Məhkəmə qərarları › İş №1(073)-65/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-65/2023

13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-65/2023 13.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1996-cı ildə Cəlilabad rayonunun Kazımabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Kazımabad kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 06 fevral 2023-cü il tarixdə, saat 12 radələrində yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs aralarında ailə-məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı əlindəki ağac parçası ilə bədənin müxtəlif nahiyələrinə qəsdən vuraraq, ona boyunun arxa səthində, sağ bazu, sağ və sol kürək nahiyəsində, sağ sağrı nahiyəsində hematoma olmaqla dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Cəlilabad rayonunun Kazımabad kəndində yaşayır. Zərərçəkmiş şəxs arvadıdır. Arvadı Zərərçəkmiş şəxs ilə 2018-ci ildə ailə həyatı qurmuşlar və birgə nikahlarından iki uşaqları doğulmuşdur. Yaşadığı Kazımabad kəndində kartof və çiyələk sahələrində fəhlə işləyir. Onunla bərabər qonşu rayonlardan gələn qadın və oğlanlar da fəhlə olaraq işləyirlər. Birlikdə işlədikləri üçün həmin fəhlələri tanıyır. xx.xx.2023-cü il tarixdə, saat təxminən 12 radələrində yaşadıqları evdə olarkən tanıdığı fəhlə qadınlardan Əsmər adlı birisi ona zəng edərək iş olub-olmadığını soruşmuş və iş olarsa xəbər verməsini xahiş etmişdir. Telefonla danışarkən arvadı Zərərçəkmiş şəxs eşitmiş və ona öz iradını bildirməyə başlamışdır. Bu zəmində Günel ilə aralarında mübahisə yaranmışdır. Sonra Günel bu barədə atası Həsənə telefonla xəbər vermişdir. Qayınatası Həsən də ona zəng edərək təhqir etmişdir. Bu səbəbdən əsəbləşərək atasına xəbər verdiyi üçün əlindəki 50-60 sm uzunluqda ağac parçası ilə arvadı Günelin kürək, bel və boyun nahiyəsinə bir neçə zərbə vurub onu döymüşdür. Hadisə yaşadıqları evin otağında baş vermiş və həmin vaxt yanlarında başqa heç kim olmamışdır. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslə barışmışlar. Ailə münasibətlərini bərpa etmişlər və birlikdə yaşayırlar. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonunun Kazımabad kənd sakini Təqsirləndirilən şəxs ilə 2018-ci il tarixdə ailə həyatı qurmuşlar və birgə nikahlarından iki uşaqları doğulmuşdur. Münasibətləri həmişə yaxşı olmuş, lakin son bir ildə əri Təqsirləndirilən şəxs heç bir səbəb olmadan evdə onunla tez-tez söz-söhbət yaradıb mübahisələr etmişdir. xx.xx.2023-cü il tarixdə, saat təxminən 12 radələrində yaşadıqları evdə əri Kazımın telefonla Əsmər adlı qadınla danışdığını görmüş, buna görə Kazıma iradını bildirmiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əri Kazım onu söyüb təhqir etmiş və əlində olan ağacla onun bədəninin müxtəlif yerlərinə vurub xəsarət yetirmiş, sonra evdən bayıra çıxmışdır. Kazım evdən çıxdıqdan sonra o, atası Həsənə zəng edib hadisə barədə xəbər vermiş və gəlib onu aparmasını xahiş etmişdir. Əri Kazım onu otaqda döyərkən yanlarında başqa heç kim olmamışdır. Hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və onu bağışlamışdır. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Ailə münasibətlərini bərpa etmişlər və hazırda birlikdə yaşayırlar. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid təhqiqat zamanı Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirilir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 69 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs boyunun arxa səthində, sağ bazu, sağ və sol kürək nahiyəsində, sağ sağrı nahiyəsində hematoma müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdıqlarını, tələb və şikayətinin olmadığını göstərərək, məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışdıqlarını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını göstərərək, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı verdikləri ifadələri, onların ərizələrində göstərdikləri halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar işin icraatına xitam verilməlidir. İş materialları ilə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətmişdir. İctimai təhlükəli əməli törətdikdən sonra Zərərçəkmiş şəxs ilə barışmışlar. Zərərçəkmiş şəxs isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə zərərçəkmiş şəxsin barışmasını əsas tutaraq məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini mümkün hesab edir və belə nəticəyə gəlir ki, tərəflərin barışması nəticəsində işin icraatına xitam verilməsi zərərçəkmiş şəxsin və başqa şəxslərin mənafelərini və hüquqlarını pozmur və ictimai mənafelərə zidd deyildir, eyni zamanda həmin cinayət təqibi üzrə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.5-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi mümkün sayılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2ci maddəsinə əsasən xitam verilsin və o cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar