Məhkəmə qərarları › İş №1(073)-56/2025

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-56/2025

16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-56/2025 16.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş şəxsin hüquqi varisi X5 nümayəndəsi və vəkili Nümayəndə, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Əvəz oğlunun, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxx 1994-cü ildə Cəlilabad rayonunda anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, azərbaycanlı, işsiz, Azərbaycan Respublikası vətəndaşı, Cəlilabad şəhəri, Səttarxan küçəsində yaşayan, barəsində 03 mart 2025-ci il tarixli qərarla başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, 12 oktyabr 2024-cü il tarixdə, saat 16:30 radələrində qanuni əsaslarla, yəni, sürücülük vəsiqəsi və etibarnamə olmaqla idarə etdiyi “BMV 528İ” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cəlilabad şəhəri, H.Əliyev prospektində qarşıda gedən “VAZ-21015” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə düzgün ara məsafəsi seçməməklə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 3-cü hissəsinin ,yəni, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun ilə bağlı tələblərini pozmuş, həmçinin avtomobili maksimum sürət həddi 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 90 km/saat sürətlə idarə etməklə həmin qanunun 64-cü maddəsinin 1-ci hissəsisinin, yəni, yol hərəkətiiştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir pozaraq ilə bağlı tələblərini pozaraq, tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib avtomobili 90 km/saaat surətlər idarə etmiş, Cəlilabad şəhərindən Cəlilabad rayonu Uzuntəpə kəndi istiqamətində hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkətdə olan və icazə verilən yerdən sola dönmə əməliyyatı etmək istəyən sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ- 21015” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətini azaltması səbəbindən onunla toqquşmamaq üçün avtomobili sol istiqamətləndirmiş, lakib buna baxmayaraq qarşı sol hərəkət zolağında həmin avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan avtomobildə sərnişin qismində əyləşmiş X1 ağır qapalı kəlləbeyin travması, baş beynin yumşaq qişasına yayılmış qansızma, başın sol təpə nahiyəsində əzilmiş yara, sağ said nahiyəsində əzilmiş səthi yara, sağ çiyin qurşağı və sağ kürək nahiyəsində qançırın əmələ gəlməsi ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malik bədən xəsarətləri alaraq ağır qapalı kəllə-beyin travması nəticəsində əmələ gələn baş beynin yumşaq qişasına yayılmış qansızma nəticəsində hadisə yerində ölməsinə və sürücü qismində əyləşəmiş Zərərçəkmiş şəxs döş qəfəsinin küt travması, sol 7-ci qabırğanın yerinidəyişən sınığı, sağ əlin 5-ci barmağında və sağ baldır nahiyəsində əzilmiş yaralar nəticəsində sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aid xəsarətlərin əmələ gəlməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, 11 oktyabr 2024-cü il tarixdə Bakı şəhərində "xxxx" MMC-dən “BMV 528İ” markalı **-OP-*** dövlət nömrə nişanlı avtomobil gündəlik 130 manat ödəməklə 2 günlük icarəyə götürmüş, 12 oktyabr 2024-cü il tarixdə saat 16:30 radələrində həmin avtomobillə Cəlilabad rayonu H.Əliyev prospektində hərəkətdə olmuş, surəti də 90 km/saat olmuşdur. Qarşısında avtomobillər çox olmuşdur. Qarşıda hərəkətdə olan “VAZ-21015” markalı **-BM-*** dövlət nömrə nişanlı avtomobil qəfildən dönmə əməliyyat etmiş, o, da surəti yüksək olduğuna görə avtomobili saxlaya bilməmiş, hadisə ani olduğuna tormozdan istfadə edə bilməmişdir. Avtomobilin qabaq tərəfi ilə digər avtomobilin sol arxa tərəfi toqquşmuşdur, nəticədə onun idarə etdiyi avtomobil yolun sağ kənarına, digər avtomobil yolun sol kənarına sürüşmüşdür. O, dərhal avtomobildən düşüb digər avtomobildə olan şəxslərin səhhəti ilə maraqlanmış, hətta bu barədə X13 məlumat vermişdir. Daha sonra polis əməkdaşlara hadisə yerinə gəlmişlər, hadisə yerinə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş, sərxoşluqla bağlı o və digər sürücü müayinədən keçirilmişlər. Hadisə ani olaraq baş verdiyinə görə o avtomobil 5-10 metr məsafədən görmüşdür. Yol nəqliyyat hadisəsi yolun sol tərəfində baş vermişdir. Həmin vaxt onun idarə etdiyi avtomobildə ondan başqa heç kim olmamışdır. Hadisə baş verən zaman yolda kənar şəxslər olmuş, lakin onları tanımır. O, yol nəqliyyat hadisəsini törətdikdən sonra avtomobildən yerə düşmüş, digər avtomobildə olan şəxslərin səhhəti ilə maraqlanmış, təcili yardıma məlumat vermişdir. Onun hadisə zamanı surəti təxminən 90 km/saat olmuşdur. Hazırda zərəçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir, onlarla barışıq əldə etmiş və ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Odur ki, bu halları nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınıb dindirilmiş X6 nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, hadisə ilə əlaqədar maddi ziyan ödənilmiş və barışıq əldə olunmuş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur və bundan sonra da olmayacaqdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisədən sonra maddi ziyan ödənilmiş və barışıq əldə olunmuşdur, onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur və bundan sonra da olmayacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, o, özü PPXB-nin polis nəfəridir, polis serjantı rütbəsindədir. Gündüz və o, 12 oktyabr 2024-cü il tarixdə 9 nömrəli marşrutda, yəni H.Əliyev prospektində, Uzuntəpə ərazisində xidmətdə olmuşlar, saat 16:30 radələrində xidməti avtomobillə hərəkətdə olan zaman “BMV” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüksək surətlər hərəkət edərək ötmə əməliyyatı etməsinin, qarşıda gedən “VAZ-21015” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə dönmə əməliyyatı etməsinin, daha sonra “BMV” markalı avtomobilin dönmə əməliyyatı edən avtomobil vuraraq hadisə törətməsinin şahidi olmuşlar. Onlar da avtomobili saxlamışlar, həmin zaman hər iki sürücü, yəni adını sonradan bildiyi Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs hadisə yerində olmuşlar, hətta Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla mübahisə etməyə başlamışdır. Bir neçə dəqiqə sonra MRX-nin TTY briqadası, FHNnin Cəlilabad şöbəsi və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildə olan sərnişin Əzizağa Xudiyevin vəziyyəti pis olmuş, onu xəstəxanaya aparmışlar. Hər iki sürücü isə hadisə yerində olmuş, hadisə yerində hətta Təqsirləndirilən şəxs da halı pisləşmiş, lakin o tibbi yardımdan imtina etmişdir. Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi yerini tərk etməmişdir, mərhumu həkimlər xəstəxanaya aparmışlar, Təqsirləndirilən şəxs isə hadisədən uzun müddət sonra hadisə yerindən çıxaraq getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, o, özü PPXB-nin polis nəfəridir, polis serjantı rütbəsindədir. Rəşid və o, 12 oktyabr 2024-cü il tarixdə 9 nömrəli marşrutda, yəni H.Əliyev prospektində, Uzuntəpə ərazisində xidmətdə olmuşlar, saat 16:30 radələrində xidməti avtomobillə hərəkətdə olan zaman “BMV” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüksək surətlər hərəkət edərək ötmə əməliyyatı etməsinin, qarşıda gedən “VAZ-21015” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə dönmə əməliyyatı etməsinin, daha sonra “BMV” markalı avtomobilin dönmə əməliyyatı edən avtomobil vuraraq hadisə törətməsinin şahidi olmuşlar. Onlar da avtomobili saxlamışlar, həmin zaman hər iki sürücü, yəni adını sonradan bildiyi Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs hadisə yerində olmuşlar, hətta Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla mübahisə etməyə başlamışdır. Bir neçə dəqiqə sonra MRX-nin TTY briqadası, FHN-nin Cəlilabad şöbəsi və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildə olan sərnişin Əzizağa Xudiyevin vəziyyəti pis olmuş, onu xəstəxanaya aparmışlar. Hər iki sürücü isə hadisə yerində olmuş, hadisə yerində hətta Təqsirləndirilən şəxs da halı pisləşmiş, lakin o tibbi yardımdan imtina etmişdir. Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi yerini tərk etməmişdir, mərhumu həkimlər xəstəxanaya aparmışlar, Təqsirləndirilən şəxs isə hadisədən uzun müddət sonra hadisə yerindən çıxaraq getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərdi ki, 12 oktyabr 2024-cü il tarixdə RPŞ-nin rəhbərliyinin tərtib və təsdiq etdiyi qrafikə əsasən istintaq-əməliyyat qrupunda xidmətdə olmuş, 12 oktyabr 2024-cü il tarixdə RPŞ-nin məsul növbətçisi, polis kiçik leytenantı Ağayar Cəfərli şöbənin xidməti telefonu ilə istifadəsində olan mobil nömrəyə zəng vuraraq Cəlilabad şəhəri H.Əliyev prospektində xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsini və hadisə yerinə yaxınlaşmağını söyləmişdir. O da dərhal Növbətçi hissənin sürücü polis nəfəri, polis baş serjantı Əziz Cəfərli, RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Nüsrət Ağayev yol nəqliyyat hadisəsi yerinə yollanmışdır. Hadisə yerinə yaxınlaşanda PPXB-nin ximdəti avtomobili və əməkdaşlar Rəşid Həsənov və Şahid4 da hadisə yerində olmuşlar. Bundan başqa YPX-nin inspektoru, polis serjantı Vüsal Haqverdiyev də yol nəqliyyat hadisəsi yerində olmuşdur. Həmçinin onlar hadisə yerində olan zaman “BMV” markalı avtomobillə “VAZ-21015” markalı avtomobilin toqquşmasının, “VAZ-21015” markalı avtomobildə olan sərnişinin vəfat etməsini müəyyən etmişlər. Həmçinin hadisə yerində hər iki sürücü, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs da olmuşdur. O dərhal növbətçi hissəyə məlumat vermiş, müstəntiq hadisə yerinə gəlmişdir. Onlar hadisə yerində olan zaman hər hansı sürücü yol nəqliyyat hadisəsi yerini tərk etməmişdir. Bir neçə dəqiqə sonra da RMX-nin X15 Briqadası hadisə yerinə gəlmişlər. Hətta hadisə yerində olan zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla mübahisə etmişdir. Onlar həmin şəxsləri sakitləşdirmişlər. Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən keçirilməsi üçün RPŞ-nə gətirmişlər, o sərxoşluq müayinəsindən keçirilmiş, həmçinin onun qan nümunəsi götürülb ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi yerini tərk etməmişdir, xəstəni köməksiz qoymamışdır. Çünki hadisə baş verdiyi andan bir neçə dəqiqə sonra TTY briqadası hadisə yerinə gəlmişdir. İş materiallarına əlavə edilmiş 12 oktyabr 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və sxemdən görünür ki, hadisə Cəlilabad şəhəri, H.Əliyev prospektində baş vermişdir. Hadisə baş vermiş yol quru, düz və asfaltbeton örtüklüdür. Yolun hərəkət hissəsinin eni 10,8 metr, yolun sol ehtiyat hissəsinin eni 5,4 metr, sağ ehtiyat hissəsinin eni isə 5,4 metr olmuşdur. Hadisə yerində tormoz izi yoxdur. İş materiallarına əlavə edilmiş 641972 nömrəli alkotestir çıxarışlardan görünür ki, 12 oktyabr 2024-cü il tarixdə hər iki sürücü, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş avtomobilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “BMV 528İ” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobil ağ rəngdədir, nömrə nişanları üstündədir. Avtomobilin qabaq sol hissəsində zədə müəyyən edildi. Digər hissələrində hər hansı bir zədə yoxdur. İş materiallarına əlavə edilmiş avtomobilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-21015” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil ağ rəngdədir, nömrə nişanları üstündədir. Avtomobilin arxa hissəsində zədə müəyyən edildi. Digər hissələrində hər hansı bir zədə yoxdur. Cinayət işinə əlavə olunmuş DİN BDYPİ QİS-in 21 noyabr 2024-cü il tarixli 3-13-16-5/2- 10656/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-cü ildə AC- 750322 nömrəli “BC” katiqorialı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Cəlilabad rayon şöbəsindən verilən 12 oktyabr 2024-cü il rəydən görünür ki, mərhum X3 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: ağır qapalı kəllə-beyin travması, baş beynin yumşaq qişasına yayılmış qansızma, başın sol təpə nahiyəsində əzilmiş yara, sağ said nahiyəsində əzilmiş səthi yara, sağ çiyin qurşağı və sağ kürək nahiyəsində qançır. Müəyyən olunan xəsarətlər ağır bərk küt əşyanın təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir və qərarda göstərilən vaxtda və şəraitdə yəni 12 oktyabr 2024-cü ildə avtomobil qəzası zamanı əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma əlamətlərinə malikdir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Cəlilabad rayon şöbəsindən verilən 16 oktyabr 2024-cü il rəydən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: döş qəfəsinin küt travması, sol 7-ci qabırğanın yerinidəyişən sınığı, sağ əlin 5-ci barmağında və sağ baldır nahiyəsində əzilmiş yaralar müəyyən olundu. Müəyyən olunan xəsarətlər ağır bərk küt əşyanın təsirindən törənmişdir və qərarda göstərilən vaxtda və şəraitdə yəni 12 oktyabr 2024-cü ildə avtomobil qəzası zamanı əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurma əlamətlərinə malikdir. Cinayət işinə əlavə edilmiş, Cəlilabad RPŞ-dən daxil olan 20 oktyabr 2024-cü il tarixli raportdan görünür ki, 12 oktyabr 2024-cü il tarixdə Cəlilabad şəhəri, H.Əliyev proskpektində baş vermiş yol nəqliyyat hadisəsini Təqsirləndirilən şəxs törətmişdir. Həmin yol nəqliyyat hadisəsini Cəlilabad rayon sakinləri Şahid1, Şahid2, X7 görmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq yol nəqliyyat hadisəsini bilavasitə görmüş digər şahid və ya şahidlər dairəsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi yerini tərk etməmişdir. Cinayət işinə əlavə edilmiş, Məhkəmə yol nəqliyyat hadisələri üzrə 10 yanvar 2025-ci il tarixli, 8/313 nömrəli rəydən görünür ki, BMV markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 50ci madəsinin 3-cü hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinə əlavə edilmiş, Məhkəmə-kimyəvi ekspertizasının 04 noyabr 2024-cü il tarixli 3687/k nömrəli rəyində gösətrilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin məhkəmə-kimyəvi tədqiqatına əsasən ekspertizza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirik: Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri, salisilatlar və kanabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Cinayət işinə əlavə edilmiş, Məhkəmə-kimyəvi ekspertizasının 28 oktyabr 2024-cü il tarixli 3688/k nömrəli rəyində gösətrilmişdir ki, Zərərçəkmiş şəxs götürülmüş qan nümunəsinin məhkəmə-kimyəvi tədqiqatına əsasən ekspertizza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirik: Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri aşkar edilmədi. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. İş materiallarında olan, “Doğum haqqında” şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-cı il təvəllüdlü Nəzrin Əhmədova və xx.xx.2007-ci il təvəllüdlü İlkin Əhmədzadə adlı iki övladı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs barəsində Sabunçu RPİ tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə material CPM-nin 40.3 və CM-nin 73.2-ci maddələri tətbiq edilməklə xitam edilibdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsi, əməlindən səmimi peşman olması və ailəsinin yeganə qazanc gətirəni olması, hadisə nəticəsində özünün də xəsarət alması, iş üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi və onlarla barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn: cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li Qərarının 21-ci bəndinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir: Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş üzrə maddi sübut olan “BMV 528İ” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobil və “VAZ-21015” markalı, **-BM-*** qeydiyyat nişanlı avtomaşınların qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə 128 ( yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 19 iyun 2025-ci il tarixdən 16 iyul 2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 27 (iyirmi yeddi) gün CM-nin 69.3cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 3 (üç) il 5 (beş) ay 3 (üç) gün azadlıqdan məhrum etmə cəzası saxlansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclası zalından dərhal həbsdən azad edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “BMV 528İ” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobil və “VAZ-21015” markalı, **-BM-*** qeydiyyat nişanlı avtomaşınların qanuni sahiblərində qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar