Məhkəmə qərarları › İş №1(073)-63/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-63/2024

05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-63/2024 05.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Lənkəran rayonunun Veravul kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonunun Veravul kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 24 noyabr 2023-cü ildə saat 09:20 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz E270 CDİ” minik markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara-İran sərhədi yolunun Cəlilabad rayonu ərazisindən keçən 113,8-ci km-də Ələt qəsəbəsi istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, qarşıda sağ zolaqla yük avtomobilin hərəkətdə olmasını nəzərə alaraq vaxtında avtomobilin sürətini azaltmalı, hərəkətdə olan yük avtomobili ilə təhlükəsiz ara məsafəsi saxlamaqla hərəkətini davam etdirməli, lazım gələrsə sola doğru təhlükəsiz manevr aparmaqla yük avtomobilini sol tərəfindən ötüb keçməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, eyni istiqamətdə sağ zolaqla hərəkətdə olan Şahid1 idarə etdiyi “Kamaz 6520-6041-53” yük markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə arxadan çırpılmış, nəticədə ehtiyyatsızlıqdan “Mercedes Benz E270 CDİ” minik markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs alın sümüyünün basılmış qəlpəli və burun sümüyünün yerini dəyişən qəlpəli sınığı, alın nahiyyəsində əzilmiş yara, boyun fəqərələrində çoxsaylı çıxıqlar kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, özünə məxsus “Mercedes Benz E270” minik markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobili olmaqla, həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi vardır. 24 noyabr 2023-cü ildə saat 09:20 radələrində idarə etdiyi “Mercedes Benz E270” minik markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomaşınla Ələt-Astara yolu ilə üzü Ələt qəsəbəsi istiqamətdə hərəkətdə olmuşdur. Yolun Cəlilabad rayonu ərazisindən keçdikdə ani olaraq idarə etdiyi avtomaşının qabaq sağ hissəsi sağ zolaqda hərəkətdə olan “Kamaz 6520-6041-53” yük markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomaşına arxadan çırpılmışdır. Hadisə zamanı avtomaşında olan sərnişin Zərərçəkmiş şəxs xəsarət almışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış və ona vurduğu ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, 24 noyabr 2023-cü ildə saat təxminən 09:20 radələrində tanışı Elçinin idarə etdiyi “Mercedes Benz E270” minik markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomaşınla Ələt-Astara yolu ilə üzü Ələt qəsəbəsi istiqamətdə hərəkətdə olmuşlar. Yolda ani olaraq Elçinin idarə etdiyi “Mercedes Benz E270” minik markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomaşın sağ zolaqla hərəkətdə olan “Kamaz 6520-6041-53” yük markalı avtomaşına arxadan çırpıldığını hiss etmişdir. Hadisə zamanı ağır xəsarət almışdır. Hazırda ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Təqsirləndirilən şəxsi bağışlamış və onunla barışmışlar. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hal-hazırda "xxxx" MMC-də sürücü kimi işləyir. "xxxx" MMC-yə məxsus “Kamaz 6520-6041-53” yük markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi vardır. Lənkəran rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 24 noyabr 2023-cü ildə saat təxminən 09:20 radələrində idarə etdiyi “Kamaz 6520-6041-53” yük markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomaşınla Ələt-Astara yolu ilə üzü Ələt qəsəbəsi istiqamətdə sağ zolaqla hərəkətdə olmuşdur. Cəlilabad rayonu ərazisindən keçdikdə ani olaraq arxadan tapılltı səsi eşitmiş, avtomaşını saxlayıb, sükan arxasından düşdükdən sonra “Mercedes Benz E270” minik markalı avtomobilin qabaq sağ hissəsinin yük avtomaşının qoşqusuna arxadan çırpıldığını görmüşdür. Daha sonra minik avtomobilində olan xəsarət almış sərnişinə yardım etmişdir. Hadisə zamanı yük avtomaşınında tək olmaqla xəsarət almamışdır. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 24 noyabr 2023-cü ildə saat təxminən 09:20 radələrində tanışı Elçinin idarə etdiyi “Mercedes Benz E270” minik markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomaşınla Ələt-Astara yolu ilə üzü Ələt qəsəbəsi istiqamətdə hərəkətdə olmuşlar. Yolun Cəlilabad rayonu ərazisindən keçən hissəsində ani olaraq Elçinin idarə etdiyi “Mercedes Benz E270” minik markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomaşın sağ zolaqla hərəkətdə olan “Kamaz 6520-6041-53” yük markalı avtomaşına arxadan çırpıldığını hiss etmişdir. Hadisə ilə əlaqədar şikayəti yoxdur. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 tərəfindən verilmiş 20 dekabr 2023-cü il tarixli, 1372 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində alın sümüyünün basılmış qəlpəli və burun sümüyünün yerini dəyişən qəlpəli sınığı, alın nahiyyəsində əzilmiş yara, boyun fəqərələrində çoxsaylı çıxıqlar müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 24 noyabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27 dekabr 2023-cü il tarixli, 8/3589 saylı rəydən görünür ki, “Mercedes Benz E270” minik markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uygunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə, onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan DİN-in BDYPİ-nin QİS-in 11 dekabr 2023-cü il tarixli 3-13-16/2-171886/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci ildə AE serialı 432083 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və sürücülük hüququndan məhrum edilənlər siyahısında olmadığı müəyyən olunmuşdur. İşdə olan Cəlilabad RMX-nın 24 noyabr 2023-cü il tarixli 354 nömrəli tibbi müayinə aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdıqlarını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını göstərərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdıqlarını, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını göstərərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və onu cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi, onun ərizəsində göstərdiyi halları, eləcə də zərərçəkmiş şəxsin ərizəsini və digər iş materiallarını nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə əsasən (20 oktyabr 2017-ci il tarixli 816-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 noyabr 2017-ci il, № 247) ilə 263-cü maddənin “Qeyd” hissəsinə yeni məzmunda 2-ci bənd əlavə edilmişdir) bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə ekspertiza xərci olan 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan “Mercedes Benz E270 CDİ” minik markalı, ** MC *** dövlət qeydiyyat nişanlı və “Kamaz 6520-6041-53” yük markalı, ** JD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin ibtidai istintaq zamanı qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətdən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza xərci olan 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan “Mercedes Benz E270 CDİ” minik markalı, ** MC *** dövlət qeydiyyat nişanlı və “Kamaz 6520-6041-53” yük markalı, ** JD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin ibtidai istintaq zamanı qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar