Məhkəmə qərarları › İş №1(073)-52/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-52/2024

14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-52/2024 14.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1995-ci il tarixdə Cəbrayıl rayonu, Qoşabulaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu Şahvəlli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava massivi 89 nömrəli ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, bu iş üzrə 10 may 2024-cü il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Cəlilabad rayonu, Uzuntəpə kəndində yaşayan Zərərçəkmiş şəxs ilə 2023-cü mart ayının əvvəllərində danışıb ona şəxsi əlaqələrinin geniş olmasını, onun azadlıqdan məhrum edilmiş qardaşı Coşqun Nəhmədovun həbsdən azad olunmasına köməklik göstərəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək hər hansı səlahiyyətə malik olmadığı halda əslində sonuncuya məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq vahid niyyətilə əhatə olunan qəsdlə 2023-cü ilin mart ayının əvvəllərində, tarixi istintaqa dəqiq məlum olmayan vaxtda “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs 1000 (bir min) manat pulunu və 16 mart 2023-cü il tarixdə isə Cəlilabad rayonu, Uzuntəpə kəndində bu məqsədlə yenidən Zərərçəkmiş şəxs 2000 (iki min) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs qardaşı Coşqun Nəhmədov ilə Bakı İstintaq Təcridxanasmda bir yerdə həbsdə olmuşdur. Həbsdə olduğu müddət ərzində Coşqun Nəhmədova 2022-ci ilin dekabr ayının 25-də həbsdən azadlığa buraxılacağı barədə məlumat vermişdir. Coşqun Nəhmədov da ondan azadlığa çıxan zaman, onun da azadlığa buraxılmasına köməklik göstərməyini xahiş etmişdir. O da Coşqun Nəhmədov ilə bu barədə razılığa gəlmiş və ona görüləcək işin müqabilində pul lazım olacağını bildirmişdir. 2022-ci ilin dekabr ayının 25-də həbsdən azadlığa buraxılmış və aralarında olan razılığa əsasən Coşqunun qardaşı Nəhmədov Arif oğlu ilə mobil telefonla əlaqə saxlamışdır. Zərərçəkmiş şəxs ilə Bakı şəhərində görüşüb ona qardaşı Coşqunun həbsdən azad olunması üçün 3000 (üç min) manat pul lazım olduğunu bildirmişdir. Onun bu təklifinə Aqşin də razılıq vermişdir. 2023-cü ilin mart ayının əvvəllərində mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxsla əlaqə saxlayıb ona həmin məsələnin həlli üçün 1000 manat pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs da təklifini qəbul edib 1000 manat pulu ona məxsus “LeoBank” kart hesabına göndərmişdir. 16 mart 2023- cü il tarixdə aralarında olan razılığa əsasən Zərərçəkmiş şəxs ilə görüşmək üçün Cəlilabad rayonuna gəlmişdir. Cəlilabad rayonu, Uzuntəpə kəndində Aqşin ilə görüşmüş və Aqşin ona 2000 (iki min) manat pulu vermişdir. Həmin vaxt pulu alan zaman Zərərçəkmiş şəxs və ondan başqa yanlarında heç kim olmamışdır. Bu hadisədən bir neçə ay sonra Zərərçəkmiş şəxs ona zəng vurub telefonda bu işi ləğv elətdirmək istədiyini, qardaşı Coşqunun həbsdə qalması ilə razılaşdığını və vermiş olduğu pulu geri istədiyini bildirmişdir. O ilk olaraq Akşinə etiraz etmiş, lakin Aqşin təkid ilə pulu geri istəmişdir. Həmin zəngdən sonra Aqşinə Nəhmədova maddi imkanı zəif olduğu üçün 3000 (üç min) manat pulu hissə-hissə qaytarmağa başlamışdır. Aqşinin kart hesabına müxtəlif vaxtlarda 3000 manat pulun 1100 manatını köçürmüşdür. Bundan sonra, Zərərçəkmiş şəxs qalan 1900 manat pulu da qaytarmaq istəmişdir. Lakin həmin vaxtlarda başqa şikayətlə bağlı Səbail Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmiş və buna görə qalan 1900 manat pulu ödəməyə imkanı olmamışdır. Hazırda törətdiyi əməlindən peşmandır. Zərərçəkmiş Zərərçəkmiş şəxsla barışmış və ona dəymiş ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxs ondan heç bir şikayəti və tələbi yoxdur. Ona görə də bunu nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonu, Uzuntəpə kəndində ailəsi ilə birlikdə yaşayır. 2023-cü ilin iyun ayında Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 7 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan qardaşı Coşqun Nəhmədov cari ilin mart ayında mobil telefon ilə əlaqə saxlayan zaman ona vaxtı ilə onunla bir yerdə həbsdə olmuş Təqsirləndirilən şəxs azadlıqda olmasını bildirmişdir. Qardaşı Coşqun telefonda sonra ondan Təqsirləndirilən şəxs ilə görüşüb ona pul verməsini xahiş etmiş və son olaraq Mərdan Məmmədahzadənin onunla mobil nömrə ilə əlaqə saxlayacağını bildirmişdir. Qardaşının telefonda ona deməsinə görə həmin pulun qarşılığında Təqsirləndirilən şəxs onun qardaşı Coşqun Nəhmədovun həbsdən azad olunmasına köməklik göstərəcəkmiş. 2023-cü ilin mart aymm əvvəllərində Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrə ilə onunla əlaqə saxlayaraq telefonda Bakı şəhərində olmasını, onun qardaşı Coşqun Nəhmədovun həbsdən azad olunmasına köməklik göstərilməsi üçün 3000 (üç min) manat pula ehtiyac olduğunu və həmin puldan 1000 (bir min) manat pulu ona göndərməli olduğunu bildirmişdir. O da həmin zəngdən sonrakı gündə yaşadığı Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən “Dəniz” adlı marketdə “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Mərdan Məmmədahzadənin ona “vatsap” sosial şəbəkədə atdığı “LeoBank” kartına 1000 (bir min) manat pul göndərmişdir. 16 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yenidən onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq onun qardaşı Coşqun Nəhmədovun həbsdən azad olunması məsələsinin həll olunmasına üçün qalan 2000 (iki min) manat pulun təcili ona lazım olduğunu qeyd edib, həmin pulu hazırlamasını və pulu götürmək üçün Cəlilabad rayonuna gələcəyini bildirmişdir. Bu zəngdən təxminən 2 saat sonra Təqsirləndirilən şəxs onunla telefon vasitəsi ilə yenidən əlaqə saxlayaraq Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən “Dəniz” adlı şadlıq sarayının qarşısında olduğunu və onu gözlədiyini bildirmişdir. O da dərhal həmin yerə gəlmiş və Mərdan ilə görüşüb 2000 (iki min) manat pulu ona vermişdir. Təqsirləndirilən şəxs pulu götürüb ağ rəngli marka və modelini xatırlamadığı avtomobilə əyləşib həmin yerdən uzaqlaşmışdır. Həmin gündən təxminən 3 ay keçəndən sonra Mərdanın ondan aldığı 3000 (üç min) manat pulun müqabilində heç bir iş görmədiyini görüb onunla telefon vasitəsi ilə əlaqə saxlamışdır. Mərdan telefonda ona işin həll olunmadığını və buna görə pulunu geri qaytaracağını bildirmişdir. O da müxtəlif vaxtlarda Mərdana zəng vurub pulu nə vaxt qaytaracağını ondan soruşmuşdur. Həmin zənglərdən sonra təxminən 1 ay ərzində Təqsirləndirilən şəxs ondan almış olduğu 3000 (üç min) manat pulun 1100 (bir min yüz) manatını hissə-hissə onun istifadə etdiyi "xxxx" ASC-yə aid 4169-7388-1607- 5331 nömrəli kart hesabına köçürmüşdür. Lakin Təqsirləndirilən şəxs ondan almış olduğu pulun qalan 1900 (bir min doqquz yüz) manatını isə geri qaytarmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də bunun nəzərə alınmasını xahiş edir. İşdə olan, Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödədiyini, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmiş, nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə özünü təqsirli bildiyini, əməlindən peşman olmasını, Zərərçəkmiş şəxs vurduğu ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını göstərərək cinayət məsuliyyətindən azad olunmasını və işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, cinayət məsuliyyətindən azad edilıməli və cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad edilsin. Qərar 20 gün müddətinə qanuni qüvvəsini alır, qərardan elan olunduğu andan 20 gün müddətinə Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar