Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-61/2023 19.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Cəlilabad rayonu Şiləvəngə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Cəlilabad rayonu Şiləvəngə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-in 178.2.2 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki ,o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə xx.xx.2022-ci il tarixdə “Cəlilabad rayon mərkəzi xəstəxanası” Publik hüquqi şəxsin inzibati binasının həyətində Zərərçəkmiş şəxs1 yaxınlaşıb onunla söhbəti zamanı sonuncu ona əlillik təyin edilməsi ilə bağlı toplanmış tibbi sənədlər əsasında “Cəlilabad RMX” PHŞ tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X3 (TSERAS) ötürülməsi, lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi sosial ekspert komissiyası tərəfindən ona əlilliyin təyin edilməsi ilə bağlı rədd cavabının gəlməsini və əlilliyə görə təqaüdünün bərpa edilməməsini bildirdikdən sonra guya “Cəlilabad rayon mərkəzi xəstəxanası” PHŞ-nin Həkim-məsləhət komissiyasının sədri Şahid5 ilə yaxın əlaqəsinin olmasını, onunla cinayətkar əlaqəsinə girərək ona əlilliyin təyin edilməsi imkanına malik olmasını yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün Şahid5 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirməklə görəcəyi işlə bağlı özünə inam yaradaraq, Zərərçəkmiş şəxs1 ilə razılaşmaqla sövdələşib, həmin adla xx.xx.2022-ci il tarix saat 19 radələrində Cəlilabad rayonu Maşlıq kəndində 700 manat, xx.xx.2022-ci il tarix saat 18 radələrində qeyd edilən yerdə 300 manat pul vəsaitini Zərərçəkmiş şəxs1 alıb, əldə etdiyi ümumilikdə 1000 manat məbləğində pul vəsaitini özünün şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus cəmi 1000 (min) manat məbləğində pul vəsaitini ələ keçirib ona vahid niyyətlə ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təhrik etmişdir. Bundan başqa, o aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə xx.xx.2022-ci il tarixdə “Cəlilabad rayon mərkəzi xəstəxanası” Publik hüquqi şəxsin inzibati binasının həyətində X4 yaxınlaşıb onunla söhbəti zamanı sonuncu nəvəsi X5 əlillik təyin edilməsi ilə bağlı toplanmış tibbi sənədlər əsasında “Cəlilabad RMX” PHŞ tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X3 (TSERAS) ötürülməsi, lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi sosial ekspert komissiyası tərəfindən ona əlilliyin təyin edilməsi ilə bağlı rədd cavabının gəlməsini və əlilliyə görə təqaüdünün bərpa edilməməsini bildirdikdən sonra 1000 manat məbləğində pul vəsaitinin müqabilində guya nəvəsinə əlillik təyin edilməsinə köməklik göstərəcəyi barədə yalandan bildirməklə görəcəyi işlə bağlı özünə inam yaradaraq, Şahid4 ilə razılaşmaqla sövdələşib, həmin adla xx.xx.2022-ci il tarix səhər saatlarında sonuncunun yaşadığı- Cəlilabad rayonu Ağdaş kəndindəki fərdi yaşayış evinin həyətində 1000 manat pul vəsaitini Zərərçəkmiş şəxs2 alıb, əldə etdiyi 1000 manat məbləğində pul vəsaitini özünün şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 1000 (min) manat məbləğində pul vəsaitini ələ keçirib ona ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin sentyabr ayı tarixində “Cəlilabad rayon mərkəzi xəstəxanası” Publik hüquqi şəxsin inzibati binasının həyətində Zərərçəkmiş şəxs3 yaxınlaşıb onunla söhbəti zamanı sonuncu ona əlillik təyin edilməsi ilə bağlı toplanmış tibbi sənədlər əsasında “Cəlilabad RMX” PHŞ tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X3 (TSERAS) ötürülməsi, lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi sosial ekspert komissiyası tərəfindən ona əlilliyin təyin edilməsi ilə bağlı rədd cavabının gəlməsini və əlilliyə görə təqaüdünün bərpa edilməməsini bildirdikdən sonra 1000 manat məbləğində pul vəsaitinin müqabilində guya ona əlillik təyin edilməsinə köməklik göstərəcəyi barədə yalandan bildirməklə görəcəyi işlə bağlı özünə inam yaradaraq, Zərərçəkmiş şəxs3 ilə razılaşmaqla sövdələşib, həmin adla 2022-ci ilin sentyabr ayı tarixində “Cəlilabad RMX” PHŞ-nin inzibati binasının həyətində 400 manat, 2022-ci ilin oktyabr ayı tarixində Cəlilabad şəhərində yerləşən çayxanaların birində 400 manat, 2023-cü ilin yanvar ayı tarixində “Cəlilabad RMX” PHŞ-nin inzibati binasının həyətində 200 manat pul vəsaitini Zərərçəkmiş şəxs3 alıb, əldə etdiyi ümumilikdə 1000 manat məbləğində pul vəsaitini özünün şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus cəmi 1000 (min) manat məbləğində pul vəsaitini ələ keçirib ona vahid niyyətlə ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 32.4,312.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, 2018-ci ildən DİN-in Cəlilabad regional mühafizə şöbəsinin mühafizəçisi vəzifəsində işləmiş, 2021-ci ilin sentyabr ayından isə Cəlilabad RMX PHŞ-nin giriş qapı postunda mühafizəni təşkil etmişdir. 2022-ci ilin dekabr ayında tutduğu vəzifədən azad edilmişdir. Zərərçəkmiş şəxs1 Cəlilabad RMX PHŞ-də xidmətdə olan zaman xəstəxananın Həkim-Məsləhət Komissiyasına bir neçə dəfə gəldiyi üçün orada tanımışdır. Onunla qohumluq əlaqələri, düşmənçilik və ya ədavəti yoxdur. 13 may 2022-ci il tarix saat 10 radələrində Zərərçəkmiş şəxs1 o xidmətdə olan zaman xəstəxananın həyətində ona yaxınlaşaraq Həkim-Məsləhət Komissiyasının sədri Şahid5 harada olduğunu soruşmuşdur. Şahid5 harada olduğu barədə məlumatı olmadığını bildirib nəyə görə Şahid5 axtardığını soruşmuşdur. Zərərçəkmiş şəxs1 əlillik qrupu təyin edilməsi üçün Həkim-məsləhət komissiyasına müraciət etsə də ona əlillik qrupu təyin edilməsindən imtina edildiyini ona bildirib ondan kömək istəmişdir. O 2000 manat pulun müqabilində Zərərçəkmiş şəxs1 əlillik qrupu təyin edilməsi üçün köməklik göstərə biləcəyini, həmin 2000 manatı Şahid5 verə biləcəyini və nəticədə ona əlillik qrupu təyin ediləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 2000 manat yox, bu işi görməyin müqabilində 1000 manat pulu ona verə biləcəyini demiş və onlar razılaşmışlar. Bundan sonra Zərərçəkmiş şəxs1lə telefon əlaqəsi saxlayaraq pulu götürmək üçün onun yaşadığı kəndə gələcəyini demişdir. Həmin gün xəstəxananın qarşısında dayanaraq fərdi qaydada sərnişin daşıma fəaliyyəti ilə məşğul olan Şahid2 idarə etdiyi ** BJ *** dövlət qeydiyyat nişanlı “Vaz2107” markalı avtomobilə əyləşib Cəlilabad rayonu Maşlıq kəndinə getmişdir. Həmin gün saat 19 radələrində Maşlıq kəndinə çatıb avtomobildən enib onu gözləyən Zərərçəkmiş şəxs1 və sonuncunun oğlu Şahid1 yaxınlaşmışdır. Orada 700 manat nağd pulu və əvvəlcədən Zərərçəkmiş şəxs1 xəstəliyinə dair olan, ondan istədiyi sənədlərin surətlərini Şahid1 yanında Zərərçəkmiş şəxs1 almışdır. Şahid2 isə avtomobildə əyləşib onu gözləmişdir. Şahid2 da onun Zərərçəkmiş şəxs1 pul aldığının şahidi olmuş və avtomobilə əyləşəndə də nəyə görə Zərərçəkmiş şəxs1 pul aldığını Şahid2 demişdir. Pulu aldıqda Zərərçəkmiş şəxs1 əlillik qrupu təyin edilməsi üçün həmin pulu Şahid5 verəcəyini demişdir. 23 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1lə bir daha telefon əlaqəsi saxlayaraq işin həlli müqabilində razılaşdıqları 300 manatı da sonuncudan tələb etmiş və həmin pulu almaq üçün onun yaşadığı kəndə gedəcəyini demişdir. Onlar razılaşmış və həmin gün xəstəxananın qarşısında dayanaraq fərdi qaydada sərnişindaşıma fəaliyyəti ilə məşğul olan Şahid2 idarə etdiyi ** BJ *** dövlət qeydiyyat nişanlı “Vaz2107” markalı avtomobilə əyləşib Cəlilabad rayonu Maşlıq kəndinə getmişdir. Həmin gün saat 18 radələrində Maşlıq kəndinə çatıb avtomobildən enib onu gözləyən Zərərçəkmiş şəxs1 və sonuncunun oğlu Şahid1 yaxınlaşmışdır. Orada 300 manat nağd pulu Şahid1 yanında Zərərçəkmiş şəxs1 almış, həmin vaxt Şahid2 isə avtomobildə əyləşib onu gözləmişdir. Şahid2 da onun Zərərçəkmiş şəxs1 pul aldığının şahidi olmuş və avtomobilə əyləşəndə də Zərərçəkmiş şəxs1 nəyə görə pul aldığını Şahid2 demişdir. Pulu aldıqda onlara əlillik qrupu təyin edilməsi üçün həmin pulu Şahid5 verəcəyini demişdir. Onlar isə nəyə görə indiyə qədər ona əlillik qrupu təyin edilmədiyini soruşduqda cavabında tələb olunan 1000 manat pulun Şahid5 verilmədiyinə görə Zərərçəkmiş şəxs1 əlillik qrupu təyin edilmədiyini demişdir. Ancaq Şahid5 Zərərçəkmiş şəxs1 əlillik qrupu təyin edilməsi üçün heç bir məbləğdə pul vəsaiti verməmişdir. Zərərçəkmiş şəxs1 ona əlillik dərəcəsi təyin etmək adı ilə 2000 manat pul tələb edəndə və 1000 manat pul alanda ona əlillik dərəcəsi təyin etdirmək niyyətində olmamışdır. Həmin vaxt şəxsi ehtiyacları üçün pul tələb olunduğundan Zərərçəkmiş şəxs1 aldadaraq ondan pul alıb imkanı olanda geri qaytarmağını fikirləşmişdir. Zərərçəkmiş şəxs1 aldığı 1000 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Hazırda Zərərçəkmiş şəxs1 almış olduğu 1000 manat pulu tam olaraq geri qaytarmışdır. Bundan başqa, Şahid4 Cəlilabad RMX PHŞ-də xidmətdə olan zaman xəstəxananın Həkim-məsləhət komissiyasına bir neçə dəfə gəldiyi üçün orada tanımışdır. Onunla qohumluq əlaqələri, düşmənçlik və ya ədavəti olmamışdır. 19 avqust 2022-ci il tarix səhər saatlarında xidmətdə olan zaman Şahid4 əlində sənədlərlə xəstəxananın Həkim-məsləhət komissiyası yerləşən binasından çıxdığını görüb ona yaxınlaşmışdır. Söhbət zamanı Şahid4 nəvəsinə əlillik dərəcəsi təyin edilməsi ilə bağlı HMK-ya gəldiyini və bu işdə çətinliklər yaşadığını demişdir. Həmin vaxt onun Şahid4 aldadaraq pulunu ələ keçirmək niyyəti yaranmışdır. Buna görə Şahid4 1000 manat pulun müqabilində Şahid4 nəvəsinə əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərə biləcəyini demişdir. Şahid4 onunla razılaşmış və üzərində həmin məbləğdə pul vəsaitinin olmadığı üçün onu yaşadığı Cəlilabad rayonu Ağdaş kəndindəki evinə dəvət etmişdir. Ertəsi gün səhər saatlarında Şahid4 yaşadığı evin həyətinə getmişdir. Həmin həyətdə onu Şahid4 və oğlu Zərərçəkmiş şəxs2 qarşılamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs2 ona 1000 manat pul vermişdir. Bundan sonra Şahid4 və Zərərçəkmiş şəxs2la söhbət etdikdən sonra çıxıb getmişdir. Zərərçəkmiş şəxs2 aldığı 1000 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs2 oğluna əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərə bilmək kimi səlahiyyəti və imkanları yoxdur. Şahid4la söhbət zamanı əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərə biləcəyi vədi ilə onu aldadaraq 1000 manat pulu ələ keçirmək niyyəti yaranmışdır. Hazırda Şahid4 almış olduğu 1000 manat pulu tam olaraq geri qaytarmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs3 Cəlilabad RMX PHŞ-də xidmətdə olan zaman xəstəxananın Həkim-məsləhət komissiyasına bir neçə dəfə gəldiyi üçün orada tanımışdır. Onunla qohumluq əlaqələri, düşmənçilik və ya ədavəti yoxdur. 2022-ci ilin sentyabr ayında Cəlilabad RMX PHŞ-nin həyətində olan zaman Zərərçəkmiş şəxs3 əlində sənədlərlə xəstəxananın Həkim-məsləhət komissiyası yerləşən binasından çıxdığını görüb ona yaxınlaşmışdır. Söhbət zamanı Zərərçəkmiş şəxs3 özünə əlillik dərəcəsi təyin edilməsi ilə bağlı HMK-ya gəldiyini və bu işdə çətinliklər yaşadığını demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs3 aldadaraq onun pulunu ələ keçirmək niyyəti yaranmışdır. Buna görə Zərərçəkmiş şəxs3 1000 manat pulun müqabilində ona əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərə biləcəyini demiş və sonuncu onunla razılaşmışdır. Razılaşmadan bir neçə gün sonra, 2022-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs3 Cəlilabad RMX-nin həyətinə gələrək ona 400 manat, bundan bir neçə gün sonra 2022-ci ilin oktyabr ayında Cəlilabad şəhərində yerləşən çayxanaların birində ona 400 manat, 2023-cü ilin yanvar ayında Cəlilabad RMXnin həyətində ona 200 manat, ümumilikdə 1000 manat pulu ona vermişdir. Zərərçəkmiş şəxs3 aldığı 1000 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs3 əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərə bilmək kimi səlahiyyəti və imkanları yoxdur. Zərərçəkmiş şəxs3lə söhbət zamanı əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərə biləcəyi vədi ilə onu aldadaraq 1000 manat pulu ələ keçirmək niyyəti yaranmışdır. Hazırda Zərərçəkmiş şəxs3 almış olduğu 1000 manat pulu tam olaraq geri qaytarmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldadaraq onun pulunu ələ keçirmək üçün guya ondan alacağı pulu Şahid5 verəcəyini və bunun müqabilində ona pensiya düzələcəyini deyib onun pulunu aldadaraq ələ keçirmişdir. Zərərçəkmiş şəxs1 pensiya təyin edilməsi ilə bağlı Şahid5 və ya digər şəxslərlə arasında heç bir söhbət və razılaşma olmamışdır. Zərərçəkmiş şəxs1 700 manat və 300 manat olmaqla ümumilikdə 1000 manat pulu aldığı hər iki vaxtda Şahid2 bunun şahidi olmuşdur. Şahid2 Zərərçəkmiş şəxs1 pensiya təyin edilməsinə köməklik göstərəcəyi müqabilində 1000 manat pul almağını desə də onun Zərərçəkmiş şəxs1 aldatmağını bilməmiş, dələduzluq etməyi barədə Şahid2 və ya digər şəxslərə heç bir məlumat verməmişdir. Törətdiiyi əməldən peşmandır. İlk dəfədir cinayət törədir, himayəsində 2 az yaşlı uşağı vardır, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam olaraq geri ödəmişdir, hazırda zərərçəkmiş şəxslərin ondan şikayət və tələbləri yoxdur. Qeyd edilənlərin nəzərə alaraq, onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 13 may 2022-ci il tarix saat 10 radələrində Cəlilabad RMX PHŞyə gedərək növbəti Həkim-Məsləhət Komissiyasından keçmək üçün xəstəxananın komissiyanın təşkil olunduğu otağa yaxınlaşanda qapının bağlı olduğunu görüb geri qayıtmışdır. Xəstəxananın həyətində Təqsirləndirilən şəxs yaxınlaşmışdır. Ondan Həkim- Məsləhət Komissiyasının sədri Yusif həkimin harada olduğunu soruşanda sonuncu ona Yusif həkimi nəyə görə axtardığını soruşmuşdur. Cavabında ona əlillik qrupu təyin edilməsi üçün Həkim-Məsləhət Komissiyasına müraciət etsə də ona əlillik qrupunun təyin edilmədiyi, yəni müraciətinə imtina gəldiyini, buna görə yenidən komissiyada iştirak etmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona komissiyanın formal təşkil olunduğunu rüşvət verilmədən əlillik qrupunun təyin edilmədiyini ona demişdir. Bundan əlavə ondan 2000 manat pul istəyərək həmin pulu Yusif həkimə verəcəyini və Yusif həkimin ona yenidən 2-ci qrup əlillik təyin edə biləcəyini əlavə etmişdir. Onunla razılaşmayanda 1000 manata da bu işi görə biləcəyini demişdir. Onlar razılaşmış və həmin gün saat 19 radələrində yaşadığı kəndə getmişdir. Təqsirləndirilən şəxs onun yanına qeydiyyat nömrə nişanını xatırlamadığı “Vaz 2107” markalı avtomobildə gəlmişdir. Tanımadığı bir nəfər kişi cinsli şəxs həmin avtomobili idarə edir, Təqsirləndirilən şəxs isə avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Təqsirləndirilən şəxs avtomobildən enib onun yanına yaxınlaşmışdır. O, 700 manat nağd pulu oğlu Şahid1 Sahib oğlunun yanında sayıb Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra 23 may 2022-ci il tarix saat 18 radələrində Təqsirləndirilən şəxs yenidən onun yaşadığı Maşlıq kəndində qeydiyyat nömrə nişanını xatırlamadığı “Vaz 2107” markalı avtomobildə gəlmişdir. Tanımadığı bir nəfər kişi cinsli şəxs həmin avtomobili idarə etmiş, Təqsirləndirilən şəxs isə avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Təqsirləndirilən şəxs avtomobildən enib onun yanına yaxınlaşmış və 300 manat nağd pulu oğlu Şahid1 Sahib oğlunun yanında sayıb Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra dəfələrlə Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlayaraq nəyə görə ona əlillik qrupunun təyin edilmədiyini soruşsa da Təqsirləndirilən şəxs cavabında ona verdiyi 1000 manat pulu Yusif həkimə verdiyini, sənədləşmə işində gecikmə olduğundan ona əlillik qrupunun təyin edilməsində çətinlik yarandığını və gözləmək lazım olduğunu demişdir. Bundan sonra dəfələrlə Təqsirləndirilən şəxsla əlaqə saxlasalar da onların zənglərinə cavab verməmişdir. Təqsirləndirilən şəxs onu aldadaraq pulunu ələ keçirdiyini başa düşmüş və bundan sonra Cəlilabad rayon prokurorluğuna şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ondan aldığı ümumilikdə 1000 manat pulu özünə qaytarmışdır. Onun hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 19 avqust 2022-ci il tarixdə atası Şahid4 övladı X5 əlillik dərəcəsi təyin edilməsi üçün zəruri olan tibbi sənədləri Cəlilabad RMX PHŞ-nin Həkim- Məsləhət Komissiyasına təqdim etmək üçün Cəlilabad RMX-ya getmişdir. Orada sonradan AR DİN-in Cəlilabad regional mühafizə şöbəsində mühafizəçi vəzifəsində xidmət edən Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs atasına yaxınlaşaraq 1000 manat pulun müqabilində oğluna əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərəcəyini bildirmişdir. Buna görə 20 avqust 2022-ci il tarix səhər saatlarında Təqsirləndirilən şəxs onların yaşadığı- Cəlilabad rayonu Ağdaş kəndində yerləşən evin həyətinə gəlmişdir. Orada 1000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pul verən zaman atası Şahid4 onun yanında olmuş və onlar üçü Təqsirləndirilən şəxsla söhbət etdikdən sonra həmin pulu sonuncuya vermişdir. Təqsirləndirilən şəxs tezliklə oğluna əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərəcəyini demişdir. Bir müddətdən sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək tezliklə işin düzələcəyini desə də sonradan Təqsirləndirilən şəxs onları aldadaraq pulunu ələ keçirdiyini başa düşmüşdür. Hazırda Təqsirləndirilən şəxs ondan aldığı ümumilikdə 1000 manat pulu özünə qaytarmışdır. Onun hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təxminən 5 ildir ki, ağciyərində olan problemlərlə bağlı ona sosial müavinət təyin edilmişdir. 2022-ci ildə ona təyin edilmiş sosial müavinətin ödənişi dayandırıldığı üçün ona əlillik təyin edilməsi ilə bağlı tibbi sənədləri toplayaraq Cəlilabad RMX PHŞ-nin Həkim-məsləhət komissiyasına təqdim etmişdir. 2022-ci ilin sentyabr ayı tarixində Cəlilabad RMX-nin HMK-ya yaxınlaşdıqda ona əlillik təyin edilməsi ilə bağlı müraciətə neqativ cavab gəlməsini öyrənmişdir. Cəlilabad RMX-nin inzibatı binasından çıxdıqda sonradan AR DİN-in Cəlilabad regional mühafizə şöbəsində mühafizəçi vəzifəsində xidmət edən Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs ona yaxınlaşaraq 1000 manat pulun müqabilində ona əlillik təyin edilməsində köməklik göstərəcəyini bildirmiş və sonuncu ilə razılaşmışdır. Buna görə aralarında olan razılaşmadan sonra, 2022-ci ilin sentyabr ayında Cəlilabad RMX-nin inzibatı binasının həyətində Təqsirləndirilən şəxs 400 manat, həmin ilin oktyabr ayında Cəlilabad şəhərində yerləşən çayxanaların birində 400 manat, 2023-cü ilin yanvar ayında isə Cəlilabad RMX-nin inzibatı binasının həyətində 200 manat, ümumilikdə 1000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs tezliklə ona əlillik təyin edilməsinə köməklik göstərəcəyini demişdir. Bir müddətdən sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək tezliklə işinin düzələcəyini desə də sonradan onu aldadaraq pulunu ələ keçirdiyini başa düşmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs ona qarşı etdiyi dələduzluq əməli barəsində Cəlilabad RPŞ-yə şikayət etmişdir. Təqsirləndirilən şəxs 400,400,200 manat, ümumilikdə 1000 manat pulu verəndə yanlarında ikisindən başqa heç kim olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ondan aldığı ümumilikdə 1000 manat pulu özünə qaytarmışdır. Onun hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında qismində şahid qismində dindirilmiş Şahid1 da atası Zərərçəkmiş şəxs1 ilə eyniməzmunlu ifadə verərək onun dediklərini təsdiqləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs ilə əvvəllər heç bir ədavət və düşmənçiliyi olmamışdır. Nəvəsi Elgün təxminən 3 ildir ki, xəstəliyi ilə bağlı pensiya alırmış. 2022-ci ilin yanvar ayında onun pensiyasına imtina gəlmiş və kəsilmiş. O, həmin pensiyanın bərpa olunmasından ötrü müraciət etmiş və yenə də imtina gəlmişdir. Bu iş üçün bir neçə dəfə Cəlilabad rayon mərkəzi xəstəxanasına da getmiş. Teymur orada mühafizəçi işləyirmiş və onunla həmin vaxt tanış olmuşdur. 19 avqust 2022-ci il tarixdə pensiya məsələsinə görə yenidən xəstəxanaya getmişdir. Teymur ona yaxınlaşmış və söhbət əsnasında pensiyanı bərpa elətdirə biləcəyini ona bildirmişdir. Ona inanmamışdır. Teymur ondan pensiyanın bərpasına görə 5000 manat pul istəmişdir. Onunla razılaşmamışdır. Belə olan halda Teymur həmin məbləği biraz da aşağı salmışdır. Nəticədə Teymur 1000 manat pulda dayanmış və həmin məbləğə nəvəsinin pensiyasını bərpa etdirəcəyini bildirmişdir. Həmin vaxt Teymur Elnur adlı şəxsi yanına çağırmış və onu evə aparmağını, ona 1000 manat pul verəcəyimi bildirmişdir. Elnur adlı şəxslə yaşadığı evə getmiş və yol haqqı kimi ona pul vermək istəmişdir. Elnur adlı şəxs Teymurun pulu ödədiyini bildirmiş və ondan pul götürməmişdir. Lakin, 1000 manat pulu Elnura verməmiş və o, çıxıb getmişdir. Həmin gün axşam Teymur ona zəng vurmuş və “fürsətdi ay Ayaz müəllim, niyə belə edirsən, 1000 manat nə puldur ki, sən onu vermirsən. 1000 manat pula heç kim pensiya bərpa elətdirə bilməz” deyə bildirmişdir. O, yenə onunla razılaşmamışdır. Həmin gün evdə nəvəsi Elgünün atası Ariz ona pulu vermək istədiyini bildirmişdir. O isə ona Teymura inanmadığını demişdir. 20 avqust 2022-ci il tarixdə, saat 09 radələrində Teymurun yaşadığı evə gəldiyini görmüşdür. Ona yox deməyinə baxmayaraq, o, 1000 manat pulu almağa gəlmişdir. Oğlu Ariz isə 1000 manat pulu düzəltdiyini, Teymura vermək istədiyini bildirmişdir. O da Arizə etiraz etməmişdir. Onun yanında Ariz 1000 manat pulu Teymura vermişdir. Bir müddət sonra o, Teymurun onları aldadaraq pulu ələ keçirdiyini başa düşmüş və bundan sonra Cəlilabad rayon prokurorluğuna şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Sonuncu 2018-2022-ci illərdə DİN-in Cəlilabad regional mühafizə şöbəsində mühafizəçi vəzifəsində işləmişdir. Oğlunun Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 əlillik dərəcəsi təyin etdirəcəi vədi ilə aldadaraq pullarını ələ keçirməsi barədə məlumatı vardır. Təqsirləndirilən şəxs şəxsi ehtiyacları üçün onların pullarını ələ keçirməsini bildirmişdir. Oğlunun cinayət əməlləri barədə sonradan məlumatı olmuşdur. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid5 ifadəsindən görünür ki, 30 iyul 2020-ci il tarixdən “Cəlilabad rayon mərkəzi xəstəxanası”Publik hüquqi şəxsin direktorunun inzibati məsələlər üzrə müavini və həkim-məsləhət komissiyasının sədri vəzifəsinə təyin olunmuşdur. Həkim-məsləhət komissiyasının sədri kimi vəzifəsi əlilliyin təyini ilə bağlı müraciət etmiş şəxslərin tibbi sənədlərini Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin Tibbi sosial ekspert komissiyasının elektron sisteminə daxil etməkdən ibarətdir. Təqsirləndirilən şəxs tanıyır. Sonuncu ilə qohumluq əlaqələri, düşmənçilik və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs DİN-in Cəlilabad regional mühafizə şöbəsinin mühafizəçisi vəzifəsində işləyir və Cəlilabad RMX PHŞ-nin giriş qapı postunda mühafizəni təşkil edir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldadaraq 1000 manat pulunu ələ keçirməyi barədə məlumatı var. Bu barədə başqa heç bir məlumatı yoxdur. Zərərçəkmiş şəxs1 ona əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı 3 dəfə Cəlilabad RMX PHŞ-nin Həkim-məsləhət komissiyasına müraciət etmiş və onun tibbi sənədləri tərəfindən Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin Tibbi sosial ekspert komissiyasının elektron ünvanına göndərilmişdir. Buna baxmayaraq ona əlillik dərəcəsi təyin edilməmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onu aldadaraq 1000 manat pulunu ələ keçirməyi ilə bağlı Cəlilabad rayon prokurorluğuna yazmış olduğu şikayət ərizəsi ilə ibtidai araşdırma zamanı tanış olduqdan sonra bu barədə məlumatı olmuş, əlavə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, özünə məxsus ** BJ *** dövlət qeydiyyat nişanlı, “Vaz 2107” markalı avtomobillə fərdi qaydada sərnişindaşıma fəaliyyəti ilə məşğul olur və adətən müştərilərini Cəlilabad RMX PHŞ-nin giriş qapısının qarşısında dayanmaqla gözləyir. Xəstəxananın qarşısında avtomobillə dayanan zaman həmin xəstəxananın giriş qapısında dayanaraq mühafizə xidmətini təşkil edən Cəlilabad regional mühafizə şöbəsinin mühafizəçisi Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxsla münasibətləri yaxşı olmuş, onunla qohumluq əlaqələri, düşmənçilik və ya ədavəti yoxdur. 13 may 2022-ci il tarix saat 19 radələrində Təqsirləndirilən şəxs xəstəxananın qarşısında dayanıb müştəri gözləyən zaman gəlib atvomobilin ön sərnişin oturacağında əyləşib onu Cəlilabad rayonu Maşlıq kəndinə aparmasını istəmişdir. Təqsirləndirilən şəxs Maşlıq kəndinə aparmış və sonuncu avtomobildən enib onu gözləyən iki nəfər şəxsə yaxınlaşmışdır. Təqsirləndirilən şəxs həmin şəxslərlə bir neçə dəqiqə söhbət etdikdən sonra onların arasında yaşlı olan şəxsin müəyyən məbləğdə pulu sayaraq və bir neçə ədəd kağızı Təqsirləndirilən şəxs verdiyini görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs gəlib avtomobilə əyləşmişdir. Təqsirləndirilən şəxs həmin şəxslərin kim olduğunu və nəyə görə onlarla görüşdüyünü soruşmuşdur. Təqsirləndirilən şəxs cavabında görüşdüyü şəxslərin onun tanışları Zərərçəkmiş şəxs1 və Şahid1 olduqlarını və Zərərçəkmiş şəxs1 700 manat pul və tibbi sənədlər aldığını demişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin şəxslərin sonuncunun tanışı olduğunu və onlarla danışığının öz aralarında olduğunu və ona aid olmadığını bildirmişdir. Bundan sonra həmin şəxslər barəsində daha Təqsirləndirilən şəxs sual verməmişdir. Təqsirləndirilən şəxs avtomobilə əyləşdikdən sonra onlar Cəlilabad şəhərinə qayıtmışlar. Bundan başqa, 23 may 2022-ci il tarix saat 18 radələrində Təqsirləndirilən şəxs xəstəxananın qarşısında dayanıb müştəri gözləyən zaman gəlib avtomobilin ön sərnişin oturacağında əyləşib onu Cəlilabad rayonu Maşlıq kəndinə aparmasını istəmişdir. Təqsirləndirilən şəxs Maşlıq kəndinə aparmış və avtomobildən enib onu gözləyən iki nəfər şəxsə yaxınlaşmışdır. Diqqətlə həmin şəxslərə baxdıqda onların Zərərçəkmiş şəxs1 və Şahid1 olduqlarını bilmişdir. Təqsirləndirilən şəxs həmin şəxslərlə bir neçə dəqiqə söhbət etdikdən sonra Zərərçəkmiş şəxs1 müəyyən məbləğdə pulu sayaraq Təqsirləndirilən şəxs verdiyini görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs gəlib avtomobilə əyləşmişdir. Təqsirləndirilən şəxs nəyə görə həmin şəxslərlə görüşdüyünü soruşmuş, sonuncu cavabında görüşdüyü şəxslərin onun tanışları Zərərçəkmiş şəxs1 və Şahid1 olduqlarını və Zərərçəkmiş şəxs1 300 manat pul aldığını demişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin şəxslərin sonuncunun tanışı olduğunu və onlarla danışığının öz aralarında olduğunu və ona aid olmadığını bildirmişdir. Bundan sonra həmin şəxslər barəsində daha Təqsirləndirilən şəxs sual verməmişdir. Təqsirləndirilən şəxs avtomobilə əyləşdikdən sonra onlar Cəlilabad şəhərinə qayıtmışlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 əvvəlcə 700, sonra isə 300, ümumilikdə isə 1000 manat pul almasının şahidi olmuşdur. Ancaq, Təqsirləndirilən şəxs ona həmin pulu nəyə görə aldğını deməmişdir. Baş vermiş hadisə barədə başqa məlumatı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş diskə baxış aparılması haqqında protokoldan görünür ki, həmin səs yazıları dinlənilən zaman Təqsirləndirilən şəxs əvvəllər bu işləri gördüyünü, hətta yaxın adamlarına da bu işi gördüyünü, tezliklə onun işinin düzələcəyi, pul barədə narahat olmaması, işi alınmasa “O” adamdan pulunu alaraq geri qaytaracağı və s. barədə səs yazıları aşkar edildi. Ekran görüntüsünün saxlanılması barədə fotoşəkildə isə tətbiqin “Temur” adlı istifadəçisi ilə “kod”un verilməsi barədə ismarışları aşkar edildi. Cinayət işinin materiallarına əlavə edilmiş diskə baxış aparılması haqqında protokoldan görünür ki, həmin videogörüntüdə Təqsirləndirilən şəxs Şahid4la stol arxasında əyləşib söhbət etmələri görünür. Bundan başqa həmin qovluqda ekran görüntüsünün saxlanması barədə “Screenshot_20221008-123130” adlı fayla daxil olduqda həmin fotoşəkildə Təqsirləndirilən şəxs Şahid4la stol arxasında əyləşmələri görünür. Bundan başqa, həmin qovluqda 5575 kb ölçüdə, 5 dəq. 48 san. uzunluqda “Səs 009_sd” adlı, 15434 kb ölçüdə, 16 dəq. 08 san. uzunluqda “Səs 016_sd” adlı, 4473 kb ölçüdə, 4 dəq. 39 san. uzunluqda “Səs 018_sd” adlı, 1802 kb ölçüdə, 1 dəq. 51 san. uzunluqda “Səs 019_sd” adlı, 6244 kb ölçüdə, 6 dəq. 30 san. uzunluqda “Səs 020_sd” adlı, 7298 kb ölçüdə, 7 dəq. 36 san. uzunluqda “Səs 021_sd” adlı, 3103 kb ölçüdə, 3 dəq. 13 san. uzunluqda “Səs 022_sd” adlı, 13190 kb ölçüdə, 13 dəq. 47 san. uzunluqda “Səs 023_sd” adlı səs yazıları aşkar edildi. Həmin səs yazıları dinlənildikdə Təqsirləndirilən şəxs Şahid4la sonuncunun nəvəsinə əlillik təyin edilməsi barədə danışıqları aşkar edildi. Danışıqlar zamanı Şahid4 nəvəsinə əlillik təyin edilməsinə görə yaşadıqları evin həyətində ona 1000 manat pul verməsi, Təqsirləndirilən şəxs isə onun dediklərini təsdiqləməsi, tezliklə nəvəsinə əlilliyin təyin ediləcəyi, əks halda pulu ona geri qaytaracağı barədə yazılar aşkar edildi. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməyib. Cinayət işi materiallarına əlavə edilmiş Cəlilabad rayon Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Cəfərov X2 rayonu Şiləvəngə kəndində ailəsi ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü İnci Cəfərova və xx.xx.2020-ci il təvəllüdlü Ehtiram Cəfərli adlı iki az yaşlı uşaqları vardır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün tam etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materiallarında olan digər sübutlarla təkrarən (ümumilikdə 3 epizod üzrə) aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını - 3.000 manat pulu ələ keçirib ziyan vurmaqla dələduzluq cinayətini, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə vahid niyyətlə qeyrisini təhrik etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 178.2.2 və 32.4,312.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti tam etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, evli olmasını, öhdəsində iki azyaşlı uşağı olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını və vurulmuş maddi zərəri tamamilə ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, bütün bunları nəzərə alaraq və xüsusilə ümümbəşəri idealları, insan hüquqları və azadlıqlarının qorunması kimi dəyərləri və insanpərvəlik ənənələrini davam etdirərək, qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəyinə ümid edərək, cinayət-hüquq siyasətini həyata keçirərək, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, təqsirləndirilən şəxsin öz əməllərinin nəticələrini dərk edərək islah olunacağına inanaraq, humanizm və mərhəmət prinsiplərini rəhbər tutaraq, iş üzrə cəzanı yüngülləşdirə halların olmasını, ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilən cəzaları qismən toplamaq yolu ilə ona, qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini qanuni, ədalətli və əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. 21 fevral 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla maddi sübut qismində tanınaraq cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilən Təqsirləndirilən şəxsla arasında danışıqlar mövcud olan 1 ədəd CD disk, eləcə də həmin qərarla maddi sübut qismində tanınaraq cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilən Təqsirləndirilən şəxs və atası Şahid4 arasında görüntülər və danışıqlar mövcud olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə... HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 32.4,312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.2.2 -ci maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 32.4.312.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, qəti olaraq Təqsirləndirilən şəxs 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad rayonu Şiləvəngə kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. 21 fevral 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla maddi sübut qismində tanınaraq cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilən Təqsirləndirilən şəxsla arasında danışıqlar mövcud olan 1 ədəd CD disk, eləcə də həmin qərarla maddi sübut qismində tanınaraq cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilən Təqsirləndirilən şəxs və atası Şahid4 arasında görüntülər və danışıqlar mövcud olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-61/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-61/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver