Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-57/2025 27.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 16:00 X5 Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxx 1994-cü ildə Cəlilabad rayonunun Günəşli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Cəlilabad rayonu Günəşli kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, bu iş üzrə 22 may 2025-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 oktyabr 2024-cü il tarixdə saat 18 radələrində Cəlilabad rayonu Günəşli kəndində kənd daxili yolda “Mercedes” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən onunla əks istiqamətdə “Mercedes” markalı **-GM- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan qayınatası Zərərçəkmiş şəxs onu təhqir etməsini əsas gətirərək aralarında yaranmış mübahisəni aydınlaşdırmaqdan ötrü Zərərçəkmiş şəxs arxası ilə hərəkətini davam etdirmiş, bir neçə dəqiqə sonra Cəlilabad rayonu Günəşli kəndində kənd daxili yolda Zərərçəkmiş şəxs avtomobilini yolun sağ kənarında saxladığını görüb öz avtomobilini Zərərçəkmiş şəxs avtomobilinin qarşısında saxlayaraq avtomobilindən düşüb Zərərçəkmiş şəxs avtomobilinə yaxınlaşmış, avtomobilin sürücü qapısını açaraq Zərərçəkmiş şəxs yaxasından tutub onu çölə çıxarmış, Zərərçəkmiş şəxs avtomobilinə qayıtmaq istəyərkən heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib, ətrafda yaşayan qonşulara qarşı laqeydlik və etinasızlıq göstərərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb və birgəyaşayış qaydalarını qərəzli surətdə pozub özünü ətrafdakıların fövqündə qoyaraq Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən bir dəfə təpiklə zərbə vurmaqla sonuncuya başın sol təpə nahiyəsində əzilmiş yara əmələ gəlməsi ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətdə səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə, təxminən 5 dəqiqə ərzində ətrafdakı insanlarda qorxu və narahatlıq hissi yaratmış, bununla da ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qayınatasıdır. Zərərçəkmiş şəxs qızı Günellə təxminən 10 il olar ki, evlənmişdir və həmin zamandan etibarən Oqtayla münasibətləri yaxşı deyil. 06 oktyabr 2024-cü il tarixdə Cəlilabad rayonu ərazisində toy məclisində spirtli içki qəbul etmiş və təxminən saat 18 radələrində yaşadığı Günəşli kəndinə qayıtmışdır. “Mercedes" markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə kənd ərazisində hərəkətdə olduğu vaxt qayınatası Zərərçəkmiş şəxs “Mercedes” markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olmasını görmüş və onunla qarşı-qarşıya gəlmişdir. Oqtayın avtomobildən ona doğru baxdığını görüb Oqtaya demişdir ki, nə lazımdır, nəyə baxırsan. Bu zaman Oqtay avtomobilindən onun ünvanına nalayiq söyüşlər söymüş və hərəkətini davam etdirib oradan uzaqlaşmışdır. Həmin vaxt sərxoş olduğundan ona dediyi nalayiq söyüşlərə görə avtomobili ilə Oqtayın arxası ilə getməyə başlamışdır. Oqtay yolda avtomobilini yolun sağ kənarına verib saxlamış və o da avtomobilini Oqtayın avtomobilinin qarşısına verib orada saxlayaraq yerə düşmüşdür. Oqtayın avtomobilinə yaxınlaşmış, bu zaman Oqtay avtomobildən düşüb onun üzərinə gəlmiş və onun sifət nahiyəsinə yumruqla bir dəfə zərbə vurmuşdur. Daha sonra avtomobilinə gedib bıçaq götürdüyünü görmüş və Oqtay avtomobildən çıxanda onun baş nahiyəsinə təpiklə bir dəfə zərbə vurmuşdur. Oqtay zərbənin təsirindən aşağı çöküb yerdə oturmuş və onun baş nahiyəsindən qan gəldiyini görmüşdür. Sonra Oqtay əlində olan bıçaqla yenidən onun üzərinə gəlmiş, lakin ətrafda olan şəxslər ona mane olmuşdur. Mübahisə daha da böyüməsin deyə dərhal avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Növbəti gün Cəlilabad rayon polis şöbəsinə baş vermiş hadisə ilə bağlı müraciət etmişdir. Həmin hadisə təxminən 5 dəqiqə davam etmişdir. Həmin vaxtı onlardan başqa Oqtayın qızı Gülşən və arvadı Qızqayıt da Oqtayın avtomobilində olmuş, ətrafda başqa bir neçə adam olmuş, həmin şəxsləri tanımamış, kim olmalarını bilməmişdir. Hal-hazırda törətdiyi cinayət əməlindən peşmandır, Zərərçəkmiş şəxs ondan şikayəti və tələbi yoxdur. Ona görə də bu halları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun kürəkənidir. Son illər Təqsirləndirilən şəxsla münasibətləri yaxşı deyil. 06 oktyabr 2024-cü il tarixdə təxminən saat 18 radələrində özünə məxsus “Mercedes” markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə qızı Şahid1 və arvadı Şahid2la toya getmək üçün Cəlilabad rayonu Günəşli kəndi ərazisində hərəkətdə olduğu zaman kürəkəni Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olduğu yolda onun qarşısını kəsmiş və idarə etdiyi avtomobildən ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Təqsirləndirilən şəxs dediklərinə əhəmiyyət verməyərək hərəkətini davam etdirib oradan uzaqlaşmışdır. Təxminən 5 dəqiqə sonra Cəlilabad rayonu Günəli kəndi ərazisindəki küçələrdən birində avtomobili ilə hərəkətdə olduğu zaman Fəridin yenidən avtomobillə onun arxası ilə gəldiyini görmüşdür. Avtomobilini yolun sağ tərəfinə verib saxlamışdır ki, çıxıb getsin və onunla işi olmasın. Təqsirləndirilən şəxs gəlib avtomobilini onun avtomobilinin qarşısında saxlamış, avtomobilindən düşüb onun avtomobilinə yaxınlaşmış və sürücü qapısını açıb yaxasından tutaraq onu çölə çıxarmışdır. Bu zaman qızı Gülşən və arvadı Qızqayıt qışqıraraq demişlər ki, avtomobil gedir. Avtomobilin asta sürətlə hərəkət etdiyini görüb Fəridi özündən itələyərək onun əlindən çıxmış və avtomobilinə tərəf getmişdir ki, avtomobilini söndürsün. Bu zaman Fərid arxadan onun baş nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Buna baxmayaraq avtomobilin mühərrikini söndürə bilmişdir. Bu zaman arvadı Qızqayıt avtomobildən düşüb qışqıraraq kömək istəmiş və Fərid bundan qorxub avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Hadisə 06 oktyabr 2024-cü ıl tarixdə saat təxminən 18 radələrində Cəlilabad rayonu Günəşli kəndində yerləşən küçələrdən birində baş vermiş, təxminən 10 dəqiqə davam etmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs, qızı Gülşən və arvadı Qızqayıt orada olmuşlar. Təqsirləndirilən şəxs onun kürəkəni olduğu üçün onu bağışlayır, lakin bir daha ona yaxın gəlməsini istəmir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Şahid – Şahid2 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs kürəkənidir, onunla heç bir ədavəti, düşmənçiliyi olmamışdır və hazırda da yoxdur. O, Zərərçəkmiş şəxsla təxminən 3 il əvvəl evlənmişdir. 06 oktyabr 2024-cü il tarixdə, təxminən saat 18 radələrində ərinin əvvəlki nikahdan olan qızı Gülşən və əri Oqtayla birlikdə “Mercedes” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad rayonu, Günəşli kəndi ərazisində hərəkətdə olduqları zaman Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olduqları yolda onların qarşını kəsmiş və idarə etdiyi avtomobildən ərinin ünvanına qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Əri Zərərçəkmiş şəxs ona heç nə deməmiş və hərəkətini davam etdirib oradan uzaqlaşmışdır. Daha sonra Cəlilabad rayonu Günəli kəndi ərazisindəki küçələrdən birində avtomobil ilə hərəkətdə olduqları zaman Fəridin yenidən avtomobili ilə onların axrası ilə gəldikləri görmüşlər və əri avtomobili yolun sağ tərəfinə verib saxlamışdır. Fərid gəlib avtomobilini onların avtomobilinin qarşısında saxlamış, avtomobilindən düşüb onların avtomobilinə yaxınlaşmış və sürücü qapısını açıb əri Zərərçəkmiş şəxs yaxasından tutaraq çölə tərəf çəkmişdir. Avtomobilləri aşağı surətdə hərəkət etdiyindən o və Gülşən qışqıraraq Oqtaya demişlər ki, avtomobil gedir. Buna görə əri Oqtay bırtəhər Fəridi özündən itələyib onun əlindən çıxaraq avtomobilə tərəf gəlib avtomobili söndürmək istəyəndə Fərid arxadan təpiklə onun baş nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Təqsirləndirilən şəxs ərinə başqa xəsarət yetirməsin deyə avtomobildən düşüb qışqırmağa başlamışdır ki, kimsə köməyə gəlsin. Fərid bundan qorxaraq avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Hadisə təxminən 5-10 dəqiqə davam etmiş, hadisə baş verən zaman o, Təqsirləndirilən şəxs, əri Zərərçəkmiş şəxs və ərinin qızı Gülşən olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 da eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji X2 X3 rayon şöbəsi tərəfindən verilmiş 07 oktyabr 2024-cü il tarixli 835 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs başın sol təpə nahiyəsində əzilmiş yara müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 06 oktyabr 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi bu cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, eləcə də işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Cəlilabad RİHB-nin Günəşli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 aprel 2025-ci il tarixli 5-41/2-10-150/2025 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2015-ci il təvəllüdlü X4 və 2019cu il təvəllüdlü X1 adlı iki azyaşlı uşağı vardır. İş materiallarında olan Cəlilabad RİHB-nin Günəşli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi, himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfinən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işində olan, Cəlilabad Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və axtarışı elan edilməklə iş üzrə icraat dayandırılmışdır. Cinayət işinə əlavə olunmuş 22 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 may 2025-ci il tarixdə tutularaq Cəlilabad RPŞ-nin MSY-ə təhvil verilmişdir. Cinayət işində olan, Cəlilabad Rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 22 may 2025-ci il tarixdə tutularaq Cəlilabad RPŞ-nin MSY-ə təhvil verildiyi üçün iş üzrə icraat təzələnmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib qazancının 10 (on) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 22 may 2025-ci il tarixdən 27 may 2025-ci il tarixədək həbsdə saxlandığı 5 (beş) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən islah işləri cəzasının 20 (iyirmi) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq qazancının 10 (on) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 5 (beş) ay 10 (on) gün müddətinə islah işləri cəzası saxlansın. Cəzasını əsas iş yeri üzrə çəksin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişidirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-57/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-57/2025
27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver