Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-55/2025 22.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Ağcabədi rayonunun Hindarx kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonunun Hindarx qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 05 dekabr 2024-cü ildə saat 11 radələrində idarə etdiyi Qaz 2705 yük markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomaşınla köhnə Ələt-Astara-İran sərhədi avtomobil yolunun Cəlilabad rayon ərazisindən keçən 140,8-ci km\də, Ələt qəsəbəsi istiqamətdə saatda 60 km sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni sürücü yola düşməzdən qabaq nəqliyyat vasitənin texniki cəhətdən sazlığını yoxlamalı, texniki cəhətdən sazlığı yol boyu təmin etməli, yol hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün avtomobilin sükan idarə etmə sistemi (uzununa sükan dartqısının sükan soşkasına qayka ilə birləşdirən oynaqlı barmağın sancağı olmadan) nasaz vəziyyətdə idarə etməməli, həmin nasazlığı vaxtında aradan qaldırmaqla avtomobili saz vəziyyətdə idarə etməli, avtomobilin sükan idarə etmə sistemi nasaz vəziyyətdə idarə etməsi ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə olmaqla, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, avtomobili texniki nasaz vəziyyətdə idarə etməklə yolun əks hərəkət zolağına çıxmış, bu zaman Astara rayon istiqamətdə sağ zolaqla hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi Vaz 21104 minik markalı ** TM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan sonuncu avtomaşında olan sürücü Zərərçəkmiş şəxs ağır qapalı kəlləbeyin travması, baş beyinin yumşaq qişasına qansızma, baş beyin toxumasının əzilməsi, alının sol yarsında, sol qaşüstü, burun, sol bud və hər iki diz oynağı nahiyyəsində sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, sonuncunun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, özünə məxsus Qaz 2705 yük markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomaşını olmaqla, həmin avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi vardır. 44 günlük Vətən müharibəsində iştirak etdiyi üçün medallarla təltif edilmişdir. 05 dekabr 2024-cü ildə gecə saat 03 radələrində Qaz 2705 yük markalı avtomaşının texniki sazlığını yoxlamadan Hindarx qəsəbəsindəki yaşadığı evdən çıxıb, Masallı rayonuna getmişdir. Həmin gün saat 11 radələrində idarə etdiyi Qaz 2705 yük markalı markalı avtomaşınla köhnə Ələt-Astara yolu ilə üzü Ələt qəsəbəsi istiqamətdə saatda 60 km sürətlə hərəkətdə olmuşdur. Cəlilabad rayon ərazisində olan yolun nahamar hissəsindən keçdikdə avtomaşın yolun əks hərəkət zolağına çıxmış, bu zaman sükanı sağa doğru istiqamətləndirmək istəmiş, lakin avtomaşının sükan mexanizmində texniki nasazlıq olduğundan bu mümkün olmamışdır. Həmin vaxtda idarə etdiyi avtomaşın yolun əks hərəkət zolağında, Astara rayon istiqamətdə öz yolu ilə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi Vaz 21104 minik markalı avtomaşınla toqquşmuşdur. Hadisə zamanı avtomaşında bir sərnişini olmuşdur. Sürücü Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən vəfat etdiyini sonradan bilmişdir. Sonradan mərhum Zərərçəkmiş şəxs yaxın qohumları ilə barışmışdır. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbi yoxdur. Himayəsində iki azyaşlı uşaqları var və evə yeganə qazanc gətirən şəxsdir. X7 iştirakçısıdır, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, hadisə yerinə baxış protokolu, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayon sakini mərhum Zərərçəkmiş şəxs doğma atasıdır. Mərhum Zərərçəkmiş şəxs “Vaz 21104” minik markalı ** TM *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi vardır. 05 dekabr 2024-cü ildə atası Əyyubun Ələt-Astara avtomobil yolunda yol qəzasına düşməsini eşitmiş, daha sonra Cəlilabad RMX-na getdikdə Əyyubun yol qəzasında ağır bədən xəsarətləri almaqla öldüyünü bilmişdir. Sonradan hadisə barədə soraqlaşanda, Orxan adlı oğlanın idarə etdiyi “Qaz 2705” yük markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomaşının Ələt qəsəbəsi istiqamətdə hərəkətdə olduğu zaman yolun əks zolağına çıxması səbəbindən avtomaşınların toqquşduğunu bilmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçi deyildir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, 05 dekabr 2024-cü ildə saat 11 radələrində Orxanın idarə etdiyi “Qaz 2705” yük markalı avtomaşınla köhnə Ələt-Astara yolu ilə üzü Ələt qəsəbəsi istiqamətdə sağ zolaqla hərəkətdə olmuşlar. Cəlilabad rayon ərazisindən keçdikdə ani olaraq Orxanın idarə etdiyi Qaz 2705 yük markalı avtomaşın yolun nahamar hissəsində əks hərəkət zolağa çıxmış, bu zaman Orxan sükanı sağa doğru istiqamətləndirmək istəmiş, lakin bu mümkün olmadığından Qaz 2705 yük markalı avtomaşın yolun əks hərəkət zolağında, Astara rayon istiqamətdə öz yolu ilə hərəkətdə olan Vaz 21104 minik markalı avtomaşınla toqquşmuşdur. Hadisə zamanı heç bir xəsarət almamışdır. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hal-hazırda BDYPİ-nin YPXA-nın 11-ci taqımında inspektor vəzifəsində işləyir. 05 dekabr 2024-cü ildə saat təxminən 11 radələrində xidmətdə olduğu zaman köhnə Ələt-Astara yolunun 140,8-ci km\də yol nəqliyyat hadisəsinin baş verməsi bardə məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə getdikdə Orxan adlı şəxsin idarə etdiyi “Qaz 2705” yük markalı avtomaşınla, Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 21104” minik markalı avtomaşının toqquşduğunu bilmişdir. Hadisə zamanı hər iki sürücü müxtəlif bədən xəsarətləri almışlar. Sonra baş təhqiqatçı H.Şahbazov tərəfindən hadisə yerinin müayinəsi aparılmış, protokola və sxemə imza etmişdir. Sürücü Zərərçəkmiş şəxs vəfat etdiyini sonradan bilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X9 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının (meyitin ekspertizası) xx.xx.2024cü il tarixli, 21 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meytində aşkar edilmiş xəsarətlər – ağır qapalı kəllə-beyin travması, baş beyinin yumşaq qişasına qansızma, baş beyin toxumasının əzilməsi, alının sol yarsında, sol qaşüstü, burun, sol bud və hər iki diz oynağı nahiyyəsində sıyrıqlar. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 05 dekabr 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə - baş beyin toxumasının əzilməsi, baş beynin yumşaq qişasına qansızma səbəb olmuşdur. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddə aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8/3527 nömrəli rəyindən görünür ki, sürücü Təqsirləndirilən şəxs Qaz 2705 yük markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin sükan idarə etmə sistemi hadisədən əvvəl nasaz vəziyyətdə istismar etmiş və sürücünün həmin nasazlığı vaxtında aşkar etməyə imkanı olmuşdur. Tədqiq olunan şəraitdə Qaz 2705 yük markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücünün hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. İşdə olan DİN-nin BDYPİ QİS-in 17 dekabr 2024-cü il tarixli 3-13-16\2-217665\2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildə AE 925779 nömrəli “BC” katiqorialı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Lənkəran rayonlararası narkoloji xəstəxananın 05 dekabr 2024-cü il tarixli 365 nömrəli tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İşdə olan vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri ilə ekspert rəyləri arasında tam uyğunluq vardır və onlar arasında ziddiyyət müəyyən olunmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ibtidai istintaq hərəkəti protokolları ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyinin tələbələrinə uyğun əldə edilmişdir. Məhkəmə həmin sübutların Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün mötəbər olduğu və kifayət etdiyi qənaətinə gəlir və qiymətləndirib nəzərə alır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, himayəsində iki azyaşlı uşağının olmasını, vətən müharibəsi iştirakçısının olması və gəncliyini onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun barəsində təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə və azadlıqdan məhrumetmə cəzalarının təyin edilməsini məqsədəuyğun hesab edir və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təyin edilmiş cəzanı cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli hesab edir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan “VAZ 21104” minik markalı **-TM-*** dövlət qeydiyyat nişanlı və “QAZ 2705” yük markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillər ibtidai istintaq zamanı qanuni sahiblərinə qaytarıldığı nəzərə alınmalıdır. İş üzrə 300 (üç yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə məhkəmə xərci olan 300 (üç yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. İş üzrə maddi sübut olan “VAZ 21104” minik markalı **-TM-*** dövlət qeydiyyat nişanlı və “QAZ 2705” yük markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillər ibtidai istintaq zamanı qanuni sahiblərinə qaytarıldığı nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxsə münasibətdə isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №1(073)-55/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-55/2025
22.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver