Məhkəmə qərarları › İş №1(073)-58/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-58/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-58/2023 12.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 – xx.xx.1981-ci il tarixdə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı evli, orta təhsilli, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını tam çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Biləsuvar rayonu, Ovçubərə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.2 -ci maddələri ilə, Təqsirləndirilən şəxs2 – xx.xx.1989-cu il tarixdə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı subay, orta təhsilli, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, hazırda Biləsuvar rayonu, Ağalıkənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyətiləözgənin əmlakını talamaq məqsədi ilə gizli olaraq 12 noyabr 2022-ci il tarixdə saat 15 radələrində işlədiyi Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən Zərərçəkmiş şəxs icarə müqaviləsi əsasında işlətdiyi taxıl anbarına qapıdan daxil olmaqla orada olan saxlanc yeri hesab olunan köməkçi tikilinin yanına gəlib, aralarında olan razılaşmaya uyğun olaraq kənar şəxslər gəldiyi halda Təqsirləndirilən şəxs2 xəbər vermək məqsədi ilə tikilinin yanında gözləmiş, o, köməkçi tikilidən dəyəri 284 manat olan 9 ədəd qarğıdalı kisəsini Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin baqaj və salonuna yığaraq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyətiləözgənin əmlakını talamaq məqsədi ilə gizli olaraq 12 noyabr 2022-ci il tarixdə saat 17 radələrində işlədiyi Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən Zərərçəkmiş şəxs icarə müqaviləsi əsasında işlətdiyi taxıl anbarına qapıdan daxil olmaqla orada olan saxlanc yeri hesab olunan köməkçi tikilinin yanına gəlib, aralarında olan razılaşmaya uyğun olaraq kənar şəxslər gəldiyi halda xəbər vermək məqsədi ilə tikilinin yanında gözləmiş, Təqsirləndirilən şəxs2 köməkçi tikilidən dəyəri 316 manat olan 10 ədəd qarğıdalı və dəyəri 55 manat olan 2 kisə buğdanı idarə etdiyi avtomobilin baqaj və salonuna yığaraq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyətiləözgənin əmlakını talamaq məqsədi ilə gizli olaraq 12 noyabr 2022-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs1 işlədiyi Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən Zərərçəkmiş şəxs icarə müqaviləsi əsasında işlətdiyi taxıl anbarına qapıdan daxil olmaqla orada olan saxlanc yeri hesab olunan köməkçi tikilinin yanına gəlib, aralarında olan razılaşmaya uyğun olaraq kənar şəxslər gəldiyi halda Təqsirləndirilən şəxs1 xəbər vermək məqsədi ilə tikilinin yanında gözləmiş, Təqsirləndirilən şəxs1 köməkçi tikilidən dəyəri 284 manat olan 9 ədəd qarğıdalı kisəsini onun idarə etdiyi avtomobilin baqaj və salonuna yığaraq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraqsaxlanc yerinə daxil olmaqlaözgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyətiləözgənin əmlakını talamaq məqsədi ilə gizli olaraq 12 noyabr 2022-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs1 işlədiyi Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən Zərərçəkmiş şəxs icarə müqaviləsi əsasında işlətdiyi taxıl anbarına qapıdan daxil olmaqla orada olan saxlanc yeri hesab olunan köməkçi tikilinin yanına gəlib, aralarında olan razılaşmaya uyğun olaraq kənar şəxslər gəldiyi halda Təqsirləndirilən şəxs1 xəbər vermək məqsədi ilə tikilinin yanında gözləmiş, o, köməkçi tikilidən dəyəri 316 manat olan 10 ədəd qarğıdalı və dəyəri 55 manat olan 2 kisə buğdanı idarə etdiyi avtomobilin baqaj və salonuna yığaraq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona verilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, atası X4, anası X2, həyat yoldaşı X11, övladları Nahid, Səbinə və Günəşlə birlikdə yaşayır. Onun heç bir şəxslə düşmənçiliyi və ədavəti yoxdur. Oğurluq etdiyinə görə 2020-ci il tarixdə Bakı şəhərində həbs olunmuşdur. Belə ki, həmin vaxt o, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda fəhlə işləyən zaman həmkəndlisi Samirlə birlikdə oğurluq etmək qərarına gəlmişlər. Qeyd etmişdir ki, Samir onunla yaxınlıqda yerləşən digər anbarda fəhlə işləmişdir. O, Samirlə birlikdə onun işlədiyi anbardan oğurluq etmiş və bir müddət sonra polis əməkdaşları onları saxlamışlar. Daha sonra barələrində olan cinayət işi Binəqədi rayon məhkəməsinə göndərilmiş və onun barəsində 2021-ci ildə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəza icraya yönəldikdən sonra o, Biləsuvar rayonunda yaşadığı kəndə qayıtmaq məcburiyyətində qalmışdır. Bir müddət işsiz qaldıqdan sonra Təqsirləndirilən şəxs2 onu işə götürməsini Şahid2 deməsini xahiş etmişdir. Çünki Samir uzun müddətdir Abasın Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarında fəhlə işləmişdir. Daha sonra Samir ondan bu barədə xahiş etdikdən sonra o, özü də Abasa zəng edib ona iş verməsini xahiş etmişdir. Daha sonra o, Abasla aylıq 350 manat qarşılığında onun Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən anbarında fəhlə kimi işləməyinə razılaşmışdır. 01 oktyabr 2022-ci il tarixdə o, Şahid2 məxsus Cəlilabad rayonun, Qarazəncir kəndidə yerləşən anbarda bazar günləri istisna olmaqla hər gün saat 9:00-dan 18:00-dək işləməyə başlamışdır. Təxminən 20 gün bundan əvvəl özünə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Samirin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək işlədiyi anbardan dənli bitkiləri oğurlaya biləcəklərini bildirmişdir. Samir ona razılıq vermişdir. O, Samirə ondan xəbər gözləməyini tapşırmışdır. Onun işlədiyi anbarda mühafizəçi işləyən Rüstəmin hər həftənin şənbə günü istirahət etdiyini nəzərə alıb oğurluğu həmin gün etməyi planlaşdırmışdır. 12 noyabr 2022-ci il tarixdə bu planı həyata keçirmək üçün təxminən saat 11 radələrində Samirə zəng edib harada olduğunu soruşduqda o, Bakı şəhərindən rayona doğru gəldiyini bildirmişdir. O, Samirə oğurluğu bu gün edəcəklərini bildirmiş və Samir onunla razılaşmışdır. Həmin gün saat 15 radələrində Samir onun işlədiyi anbara gəldikdən sonra idarə etdiyi gümüşü rəngli “Kia” markalı avtomobili anbarın girişinə vermişdir. Özü isə bir qədər kənarda dayanıb kiminsə gələcəyi halda xəbər vermək üçün ətrafa göz gəzdirməyə başlamışdır. Daha sonra o, 4 kisə qarğıdalanı avtomobilin baqajına yüklədikdən sonra yer olmadığını görüb avtomobilin salonuna da yükləmək qərarına gəlmişdir. Avtomobilin arxa qapılarını açıb 5 kisə qarğıdalını avtomobilin arxa oturacaqlarının üzərinə yığdıqdan sonra Samir avtomobili idarə edib oradan uzaqlaşmışdır. Ona haraya getdiyini deməmişdir. Daha sonra o, Samirə həmin məhsulları satdıqdan sonra geri gəlməsini və yenidən qarğıdalı oğurlaya biləcəyini demiş və Samir onunla razılaşmışdır. Təxminən saat 17 radələrində Samir təkrar oraya gəlib avtomobili həmin yerə verdikdən sonra avtomobildən düşüb anbara daxil olaraq oradan avtomobilin baqajına və arxa oturacaqlarına qarğıdalı kisələrini yığmağa başlamışdır. O, isə bir qədər kənarda dayanıb kiminsə gələcəyi halda xəbər vermək üçün ətrafa göz gəzdirməyə başlamışdır. Samir avtomobilə kisələri yığdıqdan sonra oradan uzaqlaşmışdır. Daha sonra o, saat 18 radələrində oradan həmişə olduğu kimi yaşadığı kəndə, evə getmişdir. Bir qədər sonra Samirə zəng edib harada olduğunu soruşduqda Samir kəndə gəldiyini demiş və yaşadığı evdən çıxıb küçədə onunla görüşmüşdür. Samir ona həmin oğurladıqları taxıl və qarğıdalını 562 manata satdığını, yol xərcini də çıxdıqdan sonra onun payına 130 manat pul düşdüyünü demişdir. O, Samirdən həmin 130 manatı aldıqdan sonra Samir Bakı şəhərinə qayıtdığını bildirib oradan uzaqlaşmışdır. O, həmin pulu Biləsuvar rayonunda telefon dükanında kreditə telefon götürdüyü üçün aparıb pulunu ödəmişdir. Maddi imkanı zəif olduğu və mobil telefonun kreditini ödəyə bilmədiyi üçün oğurluq etmişdir. Oğurluğu edən zaman əvvəlcə Samir, ikinci dəfə isə özü nəzarət etidiyi üçün onları görən olmamışdır. Oğurluğu etməkdə onlara kömək edən olmamışdır. O, başqa oğurluq əməli törətməmişdir. Onların oğurluq etməyindən kiminsə xəbəri olmamışdır. Samir onun oğurluq etdiyi anbarında təxminən 3-4 ay bundan əvvəl onunla birlikdə 10 gün taxıl yükləmişdir.O, avtomobilə birinci dəfə artıq yükləmək olmayacığını fikirləşib buna görə 9 kisə yükləmişdir.O, Samirin ikinci dəfə avtomobilə neçə kisə qarğıdalı yükləməsini görməmişdir. O, Samirdən taxılları kimə və harada satmasını soruşmamışdır.Samir ona taxılları aparmaq üçün yanacaq pulu, avtomobilin icarə haqqı və gedən zaman 50 manatlıq radara düşdüyünü bildirib buna görə 130 manat ona və 130 manat özünə düşdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməldən peşiman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq geri ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını, ailədə yeganə qazanc gətirənin özü olduğunu bildirib cəza təyini zamanı nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona verilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, anası X6 ilə birlikdə yaşayır. Onun heç bir şəxslə düşmənçiliyi və ədavəti yoxdur. Oğurluq etdiyinə görə 2020-ci il tarixdə Bakı şəhərində həbs olunmuşdur. Belə ki, həmin vaxt o, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda fəhlə işləyən zaman həm kəndlisi Yaşarla birlikdə oğurluq etmək qərarına gəlmişdir. Yaşar onunla yaxınlıqda yerləşən digər anbarda fəhlə işləmişdir. O, Yaşarla birlikdə Yaşarın işlədiyi anbardan oğurluq etmiş və bir müddət sonra polis əməkdaşları onları saxlamışlar. Daha sonra barələrində olan cinayət işi Binəqədi rayon məhkəməsinə göndərilmiş və barəsində 2021-ci ildə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəza icraya yönəldikdən sonra o, Biləsuvar rayonunda yaşadığı kəndə qayıtmaq məcburiyyətində qalmışdır. Bir müddət işsiz qaldıqdan sonra Şahid2 Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarında fəhlə işləməyə başlamışdır. Təxminən 20 gün bundan əvvəl Yaşar özünə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək işlədiyi anbardan dənli bitkiləri oğurlaya biləcəklərini bildirmişdir. O da Yaşara razılıq vermişdir. Yaşar ona xəbər gözləməyini tapşırmışdır. 12 noyabr 2022-ci il tarixdə Bakı şəhərində günlük 40 manata “Kia” markalı avtomobil icarəyə götürüb Biləsuvar rayonuna şəxsi işlərini həll etmək məqsədi ilə yola düşmüşdür. O, elə təzə yola düşmüşdükdən bir qədər sonra təxminən saat 11 radələrində Yaşar ona zəng edib harada olduğunu soruşduqda o, Bakı şəhərindən rayona doğru gəldiyini bildirmişdir. Yaşar ona işlədiyi yerə gəlməyini orada bir neçə kisə qarğıdalı və buğdanı Biləsuvar rayonuna göndərəciyini bildirmişdir. Həmin gün saat 15 radələrində o, Yaşarın işlədiyi anbara gəldikdən sonra Yaşarla görüşdükdə Yaşar ona idarə etdiyi gümüşü rəngli “Kia” markalı avtomobili anbarın girişinə verməyini istəmişdir. O, Yaşarın dediyi yerə avtomobili verdikdən sonra Yaşar avtomobilin baqaj yerinə kisələri yığmağa başlamışdır. Daha sonra Yaşar avtomobilin salonuna da kisələr yığmışdır. Bundan sonra o, həmin kisələri Biləsuvar rayonunun mərkəzində dairənin yanında yerləşən taxıl dükanına aparıb vermək üçün yola düşmüşdür. Bu zaman Yaşar təkrar ona geri qayıtmağını və yenidən oğurluq edəcəklərini bildirmiş və o, Yaşarla razılaşmışdır. O, həmin yerə gedib dükanın sahibinə həmin kisələri təhvil verdikdən sonra dükan sahibi ona 247 manat pul vermiş və oradan çıxmışdır. O, təkrar həmin yerə getdikdən sonra Yaşar anbarın yanında gözləyərək kiminsə gələcəyi halda ona məlumat vermək üçün gözləməyə başlamışdır. O, isə yenidən anbara daxil olub orada yığılmış kisələri avtomobilə yükləməyə başlamışdır. Təkrar Biləsuvar rayonuna gedib həmin kisələri o, şəxsə təhvil vermiş və həmin şəxs ona 315 manat pul vermişdir. Oradan çıxıb avtomobili yudurtmaq üçün avtoyuma məntəqəsinə getmişdir. Daha sonra Yaşar saat 18 radələrində oradan həmişə olduğu kimi yaşadığı kəndə, evə gəlmişdir. Bir qədər sonra Yaşar ona zəng edib harada olduğunu soruşduqda o, kəndə gəldiyini demiş və Yaşar yaşadığı evdən çıxıb küçədə onunla görüşmüşdür. O, Yaşara həmin oğurladıqları taxıl və qarğıdalını 562 manata satdığını, yol xərcini də çıxdıqdan sonra onun payına 130 manat pul düşdüyünü demişdir. Yaşar ondan həmin 130 manatı aldıqdan sonra Bakı şəhərinə qayıtdığını bildirib oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməldən peşiman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq geri ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını, ailədə yeganə qazanc gətirənin özü olduğunu bildirib cəza təyini zamanı nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs məhkəmə 09 mart 2023-cü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmadığını bildirərək, səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin məhkəmədə tədqiq edildikdən sonra elan edilmiş ifadəsindən məlum olur ki, 14 noyabr 2022-ci il tarixdə Cəlilabad RPŞ-yə ərizə ilə qohumu Şahid2 müraciət etmişdir. Bununla bağlı olaraq bildirirmişdir ki, Abas kənd təsərrüfatı ilə məşğul olur. O, əkin-biçin işi ilə məşğul olub əldə etdiyi məhsulu Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən taxıl anbarında yığır və münasib vaxta satır. Həmin taxıl anbarını o, X3 24 aprel 2020-ci il tarixdə icarə müqaviləsi əsasında aylıq ödənişi 2000 (iki min) manat olmaqla 31 dekabr 2024-cü il tarixədək icrəyə götürmüşdür və oraya Abas nəzarət edir. Bildirmişdir ki, həmin anbar 4 taxıl rezervuarından, taxıl saxlanc məntəqəsinə aid avadanlıqlardan və xırda anbarlardan ibarətdir. Anbarın içində böyük ölçülü tərəzi qurğusu, tərəzi otağı, mühafizə otağı, operator otağı və iki ədəd saxlanc yeri vardır. Anbar dörd tərəfi məftil hasarla əhatələnmişdir. Orada daim mühafizəçi xidmət göstərir. 13 noyabr 2022-ci il tarixdə saat 08 radələrində Abas ona zəng edərək anbardan 19 kisə qarğıdalı və 2 kisə buğdanın oğurlandığını və bununla bağlı orada fəhlə işləyən Yaşardan şübhələndiyini bildirmişdir. O da Abasa bir qədər bu məsələni dəqiq araşdırmasını və daha sonra polisə müraciət etməsini bildirmişdir. 14 noyabr 2022-ci il tarixdə Abas ona təkrar zəng edib artıq polisə müraciət etdiyini və həmin oğurlanmış dənli bitkilərin geri qaytarıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 14 noyabr 2022-ci il tarixdə Cəlilabad RPŞ-yə ərizə ilə müraciət etmişdir. Bununla bağlı olaraq bildirmişdir ki, o, kənd təsərrüfatı ilə məşğul olur. O, əkin-biçin işi ilə məşğul olub əldə etdiyi məhsulu Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən taxıl anbarına yığır və münasib vaxta satır. Həmin anbar 4 taxıl rezervuarından, taxıl saxlanc məntəqəsinə aid avadanlıqlardan və xırda anbarlardan ibarətdir. Anbarı Zərərçəkmiş şəxs icarəyə götürsədə, onun işlərini özü nəzarət etmişdir. Anbarın içində böyük ölçülü tərəzi qurğusu, tərəzi otağı, mühafizə otağı, operator otağı və iki ədəd saxlanc yeri vardır. Anbar dörd tərəfi məftil hasarlaəhatələnmişdir. Orada daim mühafizəçi xidmət göstərir. Orada mühafizəçi kimi Cəlilabad rayonu, Qarazəncir kənd sakini Rüstəm işləyir. O, Rüstəmlə bir neçə ildir ki, işləyərək etibarını qazanmışdır. Rüstəm hər həftənin şənbə günü icazə alaraq istirahət edir. Bundan əlavə orada təxminən 2 ay müddətdir ki, Biləsuvar rayonu, Ovçubərə kənd sakini Yaşar fəhlə kimi fəaliyyət göstərir. O, Yaşarı lazım olduqda ara-sıra çağırır və saat 09-dan 18-dək orada işləyir. Həmin anbarda həmin vaxt 1 neçə min ton buğda, qarğıdalı və arpa olmuşdur. Onlar satacaqları buğdaların üzərində “Hacı Mövlan un” yazıları olan kisələrə, qarğıdalını isə “Arpa barley” kisələrinə yığaraq rezervuarın yanında olan kiçik anbara yerləşdirmişlər. 12 noyabr 2022-ci il tarixdə Rüstəm işdə olmamış və onun da başqa işləri olduğu üçün anbara gedib nəzarət edə bilməmişdir. 13 noyabr 2022ci il tarixdə saat 01 radələrində o, anbara gedərək orada yoxlanışa başlamışdır. Bu zaman rezervuarın yanında olan kiçik anbarın qapısının kilidinin açıq vəziyyətdə olduğunu görmüşdür. O, oraya nəzər saldıqda kisələrin həmişə olduğu kimi düzülmədiyini, dağınıq halda olduğunu və əskik olduğunu görmüşdür. Orada olan kisələri saydıqda 129 kisə olduğunu görmüşdür. Halbuki onlar 11 noyabr 2022-ci il tarixdə oraya 150 kisə yığmışlar. Daha sonra o, bu barədə Rüstəmə və tanıdığı bir neçə şəxsə məlumat vermişdir. Orada olan müşahidə kamerasına nəzər saldıqda isə Yaşarın günorta saatlarında müəssisənin ümumi işıqlarını söndürdüyünü görmüş və ondan şübhələnməyə başlamışdır. Daha sonra tanışlarından birinin onların anbarından oğrulanan buğda və qarğıdalanın Biləsuvar rayonun mərkəzində dənli bitkilər satan Novruz adlı şəxsin dükanında olduğunu öyrənmişdir. Həmin şəxsin mobil telefon nömrəsini taparaq ondan həmin buğda və qarğıdalını satmamasını xahiş etmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə həmin yerə gedərək həmin məhsulların onlara məxsus olduğunu müəyyən etmişdir. Orada müvafiq sənədləşdirmə işləri aparıldıqdan sonra həmin məhsulları təhvil almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun Biləsuvar şəhəri, H.Əliyev prospektində 30 ildən artıq müddətdir dənli bitkilərin satışı olan dükanı vardır. O, həmin dükanı 08:00-dan 18:00-dək işlədir. 12 noyabr 2022-ci il tarixdə günorta təxminən 16 radələrində bir nəfər üzü saqqalı şəxs avtomobillə dükana gələrək qarğıdalını neçəyə satdığını soruşmuşdur. O, həmin şəxsə qarğıdalını 60 qəpiyə satdığını bildirmişdir. Bundan sonra həmin şəxs ona 9 kisə qarğıdalı olduğunu və neçəyə götürə biləcəyini soruşmuşdur. O da həmin şəxsə 55 qəpiyə götürə biləcəyini bildirmişdir. Həmin şəxs ona 58 qəpikdən verə biləcəyini bildirmişdir. O, avtomobilə yaxınlaşaraq həmin avtomobilin salonunda olan qarğıdalıya baxmışdır. Həmin vaxt qarğıdalının zibilli olduğunu görüb almaq istəmədiyini bildirdikdə həmin şəxs ondan 55 qəpikdən götürməyini istəmişdir. O da həmin şəxslə razılaşdıqdan sonra həmin kisələrdən birini dükanda olan tərəzi ilə çəkmiş və həmin kisənin 50 kiloqram olduğunu müəyyən etmişdir. Həmin vaxt avtomobildən 9 kisə qarğıdalı boşaldaraq dükana yığmışdır. Həmin şəxsə 247 manat pul vermişdir. Daha sonra həmin şəxs təkrar ona bir neçə kisə qarğıdalı olduğunu və satmaq istədiyini bildirmişdir. O, həmin şəxsə tez gətirə biləcəyi halda onu götürə biləcəyini demişdir. Həmin şəxs bir qədər sonra təkrar dükana gəlmişdir. Bu zaman həmin şəxsin avtomobilində 10 kisə qarğıdalı və 2 kisə arpa olduğu müəyyən olunmuşdur. Daha sonra onlar təkrar həmin qarğıdalını və arpanı çəkdikdə həmin kisələrdə 50 kiloqram olduğunu müəyyən etmişlər. Bunun qarşılığında da həmin şəxsə qarğıdalı üçün 275 manat və arpanı isə 40 qəpikdən olmaqla 40 manat, ümumilikdə isə 315 manat pul vermişdir. Şahid1 ona qarğıdalı və arpa satmış adamı daha əvvəl tanımadığını, həmin şəxsdən satmış məhsulların oğurluq olub-olmadığını soruşduqda, həmin şəxs ona həmin məhsulların özünə məxsus olduğunu və oğurluq olmadığını bildirmişdir. Daha sonra 14 noyabr 2022-ci il tarixdə polis əməkdaşları onun dükanına gələrək həmin məhsulların oğurluq olduğunu bildirib sahibinə təhvil verilməli olduğunu bildirdikdə onlara etiraz etməmişdir. Daha sonra müvafiq sənədləşmə işləri aparıldıqdan sonra həmin məhsulları polis əməkdaşlarına təhvil vermişdir. O, həmin şəxsi ümumiyyətlə tanımamış, onun adını və soyadını bilməmiş, həmin qarğıdalı və buğdanın oğurluq olduğunu da bilməmişdir İş materiallarında olan xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən taxıl anbarında baş vermişdir. İş materiallarında olan 14 noyabr 2022-ci il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, Şahid1 həmin 655 manatlıq 19 ədəd qarğıdalı və 2 kisə buğdanı təhqiqata təqdim etmiş, həmin məhsullar Cəlilabad RPŞ-nin TB-nin baş təhqiqaçısı, polis kapitanı Rəvan Əliyev tərəfindən götürülərək Şahid2 təhvil verilmişdir. İş materiallarında olan Cəlilabad rayon “Rizvan Şirkəti” ticarət mərkəzinin direktoru Rizvan Bayramov tərəfindən verilmiş 18 yanvar 2023-cü il tarixli 27 nömrəli arayışdan görünür ki, 50 kiloqram olmaqla 19 kisə qarğıdalının orta bazar qiyməti 600 manat (50 kiloqram olmaqla 1 kisə qarğıdalının orta bazar qiyməti 31 manat 60 qəpik) və hər biri 50 kiloqram olmaqla 2 kisə buğdanın (50 kiloqram olmaqla 1 kisə buğdanın orta bazar qiyməti 27 manat 50 qəpik) orta bazar qiyməti 55 manatdır Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)128/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Biləsuvar rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, xx-xx/2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)128/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinib qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Biləsuvar rayon məhkəməsinin 7 (022)- 62/2022 saylı, 01 aprel 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)128/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay 05 (beş) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş cəza müddəti başa çatdığı üçün xx.xx.2022-ci il tarixdə şəöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2-cü maddəsinə əsasən məhkumluq ödənilməmişdir. İş materiallarında olan Biləsuvar rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, xx-xx/2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)128/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinib qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Biləsuvar rayon məhkəməsinin 7 (022)-99/2021 saylı, 10 dekabr 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)128/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzasının çəkilməmiş hissəsi 2 (iki) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün hissəsi “8 Noyabr –Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən 1 (bir) il azaldılmışdır. Təqsirləndirilən şəxs1 hökm üzrə cəzasını xx.xx.2023-cü il tarixdə çəkib qurtarmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2-cü maddəsinə əsasən məhkumluq ödənilməmişdir. İş materiallarında olan Biləsuvar RİHB-nın Ağalı kənd İƏDÜ nümayəndəliyindən verilmiş, 21 noyabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Biləsuvar RİHB-nın Ovçubərə kənd İƏDÜ nümayəndəliyindən verilmiş, 20 noyabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Biləsuvar rayonu, Ovçubərə kənd sakini Təqsirləndirilən şəxs1 ailə tərkibi-arvadı X11, xx.xx.2006-cı il təvəllüdlü oğlu X9, xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü qızı X5 ibarət olmaqla yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialinda olan rəsmi sənədlərlə onlara verilmiş ittiham üzrə cinayəti törətmələri tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2, Təqsirləndirilən şəxs2 əməli isə həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 himayəsində 1 az yaşlı uşağının olması, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunması, himayəsində iki yetkinlik yaşına çatmamış uşağının olması, zərərçəkmişin ondan şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın onun özünün və ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək həmin cəzanın ona şərti olaraq təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunması, zərərçəkmişin ondan şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın onun özünün və ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək həmin cəzanın ona şərti olaraq təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn: cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmə haqlarında yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzanın təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmələri, əməllərindən səmimi peşiman olmaları onların islah yoluna qədəm qoymasına dəlalət edir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində onların davranışı üzərində nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş materiallarına əlavə olunmuş, 15 noyabr 2022-ci il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 15 noyabr 2022-ci il tarixdə saat 18:00-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 17 noyabr 2022-ci il tarixli “MSY-dən azad etmə və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 17 noyabr 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, həmin gün saat 16:30-da müvəqqəti saxlama yerindən azad edilmişdir.. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarına əlavə olunmuş, 17 noyabr 2022-ci il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 17 noyabr 2022-ci il tarixdə saat 10:00-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 18 noyabr 2022-ci il tarixli “MSY-dən azad etmə və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 18 noyabr 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, həmin gün saat 12:30-da müvəqqəti saxlama yerindən azad edilmişdir Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-349, 351- 353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə... HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-cü maddələri ilə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 15 noyabr 2022-ci il tarixdən 17 noyabr 2022-ci il tarixədək həbsdə qaldığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən ona təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin, ona 01 (bir) il sınaq müddəti təyin edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya idarəsinə (şöbəsinə) həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən yaşayış yeri üzrə probasiya idarəsinə (şöbəsinə) məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 17 noyabr 2022-ci il tarixdən 18 noyabr 2022-ci il tarixədək həbsdə qaldığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən ona təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin, ona 01 (bir) il sınaq müddəti təyin edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya idarəsinə (şöbəsinə) həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən yaşayış yeri üzrə probasiya idarəsinə (şöbəsinə) məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar