Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-61/2024 24.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi Atamoğlan oğlunun iştirakı ilə 15 avqust 1976-cı ildə Cəlilabad rayonu Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu Təzəkənd kəndində qeydiyyatda olan və həbs olunana kimi həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, bu iş üzrə 15 mart 2024-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 16 aprel 2021-ci il tarixdən başlayaraq 22 aprel 2005-ci il təvəllüdlü Kamran İbrahimov və 18 sentyabr 2013-cü il təvəllüdlü Nəzrin İbrahimlinin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 2(008)-3527/2021 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Cəlilabad Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 28 iyun 2022-ci il tarixdə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 21 noyabr 2022-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 31 may 2023-cü il tarixədək Zərərçəkmiş şəxs 8.750 (səkkiz min yeddi yüz əlli) manat məbləğində aliment borcunu ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2004-cü ildə evlənmişdir. Rəsmi nikaha daxil olmamışlar. Birgə nikahlarından 22 aprel 2005-ci il təvəllüdlü Kamran İbrahimov və 18 sentyabr 2013-cü il təvəllüdlü Nəzrin İbrahimli doğulmuşdur. Evləndikdən sonra Günay ilə mehriban ailə şəraitində yaşasalar da sonradan münasibətləri pozulmuşdur. Odur ki, Günay aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh kimi ondan 22 aprel 2005-ci il təvəllüdlü X1 və 18 sentyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment alınıb Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Bu barədə icra sənədi Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə icraya yönəldilmişdir. İcra Şöbəsində həmin icra sənədinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Qalıq aliment borcunu vaxtında ödəmədiyindən dəfələrlə icra şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra şöbəsinin protokoluna əsasən Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcu ödəməyi barədə bildiriş verilmişdir. Hazırda iş üzrə 8.750 (səkkiz min yeddi yüz əlli) manat olan aliment borcunu Zərərçəkmiş şəxs tam ödəmişdir. Ona görə də bunu nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 2004-cü ildə evlənmişdir. Rəsmi nikaha daxil olmamışlar. Birgə nikahdan 22 aprel 2005-ci il təvəllüdlü Kamran İbrahimov və 18 sentyabr 2013-cü il təvəllüdlü Nəzrin İbrahimli doğulmuşdur. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan İmran uşaqları ilə maraqlanmamışdır. Həmçinin bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Odur ki, aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 22 aprel 2005-ci il təvəllüdlü X1 və 18 sentyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment alınıb ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs ötən müddətdə barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş alimenti vaxtında ödəməmişdir. Təqsirləndirilən şəxs ev ustası işləyir. Aylıq 1.000 manata yaxın qazanc əldə edir. Qazancını özünə xərcləyir. Uşaqlar böyüdüyündən maddi tələbatları da xeyli artmışdır. Təkbaşına uşaqların zəruri xərclərini ödəməkdə çətinlik çəkir. İcra məmurlarına müraciət edərək alimentin alınmasına köməklik etmələrini xahiş etsə də nəticəsi olmamışdır. İcra məmurları dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən iş üzrə olan 8.750 (səkkiz min yeddi yüz əlli) manat aliment borcu ona tam şəkildə ödənilmişdir. Ona görə də bunun nəzərə alınmasını xahiş edir. Şahid – Şahid2 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru vəzifəsində işləyir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(008)-3527/2021 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. İcra vərəqəsi icraata qəbul edilərək icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt verilmişdir. Lakin Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilərək Azərbaycan Respublikası İXM-nın 528.1ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Cəlilabad Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 3(073)-466/2022 saylı qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmiş və məhkəmə qətnaməsini icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Cəlilabad Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli 8(073)-130/2022 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs icra vərəqəsinə əsasən aliment borcundan ödəniş etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə 8.750 manat borcu yaranmışdır. Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və təqdimat verilən 31 may 2023-cü il tarixədək məhkəmə qətnaməsini icra etmədiyindən sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru vəzifəsində işləyən Şahid1 da eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmuyu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinə əsasən iş üzrə hesablanmış 8.750 (səkkiz min yeddi yüz əlli) manat aliment borcunu ona tam şəkildə ödədiyini bildirmiş və bunun nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə özünü təqsirli bildiyini, əməlindən peşman olmasını, hal-hazırda məhkəmə qətnaməsi ilə hesablanmış 8.750 (səkkiz min yeddi yüz əlli) manat aliment borcunu tam şəkildə ödədiyini bildirmişdir. Ona görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin «Qeyd» hissəsinə əsasən cinayət məsuliyyətdən azad olunmasını və işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin «Qeyd» hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs qanuni qüvvəsini almış məhkəmə qətnaməsini tam icra eməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin «Qeyd» hissəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin «Qeyd» hissəsinə əsasən cinayət məsuliyyətdən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad edilsin. Qərar 20 gün müddətinə qanuni qüvvəsini alır, qərardan elan olunduğu andan 20 gün müddətinə Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-61/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-61/2024
24.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver