Məhkəmə qərarları › İş №1(073)-63/2025

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-63/2025

29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-63/2025 29.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakı ilə xx xxxxxxxx 1980-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işsiz, Cəlilabad şəhəri, E.Şükürlü küçəsi, ev 87-də qeydiyyatda olmaqla yaşamış, barəsində Cəlilabad rayon məhkəməsinin 26 fevral 2025-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri dəyişdirilərək polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən 01 ədəd 39733 nömrəli, zavod üsulu ilə 1941-ci ildə İtaliya dövlətində istehsal edilmiş 9 mm kalibrli, 1934cü il modelli, atəşə yarasız, yivli odlu silah olan BERETTA modelli tapançanı qanunsuz olaraq əldə edib daşıyaraq ünvan 1 ünvanında yerləşən yaşadığı fərdi yaşayış evinin yataq otağındakı çarpayının üzərində olan döşəyin altında saxlamış, 24 fevral 2025-ci il tarixdə, saat 15:20-də Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən Cəlilabad şəhəri ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq oldu silah və onun komplekt hissəslərini əldə etməkdə, saxlamaqda və daşımaqda şübhəli olduğu üçün Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən “İran Bazarı” adlanan ərazidə saxlanılmış və onun yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin yataq otağında olan çarpayının üzərindəki döşəyin altından həmin 01 ədəd yivli odlu silah olan 39733 nömrəli, 9 mm kalibrli BERETTA modelli tapança aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ünvan 3 ünvanda yaşayır. Tutulmamişdan təxminən 3-4 ay əvvəl hər zaman olduğu kim atasının qəbirinin üstünü təmizləməyə getmişdir. Orada olan kol-kosu, xırdabudaq parçalarını yığaraq qırağda yandırarkən yerdə paket görüş, ona çox maraqlı gəlmiş, paketi açıb içinə baxdıqda tapança olduğunu görmüşdür. Tapançanı əlinə götürəndə darağının və güllələrinin olmadığını, lüləsinin və lülə örtüyünün əyri olduğunu, lülə örtüyünün hərəkət etmədiyini görmüş və əmin olmuşdur ki, silah yarasızdır. Həmin vaxt bir qədər kənarda başqa məzarlıqları ziyarət edən bir qurup insan görmüş və ona görə də sonradan onun silahı kimi düşünərlər deyə tapançanı orada saxlamağa qorxmuşdur. Silahı orda qazıb bastırmağa şərait olmamış, çünki hər hansı bir uşaq və ya başqa bir şəxs də asanlıqla tapa bilərmiş. Silahı tullamaqdan və ya kanala atmaqdansa dövlətə orqanlarına təhvil verməyin daha doğru olduğunu düşünmüşdür. Bundan sonra silahı tanış polis vasitəsilə təhvil verməyi düşünmüşdür. Onun silahı təmir etmək fikri olmamış, polisə təhvil verməsinin doğru olduğunu düşünmüşdür. Ondan sonra o, sadəcə tanış polis nəfəri istəyirmiş ki tapsın və odlu silahı polisə təhvil versin. O, silahı tapdıqdan sonra bir neçə müddət evdə saxlamışdər. Üstündən bir mddət keçəndən sonra onu polis əməkdaşları saxlamış və onda odlu silahın olub olmamasını soruşmuşlar. O, da, etiraf etdiyindən onu Cəlilabad RPŞ-yə gətirmişlər. Sonra Polis əməkdaşları ilə yaşadığı ünana gedərək evdə videoçəklişlə bir neçə polis əməkdaşlarının iştrakları ilə odlu silahı təhvil vermişdir. O, silahı təmir etməyə cəhd etməmişdir. Hazırda o, qeyd olunan ittiham üzrə özünü təqsirli bilmir. Qeyd olunanları nəzərə alaraq o, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Cəlilabad RPŞ-nin Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs ilə ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində qanunusuz olaraq odlu silah, onun komplekt hissələrinin dövriyyəsi ilə məşğul olması, yəni qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və yaşadığı evdə saxlaması barədə 24 fevral 2025-ci il tarixdə ona daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi məqsədilə həmin tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmri ilə o, Cəlilabad RPŞnin PPXB-nin polis nəfərləri Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən yerlər müəyyən edilmişdir. 24 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Cəlilabad şəhəri, İran Bazarı adlanan ərazidə piyada hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 5-10 dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində odlu silah və onun komplekt hissələrinin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib ondan üzərində, yaşadığı evdə odlu silah və onun komplekt hissələrinin olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində odlu silah və onun komplekt hissələrinin olmamasını, lakin yaşadığı evdə bir ədəd odlu silah, tapança saxladığını bildirmişdir. Bundan sonra müvafiq sənədlərin tərtib edilməsi zərurəti yarandığından Təqsirləndirilən şəxsna təklif edilmişdir ki, onlarla birlikdə Cəlilabad rayon polis şöbəsinə gəlsin. Təqsirləndirilən şəxs onların dəvətinə etiraz etməyərək onlarla birlikdə Cəlilabad rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində müvafiq sənədlər tərtib edilmişdir. Bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi üçün əməliyyat qrupunun üzvləri, müstəntiq və Cavidlə birlikdə yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında videoçəkiliş aparılmaqla onun evinə baxış keçirilməsinə başlanılmışdır. Fərdi yaşayış evinə baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə hər hansı bir etirazının olubolmamasını soruşulmuş və Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, otağa daxil olub tapançanı təqdim etsin. İştirakçılarla birlikdə qeyd olunan otağa daxil olduqdan sonra Təqsirləndirilən şəxs həmin tapançanı harada saxlaması soruşulmuş və bu zaman Təqsirləndirilən şəxs otaqda olan çarpayının üzərindəki döşəyi qaldıraraq altındakı bir ədəd tapançanı təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd tapança ekspertizaya təqdim edilməsi üçün bir ədəd zərfdə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra baxış keçirilməsi və götürmə haqqında protokol tərtib edilmiş və həmin protokola imza etmişdir. Sorğu zamani Təqsirləndirilən şəxs təxminən 3-4 ay əvvəl qəbristanlıqda atasının qəbrinin üzərini təmizləyib zibilləri yandırdığı zaman yerdə paket gördüyünü, paketi açdıqda içərisindən həmin tapançanı tapdığını, üzərində gülləsi və sandığı olmadığını, polis orqanına təhvil vermək üçün götürüb özündə saxladığını, indiyədək bir tanış adam tapa bilmədiyi üçün təhvil verə bilmədiyini və tapançadan istifadə etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad Rayon Plis X4 Xidmətinin polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs ilə ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində qanunusuz olaraq odlu silah, onun komplekt hissələrinin dövriyyəsi ilə məşğul olması, əldə etməsi, üzərində gəzdirməsi, daşıması və yaşadığı evdə saxlaması barədə 24 fevral 2025ci il tarixdə ona daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi məqsədilə həmin tarixdə Cəlilabad Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmri ilə o, Cəlilabad RPŞ-nin Cəlilabad Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən yerlər müəyyən edilmişdir. 24 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Cəlilabad şəhəri, İran Bazarı adlanan ərazidə piyada hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 5-10 dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində odlu silah və onun komplekt hissələrinin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib ondan üzərində, yaşadığı evdə odlu silah və onun komplekt hissələrinin olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində odlu silah və onun komplekt hissələrinin olmamasını, lakin yaşadığı evdə bir ədəd odlu silah, tapança saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təklif edimiş ki, onlarla birlikdə Cəlilabad rayon polis şöbəsinə gəlsin. Təqsirləndirilən şəxs onların dəvətinə etiraz etməyərək onlarla birlikdə Cəlilabad rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi üçün əməliyyat qrupunun üzvləri, müstəntiq və Cavidlə birlikdə yaşadığı ünvana gediblər. Fərdi yaşayış evinə baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə hər hansı bir etirazının olub-olmamasını soruşulmuş və Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, otağa daxil olub tapançanı təqdim etsin. İştirakçılarla birlikdə qeyd olunan otağa daxil olduqdan sonra Təqsirləndirilən şəxs həmin tapançanı harada saxlaması soruşulmuş və bu zaman Təqsirləndirilən şəxs otaqda olan çarpayının üzərindəki döşəyi qaldıraraq altındakı bir ədəd tapançanı təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd tapança ekspertizaya təqdim edilməsi üçün bir ədəd ağ zərfdə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra baxış keçirilməsi və götürmə haqqında protokol tərtib edilmiş və həmin protokola imza etmişdir. Soruşduqda Təqsirləndirilən şəxs bildirmişdir ki. təxminən 3-4 ay əvvəl qəbristanlıqda atasının qəbrinin üzərini təmizləyib zibilləri yandırdığı zaman yerdə paket gördüyünü, paketi açdıqda içərisindən həmin tapançanı tapdığını, üzərində gülləsi və sandığı olmadığını, polis orqanına təhvil vermək üçün götürüb özündə saxladığını, indiyədək bir tanış adam tapa bilmədiyi üçün təhvil verə bilməmiş və tapançadan istifadə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad Rayon Polis X4 Xidmətinin polis nəfəri Şahid3 ifadəsində göstərdi ki, Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs ilə ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində qanunusuz olaraq odlu silah, onun komplekt hissələrinin dövriyyəsi ilə məşğul olması, əldə etməsi, üzərində gəzdirməsi, daşıması və yaşadığı evdə saxlaması barədə 24 fevral 2025ci il tarixdə ona daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi məqsədilə həmin tarixdə Cəlilabad Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmri ilə o, Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 24 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Cəlilabad şəhəri, İran Bazarı adlanan ərazidə piyada hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 5-10 dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində odlu silah və onun komplekt hissələrinin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib ondan üzərində, yaşadığı evdə odlu silah və onun komplekt hissələrinin olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində odlu silah və onun komplekt hissələrinin olmamasını, lakin yaşadığı evdə bir ədəd odlu silah, tapança saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təklif edimiş ki, onlarla birlikdə Cəlilabad rayon polis şöbəsinə gəlsin. Təqsirləndirilən şəxs onların dəvətinə etiraz etməyərək onlarla birlikdə Cəlilabad rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi üçün əməliyyat qrupunun üzvləri, müstəntiq və Cavidlə birlikdə yaşadığı ünvana gediblər. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında videoçəkiliş aparılmaqla onun evinə baxış keçirilməsinə başlanılmışdır. Fərdi yaşayış evinə baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə hər hansı bir etirazının olubolmamasını soruşulmuş və Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, otağa daxil olub tapançanı təqdim etsin. İştirakçılarla birlikdə qeyd olunan otağa daxil olduqdan sonra Təqsirləndirilən şəxs həmin tapançanı harada saxlaması soruşulmuş və bu zaman Təqsirləndirilən şəxs otaqda olan çarpayının üzərindəki döşəyi qaldıraraq altındakı bir ədəd tapançanı təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd tapança ekspertizaya təqdim edilməsi üçün bir ədəd ağ zərfdə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra baxış keçirilməsi və götürmə haqqında protokol tərtib edilmiş və həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxs təxminən 3-4 ay əvvəl atasının qəbri yerləşən qəbristanlıqda atasının qəbrinin üzərini təmizləyib zibilləri yandırdığı zaman yerdə paket gördüyünü, paketi açdıqda içərisindən həmin tapançanı tapdığını, üzərində gülləsi və sandığı olmadığını, polis orqanına təhvil vermək üçün götürüb özündə saxladığını, indiyədək tanış polis tapa bilmədiyi üçün təhvil verəmiş və tapançadan istifadə etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə ittiham hökmü çıxarılmasına əsas vermir və AR CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyi üçün ona həmin ittiham üzrə bəraət verilməlidir. Məhkəmə, məhkəmə istintaqında araşdırılmış sübutlara, o cümlədən təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinə hüquqi qiymət verib Təqsirləndirilən şəxs CMin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyinin sübuta yetirilmədiyi nəticəsinə gəlir. Belə ki, iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ətafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçrilməsinə icazə verliməsi barədə 24 fevral 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.1980-ci ildə ünvan 4 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və onun komplekt hissələrinin əldə edib üzərində daşıması və yaşadğı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçrilməsinə icazə verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçrilməsi haqqında 24 fevral 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası qanunverilciliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçrilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərər alaraq xx.xx.1980-ci ildə ünvan 5 ünvanda qeydiyyatda olmaqla yaşayan Niftioğl uCavid Mirazğa oğlunun ətrafında əməliyyat-axtarış tədbirlərikeçrilməsi üçün əməliyyat qurupu yaradılmışdır. İş materiallarına əlavə edilmiş 24 fevral 2025-ci il tarixli “baxış keçirilməsi və götürmə” haqqında protokoldan və protokola əlavə edilmiş həmin istintaq hərəkətinin video görüntüsündən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağındakı çarpayının üzərində olan döşəyin altından 1 ədəd üzərində Beretta sözləri yazılmış tapança aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutlardan biri, Cəlilabad Rayon Polis X2 müstəntiqi, polis kapitanı Nurlan Şükürov tərəfindən 24 fevral 2025-ci il tarixdə, saat 17:35-də tərtib edilmiş «Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqla dəqiq müəyyən edilməmiş tarixdə və vaxta qanunsuz olaraq odlu silah olan 01 ədəd tapançanı əldə edərərk Cəlilabad şəhəri, E.Şükürov küçəsində yerləşən yaşadığı fərdi yaşayış evinin yatağ otağında saxlamaqda şübhəlidir. İş materiallarına əlavə edilmiş Daxil İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 25 fevral 2025-ci il tarixli, 25/303 saylı məhkəmə-ballistik ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd “39733” №-li silah zavod üsulu ilə 1941-ci ildə İtaliya dövlətində istehsal edilmiş 9 mm kalibrli 1934-cü il modelli BERETTA modelli tapançadır, yivli odlu silahdır. Lakin lüləsi deformasiyaya (əyilməsi) uğradığından hal-hazırda atəşə yarasızdır. Silahın metal hissə və mexanizmlərinin üzərində sonradan əlavə və düzəlişlər edilməmişdir. İş materiallarına əlavə edilmiş təqsirlənsirilən şəxs qismində cəlb edilməsi haqqında 26 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında əlavə olunmuş Cəlilabad rayon məhkəməsinin 26 fevral 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli tutulduğu 24 fevral 2025-cü il, saat 17-35-dən hesablanmışdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 aprel 2025ci il tarixli, 3/336 saylı məhkəmə-ballistik ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd “39733” nömrəli silah zavod üsulu ilə 1941-ci ildə istehsal edilmiş 9 mm kalibrli 1934-cü il nümunəli “Beretta” modelli tapançadır, yivli odlu silahdır, rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən nasazdır, istifadəyə (atəşə) yararsızdır. Tapançanın hissələri üzərində sonradan əlavə və dəyişiklik edilməmişdir. Təqdim edilmiş videogörüntüyə məhkəmə iclasında baxıldı. Proses iştirakçıları və dindirilmiş şahidlər videogörüntüdə olan məlumatları mübahisələndirmədilər. Məhkəmə araşdırması zamanı iş materiallarının 13-cü səhifəsinə əlavə edilmiş Təqsirləndirilən şəxs baxış keçirilməsini və götürməsini əks etdirən 01 ədəd video diskə baxış keçirilmiş və yuxarıda sadalanan 24 fevral 2025-ci il tarixdə, saat 16:30-da tərtib edilmiş «baxış keçrilməsi və götrülməsi haqqında» protokolda göstərilənlər öz əksini tapmışdır. İş materiallarına əlavə olunmuş Cəlilabad RPŞ-dən daxil olan 17 mart 2025-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilərək götürülmüş 1 ədəd yivli odlu silah olan BERETTA modelli tapançanı Təqsirləndirilən şəxs kimdən, nə vaxt, harada, hansı məqsədlə əldə etməsi, həmin tapançanın onda olmasından hər hansı bir şəxsin məlumatının olması, həmçinin Təqsirləndirilən şəxs həmin tapançadan istifadə etməsi ilə bağlı heç bir əməliyyat məlumatı əldə etmək mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və toplanmış sübutlarla müəyyən edilmişdir ki, xx.xx.1980-ci ildə ünvan 4 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və onun komplekt hissələrinin əldə edib üzərində daşıması və yaşadğı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçrilməsinə icazə verilməsi xahiş olunmuş. əməliyyat-axtarış tədbirlərinin həyata keçrilməsi haqqında 24 fevral 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçrilməsi üçün əməliyyat qurupu yaradılmışdır. 24 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağındakı çarpayının üzərində olan döşəyin altından 1 ədəd üzərində Beretta sözləri yazılmış tapança aşkar edilərək götürülmüşdür. 24 fevral 2025-ci il tarixdə, saat 17:35-də tərtib edilmiş «Şübhəli şəxsin tutulması haqqında» protokol tərtib edilmiş. Daxil İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 25 fevral 2025-ci il tarixli, 25/303 saylı məhkəmə-ballistik ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd “39733” №-li silah zavod üsulu ilə 1941-ci ildə İtaliya dövlətində istehsal edilmiş 9 mm kalibrli 1934-cü il modelli BERETTA modelli tapançadır, yivli odlu silahdır. Lakin lüləsi deformasiyaya (əyilməsi) uğradığından hal-hazırda atəşə yarasızdır. Silahın metal hissə və mexanizmlərinin üzərində sonradan əlavə və düzəlişlər edilməmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilərərk ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cəlilabad rayon məhkəməsinin 26 fevral 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş. həbsetmənin əvvəli tutulduğu 24 fevral 2025-ci il, saat 17-35dən hesablanmışdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 aprel 2025-ci il tarixli, 3/336 saylı məhkəmə-ballistik ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd “39733” nömrəli silah zavod üsulu ilə 1941-ci ildə istehsal edilmiş 9 mm kalibrli 1934-cü il nümunəli “Beretta” modelli tapançadır, yivli odlu silahdır, rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən nasazdır, istifadəyə (atəşə) yararsızdır. Tapançanın hissələri üzərində sonradan əlavə və dəyişiklik edilməmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarının 13-cü səhifəsinə əlavə edilmiş Təqsirləndirilən şəxs baxış keçirilməsini və götürməsini əks etdirən 01 ədəd video diskə baxış keçirilmiş və yuxarıda sadalanan 24 fevral 2025-ci il tarixdə, saat 16:30-da tərtib edilmiş «baxış keçrilməsi və götrülməsi haqqında» protokolda göstərilənlər öz əksini tapmışdır. İşdə olan Cəlilabad RPŞ-dən daxil olan 17 mart 2025-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilərək götürülmüş 1 ədəd yivli odlu silah olan BERETTA modelli tapançanı Təqsirləndirilən şəxs kimdən, nə vaxt, harada, hansı məqsədlə əldə etməsi, həmin tapançanın onda olmasından hər hansı bir şəxsin məlumatının olması, həmçinin Təqsirləndirilən şəxs həmin tapançadan istifadə etməsi ilə bağlı heç bir əməliyyat məlumatı əldə etmək mümkün olmamışdır. Xidməti və mülki silah haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1ci bəndinə əsasən canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsini 14.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Göründüyü kimi Təqsirləndirilən şəxs yaşadığı mənzildən xx.xx.2025-ci il tarixdə aşkar edilmiş 01 ədəd “39733” №-li zavod üsulu ilə 1941-ci ildə İtaliya dövlətində istehsal edilmiş 9 mm kalibrli 1934-cü il modelli BERETTA modelli, yivli odlu silah, lüləsi deformasiyaya (əyilməsi) uğradığından atəşə yarasızdır, həmin silahın metal hissə və mexanizmlərinin üzərində sonradan əlavə və düzəlişlər edilməmiş, həmçinin Təqsirləndirilən şəxs silahın lüləsinin əyilməsi səbəbindən istifadəyə yarasız olduğunu bilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilərək ona əsassiz olaraq ittiham elan edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələridir. Həmin məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Ədalətli məhkəmə araşdırması hüquq ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsiri şəkildə bərpa olunmasını təmin etməlidir” (“Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2002-ci il tarixli qərarı). Bu baxımdan məhkəmə hesab edir ki, təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. Azərbaycan Respublikası CPM-in 350.1 və 350.2-ci maddələrinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 42.1.2 maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə cinayət məsuliyyətinə səbəb olur. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli qərarının 19-cu bəndində qeyd olunur ki, odlu silahın, döyüş sursatının və partlayıcı maddələrin və qurğuların istifadəyə yararsız olan komplekt hissələrini onları təmir etmək məqsədi olmadan əldə etmə, saxlama, daşıma, satma, başqasına vermə və ya gəzdirmə CM-in 228-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaratmır. Həmin Qərarin 10-cu bəndində qeyd olunur ki, CM-nin 229-cu maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradan qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama (silah istehsal etmə) dedikdə, onların yaradılması və ya itirilmiş məhv etmə qabiliyyətinin bərpa edilməsi, habelə başqa predmetlərin (məsələn, raket atanların, qaz, start və tikinti-montac, məişət və idman təyinatlı inventarların) üzərində dəyişikliklər etmə nəticəsində onların odlu və ya soyuq silah, döyüş sursatı, yaxud partlayıcı maddə xüsusiyyətlərinə gətirilməsi başa düşülməlidir. Odlu silahı təmir etmə dedikdə, onun itirilmiş məhv etmə xüsusiyyətlərinin bərpa edilməsi nəzərdə tutulur. Təmir nəticəsində odlu silah təyinatı üzrə istifadə üçün yararlı vəziyyətə gətirilir. Həmçinin qərarın 12-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CMnin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi, həmçinin təmir edilmiş, yararsız odlu Silahların və ya odlu silah vəziyyətinə gətirilmiş təlim silahlarının qanunsuz dövriyyəsi və talanması zamanı da yaranır. Şəxs yanılıb funksional istifadə üçün yararlı olmayan silahı, döyüş sursatını, partlayıcı maddəni və qurğunu yararlı hesab edərək talamışsa, onun əməli həmin predmetlərin talanmasına cəhd kimi tövsif edilməlidir. Bununla da müəyyən olunur ki, CM-nin 228-ci maddəsi ilə cinayət məsuliyyəti funksional istifadə üçün yararlı olan silahların, həmçinin yararsız olmuş lakin sonradan yararlı vəziyyətə gətirilmiş silahların, bundan başqa odlu silah vəziyyətinə gətirilmiş təlim silahlarının qanunsuz dövriyyəsi zamanı yaranır. Məhkəmə iş üzrə 01 ədəd “39733” №-li silah zavod üsulu ilə 1941-ci ildə İtaliya dövlətində istehsal edilmiş 9 mm kalibrli 1934-cü il modelli BERETTA modelli tapança, texniki vəziyyətdə nasaz və atəş üçün yarasız olduğundan və onun təmir etdirilməsi niyyətinin olmamasını nəzərə alaraq hesab edir ki, bu fakt üzrə onun əməlində cinayət tərkibi mövcud deyildir. Təqsirləndirilən şəxs həmin silahdan istifadə etməsi və onu təmir etdirməsi niyyəti barədə heç bir sübut yoxdur. Ona görə də Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilməlidir. İş materiallarına əlavə olunmuş Cəlilabad rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri dəyişdirilərək polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd 39733 nömrəli, zavod üsulu ilə 1941-ci ildə İtaliya dövlətində istehsal edilmiş 9 mm kalibrli, 1934-cü il modelli, atəşə yarasız, yivli odlu silah olan BERETTA modelli tapançanın, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmiş - yivli odlu döyüş silahı olan, texniki vəziyyətdə nasaz və atəş üçün yarasız tapança Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə məhkəmə-ballistik ekspertizası keçirilməsi ilə əlaqədar 64 manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2, 42.2.2, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə əməldə cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qanunsuz cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut - 01 ədəd 39733 nömrəli, zavod üsulu ilə 1941-ci ildə İtaliya dövlətində istehsal edilmiş 9 mm kalibrli, 1934-cü il modelli, atəşə yarasız, yivli odlu silah olan BERETTA modelli tapançanın, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmiş - yivli odlu döyüş silahı olan, texniki vəziyyətdə nasaz və atəş üçün yarasız tapança Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd baxış keçirilməsi və götürməyə dair video disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri-64 (altımış dörd) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi cəmi 22 saat hüquqi yardıma görə Cəlilabad Rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Dövlət budcəsi hesabına 242 manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvvalə edilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəyə minir, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar