Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-60/2024 25.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 10:55 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1996-cı ildə Cəlilabad rayonunun Kövüzbulaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu Kövüzbulaq kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, xx xxxxxx 1992-ci il tarixdə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Masallı şəhəri H.Əliyev prospekti ev 25-də qeydiyyatda olan və orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, bu iş üzrə 26 noyabr 2023-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 25 noyabr 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs1 Masallı şəhəri ərazisində satış məqsədi olmadan özünün istifadə etməsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,904 qram narkotik vasitə olan heroini 30 (otuz) manat pulun qarşılığında qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 25 noyabr 2023-cü il tarixdə saat 21:05-də Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində yerləşən “Furqan” marketin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Cəlilabad rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən bir ədəd bükülüdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,904 qram olan tiryəkdən kustar üsulla hazırlanmış həmin narkotik vasitə - heroin əynindəki boz rəngli cins şalvarın sol yan cibindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,904 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla Masallı şəhəri H.Əliyev prospektində daşımış, 25 noyabr 2023-cü il tarixdə ona narkotik vasitə üçün müraciət etmiş tanışı Təqsirləndirilən şəxs2 ilə saat 17 radələrində Masallı şəhərində görüşərək özündə olan bir bükümdə narkotik vasitə hesab edilən heroini 30 (otuz) manat pulun qarşılığında sonuncuya satmış və həmin tarixdə Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq RPŞnə gətirilmiş Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən təmiz çəkisi 0,904 qram olan narkotik vasitə heroin onun əynində olan boz rəngli cins şalvarın sol yan cibindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, təqribən 2 il bundan öncə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə Cəlilabad Rayon Məhkəməsi tərəfindən azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hər gün narkotik vasitə istifadə etməsə də, hər həftədə azı bir dəfə istifadə etmişdir. Həmin narkotik vasitəni əvvəllər tanımadığı şəxslərdən müxtəlif qiymətlərə almışdır. 25 noyabr 2023-cü il tarixdə saat təxminən 21 radələrində müvəqqəti olaraq yaşadığı kənd ərazisində piyada evə gedən zaman üç nəfər mülki geyimdə tanımadığı şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, onun üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. O isə üzərində narkotik vasitə heroin olduğunu bildirəndən sonra polis əməkdaşları onu Cəlilabad RPŞ-yə dəvət etmişlər. Cəlilabad rayon polis şöbəsində onun üzərinə vəkilinin və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan boz rəngli cins şalvarının sol yan qabaq cibindən gümüşü rəngli siqaret kağızının içərisində olan şəffaf sellofana bükülmüş kütləni təqdim etmişdir. Həmin kütlənin çəkisi elektron tərəzidə 1,03 qram təşkil etmişdir. Daha sonra həmin kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Təqdim etdiyi narkotik vasitə olan heroini 25 noyabr 2023-cü il tarixdə saat təxminən 17 radələrində əvvəlcədən tanıdığı Masallı rayon sakini Elvin Valeh oğlundan 30 manata almışdır. Ona qarşı polis əməkdaşları hər hansı fiziki zor tətbiq etməmişlər. Üzərindən aşkar edilib götürülmüş narkotik vasitə heroini istifadə etmək məqsədilə üzərində saxlayıb daşımış, narkotik vasitəni satmaq niyyəti olmamışdır. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır, qardaşı Vətən Müharibəsində şəhid olmuşdur. Odur ki, bunu nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 26 noyabr 2023-cü il tarixdə saat təxminən 00:30 radələrində yaşadığı evin yaxınlığında piyada gəzdiyi zaman ona 3 nəfər tanımadığı mülki geyimdə olan şəxslər yaxınlaşıb, özlərini polis əməkdaşı kimi təqdim etmiş, üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar, o isə üzərində narkotik vasitənin olmamasını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Cəlilabad RPŞ-yə gətirmişlər. Cəlilabad rayon polis şöbəsində onun üzərinə vəkilinin və polis əməkdaşlarının iştrakları ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Üzərindən yalnız siqaret qutusu, 1 ədəd alışqan, 8 manat pul və “LG” markalı mobil telefonu aşkar edilmişdir. Siqaret qutusu, 1 ədəd alışqan və 8 manat pul geri qaytarılsa da “LG” markalı mobil telefonu iş üçün əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Özü narkotik vasitə istifadəçisidir, bir neçə ildir ki, narkotik vasitə istifadə edir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 2 dəfə həbs olunaraq cəzasını çəkmişdir. O, təxminən bir ay əvvəl Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs2 ilə tanış olmuş, təxminən 10 gün əvvəl Xəyal ona demişdir ki, narkotik vasitə istifadəçisidir və narkotik vasitə istifadə etmək istəyir. Təqsirləndirilən şəxs2 ona narkotik vasitə tapa biləcəyini soruşmuş, o isə ona tapa biləcəyini demişdir. Bundan sonra o, Masallı rayonunda tanımadığı bir şəxsdən narkotik vasitə alıb həmin vasitəni Masallı rayonunda Xəyal ilə birlikdə istifadə etmiş, həmin vasitəyə görə Xəyal ona 25 manat pul vermiş, o isə pulun üzərinə 5 manat qoymaqla tanımadığı şəxsə 30 manat vermişdir. Sonuncu dəfə 25 noyabr 2023-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs2lə birlikdə olan zaman ondan 10 manat pul almış, həmin pulu Masallı şəhəri, köhnə bazar deyilən ərazidə tanımadığı bir şəxsdən 10 manat verib bir bükümdə narkotik vasitə alıb Xəyala vermişdir. Həmin vasitəni Xəyal ilə birlikdə istifadə etməyi planlaşdırsalar da Təqsirləndirilən şəxs2 işinin çıxması səbəbindən narkotik vasitədən istifadə edə bilməmişlər. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır. Odur ki, bunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməlləri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 tam və Təqsirləndirilən şəxs1 qismən özlərinin etirafedici ifadələrindən başqa, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Cəlilabad RPŞ-nin CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. Cəlilabad rayon sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onlarla ədavət və düşmənçiliyi yoxdur. 25 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında rayon polis şöbəsində şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. 25 noyabr 2023-cü il tarixdə təxminən saat 21:05 radələrində Təqsirləndirilən şəxs2 olduğu yer müəyyən edilərək o, Cəlilabad rayonu Uzuntəpə kəndində piyada hərəkətdə olan zaman tərəflərindən müşahidəyə götürülmüş, bir neçə dəqiqə Təqsirləndirilən şəxs2 müşahidə etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs2 isə üzərində qanunla qadağan edilmiş narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması məqsədi ilə onu rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 də onlara etiraz etməyərək birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs2 təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərində sonuncunun müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs2 də əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd bükülü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükülünün içərisində narkotik vasitə olan heroin vardır. Həmin heroini Masallı rayon sakini Təqsirləndirilən şəxs1 25 noyabr 2023-cü il tarixdə saat 17 radələrində almışdır. Həmin bükülüyə baxış keçirildikdən sonra bükülünün içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Sonra isə həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokola imza etmişlər. Daha sonra 26 noyabr 2023-cü il tarixdə saat 00:25 radələrində Təqsirləndirilən şəxs1 saxlanılaraq RPŞ-nə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs1 təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuş, bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərində sonuncunun müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilsə də, onun üzərindən qanunla qadağan edilmiş predmet və ya əşya aşkar olunmamışdır. Şifahi sorğu zaman Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəçisi olmasını, Təqsirləndirilən şəxs2 tanıdığını, Xəyalın ondan bir müddətə əvvəl narkotik vasitə istədiyini, bundan sonra Masallı rayonunda tanımadığı şəxsdən narkotik vasitə olan heroin əldə edib birlikdə istifadə etdiklərini, onunla hər hansı ədavəti olmadığını, 25 noyabr 2023-cü il tarixdə saat 17 radələrində Masallı rayonunda Təqsirləndirilən şəxs2 10 manat alıb tanımadığı şəxsdən narkotik vasitə almasını, Xəyalla birlikdə istifadə etməyi planlaşdırıdığını, ondan 30 manat pul almamasını, həmin narkotik vasitəni Təqsirləndirilən şəxs2 verməsini, lakin birlikdə istifadə edə bilmədiklərini qeyd etmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs1 qarşı hər hansı fiziki zor tətbiq edilməmişdir. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, onlar da həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfərləri Şahid2 və Şahid3 da eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman o, əynində olan boz rəngli idman şalvarının sağ cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs2 həmin bükülünün içərisində narkotik vasitə olmasını bildirmiş, həmin bükülüyə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilsə də, onun üzərindən qanunla qadağan edilmiş predmet və ya əşya aşkar olunmamışdır. Şifahi sorğu zaman Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəçisi olmasını, Təqsirləndirilən şəxs2 tanıdığını, Xəyalın ondan bir müddətə əvvəl narkotik vasitə istədiyini, bundan sonra Masallı rayonunda tanımadığı şəxsdən narkotik vasitə olan heroin əldə edib birlikdə istifadə etdiklərini, onunla hər hansı ədavəti olmadığını, 25 noyabr 2023-cü il tarixdə saat 17 radələrində Masallı rayonunda Təqsirləndirilən şəxs2 10 manat alıb tanımadığı şəxsdən narkotik vasitə almasını, Xəyalla birlikdə istifadə etməyi planlaşdırıdığını, ondan 30 manat pul almadığını bildirmişdir. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsi tərəfindən verilmiş 26 noyabr 2023-ci il tarixli 19/1016 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 0,904 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata sərf olundu 0,05 qram heroin, qalıq 0,854 qram. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 28 dekabr 2023-cü il tarixli 1122 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 08 yanvar 2024-cü il tarixli 38 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin, kannabinoidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməllərində təqsirləri tam sübuta yetirilmiş, bu əməllər onların özlərinin və şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli isə istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir və onlar həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. İş materiallarında olan, Cəlilabad rayon İHB-nin Cəlilabad rayon Kövüzbulaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur, həmçinin o, şəhid X1 qardaşıdır. İşə əlavə edilmiş vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 valideynləri X4 və X2 şəhid ailəsinin üzvü statusuna malikdirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cinayətin digər iştirakçısının ifşa edilməsinə kömək etməsi Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, qardaşı X1 Vətən Müharibəsində şəhid olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 25 noyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 25 noyabr 2023-cü il tarixdə saat 21:30-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 27 noyabr 2023-cü il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, 27 sentyabr 2023-cü il tarixdə saat 11:15-də müvəqqəti saxlama yerindən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Eyni zamanda məhkəmə, CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun yaşayış yeri üzrə narkoloji xəstəxanada qeydiyyata götürülməsini zəruri hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İş materiallarında olan, Cəlilabad rayon İHB-nin Cəlilabad rayonu Kazımabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 noyabr 2022-ci il tarixli, 337 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı uşağı vardır. Cəlilabad rayon İHB-nin Cəlilabad rayon Kazımabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsi barədə 27 noyabr 2023-cü il tarixli 4(073)-157/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 26 noyabr 2023-cü il tarixdən hesablanmışdır. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda məhkəmə, CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs1 polinarkomaniyadan məcburi müalicə təyin edilməsini və onun yaşayış yeri üzrə narkoloji xəstəxanada qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 0,854 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə 25 noyabr 2023-cü il tarixdən 27 noyabr 2023cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 aid hissədə hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad rayonu Kövüzbulaq kəndindəki fərdi yaşayış evini tərk etməmək, yaşadığı Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə narkoloji xəstəxanada qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 26 noyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 polinarkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə narkoloji xəstəxanada qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 0,854 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-60/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-60/2024
25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver