Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-58/2025 16.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1971-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinib, 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilməmiş və götürülməmiş, Cəlilabad rayonu Göytəpə şəhəri Təqsirləndirilən şəxs küçəsi ev 18 ünvanında qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda X1 saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda, -8,510 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, üzərində saxlamaqla daşımış, Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 09 fevral 2024cü il tarixdə saat 18:30 radələrində Cəlilabad rayonu Göytəpə şəhəri Qurtuluş prospektində özünə məxsus VAZ 2105 markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobildə dayanmış vəziyyətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq həmin ünvanda onun üzərinə yoxlama və götürmə keçirilərkən, həmin çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana 1 (bir) ədəd “Viceroy” markalı siqaret qutusunun içərisində olmaqla əynindəki qəhvəyi rəngli gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Cəlilabad rayonu Göytəpə şəhərində anadan olmuş, hazırda elə həmin ünvanda ailə üzvlərilə birlikdə yaşayır. Evlidir, ailəsini fərdi əməklə məşğul olaraq dolandırır. Mahiyyəti üzrə bildirir ki, təxminən bir neçə il olar ki, narkotik vasitə istifadə etməyə başlamışdır. Mütamadi olaraq narkotik vasitə qəbul etmir, arada bir narkotik vasitə olan qurudulmuş marixuana qəbul edir. xx.xx.2025-ci il tarixdə təxminən saat 18:25 radələrində Cəlilabad rayon Göytəpə şəhər Qurtuluş prospektində olan köhnə “Turist” restoranın yanında özümə məxsus “Vaz 2105” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşən zaman mülki geyimdə 3 nəfər ona yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin polis əməkdaşları ona üzərində gəzdirilməsi qadağan olunmuş hər hansı predmetin və ya əşyanın, həmçinin narkotik vasitənin olduğunu soruşmuşlar, o isə onlara demişdir ki, üzərində narkotik vasitə olan qurudulmuş marixuana vardır. Həmin narkotik vasitə olan qurudulmuş marixunanı xx.xx.2025-cü il tarixdə səhər saatlarında “Avtovağzal”ın yaxınlığında yerdən tapdığını və istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış keçirilən zaman o, əynində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibindən bir siqaret qutusunu çıxardaraq təqdim etmiş, həmin siqaret qutusunun içərisində qurudulmuş marixuna olduğunu bildirmişdir. Həmin kütlə orada elektron tərəzidə çəkilərək 12.64 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra həmin siqaret qutusunda olan narkotik vasitə olan qurudulmuş marixuana qablaşdırılmış və daha sonra onu Cəlilabad RPŞ-nə gətirmişlər. Polis Şöbəsinin inzibati binasında ona hüquqları izah olunmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş və zərfə qablaşdırılmış bir ədəd büküm yenidən açılaraq baxış keçirilmişdir. Həmçinin komputer vasitəsilə DVD diskə baxış keçirilmiş, bundan sonra ona müdafiəçi təyin edilmişdir. o, həmin kütləni gələcəkdə istifadə etmək üçün üzərində gəzdirmiş, həmin kütlədən istifadə etməmiş, üzərində narkotik vasitə olması barədə heç kimin məlumatı və xəbəri olmamışdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı satmaq niyyəti olmamışdır, özü istifadə etmək üçün üzərimdə saxlamışdır. Onun üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş qurudulmuş marixuana şəffaf rəngli sellofan ilə birlikdə elektron tərəzidə çəkmişlər, ona görə də rəydə olan çəki düz olmasını bildirmişdir. Nə saxlanılan zaman, nə də ki, üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən hər hansı təzyiq və təsir olmamış, bütün hərəkətlər könüllü olaraq öz istəyilə həyata keçirilmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır. Odur ki, bunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Cəlilabad RPŞ-nin Cinayət- Axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirir ki, 09 fevral 2025-ci il tarixdə Cəlilabad RPŞ-yə Cəlilabad rayonu Göytəpə şəhər sakini Təqsirləndirilən şəxs Cəlilabad rayon ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin əməliyyat məlumatı əsasında Cəlilabad RPŞ-nin rəhbərliyinin müvafiq əmrinə əsasən o və Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 və Cəlilabad RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid2 ibarət olmaqla əməliyyat qrupu yaradılmış, bundan sonra 09 fevral 2025-ci il tarixdə, saat 18:20 radələrində Təqsirləndirilən şəxs ola biləcəyi yerlər müəyyən edilərək Təqsirləndirilən şəxs Cəlilabad rayonu Göytəpə şəhəri, Qurtuluş prospektində VAZ 2105 markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində dayanmış vəziyyətdə onların tərəfindən əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 10 dəqiqə müşahidə etdikdən sonra onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olduğunu bildirmişlər. Şifahi olaraq üzərində narkotik vasitə və ya psixotrop maddələr olub-olmamasını soruşan zaman Təqsirləndirilən şəxs hazırda üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılması və götürmə keçirilməsi üçün şərait olduğundan həmin yerdə Təqsirləndirilən şəxs üzərində yoxlama və götürmə aparılacağını bildirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən sonra yoxlama və götürmə zamanı videoçəkilişdən istifadə olunacağını bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs qəhvəyi rəngli gödəkçənin sol yan cibindən bir ədəd “Viceroy” markalı siqaret qutusunu təqdim etmiş və həmin qutuda narkotik vasitə qurudulmuş marixuana olduğunu qeyd etmiş, həmin siqaret qutusu açıldıqdan sonra içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərində saxladığı narkotik vasitə tərəzidə çəkildikdən sonra müvafiq qaydada qablaşdırılıb üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 141 saylı möhrü ilə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində və avtomobilində şəxsi axtarış davam etdirilmişdir. Lakin üzərindən və avtomobilindən əlavə olaraq dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni haradan və nə məqsədlə əldə edilməsi soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəni 09 fevral 2025-ci il tarixdə səhər saatlarında Cəlilabad rayonu Göytəpə şəhərində yerləşən “Avtovağzal” adlı ərazidə yerdən tapdığını, üzərindən aşkar edilmiş həmin narkotik vasitəni gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, lakin həmin narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. Daha sonra Xanışov X4 RPŞ-nə dəvət edilmiş, Polis Şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana və yoxlama və götürmə aparılmasının özündə əks etdirən DVD disk ilə birlikdə təhqiqatçı, polis mayoru Şahin Abbasova təhvil verilmişdir. Cəlilabad RPŞ-nin KTQ-nin inspektor kriminalisti polis leytenantı Şahid4 tərəfindən videoçəkiliş aparılmaqla Cəlilabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X3 tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının videoçəkilişinə baxış keçirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan 1 ədəd bükümün qablaşdırıldığı bağlamaya baxış keçirilmişdir. Həmin bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Yekunda təhqiqatçı tərəfindən Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə keçirilməsi barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Dadaşov X5 Aslanın ifadəsində göstərdiklərini təsdiq edərək anoloji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, qeyd edilən ünvanda ailə üzvlərilə birlikdə yaşayır. Cəlilabad rayon Polis Şöbəsinin kriminalistik tədqiqatlar qrupunun inspektor kriminalisti vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs ilə ədavəti və düşmənçiliyi yoxdur. 09 fevral 2025-ci il tarixdə RPŞ rəhbərliyi tərəfindən videoçəkiliş aparmağı ona bildirilmiş, o da videoçəkiliş aparmaq üçün təhqiqatçının xidməti otağına gəlmiş və çəkiliş aparmağa başlamışdır. Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 iştirakı ilə Cəlilabad RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının videoçəkilişinə baxış keçirilmiş, bundan sonra təhqiqatçı Şahin Abbasov tərəfindən Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan 1 ədəd bükümün qablaşdırıldığı bağlamaya baxış keçirilmiş, həmin bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Baxış başa çatdıqdan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokola imza etmişlər. İş materiallarına əlavə olunmuş “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o, əynində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibindən 1 ədəd “Viceroy” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin siqaret qutusunun içərisində narkotik vasitə olmasını bildirmiş, həmin qutuya baxış keçirilən zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Aşkar olunmuş həmin narkotik vasitəyə bənzər kütlə qablaşdırılaraq DİN-nin 141 №-li möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə” haqqında protokoldan görünür ki, 09 fevral 2025-ci il tarixli hərəkətinin videoçəkilişi əks olunmuş 01 ədəd DVD diskdə olan videoçəkilişə baxış keçirilən zaman müəyyən edildi ki, Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 iştirakı və Cəlilabad RPŞ-nin KTQ-nin inspektor kriminalisti polis leytenantı Şahid4 tərəfindən videoçəkiliş aparılmaqla Cəlilabad RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı X3 tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının videoçəkilişinə baxış keçirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd siqaret qutusunun içərisində olan narkotik vasitənin qablaşdırıldığı bağlamaya baxış keçirilmişdir. Həmin siqaret qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. İşdə olan, Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Espertiza Mərkəzinin X6 tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 10 fevral 2025-ci il tarixli, 19/52 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə olan kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 8,510 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi təmiz çəkisi 8,510 qram, cəmi tədqiqata sərf olunmuş 0,1 qram və 8,410 qram qalıq qalmışdır. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X2 Məhkəmə Narkoloji Ekspertizasının 13 fevral 2025-ci il tarixli 72 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabinoidlərdən istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Cəlilabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək, 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Cəlilabad rayon İcra və Probasiya şöbəsinin 02 iyun 2025-ci il tarixli 50/2023-30-11 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Cəlilabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(073)-138/2023 saylı hökmünə əsasən 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixə 1 il 4 ay 28 gün cəza çəkmiş, 28 gün hissəsi çəkilməmiş qalmışdır. İşdə olan Cəlilabad RİHB-nın Cəlilabadrayonu, Göytəpə şəhər İƏDÜ nümayəndəliyindən verilmiş, 11 fevral 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, o, Cəlilabad rayonu, Göytəpə şəhəri, Təqsirləndirilən şəxs küçəsi ev 18 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 09 fevral 2025-ci il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2025-ci il tarixdə saat 19:30-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, Cəlilabad rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli 4 (073)-6/2024 saylı qərarın sürətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həbs qətimkan tədbiri seçilmiş və həbsə almanın əvvəli 09 fevral 2025-ci il tarixdən hüsablanmışdır. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Eyni zamanda məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 8,410 qram qalan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ 41NABZ********************) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə... HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəlilabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 28 (iyirmi səkkiz) günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 14 (on dörd) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə uyğun olaraq hazırki hökmlə ona təyin olunmuş 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 6 (altı) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin əvvəli 09 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 8,410 qram qalan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ 41NABZ********************) ödənilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-58/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-58/2025
16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver