Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-67/2025 05.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1989-cu ildə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Cəlilabad rayonu, Günəşli kəndində yaşayır, barəsində xx.xx.2025-ci il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 11 fevral 2025-ci il tarixdə saat 16:15-də Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu, Günəşli kəndi ərazisində saxlanılaraq üzərində yoxlama aparılarkən 01 ədəd siqaret qutusunun içərisində xeyli miqdarda, yəni təmiz çəkisi 6,901 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynindəki qəhvəyi rəngli gödəkçənin sol yan cibindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Cəlilabad rayonu, Günəşli kəndində qohumları ilə birlikdə yaşayır və kafel ustası kimi əvvəllər işləmişdir. Hazırda heç bir yerdə işləmir. 11 fevral 2025-ci il tarixdə saat 15:45-də Cəlilabad rayonu, Günəşli kəndində yerləşən örüş sahəsində kənd sakinlərinin xırdabuynuzlu heyvanlarını otarmışdır. Həmin vaxt örüş sahəsində piyada gəzərkən kəndin stadionunun yaxınlığında yerdə 1 ədəd ağ rəngli “Prima” sözü yazılmış siqaret qutusunu görmüş və ətrafda da heç kim olmamışdır. Həmin siqaret qutusu ona şübhəli gəldiyi üçün yerdən götürüb içərisinə baxmış və bu zaman qutunun içərisində “nəşə” kimi tanıdığı narkotik vasitə olduğunu görmüşdür. Özü əvvəllər bir-iki dəfə narkotik vasitə “nəşədən” istifadə etdiyi üçün həmin narkotik vasitəni dərhal tanımışdır. Ətrafa baxıb heç kimin onu görmədiyinə əmin olduqdan sonra narkotik vasitəni əynində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibinə qoymuş və gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirmişdir. Lakin istifadə etməmişdir. 11 fevral 2025-ci il tarixdə saat 16 radələrində Cəlilabad rayonu, Günəşli kəndində yerləşən örüş sahəsinə hava almaq məqsədilə piyada gəzməyə çıxmış və bu zaman mülki geyimdə üç nəfər şəxs ona yaxınlaşaraq Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişdir. Mülki geyimdə olan və özünü Cəlilabad rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 kimi təqdim edən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanıldığını bildirmişdir. Əməliyyat müvəkkili Şahid1 ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya narkotik vasitə olub-olmadığını soruşmuşdur. O da həmin şəxsə üzərində qanunla qadağan edilmiş predmetlərin olduğunu bildirmişdir. Əməliyyat müvəkkili onun üstünün yoxlanılması zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə üstünün yoxlanılması barədə əməliyyat müvəkkili məlumat vermişdir. Əməliyyat müvəkkili üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyini istəməsi barədə təklif etmişdir. O, əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 9 manat pulu, şalvarın qabaq sağ yan cibindən 1 ədəd “Samsung A51” markalı mobil telefonu, əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd alışqanla birlikdə “Prima” sözü yazılmış siqaret qutusunu və həmin gödəkçənin sol yan cibində saxladığı 1 ədəd ağ rəngli “Prima” sözü yazılmış siqaret qutusunda olan narkotik vasitə marixuananı çıxarıb təqdim etmişdir. Bundan sonra əməliyyat müvəkkili tərəfindən üstünün yoxlanılması davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Ondan götürülmüş 9 manat pul və 1 ədəd alışqanla birlikdə “Prima” sözü yazılmış siqaret qutusu iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Əməliyyat müvəkkili Şahid1 tərəfindən onun təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisinin 7,26 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmiş və üzərinə imzalar edilmişdir. Ona məxsus “Samsung A51” markalı mobil telefon da iş üçün əhəmiyyət kəsb etdiyindən əməliyyat müvəkkili tərəfindən götürülmüş və zərfə qoyularaq möhürlənmişdir. Həmin zərfin də üzərinə imzalar edilmişdir. Bundan sonra əməliyyat müvəkkili ona hüquqlarını izah edib barəsində müvafiq sənədləşmələr aparılması üçün əlverişli şərait olmadığından onlarla birlikdə Cəlilabad rayon polis şöbəsinə gəlməsini bildirmişdir. Polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Əməliyyat müvəkkili tərəfindən üstünün yoxlanılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Daha sonra polis geyimində olan və özünü Cəlilabad rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Sabir Rəhimov kimi təqdim edən şəxs, əməliyyat müvəkkili tərəfindən təqdim olunmuş 1 ədəd zərfə və 1 ədəd DVD formatlı diskə baxış keçirəcəyini bildirmişdir. Təhqiqatçı təqdim olunmuş 1 ədəd DVD formatlı diski kompyuterə daxil edərək onun və əməliyyat müvəkkili Şahid1 iştirakı ilə video-görüntüyə baxış keçirmişdir. Daha sonra video-çəkilişə baxıb qurtardıqdan sonra təhqiqatçı Sabir Rəhimov, möhürlənərək qablaşdırılmış 1 ədəd zərfi açmış və həmin zərfin içərisində olan ağ rəngli “Prima” sözü yazılmış siqaret qutusuna baxış keçirilmişdir. Həmin qutunun içərisində olan narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisinin 12,83 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə yenidən zərfə qoyularaq möhürlənmiş və üzərinə imzalar edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən baxış keçirilməsi barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Bundan əlavə, ona məxsus “Samsung A51” markalı mobil telefon da iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Ona Cəlilabad rayon vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmiş və razılığı ilə Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə tutulması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Narkomanlar arasında narkotik vasitə olan qurudulmuş marixuanaya onlar nəşə dediyinə görə o, üstünün yoxlanılması zamanı aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya nəşə demişdir. Təxminən 3-4 gün bundan əvvəl yaşadığı evin həyətində laqonda ilə kafeli kəsərkən, laqonda ehtiyyatsızlıqdan onun sağ ayağını diz nahiyədən kəsmişdir. Buna görə yerişində biraz narahatlıq yaranmış və yüngül olduğundan xəstəxanaya müraciət etməmişdir. O, ayağında olan zədəyə görə tibbi ekspertdən keçməkdən imtina etmiş və bununla bağlı heç bir şikayətinin olmadığını bildirmişdir. Onu polis əməkdaşları tutan zaman, üstünü yoxlamağa başlamazdan əvvəl və həmçinin üstünü yoxlayan zaman polis əməkdaşları ona qarşı heç bir zorakılıq hərəkətləri, psixi təzyiq etməmişlər. Üzərində aşkar olunan narkotik vasitədən heç kimin məlumatı olmamış, heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Sadəcə olaraq istifadə etmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır, eləcə də vətən müharibəsi iştirakçısı olduğunu bildirmişdir. Odur ki, bu halları nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Cəlilabad rayon polis şöbəsinin Cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 fevral 2025-ci il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsi, R.Əliyev küçəsi ev 52-də qeydiyyatda olan və Cəlilabad rayonu, Günəşli kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanması, Cəlilabad rayon polis şöbəsinə gətirilməsi və müvafiq qaydada onun üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Cəlilabad rayon polis şöbəsinin rəhbərliyinin əmri ilə qrup üzvü kimi ondan, Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 11 fevral 2025-ci il tarixdə saat 16:15-də Təqsirləndirilən şəxs Cəlilabad rayonu, Günəşli kəndi ərazisində saxlayaraq, Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs da onlara üzərində qanunla qadağan edilmiş predmetlərin olduğunu bildirmişdir. Tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılması keçirilən zaman video çəkilişdən istifadə olunacağı barədə iştirakçılara məlumat vermişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 9 manat pulu, şalvarın qabaq sağ yan cibindən 1 ədəd “Samsung A51” markalı mobil telefonu, əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd alışqanla birlikdə “Prima” sözü yazılmış siqaret qutusunu və həmin gödəkçənin sol yan cibində saxladığı 1 ədəd ağ rəngli “Prima” sözü yazılmış siqaret qutusunda olan narkotik vasitə marixuananı çıxarıb təqdim etmişdir. Daha sonra onun üstünün yoxlanılması davam etdirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan olunan hər hansı əşya, maddə predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs götürülmüş 9 manat pul və 1 ədəd alışqanla birlikdə “Prima” sözü yazılmış siqaret qutusu iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd siqaret qutusunun içərisinə baxış keçirilən zaman narkotik vasitə marixuanaya bənzər kütlə olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlənin ümumilikdə çəkisi 7,26 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə zərfə qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 141 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məxsus “Samsung A51” markalı mobil telefon da iş üçün əhəmiyyət kəsb etdiyindən tərəfindən götürülmüş və zərfə qoyularaq möhürlənmişdir. Həmin zərfin də üzərinə imzalar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarını izah edib barəsində müvafiq sənədləşmələr aparmaq üçün əlverişli şərait olmadığından onu Cəlilabad rayon polis şöbəsinə dəvət etmişdir. Polis şöbəsinə gəldikdən sonra xidməti otaqda tərəfindən şübhəli şəxsin üstünün yoxlanılması barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra onlar, RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Sabir Rəhimovun xidməti otağına gəlmiş və təhqiqatçı Sabir Rəhimov təqdim olunmuş əşyalara baxış keçirilən zaman video çəkilişdən istifadə olunacağını bildirmişdir. Təhqiqatçı, əvvəl 1 ədəd DVD formatlı diski “HP” markalı kompyuterə daxil edərək onun və Təqsirləndirilən şəxs iştirakı ilə video-görüntüyə baxış keçirmişdir. Daha sonra video-çəkilişə baxıb qurtardıqdan sonra təhqiqatçı Sabir Rəhimov, möhürlənərək qablaşdırılmış 1 ədəd zərfi açmış və içərisində olan ağ rəngli “Prima” sözü yazılmış siqaret qutusuna baxış keçirmişdir. Həmin siqaret qutusunun içərisində olan narkotik vasitə marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 12,83 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə yenidən zərfə qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 141 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən baxış keçirilməsi barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs məxsus “Samsung A51” markalı mobil telefon da iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və PPXB-nin polis nəfəri, polis serjantı Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş, “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 11 fevral 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı o, əynində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibindən bir ədəd ağ rəngli “Prima” sözü yazılmış siqaret qutusunu çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin siqaret qutusunun içərisində narkotik vasitə olmasını bildirmiş, həmin siqaret qutusuna baxış keçirilən zaman içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. İşdə olan, Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin X2 tərəfindən verilmiş məhkəmə bioloji ekspertizasının 12 fevral 2025-ci il tarixli, 19/55 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd üzərində “Prima” yazısı olan siqaret qutusunda təmiz çəkisi 6,901 qram narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X1 Məhkəmə-narkoloji ekspertizasının 20 fevral 2025-ci il tarixli, 93 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, Cəlilabad RPŞ-dən daxil olan 03 mart 2025-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə rayon polis şöbəsinə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuananı kimdən və necə əldə etdiyini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26 fevral 2025-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 11 fevral 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2025-ci il tarixdə saat 16:15-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 13 fevral 2025-ci il tarixli “MSY-dən azad etmə və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 13 fevral 2025-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, saat 15:50-də müvəqqəti saxlama yerindən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut- Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 6,801 qram narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ41NABZ********************) ödənilsin. İş üzrə maddi sübut olan baxış keçirilməsi haqqında protokkollara əlavə edilmiş 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 11 fevral 2025-ci il tarixdən 13 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşadığı Cəlilabad rayonu, Günəşli kəndində yerləşən fərdi yaşayış evi tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 6,801 qram narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan baxış keçirilməsi haqqında protokollara əlavə edilmiş 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ41NABZ********************) ödənilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-67/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-67/2025
05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver