Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-55/2023 11.05.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X2, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs2, X1 və onların müdafiəçisi Cəlilabad rayon Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs3 Abdulsamad oğlu, Təqsirləndirilən şəxs4 və onların müdafiəçisi Cəlilabad rayon Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, Təqsirləndirilən şəxs2, xx xxxxx 2002-ci il tarixdə Əfqanıstan İslam Respublikasının Qəndəhar şəhərində doğulmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Əfqanıstan İslam Respublikasının Qəndəhər şəhərində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3, xx xxxxx 2002-ci il tarixdə Əfqanıstan İslam Respublikasının Kapisa şəhərində doğulmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Əfqanıstan İslam Respublikasının Kapisa şəhərində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1, xx xxxxxx 2003-cü il tarixdə Əfqanıstan İslam Respublikasının Paktiya şəhərində doğulmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Əfqanıstan İslam Respublikasının Paktiya şəhərində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs4, xx xxxx 1993-cü il tarixdə Əfqanıstan İslam Respublikasının Bağlan şəhərində doğulmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı , subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Əfqanıstan İslam Respublikasının Bağlan şəhərində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 ittiham olunur ondan ötrü ki, o, Əfqanıstan İslam Respublikasının digər vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tranzit ölkə kimi Azərbaycan Respublikasından istifadə etməklə Almaniya Federativ Respublikasına getmək məqsədilə 29 sentyabr 2022-ci il tarixdə saat 01:28 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Cəlilabad rayonunda yerləşən 7-ci sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmiş, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən həmin tarixdə qeyd olunan ərazidə saxlanılmışdır. Təqsirləndirilən şəxs Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 ittiham olunur ondan ötrü ki, o, Əfqanıstan İslam Respublikasının digər vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tranzit ölkə kimi Azərbaycan Respublikasından istifadə etməklə Almaniya Federativ Respublikasına getmək məqsədilə 29 sentyabr 2022-ci il tarixdə saat 01:28 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Cəlilabad rayonunda yerləşən 7-ci sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmiş, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən həmin tarixdə qeyd olunan ərazidə saxlanılmışdır. Təqsirləndirilən şəxs Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 ittiham olunur ondan ötrü ki, o, Əfqanıstan İslam Respublikasının digər vətəndaşları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tranzit ölkə kimi Azərbaycan Respublikasından istifadə etməklə Almaniya Federativ Respublikasına getmək məqsədilə 29 sentyabr 2022-ci il tarixdə saat 01:28 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Cəlilabad rayonunda yerləşən 7-ci sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmiş, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən həmin tarixdə qeyd olunan ərazidə saxlanılmışdır. Təqsirləndirilən şəxs Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs4 ittiham olunur ondan ötrü ki, o, Əfqanıstan İslam Respublikasının digər vətəndaşları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tranzit ölkə kimi Azərbaycan Respublikasından istifadə etməklə Almaniya Federativ Respublikasına getmək məqsədilə 29 sentyabr 2022-ci il tarixdə saat 01:28 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Cəlilabad rayonunda yerləşən 7-ci sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmiş, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən həmin tarixdə qeyd olunan ərazidə saxlanılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2002-ci ildə Əfqanıstan İslam Respublikasının Qəndəhar şəhərində doğulmuş, həmin şəhərdə 10 yaşına qədər yaşamış, sonra ailəsi ilə birlikdə qanunsuz yolla İrana, oradan isə Türkiyəyə getmiş, 13 yaşında olarkən Türkiyə dövləti tərəfindən Əfqanıstana deportasiya edilmiş, Əfqanıstanda "Taliban" hərəkatı hakimiyyətə gələnədək Əfqanıstan Ordusunda xidmət etmiş, sonra məcbur qalıb ordu sıralarını tərk etmiş, "Taliban" höküməti tərəfindən həbs edilməkdən qorxduğu üçün məcbur qalıb ölkəni tərk etmək qərarına gəlmiş, bu məqsədlə Avropaya - Almaniyaya getməyin yollarını axtarmış, tanışları vasitəsilə təxminən 2021-ci ilin sentyabr ayının sonları qanunsuz yolla İrana getmiş və orada 1 il yaşamış, İranda olarkən orada tanış olduğu İran vətəndaşının köməkliyi ilə Almaniyaya getməyin yollarını öyrənmiş, həmin şəxsin adını xatırlamamışdır. Həmin şəxs ona demişdir ki, Almaniyaya getmək üçün o, əvvəlcə İrandan qanunsuz yolla Azərbaycana, Azərbaycandan Rusiyaya, Rusiyadan isə Almaniyaya getməlidir. İranın Tehran şəhərində yaşamış, Tehranda yaşadığı müddətdə mebel sexində işləmiş, işlədiyi yerdə 3 nəfər Əfqanıstan İslam Respublikası vətəndaşı ilə tanış olmuş, həmin əfqanlar da onun kimi Əfqanıstandan İrana qanunsuz yolla gəlmiş, onlar İranda olarkən qərara gəlmişlər ki, qanunsuz yolla İran-Azərbaycan sərhədini keçib Azərbaycana, Azərbaycandan Rusiyaya, sonra isə Almaniyaya getsinlər. Onlar bu barədə qərarları qətiləşdirdikdən sonra həmin iranlıya fikirlərini bildirmişlər, İran vətəndaşı olan adını xatırlamadığı şəxs bu köməklik müqabilində onların hər birindən 400 avro pul istəmiş, onlar iranlı olan şəxsin təklifi ilə razılaşmış və sonuncuya Tehranda ümumilikdə 1600 avro pul vermişlər. Həmin iranlı ilə onlar 27 sentyabr 2022-ci il tarixdə saat 23:00 radələrində İranın Tehran şəhərindən yola düşmüşlər. 28 sentyabr 2022-ci il tarixdə saat təxminən 23:00 radələrində İranın Biləsuvar şəhərinə çatmışlar. Sonra 1600 avro pul müqabilində bələdçilik edən həmin iranlı onları İran-Azərbaycan sərhədinə gətirmiş və onun mobil telefonunu götürərək "MAPS" proqramında işarələr qoyub bildirmişdir ki, onlar bu yolla sərhədi İrandan Azərbaycana qanunsuz yolla keçib yollarını davam etməlidirlər. Bundan sonra onlar həmin iranlı ilə sağollaşmış və sərhədi qanunsuz olaraq İrandan Azərbaycana keçmişlər. Onlar bir qədər aralandıqdan sonra həmin şəxs geri qayıtmışdır. Onlar isə qeyd etdiyi proqramdan istifadə etməklə yollarını davam etmiş, təxminən 1 saat yarım yol qət etdikdən sonra onlar kiçik sərhəd çəpərini keçmişlər. Sonra təxminən 20 dəqiqə yol qət etdikdən sonra böyük sərhəd çəpəri görmüşlər, lakin birdən ucadan "Dur" səsi eşitmişlər. Türkiyədə 10-13 yaşları arasında yaşadığı üçün türk dilini sərbəst bilir, başa düşür və danışır. Ona görə də o, başa düşmüş və yanındakılara bildirmişdir ki, onlar Azərbaycan sərhədçiləri tərəfindən saxlanılmışlar. Lakin onunla birlikdə olan digər 3 nəfər qanunsuz sərhəd keçənlər türk dilini bilməmişlər. Onlar "Dur" komandasından sonra yerlərində durmuş və Azərbaycan sərhədçiləri onları saxlamışlar. Onları saxlayan sərhədçilər ilkin olaraq oraya nə üçün gəldiklərini soruşduqda onlar səmimi olaraq İrandan qanunsuz yolla Azərbaycana keçdiklərini demişlər. Sonra onlara törətdikləri əməlin cinayət olduğu barədə məlumat verilmiş, daha sonra onlar inzibati qaydada tutulmuş və üzərilərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərilərindən qanunsuz heç bir əşya və sənəd aşkar edilməmişdir. Ən sonda onların izahatı alınmış, sonra onlar sənədləşmənin düzgün aparıldığına əmin olduqdan sonra bunu öz imzaları ilə təsdiq etmişlər. Sərhəd naryadı tərəfindən saxlanılan zaman onlara qarşı hər hansı qanunsuz rəftar, o cümlədən fiziki təsir, döyülmə, təhqir olunma və sair hərəkətlərə yol verilməmişdir. Onlar da sərhəd naryadının qanuni göstərişinə tabe olub hər hansı müqavimət göstərməmişlər. Bundan sonra onlar Dövlət Sərhəd Xidmətinin Bakı şəhərində yerləşən inzibati binasına gətirilmişlər. Hazırda əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 Abdulsamad oğlu elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2002-ci ildə Əfqanıstan İslam Respublikasının Kapisa şəhərində doğulmuş və orada yaşamışdır. Əfqanıstanda "Taliban" höküməti hakimiyyətə gəldikdən sonra orada yaşamaq çox çətin olmuşdur. Onsuzda Əfqanıstan həmişə kasıb dövlət kimi tanınmışdır. Getdikcə orada yaşamaq daha da çətinləmişdir. Ölkə şəriət qanunları ilə idarə olunmuş, bu isə müasir zamanda insan üçün müəyyən çətinliklər yaratmışdır. Qeyd etdiyi səbəblərə görə məcbur qalıb ölkəni tərk etmək qərarına gəlmiş və bu məqsədlə Almaniyaya getməyin yollarını axtarmış, tanışları vasitəsilə təxminən 2021-ci ilin sentyabr ayının sonları qanunsuz yolla İrana getmiş və orada 1 il yaşamış, İranda olarkən orada tanış olduğu İran vətəndaşının köməkliyi ilə Almaniyaya getməyin yollarını öyrənmiş, həmin şəxsin adını xatırlamamışdır. Həmin şəxs ona demişdir ki, Almaniyaya getmək üçün o, əvvəlcə İrandan qanunsuz yolla Azərbaycana, Azərbaycandan Rusiyaya, Rusiyadan isə Almaniyaya getməlidir. İranın Tehran şəhərində yaşamış, Tehranda yaşadığı müddətdə mebel sexində işləmiş, işlədiyi yerdə 3 nəfər Əfqanıstan İslam Respublikası vətəndaşı ilə tanış olmuş, həmin əfqanlar da onun kimi Əfqanıstandan İrana qanunsuz yolla gəlmiş, onlar İranda olarkən qərara gəlmişlər ki, qanunsuz yolla İran-Azərbaycan sərhədini keçib Azərbaycana, Azərbaycandan Rusiyaya, sonra isə Almaniyaya getsinlər. Onlar bu barədə qərarlarını qətiləşdirdikdən sonra həmin iranlıya fikirlərini bildirmişlər, İran vətəndaşı olan adını xatırlamadığı şəxs bu köməklik müqabilində onların hər birindən 400 avro pul istəmiş, onlar iranlı olan şəxsin təklifi ilə razılaşmış və sonuncuya Tehranda ümumilikdə 1600 avro pul vermişlər. Həmin iranlı ilə onlar 27 sentyabr 2022-ci il tarixdə saat 23:00 radələrində İranın Tehran şəhərindən yola düşmüşlər. 28 sentyabr 2022-ci il tarixdə saat təxminən 23:00 radələrində İranın Biləsuvar şəhərinə çatmışlar. Sonra 1600 avro pul müqabilində bələdçilik edən həmin iranlı onları İran-Azərbaycan sərhədinə gətirmiş və onun mobil telefonunu götürərək "MAPS" proqramında işarələr qoyub bildirmişdir ki, onlar bu yolla sərhədi İrandan Azərbaycana qanunsuz yolla keçib yollarını davam etməlidirlər. Bundan sonra onlar həmin iranlı ilə sağollaşmış və sərhədi qanunsuz olaraq İrandan Azərbaycana keçmişlər. Onlar bir qədər aralandıqdan sonra həmin şəxs geri qayıtmışdır. Onlar isə qeyd etdiyi proqramdan istifadə etməklə yollarını davam etmiş, təxminən 1 saat yarım yol qət etdikdən sonra onlar kiçik sərhəd çəpərini keçmişlər. Sonra təxminən 20 dəqiqə yol qət etdikdən sonra böyük sərhəd çəpəri görmüşlər, lakin birdən ucadan "Dur" səsi eşitmişlər. Onlar "Dur" komandasından sonra yerlərində durmuş və Azərbaycan sərhədçiləri onları saxlamışlar. Onları saxlayan sərhədçilər ilkin olaraq oraya nə üçün gəldiklərini soruşduqda onlar səmimi olaraq İrandan qanunsuz yolla Azərbaycana keçdiklərini demişlər. Hazırda əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2003-cü ildə Əfqanıstan İslam Respublikasının Paktiya şəhərində doğulmuş və orada yaşamışdır. Əfqanıstanda "Taliban" höküməti hakimiyyətə gəldikdən sonra ölkədə aclıq, səfalət daha da artmış, nə dolanmaq, nə də normal yaşamaq olmamışdır. Qüvvəyə minən qanunlar isə çox sərt və heç bir beynəlxalq normaya uyğun olmamışdır. Ölkə şəriət qanunları ilə idarə olunmuşdur. Bu isə müasir zamanda insan üçün çətinliklər yaratmış, sadaladığı bu məsələlərə görə məcbur qalıb ölkəni tərk etmək qərarına gəlmiş və bu məqsədlə Almaniyaya getməyin yollarını axtarmışdır. Tanışları vasitəsilə təxminən 1 il bundan əvvəl qanunsuz yolla İrana getmiş və orada 1 il yaşamışdır. İranda olarkən orada tanış olduğu İran vətəndaşının köməkliyi ilə Almaniyaya getməyin yollarını öyrənmişdir. Həmin şəxsin adını xatırlamamışdır. Həmin şəxs ona demişdir ki, Almaniyaya getmək üçün o, əvvəlcə İrandan qanunsuz yolla Azərbaycana, Azərbaycandan Rusiyaya, Rusiyadan isə Almaniyaya getməlidir. İranın Tehran şəhərində yaşamış, Tehranda yaşadığı müddətdə mebel sexində işləmiş, işlədiyi yerdə 3 nəfər Əfqanıstan İslam Respublikası vətəndaşı ilə tanış olmuş, həmin əfqanlar da onun kimi Əfqanıstandan İrana qanunsuz yolla gəlmiş, onlar İranda olarkən qərara gəlmişlər ki, qanunsuz yolla İran-Azərbaycan sərhədini keçib Azərbaycana, Azərbaycandan Rusiyaya, sonra isə Almaniyaya getsinlər. Onlar bu barədə qərarlarını qətiləşdirdikdən sonra həmin iranlıya fikirlərini bildirmişlər, İran vətəndaşı olan adını xatırlamadığı şəxs bu köməklik müqabilində onların hər birilərindən 400 avro pul istəmiş, onlar iranlı olan şəxsin təklifi ilə razılaşmış və sonuncuya Tehranda ümumilikdə 1600 avro pul vermişlər. Həmin iranlı ilə onlar 27 sentyabr 2022-ci il tarixdə saat 23:00 radələrində İranın Tehran şəhərindən yola düşmüşlər. 28 sentyabr 2022-ci il tarixdə saat təxminən 23:00 radələrində İranın Biləsuvar şəhərinə çatmışlar. Sonra 1600 avro pul müqabilində bələdçilik edən həmin iranlı onları İran-Azərbaycan sərhədinə gətirmiş və onun mobil telefonunu götürərək "MAPS" proqramında işarələr qoyub bildirmişdir ki, onlar bu yolla sərhədi İrandan Azərbaycana qanunsuz yolla keçib yollarını davam etməlidirlər. Bundan sonra onlar həmin iranlı ilə sağollaşmış və sərhədi qanunsuz olaraq İrandan Azərbaycana keçmişlər. Onlar bir qədər aralandıqdan sonra həmin şəxs geri qayıtmışdır. Onlar isə qeyd etdiyi proqramdan istifadə etməklə yollarını davam etmiş, təxminən 1 saat yarım yol qət etdikdən sonra onlar kiçik sərhəd çəpərini keçmişlər. Sonra təxminən 20 dəqiqə yol qət etdikdən sonra böyük sərhəd çəpəri görmüşlər, lakin birdən ucadan "Dur" səsi eşitmişlər. Onlar "Dur" komandasından sonra yerlərində durmuş və Azərbaycan sərhədçiləri onları saxlamışlar. Onları saxlayan sərhədçilər ilkin olaraq oraya nə üçün gəldiklərini soruşduqda onlar səmimi olaraq İrandan qanunsuz yolla Azərbaycana keçdiklərini demişlər. Sonra onlara törətdikləri əməlin cinayət olduğu barədə məlumat verilmiş, daha sonra onlar inzibati qaydada tutulmuş və üzərilərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərilərindən qanunsuz heç bir əşya və sənəd aşkar edilməmişdir. Ən sonda onların izahatı alınmış, sonra onlar sənədləşmənin düzgün aparıldığına əmin olduqdan sonra bunu öz imzaları ilə təsdiq etmişlər. Sərhəd naryadı tərəfindən saxlanılan zaman onlara qarşı hər hansı qanunsuz rəftar, o cümlədən fiziki təsir, döyülmə, təhqir olunma və sair hərəkətlərə yol verilməmişdir. Onlar da sərhəd naryadının qanuni göstərişinə tabe olub hər hansı müqavimət göstərməmlər. Bundan sonra onlar Dövlət Sərhəd Xidmətinin Bakı şəhərində yerləşən inzibati binasına gətirilmişlər. Hazırda əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs4 elan olunmuş ittihamda özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, 1993-cü ildə Əfqanıstan İslam Respublikasının Bağlan şəhərində doğulmuşdur. Əfqanıstan onsuzda kasıb və həmişə problemlərlə yadda qalan ölkə olmuş, 2021-ci ildə "Taliban" hərəkatı hakimiyyətə gəldikdən sonra qüvvəyə minən qanunlar ölkənin siyasi, sosial və iqtisadi vəziyyətini daha da ağırlaşdırmış, insanların problemləri çoxalmış, xüsusən maddi vəziyyətləri minimum səviyyəyə enmiş, digər Əfqanıstan vətəndaşları kimi o da dolanışığında çətinliklərlə üzləşmiş, bu səbəbdən ölkəni tərk etmək və nisbətən sadaladığı problemlərin daha az olduğu ölkədə yaşamaq üçün həmin ölkəyə getməyin yollarını axtarmağa başlamış, tanışları vasitəsilə təxminən 2021-ci ilin sentyabr ayının sonları qanunsuz yolla İrana getmiş və orada 1 il yaşamış, İranda olarkən orada tanış olduğu İran vətəndaşının köməkliyi ilə Almaniyaya getməyin yollarını öyrənmiş, həmin şəxsin adını xatırlamamışdır. Həmin şəxs ona demişdir ki, Almaniyaya getmək üçün o, əvvəlcə İrandan qanunsuz yolla Azərbaycana, Azərbaycandan Rusiyaya, Rusiyadan isə Almaniyaya getməlidir. İranın Tehran şəhərində yaşamış, Tehranda yaşadığı müddətdə mebel sexində işləmiş, işlədiyi yerdə 3 nəfər Əfqanıstan İslam Respublikası vətəndaşı ilə tanış olmuş, həmin əfqanlar da onun kimi Əfqanıstandan İrana qanunsuz yolla gəlmiş, onlar İranda olarkən qərara gəlmişlər ki, qanunsuz yolla İran- Azərbaycan sərhədini keçib Azərbaycana, Azərbaycandan Rusiyaya, sonra isə Almaniyaya getsinlər. Onlar bu barədə qərarlarını qətiləşdirdikdən sonra həmin iranlıya fikirlərini bildirmişlər, İran vətəndaşı olan adını xatırlamadığı şəxs bu köməklik müqabilində onların hər birilərindən 400 avro pul istəmiş, onlar iranlı olan şəxsin təklifi ilə razılaşmış və sonuncuya Tehranda ümumilikdə 1600 avro pul vermişlər. Həmin iranlı ilə onlar 27 sentyabr 2022-ci il tarixdə saat 23:00 radələrində İranın Tehran şəhərindən yola düşmüşlər. 28 sentyabr 2022-ci il tarixdə saat təxminən 23:00 radələrində İranın Biləsuvar şəhərinə çatmışlar. Sonra 1600 avro pul müqabilində bələdçilik edən həmin iranlı onları İran-Azərbaycan sərhədinə gətirmiş və onun mobil telefonunu götürərək "MAPS" proqramında işarələr qoyub bildirmişdir ki, onlar bu yolla sərhədi İrandan Azərbaycana qanunsuz yolla keçib yollarını davam etməlidirlər. Bundan sonra onlar həmin iranlı ilə sağollaşmış və sərhədi qanunsuz olaraq İrandan Azərbaycana keçmişlər. Onlar bir qədər aralandıqdan sonra həmin şəxs geri qayıtmışdır. Onlar isə qeyd etdiyi proqramdan istifadə etməklə yollarını davam etmiş, təxminən 1 saat yarım yol qət etdikdən sonra onlar kiçik sərhəd çəpərini keçmişlər. Sonra təxminən 20 dəqiqə yol qət etdikdən sonra böyük sərhəd çəpəri görmüşlər, lakin birdən ucadan "Dur" səsi eşitmişlər. Onlar "Dur" komandasından sonra yerlərində durmuş və Azərbaycan sərhədçiləri onları saxlamışlar. Onları saxlayan sərhədçilər ilkin olaraq oraya nə üçün gəldiklərini soruşduqda onlar səmimi olaraq İrandan qanunsuz yolla Azərbaycana keçdiklərini demişlər. Sonra onlara törətdikləri əməlin cinayət olduğu barədə məlumat verilmiş, daha sonra onlar inzibati qaydada tutulmuş və üzərilərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərilərindən qanunsuz heç bir əşya və sənəd aşkar edilməmişdir. Ən sonda onların izahatı alınmış, sonra onlar sənədləşmənin düzgün aparıldığına əmin olduqdan sonra bunu öz imzaları ilə təsdiq etmişlər. Sərhəd naryadı tərəfindən saxlanılan zaman onlara qarşı hər hansı qanunsuz rəftar, o cümlədən fiziki təsir, döyülmə, təhqir olunma və sair hərəkətlərə yol verilməmişdir. Onlar da sərhəd naryadının qanuni göstərişinə tabe olub hər hansı müqavimət göstərməmlər. Bundan sonra onlar Dövlət Sərhəd Xidmətinin Bakı şəhərində yerləşən inzibati binasına gətirilmişlər. Hazırda əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə onlara elan edilmiş ittihamda özlərini təqsirli bilməsi ilə yanaşı onlara elan edilmiş ittiham aşağıdakı sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 7-ci sərhəd zastavasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə SHXÇDX-nin Ucar rayon şöbəsindən müddətdən artıq həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.2022-ci il saat 20:15-dən xx.xx.2022-ci il saat 02:15-dək 7-cı sərhəd zastavasının 1-2-ci sahələrinə “Sərhəd Gözətçisi” xidmətinə sərhəd naryadının başçısı baş çavuş Şahid2 ilə birlikdə təyin olunmuş, müvafiq əmr və təlimat aldıqdan sonra xidməti xidməti əraziyə doğru hərəkət etmiş, xidmət zamanı xx.xx.2022-cı il tarixdə saat 01:21 radələrində 6-cı sərhəd zastavasında rabitə əlaqəsinə keçərək 6-cı sərhəd zastavasının 24-cü sahəsində yerləşən stasionar kamera vasitəsi müşahidə zamanı 4 nəfər şübhəli şəxsin X9 istiqamətindən Azərbaycan Respublikası istiqamətinə hərəkət etməsini müşahidə etdiklərini məlumat vermişlər, onlar dərhal həmin sahə istiqamətinə doğru hərəkət etmiş və həmin 4 nəfər şəxsin İİR-dan AR istiqamətinə hərəkət etməsini müşahidə etmişlər, onlar həmin şəxslərə “Dayan, dur” çağrışı etdikdə həmin şəxslər dayanmış və sərhəd naryadı həmin şəxsləri saat 01:28 radələrində saxlamışlar. O, dərhal bu barədə aidiyyəti üzrə məruzə etmiş və həmin şəxsləri sərhəd zastavasına gətirmişlər. O, xidmətdə olan zaman həmin şəxslərdən başqa ərazidə hər hansı şübhəli şəxsin olmasını müşahidə etməmiş, həmin şəxsləri saxlayan zaman onlara qarşı zor tətbiq etməmişlər. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 6-cı sərhəd zastavasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid3 ifadəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə SHXÇDX-nin Binəqədi rayon şöbəsindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.2022-ci il saat 06:00-dan xx.xx.2022-ci il saat 18:00-dək 6-cı sərhəd zastavasının “Növbətçi operator” xidmətinə təyin olunmuş, müvafiq əmr və təlimat aldıqdan sonra xidməti otağa daxil olmuş və videokameralar vasitəsi ilə ərazini müşahidə etmişdir. Xidmət zamanı xx.xx.2022-ci il tarixdə saat 01:21 radələrində 23-cü sahədə yerləşən stasionar kamera vasitəsi ilə 24-cü sahədə 4 nəfər şübhəli şəxsin X9 istiqamətindən Azərbaycan Respublikası istiqamətinə hərəkət etməsini müşahidə etmiş, dərhal bu barədə zastava rəisinə məruzə etmiş və qonşu sərhəd zastavalarına məlumat verilmişdir. Sərhəd zastavası “Silaha” komandasına qalxaraq əraziyə doğru hərəkət etmiş, saat 01:28 radələrində 7-ci sərhəd zastavasının 1-2-ci sahələrinə “Sərhəd gözətçisi” xidmətinə təyin olunmuş sərhəd naryadının başçısı baş çavuş Şahid2 əlaqəyə keçərək 24-cü sahədə 4 nəfər saxladıqları barədə məlumat vermişdir. O, xidmətdə olan zaman həmin şəxslərdən başqa ərazidə hər hansı başqa şübhəli şəxsin olmasını müşahidə etməmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsindən görünür ki, göstərmişdir ki, 29 sentyabr 2022-ci il tarixdə onu və Şahid5 Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin 6-cı sərhəd zastavasının inzibati binasına dəvət etmişlər. Xidməti otaqda onlara bildirilmişdir ki, 4 nəfər Əfqanıstan İslam Respublikası vətəndaşları İran İslam Respublikasından qaçaq yolla Azərbaycan Respublikasına keçmişlər. Həmin şəxslərin dövlət sərhədini qanunsuz keçdikləri hadisə yerinə keçiriləcək baxışda hal şahidi qismində iştirak etmək onlara təklif edilmiş, qanunun tələbi izah olunmuşdur ki, hadisə yerinə baxış keçirilərkən orada ən azı 2 nəfər hal şahidi iştirak etməlidir. Onlar törədilən cinayətin qarşısını alan sərhədçilərə bir vətəndaş kimi köməklik göstərməyə borclu olduqlarını bildirirək bu təkliflə razılaşmış və sərhədçilərlə birlikdə hadisə yerinə getmişlər. Bundan sonra onlara hüquq və vəzifələri izah olunmuş və onların razılığı olduqdan sonra baxış başlanılmış, baxış başlanmamışdan öncə onlara saxlanılan həmin 4 nəfər şəxs təqdim edilmiş və həmin şəxsləri tanıyıb-tanımamaqları, yəni münasibətlərinə aydınlıq gətirilmişdir. Onlar milliyətcə əfqan olan həmin şəxsləri ilk dəfə idi ki, görmüşlər və onları tanımadıqlarını, heç bir münasibətlərinin olmadığını, onlarla hər hansı düşmənçilik və ədavətlərinin olmadığını söyləmişlər. Hadisə yerinə baxış keçirilən zaman həmin 4 nəfər Əfqanıstan vətəndaşları əli ilə keçdikləri ərazini göstərmişlər və İrandan Azərbaycana qanunsuz keçdiklərini etiraf etmişlər. Hadisə yeri Cəlilabad rayonunun Gülməmmədli kəndinin ərazisi olmuş, həmin ərazidə Sərhəd Qoşunlarının 6-cı sərhəd zastavası yerləşmiş, onlara məlum olmuşdur ki, həmin 4 nəfər Əfqanıstan vətəndaşı qeyd edilən ərazidən İrandan Azərbaycana qanunsuz yolla qaçaq keçib gəliblər. Əraziyə baxış zamanı məftilli çəpərin yanında xüsusi şumlanmış torpağın üstündə ayaq izləri aşkar edilmiş, həmin şəxslər tərcüməçi və müdafiəçi ilə təmin edilmişdir. Onların Azərbaycana qanunsuz keçib gəlməklərinin məqsədi Azərbaycandan tranzit keçərək Almaniyaya getmək olmuşdur. Həmin şəxslərin üzərilərinə və əşyalarına şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onlardan mobil telefonlar, şəxsi əşyalar, pul vəsaitləri götürülmüş və müvafiq qaydada qablaşdırılmış, sonda keçirilmiş baxışla əlaqədar protokol tərtib edilmiş və ucadan oxunmuşdur. Hal şahidləri, həmçinin saxlanılan həmin şəxslər və onları saxlayan sərhədçilər baxışın aparılma qaydaları və protokolun məzmununun düzgün tərtib edildiyinə əmin olduqdan sonra onu öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid5 və Şahid2 da Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İşdə olan Dövlət Sərhəd Xidmətinin Silahlı Qüvvələrinin N nömrəli hərbi hissənin komandiri, polkovnik Rauf Abdullayevin 29 sentyabr 2022-ci il tarixli, 16/3385 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 20:00-dan xx.xx.2022-ci il tarixdə saat 04:00-dək “Növbətçi operator” xidmətinə təyin olunmuş sərhəd naryadı tərəfindən 01:21 radələrində 24-cü sahədə 4 (dörd) nəfər şübhəli şəxsin İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikası istiqamətinə hərəkət etməsini müşahidə etmişdir. 7-ci sərhəd zastavasının 1-2-ci sahələrinə “Sərhəd gözətçisi” xidmətinə təyin olunmuş sərhəd naryadı tərəfindən saat 01:28 radələrində həmin 4 nəfər şübhəli şəxs 24-cü sahədə, 78/1 nömrəli sərhəd nişanından 300 metr sola, dövlət sərhəd xəttindən 1200 metr aralı saxlanılmışdır. İlkin sorğu zamanı həmin şəxslər özlərini Əfqanıstan Respublikası vətəndaşı kimi təqdim etmişlər və məqsədlərinin dövlət sərhədini pozmaqla Rusiya Federasiyasına, oradan da Avropa ölkələrinə getmək olduğunu bildirmişlər İşdə olan 29 sentyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış yeri N nömrəli hərbi hissənin Cəlilabad rayonu Gülməmmədli kəndindi ərazisində yerləşən 6-cı sərhəd zastavasın 24-cü sahəsidir. Ərazi düzənlik relyefə malik əkin sahələrindən ibarətdir. 6-cı sərhəd zastavasında Azərbaycan Respublikası istiqamətində Biləsuvar rayonu yerləşir, 6-cı sərhəd zastavasından Biləsuvar rayonuna qədər olan məsafə 18000 metrdir. İran İslam Respublikası istiqamətində İran İslam Respublikasının Biləsuvar rayonu yerləşir, oraya qədər olan məsafə 800 metrdir. 6cı sərhəd zastavasından 24-cü sahəyə qədər olan məsafə 5000 metrdir. 24-cü sahədə Azərbaycan Respublikası istiqamətində Cəlilabad rayonu Gülməmmədli kəndi yerləşir, oraya qədər olan məsafə 3000 metr, İran İslam Respublikasının Biləsuvar rayonuna qədər olan məsafə 2400 metrdir. 24-cü sahədə əraziyə baxış zamanı köməkçi nəzarət iz zolağında dörd nəfərə məxsus ayaq izlərinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə hərəkəti müşahidə olunmuşdur. Dövlət sərhəd xəttinə baxış zaman qarışıq izlərinin olması müşahidə olunmuş, mühəndis texniki çəpərinə baxış keçirilən zaman mühəndis texniki çəpərinin məftillərinin əyilməsi, kəsilməsi və ya deformasiyaya uğrması aşkar olunmamış, saxlanılmış şəxslər həmin izlərin özlərinə məxsus olduğunu bıldirmişlər, əraziyə baxış keçirilən zaman ərazidə əhəmiyyət kəsb edən əşya, nə də predmet aşkarlanmamışdır. İş materiallarından olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistika və İnformasiya İdarəsi tərəfindən icra edilmiş tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışlar. Bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətmiş olduqları cinayət əməlində təqsirləri tam sübuta yetirilmiş, özlərinin etirafı, şahidlərin ifadələri və işin digər materialları ilə də tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 həmin cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 318.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və onlar, həmin maddə ilə də təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətdiyi cinayəti etiraf edib səmimi peşmançılıq çəkmələrini onların cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(009)- 410/2022 saylı qərarından görünür ki, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 barələrində 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 sentyabr 2022-ci ildən hesablanmışdır. İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(009)- 411/2022 saylı qərarından görünür ki, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 barələrində 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 sentyabr 2022-ci ildən hesablanmışdır. İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(009)- 409/2022 saylı qərarından görünür ki, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 barələrində 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 sentyabr 2022-ci ildən hesablanmışdır. İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(009)- 408/2022 saylı qərarından görünür ki, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 barələrində 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 sentyabr 2022-ci ildən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Cəza məsələsini müzakirə edərək məhkəmə Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onların barəsində Azərbaycan Respublikasının CM-nin 318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və cəzasını çəkdikdən sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349,351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 ona təyin olunmuş cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs3 ona təyin olunmuş cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 ona təyin olunmuş cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs4 ona təyin olunmuş cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətinə Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-55/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-55/2023
11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver