür. Zərərçəkmiş şəxs1 onun qardaşı Akif Qasımovun işi ilə əlaqədar zərər çəkmiş şəxslərə verilməsi üçün ona 200 manat pul və 50 manat məbləğində 1 kisədə noxud məhsulu vermişdir. O isə tanımadığı yol avtomobili ilə gəldiyinə görə həmin 1 kisədə olan noxud məhsulunu avtomobilin baqajına Vidadi ilə birlikdə qoymuşdur. Bundan sonra Vidadi ilə sağollaşıb Bakı şəhərinə getmişdir. O, Zərərçəkmiş şəxs2 aldığı 5000 manat və Zərərçəkmiş şəxs1 hissə-hissə formada aldığı 3950 manat pulu şəxsi ehtiyacına xərcləmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 aldığı 50 manat məbləğində 1 kisədə olan noxud məhsulunu da özü istifadə etmişdir. Hal-hazırda törətdiyi cinayət əməlindən peşmandır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş zərəri tam ödəmişdir, zərərçəkmişlərin ondan heç bir şikayət və tələbləri yoxdur, himayəsində bir azyaşlı uşağı var, özünün 70-ə yaxın yaşı var. Ona görə də bu halları nəzərə alaraq ona həbslə əlaqəli olmayan yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün etirafından əlavə işin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla da aşağıdakı qaydada tam sübuta yetirilir. Beləki, iş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad rayonu, Qarazəncir kəndində ailəsi ilə birlikdə yaşayır və usta kimi həyətlərdə işləməyə gedir. X1 2023-cü ilin aprel ayında Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən tutularaq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə ittiham elan olunmuş, həmin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 13 may 2024-cü il tarixdə saat 14 radələrində o, bacısı Zərərçəkmiş şəxs2 ilə birlikdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə gedib məhkəmə iclasında iştirak etmişdir. Məhkəmə iclas otağına daxil olmazdan əvvəl, şahidlərin gözləmə otağında gözləyərkən tanımadığı bir nəfər şəxs onlara yaxınlaşıb niyə bura gəldiklərini soruşmuşdur. O da həmin şəxsə onun qardaşı Akif Qasımovun cinayət işi ilə bağlı məhkəməyə gəldiklərini demişdir. Həmin şəxs də təkrar olaraq onlara şəxsiyyət vəsiqəsinə oxşayan kart göstərib adının Təqsirləndirilən şəxs olduğunu, əslən Yardımlı rayonundan olduğunu, Şirvan şəhərində xəstəxananın yaxınlığında yaşadığını və Şirvan Apelyasiya Məhkəməsində vəkil işlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs onlara şəxsiyyət vəsiqəsinə oxşayan kartını uzaqdan göstərmiş və o da buna görə kartı diqqətlə oxumamışdır. Daha sonra Təqsirləndirilən şəxs, onun qardaşı Akif Qasımovun maddəsinin yüngül olduğunu, zərər çəkmiş şəxslərə pul ödəməklə barışdıra biləcəyini və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində yaxın qohumun olduğunu da demişdir. O da yenidən Təqsirləndirilən şəxs bu işin necə həll olunacağını soruşmuşdur. Təqsirləndirilən şəxs də onların yanında mobil telefonu ilə kiməsə zəng vurub ucadan söhbət etməyə başlamış və telefonda danışdığı şəxsin qadın olduğunu eşitmişlər. Təqsirləndirilən şəxs telefonda danışarkən qadına rəisə deyin ki, onunla əlaqə saxlasın, qadın da Adilə sənin adın gələn yerdə heç bir problem olmadığını deyib telefonu söndürmüşdür. Bundan sonra, Təqsirləndirilən şəxs onlara məhkəmədə onun qardaşı Akif Qasımovun həbsdən azad edilməsinə kömək etmək üçün 10.000 manat məbləğində pul lazım olduğunu bildirmişdir. O da Təqsirləndirilən şəxs onların o qədər pulunun olmadığını demişdir. Onun bacısı Zərərçəkmiş şəxs2 da cavab olaraq Adilə yaşadığı evi satdığını və evin pulundan 5.000 manat pul qaldığını demişdir. Təqsirləndirilən şəxs də təkrar olaraq onun bacısına 5.000 manat pulu bu gün verərsən, qalan 5.000 manat pulu da 1 ay müddətində düzəldərsən demişdir. Daha sonra Adil, onun nömrəsini götürüb çıxıb getmələrini bildirmiş və Cəlilabad rayonuna gəlib pulu götürəcəyini vəd vermişdir. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Zərbiyev X2 şəhəri, M.Hüseyn küçəsində onun bacısı Almasın müvəqqəti yaşadığı evinə gəlmişdir. Həmin vaxt evdə özü və bacısı Zərərçəkmiş şəxs2 olmuşdur. Təqsirləndirilən şəxs onun bacısına Akif Qasımovun işi ilə bağlı danışdığı adama söz verdiyini, onun özündə olan 5.000 manat pulu verməsini, həmin adamın gözlədiyini və pulun verilməli olduğunu bildirmişdir. Daha sonra Almas Təqsirləndirilən şəxs notariusa gedib pulu qanuni qaydada vermək istədiyini demişdir. Lakin Təqsirləndirilən şəxs bacısı Almasa notariusun gec olacağını, qalan 5.000 manat pulu verən zaman birlikdə gedib bütov pulları notarial qaydada təsdiqlədəcəklərini demişdir. O isə Almasa notarius olmadan Adilə pul verməməyi bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs onlara onun qardaşının işini pozmamağı deyib işi danışdığı adamın onu gözlədiyini bildirmişdir. Bacısı Almas da Adilə inanmış, çünki onlar Lənkəran Ağır Cinayətlər Məhkəməsində olan zaman Təqsirləndirilən şəxs məhkəmədə hakimlər və vəkillər ilə görüşüb söhbət etdiyini görmüşlər. Buna görə Almas onunla razılaşmış və Təqsirləndirilən şəxs öz xətti ilə qəbz yazıb 5000 manat pulu bacısı Zərərçəkmiş şəxs2 götürmüşdür. Bundan əlavə bacısından Təqsirləndirilən şəxs Bakıya dediyi adamla görüşməyə getmək üçün 50 manat yol pulu da almışdır. Adil onlara iş düzələndə xəbər edəcəyini deyib çıxıb getmişdir. Daha sonra Təqsirləndirilən şəxs, məhkəmədə işin həlll olunması məqsədi ilə ona ***-***-**-** saylı mobil nömrədən zəng vurub telefonda Biləsuvar rayonuna gəlməsini və 2.000 manat məbləğində pul gətirməsini demişdir. 01 iyun 2024-cü il tarixdə saat 11 radələrində o, Biləsuvar şəhəri M.İbrahimov küçəsində yerləşən Cavad Bağırova məxsus “Xarı-bülbül” adlanan çayxanaya gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs, çayxanada tanımadığı 3 nəfər şəxslə oturmuşdur. O, Təqsirləndirilən şəxs yaxınlaşıb 2.000 manat pulu gətirdiyini və bu pulu öz xətti ilə qəbz yazaraq götürməsini bildirmişdir. Adil də 2.000 manat pulu ondan almasına dair öz xətti ilə qəbz yazmışdır. O da pulu Təqsirləndirilən şəxs vermişdir. Daha sonra Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda zəng vurub telefonda onun qardaşının işinə görə 10000 manat məbləğində pulun tam ödənilməsini tələb etmişdir. Bu zəngdən sonra Təqsirləndirilən şəxs yenidən “WhatsApp” sosial şəbəkəsi vasitəsilə zəng vurub telefonda özünə məxsus 4169- 7388-5303-0462 saylı “Kapital banka” məxsus hesab kartını ona atmışdır. 19 iyun 2024-cü il tarixdə saat 11:23 dəqiqədə o, yaşadığı Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən “Real” adlı marketə getmiş və marketin içərisində olan “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus 416973****0462 pan nömrəli bank kartına 1000 (bir min) manat pul göndərmişdir. Həmin günü saat 20:15 dəqiqədə o, yenidən Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən “OBA-17” adlı marketə gedib marketin içərisində olan “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus 416973****0462 pan nömrəli bank kartına 300 (üç yüz) manat pul göndərmişdir. 24 iyun 2024-cü il tarixdə saat 21:41 dəqiqədə o, Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən “OBA-17” adlı marketin içərisində olan “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus 416973****0462 pan nömrəli bank kartına 100 (bir yüz) manat, 26 iyun 2024-cü il tarixdə saat 23:00 dəqiqədə Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən “OBA-17” adlı marketin içərisində olan “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus 416973****0462 pan nömrəli bank kartına 100 (bir yüz) manat, 09 iyul 2024-cü il tarixdə saat 22:46 dəqiqədə Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən “OBA-17” adlı marketin içərisində olan “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus 416973****0462 pan nömrəli bank kartına 200 (iki yüz) manat və 05 avqust 2024-cü il tarixdə saat 23:45 dəqiqədə Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən “OBA-17” adlı marketin içərisində olan “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus 416973****0462 pan nömrəli bank kartına 50 (əlli) manat olmaqla ümumilikdə 1750 (min yeddi yüz) manat pul göndərmişdir. 03 iyul 2024-cü il tarixdə axşam vaxtı Təqsirləndirilən şəxs ona ***-***-**-** saylı nömrədən “WhatsApp” sosial şəbəkəsi vasitəsilə zəng vurub telefonda ondan noxudun qiymətini soruşmuşdur. O da Adilə cavab olaraq telefonda noxudun qiymətinin 1 manat 80 qəpik olduğunu demişdir. Adil də onun qardaşının işinin həll olunması üçün verilməli olan puldan çıxacağını bildirib ondan noxud gətirməsini istəmişdir. 04 iyul 2024-cü il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs ona zəng vurub Cəlilabad rayonunda olduğunu və görüşmək istədiyini demişdir. O da tanımadığı taksi ilə Cəlilabad şəhəri, H.Əliyev prospekti ilə Qurtuluş küçəsinin kəsişməsində olan dairəvi yol ayrıcının yaxınlığında yerləşən baytarlıq aptekinin qarşısına gəlmişdir. Təqsirləndirilən şəxslə baytarlıq aptekinin qarşısında yolun kənarında görüşüb ona nağd şəkildə 200 manat pul və 50 manat məbləğində 1 kisədə 33 kiloqram çəkidə “pakistan” növlü noxud məhsulunu vermişdir. O, Təqsirləndirilən şəxs kömək edib onunla birlikdə 1 kisədə olan noxud məhsulunu gəldiyi avtomobilin baqajına qoymuş və Adil də çıxıb getmişdir. Onlar müxtəlif vaxtlarda Akif Qasımovun işi ilə bağlı Adil Zərbiyə zənglər etmişlər. Adil də telefonda ona narahat olma, hər şey düzəlib və qardaşın Akif tezliklə həbsdən çıxacaq deyərək çoxlu vədlər vermişdir. 2024-cü ilin avqust ayının əvvələrində onun qardaşının məhkəməsi ilə əlaqədar Lənkəran Ağır Cinayətlər Məhkəməsinə getmişdir. Almas, məhkəmənin qarşısında Təqsirləndirilən şəxs görmüş və onun qardaşının işinin düzəlmədiyini deyib Adil ilə söhbət etməyə başlamışdır. O da həmin vaxt məhkəmə işçiləri ilə kənarda dayanıb söhbət etmişdir. Təqsirləndirilən şəxs oradan çıxıb gedəndən sonra Almas ona Akif Qasımovun işi ilə bağlı Təqsirləndirilən şəxs onları aldatdığını demişdir. Təqsirləndirilən şəxs mobil nömrələrinə zəng çatmamışdır. Halhazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən bunun nəzərə alınmasını xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad şəhəri, Təbriz küçəsində müvəqqəti kirayədə yaşayır və təqaüd alır. X1 2023-cü ilin aprel ayında Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən tutularaq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə ittiham elan olunmuş, həmin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 13 may 2024-cü il tarixdə saat 14 radələrində o, qardaşı Zərərçəkmiş şəxs1 ilə birlikdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə gedib məhkəmə iclasında iştirak etmişdir. Məhkəmə iclas otağına daxil olmazdan əvvəl, şahidlərin gözləmə otağında gözləyərkən tanımadığı bir nəfər şəxs onlara yaxınlaşıb niyə bura gəldiklərini soruşmuş və Vidadi də həmin şəxsə onun qardaşı Akif Qasımovun cinayət işi ilə bağlı məhkəməyə gəldiklərini bildirmişdir. Həmin şəxs də təkrar olaraq onlara şəxsiyyət vəsiqəsinə oxşayan kart göstərib adının Təqsirləndirilən şəxs olduğunu, əslən Yardımlı rayonundan olduğunu, Şirvan şəhərində xəstəxananın yaxınlığında yaşadığını və Şirvan Apelyasiya Məhkəməsində vəkil işlədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs onlara Akif Qasımovun maddəsinin yüngül olduğunu, zərər çəkmiş şəxslərə pul ödəməklə barışdıra biləcəyini və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində yaxın qohumun olduğunu da demişdir. Qardaşı Vidadi də yenidən Təqsirləndirilən şəxs bu işin necə həll olunacağını soruşmuşdur. Təqsirləndirilən şəxs də onların yanında mobil telefonu ilə kiməsə zəng vurub ucadan söhbət etməyə başlamış və telefonda danışdığı şəxsin qadın olduğunu eşitmişlər. Təqsirləndirilən şəxs telefonda danışarkən qadına rəisə deyin ki, onunla əlaqə saxlasın, qadın da Adilə sənin adın gələn yerdə heç bir problem olmadığını deyib telefonu söndürmüşdür. Bundan sonra, Təqsirləndirilən şəxs onlara məhkəmədə onun qardaşı Akif Qasımovun həbsdən azad edilməsinə kömək etmək üçün 10000 manat məbləğində pul lazım olduğunu bildirmişdir. Vidadi də Adil Zərbiyə onların o qədər pulunun olmadığını demişdir. O da cavab olaraq Təqsirləndirilən şəxs yaşadığı evi satdığını və evin pulundan 5000 manat pul qaldığını bildirmişdir. Təqsirləndirilən şəxs də təkrar olaraq ona 5000 manat pulu bu gün verərsən və qalan 5000 manat pulu da 1 ay müddətində düzəldərsən demişdir. Daha sonra Adil, onun qardaşının nömrəsin götürüb çıxıb getmələrini bildirmiş və Cəlilabad rayonuna gəlib pulu götürəcəyini vəd vermişdir. 13 may 2024-cü il tarixdə saat 15 radələrində Zərbiyev X2 şəhəri, M.Hüseyn küçəsində onun müvəqqəti yaşadığı bacısına məxsus fərdi yaşayış evinə gəlmişdir. Həmin vaxt qardaşı Zərərçəkmiş şəxs1 da evdə olmuşdur. Təqsirləndirilən şəxs ona Akif Qasımovun işi ilə bağlı danışdığı adama söz verdiyini, onun özündə olan 5000 manat pulu verməsini, həmin adamın gözlədiyini və pulu verilməli olduğunu bildirmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs notariusa gedib pulu qanuni qaydada vermək istədiyini demişdir. Lakin Təqsirləndirilən şəxs, ona notariusun gec olacağını, qalan 5000 manat pulu verən zaman birlikdə gedib pulları bütov notarial qaydada təsdiq etmələrini demişdir. O da Təqsirləndirilən şəxs inanmış, çünki Lənkəran Ağır Cinayətlər Məhkəməsində olan zaman Təqsirləndirilən şəxs məhkəmədə hakimlər və vəkillər ilə görüşüb söhbət etdiyini görmüşdür. Buna görə onunla razılaşmış və Təqsirləndirilən şəxs öz xətti ilə qəbz yazıb 5000 manat pulu ondan götürmüşdür. Bundan əlavə, Adil, ondan Bakıya dediyi adamla görüşməyə getmək üçün 50 manat yol pulu da almışdır. Təqsirləndirilən şəxs onlara iş düzələndə xəbər edəcəyini deyib çıxıb getmişdir. Daha sonra Təqsirləndirilən şəxs, məhkəmədə işin həlll olunması məqsədi ilə onun qardaşı Zərərçəkmiş şəxs1 ***-***-**-** saylı mobil nömrədən zəng vurub telefonda ona Biləsuvar rayonuna gəlməsini və 2000 manat məbləğində pul gətirməsini bildirmişdir. 01 iyun 2024-cü il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs1 Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən çayxanaya gedib qardaşı Akif Qasımovun həbsdən azad olunmasına köməklik göstərilməsi məqsədi ilə Təqsirləndirilən şəxs 2000 manat pul vermişdir. Daha sonra, Zərərçəkmiş şəxs1 yaşadığı Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən marketlərin içərisində olan ödəmə terminalı vasitəsilə müxtəlif vaxtlarda ümumilikdə 1750 manat məbləğində pulu hissə-hissə formada Təqsirləndirilən şəxs məxsus hesab kartına göndərmişdir. 04 iyul 2024-cü il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs1 Cəlilabad şəhəri, H.Əliyev prospekti ilə Qurtuluş küçəsinin kəsişməsində olan dairəvi yol ayrıcının yaxınlığında yerləşən baytarlıq aptekinin qarşısında Təqsirləndirilən şəxslə yolun kənarında görüşüb ona nağd şəkildə 200 manat pul və 50 manat məbləğində 1 kisədə 33 kiloqram çəkidə “pakistan” növlü noxud məhsulunu vermişdir. Onlar, müxtəlif vaxtlarda Akif Qasımovun işi ilə bağlı Adil Zərbiyə zənglər etmişlər. Təqsirləndirilən şəxs də telefonda ona narahat olmamasını, hər şey düzəltdiyin və qardaşın Akif Qasımov tezliklə həbsdən çıxacağını deyərək çoxlu vədlər vermişdir. 2024-cü ilin avqust ayının əvvələrində qardaşının məhkəməsi ilə əlaqədar Lənkəran Ağır Cinayətlər Məhkəməsinə getmişdir. O, məhkəmənin qarşısında Təqsirləndirilən şəxs görmüş və onun qardaşının işinin düzəlmədiyini deyib ondan pulunu tələb etmişdir. Adil də cavab olaraq sübut elə pul vermisən deyib çıxıb getmişdir. Daha sonra Təqsirləndirilən şəxs onlara verdiyi mobil nömrələrinə də zəng çatmamışdır. Təqsirləndirilən şəxs ondan 5000 manat pulu alanda öz şəxsiyyət vəsiqəsinin surətini ona vermişdir. Həmçinin Təqsirləndirilən şəxs pulu ondan almasına dair qəbzi yazarkən onun qardaşı Zərərçəkmiş şəxs1, Adilin şəklini çəkmiş və səsini yazmışdır. Bundan əlavə o, Təqsirləndirilən şəxs öz xətti ilə yazdığı qəbzi və onun şəxsiyyət vəsiqəsinin surətini təhqiqatçıya təqdim etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə olunmuş, “Baxış aparılması haqqında” 23 yanvar 2025-ci il tarixli, protokola əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təqdim etdiyi 1 ədəd DVD formatlı diskdə Təqsirləndirilən şəxs 5000 manat pulu Zərərçəkmiş şəxs2 qəbz ilə alan zaman qeydə alınan səs danışıqları, Təqsirləndirilən şəxs məxsus karta pulun ödənilməsinə dair çeklər və onun fotoşəkili əks olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmuyu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. İş materiallarında olan, Sabirabad rayon İHB-nin Muğan Gəncəli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 25 iyun 2025-ci il tarixli, 5-70-30/2- 280/2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2015-ci il təvəllüdlü X3 adlı bir azyaşlı uşağı vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı könüllü olaraq tam ödəməsini, himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, 70-ə yaxın yaşının olmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. İş materiallarında olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 dekabr 2021ci il tarixli, 4(001)-1299/2021 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 32.4, 312.2 və 320.1-ci maddələri Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 08 dekabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 ( altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbri seçilməklə dərhal həbsdən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs ona əlavə cəza kimi təyin olunmuş 2 (iki) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzasını çəkib qurtarmış, lakin əsas cəzaya müəyyən edilmiş sınaq müddətində yenidən qəsdən az ağır cinayət tərətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Ona görə də Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilmişdir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə görə isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə görə şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.4-cü maddəsinə görə hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn: cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın onun özünün və ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək həmin cəzanın ona şərti olaraq təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın real olaraq icrası ilk növbədə onun özünün və ailəsinin həyat şəraitini hədsiz dərəcədə ağırlaşdırmış olar. Bu zaman məhkəmə, onun zərərçəkmişlərə dəymiş maddi ziyanı könüllü olaraq tam ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını, 69 yaşında olmasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmə haqlarında yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı könüllü olaraq tam ödəməsi, törətdiyi cinayəti etiraf etməsi, əməlindən səmimi peşiman olması onun islah yoluna qədəm qoymasına dəlalət edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirinini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli hökmü ilə ona təyin olunmuş şərti məhkum etmə Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilməli və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2022ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, bu, cəzanın məqsədlərini təmin edə bilər və o, real olaraq cəza çəkmədən islah oluna bilər. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs1 təqdim etdiyi Təqsirləndirilən şəxs 5.000 manat pulu Zərərçəkmiş şəxs2 qəbz ilə alan zaman qeydə alınan səs danışıqlarını, Təqsirləndirilən şəxs məxsus 16 rəqəmli kart nömrəsini, “WhatsApp” sosial şəbəkədə yazılmış məsajları, pulun ödənilməsinə dair çekləri və fotoşəkili özündə əks etdirən 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş şərti məhkum etmə Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən əvvəlki cinayət işi üzrə 08 dekabr 2021-ci il tarixdən 12 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində 5 (beş) il 8 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana xəbər vermədən daimi yaşayış yerini dəyişməmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs1 təqdim etdiyi Təqsirləndirilən şəxs 5.000 manat pulu Zərərçəkmiş şəxs2 qəbz ilə alan zaman qeydə alınan səs danışıqlarını, Təqsirləndirilən şəxs məxsus 16 rəqəmli kart nömrəsini, “WhatsApp” sosial şəbəkədə yazılmış məsajları, pulun ödənilməsinə dair çekləri və fotoşəkili özündə əks etdirən 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-51/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-51/2025
31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver