Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-59/2025 29.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci ildə Cəlilabad rayonunun Çünzəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Çünzəli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə xx.xx.2025-ci il tarixdə, saat 11 radələrində Cəlilabad rayonu, Çünzəli kəndində, yaşadıqları ünvanda Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə olmuş, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruq və qarın nahiyəsinə təpik vurmaqla ona sol almacıq nahiyəsində hematoma və qarın nahiyəsində qançır ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 11 radələrində ögey anası Zərərçəkmiş şəxs ilə aralarında evdə olan qazın üzərindəki suyun daşaraq qazın sönməsi səbəbindən mübahisə yaranmış, bundan sonra o, Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə yumruqla vurmuş, bunun nəticəsində ögey anası ağzı üstə yerə yıxılmış və xəsarətlər almışdır. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslə barışmışlar. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X2 verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 11 radələrində, yaşadığı evdə ögey övladı Təqsirləndirilən şəxs ilə aralarında mübahisə olmuş, mübahisəyə səbəb isə qazın üzərində olan suyun daşaraq qazı söndürməsi və qazın evə dolması olmuş, həmin vaxtı o, Təqsirləndirilən şəxs “görmürsən qazın iyi evə dolur, gərək qaz partlasın ev viranə günə qalsın” sözünü dedikdən sonra Təqsirləndirilən şəxs onun ünvanına nalayiq söz demiş, bundan sonra sonuncu onun sifət nahiyəsinin sol hissəsinə, təpiklə isə sağ ayağının yuxarı hissəsinə vurmuşdur. Baş vermiş hadisə yaşadığı evdə olmuş və hadisəni əri Şahid görmüşdür. Hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və onu bağışlamışdır. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid zərərçəkmiş şəxs X1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirilir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X4 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 144 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol almacıq nahiyəsində hematoma və qarın nahiyəsində qançır müəyyən olunmuşdur, müəyyən olunan xəsarətlər bərk küt əşyanın /əşyaların/ təsirindən törədilmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs X2 məhkəməyə ərizə təqdim edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdıqlarını, tələb və şikayətinin olmadığını göstərərək, məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, zərərçəkmiş şəxs X2 ilə barışdıqlarını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını göstərərək, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X1 məhkəmə baxışı zamanı verdikləri ifadələri, onların ərizələrində göstərdikləri halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar işin icraatına xitam verilməlidir. İş materialları ilə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətmişdir. İctimai təhlükəli əməli törətdikdən sonra zərərçəkmiş şəxs X2 ilə barışmışlar. Zərərçəkmiş şəxs isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə zərərçəkmiş şəxsin barışmasını əsas tutaraq məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini mümkün hesab edir və belə nəticəyə gəlir ki, tərəflərin barışması nəticəsində işin icraatına xitam verilməsi zərərçəkmiş şəxsin və başqa şəxslərin mənafelərini və hüquqlarını pozmur və ictimai mənafelərə zidd deyildir, eyni zamanda həmin cinayət təqibi üzrə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.5-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi mümkün sayılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №1(073)-59/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-59/2025
29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver