Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-65/2024 27.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 12:50 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X1, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1992-ci ildə Cəlilabad rayonunun Şötüklü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsinə iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu Məlikqasımlı kəndində qeydiyyatda olan, Cəlilabad şəhəri M.B.Topçubaşov küçəsində nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində Cəlilabad şəhəri Cavadxan küçəsində yerləşən qəbiristanlıqda qardaşı Şahid2 keçmiş qaynı olan Şahid1 onun mərhum bacısı Əfsanə Rzayevanın məzarını ziyarətə gəlməsinə görə aralarında yaranmış mübahisə zamanı Şahid1 yeznəsi Zərərçəkmiş şəxs mübahisəni görüb onlara yaxınlaşıb mübahisədə iştirak edərkən Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə üç dəfə qəsdən yumruqla vurub onu yerə yıxmış, nəticədə vahid niyyətlə əhatə olunan sonuncuya sağ əlin 2-ci barmağının əzilmiş yarası, sağ göz-yanaq nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı ilə nəticələnən, ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Cəlilabad şəhərində ailəsi ilə birlikdə yaşayır, iş olanda fəhlə işləyir, olmayanda isə taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs əvvəllər yaxından tanımamışdır. 28 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində Cəlilabad şəhəri Cavadxan küçəsində yerləşən qəbiristanlığa yaxın küçədə olmuşdur. Bu zaman qardaşı Şahid2 ona zəng vurub telefonda onun qaynı Tərlan və Vüsət tərəfindən qəbiristanlıqda ölümlə hədələndiyini bildirmiş, tez köməyə gəlməsini xahiş etmişir. O, qəbiristanlığa çatanda qonşusu Şahid3 Tərlan və Vüsətin qarşısında dayanıb onları sakitləşdirmək istədiyini görmüşdür. O, gəldiyi avtomobildən düşəndən sonra qardaşının qaynı Şahid1 nə baş verməsini soruşmuş, Tərlan isə ona «qardaşın Amil bir də qəbir üstünə gəlməyəcək» demişdir. O da Tərlana cavab olaraq «indi sizə bacı şirin oldu» demiş və Tərlan da buna görə sözlə onunla mübahisə etməyə başlamışdır. O, qardaşı Amilin yanında dayanmış, bu zaman Tərlanın qaynı Zərərçəkmiş şəxs qardaşının yanından keçərək ona tərəf gəlmişdir. Vüsət gözlənilmədən üstünə cumub sağ əli ilə yumruqla başının sol gicgah nahiyəsindən bir dəfə, yenidən təpiklə sağ qolundan, Şahid1 isə təpiklə sağ ayağının topuq nahiyəsindən zərbələr vurmuşdur. Bundan sonra Tərlan qolları ilə onun bədənindən yapışmış və ikisi də yerə yıxılıb süpürləşmişlər. Həmin vaxt o, yerdə Tərlanla süpürləşəndə Zərərçəkmiş şəxs da üstünə cumub başının arxa nahiyəsindən 2-3 dəfə yumruqla ona zərbələr vurmuşdur. O da yerdə süpürləşəndə özünü qorumaq üçün Vüsətə tərəf yumruq zərbələri atmış, həmin yumruğun Vüsətin üz nahiyəsinə dəyibdəyməməsini və onun yerə yıxıldığını görməmişdir. Onun Şahid1lə yerdə süpürləşməsi qurtardıqdan sonra Şahid1 ayağa qalxıb qardaşı Amilin burun nahiyəsinə yumruq zərbəsi atmışdır. Qonşusu Hüseynağa və maşınında müştəri kimi gələn Şahid4 onları ayırmışlar. Bundan sonra böyük qardaşı gılmiş və 5-10 dəqiqə keçəndən sonra polis əməkdaşları qəbiristanlığa gəlib onları şöbəyə gətirmişlər. Şahid1 bacısı, yəni onun qardaşı Amilin həyat yoldaşı intihar etdikdən sonra həmin ailə ilə onun ailəsi arasında ədavət və düşmənçilik yaranmışdır. Münaqişə zamanı onları aralaşdıran qonşusu Şahid3 və avtomobilində müştəri kimi gələn Şahid4 başqa orada digər şəxslər olmamışdır. Təxminən hadisə 3-4 dəqiqə davam etmiş və münaqişə zamanı heç kimdə kəsici-deşici alət olmamışdır. Qonşuları Şahid3 atasının qəbri üstünə gedəndə qardaşı Şahid2 da onunla birlikdə qəbirstanlığa getmişdir. Qardaşı ona zəng edəndə yaxınlıqda olduğu üçün qəbristanlığa tez getmişdir. Həmin vaxt yanında müştəri kimi Şahid4 olmuşdur. Vüsət Əliyevin barmağının xəsarət alması ilə bağlı heç nə deyə bilmir. Hadisə vaxtı Vüsətin barmağının sınmasına inanmır, onun barmağı sınsaydı o, bunun ağrısına dözə bilməzdi. O, hadisə vaxtı Şahid1 və onun qaynı Zərərçəkmiş şəxs döyməmişdir və onlar hər ikisi yalan danışırlar. İlkin davanı başladan Zərərçəkmiş şəxs olmuşdur. O, dava-dalaş zamanı Zərərçəkmiş şəxs qəsdən vurmamışdır, sadəcə özünü qorumaq üçün yumruqlar atmışdır, yumruqların dəyib-dəyməsini deyə bilməz. Ona görə də ona bəraət verilməsini məhkəmədən xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, daş karxanasında fəhlə işləyir və 28 oktyabr 2023-cü il tarixdə döyülməsi barədə ərizə ilə Cəlilabad Rayon Polis Şöbəsinə müraciət etmişdir. Cəlilabad rayon sakini Şahid1 onun yeznəsidir, Şahid2 isə Şahid1 yeznəsidir. Şahid2 2015-ci ildə Şahid1 bacısı Əfsanə Rzayeva ilə ailə həyatı qurmuşdur. 23 iyul 2023-cü il tarixdə Əfsanə Rzayevanın yeni tikilməkdə olan evlərində asılı vəziyyətdə meyiti aşkar olunmuşdur. Bu barədə Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılmışdır. Həmin vaxtdan sonra Şahid2 və onun ailə üzvləri ilə Şahid1 münasibətləri pozulmuşdur. 28 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində Cəlilabad şəhəri Cavadxan küçəsində yerləşən qəbiristanlığın yaxınlığında ona məxsus fərdi yaşayış evinin çardağında yeznəsi Şahid1 təmir işləri görmüşdür. O da həyətdə dayanıb ona köməklik etmişdir. Yeznəsi Tərlan çardağın üzərində iş görən zaman «Qəbirə yaxın getmə» deyərək ucadan qışqırmış və Tərlan çardağın üzərindən düşüb qəbiristanlığa tərəf getməyə başlamışdır. Bu zaman o, həyətdən çölə çıxıb qəbiristanlığa tərəf baxanda Şahid2 mərhum yoldaşı Əfsanənin qəbrinə tərəf yaxınlaşdığını görmüşdür. Onların evi ilə qəbristanlıq arasında təxminən 300 metr məsafə vardır. Tərlan da Şahid2 tərəfə getmək istəyəndə Amil qonşusu ilə birlikdə mərhum yoldaşının qəbirindən uzaqlaşmış, Tərlan da dayanmışdır. Bundan sonra Şahid2 yenidən qonşusu ilə birlikdə mərhumun qəbrinə tərəf qayıtmağa başlamışdır. Bu zaman o, Amilin yanında olan qonşusu Hüseynağanı özünə tərəf çağırmış və Hüseynağa da ona yaxınlaşmışdır. O, Hüseynağaya - yeznəsi Tərlanın onun həyətində işlədiyini və onlar arasında söz-söhbət olmaması üçün Amili buradan uzaqlaşdırmasını demişdir. Həmin vaxt Amil də Tərlana yoldaşının qəbir üstünə gəldiyini və kim olduğunu demişdir. Tərlan da ona cavab olaraq «bacıma zülüm etmisiz, indidə gəlib qəbrini ziyarət edirsən» demişdir. O da Hüseynağadan aralaşıb Şahid2 tərəf onları sakitləşdirmək üçün getmişdir. Amilin qolundan tutub uzaqlaşdırmaq istəyəndə Amil də cibindən telefonu çıxardıb qardaşına zəng vurmuş və telefonda Aqil bura gəl sözlərini demişdir. Təqsirləndirilən şəxs da 2 dəqiqə keçəndən sonra idarə etdiyi “Vaz-21015” markalı qara rəngli avtomobillə yüksək sürətlə qəbiristanlığa daxil olaraq avtomobili onların üstünə tərəf sürmüş, Tərlanla onu vurmaq fikirində olmuşdur. Bu zaman Amil özünü avtomobilin qarşısına ataraq avtomobili saxlatdırmışdır. Amil avtomobili saxlatdırmasa idi Aqil Tərlanı avtomobillə vuracaqdı. Təqsirləndirilən şəxs da idarə etdiyi avtomobildən düşən kimi Tərlanın ünvanına nəlayiq ifadələr işlətməyə başlamışdır. O da burada dava-dalaş olmaması və Tərlanı vurmaması üçün Təqsirləndirilən şəxs tərəf yaxınlaşmış və Aqil də qəfildən onun gözlərinin hər iki alt nahiyəsinə sağ əli ilə 3 dəfə yumruq zərbəsi vurmuşdur. Bundan sonra Aqil və qardaşı Amil birlikdə üstünə cumub yumruq ataraq onu yerə yıxmışlar. Yerə yıxılanda sağ əlinin 2ci və 3-cü barmağı xəsarətlər almışdır. O, dəmir armaturun və yerdə olan daşların üstünə yıxılmış, barmaqları orada olan armaturda olan çəpərin arasına keçərək xəsarətlər almışdır. Tərlan da Təqsirləndirilən şəxs aralaşdırmaq üçün onun bədənindən tutmuşdur, çünki Aqil dayanmadan ona yumruq və təpiklər atmışdır. Təqsirləndirilən şəxs Tərlanın da qarın nahiyəsindən təpiklə 1 dəfə zərbə vurmuş, Tərlan və Aqil bir-birlərindən tutub yerə yıxılmışlar. Onların hər ikisi yerdə süpürləşməyə başlamışdır. Amil də qaynı Tərlanın yerdə Aqil ilə süpürləşməsindən istifadə edib onun üstünə cumub yumruq və təpik zərbələri atmışdır. Həmin vaxt səs-küyə gəlmiş qəbiristanlıq işçiləri və mal-qaranı otaran tanımadığı şəxslər onları aralaşdırmışlar. Daha sonra Təqsirləndirilən şəxs əlinə daş götürüb onun üzərinə gəlmək istəmiş, lakin orada olan tanımadığı şəxslər Aqilin əlindən daşı almışlar. Bundan bir neçə dəqiqə sonra Aqilin böyük qardaşı FŞahid2 da qəbiristanlığa gələrək qaynı Tərlanın ünvanına nəlayiq ifadələr işlətmiş və Famil ilə yeznəsi Tərlanın arasında təxminən 30 metrəyə yaxın məsafə olmuşdur. Tərlana yaxınlaşmağa 10 metr qalmış FŞahid2 ona elə etmə sənin də başını kəsib bacının yanına uzadaq sözlərini demişdir. Həmin vaxt Amil demişdir ki, 102 xidmətinə zəng ediblər narahat olmasın polis gəlir. O da əlində nəsə gəzirdi, bəlkə də bıçaq var idi üstündə. Bu da o deməkdir ki, yəni sənin bacını öldürmüşük, səni də öldürərik. Bundan sonra polis əməkdaşları qəbiristanlığa gəlib onları şöbəyə gətirmişlər. Onlar arasında mübahisənin əsas səbəbi Şahid2 mərhum yoldaşının qəbirini ziyarət etməyə gəldiyinə görə olmuşdur. Hətta Amilə mərhum yoldaşının qəbrini ziyarətə gəlməmək barədə qohumlar tərəfindən dəfələrlə məlumat göndərilmişdir. O, hesab edir ki, Amil və Təqsirləndirilən şəxslar planlı şəkildə qəbristanlığa gəliblər ki, orada dava-dalaş düşsün, Tərlan onları vursun. Münaqişənin baş verdiyi yer Cəlilabad şəhəri Cavadxan küçəsində yerləşən qəbiristanlıq olmuşdur. Münaqişə zamanı orada xatırlamadığı 15 nəfər şəxs olmuşdur. Təxminən hadisə 3-4 dəqiqə davam etmiş və münaqişə zamanı heç kimdə kəsici-deşici alətlər olmamışdır. O, hadisə vaxtı heç kimə təpik atmamışdır. Həmin günü onlar evinin çardağına dəmir şefer vurmuşlar. Lakin həmin günü evin üstünün təmiri qurtarmamışdır. Səhəri gün qurtarmışdır. Hadisə vaxtı Aqil və Şahid2lar ona yumruq atdıqları üçün daşla dəmir çəpərin arasına yıxılmışdır, barmağı dəmir çəpərin arasına keçib sınmışdır. Yıxıldığı vaxt kürəyindən xəsarət almamışdır. Təhqiqatçı göndərdikdən sonra gedib ekspertizadan keçmişlər. Ekspertizaya hansı tarixdə getməsi yadında deyil. Hadisədən sonra o, Cəlilabad rayon Mərkəzi xəstəxanasına iki dəfə müraciət etmişdir. Xəstəxanada həkimə demişdir ki, barmağı sınıb, lakin rentgen edib demişlər ki, barmağı sınmayıb. Lakin Masallıda rentgen edib demişlər ki, barmağı sınıb. Hal-hazırda Təqsirləndirilən şəxsla barışmamışdır. O, hesab edir ki, ibtidai istintaq düzgün aparılmamışdır, cinayət törədən digər qardaşlar Şahid2 və Mirişov Famil cinayət məculiyyətinə cəlb olunmalıdırlar. Ona görə də məhkəmədən ədalətli qərar qərar qəbul olunmasını xahiş edir. Şahid – Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, onun Təqsirləndirilən şəxsla əvvəllər ədavəti olmamışdır. Cəlilabad şəhəri Bəxtiyar Vahabzadə küçəsində yaşayır və usta kimi iş olanda işləməyə gedir. 28 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102-Xidməti Zəng Mərkəzinə zəng etmiş, eyni zamanda həmin tarixdə döyülməyi barədə ərizə ilə Cəlilabad Rayon Polis Şöbəsinə müraciət etmişdir. Belə ki, 2015-ci il tarixdə mərhum bacısı X5 ilə Şahid2 ailə həyatı qurmuşlar. 23 iyul 2023-cü il tarixdə bacısı Əfsanə Rzayevanın yeni tikilməkdə olan evlərində meyiti aşkar olunmuşdur. Bu barədə Cəlilabad Rayon Prokurorluğunda araşdırma düzgün aparılmamışdır. Həmin vaxtdan sonra Şahid2 və onun ailə üzvləri ilə münasibətləri pozulmuşdur. Şahid2 qohumlarının vasitəsi ilə dəfələrlə mərhum bacısının qəbirüstünə gəlməmək barədə məlumat göndərmişdir. 28 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində Cəlilabad şəhəri Cavadxan küçəsində yerləşən qəbiristanlığın yaxınlığında qaynı Zərərçəkmiş şəxs fərdi yaşayış evinin çardağında təmir işləri görmüşdür. O, çardağın üzərində iş görən zaman Şahid2 qonşusu Hüseynağa ilə birlikdə bacısının qəbrini ziyarət etməyə gəldiyini görmüşdür. O da çardağın üzərindən ucadan Şahid2 qəbir ziyarətinə getmə demişdir. Lakin Amil ona əhəmiyyət verməyərək qəbirə yaxınlaşmağa başlamışdır. Bu zaman o, dərhal çardağın üzərindən düşüb Şahid2 tərəf getmək istəmiş və Amilin onun bacısının qəbirindən bir az kənarlaşdığını görüb dayanmışdır. Qaynı Zərərçəkmiş şəxs da onun arxasınca gəlmiş və Amilin yanında olan qonşusu Hüseynağanı yanına söz demək üçün çağırmışdır. Hüseynağa qaynı Vüsətin yanına gəlmiş və qaynı ona Amili qəbiristanlıqdan söz-söhbət olmaması üçün aparmasını demişdir. Qaynı Vüsət orada Hüseynağa ilə söhbət edən zaman Şahid2 ona tərəf yaxınlaşdığını görmüşdür. Şahid2 ilə aralarında 10 metrəyə yaxın məsafə olmuş, Şahid2 dəfələrlə qəbirə yaxın getməmək barədə sifariş göndərdiyini və niyə yaxın getdiyini demişdir. Amil də cavab olaraq ona sən kimsən qəbirüstünə gəlmə deyirsən sözlərini təkrarlamışdır. O da əsəbi formada Amilə öldürdüyünüz qızın qardaşıdır demişdir. Şahid2 da sözlərini ona deyən zaman yaxınlaşmış və aralarında 2-3 metrəyə qədər məsafə qalmışdır. Bu zaman Şahid2 qardaşı Aqilə zəng vurub telefonda bura gəl və məni döyürlər demişdir. Bu zəngdən 1 dəqiqə keçdikdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi qara rəngli “Vaz 21015” markalı avtomobil ilə yüksək sürətlə qəbiristanlığa daxil olaraq onların üzərinə gəlmiş və Amil özünü avtomobilin qarşısına ataraq avtomobili saxlatdırmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən düşən kimi onun ünvanına nalayiq ifadələr işlətmişdir, o da qarşılıq vermişdir. Həmin vaxt qaynı Vüsət də dava-dalaş olmaması üçün Aqilə tərəf yaxınlaşmışdır. Aqil də qəfildən qaynı Vüsətin sifət nahiyəsindən yumruqla zərbələr endirmişdir və Zərərçəkmiş şəxs yerə yıxılmışdır. O da Aqilin yumruq zərbəsi atdığını görən kimi Aqilin boynundan tutub kənarlaşdırmaq istəmişdir. Bu zaman hər ikisi yerə yıxılmış və yerdə bir-birləri ilə süpürləşmişlər. Münaqişə zamanı yerdə süpürləşəndə Təqsirləndirilən şəxs qolları ilə onun boğazından möhkəm yapışmış və bu vaxt Şahid2 da təpiklə onun bədəninin sağ nahiyəsindən zərbələr vurmuşdur. Onların dalaşdığı yerin yaxınlağında daş və dəmir çəpər olmuşdur, yer isə torpaq olmuşdur. Həmin vaxt səs-küyə gələn tanımadığı ətrafda toplaşmış şəxslər onları aralaşdırmışdır. Amilin böyük qardaşı FŞahid2 da qəbiristanlığa gəlib onun üstünə cummaq istəmişdir. Famili qardaşları və tanımadığı ətrafda olan şəxslər üstünə gəlməyə qoymamışdır. Bu zaman Famil ona sənin başını kəsib bacının yanma uzadaram sözlərini demişdir. O da Familə onun bacısına da belə eləmişdiniz demişdir. Famili də qardaşları sakitləşdirib kənara aparmışdır. Bundan sonra polis əməkdaşları qəbiristanlığa gəlib onları şöbəyə gətirmişlər. Onun bacısının ölümündə Şahid2 və onun ailə üzvlərinin günahı var. Bu günə kimi onlarla heç bir münasibətləri yoxdur. Onlar arasında mübahisə mərhum bacısının qəbrini ziyarətə gəldiyinə görə baş vermişdir, çünki Amilə dəfələrlə onun bacısının qəbrini ziyarətə gəlməməsi barədə məlumat göndərmişdir. Təxminən hadisə 3 dəqiqə davam etmiş və münaqişə zamanı heç kimdə kəsici-deşici alətlər olmamışdır. Hadisə vaxtı yıxıldığı üçün Vüsətin barmağı sınmışdır və qanın içində olmuşdur. Zərərçəkmiş şəxsla həmin gecə Cəlilabad rayon Mərkəzi xəstəxanasına getmişlər, orada müayinə etmişlər, lakin Vüsətin barmağında sınıq olmasını demələri yadında deyil. Lakin Masallı da demişlər ki, Vüsətin barmağı sınıb. Onun isə elə ciddi bir xəsarətinin olmadığını bildirmişlər. X11 hadisə yerində olmamış, hadisədən sonra ora gəlmişdir. O, hesab edir ki, o da iş üzrə zərərçəkmiş şəxs olmalı idi. Şahid – Şahid2 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. O, Cəlilabad şəhərində yaşayır. O, 2015-ci il tarixdə X5 ilə ailə həyatı qurmuşdur. 23 iyul 2023-cü il tarixdə həyat yoldaşı Əfsanə Rzayeva özünü asaraq intihar etmişdir. Bu barədə Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılmışdır. 28 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində yaşadığı küçədə qonşusu Şahid3 görmüşdür. Hüseynağa ona qəbiristanlığa atasının qəbrinin üstünü təmizləməyə getmək istədiyini demişdir. O, Hüseynağaya birlikdə getmələrini təklif etmişdir. Onunla birlikdə Cəlilabad şəhəri Cavadxan küçəsində yerləşən qəbiristanlığa getmişdir. O, mərhum yoldaşı Əfsanənin qəbrinə çatmış və orada bir dəqiqə dayanıb “fatihə” vermişdir. Bu zaman qəbiristanlıqdan təxminən 100 metr aralıda yaşayan Zərərçəkmiş şəxs yaşadığı həyətindən qaynı Şahid1 ucadan səsi gəlmişdir. Zərərçəkmiş şəxs evinə tərəf baxanda evin çardağının üzərində qaynı Şahid1 və Vüsətin təmir işləri apardıqlarını görmüşdür. Qaynı Tərlan iş gördüyü çardağın üzərində ona ucadan rədd ol və orada nə gəzirsən deyərək qışqırmışdır. O, yenidən çardağa tərəf baxanda qaynının çardağın üzərindən düşdüyünü görmüşdür. O, qaynı Tərlan və Vüsətin ona tərəf gəldiklərini görmüşdür. O, Vüsətə yoldaşının qəbrini ziyarətə gəldiyini, ondan nə istədiklərini demişdir. Vüsət cavab olaraq onu əli ilə itələyərək çıxıb getməsini demişdir. Tərlan da ona tərəf gəlmiş, o, Tərlana nə işdir, nə olub sözlərini demişdir. Tərlan isə ona cavab olaraq “burada nə gəzirsən küçük və səni öldürərəm” deyərək üstünə hücum etmişdir. Qonşusu Hüseynağa da Tərlanı güclə tutub saxlamış, ona eləmə, ayıbdır demişdir. Zərərçəkmiş şəxs onu əlləri ilə arxaya itələmişdir ki, onu özündən çıxarsın ki, onları vursun. Bu zaman onların onu döyəcəklərindən qorxmuş, qardaşı Təqsirləndirilən şəxs dərhal zəng vurub telefonda tez gəl, qaynı Tərlanın üstünə cumaraq öldürməklə hədələdiyini demişdir. Bu zəngdən 3-4 dəqiqə keçəndən sonra qardaşı Təqsirləndirilən şəxs qəbiristanlığa gəlmişdir. Qardaşı Təqsirləndirilən şəxs avtomobildən düşən kimi qaynı Tərlana nə işdir, nə olub sözlərini demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs qardaşı Aqilə yaxınlaşmış və yumruğunu sıxaraq Aqilin üzərinə tullanmışdır. Zərərçəkmiş şəxs gözlənilmədən qəfildən qardaşının üstünə cumub sağ əli ilə yumruqla Təqsirləndirilən şəxs başının sol gicgah nahiyəsindən bir dəfə, yenidən təpiklə sağ qolundan, Şahid1 isə təpiklə sağ ayağının topuq nahiyəsindən zərbələr vurmuşdur. Bundan sonra, Tərlan qolları ilə Aqilin bədənindən yapışmış və ikisi də yerə yıxılıb süpürləşmişlər. Həmin vaxtı Tərlan sağ qıçına zərbə, Vüsət də sağ qoluna zərbələr endirmişdir. Həmin vaxt qardaşı yerdə Tərlan ilə süpürləşəndə Zərərçəkmiş şəxs da üstünə cumub Aqilin başının arxa nahiyəsindən 2-3 dəfə yumruqla zərbələr vurmuşdur. Qardaşı Aqil də aşağıdam yuxarı özünü qorumaq üçün Vüsətə yumruqlar atmışdır. O, Vüsətin yıxılmasını görməmişdir. Tərlan ilə Aqil yerdə süpürləşib qurtardıqdan sonra Tərlan ayağa qalxıb qəfildən onun burun nahiyəsinə yumruqla bir dəfə zərbə endirmiş və o, yerə yıxılmışdır. Başı fırlanmağa başlamış və sifətini qorumaq üçün əlləri ilə başını tutmuşdur. Lakin qaynı Şahid1 yenidən təpiklə bədəninin müxtəlif nahiyələrindən 3-4 dəfə zərbələr vurmuşdur. Qonşusu Şahid3 və qardaşı Təqsirləndirilən şəxs avtomobilində gələn Rəvan adlı şəxs onları ayırmışlar. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəlib hamısını şöbəyə gətirmişlər. Hadisə 3-4 dəqiqə davam etmiş, qonşusu Şahid3 və Rəvan adlı şəxs münaqişənin qarşısını almışlar. Hadisə vaxtı o, və qardaşı Təqsirləndirilən şəxs həmin günü qaynı Şahid1 və Zərərçəkmiş şəxs döyməmişlər. Onlar hər ikisi yalan danışırlar. Hadisə vaxtı Vüsətin barmağından qan axmasını görməmişdir. Şahid – Şahid4 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad şəhəri Mirzəli Hüseynzadə küçəsində ailəsi ilə birlikdə yaşayır və Cəlilabad RMX-da mühafizəçi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs taksi sürücüsü kimi tanıyır, Zərərçəkmiş şəxs isə hadisədən sonra polisdə tanımışdır. 28 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində yaşadığı küçədə olmuş və bu zaman rayonda “Bazarstore” adlı marketin qarşısında yerləşən ödəmə terminalına getmək istəmişdir. O, mobil telefon ilə taksi fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs zəng vurub yaşadığı küçəyə Cəlilabad RMX-nın qarşısına çağırmışdır. Təqsirləndirilən şəxs küçəyə gəlmiş və ona “Bazarstore” adlı marketin qarşısına getməsini bildirmişdir. Marketə çatmağına iki küçə qalmış Təqsirləndirilən şəxs telefonuna zəng gəlmiş və Aqil cavab olaraq telefonda kiməsə indi gəlirəm demişdir. Ona heç bir söz demədən Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21015” markalı avtomobili Cəlilabad şəhəri Cavadxan küçəsində yerləşən qəbiristanlığa tərəf sürməyə başlamışdır. O isə Aqilə heç bir söz deməyib vacib işi olduğunu fikirləşmişdir. Cəlilabad şəhəri Cavadxan küçəsində yerləşən qəbiristanlığa çatanda Təqsirləndirilən şəxs sonradan adını bildiyi qardaşı Amil ilə 2 nəfər tanımadığı şəxsin ucadan mübahisə etdiklərini görmüşdür. Təqsirləndirilən şəxs avtomobildən düşən kimi o da düşüb avtomobilin yanında dayanmışdır. Aqil avtomobildən düşüb qardaşı ilə mübahisə edən Tərlan adlı şəxsə nə olub, nə məsələdir sözlərini demişdir. Sonradan adını bildiyi Vüsət adlı şəxs də Aqilə yaxınlaşıb qəfildən Təqsirləndirilən şəxs başının sol tərəfinə yumruqla bir dəfə zərbə vurmuşdur. O, Təqsirləndirilən şəxs qonşusu sonradan adını bildiyi Hüseynağa ilə birlikdə onları sakitləşdirmək üçün aralaşdırmağa çalışmışdır. Bundan sonra Tərlan yenidən Təqsirləndirilən şəxs üstünə cumub bədənindən yapışmış və Aqil ilə Tərlan yerə yıxılıb yerdə süpürləşmişlər. Vüsət də yerdə süpürləşən Təqsirləndirilən şəxs təkrar yaxınlaşıb qəfildən başının arxa nahiyəsindən yumruqla zərbələr vurmağa başlamışdır. O da Vüsətin qarşısına keçib onu Təqsirləndirilən şəxs kənara çəkmişdir. Vüsət də yenə dayanmayaraq araşladırmağa kömək edən Aqilin qardaşı Şahid2 da cumub onun başının arxa nahiyəsindən bir dəfə yumruqla zərbə vurmuşdur. Bundan sonra o, Hüseynağa ilə birlikdə yerdə süpürləşən Aqil ilə Tərlanı aralaşdırıb kənara çəkmişlər. Həmin vaxt qəbiristanlığa Aqilin böyük qardaşı FŞahid2 gəlmiş və qardaşlarının döyüldüyünü bilib DİN-nin 102- xidmətinə zəng vurub məlumat vermişdir. Bundan sonra qəbiristanlığa polis əməkdaşları gəlib hamını şöbəyə gətirmişdir. Həmin günü qəbiristanlıqda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və qardaşı Şahid2 tərəfindən döyüldüyünü görməmişdir, çünki orada qalmaqal düşmüşdür. O, Vüsətin yerə yıxılmasını görməmişdir. Həmçinin Şahid1 də Aqil və qardaşı Amil tərəfindən vurulduğunu görməmişdir. Münaqişə zamanı orada o, Hüseynağa, Aqil, Amil, Tərlan və Vüsət olmuşdur. O və Təqsirləndirilən şəxs qonşusu Hüseynağadan başqa aralaşdıran digər şəxs olmamışdır. Şahid – Şahid3 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad şəhəri Naxçıvan küçəsində ailəsi ilə birlikdə yaşayır və Qaradağ rayonunda daş karxanasında fəhlə işləyir. Şahid2, Şahid1 onunla qonşu küçədə yaşayırlar və onların hər ikisi ilə də qonşu kimi bir neçə ildir ki münasibəti var. Zərərçəkmiş şəxsla isə qohumdur. 28 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində yaşadığı evdən piyada yaxınlıqda yerləşən qəbiristanlığa mərhum atasının qəbrini ziyarət etmək məqsədi ilə qonşusu Şahid2 yaşadığı küçədən keçəndə Şahid2 ilə qarşılaşmış və Amil ondan hara getdiyini soruşmuşdur. O da Amilə cavab olaraq qəbiristanlığa atasının qəbrini ziyarət etməyə getdiyini demişdir. Amil də ona yoldaşı Əfsanənin qəbrini ziyarət etmək istədiyini deyərək birlikdə getməyi xahiş etmiş və qonşusu Şahid2 ilə birlikdə piyada Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən qəbiristanlığa gəlmişdir. Şahid2 birinci mərhum yoldaşı Əfsanənin qəbirinin qarşısına gəlmiş və o da Amildən qəbirə yaxınlaşmaq istəyibistəmədiyini soruşmuşdur. Amil də ona qaynı Tərlanın onu qəbiristanlığa ziyarətə gəlməyə qoymadığını və “fatihə” verib keçəcəyini bildirmişdir. Onlar, mərhum Əfsanənin qəbirindən təxminən 20 metr uzaqlaşanda qəbiristanlığın arxa tərəfindən kimsə ucadan onları geri çağırmışdır. O da qəbiristanlığa tərəf geri qayıtmışdır. Bu zaman qəbiristanlığın yaxınlığında yaşayan tanıdığı Zərərçəkmiş şəxs evinin çardağında Amilin qaynı Şahid1 iş gördüyünü və ucadan Amilə rədd ol deyərək qışqırdığını görmüşdür. Tərlan və qaynı Zərərçəkmiş şəxs evin çardağından düşüb qaçaraq onlara tərəf yaxınlaşmışlar. Qəbiristanlıqda Tərlan ilə aralarında təxminən 40 metrəyə yaxın məsafə olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs uzaqdan onu yanına çağırmışdır. Zərərçəkmiş şəxs ona Amili bura gətirmə demiş və o da Vüsətə cavab olaraq Amilə yoldaşının qəbrini ziyarətə gəlmə sözlərini deyə bilməyəcəyini bildirmişdir. Bundan sonra Şahid1 ilə aralarında 5-10 metr məsafə qalmış ona yaxınlaşıb görüşmüş və Tərlana nə işdir, nə olub sözlərini demişdir. Tərlan da ona cavab olaraq Amili bacısının qəbirüstünə gəlməyə qoymadıqlarını bildirmişdir. Şahid1 sonra Amilə yaxınlaşmış və ona bura gəlməməyi, bacısının ölmünə səbəbkar olduğunu bildirmişdir. Amil də cavab olaraq Tərlana bacısını öldürmədiyini və ekspertiza aparıldığını demişdir. Bundan sonra Tərlan əsəbiləşib Amilin üstünə gedib vurmaq istəmiş və o da dərhal Tərlanın qolundan tutub onu sakitləşdirməyə çalışmışdır. Bu zaman Şahid2 onlardan aralaşıb telefon ilə kiməsə zəng vurmuşdur. Bu zəngdən 4-5 dəqiqə keçəndən sonra Amilin qardaşı Təqsirləndirilən şəxs idarə etdiyi qara rəngli “Vaz 21015” markalı avtomobil ilə qəbiristanlığa daxil olmuş və onların yanında avtomobilini saxlamışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən düşüb qardaşı Amilə yaxınlaşıb Amildən nə olduğunu soruşmuşdur. Həmin vaxt tanımadığı bir nəfər cavan oğlan da Aqilin idarə etdiyi avtomobildən düşüb avtomobilin arxa tərəfində dayanmışdır. Amil qardaşı Aqilə onu qəbiristanlığa yoldaşının qəbirini ziyarətə gəlməyə qoymadıqlarını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs qardaşının qaynı Tərlandan nə məsələ olduğunu soruşmuşdur. Tərlan da cavab olaraq Təqsirləndirilən şəxs bacısının ölümündə Amilin günahkar olduğunu və onu qəbiristanlığa ziyarətə qoymadığını demişdir. Həmin vaxt Tərlan ilə Aqil arasında sözlə mübahisə olmuş və Aqil də qardaşın yanında dayanmışdır. Bu zaman Tərlanın qaynı Zərərçəkmiş şəxs qonşusu Təqsirləndirilən şəxs arxa tərəfdən yaxınlaşıb qəfildən Aqilin başının arxa nahiyəsindən bir dəfə yumruq zərbəsi vurmuşdur. O, qonşusu Təqsirləndirilən şəxs avtomobilində gələn tanımadığı cavan oğlan ilə birlikdə mübahisə zamanı Vüsəti sakitləşdirmək üçün aralaşdırmağa çalışmışdır. Tərlan da bunu görən kimi Aqilə cumub qolları ilə onun bədənindən yapışmış və onların hər ikisi yerə yıxılıb yerdə süpürləşməyə başlamışlar. Onlar yerdə süpürləşəndə bir-birlərinə əl-qol hərəkətləri atmışlar. O və Aqilin avtomobilində gələn tanımadığı cavan oğlan araya girib Aqil ilə Tərlanı dalaşmamaq üçün sakitləşdirmişdir. Onlardan başqa heç kim qəbiristanlıqda olmamışdır. O, əvvəldən Vüsətin barmağında xəsarət olmasını görməmişdir. Həmçinin hadisədən sonra Vüsətin yıxılmasını və barmağından qan gəlməsini görməmişdir. Qəbiristanlıqda onları sakitləşdirdikdən sonra Şahid2 böyük qardaşı FŞahid2 qəbiristanlığa gəlmişdir. O da onlardan aralanıb atasının qəbrini ziyarət etməyə getmişdir. Bu zaman polis əməkdaşları gəlib mübahisə edənləri şöbəyə aparmışlar. Həmin günü qəbiristanlıqda mübahisə zamanı Zərərçəkmiş şəxs döyüldüyünü, yerə yıxıldığını və xəsarət aldığını görməmişdir. Təxminən hadisə 3-4 dəqiqə davam etmişdir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X6-Təcrübi və X4 MTE və PA şöbəsi tərəfindən verilmiş 03 noyabr 2023-cü il tarixli 1040 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ əlin 3-cü barmağının distal falanqasının yerinidəyişmiş açıq sınığı, sağ əlin 2-ci və 3-cü barmağının əzilmiş yarası, sağ göz-yanaq nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı müəyyən olunmuşdu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, Sağ əlin 3-cü barmağının distal falanqasının yerini dəyişmiş açıq sınığı və sağ əlin 3cü barmağının əzilmiş yarası dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya, sağ əlin 2-ci barmağının əzilmiş yarası və sağ göz-yanaq nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı ayrıayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cəlilabad rayon X2 Hüquqi Şəxs tərəfindən Cəlilabad rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 1(073)-65/2024 nömrəli sorğusuna verilmiş 27 mart 2024-cü il tarixli 18-1- 32/2-524/2024 nömrəli cavab məktubundan görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 28 oktyabr 2023-cü il tarixdə Cəlilabad rayon Mərkəzi Xəstəxanası PHŞ-in həkimtravmatoloqu Şahid5 tərəfindən “Sol tərəfli almacıq, sağ tərəfli alın nahiyəsinin şişkinliyi, almacıq nahiyəsinin qançırı, burnun sıyrığı, sağ əlin 2-ci barmağının əzilmiş, cırılmış yarası” diaqnozu ilə ambulator tibbi yardım almış və kafi vəziyyətdə evə yazılmışdır. Cinayət işi üzrə dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X6-Təcrübi və X4 MTE və PA şöbəsinin rəisi - ekspert X3 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, vətəndaş Zərərçəkmiş şəxs şöbəyə gəldikdən sonra onu müayinə etmiş, sınıqdan şübhələndiyi üçün rentgen müayinəsinə göndərmişdir. Rentgen olunduqdan sonra sınıq olduğu müəyyən olunmuşdur. Həmin barmaqda yara da olmuşdur. Vətəndaşın iki barmağında yara olmuşdur. Sınıq olan barmaqda yara barmağın ucunda olmuşdur. Barmaqda sınıq gözlə görünməsə də xəsarət olması görünmüşdür. Xəsarət dırnaqla ətin arasında olmuşdur. İlkin müayinə edən həkim xəsarəti qan axıb üstün örtsə idi göməyə bilərdi. Bir də yara dırnaqla ətin arasında olduğuna görə ola bilər görməsin. Sınıq distal falanqada olmuşdur. Vətəndaş onun yanına hadisədən iki gün sonra, yəni 30 oktyabr 2023-cü il tarixdə olmuşdur. Sınığın ağrısına ağrıkəsici vurdurmaq olardı. Ağrısına da dözmək olar. Rentgen nəticəsində sınıq olması qeyd edilmişdir. Məhkəmə tərəfindən sorğu olunarsa rentgen şəkillərini və nəticəsini məhkəməyə göndərə bilər. Həmin sınıq yıxılma nəticəsində əmələ gələ bilər. Əgər itələmə nəticəsində barmaq üstə yıxılarsa sına bilər. Zədəyə görə şəxs barmaq üstə düşüb. Ola bilər ki, yıxılarkən dirsəkdə xəsarət olmasın. Ola bilər əynində paltar olub, zədələnməyib. Cinayət işi üzrə əlavə şahid qismində dindirilmiş Cəlilabad rayon Mərkəzi Xəstəxanası PHŞ-nin həkim-travmatoloqu Şahid5 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, zərərçəkmişi xatırlamır. Onun gördüyü işlər əsasən xəstənin vəziyyətində olan dəyişiklik və xəsarəti olduğu kimi imkanı daxilində qeyd etməkdir. Xəstədə elə şeylər var ki, gözlə görünəndir, elə şeylər də vardır ki, gözə görünmür. Gözlə görünən xəsarətləri o, özü xəsarətlərin xarakterlərini göstərməklə qeyd etdirir. Ola bilməz ki, orada səhv olsun. Əgər açıq sınıq varsa, bu o deməkdir ki, orda yara var, qan axır. Hətta rentgensiz orda deformasiya olması hiss olunur. O, Rentgen şəkilində sınıq görmür. 5 sm qədər olan yaralar açıq sınıq hesab olunur. Onların problemi odur ki, xəstəxanada həkim-rentgenoloq yoxdur. Xəstə təkrar müayinəyə onların yanına gəlməmişdir. Xəstənin barmağında sınıq olsaydı həmin barmaq işləməzdi, işləməsi qeyri-mümkündür. O, Zərərçəkmiş şəxs müayinə edərkən onun sağ əlin 3-cü barmağında açıq sınıq xəsarəti görməmişdir. Açıq sınıq gözlə görünən xəsarətdir. Açıq sınıq olsaydı barmağın uc vətəri qopub düşərdi. Pataloji hərəkətsilik olduqda sınıq diaqnozu qoya bilir. Onun müayinənin nəticəsinə görə verdiyi sənəd qətidir. Həmin günün sənədi düzdür. O, sınıq yazmamış, xəsarət də yazmamışdır, onun fikri qətidir. Orda yara olsaydı yaranı yazardı. Barmaqda sınıq olsaydı, dırnaq da zədələnərdi və dırnaq düşməli idi. Həmçinin xəstə barmağından şikayət etsəydi o, bunu qeyd edərdi. Məhkəmə qeyd edilən dəlilləri qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 139-cu maddəsinə müvafiq olaraq cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarına müvafiq olaraq cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs 28 oktyabr 2023-cü il tarixdə baş vermiş məlum hadisədən sonra elə həmin gün Cəlilabad rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş və həmin vaxt onun bədəni üzərində “Sol tərəfli almacıq, sağ tərəfli alın nahiyəsinin şişkinliyi, almacıq nahiyəsinin qançırı, burnun sıyrığı, sağ əlin 2ci barmağının əzilmiş, cırılmış yarası” kimi xəsarətlər müəyyən olunmuşdur. Həmin gün müayinə edilərkən onda məhkəmə-tibb ekspertizasının 03 noyabr 2023-cü il tarixli 1040 nömrəli rəyində gösətərilən xəsarət – yəni «sağ əlin 3-cü barmağının distal falanqasının yerinidəyişmiş açıq sınığı» və «sağ əlin 3-cü barmağının əzilmiş yarası» xəsarətləri aşkar edilməmişdir. Həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş Cəlilabad rayon Mərkəzi Xəstəxanası PHŞ-nin həkim-travmatoloqu Şahid5 da ifadəsində Zərərçəkmiş şəxs 28 oktyabr 2023-cü il tarixdə müayinə edərkən onun bədəni üzərində olan xəsarətləri tam olaraq qeyd etdiyini, həmin vaxtı onun sağ əlinin 3-cü barmağında hər hansı bir xəsarət olmadığını göstərmişdir. Zərərçəmiş şəxs Zərərçəkmiş şəxs hadisədən iki gün sonra, yəni 30 oktyabr 2023cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6- Təcrübi və X4 MTE və PA şöbəsinə müraciət etmişir. Həmin vaxt onda sağ əlin 3-cü barmağının distal falanqasının yerinidəyişmiş açıq sınığı, sağ əlin 2-ci və 3-cü barmağının əzilmiş yarası, sağ göz-yanaq nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı xəsarətləri müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizasına hadisədən iki gün sonra, yəni 30 oktyabr 2023-cü il tarixdə müraciət etdiyi üçün məhkəmə-tibbi ekspertizasının 03 noyabr 2023-cü il tarixli 1040 nömrəli rəyinə əsasən onda aşkar edilmiş dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid xəsarət olan «sağ əlin 3-cü barmağının distal falanqasının yerinidəyişmiş açıq sınığı» və «sağ əlin 3-cü barmağının əzilmiş yarası» xəsarətlərini məhz 28 oktyabr 2023-cü il tarixdə baş vermiş hadisə zamanı alması və ona həmin xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi sübuta yetirilmir və şübhə altına düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmənin qənaətinə görə ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlinin tövsifi ilə bağlı işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 03 noyabr 2023-cü il tarixli 1040 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan sağ əlin 2-ci barmağının əzilmiş yarası və sağ göz-yanaq nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Beləliklə, məhkəmə hesab edir ki, qeyd edilənlərə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsinə dair” 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Şahid1, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Cəlilabad rayon X7 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Cəlilabad RİHB-nin Cəlilabad şəhər Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü Yağmur Mirişova və 13 iyun 2019-cu il təvəllüdlü Surac Mirişov adlı iki azyaşlı uşağı vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə cəzasını yüngülləşdirən halı, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-65/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-65/2024
27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver