Məhkəmə qərarları › İş №1(073)-67/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-67/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-67/2024 02.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru X4, Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 numayəmdəsi Zərərçəkmiş şəxs1, X1 və Zərərçəkmiş şəxs6 Əvəzxan oğlunun, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi X5, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi X18 iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1993-cü ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 29.178.2.1, 29.178.2.2. və 66.5-ci maddələri ilə təqsirli bilinib, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 7(010)-724/2022 xx.xx.2022-ci il tarixli qərarı ilə ona təyin edilmiş 3 il 6 ay müddətinə azadlığdan məhrum etməcəzasının çəkilməmiş 5 ay 16 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və məhkumluğu ödənilməmiş, Cəlilabad rayonu Məsədilər kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutuladanək Cəlilabad şəhəri Səttarxan küçəsində yaşayan, Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1995-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1, 234.1, 66.2, 68.1.1-1 maddələri təqsirli bilinib, 01 il 05 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının şəkilməmiş qalan 04 (dörd) ay 20 (iyirmi) gün müddəti 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir günhesabı ilə hesablanaraq 02 (iki) ay 10 (on) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş və 67.1-ci maddəsinə əsaən hazırki hökm ilə təyin edilmiş cəzaya qismən birləşdirilməklə üzərinə qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Cəlilabad şəhəri, 20 Yanvar küçəsi, ev 18A-da qeydiyyatda olmaqla yaşayan şübhəli şəxs qismində tutuladanək Cəlilabad şəhəri Azərbaycan küçəsində yaşayan, Təqsirləndirilən şəxs3, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 27 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Cəlilabad şəhəri Koroğlu küçəsi nömrəsiz ünvanda yaşayan Zərərçəkmiş şəxs5 məxsus fərdi yaşayış evinə həmin evin yataq otağının pəncərəsini dabankeşlə açıb evə qanunsuz daxil olaraq, evin yataq otağında olan paltar şkafının içərisində olan qadın əl çantasından 1000 (bir min) manat pulu gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs5 1000 (bir min) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 01 noyabr 2023-cü il tarixdə saat 21 radələrində Cəlilabad şəhəri R.Nəsirov küçəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə yataq otağının pəncərəsinə fiziki təsir göstərib açaraq evə qanunsuz daxil olub, Zərərçəkmiş şəxs1 qızı Zərərçəkmiş şəxs2 məxsus yataq otağında olan dolabdan 250 (iki yüz əlli) manat dəyərində ümumi çəkisi 1,6 qram olan 585 əyarlı qızıl üzük, 100 (bir yüz) manat dəyərində “X32 pro max” elektron saat, 50 (əlli) manat dəyərində “AVT 29” markalı qulaqcığı, 30 (otuz) manat dəyərində nağd pulu, Zərərçəkmiş şəxs1 gəlini Zərərçəkmiş şəxs3 məxsus yataq otağında olan dolabdan ümumilikdə 1700 manat dəyərində ümumi çəkisi 27 qram olan 1 ədəd 585 əyarlı qızıl qolbaq, 1 cüt 585 əyarlı qızıl sırğa, 1 ədəd 585 əyarlı qızıl sep, 1 ədəd 585 əyarlı qızıl üzükdən ibarət olan komplekt qızıl zinət əşyası, 250 manat dəyərində ümumi çəkisi 1,6 qram olan 585 əyarlı qızıl üzük, həmçinin Zərərçəkmiş şəxs1 məxsus yataq otağında olan çarpayının döşəyinin altından 420 (dörd yüz iyirmi) manat nağd pulu gizli yolla talayaraq, ümumilikdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 430 (dörd yüz otuz) manat, Zərərçəkmiş şəxs3 Sabir qızına 1950 (bir min doqquz yüz əlli) manat və Zərərçəkmiş şəxs1 420 (dörd yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 05 noyabr 2023-cü il tarixdə saat 20 radələrində ünvan 2 ünvanda yaşayan Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinə yataq otağının pəncərəsinə fiziki təsir göstərib açaraq evə qanunsuz daxil olub, yataq otağında olan paltar şkafının içərisində sonuncuya məxsus pencəyin iç cibindən 130 (bir yüz otuz) manat nağd pulu və həmin otaqda olan güzgülü termonun orta gözündə yerləşən içərisi qırmızı rəngdə olan qutunun içərisindən məhrum atası Səfərxan Novruzova məxsus bir ədədinin qiyməti 100 (bir yüz) manat olan istehsal tarixi və firması istintaqla müəyyən edilməyən 2 ədəd kişi qol saatını gizli yolla talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs4 330 (üz yüz otuz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 05 noyabr 2023-cü il tarixdə saat 20:40 radələrində Cəlilabad şəhəri H.Cavid küçəsi nömrəsi ünvanda yaşayan Zərərçəkmiş şəxs6 məxsus olan fərdi yaşayış evinə yataq otağının pəncərəsinə fiziki təsir göstərib açaraq evə qanunsuz daxil olub, həmin evin yataq otağında olan stolüstü işıqlandırıcının “papaq”hissəsindən Zərərçəkmiş şəxs6 mərhum anası X2 məxsus 500 (beş yüz) manat dəyərində 2 ədəd ümumi çəkisi 32 qram çəkidə 920 əyarlı gümüş sep, 2 ədəd ümumi çəkisi 30 qram çəkidə 920 əyarlı gümüş qolbaq, 1 ədəd 21 qram çəkidə 920 əyarlı üzük və həmin otaqdan olan güzgülü termonun alt gözündən 30 (otuz) manat dəyərində dəmir pulları gizli yolla talayaraq, ümumilikdə zərərçəkmiş şəxş Zərərçəkmiş şəxs6 530 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 05 noyabr 2023-cü il tarixdə saat 20 radələrində ünvan 2 ünvanda yaşayan Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinə yataq otağının pəncərəsinə fiziki təsir göstərib açaraq evə qanunsuz daxil olub, yataq otağında olan paltar şkafının içərisində sonuncuya məxsus pencəyin iç cibindən 130 (bir yüz otuz) manat nağd pulu və həmin otaqda olan güzgülü termonun orta gözündə yerləşən içərisi qırmızı rəngdə olan qutunun içərisindən məhrum atası Səfərxan Novruzova məxsus bir ədədinin qiyməti 100 (bir yüz) manat olan istehsal tarixi və firması istintaqla müəyyən edilməyən 2 ədəd kişi qol saatını gizli yolla talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs4 330 (üz yüz otuz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 05 noyabr 2023-cü il tarixdə saat 20:40 radələrində Cəlilabad şəhəri H.Cavid küçəsi nömrəsi ünvanda yaşayan Zərərçəkmiş şəxs6 məxsus olan fərdi yaşayış evinə yataq otağının pəncərəsinə fiziki təsir göstərib açaraq evə qanunsuz daxil olub, həmin evin yataq otağında olan stolüstü işıqlandırıcının “papaq”hissəsindən Zərərçəkmiş şəxs6 mərhum anası X2 məxsus 500 (beş yüz) manat dəyərində 2 ədəd ümumi çəkisi 32 qram çəkidə 920 əyarlı gümüş sep, 2 ədəd ümumi çəkisi 30 qram çəkidə 920 əyarlı gümüş qolbaq, 1 ədəd 21 qram çəkidə 920 əyarlı üzük və həmin otaqdan olan güzgülü termonun alt gözündən 30 (otuz) manat dəyərində dəmir pulları gizli yolla talayaraq, ümumilikdə zərərçəkmiş şəxş Zərərçəkmiş şəxs6 530 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq -1,434 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış, Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 06 noyabr 2023-cü il tarixdə saat 18:50 dəqiqədə Cəlilabad şəhəri H.Əliyev prospektində idarə etdiyi “VAZ-2107” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin psixotrop maddə metamfetamin bir ədəd şəffaf rəngli sellofana bükülümüş bükülüdə olmaqla əynindəki göy rəngli idman şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 27 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Cəlilabad şəhəri Koroğlu küçəsi nömrəsiz ünvanda yaşayan Zərərçəkmiş şəxs5 məxsus fərdi yaşayış evinə həmin evin yataq otağının pəncərəsini dabankeşlə açıb evə qanunsuz daxil olaraq, evin yataq otağında olan paltar şkafının içərisində olan qadın əl çantasından 1000 (bir min) manat pulu gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs5 1000 (bir min) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 01 noyabr 2023-cü il tarixdə saat 21 radələrində Cəlilabad şəhəri R.Nəsirov küçəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə yataq otağının pəncərəsinə fiziki təsir göstərib açaraq evə qanunsuz daxil olub, Zərərçəkmiş şəxs1 qızı Zərərçəkmiş şəxs2 məxsus yataq otağında olan dolabdan 250 (iki yüz əlli) manat dəyərində ümumi çəkisi 1,6 qram olan 585 əyarlı qızıl üzük, 100 (bir yüz) manat dəyərində “X32 pro max” elektron saat, 50 (əlli) manat dəyərində “AVT 29” markalı qulaqcığı, 30 (otuz) manat dəyərində nağd pulu, Zərərçəkmiş şəxs1 gəlini Zərərçəkmiş şəxs3 məxsus yataq otağında olan dolabdan ümumilikdə 1700 manat dəyərində ümumi çəkisi 27 qram olan 1 ədəd 585 əyarlı qızıl qolbaq, 1 cüt 585 əyarlı qızıl sırğa, 1 ədəd 585 əyarlı qızıl sep, 1 ədəd 585 əyarlı qızıl üzükdən ibarət olan komplekt qızıl zinət əşyası, 250 manat dəyərində ümumi çəkisi 1,6 qram olan 585 əyarlı qızıl üzük, həmçinin Zərərçəkmiş şəxs1 məxsus yataq otağında olan çarpayının döşəyinin altından 420 (dörd yüz iyirmi) manat nağd pulu gizli yolla talayaraq, ümumilikdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 430 (dörd yüz otuz) manat, Zərərçəkmiş şəxs3 Sabir qızına 1950 (bir min doqquz yüz əlli) manat və Zərərçəkmiş şəxs1 420 (dörd yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 05 noyabr 2023-cü il tarixdə saat 20 radələrində ünvan 2 ünvanda yaşayan Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinə yataq otağının pəncərəsinə fiziki təsir göstərib açaraq evə qanunsuz daxil olub, yataq otağında olan paltar şkafının içərisində sonuncuya məxsus pencəyin iç cibindən 130 (bir yüz otuz) manat nağd pulu və həmin otaqda olan güzgülü termonun orta gözündə yerləşən içərisi qırmızı rəngdə olan qutunun içərisindən məhrum atası Səfərxan Novruzova məxsus bir ədədinin qiyməti 100 (bir yüz) manat olan istehsal tarixi və firması istintaqla müəyyən edilməyən 2 ədəd kişi qol saatını gizli yolla talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs4 330 (üz yüz otuz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 05 noyabr 2023-cü il tarixdə saat 20:40 radələrində Cəlilabad şəhəri H.Cavid küçəsi nömrəsi ünvanda yaşayan Zərərçəkmiş şəxs6 məxsus olan fərdi yaşayış evinə yataq otağının pəncərəsinə fiziki təsir göstərib açaraq evə qanunsuz daxil olub, həmin evin yataq otağında olan stolüstü işıqlandırıcının “papaq”hissəsindən Zərərçəkmiş şəxs6 mərhum anası X2 məxsus 500 (beş yüz) manat dəyərində 2 ədəd ümumi çəkisi 32 qram çəkidə 920 əyarlı gümüş sep, 2 ədəd ümumi çəkisi 30 qram çəkidə 920 əyarlı gümüş qolbaq, 1 ədəd 21 qram çəkidə 920 əyarlı üzük və həmin otaqdan olan güzgülü termonun alt gözündən 30 (otuz) manat dəyərində dəmir pulları gizli yolla talayaraq, ümumilikdə zərərçəkmiş şəxş Zərərçəkmiş şəxs6 530 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq -10,093 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, üzərində saxlamaqla daşımış, Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 06 noyabr 2023-cü il tarixdə saat 20:40 dəqiqədə Cəlilabad şəhəri H.Əliyev prospektində piyada hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə olan qurudulmuş marixuana bir ədəd şəffaf rəngli sellofana bükülümüş bükülüdə olmaqla əynindəki tünd qara rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Ramiz oğlunun onlara istinad olunan cinayəti törətməkdə təqsirləri özlərinin etirafları, şahid ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü ona qarşı irəli sürülmüş ittihamda qismən təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad şəhərində anadan olmuşam, hazırda ünvan 3 ünvanında ailə üzvlərimlə birlikdə yaşayır. Subaydır, rəsmi olaraq işləmir. Ailəsini fəhləlik edərək dolandırır. Zərərçəkmiş şəxs5 əvvəllər tanımamışdır, Sətdar ilə aralarında nifaq və münaqişə olmamışdır. Zərərçəkmiş şəxs5 Cəlilabad rayon Polis şöbəsinə etdiyi müraciətlə tanış olmuşdur. 27 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində o, tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə Cəlilabad şəhərində çayxanada olan zaman Təqsirləndirilən şəxs3 ona işinin olduğunu onunla birlikdə getməsini istəmiş o da Ənvərlə birlikdə Ənvərin dediyi ünvana getmişlər, Ənvər evə girmiş və o, çöldə onu gözləmişdir, Ənvər evdən çıxandan sonra onlar birlikdə çayxanaya getmişlər ondan sonra Ənvərin həmin evdən oğurluq etdiyini bilmişdir, həmin oğurluqdan Ənvər ona 50 manat pul vermişdir. Ondan bir neçə gün sonra Ənvər ona yenə işinin olduğunu demiş və onunla birlikdə getməsini istəmiş o da Təqsirləndirilən şəxs3 ilə birlikdə 2 noyabr 2023-cü il tarixdə saat 21 radələrində Cəlilabad şəhəri R.Nəsirov küçəsində yerləşən mənzilə Ənvər yenə tək girmiş çıxanda bilmişdir ki, Ənvər o evdən qızıl zinət əşyaları sep, qızıl, üzük oğurlamışdır. Ona bu oğurluqdan Ənvər pul verməmişdir. Onlar həmin axşam Bakı şəhərinə getmişlər və səhəri günü Cəlilabad şəhərinə qayıtmışlar. O, bu iki oğurluqda iştrak etmiş, digər oğurluqlarda o iştark etməmişdir. Təqsirləndirilən şəxs2 tanımır onu rayonda taksi sürücüsü kimi tanımışdır. Məhkəmədən qanuni qərar qəbul ediməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 özünü ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, ünvan 4 ünvanda ailə üzvlərilə birlikdə yaşayır. Subaydır, rəsmi olaraq işləmir. Ailəsini fəhləlik edərək dolandırır. o, 28 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində o, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə çayxanada oturmuşlar o, Kamilə işinin olduğunu demiş Kamilndə onunla getməsini xahiş etmişdir, Kamil də onunla getmişdir. O kamilə oğurluqa getdiyini deməmişdir, ogurluğu edib qayıdandan sonra bilmişdir ki o ordan oğurluq etmişdir. Həmin oğurluqdan 50 manat o, Kamilə pul vermişdir. Ondan bir neçə gün sonra Kamildən yenə xahiş etmiş və işinin olduğu üçün onunla getməsini istəmişdir. Kamil də onunla 02 noyabr 2023-cü il tarixdə saat 21 radələrində Cəlilabad şəhəri R.Nəsirov küçəsində yerləşən mənzilə yaxınlaşmışlar o, tək evə girmiş və Kamil onu küçədə gözləmişdir. O evdən qızıl və pul götürüb çıxmışdır. Təqsirləndirilən şəxs2 əvvəllər görməmiş və tanımamışdır onu ilk dəfə polis şöbəsində görmmüş. Digər iki oğurluğu o tək etmişdir, onun yanında nə Daşqın nədə ki, Kamil olmuşdur. Oğurluq etiyi evlərə o, tək girmişdir. Qaranlı olduğu üçün onun heç kim görməmişdir. Bundan başqa onun üzərində narkotik vasitə olmamışdır, narkotik vasitəni Cəlilabad rayon Polis Şöbəsində işgəncə verərək onun üzərinə polis əməkdaşları zorla qoymuşdurlar, o RPŞ-də işgəncəyə məruz qalması ilə bağlı heç bir hüquq mühafizə orqanına müraciət etməmişdir, bundan başqa o, zərəçəkmiş şəxslərə ziyanı ödəməmişdir. O, oğurluq hissəsində özünü təqsirli bilir, onun üzərində narkotik vasitə olmamışdır, ona görə də məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü ona qarşı irəli sürülmüş ittihamda qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, o, yuxarıda qeyd etdiyi ünvanda ailə üzvlərilə birlikdə yaşayır. O, ara-sıra narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Cəlilabad şəhəri, Səttarxan küçəsində piyada gəzən zaman yolun kənarında yerdən içərisində psixotrop maddə metamfetamin olan bükülü tapmış, həmin bükülü onda maraq kəsb etdiyi üçün və gələcəkdə istfadə edəcəyi üçün üzərində saxlamışdır. Həmin tarixdə psixotrop maddəni tapdığı vaxtdan 30-40 dəqiqə sonra Cəlilabad şəhəri H.Əliyev prospektində idarə etdiyi “VAZ-2107” markalı **-LR-*** d.n.n avtomobillə hərəkətdə olan zaman polis əməkdaşları ona saxla işarəsi verib saxlatmışlar. Polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edərək üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşya olub-olmamasını soruşmuşlar. O, isə üzərində psixotrop maddə olan metamfetaminə bənzər maddə olduğunu bildirmişdir. Bundan sonra onu şübhəli şəxs kimi Cəlilabad RPŞ-yə gətirmişlər. Polis şöbəsində ona hüquqları izah olunmuş və ona Müdafiəçi2 təyin edilmişdir. Sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı narkotik vasitə, əşya və ya predmet varsa könüllü şəkildə təqdim etsin. O da, əynimdəki göy rəngli cins şalvarının sol yan cibindən metamfetamin olan bükülünü çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin bükülüyə açılıb baxış keçirilmiş, bükülüdə həqiqətən heroin olması müəyyən olunmuş, həmin psixotrop maddə bükülü ilə birlikdə elektron tərəzidə çəkildikdə çəkisinin 1,48 qram olması müəyyən olunmuşdur. Müdafiəçisi Müdafiəçi2 iştirakı ilə həmin metamfetamin qablaşdırılıb möhürlənmiş, zərfin üzərini o və müdafiəçisi tanış olub imzalamışdır, sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş həmin protokolu bütün iştirakçılar kimi o da tanış olub imzalamışdır. Daha sonra idarə etdiyi avtomobilə baxış keçirilmiş, avtomobilə baxış keçirilən zaman narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş digər əşya və predmet aşkar olunmamışdır. Baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Əlavə olaraq o, Cəlilabad şəhəri ərazisində oğurluq cinayət əməlini törətməmişdir. Təqsirləndirilən şəxs3 ilk dəfə Cəlilabad RPŞ-də görmüşəm o da oğurlu onunla bir yerdə etdiyini bildirdi. Halbu ki onun heç bir oğurluğdan xəbəri olmamışdır. Ona görə də oğurlu hissəsində özünü təqsirli bilməyərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 nümayəndəsi Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, Cəlilabad rayonu Dələli kəndində anadan olmuş, hazırda ünvan 5 ünvanda ailə üzvləri –atası 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1, anası 1970-ci il təvəllüdlü X19, qardaşı 1993-cü il təvəllüdlü X28 və qardaşı arvadı 2003-cü il təvəllüdlü X13 birlikdə yaşayır. Rəsmi olaraq işləmir. Atası Zərərçəkmiş şəxs1 Cəlilabad rayon polis şöbəsinə etdiyi müraciətlə tanışdır. Mahiyyəti üzrə bildirir ki, 01 noyabr 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evlərinin qapı pəncərəsini bağlayıb, atası Zərərçəkmiş şəxs1, anası Sənubər Alışova və gəlinləri Zərərçəkmiş şəxs3 ilə birlikdə Cəlilabad rayonu Dələli kəndinə baba evilərinə qonaq getmişlər. Həmin gün saat 23 radələrində onlar yaşadığı ünvana qayıtmışlar. Onlar həyətə daxil olarkən mənzilin işıqlarını sönmüş vəziyyətdə olub. Əvvəlcə elə bilmişlər ki, işığın balansı qurtarıb. Atası və anası kənddən gətirdikləri payları yerbəyer edərkən qardaşının arvadı Fatma içəridən həyətə çıxaraq, özünə məxsus yataq otağında olar termonun gözünə qoyduğu qızıllarının oğurlandığını bildirmişdir. Bu zaman atası Vüqar “tələsmə qoy gedim işıq kartının balansına pul vurum işıqlar yansın diqqətlə baxarıq”-demiş, atası Vüqar təxminən 10 dəqiqə sonra gələrək, işığı sayğacdan yandırmışdır. Onlar birlikdə mənzilə daxil olub evi axtarmağa başlamışlar. Məlum olmuşdur ki, yaşadıqları evin ona məxsus yataq otağında olan dolabdan “X32 pro max” markalı elektron saat, “AVT29” markalı bluetooth qulaqcıq, 250 manat dəyərində qızıl üzük və portmanatımın içərisində olan 30 manat pul, həmçinin atası Vüqarın 420 manat dəyərində pul əskinasını və gəlini Zərərçəkmiş şəxs3 məxsus 1700 manat dəyərində qızıl komplekt və 250 manat dəyərində qızıl üzük naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Daha sonra polis əməkdaşları yaşadıqları ünvana gələrək, baxış keçirtmişlər. O, oğurluq hadisəsi 01 noyabr 2023-cü il tarixdən saat 16 radələrindən saat 23 radələrinədək olan o, və ailə üzvləri evdə olmayan müddətdə baş vermişdir. Oğurluq hadisəsi nəticəsində ona 430 manat maddi ziyan dəymişdir. Belə ki, “X32 pro” markalı elektron saat və “AVT29” bluetooth qulaqcığı nişanlısı X3 Federasiyasının Moskva şəhərindən müvafiq olaraq 100 və 50 manata alaraq ona hədiyyət etmişdir. Qızıl üzüyün əyyarı və çəkisi barədə məlumatı yoxdur, təxminən 250 manata yaxın qiyməti olardı. Yaşadığı mənzildə baş vermiş oğurluq hadisəsi ilə bağlı heçkimdən şübhələnmir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, Cəlilabad rayonu Dələli kəndində anadan olmuş, hazırda ünvan 5 ünvanda ailə üzvləri – arvadı 1970-ci il təvəllüdlü X19, oğlu 1993-cü il təvəllüdlü X28, qızı 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 və gəlinim Zərərçəkmiş şəxs3 birlikdə yaşayır. Rəsmi olaraq işləmir, etibarnamə əsasında ona məxsus olan göy rəngli “VAZ 2106” markalı ** XD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. 02 noyabr 2023-cü il tarixdə Cəlilabad rayon polis şöbəsinə etdiyi müraciətlə tanış olmuşdur. Mahiyyəti üzrə bildirir ki, 01 noyabr 2023-cü il tarixdə qardaşı Cəlil Alışov onu ailəsi ilə birlikdə qonaq çağırmış, buna görə də həmin tarixdə saat 16 radələrində o, yaşadığı ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin qapı-pəncərəsini bağlayıb, arvadı Sənubər Alışova, qızı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə birlikdə Cəlilabad rayonu Dələli kəndinə ata evinə, hazırda qardaşı Cəlil Alışovun yaşadığı evə qonaq getmişdir. Həmin gün saat 23 radələrində o, və ailə üzvləri yaşadıqları ünvana qayıtmış, onlar həyətə daxil olarkən mənzilin işıqlarını sönmüş vəziyyətdə olmasını görmüşlər. Əvvəlcə işığın balansının qurtarmasını bilmişlər. Atası evindən gətirdiyi meyvə və digər payları yaşadığı ünvanın həyətində avtomobilin baqaj yerindən evə daşımış. Bu zaman gəlini Fatimə həyəcanlı şəkildə mənzildən həyətə çıxaraq, ona məxsus qızıl zinət əşyalarının oğurlanmasını bildirmişdir. İşıq yanmadığı üçün o, Fatmaya “tələsmə qoy gedim işıq kartının balansına pul vurum işıqlar yansın diqqətlə baxarıq”-demişdir. O, işıq kartını götürüb, yaxınlıqda yerləşən “Green Store” supermarketinə gedərək, işıq kartının balansına 7 manat yükləmiş, işıq kartını yaşadığı mənzilin sayğacında oxutduqdan sonra işığın yenidən yanmadığını görmüş, bu zaman o, sayğaca diqqətlə baxdıqda ona məlum olmuşdur ki, sayğacın üzərindən söndürülüb. O, sayğacın qolunu yuxarı qaldırmış və evin işıqları yanmışdır. O, ailə üzvləri ilə birlikdə mənzilə daxil olub evi axtarmağa başlamış, məlum olmuşdur ki, yaşadığı evdə qızı Sadəgülə məxsus yataq otağında olan dolabdan Sadəgülə məxsus “X32 pro max” markalı elektron saat, “AVT29” markalı bluetooth qulaqcıq, 250 manat dəyərində qızıl üzük və portmanatının içərisində olan 30 manat pul, həmçinin gəlini Zərərçəkmiş şəxs3 yataq otağında yerləşən güzgülü dolabın gözündə Fatmaya məxsus ümumi çəkisi 27 qram olan 1 ədəd 585 əyarlı rus istehsalı olan qızıl qolbaq, 2 cüt qızıl sırğa, 1 ədəd sep və 1 ədəd qızıl üzük və ümumi çəkisi 1.65 qram olan 1 ədəd 585 əyarlı, rus istehsallı nişan üzüyünün naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Daha sonra o, öz yataq otağına daxil olub, yatdığı çarpayının üzərində olan döşəyin altında gizlətdiyi 420 manat pulun yerində olmadığını, oğurlanmasını aşkar etmişdir. Onlar evə daxil olarkən qızı Sadəgülün yatdığı yataq otağının çölə açılan pəncərəsinin açıq olması, gəlini Fatma Nağıyevin yatdığı otağın pəncərəsinin tor setkasının yerdə olmasını aşkar etmişdir. Ona məxsus yaşayış evinin bütün pəncərələri plastik materialdandır. O dərhal ərazinin sahə rəisinə oğurluq barədə məlumat vermiş, polis əməkdaşları yaşadığı ünvana gələrək, hadisə yerin müayinə edib, əl barmaq izləri götürərək baxış keçirtmişlər. O, oğurluq hadisəsi 01 noyabr 2023-cü il tarixdən saat 16 radələrindən saat 23 radələrinədək olan o, və ailə üzvləri evdə olmayan müddətdə baş vermişdir. Oğurluq hadisəsi nəticəsində ona 420 manat, qızı Sadəgülə 430 manat və gəlini Fatmaya isə 1950 manat maddi ziyan dəymişdir. Oğurluq hadisəsi zamanı oğurlanmış 420 manat pul, 6 ədəd 50 manatlıq, 1 ədəd 100 manatlıq və 1 ədəd 20 manatlıq əskinas formasında idi. O, yaşadığı mənzildə baş vermiş oğurluq hadisəsi ilə bağlı heçkimdən şübhələnmir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs5 ifadə verərək göstərmişdir ki, o, Cəlilabad rayonu Cəfərxanlı kəndində anadan olmuş, hazırda Cəlilabad şəhəri Koroğlu küçəsi nömrəsiz ünvanda ailə üzvləri arvadı X6, övladları 2010-cu il təvəllüdlü X8, 2012-ci il təvəllüdlü X9 və 2014-cü il təvəllüdlü X10 ilə birlikdə yaşayır. Rəsmi olaraq Cəlilabad şəhəri Qurtuluş küçəsində icarə əsasında Baytarlıq apteki işlədərək ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidmətinə və Cəlilabad RPŞ-nə ərizə ilə o müraciət etmişdir. Mahiyyəti üzrə bildirir ki, 27 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində o, ünvan 6 ünvanının qapısını və pəncərəsini bağlayıb ailə üzvləri ilə birlikdə Cəlilabad rayonu Cəfərxanlı kəndində yerləşən digər fərdi yaşayış evinə gedərək, orada gecələmişlər. Səhərisi gün xx.xx.2023-cü il tarixdə saat 09:30 dəqiqədə Koroğlu küçəsində yerləşən evlərinə qayıtmışlar. O, fərdi yaşayış evinin darvazasını açarla açarkən əvvələr qapı açılmamış, daha sonra güc tətbiq edərək qapını açmış, ailə üzvləri həyətə daxil olmuş, o, isə işləri olduğu üçün Aptekə getmişdir. Mənzilin giriş qapısı arvadı Hamayıl açaraq içəri daxil olmuşdur. Təxminən 30 dəqiqə sonra arvadı Hamayıl ona zəng edərək, evə oğru girdiyini və 1000 manat pulun oğurlanmasını bildirmişdir. Təxminən 20 dəqiqə sonra o, yaşadığı ünvana gəlmiş, mənzilinin yataq otağında yerləşən paltar şkafında arvadı Hamayıla məxsus kiçik qadın çantasının içərisindən 1000 manat pulun oğurlanmasını aşkar etmişdir. Daha sonra o, övladlarının yataq otağına keçərkən həmin otağın pəncərəsinin açıq olmasını görmüşdür. Dərhal bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. O, oğurluq hadisəsinin xx.xx.2023-cü il saat 18 radələrindən xx.xx.2023-cü il saat 09 radələrinədək müddətdə baş verməsini bildirmişdir. Oğurluq hadisəsi nəticəsində ona 1000 manat maddi ziyan dəymiş, oğurluq hadisəsi ilə bağlı şübhələndiyi heç kim olmamış, oğurluq nəticəsində oğurlanmış 1000 manat pul ona məxsus olmuş, saxlamaq üçün arvadı Hamayıla verdiyini bildirmişdir. O, Naməlum şəxs və ya şəxslərin ona məxsus fərdi yaşayış evinin kiçik yataq otağının çölə baxan plastik pəncərəsini açaraq mənzilə qanunsuz daxil olmasını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs6 ifadə verərək göstərmişdir ki, o, Cəlilabad rayonu Məlikqasımlı kəndində anadan olmuş, hazırda ünvan 8 ünvanda ailə üzvləri –arvadı 1980-ci il təvəllüdlü X7 ilə birlikdə yaşayır. Rəsmi olaraq işləmir, etibarnamə əsasında ona məxsus olan albalı rəngli “VAZ 2107” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. 07 noyabr 2023-cü il tarixdə Cəlilabad rayon polis şöbəsinə o müraciət etmişdir. Mahiyyəti üzrə bildirir ki, 05 noyabr 2023-cü il tarixdə onu qaynı X20 qonaq çağırmış, buna görə də həmin tarixdə saat 19 radələrində o, yaşadığı ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evimin qapıpəncərəsini bağlayıb arvadı Kifayət Həmidova ilə birlikdə ünvan 8 ünvanda yaşayan qayını Nemət Əliyevin yaşadığı evə qonaq getmişlər. Həmin gün saat 23 radələrində o və arvadı Kifayət Həmidova yaşadıqları ünvana qayıtmışlar. Onlar həyətə daxil olarkən mənzilin işıqlarını sönmüş vəziyyətdə olmuşdur. Əvvəlcə işığın balansının qurtarmasını bilmişlər. Ona görə də avtomobilə əyləşib, işıq kartının balansına pul yükləyib, yaşadığı ünvana qayıtmışlar. İşıq kartını yaşadığı mənzilin işıq sayğacında oxutduqdan işığın yenidən yanmadığını görmüşlər. Bu zaman o, sayğaca diqqətlə baxdıqda ona məlum olmuşdur ki, işıq sayğacın üzərindən söndürülüb. O, sayğacın qolunu yuxarı qaldırmış və evin işıqları yanmışdır. O, arvadı Kifayət ilə birlikdə həyətə daxil olmuş, evin giriş qapısını açıb mənzilin içərisinə daxil olmuş və yataq otağının və qonaq otağının dağınıq olmasını görmüşdür. Yataq otağına daxil olub çarpayının sol tərəfində olan işıqlandırıcının papaq hissəsinə qoyduqları 2 ədəd gümüş sep, 2 ədəd gümüş qolbaq, 1 ədəd gümüş üzük, həmçinin yataq otağının qapısının sağ tərəfində olan dolabın ən aşağı gözünə qoyduğum kauçuk qabda olan 30 manat dəyərində qəpik pullar naməlum şəxs və şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. O, Oğurluq hadisəsi 05 noyabr 2023-cü il tarixdən saat 19 radələrindən saat 23 radələrinədək olan o və arvadı Kifayət evdə olmayan müddətdə baş vermişdir. Oğurluq hadisəsi nəticəsində ona 530 manat maddi ziyan dəymişdir. Belə ki, 500 manat dəyərində gümüş əşyalar və 30 manat dəyərində qəpik pullar ona məxsus mənzildən oğurlanmışdır. 2 ədəd gümüş sep, 2 ədəd gümüş qolbaq, 1 ədəd gümüş üzük rəhmətə getmiş X2 məxsus olmuş idi, o həmin əşyaları xatirə olaraq saxlamışdır. Həmin əşyaları o, 20 il bundan qabaq Rusiya Federasiyasının Moskva şəhərindən indiki pul ilə hesablasaq 500 manata almışdır. Gümüş zinət əşyalarını 920 əyarlı idi, 2 ədəd gümüş sep 32 qram çəkidə, 2 ədəd gümüş qolbaq 30 qram çəkidə və 1 ədəd gümüş üzük isə 21 qram çəkidə idi. O, yaşadığı mənzildə baş vermiş oğurluq hadisəsi ilə bağlı heçkimdən şübhələnmdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonu Qarğılı kəndində anadan olmuş, hazırda ünvan 2 ünvanda tək yaşayır. Subaydır, təqaüd alaraq dolanır. 07 noyabr 2023-cü il tarixdə Cəlilabad rayon Polis Şöbəsinə mən müraciət etmişdir. Müraciətilə əlaqədar olaraq bildirir ki, o, evlənməmiş, ona görə də bacısı Səbizənin oğlu X21 uşaq yaşlarından götürüb saxlamışdır. 04 noyabr 2023-cü il tarixdə Amil ilə birlikdə qohumların toyunda iştirak etmək üçün fərdi yaşayış evimizin qapı pəncərəsini bağlayıb Bakı şəhərinə getmişdir. 06 noyabr 2023-cü il tarixdə o, tək yaşadığı ünvana qayıdanda giriş darvazasının yekə qapısının açıq olduğunu görmüş, o, yaşadığı həyətə daxil olanda mənzilin giriş qapısının sağ tərəfində yerləşən pəncərənin açıq olduğunu aşkar etmiş və yaşadığı ünvandan oğurluq olmasından əmin olmuşdur. O, oğurluq hadisəsi ilə bağlı polis şöbəsinə müraciət etmək üçün bacısı oğlu Amil Şərbətovu gözləmiş, çünki tək qadın olaraq Polis Şöbəsinə getmək istəməmişdir. O, mənzilin giriş qapısını açıb evə baxmağa başlamış, ev dağınıq vəziyyətdə olmamışdır. Daha sonra yataq otağına daxil olmuş, həmin otaqda olan paltar şkafının içərisində özünə məxsus pencəyin iç cibinə qoyduğu 130 manat pulun yerində olmadığını görmüşdür. Daha sonra həmin otaqda olan güzgülü termonun gözlərinə baxmış. Termonun orta gözündə içərisi qırmızı rəngdə olan qutunun içərisində olan atası Səfərxana məxsus 2 ədəd kişi qol saatlarının da yerində olmadığını aşkar etmişdir. 07 noyabr 2023-cü il tarixdə bacısı oğlu Amil gəldikdən sonra Amilə oğurluq barədə məlumat vermiş və Amil ilə birlikdə Cəlilabad RPŞ-nə gələrək ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəsininin 04 noyabr 2023-cü il tarixdən 06 noyabr 2023-cü il tarixədək olan müddətdə baş verdiyini bildirmiş, oğurluq hadisəsi nəticəsində ona 130 manat maddi ziyan dəymişdir. Belə ki, yaşadığı mənzilin yataq otağında olan paltar şkafının içərisində asılqandan asdığı özünə məxsus pencəyin iç cibinə qoyduğu 130 manat pul naməlum şəxs(lər) tərəfindən oğurlanmışdır. Bundan başqa mərhum atası Səfərxana məxsus 2 ədəd kişi qol saatı da hadisə nəticəsində oğurlanmışdır. Həmin qol saatların forması və firması barədə məlumatı yoxdur. Həmin saatlar təxminən mərhum atası Səfərxan tərəfindən təxminən 30 il bundan qabaq alınmışdır. Düşünürəm ki, həmin qol saatlarının 1 ədədinin qiyməti təxminən 100 manat olardı. İlk vaxtlar o, oğurlanmış 2 ədəd qol saatının bacısı oğlu Amilə məxsus olmasını zənn etmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, 2 ədəd qol saatı mərhum atası Səfərxana məxsusdur. O, yaşadığı mənzildə baş vermiş oğurluq hadisəsi ilə bağlı heçkimdən şübhələnmədiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonu Calayır kəndində anadan olmuş, hazırda ünvan 5 ünvanda ailə üzvləri –qayınatası 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1, qayınanası 1970-ci il təvəllüdlü X19, əri 1993-cü il təvəllüdlü X28 və baldızı 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 birlikdə yaşayır. Rəsmi olaraq işləmir. Qayınatası Zərərçəkmiş şəxs1 Cəlilabad rayon polis şöbəsinə etdiyi müraciətlə tanışdır. Mahiyyəti üzrə bildirir ki, 01 noyabr 2023-cü il tarixdə saat 16 radələrində yaşadıqları ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evlərinin qapı pəncərəsini bağlayıb, qayınatası Zərərçəkmiş şəxs1, qayınanası Sənubər Alışova və baldızı Zərərçəkmiş şəxs2 ilə birlikdə Cəlilabad rayonu Dələli kəndinə qonaq getmişlər. Həmin gün saat 23 radələrində o və ailə üzvləri yaşadıqları ünvana qayıtmışlar. Onlar həyətə daxil olarkən mənzilin işıqlarını sönmüş vəziyyətdə olmuşdur. Onlar əvvəlcə işığın balansının qurtarmasını bilmişlər. Qayınatası və qayınanası kənddən gətirdikləri payları yerbəyer edərkən o, fərdi yaşayış evinə daxil olub öz yataq otağına keçmişdir. O, yataq otağının çölə baxan pəncərəsinin tor setkasının üzərində olmadığını görmüşdür, Şübhələnməyə başlamış, dərhal otaqda olan güzgülü dolaba yaxınlaşıb, dolabın gözündə saxladığı qızıl komplektinin və əlavə qızıl üzüyünün oğurlandığını aşkarlamışdır. Dərhal həyətə çıxıb bu barədə qayınatasına məlumat vermişdir. Qayınatası Vüqar ona “tələsmə qoy gedim işıq kartının balansına pul vurum işıqlar yansın diqqətlə baxarıq”-demişdir. Vüqar təxminən 10 dəqiqə sonra işıq kartına balans vurub gələrək, işığı sayğacdan yandırmış, onlar birlikdə mənzilə daxil olub evi axtarmağa başlamışlar. Məlum olmuşdur ki, yaşadıqları evin baldızı Sadəgülə məxsus yataq otağında olan dolabdan “X32 pro max” markalı elektron saat, “AVT29” markalı bluetooth qulaqcıq, 250 manat dəyərində qızıl üzük və portmanatının içərisində olan 30 manat pul, həmçinin qayınatası Vüqarın 420 manat dəyərində pul əskinası naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Daha sonra polis əməkdaşları yaşadıqları ünvana gələrək, hadisə yerin müayinə edib, əl barmaq izləri götürərək baxış keçirtmişlər. O, oğurluq hadisəsi 01 noyabr 2023-cü il tarixdən saat 16 radələrindən saat 23 radələrinədək olan o, və ailə üzvləri evdə olmayan müddətdə baş vermişdir. Oğurluq hadisəsi nəticəsində ona 1950 manat maddi ziyan dəymişdir. Belə ki, ona toy günü hədiyyə edilmiş, 1 ədəd 585 əyarlı rus istehsalı olan qızıl qolbaq, 2 cüt qızıl sırğa, 1 ədəd sep və 1 ədəd qızıl üzüyün ümumi çəkisi 27 qram olmuşdur. Nişan üzüyü isə 585 əyarlı, rus istehsallı idi, çəkisi 1,6 qram olmuşdur. Qızıl komplekt 1700 manat və nişan üzük isə 250 manat dəyərində olmuşdur. Yaşadığı mənzildə baş vermiş oğurluq hadisəsi ilə bağlı heçkimdən şübhələnmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-in Cəlilabad RPŞ-də xidmət edir. Mahiyyəti üzrə bildirir ki, Təqsirləndirilən şəxs2 Cəlilabad rayon ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlaması və daşıması ilə bağlı rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən o, CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Hüseyn Mirəzlidən ibarət əməliyyat qrupu yaradılmış, bundan sonra Təqsirləndirilən şəxs2 olması ehtimal edilən yerlər müəyyən edilərək o, əməliyyat müşahidəsinə götürülmüş, 06 noyabr 2023-cü il tarixdə, saat 18:50 dəqiqədə Cəlilabad şəhəri H.Əliyev prospektində idarə etdiyi “VAZ-2107” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Daşqına yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz olaraq əldə edilib daşınmasında şübhəli olduğunu bildirib ondan üzərində qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya narkotik vasitə olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs2 üzərində psixotrop maddə olan metamfetaminə bənzər maddə olduğunu bildirmiş, bundan sonra Daşqın idarə etdiyi avtomobillə şübhəli şəxs kimi Cəlilabad RPŞ-yə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs2 hüquqları izah olunmuş və Daşqına Müdafiəçi2 təyin edilmişdir. Sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı narkotik vasitə, əşya və ya predmet varsa könüllü şəkildə təqdim etsin. Təqsirləndirilən şəxs2 də əynindəki göy rəngli cins şalvarının sol yan cibindən metamfetamin olan bükülünü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükülüyə açılıb baxış keçirilmiş, bükülüdə həqiqətən metamfetamin olması müəyyən olunmuş, həmin psixotrop maddə bükülü ilə birlikdə elektron tərəzidə çəkildikdə çəkisinin 1,48 qram olması müəyyən olunmuşdur. Müdafiəçi2 iştirakı ilə həmin metamfetamin qablaşdırılıb möhürlənmiş, Zərfin üzərini Təqsirləndirilən şəxs2 və müdafiəçisi tanış olub imzalamışlar. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, həmin protokolu bütün iştirakçılar kimi o da tanış olub imzalamışdır. Daha sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə baxış keçirilmiş, avtomobilə baxış keçirilən zaman narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş digər əşya və predmet aşkar olunmamışdır. Baxış keçirilməsi barədə protokol tərtib olunmuş, həmin protokolu bütün iştirakçılar kimi tanış olub imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-in Cəlilabad RPŞ-də xidmət edir. Mahiyyəti üzrə bildirir ki, Təqsirləndirilən şəxs2 Cəlilabad rayon ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlaması və daşıması ilə bağlı rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən o, CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Hüseyn Mirəzlidən ibarət əməliyyat qrupu yaradılmış, bundan sonra Təqsirləndirilən şəxs2 olması ehtimal edilən yerlər müəyyən edilərək o, əməliyyat müşahidəsinə götürülmüş, 06 noyabr 2023-cü il tarixdə, saat 18:50 dəqiqədə Cəlilabad şəhəri H.Əliyev prospektində idarə etdiyi “VAZ-2107” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Daşqına yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz olaraq əldə edilib daşınmasında şübhəli olduğunu bildirib ondan üzərində qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya narkotik vasitə olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs2 üzərində psixotrop maddə olan metamfetaminə bənzər maddə olduğunu bildirmiş, bundan sonra Daşqın idarə etdiyi avtomobillə şübhəli şəxs kimi Cəlilabad RPŞ-yə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs2 hüquqları izah olunmuş və Daşqına Müdafiəçi2 təyin edilmişdir. Sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı narkotik vasitə, əşya və ya predmet varsa könüllü şəkildə təqdim etsin. Təqsirləndirilən şəxs2 də əynindəki göy rəngli cins şalvarının sol yan cibindən metamfetamin olan bükülünü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükülüyə açılıb baxış keçirilmiş, bükülüdə həqiqətən metamfetamin olması müəyyən olunmuş, həmin psixotrop maddə bükülü ilə birlikdə elektron tərəzidə çəkildikdə çəkisinin 1,48 qram olması müəyyən olunmuşdur. Müdafiəçi2 iştirakı ilə həmin metamfetamin qablaşdırılıb möhürlənmiş, Zərfin üzərini Təqsirləndirilən şəxs2 və müdafiəçisi tanış olub imzalamışlar. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, həmin protokolu bütün iştirakçılar kimi o da tanış olub imzalamışdır. Daha sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə baxış keçirilmiş, avtomobilə baxış keçirilən zaman narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş digər əşya və predmet aşkar olunmamışdır. Baxış keçirilməsi barədə protokol tərtib olunmuş, həmin protokolu bütün iştirakçılar kimi tanış olub imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərdi ki, o, yuxarıda göstərilən ünvanda ailə üzvlərilə birlikdə yaşayır. Azərbaycan Respublikası DİN-in Cəlilabad RPŞ-də xidmət edir. Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs3 əvvəllər tanımamış, Ənvər ilə ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında rayon polis şöbəsində şöbə rəhbərliyinin müvafiq axşam H.Əliyev prospektində tərəfimizdən müşahidəyə götürülmüşdür. 06 noyabr 2023-cü il tarixdə saat 20:40 dəqiqədə Cəlilabad şəhəri H.Əliyev prospektində piyada hərəkətdə olan zaman Ənvərə yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs3 üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs3 isə üzərində qanunla qadağan edilmiş narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmiş, həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması məqsədi ilə onu rayon polis şöbəsinə dəvət edilmiş, Təqsirləndirilən şəxs3 da etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs3 təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuş, bundan sonra Cəlilabad RPŞ-nin KTQ-nin inspektor kriminalisti Valeh Abdullayev tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs3 üzərində sonuncunun müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmasına başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs3 bir ədəd şəffaf rəngli sellofana bükülümüş bükülüdə olmaqla əynindəki tünd qara rəngli gödəkçənin sağ yan cibindən bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisindəki maddənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 təqdim etdiyi bükülüyə baxış keçirilən zaman həmin bükülünün içərisindəki maddənin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 təqdim etdiyi bükülü ekspertiza tədqiqatına göndərilməsindən ötrü qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5, Şahid6 anoloji ifadə verərək Şahid4 qeyd etdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, Azərbaycan Respublikası DİN-in Cəlilabad RPŞ-də xidmət edir. Mahiyyəti üzrə bildirir ki, Təqsirləndirilən şəxs2 Cəlilabad rayon ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlaması və daşıması ilə bağlı rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən o, CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Hüseyn Mirəzlidən ibarət əməliyyat qrupu yaradılmış, bundan sonra Təqsirləndirilən şəxs2 olması ehtimal edilən yerlər müəyyən edilərək o, əməliyyat müşahidəsinə götürülmüş, 06 noyabr 2023-cü il tarixdə, saat 18:50 dəqiqədə Cəlilabad şəhəri H.Əliyev prospektində idarə etdiyi “VAZ-2107” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Daşqına yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz olaraq əldə edilib daşınmasında şübhəli olduğunu bildirib ondan üzərində qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya narkotik vasitə olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs2 üzərində psixotrop maddə olan metamfetaminə bənzər maddə olduğunu bildirmiş, bundan sonra Daşqın idarə etdiyi avtomobillə şübhəli şəxs kimi Cəlilabad RPŞ-yə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs2 hüquqları izah olunmuş və Daşqına Müdafiəçi2 təyin edilmişdir. Sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı narkotik vasitə, əşya və ya predmet varsa könüllü şəkildə təqdim etsin. Təqsirləndirilən şəxs2 də əynindəki göy rəngli cins şalvarının sol yan cibindən metamfetamin olan bükülünü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükülüyə açılıb baxış keçirilmiş, bükülüdə həqiqətən metamfetamin olması müəyyən olunmuş, həmin psixotrop maddə bükülü ilə birlikdə elektron tərəzidə çəkildikdə çəkisinin 1,48 qram olması müəyyən olunmuşdur. Müdafiəçi2 iştirakı ilə həmin metamfetamin qablaşdırılıb möhürlənmiş, Zərfin üzərini Təqsirləndirilən şəxs2 və müdafiəçisi tanış olub imzalamışlar. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, həmin protokolu bütün iştirakçılar kimi o da tanış olub imzalamışdır. Daha sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə baxış keçirilmiş, avtomobilə baxış keçirilən zaman narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş digər əşya və predmet aşkar olunmamışdır. Baxış keçirilməsi barədə protokol tərtib olunmuş, həmin protokolu bütün iştirakçılar kimi tanış olub imzalamışdır. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid7 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, ünvan 11 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. Orta təhsillidir, rəsmi olaraq işləmir. Ailəsini qırmızı rəngli “VAZ 2107” markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olaraq dolandırır. Mahiyyəti üzrə bildirirki, Təqsirləndirilən şəxs1 3 ildən çox müddətdir ki, tanıyır. Kamil ilə əvvəllər münaqişəsi və nifaqı olmamışdır. Təqsirləndirilən şəxs3 təzəcə, 1 həftə olar tanımışdır. Təqsirləndirilən şəxs2 2021-ci il tarixdən tanımışdır. 05 noyabr 2023-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs3 onun mobil nömrəsinə zəng edərək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə bir ünvana gedəcəklərini bildirib, Cəlilabad şəhəri Kapital Bankın inzibati binasının yaxınlığında olan çayxanaya çağırmışlar. O, özünə məxsus “VAZ 2107” markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ənvər deyən ünvana getmişdir. Kapital bankın qarşısında Ənvər, Kamil və Daşqın avtomobilə əyləşmiş, Kamil qabaq sağ oturacaqda, Ənvər və Kamil isə arxada əyləşmişlər. Kamil ona “bizi Cəlilabad şəhəri Salatın Əsgərova küçəsinə apar, avtomobilinə benzin vuracıq” demişdir. O da Kamil ilə razılaşıb, Kamilin dediyi ünvana avtomobilini hərəkət elətdirmişdir. Cəlilabad şəhəri S.Əsgərov küçəsində göy rəngli darvazanın yanına çatanda Kamil ona “saxla düşürük, burda bir az işimiz var, bir azdan zəng edəcik gəlib götürərsən”-demişdir. Kamil, Daşqın və Ənvər avtomobildən düşüb həmin göy rəngli darvazanın qarşısında dayanmışlar. O, isə avtomobili idarə edib, oradan uzaqlaşmışdır. Təxminən 45 dəqiqə sonra Təqsirləndirilən şəxs3 ona zəng edərək, həmin şəxsləri düşürdüyü ünvana gəlməsini istəmişdir. O, həmin ünvana getmiş və Ənvər, Daşqın və Kamil yenidən avtomobilə əyləşmişlər. Kamil ona “bizi basqal restoranına apar”-demişdir. Yolda hərəkətdə olarkən Daşqın “məni avtomobilimin yanında düşürün”-demişdir. O, Daşqını Cəlilabad şəhəri Rəmzi küçəsində avtomobilinin yaxınlığında düşürtmüşdür. Ənvər və Kamili isə Cəlilabad şəhəri Qurtuluş küçəsində yerləşən “Basqal” restoranına aparıb düşürtmüşdür. Yolda olarkən Kamil ondan “Brend Store”-nin yaxınlığında yerləşən adını unutduğu Yanacaq Doldurma məntəqəsinə sürməyi, orada taksi kimi həmin şəxsləri aparmağına görə avtomobilinə yanacaq vuracaqlarını demişdir. Yanacaq doldurma məntəqəsində Kamil onun avtomobilinə 4 manatlıq benzin yanacağını vurdurmuşdur. Daha sonra o, Kamil ilə Ənvəri “Basqal” restoranına aparıb düşürtmüşdür. Şahid7 ifadəsinə əlavə olaraq bildirmişdir ki, onun Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin ünvanlardan oğurluq etmələri barədə məlumatı olmamışdır. O, sadəcə özünə məxsus avtomobil ilə Ənvər, Kamil və Daşqını ünvan 2 ünvana düşürmüşdür. Həmin vaxt həmin şəxslər ona həmin ünvanda işlərinin olduğunu demişlər. O, həmin şəxsləri götürməyə gedəndə həmin şəxslərin əlində heç bir şey yox idi. O, taksi fəaliyyəti ilə məşğul olaraq dolandığını, Kamil də həmin şəxsləri dedikləri ünvana apardığı üçün onun avtomobilinə taksi pulu 4 manatlıq yanacaq almasını bildirmişdir İşdə olan 28 oktyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Cəlilabad şəhəri Koroğlu küçəsində yaşayan Zərərçəkmiş şəxs5 məxsus fərdi yaşayış evində baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs5 hadisənin baş verdiyi yeri göstərmişdir. İşdə olan 02 noyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Cəlilabad şəhəri R.Nəsirov küçəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evində baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs1 hadisənin baş verdiyi yeri göstərmişdir. İşdə olan 07 noyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Cəlilabad şəhəri S.Əsgərova küçəsində yaşayan Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evində baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs4 hadisənin baş verdiyi yeri göstərmişdir. İşdə olan 07 noyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Cəlilabad şəhəri H.Cavid küçəsində yaşayan Zərərçəkmiş şəxs6 məxsus fərdi yaşayış evində baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs6 hadisənin baş verdiyi yeri göstərmişdir. İşdə olan 06 noyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilən zaman onun əynində olan göy rəngli şalvarın sol yan cibində 1 (bir) ədəd şəffaf sellofana bükülmüş halda psixotrop maddə olan metamfetamin və idarə etdiyi VAZ 2107 markalı ** LR *** dövlət qeydiyyat nişanlı avtomobilin açar olması müəyyən edilmişdir. Qeyd olunan əşyalar iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İşdə olan 06 noyabr 2023-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs2 məxsus VAZ 2107 markalı ** LR *** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobildən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. İşdə olan 06 noyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış keçirilən zaman onun əynində olan tünd qara rəngli gödəkçənin sağ yan cibində 1 (bir) ədəd şəffaf sellofana bükülmüş halda narkotik vasitə olan qurudulmuş marixuana, tünd göy rəngli şalvarın sol yan cibində “Samsung” markalı mobil telefon və tünd göy rəngli şalvarın arxa cibində özünə məxsus şəxsiyyət vəsiqəsi olması müəyyən edilmişdir. Qeyd olunan əşyalar iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası ƏN-nin MEM X16 tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 07 noyabr 2023-cü il tarixli, 19/991 nömrəli rəyində göstərilmişdir ki,, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi 1,384 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. (siyahı 1) İşdə olan Azərbaycan Respublikası ƏN-nin MEM X16 tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 07 noyabr 2023-cü il tarixli, 19/991 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs3 üzərindən...” sözləri yazılmış zərfi açdıqda 01 ədəd sellofan bükülüdə təmiz çəkisi -10,043 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxildir. (siyahı 1) Narkotik vasitə olan qurudulmuş marixuananın ümumi çəkisi -10,093 qram, tədqiqata sərf edilmiş - 0,05 qram, qalıq - 10,043 qram qalmışdır. ş - 0,05 qram, qalıq –-1,384 qram qalmışdır. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 07 dekabr 2023-cü il tarixli, 1076 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 opioidlərin, kannabinoidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2021-ci ildən “opium narkomanlığı” diaqnozu ilə qeydiyyata durur. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 08 yanvar 2024-cü il tarixli, 59 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Psixiatrik X17 X32 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 69 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 üzvi (epilepsiya xəstəliyi nəticəsində yaranan) şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs2 müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmamışdır ki, o, qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədən zaman, ondan əvvəl və ya sonra öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və idarə etmək iqtidarında olmasın. D.Ə. Əliyev öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barədə anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hazır ki, psixi vəziyyətinə görə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs X14 hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakılarına zərər yetirmək təhlükəsi yoxdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin kompleks məhkəmə fiziki-kimyəvi və məhkəmə-əmtəəşunaslıq ekspertizasının 22 noyabr 2023-cü il tarixli 6/5853-9/8261 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: - 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük- üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 1,66 qramdır, qaşları qiymətli qaşlara aidd deyildir. - 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük- üzərində “583” əyar damğası həkk olummuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 2,18 qramdır, qaşları qiymətli qaşlara aidd deyildir. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən tədqiqata təqdim edilən Zərərçəkmiş şəxs1 məxsus 2 ədəd üzüyün 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti ümumi dəyəri təxminən 326,00 manat müəyyən edilir. Tədqiqata təqdim edilməyən malların 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: - Zərərçəkmiş şəxs1 məxsus 585 əyarlı ümumi çəkisi 14,27 qram olan 1 dəst- 1 ədəd qızıl qolbaq, 1 cüt sırğa və 1 ədəd sep – 1213,00 manat müəyyən edilir. - Zərərçəkmiş şəxs6 məxsus 03 adda mallar – 415,00 manat Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində (Cədvəl 1) göstərilmişdir. Qeyd: təqdim edilməyən mallar tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. İşdə olan Cinayət işi materiallarına əlavə edilmiş 10 noyabr 2023-cü il tarixdə verilmiş əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə və Psixotrop maddə saxlaması barədə hər hansı şəxsin məlumatı olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi məqsədilə üzərində saxladığı müəyyən edilmiş, narkotik vasitə və ya onun prekursorlarını satması ilə bağlı heç bir məlumat əldə olunmamış, onun narkotik vasitə və ya prekursorlarını satdığı hər hansı şəxs və ya şəxslər müəyyən edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən oğurladıqları 1 ədəd 585 əyarlı qızıl qolbaq, 1 cüt 585 əyarlı qızıl sırğa, 1 ədəd 585 əyarlı qızıl sep, 1 ədəd 585 əyarlı qızıl üzükdən ibarət olan dəst qızıl zinət əşyasını 1 ədəd 585 əyarlı qızıl qolbaq, 1 cüt 585 əyarlı qızıl sırğa, 1 ədəd 585 əyarlı qızıl sep, 1 ədəd 585 əyarlı qızıl üzükdən ibarət olan dəst qızıl zinət əşyasını Bakı şəhəri Nizami rayonunda yerləşən Laçın Ticarət mərkəzinin yaxınlığında satmışlar. Lakin keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 585 əyarlı qızıl qolbaq, 1 cüt 585 əyarlı qızıl sırğa, 1 ədəd 585 əyarlı qızıl sep, 1 ədəd 585 əyarlı qızıl üzükdən ibarət olan dəst qızıl zinət əşyasını 1 ədəd 585 əyarlı qızıl qolbaq, 1 cüt 585 əyarlı qızıl sırğa, 1 ədəd 585 əyarlı qızıl sep, 1 ədəd 585 əyarlı qızıl üzükdən ibarət olan dəst qızıl zinət əşyasını alan şəxsi müəyyən etmək mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 sonuncu dəfə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1, 234.1, 66.2, 68.1.1-1 maddələri təqsirli bilinib, 01 il 05 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının şəkilməmiş qalan 04 (dörd) ay 20 (iyirmi) gün müddəti 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir günhesabı ilə hesablanaraq 02 (iki) ay 10 (on) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş və 67.1-ci maddəsinə əsaən hazırki hökm ilə təyin edilmiş cəzaya qismən birləşdirilməklə üzərinə qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış məhkum edilmiş və məhkumluğu ödənilməmişdir Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 29.178.2.1, 29.178.2.2. və 66.5-ci maddələri ilə təqsirli bilinib, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 7(010)-724/2022 xx.xx.2022-ci il tarixli qərarı ilə ona təyin edilmiş 3 il 6 ay müddətinə azadlığdan məhrum etməcəzasının çəkilməmiş 5 ay 16 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2022-ci il tarixdə cəzasını çəkib bitirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 07 noyabr 2023-cü il tarixli, 19/991 nömrəli ekspertiza rəyi, Məhkəmə-bioloji ekspertizasının 07 noyabr 2023-cü il tarixli, 19/992 nömrəli ekspertiza rəyi, məhkəmə-narkoloji ekspertizasının 07 dekabr 2023-cü il tarixli 1076 nömrəli və 08 yanvar 2024-cü il tarixli 59 nömrəli ekspertiza rəyləri, məhkəməpsixiatrik ekspertizasının 15 yanvar 2024-cü il tarixli, 69 nömrəli rəyi, kompleks məhkəməfiziki-kimyəvi və məhkəmə-əmtəəşunaslıq ekspertizasının 22 noyabr 2023-cü il tarixli, 6/5853-9/8261 nömrəli rəyi, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, üzləşmədə dindirmə protokolları, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması protokolları, 06 noyabr 2023-cü tarixli “şəxsi axtarış və götürmə” haqqında protokolları, 06 noyabr 2023-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokol iş materiallarına uyğun olduğundan sübut növü kimi qəbul edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara istinad olunan cinayəti törətmələri tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, zərəçəkmiş şəxslərin, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara istinad olunan cinayəti törətməkdə təqsirlərinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmiş və buna görə də onlara təqsirli bilindikləri maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarsından az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəzalarını yüngülləşdirən hallar mövcud olmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza cəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzacəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini, həmçinin əvvəlki hökm üzrə təyin edilmiş daha yüngül cəza olan azadlığın məhdudlaşdarılması cəzasından nəticə çıxarmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyətinin Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X29 ailə üzvləri ilə birlikdə ünvan 14 ünvanında ailə üzləri ilə brlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyətinin Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailə üzvləri ilə birlikdə ünvan 15 ünvanında ailə üzləri ilə brlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyətinin Cəlilabad Məşədilər kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailə üzvləri ilə birlikdə Cəlilabad rayonu, Məşədilər kəndində ailə üzləri ilə brlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İşdə olan Cəlilabad rayon Məhkəmsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü ildən hesablanmışdır. İşdə olan Cəlilabad rayon Məhkəmsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü ildən hesablanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü ildə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Cəlilabad rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. İş materiallarına əlavə olunmuş, Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, hər iki Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarına üzrsüz olaraq bir neçə dəfə gəlməməsi səbəbindən barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunmuşdur. İş materiallarına əlavə edilmiş “axtarışda olan şəxsin tutulması” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X25 xx.xx.2024-cü il tarixdə Cəlilabad rayon ərazisində saxlanılaraq Cəlilabad rayon polis şöbəsinin MSY-nə təhvil verilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər X11 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İş üzrə cəmi 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 və X12 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ41NABZ********************) keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 Savalan oğluna və Zərərçəkmiş şəxs6 Əvəzxan oğluna onlara vurulmuş maddi ziyanla bağlı məhkəməyə mülki qaydada müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə... Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 4 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 2 gün (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək) ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 2 (iki) il 3 (üç) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 08 sentyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 3 (üç) il müdətinə azadlığdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 06 noyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 3 (üç) il müdətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 06 noyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 Savalan oğluna və Zərərçəkmiş şəxs6 Əvəzxan oğluna onlara vurulmuş maddi ziyanla bağlı məhkəməyə mülki qaydada müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs3 üzərindən aşakar edilmiş tədqiqatdan sonrakı təmiz çəkisi 10,043 qram olan narkotik vasitə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs2 üzərindən aşakar edilmiş tədqiqatdan sonrakı təmiz çəkisi 1,384 qram olan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə cəmi 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 və X12 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ41NABZ********************) keçirilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökm elan olunduğu və alındığı andan 20 (iyirmi) gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar