Məhkəmə qərarları › İş №1(073)-67/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-67/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-67/2023 06.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Səyyad qızının, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1982-ci ildə Yardımlı rayonu, Şəfəqli kəndinə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Cinayətqanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, xx.xx.2023-ci il tarixdə, saat 18 radələrində yaşadığı ünvan 2 ünvanda yerləşən evdə arvadı Şahid1 ilə ailə-məişət zəminində mübahisə edən zaman onları sakitləşdirməyə çalışan anası Zərərçəkmiş şəxs arvadı ilə arasında olan mübahisəyə müdaxilə etməsindən narazı qaldığına görə yumruğla sonuncunun ağız nahiyyəsinə qəsdən zərbə vuraraq ona “sol ağız bucağının selikli qişasında əzilmiş yara” ilə nəticələnən, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü tam təqsirli bilərək, verdiyi ifadəsində göstərdi ki, Cəlilabad rayonun Göytəpə şəhərində yaşayır. Belə ki, özü KAMAZ yük avtomaşının sürücüsü işləyir, həyat yoldaşı Şahid1 əslən Yardımlı rayonun Şəfəq kəndindən olmaqla, eyni zamanda onun dayısı qızıdır, anası isə onun bibisidir. İradə ilə 2008-ci ildən evlənib ailə həyatı qurmuş, dayısı qızı İradə onların evinə Yardımlı rayonundan gəlin köçmüşdür. Özü ailəsi ilə birlikdə mərhum atasına məxsus olan evdə anası Nisə ilə yaşayır. Birgə ailə həyatından onların 4 nəfər az yaşlı övladları vardır, yük avtomaşının sürücüsü və reysdə olduğu üçün 10 gündən bir evə gəlir, yorğun olduğu üçün istirahat vaxtı evdə olanda arabir evdə araq içir. Sonuncu dəfə,17 fevral 2023-cü il tarixdə, təxminən saat 18 radələrində evdə çörək yeyib təxminən 150-200 qram spirtli içki olan arağ qəbul etmiş, bundan sonra həyat yoldaşı İradə ona iradlarını bildirmişdir ki, son vaxtlar evə baxmır, guya Gəncədən hansısa bir əxlaqsız qadınla tanış olub onu saxlayır, cavabında İradəyə etiraz edərək ona elə bir işin olmadığını bildirmiş və mövzü üstündə aralarında bərk mübahisə düşmüşdür. Arvadı İradə ilə arasında yaranmış səs-küylü mübahisəni həmin vaxtı həyətə iş görən anası Nisə eşidib gəlib evə çıxmış və onunla arvadı arasına girdiyi üçün spirtli içkili vəziyyətdə olduğuna görə əsəblərini cilovlaya bilməyib anasının bu hərəkətinə görə sağ əlinin yumruğu ilə onun ağzından bir dəfə zərbə vurmuş, zərbədən anasının alt dodağı partlayıb qanlamışıdr. Anasının dodağı qanadıqdan sonra Nisə arvadı İradənin mobil telefonu ilə Yardımlı rayonunda yaşayan onun qaynı Rəşada zəng vurub hadisə barədə ona məlumat vermiş, bunu gördükdə əsəbindən həmin telefonu və arvadının cehizlik şifonerin taxta qapılarını vurub sındırdıqdan sonra qorxusundan evdən çıxıb küçədə gizlənmişdir ki, anasının şikayətinə görə polislər onu tapa bilməsinlər, lakin səhəri günü 18 fevral 2023-cü il tarixdə evə gəldiyi zaman polis əməkdfaşları evə gəlib onu Göytəpə PBnə dəvət etmişlər, orada məlum olmuşdur ki, anası Nisə onu döydüyü barədə barəsində Göytəpə PB-nə şikayət etmişdir. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxs anasıdır, onunla barışmış, anasıda onu bağışlamışdır. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Qeyd edilənləri nəzərə alıb barəsində işə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Səyyad qızı verdiyi ifadəsində göstərmişdirki, Cəlilabad rayonun Göytəpə şəhərində yaşayır, Təqsirləndirilən şəxs onun böyük övladıdır,ondan başqa iki qızı var,onları köçürtmüş, Niyaməddin ailəsi ilə onunla birlikdə ata evində yaşayır.Niyaməddinin həyat yoldaşı Şahid1 həmçinin qardaşı qızıdır, əslən Yardımlı rayonun Şəfəqli kəndindəndir,bura gəlin köçüb. Oğlu Təqsirləndirilən şəxs Nəhmət oğlu KAMAZ yük avtomobil sürücüsüdür,lakin bununla yanaşı spirtli içkiyə meyillidir.Niyaməddin son zamanlar evə baxmır, evə çörək gətirmir və tez-tez həyat yoldaşı İradə ilə evdə mübahisə edib dalaşırmış, hətta onda olan məlumata görə Gəncədən bir əxlaqsız qadınla tanış olub, başı ona qarışıb, bütün xərclərini ona verir və arvadı İradəni hər dəfə evdən qovmaq istəyir. Sonuncu dəfə, 17 fevral 2023-cü il tarixdə, təxminən saat 18-də,həyətdə iş görərkən evdə gəlini İradənin əri Niyaməddinlə mübahisə etməsini eşdib evə gəlmiş və görmüşdür ki, Niayməddin içkili vəziyyətdədir, arvadı İradənin üstünə hücüm çəkib onu döymək istəyir və üstünə qışqırır ki, evdən çıxıb getsin, evə başqa arvad gətirəcək. Bunu görüb onların arasına girmişdir ki, oğlu Niayməddinə gəlini və eyni zamanda qardaşı qızı olan İradəni döyməyə imkan verməsin.Bu anda Niyaməddin anaya yaraşmayan ən təhqiramiz, nəlayiq söyüşlərlə onu söyüb təhqir etmiş, sonra sağəlinin yumruğu ilə onun ağzından, dodağının sol küncündən bərk zərbə vurduğu üçün dodağı patlayıb qanamışdır. Bundan sonra əsəbindən gəlininin evdə olan cehizlik şifonerin taxta qapılarını vurub sındırmışdır. Niyaməddinin bu hərəkətlərini görüb dərhal İradənin mobil telefonu ilə Yardımlıya zəng vurub qardaşı oğlu,həmçinin gəlinin qardaşı Şahid2 məlumat verib xahiş etmişdir ki,dərhal özünü çatdırsın. Niyaməddin bunu eşidən kimi İradənin telefonunu tapıb sındırmış, sonra qorxusundan evdən çıxıb qaçmışdır.Bir neçə saatdan sonra qardaşı oğlu Rəşad Yardımlı rayonundan onların evinə gəlib onu və gəlini götürüb Göytəpə polis bölməsinə aparmış,orada bir ana olaraq öz övladından polisə şikayət ərizəsi yazmış, oğlu Niyaməddinin qalma-qal hərəkətləri təxminən bir saata yaxın evin daxilində baş vermiş, həyətdə və küçədə baş verməmiş,səs-küyə ətraf qonşulardan heç kim gəlməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış və onu bağışlamış, ondan şikayət və tələbi yoxdur. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsi tam sübuta yetirilir. İşdə olan Cəlilabad rayon MTE və PA şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 96 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs “sol ağız bucağının selikli qişasında əzilmiş yara” müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-ci il tarixə uyğun gəlir dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Zərərçəkmiş şəxs Səyyad qızı məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, tələb və şikayətinin olmadığını göstərərək, Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs Səyyad qızı ilə barışdığını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını göstərərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Səyyad oğlunun məhkəmə baxışı zamanı verdikləri ifadələri, onların ərizələrində göstərdikləri halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar işin icraatına xitam verilməlidir. İş materialları ilə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətmişdir. İctimai təhlükəli əməli törətdikdən sonra Zərərçəkmiş şəxs Səyyad qızı ilə barışmışlar. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək işin icraatına xitam verilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə zərərçəkmiş şəxsin barışmasını əsas tutaraq məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini mümkün hesab edir və belə nəticəyə gəlir ki, tərəflərin barışması nəticəsində işin icraatına xitam verilməsi zərərçəkmiş şəxsin və başqa şəxslərin mənafelərini və hüquqlarını pozmur və ictimai mənafelərə zidd deyildir, eyni zamanda həmin cinayət təqibi üzrə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.5-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmur. AzərbaycanRespublikasınınCinayətMəcəlləsinin 73.1cimaddəsinəəsasənböyük ictimai təhlükə törətməyən cinayət törətmişşəxs zərərçəkmişşəxslə barışdıqda və ona dəymiş ziyanıödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. HəminMəcəllənin 73.2-cimaddəsinəəsasənbu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuşəməli (əməlləri) törətmişşəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamiləödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda” məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görəşəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi mümkün sayılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə... qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 73-cü maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsi iləŞirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar