Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-53/2025 30.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi X6, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Barəsində xususi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştrakı ilə, Barəsində xususi ittiham qaydasında şikayət verilmiş şəxs X2 barəsində Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələrinə ilə xüsusi ittiham qaydasında şikayətə məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 xüsusi ittiham qaydasında şikayətinə əsasən X8 Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələri ilə məhkəməyə verilmişdir. İşin məhkəmə hazırlıq iclası 30 aprel 2025-ci il tarixə, saat 11:00-a təxirə alınmış, lakin iş üzrə xüsusi ittihamçı X7 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 xüsusi ittiham qaydasında şikayəti əsaslandıraraq bildirdi ki, o, Cəlilabad Rayon Mərkəzi X1 Şəxsinin drektoru vəzifəsində çalışır. Cəlilabad rayonu, Alar kənd sakini X8 müxtəlif sosial şəbəkələrdə və TƏBİB-ə, İTSDA-yə, DİN-nə və Azərbaycan Respublikasının digər X4 Cəlilabad RMX PHŞ-in rəhbərliyinə və əməkdaşarına böhtan ataraq ağır cinayətlərdə ittiham etmiş və hazırda da öz böhtan xarakterli əməlləri ilə şərəf və ləyafəti ləkələyən, onu nüfuzdan salan yalan və böhtan xarakterli məlumatlar yaymaqda davam edir. Ona görə də hesab edir ki, X2 əməlində Azərbaycan Respublikası Cinayət Məcələsinin 147 və 148-ci maddələri tərkibi vardır. Qeyd olunanlara əsasən X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasnda təqsirləndirilən şəxs X2 özünü təqsirli bilməyərərk verdi izahatında göstərdi ki, o, azyaşlı uşağını pis vəziyyətdə Cəlilabad rayon Məhrəzi Xəstəxanasına aparmış, həkim tapa bilmədiyinə görə mübahisə yaranmış, ora gələn xəstəxanınanı drektoru X7 “bunalrı çıxarın atın bayıra” demişdir. O, sosial şəbəkələrdə Cəlilabad Rayon Mərkəzi X1 Şəxsinin drektoru X3 şərəf və ləyaqətini alşaldan heç bir məlumat paylaşmamışdır. Qeyd olunanlara əsasən xüsusi ittiham qaydasında şikayətinin təmin edilməməsini məhkəmdən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, xüsusi ittihamçı üzrsüz səbələrə görə məhkəmə hazırlıq iclasına gəlmədiyinə görə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin hazırlıq iclasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə məhkəmə qərar çıxarır. Azərbaycan Respublikası CPM-in 302.1.8-ci maddəsinə əsaəsn şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xüsusi ittihamçı X7 Məhkəmə hazırlıq iclasına gəlmədiyindən X5 barəsində xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: Xüsusi ittihamçı X7 Məhkəmə hazırlıq iclasına gəlmədiyindən X5 barəsində xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-53/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-53/2025
30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver