Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-53/2023 09.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ saat 16:45 Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Cəlilabad rayonunun Üçtəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Cəlilabad rayonunun Üçtəpə kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsnə məxsus xeyli miqdarda əmlakı tamah məqsədilə, hüquqa zidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün 21 dekabr 2022-ci il tarixdə, saat 03 radələrində Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ərzaq mağazasına bitişik olan aptekin dəmir qapısınının qıfılını və plastik qapısını qırmaq üçün dəmir ling götürüb, ərzaq mağazasında təhlükəsizlik kamerasının olmasından əvvəlcədən məlumatlı olduğundan üzünü gizlətmək üçün özünün yun papaqdan düzəltdiyi maskanı geyinərək 2014-cü il tarixdə təsərrüfat işlərini görmək məqsədilə aldığı və nəqliyyat vasitələrini idarə etməyə hüquq verən rəsmi sənədi olmadan idarə etdiyi «QAZ 3110» markalı avtomobillə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən ərzaq mağazasının yanına gəlib, əvvəlcədən özü ilə götürdüyü bir ədəd dəmir linglə mağazaya bitişik aptekin giriş qapısının qarşısında olan dəmir barmaqlıqların bağlandığı qıfılı, daha sonra plastik qapısını qırıb aptekə daxil olduqdan sonra ərzaq mağazasını apteklə ayıran plastik divarı əli ilə qıraraq oradan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ərzaq mağazasının binasına qanunsuz daxil olub, həmin mağazadan müxtəlif ödənişlərin həyata keçirilməsi nəticəsində pul vəsaitlərinin toplandığı kassasında 8784 manat nağd pul olan 1863 manat dəyərində Zərərçəkmiş şəxsnə məxsus 2015-ci ildə istehsal olunaraq istismara verilmiş “SAQA” modelli, TP-20.8.2 tipli, 02021 saylı ödəmə terminalını götürüb sürüyərək daxil olduğu ərzaq mağazasının giriş qapısından çıxartmaqla Zərərçəkmiş şəxsnə məxsus cəmi 10647 (on min altı yüz qırx yeddi) manat dəyərində xeyli miqdarda əmlakı binaya qanunsuz daxil olmaqla oğurlamış, yəni gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahid ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, yaşadığı kənd ərazisində qəssab kimi fəaliyyət göstərib çörək pulunu qazanır. 2014-cü ildə Cəlilabad rayonunda yerləşən mal bazarından hazırda xatırlamadığı şəxsdən 1400 manat pulun qarşılığında «QAZ 3110» markalı qeydiyyat nişanını hazırda xatırlamadığı avtomobili almışdır. Həmin avtomobillə iri və xırda buynuzlu heyvanları alıb daşımışdır. Təxminən dörd il bundan öncə kartof məhsullarını əkib becərməklə məşğul olmuşdur. Həmin ərəfələrdə təxminən 30 ton kartof məhsulunu Rusiya Federasiyasına göndərmişdir. Həmin məhsul Rusiya Federasiyasında yaxşı satılmadığından müflis olmuşdur. Həmin vaxtdan sonra təxminən 30 000 (otuz min) manat miqdarında borcu yaranmışdır. Həmin borcunu bu illər ərzində azaltmağa çalışsa da özünün və ailəsinin ehtiyacları səbəbindən bu mümkün olmamışdır. Bundan başqa kəsdiyi iri buynuzlu heyvanları nisyə verdiyindən tam olaraq pulunu toplaya bilməmişdir. Borclu olduğu şəxslərə pulu verə bilmədiyindən oğurluq edib maddi vəziyyətini yaxşılaşdırmaq qərarına gəlmişdir. Belə ki, oğurluq edəcəyi təqdirdə kiminsə evinə girməyi düşünməmişdir. Hadisə baş verməzdən bir neçə gün öncə yaşadığı Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən "xxxx"ə məxsus ərzaq məhsulları satılan mağazada alver edən zaman həmin binada quraşdırılmış “Milli ÖN” ödəmə terminalının olduğunu görmüşdür. Yaşadığı Üçtəpə kəndi böyük kənd olduğundan həmin ödəmə terminalında yaxşı pul olacağını düşünmüşdür. Bundan sonra “Milli ÖN” ödəmə terminalını oğurlamaq qərarına gəlmişdir. "xxxx"in yerləşdiyi binanın təmir edilməsini tam xatırladığından onunla bitişik olan apteklə ərzaq mağazasının arasında plastik divar olduğunu bilmişdir. Hadisə baş verən anadək ərzaq mağazasını tam nəzərdən keçirmişdir. Lakin həmin mağazaya girməyin çox asan olmadığını anlamışdır. Belə ki, həmin mağazanın giriş qapısının önündə jalüz tipli alüminium materialından qapı olmuş və həmin qapı açılacağı təqdirdə səs-küyə səbəb ola bilərdi. Mağazanın kənd yolunun kənarında olduğundan mağazaya daxil olmaq çətin olacaqdır. Mağazanın arxa qapısı isə möhkəm qaynaqlandığı üçün açmaq mümkün deyildir. Bu səbəbdən həmin mağazaya onunla bitişik olan aptek vasitəsilə daxil olmağın daha asan olacağını düşünmüşdür. 20 dekabr 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı evə gəlmiş və əvvəlcədən evdə olan dəmir lingi götürmüşdür. Həmin ling vasitəsi ilə aptekin dəmir barmaqlıqlar olan qapısını və onun qıfılını qırıb “Al marketin” yerləşdiyi binaya daha rahat daxil olacağını düşünmüşdür. Hazırlaşıb evdən çıxan zaman qəfildən "xxxx"də təhlükəsizlik kameralarının olduğunu xatırlamışdır. Bu səbəbdən evə qayıdıb bir neçə il bundan öncə Rusiya Federasiyasından göndərilən ov etmək üçün nəzərdə tutulan geyimi götürmüşdür. Əlavə olaraq özünə məxsus papağı kəsib özünə maska düzəltmişdir. Daha sonra mağazanın bağlanmasını gözləmişdir. 20 dekabr 2022-ci il tarixdə saat təxminən 22:40-da mağazada işləyən şəxslərin mağazanı bağladıqlarını görmüşdür. Bir müddət də dayanıb tam sakitlik olmasını gözləmişdir. 21 dekabr 2022-ci il tarixdə saat təxminən 03 radələrində özünə məxsus olan «QAZ 3110» markalı avtomobilə minmiş və Cəlilabad rayon Üçtəpə kəndində yerləşən "xxxx"ə məxsus ərzaq mağazasının arxa hissəsində saxlamışdır. Orada saxlamaqda məqsədi ona məxsus avtomobili heç kimin görməməsi olmuşdur. Avtomobildən düşdükdən sonra ətrafa diqqətlə baxıb heç kimin onu görmədiyinə tam əmin olmuşdur. Bundan sonra isə həmin ling vasitəsilə "xxxx"ə bitişik olan aptekin dəmir barmaqlıqların bağlandığı qıfılını qırmışdır. Onun arxasında olan plastik qapının bağlandığını görüb həmin qapını da ling ilə qırmışdır. Plastik qapı açıldığı üçün rahat şəkildə aptekə daxil olmuşdur. Aptekin "xxxx"lə bitişik olan plastik divarını əli ilə qırmışdır. Divar məqsədilə çəkilən plastik hissə bir neçə kvadratdan ibarətdir. Həmin kvadrat hissəsinin birini yerindən çıxarmışdır. Özünün oradan keçəcəyini bildiyi üçün daha artıq yeri zədələməmişdir. Həmin hissədən ərzaq mağazasına daxil olmuşdur. İlk öncə mağazanın arxa hissəsinə keçib oradan dəmir qapını açmağın mümkün olub-olmadığını yoxlamışdır. Buna səbəb özünə məxsus olan avtomobili mağazanın arxa hissəsində saxlamağı olmuşdur. Bir müddət çalışsa da arxa hissədə yerləşən dəmir qapını aça bilməmişdir. Bu səbəbdən “Milli ÖN” terminalının quraşdırıldığı ön hissəyə qayıtmış və aparatı şəbəkədən ayırmışdır. “Milli ÖN” aparatı həcmcə böyük olduğundan ancaq giriş qapısından çıxarmaq mümkün olacağını düşünmüş və çölə çıxıb əlində saxladığı dəmir linglə "xxxx"ə məxsus ərzaq mağazasının giriş qapısında quraşdırılmış jalüz tipli alüminium qapının yerdən olan qıfıllarını qırmışdır. Sonra mağazaya geri qayıtmış və giriş hissəsində olan plastik qapını dəmir lingin köməkliyi ilə açmışdır. “Milli ÖN” terminalını sürüyüb mağazanın ön hissəsində quraşdırılmış jalüz tipli qapının yanına gətirmişdir. Həmin qapının qıfıllarını öncədən çöl hissədə olan zaman qırdığından rahat şəkildə yuxarı hissəyə qaldırmışdır. Terminalın keçəcəyi yüksəkliyə qaldırdıqdan sonra aparatı sürüyərək çöl hissəyə çıxarmış və jalüz qapını yerinə qaytarmışdır. Ətrafa bir daha baxıb heç kimin olmadığına bir daha əmin olmuş, yaxınlıqda yerləşən çay evinə məxsus olan əl arabasını mağazanın yanına gətirmişdir. “Milli ÖN” terminalını həmin arabaya yerləşdirmiş və mağazanın arxa hissəsində özünə məxsus olan avtomobilin yanına aparmışdır. Həmin avtomobilin arxa hissəsi iri buynuzlu heyvanların daşınması məqsədilə hazırlandığından “Milli ÖN” terminalını həmin hissəyə qoymuşdur. Daha sonra avtomobilə minib hadisə yerindən uzaqlaşmışdır. Qorxduğu üçün avtomobili Cəlilabad rayonu, Təzəkənd kəndi ərazisində olan körpü tərəfə sürmüşdür. Oradan dərə istiqamətində hərəkət etmiş, bir qədər irəlilədikdən sonra heç kimin görə bilməyəcəyi yerdə avtomobili saxlamış və arxa hissəyə qoyduğu “Milli ÖN” terminalını sürüşdürüb yerə salmışdır. Avtomobilində olan dəmir lingi götürmüş, həmin linglə terminalın pul vəsaitlərinin toplandığı hissəsinə zərbələr endirmiş, lakin aça bilməmişdir. Bundan sonra oğurluq edən zaman istifadə etdiyi geyimi və maskanı “Milli ÖN” terminalınının yanına qoymuş və həmin əşyaların üzərini torpaqla örtmüşdür. Həmin gün saat təxminən 05 radələrində yaşadığı evə gəlmişdir. 21 dekabr 2022-ci il tarixdə saat təxminən 17 radələrində polis əməkdaşları yaşadığı evə gəlib onu polis şöbəsinə dəvət etmişlər, o da etiraz etməyib onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Törətmiş olduğu əməli etiraf edib “Milli ÖN” aparatını gizlətdiyi yeri polis əməkdaşlarına bildirmişdir. O, "xxxx"ə məxsus ərzaq mağazasından “Milli ÖN” ödəniş terminalını oğurlamışdır. Başqa heç nə götürməmişdir. Tək oğurluq etmiş, həmin əməli törətmək üçün heç kimlə qabaqcadan razılaşmamış və ya heç kim ona oğurluq edən zaman köməklik göstərməmişdir. Həmin ödəniş terminalından pul vəsaitlərini götürmək məqsədilə dəmir ling vasitəsilə pul vəsaitlərinin yığıldığı hissəyə bir neçə dəfə zərbələr endirmişdir. Lakin aça bilmədiyindən pul vəsaitlərini götürə bilməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılanadək heç kim oğurluq etdiyini bilməmişdir. Başqa cinayət hadisəsi törətməmişdir. Aptekdən sadəcə olaraq "xxxx"ə məxsus ərzaq mağazasına daxil olmaq üçün istifadə etmişdir. Oradan heç bir məbləğdə pul vəsaiti, dərman vasitəsi və ya əşya oğurlamamışdır. Həmin mağazadan “Milli ÖN” ödəniş terminalından başqa heç bir məbləğdə pul vəsaiti və ya əşya oğurlamamışdır. Ətrafa tam baxıb onu heç kimin görmədiyinə tam əmin olduqdan sonra oğurluq hadisəsini törətmişdir. Üzünə maska taxdığı üçün təhlükəsizlik kamerasına düşməyəcəyinə əmin olmuşdur. Maddi vəziyyəti çox çətin olduğundan oğurluq etmək məcburiyyətində qalmışdır. «QAZ 3110» markalı avtomobili uzun müddət bundan öncə xırda və iri buynuzlu heyvanları daşımaq üçün almış, lakin sürücülük vəsiqəsi və «QAZ 3110» markalı avtomobilə aid heç bir sənədi yoxdur. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxsə vurduğu ziyanı tam şəkildə geri qaytarmışdır. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşaqları var. Ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alınaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə teleqram göndərərək, teleqramda nümayəndəsi olduğu şirkətə dəymiş ziyanın tam şəkildə geri qaytarıldığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını göstərmiş və işə onların iştirakı olmadan baxılaraq qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-nin təhlükəsizlik departamentinin Sətəm, rejim və təhlükəsizlik sistemləri şöbəsinin Lənkəran Regional xidmət mərkəzinin qrup rəhbəri vəzifəsində işləyir. Vəzifə səlahiyyətlərindən irəli gələn məsələlər üzrə onun tabeçiliyində olan ərazilərdə Zərərçəkmiş şəxs MMC-yə məxsus olan bütün texnikalara, onların qorunmasına, təhlükəsizliyinə, bir sözlə ümumilikdə nəzarəti həyata keçirir. Cəlilabad rayonu onun nəzarətində olan əraziyə daxildir. Həmin ərazilərdə baş verən problemlər zamanı ona məlumat verilir. Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən "xxxx" MMC-yə məxsus olan ərzaq mağazasında Zərərçəkmiş şəxs MMC-yə məxsus olan “Milli ÖN” ödəniş terminalı quraşdırılmışdır. 21 dekabr 2022-ci il tarixdə saat 09 radələrində işə getməyə hazırlaşan zaman Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən "xxxx" MMC-yə məxsus olan ərzaq mağazasının müdiri Şahid1 ona məxsus olan mobil telefona zəng edib onun müdiri olduğu ərzaq mağazasında quraşdırılmış “Milli ÖN” ödəniş terminalının gecə saatlarında naməlum şəxslər tərəfindən oğurlandığını bildirmişdir. O, tez Lənkəran rayonundan çıxıb Cəlilabad rayonu, Üçtəpə kəndinə hadisə yerinə gəlmişdir. Həmin vaxt polis əməkdaşlarının hadisə yerində olduğunu görmüşdür. O, yolda olan zaman mobil telefon vasitəsilə Zərərçəkmiş şəxs MMC-nin əməkdaşları ilə əlaqə saxlamışdır. “Milli ÖN” ödəmə terminalında oğurluq hadisəsi baş verən zaman 8784 manat nağd pulun olduğunu bildirmişlər. Onlardan “Milli ÖN” ödəmə terminalının bazar qiymətini soruşmuşdur. Ona həmin terminalın bazar qiymətinin təxmini olaraq 10000 manat olduğunu bildirmişlər. Hadisə yerində polis əməkdaşlarına Zərərçəkmiş şəxs MMC-nin əməkdaşı olduğunu bildirmiş və xidməti vəsiqəsi və şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Bundan sonra ərizə ilə müraciət edib təxmini qiyməti 10000 manat olan ödəmə terminalının kassasında 8784 manat nağd pulla oğurlandığını bildirmişdir. Onun və mağaza müdiri Aftandilin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Polis şöbəsində izahatı alındıqdan sonra Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyi tərəfindən onunla əlaqə saxlanılmışdır. Ödəniş terminalının kassasında 8784 manat nağd pulun olduğu bildirilmiş, lakin həmin terminalın 2015-ci il tarixdə istismara verildiyini, istismar müddəti nəzərə alınmaqla hazırda olan bazar qiymətinin 1863 manat olduğunu bildirmişlər. Zərərçəkmiş şəxs MMC-yə məxsus hazırda bazar qiyməti 1863 manat və oğurluq baş verən anda kassasında 8784 manat olan “MilliÖN” ödəniş terminalının oğurlanması nəticəsində şirkətə 10647 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qisminədə dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən Hafiz Rüstəmova məxsus aptekdə satıcı işləyir. Hər gün səhər saat 08:00-da aptek fəaliyyətə başlayır, 20:00-da isə apteki bağlayır və yaşadığı evə gedir. Aptekə bitişik olan "xxxx" ərzaq mağazasında təhlükəsizlik kameraları quraşdırıldığından mağazanın mühafizə xidməti yoxdur. 20 dekabr 2022-ci il tarixdə saat 20:00-da Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən apteki bağlamış və yaşadığı evə getmişdir. Növbəti gün, yəni 21 dekabr 2022-ci il tarixdə saat 08:00-da apteki açmaq üçün obyektin yanına getmişdir. Obyektin yaxınlığına çatan zaman "xxxx" ərzaq mağazasının müdiri Avtandilin obyektin yanında dayandığını görmüşdür. Ona yaxınlşamış, obyektin qarşısında olan dəmir jalüz qapının yarıya qədər yuxarı qaldırıldığını və qıfılının qırıldığını görmüşdür. O, aptekin giriş qapısına baxmış və həmin qapının qıfılının qırıldığını görmüşdür. Avtandil dərhal mağazadan oğurluq olduğunu düşünüb özünə məxsus olan mobil telefon vasitəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzi sisteminə məlumat vermişdir. Az keçmiş Cəlilabad rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlmiş, polis əməkdaşları gələnədək o, aptekə girməmişdir. Çünki düşünmüşdür ki, hər hansısa maddi sübutu zədələyə bilər. Polis əməkdaşları ilə birlikdə mağazaya və aptekə baxış keçirmişdir. Həmin vaxt naməlum şəxslərin mağazaya bitişik olan onun işlətdiyi aptek vasitəsilə mağazaya girdiyini və mağazada olan “Milli ÖN” ödəniş terminalını oğurlamasını müəyyən etmişdir. Daha sonra polis əməkdaşları ilə təhlükəsizlik kameralarına da baxmış, orada həqiqətən bir nəfər şəxsin mağazadan “Milli ÖN” ödəniş terminalını oğurlamasının şahidi olmuşdur. Oğurluq edən şəxs "xxxx" MMC-yə məxsus ərzaq mağazasına onun işlətdiyi aptek vasitəsilə daxil olsa da aptekdən heç bir əmlak, pul vəsaiti və ya dərman məhsulları oğurlamamışdır. Qapının qıfıllarının qırılması nəticəsində 20 manat, ustanın zəhmət haqqı olaraq 20 manat ümumilikdə isə 40 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən ərzaq mağazasının müdiri vəzifəsində çalışır. Hər gün səhər saat 07:45 mağaza fəaliyyətə başlayır, 22:00-da mağaza bağlanır və bütün işçilər gedir. Mağazada təhlükəsizlik kameraları quraşdırıldığından mağazanın mühafizə xidməti yoxdur. 20 dekabr 2022-ci il tarixdə saat 22:00-da onun göstərişi ilə "xxxx" MMC-nin Cəlilabad rayonu, Üçtəpə kənidndə yerləşən ərzaq mazğazası bağlanmışdır. Növbəti gün, yəni 21 dekabr 2022-ci il tarixdə saat 07:45-də ərzaq mağazasını açmaq üçün ərzaq mağazasının yanına getmişdir. Mağazanın yaxınlığına çatan zaman obyektin qarşısında olan dəmir jalüz qapının yarıya qədər yuxarı qaldırıldığını və qıfılının qırıldığını görmüşdür. Dərhal mağazadan oğurluq olduğunu düşünmüş və özünə məxsus olan mobil telefon vasitəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzi sisteminə məlumat vermişdir. Az keçmiş Cəlilabad rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlmişlər. Polis əməkdaşları gələnədək o və işçiləri mağazaya girməmişdir. Çünki düşünmüşdür ki, hər hansısa maddi sübutu zədələyə bilər. Polis əməkdaşları ilə birlikdə mağazaya baxış keçirmiş, həmin vaxt naməlum şəxslərin mağazaya bitişik olan Şahid2 işlətdiyi aptek vasitəsilə mağazaya girdiyini və mağazada olan “Milli ÖN” ödəniş terminalını oğurlamasını müəyyən etmişlər. Daha sonra polis əməkdaşları ilə təhlükəsizlik kameralarına da baxmış, orada həqiqətən bir nəfər şəxsin mağazadan “Milli ÖN” ödəniş terminalını oğurlamasının şahidi olmuşdur. "xxxx" MMC-yə məxsus ərzaq mağazasından başqa heç bir əmlak, pul vəsaiti və ya ərzaq məhsulları oğurlanmamışdır. Qapının qıfıllarının qırılması nəticəsində 20 manat, plastik divarın qırılması nəticəsində 25 manat, ustaların zəhmət haqqı olaraq 30 manat ümumilkdə isə 75 manat maddi ziyan dəymişdir. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən Cəlilabad rayon Polis Şöbəsinə ünvanlanmış 28 dekabr 2022-ci il tarixli, 1xx-xx/1170/2022 saylı məktubdan görünür ki, Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən "xxxx"in binasına quraşdırılmış Zərərçəkmiş şəxs MMC şirkətinin 2015-ci ildə istehsal olunaraq istismara verilmiş “SAQA” modelli, TP-20.8.2 tipli, 02021 saylı ödəmə terminalının hazırda bazar qiyməti 1863 manatdır, onun daxilində pul kasetində 8784 manat nağd pul olmuşdur. Ödəmə terminalının hissələrinin sındırılması nəticəsində 1629 manat texniki ziyan vurulmuşdur İşdə olan Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 19/40 saylı rəydən görünür ki, 2015-ci ildə istismara verilmiş “SAQA” modelli, TP-20.8.2 tipli “Milli ÖN” ödəmə terminalının orta istismar müddəti və orta istismar intensivliyi parametlərinə uyğun olaraq 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1863 manat müəyyən edilir. İşdə olan “hadisə yerinin baxışının aparılması haqqında” 21 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-yə məxsus olan ərzaq mağazası Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşir. Mağazanın ətrafı bağlıdır. “Milli ÖN” ödəniş terminalı mağazanın daxilində yerləşir. İşdə olan maddi sübutun tanınması haqqında 22 dekabr 2022-ci il tarixli qərardan görünür ki, həmin qərarla “SAQA” modelli, TP-20.8.2 tipli, 02021 saylı “Milli ÖN” ödəniş terminalı və 1 ədəd 200 manat, 46 ədəd 100 manat, 16 ədəd 50 manat, 121 ədəd 20 manat, 26 ədəd 10 manat, 76 ədəd 5 manat və 124 ədəd 1 manat olmaqla ümumilikdə 8784 manat məbləğində pul vəsaitinin maddi sübut kimi tanınması və saxlanmasından ötrü zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə təhvil verilməsi qərara alınmışdır. İşdə olan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Milli ÖN” ödəniş terminalı, 1 ədəd 200 manat, 46 ədəd 100 manat, 16 ədəd 50 manat, 121 ədəd 20 manat, 26 ədəd 10 manat, 76 ədəd 5 manat və 124 ədəd 1 manat olmaqla ümumilikdə 8784 manat məbləğində pul pul vəsaiti Nümayəndə tərəfindən təhvil alınmışdır. İşdə olan maddi sübutun tanınması haqqında 24 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurluq etdikdən sonra Cəlilabad rayonu, Təzəkənd kəndi ərazisində gizlətdiyi oğurluq hadisəsini törədən zaman özünü təhlükəsizlik kameralarından gizlətmək üçün geyim əşyası kimi istifadə etdiyi bir cüt qara sapok, ov zamanı xüsusi istifadə edilən bir ədəd gödəkcə və şalvar, marketə daxil olmaq və ödəniş terminalını qırmaq üçün istifadə etdiyi bir ədəd dəmir ling maddi sübut kimi tanınaraq saxlanmasından ötrü Təqsirləndirilən şəxs təhvil verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iş üzrə maddi sübut kimi tanınmış bir cüt qara sapok, bir ədəd gödəkcə, bir ədəd şalvar və bir ədəd dəmir ling Təqsirləndirilən şəxs tərəfindən təhvil alınmışdır. İşdə olan "xxxx" MMC-yə məxsus ərzaq mağazasının yerləşdiyi binada quraşdırılmış təhlükəsizlik kameralarından hadisənin baş verdiyi vaxt, yəni 21 dekabr 2022-ci il, saat 03 radələrinə götürülmüş video görüntünü özündə əks etdirən bir ədəd DVD formatlı diskdəki görüntüyə məhkəmə iclasında baxış keçirilmiş və Təqsirləndirilən şəxs qeyd edilən oğurluq hadisəsinin törətməsi diskdəki görüntüdə əks edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü Rübab adlı bir azyaşlı, xx.xx.2005-ci il təvəllüdlü Səid və xx.xx.2008-ci il təvəllüdlü Hüseyn adlı iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş hüquqi şəxsə vurduğu ziyanı tam ödəməsini, zərərçəkmiş hüquqi şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İşdə olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs oğlunun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Cəlilabad rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. İşüzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış “SAQA” modelli, TP-20.8.2 tipli, 02021 saylı “Milli ÖN” ödəniş terminalının və 1 ədəd 200 manat, 46 ədəd 100 manat, 16 ədəd 50 manat, 121 ədəd 20 manat, 26 ədəd 10 manat, 76 ədəd 5 manat və 124 ədəd 1 manat olmaqla ümumilikdə 8784 manat məbləğində pul vəsaitinin ibtidai istintaq zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir cüt qara sapok, bir ədəd gödəkcə, bir ədəd şalvar və bir ədəd dəmir lingin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs təhvil verildiyi nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ 41NABZ********************) keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384–cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 21 dekabr 2022-ci ildən 23 dekabr 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad rayonunun Üçtəpə kəndində yerləşən yaşadığı evi tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “SAQA” modelli, TP-20.8.2 tipli, 02021 saylı “Milli ÖN” ödəniş terminalnın, 1 ədəd 200 manat, 46 ədəd 100 manat, 16 ədəd 50 manat, 121 ədəd 20 manat, 26 ədəd 10 manat, 76 ədəd 5 manat və 124 ədəd 1 manat olmaqla ümumilikdə 8784 manat məbləğində pul vəsaiti ibtidai istintaq zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir cüt qara sapok, bir ədəd gödəkcə, bir ədəd şalvar və bir ədəd dəmir lingin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs təhvil verildiyi nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ 41NABZ********************) keçirilsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan RespublikasıŞirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim : Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(073)-53/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-53/2023
09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver