Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-54/2024 14.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili X1, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Cəlilabad rayonunun Xanəgah kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Cəlilabad rayonunun Uzuntəpə kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 aprel 2023-cü il tarixdə, saat 13 radələrində, yaşadığı Cəlilabad rayonunun Uzuntəpə kəndində əsas yolun kənarında yerləşən qum kariyeri ərazisində, həmkəndlilsi Zərərçəkmiş şəxs onun qardaşı Şahid1 və qohumu Şahid2 bir neçə gün əvvəl Qaradağ rayonu ərazisində yerləşən daş karxanlarından birinə fəhlə kimi işə apardıqdan sonra onların əmək haqlarının 60 manat əskik verilməsini bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs təpiklə qəsdən vurub yerə yıxdıqdan sonra onun burnuna təpiklə bir neçə dəfə zərbə vuraraq ona burun nahiyəsində şişkinlik, əzilmiş yara və burun sümüyünün yerini dəyişməyən açıq sınığı ilə nəticələnən, həyat üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcəsinə görə sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilib ifadəsində göstərdi ki, 44 günlük Qarabağ müharibəsi iştirakçısı olmaqla 5 medalı vardır. 2023-cü ilin aprel ayında qardaşı İsmayılı, bacılarının əri Muradı, həmkəndliləri Mənsum və Niyaməddini Zərərçəkmiş şəxs idarə etdiyi "Opel" markalı avtomobillə Bakı şəhəri Qaradağ rayonunda yerləşən daş karxanasına fəhlə kimi işləmələri üçün aparmış, İsmayılgil bir sutka daş karxanasında işləyib gələndən sonra karxanada pullarından 60 manat əskik verildiyini, ona görə ki, karxana işçiləri Nurlana yol haqqı verdiklərini, lakin İsmayıl Nurlanla söhbətləri yol pulu verməyəcəklərini, yol pullarını karyerin rəhbərliyi özü Nurlana verməli olduğunu ona demişdir. Sonra İsmayıl ona Nurlana zəng etdiyini, lakin Nurlan telefona cavab vermədiyini ona demişdir. 23 aprel 2023-cü il tarixdə İsmayıl zəng edib Nurlanla telefonda danışaraq ona kəndlərindəki qum karyeri ərazisində görüşmələrini demiş, sonra Murad və İsmayıl gedərkən o da onlarla birlikdə getmişdir. Onlar ora çatarkən Nurlan da ora gəlmiş, söhbət zamanı Nurlanla İsmayıl arasında mübahisə yaranaraq əlbayaxa olmuşlar. Sonra Nurlan onları nəlayiq söyüşlərlə söyərək çibindən bıçaq çıxartmış və İsmayılı vurmaq istədiyini görmüş, həmin vaxt İsmayıl sağ qolunu qarşıya verdiyi üçün bıçaq İsmyılın sağ qolunun iç nahiyyəsindən ona cızıq xəsarəti yetirmişdir. X4 əlindən çıxıb qaçarkən Nurlan da onun arxası ilə qaçmış, o da arxadan qaçıb Nurlana çataraq yumruqla onun sifət nahiyəsindən vurub onu yerə yıxaraq bıçağı əlindən alıb sonra təpiklə onun sifət nahiyəsindən vurmuşdur. Murad isə yaxınlaşıb Nurlanı onun əlindən almışdır. O, yumruq və təpiklə Nurlanın burun nahiyəsindən vurduğu üçün onun burnundan qan axmağa başlamış, Nurlan yerdən qalxandan sonra 60 manatlarını verəcəyini demiş, Nurlan bu sözü deyəndən sonra çıxıb getmiş, Nurlan gedəndən sonra onlar da çıxıb evlərinə getmiş, elə həmin günü də Nurlan onların barəsində Cəlilabad rayon polis şöbəsinə şikayət etmişdir. Əməlindən peşimandır, halhazırda zərərçəkmiş Zərərçəkmiş şəxsla barışmağa cəhd etsə də, sonuncu bilmədiyi səbəbdən onunla barışmamışdır. Ona görə də bu halları nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi onun özünün etirafından başqa zərərçəkmiş Zərərçəkmiş şəxs, şahidlərin ifadələri və işin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla da tam sübuta yetirilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Şahid1, Təqsirləndirilən şəxs və Şahid2 onunla bir kənddə yaşayırlar. O, bəzi vaxtlarda gedib Qaradağ rayonu ərazisində daş karxanasında bir neçə gün işləyərək çörək pulu qazanır. 12 aprel 2023-cü il tarixdə daş karxanasında işdə olarkən ona daş karxanasının işçisi Elmar adlı şəxs zəng edib fəhləyə ehtiyacları olduğunu, əgər tanış adamları varsa xəbər etməsini və gəlib işləmələrini demişdir. Sonra o kənd uşaqlarına zəng edib bu barədə məlumat vermiş, elə həmin günü Şahid2 onun mobil telefonuna zəng edib daş karxanasına fəhlə lazım olduğunu eşitdiklərini, özü ilə qayını İsmayıl ora işləməyə getmək istədiklərini, lakin oranı tanımadıqlarını, əgər mümkündürsə gəlib onları ora aparmasını demişdir. Sonra o, daş karxanasının işçisi Elmara zəng edib 2 nəfər həmkəndlisi işləməyə gəlmək istədiklərini, lakin oranı tanımadıqlarını demişdir. Onun bu sözündən sonra Elmar ona əgər 4 nəfər fəhlə tapıb gətirsə fəhlələri gətirməyinə görə də 100 manat yol haqqı verəcəyini demişdir. Həmin vaxt Bakı şəhərində yaşayan dostu Samirin KİA markalı avtomobili onda olmuş, avtomobili də bir ay müddətinə idarə etmək üçün Samir ona etibarnamə əsasında vermiş, elə həmin günü də o həmin avtomobili idarə edərək kəndlərinə gələrək sonra Murad və İsmayılla görüşərək onları idarə etdiyi avtomobillə daş karxanasına aparmağına razılıq verərək əgər karxanada 2-3 gün və daha çox işləsələr zəhmət haqlarından karxana işçiləri yol xərci çıxmayacaqlarını, yol xərci karxana işçilərinin üzərində olacağını demişdir. Murad və İsmayıl da razılıq verərək 5-6 gün işləyəcəylərini demişlər. Bundan sonra digər həmkəndliləri Niyaməddin və onun adını bilmədiyi qonşusu da karxanaya işləməyə getmək istədiklərini bilmiş, ona görə onların dördünü də idarə etdiyi avtomobillə karxanaya apararaq sonra isə karxana işçilərindən 100 manat yol haqqını alıb çıxıb Bakı şəhərinə qardaşı evinə getmişdir. Səhəri günü isə özü də işləmək üçün karxanaya gəlmiş, o başqa daş karxanasında İsmayılgil isə başqa karxanada işləmiş, həmin günü işdən çıxanda İsmayıl onun mobil telefonuna zəng edib qayıdıb rayona getmək istədiklərini, karxana işçiləri ona verdikləri 100 manat yol haqını onların zəhmət haqqından çıxdıqlarını demişdir. O da İsmayıla əgər 2 gün və daha çox işləsəydilər yol haqları çıxılmayacağını, bir gün işləyib sonra işləmək istəmədiyləri üçün də yol haqlarını onların zəhmət haqqından çıxdıqlarını demişdir. Onun bu sözündən sonra İsmayıl ona bir söz deməyərək həmin gündən sonra onunla heç bir əlaqə saxlamamışdır. 23 aprel 2023-cü il tarixdə saat təxminən 10:30 radələrində Cəlilabad şəhərində bazarda olarkən İsmayıl onun mobil telefonuna zəng edib zəhmət haqlarından çıxılan 100 manat yol haqlarını niyə onlara vermədiyini demiş, o da İsmayıla telefonda onları karxanaya idarə etdiyi avtomobillə apardığını və karxana işçiləri də yol haqlarını ona verdiyini, əgər onların zəhmət haqlarını karxana işçiləri verməyibsə ona nə aidiyyəti olduğunu demişdir. Onun bu sözündən sonra İsmayıl onu kəndləri ərazisində yerləşən qum karyerində gözlədiklərini və ora gəlib söhbət etmələrini demişdir. O da İsmayıla telefonda bazarda olduğunu, işini qurtarıb gələcəyini demişdir. Bazardan işini qurtarandan sonra evlərinə gedib aldığı ərzaqları evlərinə qoyduqdan sonra yola çıxıb taksi avtomobilinə minərək gedib qum karyerinin istiqamətində həmin avtomobildən düşmüşdür. Sonra həmin yerə yaxınlaşarkən İsmayıl, Murad və Tacir yolda tanımadığı taksi avtomobilindən düşdüklərini və taksi sürücüsü çıxıb getdiyini görmüş, sonra İsmayılgil onu görüb yaxınlaşaraq ona çatan kimi İsmayıl yumruqla onun sağ gözünün altından bir dəfə vurmuş, onların hər üçü köməkləşib onu döyəcəklərini düşünərək qaçıb olardan uzaqlaşamaq istəmiş, qaçarkən İsmayılgildə qaça-qaça arxadan gələrək Tacir ona çataraq təpiklə onu vurmuş və o yerə yıxılmışdır.Yerə yıxılandan sonra Tacir təpiklə burun nahiyəsindən bir neçə dəfə vurmuşdur. Tacirin təpik zərbələri nəticəsində onun burnundan qan axmağa başlamış, Tacirgil onun burnunun qanının dayanmadığını görüb ondan əl çəkmiş, sonra o yerdən qalxıb kənarlaşaraq DİN-nin 102 xidmətinə zəng edib döyülməyi barədə məlumat vermiş və sonra isə polis şöbəsinə gəlib şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Nurlan Həsəov idarə etdiyi «Opel» markalı avtomobillə onu, bacısının əri Muradı, həmkəndliləri Mənsum və Niyaməddini Qaradağ rayonunda yerləşən daş karxanasına fəhlə kimi işləmələri üçün aparmış, Nurlan onları apararkən orada bir gün işləyib qayıdacağlarını demişdir. Nurlan onları aparıb ora düşürəndən sonra onlar Nurlana yol haqqı verməmiş, çünki, Nurlan onlara yol haqlarını ona daş karxanasının rəhbərliyi verəcəyini demişdir. Onlar karxanada bir sutka işləyərək onlara cəmi 337 manat pul verilməli olduğu halda onlara 277 manat pul verilərək onları Nurlanın gətirdiyi üçün 120 manat yol haqqı verdiklərni, həmin yol haqqının 60 manatın yol haqlarına çıxıldığını demişlər. Onlar da karxana işçilərindən pulu alaraq öz aralarında bölüb qayıdıb yaşadıqları kəndə gəlmişlər. Həmin vaxtdan sonra Nurlanla görüşə bilməmişdir. 23 aprel 2023-cü il tarixdə Nurlanın mobil telefonuna zəng edərək gəlib onların 60 manatını verməsini demişdir. Nurlan telefonda ona rayonda olduğunu və işini qurtarıb gələndə zəng edəcəyini və görüşəcəklərini demişdir. Saat təxminən 13 radələrində Nurlanla yenidən zəngləşib Uzuntəpə kəndi ərazisində yerləşən karyer deyilən yerdə görüşmələrini demiş, Nurlan telefonda ona qarşı söyüş işlədərək gəlirəm demiş, bir neçə dəqiqədən sonra o, qardaşı Tacir və yeznələri Murad orada Nurlanla görüşmüşlər. O, Nurlana telefonda nəyə görə ona söyüş söydüyünü və 60 manat pullarını verməsini demişdir. O, bu sözü ona deyəndən sonra Nurlan onu yumruqla vurmaq istəyərkən onun yumruğu onun gözündə olan eynəyinə dəyərək eynəyi yerə düşmüş, sonra Nurlan cibindən bıçaq çıxardıb onu bıçaqla vurmaq istəyərkən sağ qolunu qarşıya verərkən bıçaq onun sağ qolunun içəri tərəfindən dəyərək xəsarət almış, sonra o, qaçıb getmək istəyərkən Nurlan arxadan qaçıb onu tutmaq istəyərkən qardaşı Tacir gəlib Nurlanı təpiklə vurub yerə yıxmış, Nurlan yerə yıxılandan sonra Tacir təpiklə onun burun nahiyəsindən vurmuş, o isə Nurlanın qolunu buraraq bıçağı onun əlindən almış, bundan sonra Murad yaxınlaşıb onları aralaşdıraraq Nurlan yerdən qalxmış, Tacir təpiklə Nurlanın burun nahiyəsindən vurduğu üçün onun burunundan qan axmışdır. Sonra Nurlan çıxıb getmiş, bundan sonra onlar da çıxıb evlərinə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Şahid1 və Təqsirləndirilən şəxs onun qayını, Zərərçəkmiş şəxs isə həmkəndlisidir. Nurlan idarə etdiyi «Opel» markalı avtomobillə onu, İsmayıl Mirzəyevi, həmkəndliləri Mənsum və Niyaməddini Qaradağ rayonunda yerləşən daş karxanasına fəhlə kimi işləmələri üçün aparmışdır. Nurlan onları aparıb ora düşürəndən sonra onlar ona yol pulu verməməyərək yol pullarını karyer işçiləri vermişdir. Onlar karxanada bir sutka işləyəndən sonra onlara cəmi 337 manat pul verməli olduğu halda pulları verilərkən onlara 277 manat pul verilərək Nurlana onları karxanaya apardığı üçün ona 120 manat yol pulu verildiyini həmin yol pulunun 60 manatını yol pullarına çıxdıqlarını demişlər. Onlar da pulu alaraq öz aralarında bölüb yaşadıqları kəndə gəlmişlər. 23 aprel 2023-cü il tarixdə İsmayılla o, küçələrində olarkən İsmayıl Nurlanın mobil telefonuna zəng edərək ona onların zəhmət haqqlarından çıxılan 60 manat pulu gətirib verməsini demiş, Nurlan da telefonda İsmayılla söyüşlə danışmış, saat təxminən 13 radələrində İsmayıl Nurlanla yenidən zəngləşib Uzuntəpə kəndi ərazisində yerləşən karyer deyilən yerdə görüşmələrini demişdir. Bir neçə dəqiqədən sonra o, İsmayıl və Tacir orada Nurlanla görüşmüş, İsmayıl Nurlana nəyə görə telefonda söyüş söydüyünü xəbər almış, İsmayıl bu sözü deyəndən sonra Nurlan onu yumruqla vurmaq istəyərkən İsmayıl geri çəkilərkən onun yumruqu İsmayılın eynəyinə dəyərək eynəyi gözündən yerə düşmüş, sonra Nurlan arxaya çəkilərək şalvarının belindən bıçaq çıxardıb İsmayılın üstünə gələrək onu bıçaqla vurmaq istəyərkən İsmayıl qaçmış, İsmayıl qaçarkən Nurlan da onun ardı ilə qaçmağa başlamışdır. Nurlan qaçarkən ayaqı yerə ilişərək yıxılmış, Nurlan yıxılarkən İsmayılda onun üstünə yıxılmışdır. Həmin vaxt Nurlanın əlində olan bıçaq İsmayılın sağ qoluna dəyərək xəsarət almış, sonra Tacir qaçıb Nurlanı yerə yıxılı vəziyyətdə tutaraq təpiklə onun burun nahiyəsindən vurmuşdur. O, yaxınlaşıb bıçağı Nurlanın əlindən alıb İsmayıla vermiş, Tacir Nurlanın burnundan təpiklə vurduğu üçün onun burnundan qan axmağa başlamış, o, Taciri Nurlandan kənarlaşdırmış, sonra Nurlan yerdən qalxıb çıxıb getmişdir. Cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində yolun kənarında yerləşən qum karyerinin ərazisidir. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 05 may 2023-cü il tarixli 251 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı burun nahiyəsində şişkinlik, əzilmiş yara və burun sümüyünün yerini dəyişməyən açıq sınığı vahid kompleks təşkil edib sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Cəlilabad rayon mərkəzi xəstəxanası Publik hüquqi şəxsin 29 sentyabr 2023-cü il tarixli 18-1-32/2-1389/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs «baş beyinin üzvü xəstəliyi, psixopatabənzər davranış» diaqnozu ilə poliklinika şöbəsinin ruhi-əsəb kabinetində qeydiyyatdadır. Cinayət işinə əlavə edilmiş, ambulator məhkəmə-psixiatrik ekspertizasının 19 dekabr 2023-cü il tarixli 3535 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzvi mənşəli şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmallılıq müəyyən edilmir. Təqsirləndirilən şəxs «üzvi mənşəli şəxsiyyət pozuntusu» o dərəcədə ifadə olunmayıb ki, o, əməli törətdiyi zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür.Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs aşkar edilən üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozlu psixi xəstəliklə əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur.O, hazırkı psixi vəziyyətinə görə prosessual fəaliyyət qabiliyyətlidir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Bundan əlavə, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 13-cü bəndinə əsasən, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngülük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyul 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan “Azərbaycan Respublikası Medalının Vəsiqəsi”nin surətlərindən görünür ki, Cəfərov X2, Cəbrayılın və Fizulinin azad olunması medallları ilə təltif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşiman olmasını, vətən müharibəsi iştirakçısı olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad rayonu Uzuntəpə kəndindəki evi tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-54/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-54/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver