Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-7/2023 26.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Yardımlı rayonunun Porsova kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, X10 X19 Şirvan-Salyan regional məşğulluq filialında böyük mütəxəssis vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Privolnoye kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinin direktoru X9 ilə 03 dekabr 2020-ci il tarixdə bağladığı əmək müqaviləsinə əsasən cəmiyyətin Cəlilabad rayonu Privolnoye kəndində yerləşən anbarına satıcı-anbardar vəzifəsinə işə qəbul edildikdən sonra əmək müqaviləsində qeyd olunan əmək funksiyaları, eləcə də cəmiyyətin direktoru ilə bağladığı eyni tarixli tam maddi məsuliyyət haqqında müqavilə əsasında tam məsuliyyətlə inzibati idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasını, görüləcək işi layiqincə yerinə yetirməyi və heç bir halda idarəyə, müəssisəyə və təşkilata ziyan vurmamağı öhdəsinə götürməklə qeyd olunan vəzifədə işləyərkən tanışı digər şəxslə ilə qabaqcadan cinayət əlaqəsinə girərək tamah niyyəti ilə cəmiyyətə məxsus xeyli miqdarda pul vəsaitini əvəzsiz və qanunsuz olaraq öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamaq qərarına gələrək, maddi məsul şəxs kimi xx.xx.2021-ci il tarixli, KS 001136 nömrəli təhvil-təslim aktı ilə ona etibar edilmiş 10000 kq. “Nitroammofos/Minudobreniya (NPK 16-16-16) 50 kq”, 7500 kq. “Ammofos- Evroxim (12:52 NP) 50 kq” və xx.xx.2021-ci il tarixli, XA 001829 nömrəli təhvil-təslim aktı ilə ilə ona etibar edilmiş 15000 kq. “Ammonium Nitrat/Evroxim (34,4 % AN) 50 kq” ümumilikdə, 32500 kq. gübrə məhsulunun satışından əldə etdiyi 22808 manat pul vəsaitini bütövlükdə Zərərçəkmiş şəxs QSC-nin bank hesabına köçürməli olduğu halda, qabaqcadan formalaşmış cinayətkar niyyətlərini həyata keçirmək üçün digər şəxslə birlikdə xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə hissə-hissə olmaqla, vahid niyyətlə əhatə olunmuş qəsdlə bütün gübrə məhsulunu məsul olduğu anbardan çıxarmaqla məhsulun satışından əldə olunan məbləğin 1289,42 manat hissəsini cəmiyyətin hesabına mədaxil etsə də, maddi məsuliyyətində qalan, cəmiyyətə məxsus, ona etibar edilmiş 21518,58 manat dəyərində gübrə məhsulunu-özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında, vahid niyyətlə əhatə olunmuş qəsdlə qanunsuz və əvəzsiz olaraq mülkiyyətlərinə keçirib zərərçəkmişə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamışlar. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçının nümayəndəsinin və şahidlərin ifadələri, eləcə də digər iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan olunmuş ittihamda təqsirli bilməyərək, verdiyi ifadəsində göstərmişdir ki, 20 dekabr 2017-ci ildən indiki X4 14 saylı ərazi məşğulluq filialında böyük mütəxəssis vəzifəsinə təyin olunmuşdur. 15 mart 2022-ci il tarixdə isə X4 Şirvan-Salyan regional məşğulluq filialında böyük mütəxəssis vəzifəsinə təyin olunmuş və hazırda da həmin vəzifədə çalışır. 2020-ci ilin may ayından iyul ayında qədər həmin filialın müdiri olmuş X2 ilə işləmişdir. 2020-ci ilin avqust ayında Əlzamin Mustafayev X4 15 saylı ərazi məşğulluq filialına müdir vəzifəsinə təyin olunmuşdur. 2020-ci ilin oktyabr-noyabr aylarında Əlzamin Mustafayev ona Zərərçəkmiş şəxs QSC-də qohumları olduğunu və 10000 manat pulun müqabilində onu həmin cəmiyyətin anbarlarından birinə satıcı-anbardar vəzifəsinə təyin edə biləcəyini və nəticədə hər ikisinin xeyli miqdarda pul qazana biləcəyini demişdir. 10000 manat pulunun olmadığını deyəndə Əlzamin Mustafayev ona kredit götürməyini və tez bir zamanda həmin krediti əldə etdiyi gəlirlə ödəyə biləcəyini ona demişdir. Əlzamin Mustafayev ona Zərərçəkmiş şəxs QSC-də onun satıcı-anbardar vəzifəsinə düzələcəyini, həmin vəzifəyə görə 125 manat əmək haqqı və satdığı gübrələrin dəyərinin müəyyən faizi qədər gəlir əldə edə biləcəyini demişdir. Onunla razılaşaraq 2020-ci ilin noyabr ayının sonlarında "xxxx" ASC-nin Cəlilabad rayon filialından öz adına 10000 manat kredit götürərək həmin gün X5 şəhərində yerləşən xidməti otağına gedərək orada 10000 manat pulu ona vermişdir. Bundan sonra Əlzamin Mustafayev ona zəng edərək Zərərçəkmiş şəxs QSCnin Cəlilabad şəhəri Qurtuluş küçəsində yerləşən ofisinə yaxınlaşmağını bildirmişdir. Oraya gedərək həmin şirkətdə satıcı-anbardar vəzifəsinə əvəzçilik qaydasında işə qəbul edilməyi ilə bağlı əmək müqaviləsi və ona təqdim edilən digər sənədlərə qol çəkmişdir. Əlzamin Mustafayevin deməsinə görə 03 dekabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs QSC-nin Cəlilabad rayonu Privolnoye kəndində yerləşən anbarına əvəzçilik qaydasında satıcı-anbardar vəzifəsinə təyin olunmuşdur. Həmin sənədlərə qol çəkən zaman ona kassa aparatı, ödəniş terminalı, şirkətin 1C proqramından, kassa aparatı və ödəniş terminalından istifadə etmək üçün şəxsi kod və digər zəruri sənədlər vermişlər. 05 yanvar 2021-ci il tarixdə adını və mobil telefon nömrəsini xatırlamadığı Zərərçəkmiş şəxs QSCnin işçisi ona zəng edərək cəmiyyətə məxsus gübrələri ona təhvil vermək üçün gətirdiyini bildirmişlər. Həmin vaxt X4 14 saylı ərazi məşğulluq filialında işdə olduğundan həmin şəxsə malın təhvil alınması prosesində iştirak edə bilməyəcəyini və malların təhvil alınması prosesində qardaşı Şahid2 iştirak edəcəyini demişdir. Bundan sonra qardaşı ilə əlaqə saxlayaraq onu həmin anbara göndərmişdir. Qardaşının deməsi ilə şirkətin işçilərindən 200 kisə, yəni 10000 kq. “Nitroammofos/Minudobreniya (NPK 16-16-16) 50 kq” gübrəsi və 150 kisə, yəni 7500 kq. “Ammofos-Evroxim (12:52 NP) 50 kq” gübrəsini təhvil alaraq şirkətin Privolnoye kəndində yerləşən anbarına yığmışdır. Həmin gün Əlzamin Mustafayevlə telefon danışığı zamanı məsul olduğu anbara gələn gübrələri onun sifariş verdiyini və ertəsi gün dayısı Şahid1 həmin gübrələri götürüb satacağını və gübrələrin pulunu da nağd qaydada tezliklə alacağını ona demişdir. Ertəsi gün qardaşı Şahid2 anbarı açmış və Şahid1 200 kisə, yəni 10000 kq. “Nitroammofos/Minudobreniya (NPK 16-16-16) 50 kq” gübrəsi və 150 kisə, yəni 7500 kq. “Ammofos-Evroxim (12:52 NP) 50 kq” gübrəsini yük avtomobillərinə yükləyərək aparmışdır. Bundan bir neçə gün sonra yenidən Əlzamin Mustafayev ona zəng edərək gübrə sifariş verdiyini demişdir. 11 yanvar 2021-ci il tarixdə adını və mobil telefon nömrəsini xatırlamadığı Zərərçəkmiş şəxs QSCnin işçisi ona zəng edərək cəmiyyətə məxsus gübrələri ona təhvil vermək üçün gətirdiyini bildirmişdir. Həmin vaxt X4 14 saylı ərazi məşğulluq filialında işdə olduğundan həmin şəxsə malın təhvil alınması prosesində iştirak edə bilməyəcəyini və malları qardaşı Şahid2 onlardan təhvil alacağını demişdir. Bundan sonra qardaşı ilə əlaqə saxlayaraq onu məsul olduğu anbara göndərmişdir. Qardaşının deməsi ilə cəmiyyətin işçilərindən 300 kisə, yəni 15000 kq. “Ammonium Nitrat/Evroxim (34,4 % AN) 50 kq” gübrəsini təhvil alaraq anbara yığmışdır. Həmin gün Əlzamin Mustafayevlə telefon danışığı zamanı ona məsul olduğu anbara gələn gübrələri onun sifariş verdiyini və ertəsi gün dayısı Şahid1 həmin gübrələri götürüb satacağını və gübrələrin satışından əldə olunan pulu nağd qaydada tezliklə alacaqlarını demişdir. Ertəsi gün qardaşı Şahid2 anbarı açmış və Şahid1 300 kisə, yəni 15000 kq. “Ammonium Nitrat/Evroxim (34,4 % AN) 50 kq” gübrəsini yük avtomobillərinə yükləyərək aparmışdır. Bundan sonra dəfələrlə Əlzamin Mustafayevlə görüşləri və telefon danışıqları zamanı nəyə görə gübrələrin satışından əldə olunmuş pulu vermədiyini soruşanda sonuncu cavabında gübrələrin hamısının eyni fermerə verildiyini və həmin fermerin kartına pulların köçürülmədiyindən satdıqları gübrələrin dəyərini ödəyə bilmədiyini demişdir. Həmin ilin noyabr ayında ona Zərərçəkmiş şəxs QSC tərəfindən xx.xx.2021-ci il tarixli, 0590 nömrəli məktub göndərilərək məsul olduğu anbar üzrə audit yoxlaması keçiriləcəyini və audit yoxlamasında iştirak etmək üçün dəvət olunduğu bildirilmişdir. Ancaq həmin məktub ona gec çatdığından artıq audit yoxlamasının onun iştirakı olmadan keçirildiyini başa düşmüşdür. Həmin ilin dekabr ayında Zərərçəkmiş şəxs QSC-yə gedərək orada məsul olduğu anbar üzrə keçirilmiş audit yoxlamasının nəticəsinə uyğun olaraq onun maddi məsuliyyətində olan mallar üzrə hesabında 21518,58 manat əskiklik yarandığını öyrənmişdir. Cəmiyyətin nümayəndələrinə hüquqi olaraq satıcı-anbardar vəzifəsində olsa da həmin gübrələrin satılması və pullarının alınması prosesində iştirak etmədiyini, bu işlərin hamısının Əlzamin Mustafayev tərəfindən icra edildiyini demişdir. xx.xx.2021-ci il tarixdə cəmiyyətin Cavid adlı işçisi tərəfindən üzləşmə aktı tərtib olunmuş və həmin aktı imzalayaraq cəmiyyətdən 200 kisə, yəni 10000 kq. “Nitroammofos/Minudobreniya (NPK 16-16-16) 50 kq” gübrəsi, 150 kisə, yəni 7500 kq. “Ammofos-Evroxim (12:52 NP) 50 kq” gübrəsi və 300 kisə, yəni 15000 kq. “Ammonium Nitrat/Evroxim (34,4 % AN) 50 kq” gübrəsini, yəni ümumilikdə 32500 kq. çəkidə gübrəni təhvil aldığını təsdiqləmişdir. Ancaq ona təqdim edilən KS001136 nömrəli xx.xx.2021-ci il tarixli və XA001829 nömrəli 11 yanvar 2021-ci il tarixli təhvil-təslim aktlarındakı “Təhvil aldı/anbardar” adlı yazının qarşısındakı imza ona məxsus olmamışdır. Gübrələrin təhvil-təslim prosesində qardaşı Şahid2 iştirak etdiyi üçün həmin imzaları qardaşı atmışdır. Cəmiyyət tərəfindən məsul olduğu anbarda müvafiq yoxlamalar aparıldıqdan sonra həmin işindən faktiki olaraq uzaqlaşdırılsa da cəmiyyətlə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. Özünü təqsirli hesab etməsə də, baş vermiş cinayət hadisəsinə görə əməlindən səmimi peşmandır. Himayəsində bir azyaşlı uşağı vardır və ailədə yeganə qazanc gətirən şəxsdir. Odur ki, qeyd edilən ittihamlar üzrə barəsində bəraət hökmünün çıxarılmasını və mülki iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi Nümayəndə verdiyi izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs QSC tərəfindən Cəlilabad rayonu Privolnoye kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs cəmiyyətə məxsus 21518,58 manat məbləğində pul vəsaitini mənimsəməsi barədə cəmiyyətin direktoru Tofiq Niftəliyev tərəfindən Azərbaycan Respublikası Baş prokurorluğuna müraciət edilmiş və həmin müraciət aidiyyəti üzrə Cəlilabad rayon prokurorluğuna göndərilmişdir. 2022-ci ilin may ayında Zərərçəkmiş şəxs QSC ilə aralarında bağlanmış əmək müqaviləsinə əsasən cəmiyyətdə hüquqşünas vəzifəsində işləyir. Cəmiyyətin hüquqi məsələləri ilə bağlı müvafiq orqanlarda təmsilçi kimi etibarnamə əsasında iştirak edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla qohumluq əlaqələri, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs QSC 2019-cu ilin dekabr ayından ölkənin müxtəlif ərazilərində təsərrüfatda istifadə olunan xarici ölkədən idxal edilən müxtəlif növ gübrə məhsullarının, həmçinin ölkə ərazisində istehsal olunan müxtəlif növ gübrə məhsullarının satışını həyata keçirir. Belə ki, Zərərçəkmiş şəxs QSC ölkə ərazisində müxtəlif rayonlarda olan anbar və satış nöqtələri vasitəsi ilə həmin gübrələrin satışını həyata keçirir. Anbarlar region və rayonlar üzrə bölünür. Zərərçəkmiş şəxs QSC-nin Cəlilabad rayonunda olan anbarları 2020-ci ilin fevral ayından fəaliyyət göstərir. Həmin anbarlardan biri də Cəlilabad rayonu Privolnoye kəndində yerləşən anbardır. 03 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs QSC arasında bağlanmış əmək müqaviləsinə əsasən o, 1 ay müddətinə, 125 manat əmək haqqı müqabilində Zərərçəkmiş şəxs QSC-nin Cəlilabad rayonu Privolnoye kəndində yerləşən anbarında satıcı-anbardar vəzifəsinə işə qəbul olunmuş və həmin tarixdən Cəlilabad rayonu Privolnoye kəndində yerləşən anbarda fəaliyyətə başlamışdır. İşlədiyi müddətdə şirkət tərəfindən göndərilmiş müxtəlif kənd təsərrüfatı təyinatlı gübrələri təhvil almışdır. İşə başladığı vaxtdan Zərərçəkmiş şəxs QSC-nin mülkiyyətində olan müxtəlif növ, müxtəlif qiymətlərdə gübrə məhsulları təhviltəslim aktı ilə ona təhvil verilmişdir. Təqsirləndirilən şəxs məsul olduğu anbarda xx.xx.2021-ci il tarixdə KS 001136 nömrəli təhvil-təslim aktı üzrə şirkətin Cəlilabad regional anbarından göndərilmiş 200 kisə, yəni 10000 kq. “Nitroammofos/Minudobreniya (NPK 16-16-16) 50 kq” gübrəsi və 150 kisə, yəni 7500 kq. “Ammofos-Evroxim (12:52 NP) 50 kq” gübrəsini ** JB *** qeydiyyat nişanlı avtomobilin sürücüsü Elşən Bağırovdan təhvil alaraq aktı imzalamışdır. Həmin aktın əslini araşdırmaya təqdim etmişdir. Növbəti dəfə Təqsirləndirilən şəxs məsul olduğu anbarda xx.xx.2021-ci il tarixdə XA 001829 nömrəli təhvil-təslim aktı üzrə şirkətin mərkəzi anbarından göndərilmiş 200 kisə, yəni 10000 kq. “Nitroammofos/Minudobreniya (NPK 16-16-16) 50 kq” gübrəsi və 150 kisə, yəni 7500 kq. “Ammofos-Evroxim (12:52 NP) 50 kq” gübrəsini 166 yükdaşıma şirkətinin sürücüsü Məhəmməd Qarayevdən təhvil alaraq aktı imzalamışdır. Həmin aktın surətini araşdırmaya təqdim etmişdir. Zərərçəkmiş şəxs QSC-nin Cəlilabad rayonunda əsas bir regional anbar fəaliyyət göstərir. Rayonda yerləşən cəmiyyətə məxsus digər satış nöqtələrində olan məhsulların təhkim olunduğu müxtəlif satıcılar var ki, həmin məhsullara görə həmin satıcılar maddi məsuliyyət daşıyırlar. Təqsirləndirilən şəxs satıcı-anbardar kimi vəzifəsi onun məsul olduğu Cəlilabad rayonu Privolnoye kəndində yerləşən anbara daxil olmuş müxtəlif növ gübrələri qəbul etmək, həmin gübrə məhsullarının ayrı-ayrı müştərilərə satışını həyata keçirmək, satışdan əldə olunmuş pulları nağd və elektron qaydada cəmiyyətə çatdırmaq və sair işlərdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs cəmiyyətdə işə götürüldüyü vaxt ona bir ədəd "xxxx" ASC-yə məxsus post-terminal aparatı, bir ədəd kassa aparatı və digər zəruri qurğular təqdim edilmişdir. 2021-ci ilin sentyabr ayında cəmiyyət tərəfindən aparılan yoxlama zamanı 03 dekabr 2020-ci il tarixdən 01 sentyabr 2021-ci il tarixə kimi Zərərçəkmiş şəxs QSC-yə məxsus Cəlilabad rayonu Privolnoye kəndində yerləşən anbarda Təqsirləndirilən şəxs təhvil verilmiş müxtəlif növ gübrələrin 16281,50 manat məbləğində satışı həyata keçirildiyi, "xxxx" ASCdən alınmış çıxarışa əsasən 1242,42 manat və "xxxx" ASC-dən alınmış çıxarışa əsasən 47 manat, cəmi 1289,42 manat, yəni mədaxil olunmalı məbləğdən 14992,08 manat az vəsaitin cəmiyyətin bank hesabına mədaxil olunduğu müəyyən edilmişdir. Cəmiyyət tərəfindən əməliyyatların düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2021-ci il tarixdə şirkətin bölgə müdiri Cavid Kərimli tərəfindən üzləşmə aktı tərtib olunmuş və Təqsirləndirilən şəxs həmin aktı imzalayaraq cəmiyyətdən 200 kisə, yəni 10000 kq. “Nitroammofos/Minudobreniya (NPK 16-16-16) 50 kq” gübrəsi, 150 kisə, yəni 7500 kq. “Ammofos-Evroxim (12:52 NP) 50 kq” gübrəsi və 300 kisə, yəni 15000 kq. “Ammonium Nitrat/Evroxim (34,4 % AN) 50 kq” gübrəsini, yəni ümumilikdə 32500 kq. çəkidə gübrəni təhvil aldığını bir daha təsdiqləmişdir. Cəmiyyət tərəfindən cəlb edilmiş sərbəst auditorun 19 oktyabr 2021-ci il tarixli "xxxx" MMC-nin audit rəyindən görünür ki, ümumilikdə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2021-ci il tarixli KS 001136 nömrəli və xx.xx.2021-ci il tarixli XA 001829 nömrəli təhvil-təslim aktlarına əsasən, ümumilikdə 32500 kq. (3 çeşid) malları müvafiq miqdarlarda qəbul etmişdir. Həmin malların ümumi dəyəri 16281,50 manat olan 23850 kq-ı kənd təsərrüfatı işləri ilə məşğul olan sahibkarlara subsidiya yolu ilə satılmışdır. xx.xx.2021-ci il tarixinədək satılan məhsullara uyğun olaraq subsidiya kartlarından əldə olunan vəsait satış hesabatına əsasən 16281,50 manat olmalı idi. "xxxx" ASC-dən alınmış çıxarışa əsasən 1242,42 manat və "xxxx" ASC-dən alınmış çıxarışa əsasən 47 manat, cəmi 1289,42 manat, yəni mədaxil olunmalı məbləğdən 14992,08 manat az vəsait cəmiyyətin bank hesabına mədaxil olunmuşdur (16281,50 manat-1289,42 manat=14992,08 manat). Təqsirləndirilən şəxs təhvil verilən mallar üzrə aparılmış satışdan sonra isə Təqsirləndirilən şəxs məsul olduğu anbarda 1722 manat dəyərində 2100 kq. “Nitroammofos/Minudobreniya (NPK 16-16-16) 50 kq” gübrəsi, 2472,50 manat dəyərində 2150 kq. “Ammofos-Evroxim (12:52 NP) 50 kq” gübrəsi və 2332 manat dəyərində 4400 kq. “Ammonium Nitrat/Evroxim (34,4 % AN) 50 kq” gübrəsi qalmalı olduğu halda faktiki olaraq anbarda gübrə qalmamışdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs məsul olduğu anbar üzrə “Mədaxil olunan mallar-satılan mallar=qalıq mallar”, yəni “32500 kq-23850 kq=8650 kq” olmalı idi. Beləliklə, yoxlama nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən maddi məsuliyyətində qalan mallar üzrə 8650 kq, yəni cari satış qiymətlərinə uyğun olaraq 6526,50 manat çatışmazlıq-əskik gəlmə və 14992,08 manat məbləğində daxil olmamış vəsait nəzərə alınaraq yekunda 21518,58 manat kənarlaşma-mənimsəmə yaranmışdır. Cəmiyyət tərəfindən Təqsirləndirilən şəxs məsul olduğu anbar üzrə audit yoxlaması keçirələcəyi barədə ona yazılı şəkildə xəbərdarlıq edilsə də məlum olmayan səbəblərdən o yoxlamada iştirak etməkdən boyun qaçırmışdır. Təqsirləndirilən şəxs maddi məsuliyyətində olan mallar üzrə yaranmış 21518,58 manat məbləğində vəsaiti ödəməsi barədə yaşadığı ünvana xəbərdarlıq məktubu göndərilsə də o hazıra qədər cəmiyyətin hesabına hər hansı bir məbləğdə vəsait mədaxil etməmişdir. Hazıra qədər Təqsirləndirilən şəxs cəmiyyətə məxsus 21518,58 manat mənimsədiyi pulun cəmiyyətin hesabına köçürülməsini təmin etməmişdir. Cəmiyyət tərəfindən Təqsirləndirilən şəxs mənimsə əməli aşkar edildikdən sonra o, satıcı-anbardar vəzifəsindən kənarlaşdırılmış, ancaq əmək münasibətlərinə rəsmi olaraq xitam verilməmişdir. 2021-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs cəmiyyətin Bakı şəhərində yerləşən mərkəzi ofisinə gələrək cəmiyyətin rəhbərliyinə məsul olduğu anbara daxil olan gübrələr barədə məlumatı Əlzamin Mustafayev tərəfindən aldığını, onun məsul olduğu anbara mədaxil edilmiş gübrələrin sifarişinin Əlzamin Mustafayev tərəfindən verildiyini, həmin gübrələrin Şahid1 tərəfindən yük avtomobillərinə yüklənərək satılması üçün aparıldığını, ancaq həmin gübrələrin kimə satılması, gübrələrin dəyərinin kim tərəfindən və hansı qaydada ödənilməsi, cəmiyyətin hesabına hansı məbləğdə pulun hansı qaydada və kim tərəfindən mədaxil edilməsi barədə məlumatı olmadığını, Əlzamin Mustafayevin ona bütün işləri özünün gördüyünü, gübrələrin onun tərəfindən satıldığını və pulunun alınacağını deməsini bildirmişdir. Bununla yanaşı Əlzamin Mustafayev xx.xx.2021-ci il tarixdə cəmiyyətin rəhbərliyinə izahat yazaraq Təqsirləndirilən şəxs şirkətdə olan bütün anbar və debitor kəsrlərinin özünə məxsus olması və xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs şirkətə olan borcunu ödəməsini, özünün məsul olduğu anbar üzrə də hesabında çatışmazlıq yarandığını və həmin çatışmazlığı xx.xx.2022-ci il tarixədək ödəyəcəyini bildirmişdir. Şahid1 cəmiyyətin Cəlilabad rayonu Alar kəndində yerləşən anbarında satıcıanbardar vəzifəsində işləmiş və cəmiyyətə maddi ziyan vurmuşdur. Bununla bağlı Cəlilabad rayon prokurorluğunda cinayət işi istintaq olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. X2 ilə cəmiyyət arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən Cəlilabad rayonunda yerləşən anbara satıcı-anbardar vəzifəsinə işə qəbul olunmuşdur. Təqsirləndirilən şəxs və digər işçilərin cəmiyyətdə işə qəbul olunması müqabilində heç bir maddi və sair nemət tələb edilməmiş və alınmamışdır. X12 Eynalıyevdən 10000 manat məbləğində pulu hansı səbəbdən alması barədə heç bir məlumatı olmamışdır. Təmsil etdiyi cəmiyyətin daxili qaydalarına görə əmək haqqı kartları işçilərin şəxsən özü tərəfindən şirkətin mərkəzi ofisinin mühasibatlığına yaxınlaşaraq imza atmaqla qəbul edilir. Həmin əməllər nəticəsində Zərərçəkmiş şəxs QSC-nə 22173.58 (iyirmi iki min bir yüz yetmiş səkkiz manat əlli səkkiz qəpik) manat zərər dəymişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini və mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, 28 sentyabr 2020-ci il tarixdən 2021-ci ilin may ayına qədər Zərərçəkmiş şəxs QSC-nin Cəlilabad rayonu Alar kəndində yerləşən anbarında satıcı-anbardar vəzifəsində çalışmışdır. 2022-ci ilin iyun ayında işlədiyi müddətdə cəmiyyətə qarşı etdiyi mənimsəmə əməlinə görə Cəlilabad rayon prokurorluğu tərəfindən barəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq istintaq olunan cinayət işi aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, xalası oğlu X1 Məşğulluq Agentliyinin 14 saylı ərazi məşğulluq filialının müdiri, Təqsirləndirilən şəxs isə həmin filialın böyük mütəxəssis vəzifəsində çalışmışdır. Təqsirləndirilən şəxs oradan tanımışdır. Aralarında qohumluq əlaqələri, düşmənçilik və ya ədavətləri olmamışdır. Əlzamin Mustafayevlə söhbət zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs QSC-nin Privolnoye kəndində yerləşən anbarına satıcı-anbardar vəzifəsinə işə düzəlməyini və ikisinin birlikdə anbara daxil olan gübrələri satıb gəlir əldə edəcəklərini ona bildirmişdir. 05 yanvar 2021-ci ildə Əlzamin Mustafayev ona zəng edərək Təqsirləndirilən şəxs məsul olduğu anbara gübrə məhsulu gəldiyini, Təqsirləndirilən şəxslə birlikdə danışıb razılaşaraq gübrələri satacaqlarını bildirib onun və Təqsirləndirilən şəxs əsas iş yerlərindən ayrıla bilmədiklərinə görə onun həmin gübrələrin yüklənməsi prosesində iştrak etməyini xahiş etmişdir. Əlzamin Mustafayevlə razılaşaraq 06 yanvar 2021-ci il tarixdə Zərərçəkmiş şəxs QSC-nin Privolnoye kəndində yerləşən anbarının qarşısına şəxsi istifadəsində olan avtomobili ilə getmişdir. Oraya çatdıqdan bir neçə dəqiqə sonra həmin anbarın qarşısına 2 ədəd “Qazel” markalı, dövlət qeydiyyat nişanlarını xatırlamadığı avtomobillər gəlmişdir. Avtomobillərdə sürücülər ilə yanaşı fəhlələr də olmuşdur. Həmin yük avtomobillərini və fəhlələri X13 Eynalıyev danışaraq yüklərin daşınması üçün sifariş etmişdir. Təqsirləndirilən şəxs qardaşı Şahid2 anbarın kilidini açmış və fəhlələr anbarda olan 200 kisə, yəni 10000 kq. “Nitroammofos/Minudobreniya (NPK 16-16-16) 50 kq” gübrəsi və 150 kisə, yəni 7500 kq. “Ammofos-Evroxim (12:52 NP) 50 kq” gübrəsini avtomobillərin yük yerinə yığmışlar. Bundan sonra Əlzamin Mustafayevlə telefon əlaqəsi saxlayaraq gübrələrin avtomobillərə yığılmasını bildirmişdir. X15 Eynalıyevlə aralarında olan razılaşmaya əsasən həmin gübrələrin Cəlilabad rayonu ərazisində kənd-təsərrüfatı işləri ilə məşğul olan fermaya aparılacağını demişdir. Sonra anbarın qarşısından çıxıb şəxsi işləri ilə məşğul olmağa getmişdir. Bundan sonra yenidən 11 yanvar 2021-ci ildə Əlzamin Mustafayev ona zəng edərək Təqsirləndirilən şəxs məsul olduğu anbara gübrə məhsulu gəldiyini, Təqsirləndirilən şəxslə birlikdə danışıb razılaşaraq gübrələri satacaqlarını bildirib özünün və Təqsirləndirilən şəxs əsas iş yerlərindən ayrıla bilmədiklərinə görə onun həmin gübrələrin yüklənməsi prosesində iştrak etməyini xahiş etmişdir. Əlzamin Mustafayevlə razılaşaraq 12 yanvar 2021-ci il tarixdə Zərərçəkmiş şəxs QSC-nin Privolnoye kəndində yerləşən anbarının qarşısına şəxsi istifadəsində olan avtomobili ilə getmişdir. Oraya çatdıqdan bir neçə dəqiqə sonra həmin anbarın qarşısına 1 ədəd “Qazel” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil gəlmişdir. Avtomobildə sürücü ilə yanaşı fəhlələr də olmuşdur. Həmin yük avtomobilini və fəhlələri X13 Eynalıyev danışaraq yüklərin daşınması üçün sifariş etmişdir. Təqsirləndirilən şəxs qardaşı Şahid2 anbarın kilidini açmış və fəhlələr anbarda olan 300 kisə, yəni 15000 kq. “Ammonium Nitrat/Evroxim (34,4 % AN) 50 kq” avtomobilin yük yerinə yığmışlar. Bundan sonra Əlzamin Mustafayevlə telefon əlaqəsi saxlayaraq gübrələrin avtomobilə yığılmasını bildirmişdir. Əlzamin Mustafayev həmin gübrələrin Cəlilabad rayonu ərazisində kəndtəsərrüfatı işləri ilə məşğul olan fermaya aparılacağını demilşdir. Anbarın qarşısından çıxıb şəxsi işləri ilə məşğul olmağa getmişdir. X6 Təqsirləndirilən şəxs sonuncunun məsul olduğu anbardan çıxarılmış gübrələri satması ancaq əldə olunmuş gəlirin bölüşdürülməsində aralarında narazılıq yaranmasını eşitmişdir. Ancaq həmin narazılığın nədən ibarət olmasını Əlzamin Mustafayev ölkəni tərk etdiyinə görə öyrənə bilməmişdir. 06 yanvar və 12 yanvar 2021-ci illər tarixlərində Əlzamin Mustafayevin tapşırığı ilə Zərərçəkmiş şəxs QSC-nin Privolnoye kəndində yerləşən anbarından gübrələrin məxaric olunması prosesində iştirak etmişdir. X13 Eynalıyev həmin gübrə məhsullarını sataraq müəyyən məbləğdə gəlir əldə etmişlər. Ancaq konkret olaraq həmin gübrələrin Əlzamin Mustafayev və Təqsirləndirilən şəxs tərəfindən kimə satılması və kim tərəfindən hansı məbləğdə gəlir əldə edilməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs QSC tərəfindən Cəlilabad rayonu Privolnoye kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs cəmiyyətə məxsus 21518,58 manat məbləğində pul vəsaitini mənimsəməsi barədə cəmiyyətin direktoru Tofiq Niftəliyev tərəfindən Azərbaycan Respublikası Baş prokurorluğuna müraciət edilmiş və həmin müraciət aidiyyəti üzrə Cəlilabad rayon prokurorluğuna göndərilmişdir. 2020-ci ilin aprel ayından Zərərçəkmiş şəxs QSC-nin Cəlilabad regional anbarında satıcı-anbardar vəzifəsində işləməyə başlamışdır. Vəzifəsi ərazidə olan satış təmsilçiləri, satış nöqtələri və fermerlərə şirkətə məxsus bitki toxumları və müxtəlif növ gübrələrin satışını həyata keçirməkdən ibarətdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla qohumluq əlaqələri, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs çalışdığı cəmiyyətin Cəlilabad rayonu Privolnoye kəndində yerləşən anbarına satıcı-anbardar vəzifəsinə işə qəbul ediləndən sonra tanımışdır. Təqsirləndirilən şəxs işlədiyi müddətdə Bakı təchizat anbarı, Salyan regional və Cəlilabad regional anbarlarından müxtəlif növ gübrələri təhvil almışdır. Sonradan cəmiyyətin işçilərinin deməsi ilə ona məlum olmuşdur ki, cəmiyyət tərəfindən cəlb edilmiş sərbəst auditorun 19 oktyabr 2021-ci il tarixli "xxxx" MMC-nin audit rəyindən görünür ki, ümumilikdə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2021-ci il tarixli KS 001136 nömrəli və xx.xx.2021-ci il tarixli XA 001829 nömrəli təhvil-təslim aktlarına əsasən, ümumilikdə 32500 kq. (3 çeşid) malları müvafiq miqdarlarda qəbul etmişdir. Həmin malların ümumi dəyəri 16281,50 manat olan 23850 kq-ı kənd təsərrüfatı işləri ilə məşğul olan sahibkarlara subsidiya yolu ilə satılmışdır. xx.xx.2021-ci il tarixinədək satılan məhsullara uyğun olaraq subsidiya kartlarından əldə olunan vəsait satış hesabatına əsasən 16281,50 manat olmalı idi. "xxxx" ASC-dən alınmış çıxarışa əsasən 1242,42 manat və "xxxx" ASC-dən alınmış çıxarışa əsasən 47 manat, cəmi 1289,42 manat, yəni mədaxil olunmalı məbləğdən 14992,08 manat az vəsait cəmiyyətin bank hesabına mədaxil olunmuşdur (16281,50 manat-1289,42 manat=14992,08 manat). Təqsirləndirilən şəxs təhvil verilən mallar üzrə aparılmış satışdan sonra isə Təqsirləndirilən şəxs məsul olduğu anbarda 1722 manat dəyərində 2100 kq. “Nitroammofos/Minudobreniya (NPK 16-16-16) 50 kq” gübrəsi, 2472,50 manat dəyərində 2150 kq “Ammofos-Evroxim (12:52 NP) 50 kq” gübrəsi və 2332 manat dəyərində 4400 kq. “Ammonium Nitrat/Evroxim (34,4 % AN) 50 kq” gübrəsi qalmalı olduğu halda faktiki olaraq anbarda gübrə qalmamışdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs məsul olduğu anbar üzrə “Mədaxil olunan mallarsatılan mallar=qalıq mallar”, yəni “32500 kq-23850 kq=8650 kq” olmalı idi. Beləliklə, yoxlama nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən maddi məsuliyyətində qalan mallar üzrə 8650 kq, yəni cari satış qiymətlərinə uyğun olaraq 6526,50 manat çatışmazlıq-əskikgəlmə və 14992,08 manat məbləğində daxil olmamış vəsait nəzərə alınaraq yekunda 21518,58 manat kənarlaşma-mənimsəmə yaranmışdır. Cəmiyyət tərəfindən Təqsirləndirilən şəxs məsul olduğu anbar üzrə audit yoxlaması keçirələcəyi barədə ona yazılı şəkildə xəbərdarlıq edilsə də bizə məlum olmayan səbəblərdən o yoxlamada iştirak etməkdən boyun qaçırmışdır. Təqsirləndirilən şəxs maddi məsuliyyətində olan mallar üzrə yaranmış 21518,58 manat məbləğində vəsaiti ödəməsi barədə yaşadığı ünvana xəbərdarlıq məktubu göndərilsə də o hazıra qədər cəmiyyətin hesabına hər hansı bir məbləğdə vəsait mədaxil etməmişdir. Hazıra qədər Təqsirləndirilən şəxs cəmiyyətə məxsus 21518,58 manat mənimsədiyi pulu cəmiyyətin hesabına köçürülməsini təmin etməmişdir. Cəmiyyət tərəfindən Təqsirləndirilən şəxs mənimsəmə əməli aşkar edildikdən sonra o, satıcı-anbardar vəzifəsindən kənarlaşdırılmış, ancaq əmək münasibətlərinə rəsmi olaraq xitam verilməmişdir. İş yoldaşlarının deməsinə görə 2021-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs cəmiyyətin Bakı şəhərində yerləşən mərkəzi ofisinə gələrək cəmiyyətin rəhbərliyinə məsul olduğu anbara daxil olan gübrələr barədə məlumatı Əlzamin Mustafayev tərəfindən aldığını, onun məsul olduğu anbara mədaxil edilmiş gübrələrin sifarişinin Əlzamin Mustafayev tərəfindən verildiyini, həmin gübrələrin Şahid1 tərəfindən yük avtomobillərinə yüklənərək satılması üçün aparıldığını, ancaq həmin gübrələrin kimə satılması, gübrələrin dəyərinin kim tərəfindən və hansı qaydada ödənilməsi, cəmiyyətin hesabına hansı məbləğdə pulun hansı qaydada və kim tərəfindən mədaxil edilməsi barədə məlumatı olmamış, Əlzamin Mustafayevin ona bütün işləri özünün gördüyünü, gübrələrin onun tərəfindən satıldığını və pulunun alınacağını deməsini bildirmişdir. Bununla yanaşı Əlzamin Mustafayev xx.xx.2021-ci il tarixdə cəmiyyətin rəhbərliyinə izahat yazaraq Təqsirləndirilən şəxs şirkətdə olan bütün anbar və debitor kəsrlərinin özünə məxsus olması və xx.xx.2022-ci il tarixədək Elşad Eynaılyevin şirkətə olan borcunu ödəməsini, özünün məsul olduğu anbar üzrə də hesabında çatışmazlıq yarandığını və həmin çatışmazlığı xx.xx.2022-ci il tarixədək ödəyəcəyini bildirmişdir. Bir qayda olaraq cəmiyyətə məxsus satış nöqtələrindəki satıcı-anbardarlar regional anbarlarda fəaliyyət göstərən satış təmsilçilərinə məhsul sifarişi verir, satış təmsilçiləri də öz növbəsində həmin sifarişləri regional anbarlara cəmiyyətin daxili mühasibatlıq proqramı olan “1C” proqramı vasitəsilə ötürür. Sifarişi qəbul edən anbarlar isə malları sifariş verən satış nöqtələrinə çatdırır. Sözügedən Təqsirləndirilən şəxs məsul olduğu anbar üzrə sifarişi cəmiyyətin Cəlilabad regional anbarının sabiq satış təmsilçisi Cavid Kərimli qəbul etmişdir. Ancaq həmin sifarişin kim tərəfindən və hansı qaydada verilməsi barədə məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma qardaşıdır. Qardaşı 20 dekabr 2017-ci ildən indiki X4 14 saylı ərazi məşğulluq filialında böyük mütəxəssis vəzifəsinə təyin olunmuşdur. 15 mart 2022-ci il tarixdə isə X4 Şirvan-Salyan regional məşğulluq filialında böyük mütəxəssis vəzifəsinə təyin olunmuş və hazıra qədər həmin vəzifədə çalışır. Qardaşı məşğulluq xidmətində işləyən vaxt X2 ilə tanış olmuşdur. 2020-ci ilin dekabr ayında qardaşı ona Əlzamin Mustafayevin onu Zərərçəkmiş şəxs QSC-də satıcı-anbardar vəzifəsinə işə düzəltməsini demişdir. 05 yanvar 2021-ci il tarixdə qardaşı ona zəng edərək onun satıcı-anbardar vəzifəsində işlədiyi Zərərçəkmiş şəxs QSC-nin Cəlilabad rayonu Privolnoye kəndində yerləşən anbarına gübrə məhsulları gəldiyini və o işdə olduğuna görə həmin gübrələri qəbul edib anbara yerləşdirməyini tapşırmışdır. Onun tapşırığı üzrə o, anbarın qarşısına gedib şirkətin tanımadığı işçilərindən 200 kisə, yəni 10000 kq. “Nitroammofos/Minudobreniya (NPK 16-16-16) 50 kq” gübrəsi və 150 kisə, yəni 7500 kq. “Ammofos-Evroxim (12:52 NP) 50 kq” gübrəsini təhvil alaraq anbara yığmışdır. Şirkətin işçisi Təqsirləndirilən şəxs olmadığından malları təhvil almağı barədə akta onun qol çəkməyini istəmiş və o, həmin aktda təhvil alan/anbardar qrafasının qarşısından qol çəkmişdir. Həmin gün qardaşı ona ertəsi gün Əlzamin Mustafayevin dayısı Şahid1 həmin gübrələri götürüb satacağını və gübrələrin pulunu da nağd qaydada tezliklə alacaqlarını ona demişdir. Ertəsi gün qardaşı Təqsirləndirilən şəxs tapşırığı ilə anbarı açmış və Şahid1 200 kisə, yəni 10000 kq. “Nitroammofos/Minudobreniya (NPK 16- 16-16) 50 kq” gübrəsi və 150 kisə, yəni 7500 kq. “Ammofos-Evroxim (12:52 NP) 50 kq” gübrəsini yük avtomobillərinə yükləyərək aparmışdır. 2021-ci ilin yanvar-fevral aylarında qardaşı ona zəng edərək onun satıcı-anbardar vəzifəsində işlədiyi Zərərçəkmiş şəxs QSC-nin Cəlilabad rayonu Privolnoye kəndində yerləşən anbarına gübrə məhsulları gəldiyini və o işdə olduğuna görə həmin gübrələri qəbul edib anbara yerləşdirməyini ona tapşırmışdır. Onun tapşırığı üzrə o, anbarın qarşısına gedib şirkətin tanımadığı işçilərindən 300 kisə, yəni 15000 kq. “Ammonium Nitrat/Evroxim (34,4 % AN) 50 kq” gübrəsini təhvil alaraq anbara yığmış və bu barədə qardaşı Təqsirləndirilən şəxs məlumat vermişdir. Şirkətin işçisi Təqsirləndirilən şəxs olmadığından malları təhvil almağı barədə akta onun qol çəkməyini istəmiş və o həmin aktda təhvil alan/anbardar qrafasının qarşısından qol çəkmişdir. Həmin gün qardaşı ona ertəsi gün Əlzamin Mustafayevin dayısı Şahid1 həmin gübrələri götürüb satacağını və gübrələrin pulunu da nağd qaydada tezliklə alacaqlarını ona demişdir. Anbarın açarını Təqsirləndirilən şəxs götürüb ertəsi gün anbarı açmış və Şahid1 300 kisə, yəni 15000 kq. “Ammonium Nitrat/Evroxim (34,4 % AN) 50 kq” gübrəsini yük avtomobillərinə yükləyərək aparmışdır. Bundan sonra daha anbara gübrə gəlməmişdir. O, qardaşından nəyə görə gübrə gəlmədiyini, gübrələrin satışından hansı qazancı əldə etdiyini soruşanda o, ona X8 Kərimovla əlbir olaraq gübrələri sifariş verib anbara gətirtməsi və Əlzamin Mustafayevin tanıdığı adamlara gübrələri satması və satışın müqabilində ona heç bir məbləğdə pul vermədiyini demişdir. Bundan sonra qardaşı ona Əlzamin Mustafayevin gübrələri satması və satışdan əldə olunan pulu şirkətin hesabına mədaxil etməməsi və nəticədə qardaşının hesabında 21518,58 manat çatışmazlıq yaranmasını demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X16 Şahid4 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs QSC-nin direktoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cəmiyyətin Cəlilabad rayonu, Göytəpə qəsəbəsi, Privolnoye kəndində yerləşən anbarında satıcı-anbardar vəzifəsində çalışmışdır. O, işlədiyi müddət ərzində cəmiyyətə 21,518.58 (iyirmi bir min beş yüz on səkkiz manat əlli səkkiz qəpik) manat maddi ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs fəaliyyət göstərdiyi anbarda onun maddi məsuliyyətində qalan mallar üzrə 8,650.00 kq, yəni cari satış qiymətlərinə uyğun olaraq 6,526.50 (altı min beş yüz iyirmi altı manat əlli qəpik) çatışmazlıq-əskikgəlmə və 14,992.08 (on dörd min doqquz yüz doxsan iki manat sıfır səkkiz qəpik) manat məbləğində daxil olmamış vəsait nəzərə alınaraq yekunda, 21,518.58 (iyirmi bir min beş yüz on səkkiz manat əlli səkkiz qəpik) manat kənarlaşma-mənimsəmə yaranmışdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs barəsində Baş Prokurorluğa rəsmi şikayət olunmuşdur. Təqsirləndirilən şəxs ilə ilk dəfə əmək müqaviləsi 1 ay müddətinə bağlanmışdır. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən Əmək Məcəlləsinin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Bu səbəbdən Təqsirləndirilən şəxs şirkətə maddi ziyan vuran zaman onun əmək müqaviləsi qüvvədə olmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs göndərilmiş xəbərdarlıq məktubunda onun vurduğu ziyanın 14,992.08 (on dörd min doqquz yüz doxsan iki manat sıfır səkkiz qəpik) manat məbləğində göstərilməsinin səbəbi odur ki, məktubda da qeyd edildiyi kimi yalnız daxil olmamış vəsait nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs tərəfindən şirkətə vurulmuş maddi ziyan ödənilməmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs QSC-yə satıcı-anbardan vəzifəsinə işə qəbul edilmiş və əmək haqqı 125 (bir yüz iyirmi beş) manat müəyyən edilmişdir. Həmin müqavilənin 5.1-ci bəndindən görünür ki, bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. İşdə olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs QSC-yə satıcı-anbardan vəzifəsinə işə qəbul edilmiş, əmək haqqı 125 (bir yüz iyirmi beş) manat müəyyən edilmiş və həmin bildiriş xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli tam maddi məsuliyyət haqqında fərdi müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Zərərçəkmiş şəxs QSC-də satıcı-anbardar vəzifəsinə işə qəbul edilmiş Təqsirləndirilən şəxs üzərinə tam maddi məsuliyyət götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli Auditor hesabatından görünür ki, yoxlama zamanı Təqsirləndirilən şəxs maddi məsuliyyətində qalan mallar üzrə 8,650 kq, yəni cari satış qiymətlərinə uyğun olaraq 6,526.50 manat çatışmazlıq-əskikgəlmə və 14,992.08 manat məbləğində daxil olmamış vəsait nəzərə alınaraq, yekunda 21,518.58 (iyirmi bir min beş yüz on səkkiz manat əlli səkkiz qəpik) manat kənarlaşma-mənimsəmə yarandığı müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3043 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs QSC üzrə Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq 21518,58 manat məbləğində müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5604 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs QSC üzrə Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq 21518,58 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələr ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddəsinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətində görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü Əlican adlı bir azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməməsi ilə bağlı ifadəsində verdiyi xüsusatları özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə məsul olduğu anbara mal sifariş etmədiyini və təhvil almadığını göstərsə də, həmin xüsusatlar məhkəmə istintaqı zamanı araşdırılmış və müəyyən edilmişdir ki, 05 yanvar 2021-ci il tarixdə Şahid2 qardaşı Təqsirləndirilən şəxs göstərişi ilə şirkətin işçilərindən 200 kisə, yəni 10000 kq. “Nitroammofos/Minudobreniya (NPK 16-16-16) 50 kq” gübrəsi və 150 kisə, yəni 7500 kq. “Ammofos-Evroxim (12:52 NP) 50 kq” gübrəsini təhvil alaraq şirkətin Privolnoye kəndində yerləşən anbarına yığmış, eləcə də 11 yanvar 2021-ci il tarixdə cəmiyyətin işçilərindən 300 kisə, yəni 15000 kq. “Ammonium Nitrat/Evroxim (34,4 % AN) 50 kq” gübrəsini təhvil alaraq anbara yığmışdır. Belə ki, iş üzrə zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçının nümayəndəsinin, eləcə də şahid qismində dindirilmiş Şahid2, Şahid1 və digər şahidlərin ifadələri, eləcə də iş üzrə toplanmış digər sübutlarla Təqsirləndirilən şəxs istintad edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə əsasən “müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir”. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC mülki iddia ilə məhkəməyə müraciət edərək cinayət işi üzrə Təqsirləndirilən şəxs 21 518.58 (iyirmi bir min beş yüz on səkkiz manat əlli səkkiz qəpik) manat məbləğində vurulmuş maddi ziyanın, 500 (beş yüz) manat məbləğində sərbəst auditor xidməti xərclərinin, 155 (bir yüz əlli beş) manat məbləğində dövlət rüsumunun, cəmi 22 173.58 (iyirmi iki min bir yüz yetmiş üç manat əlli səkkiz qəpik) manat məbləğində vəsaitin Zərərçəkmiş şəxs QSC-nin hesabına tutulmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1 və 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq digər əsaslarla yanaşı iddianın tam və ya qismən təmin edilməsi barədə qərar çıxarılır. Göstərilənlərlə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri məhkəmə istintaqı zamanı sübuta yetirildiyindən və həmin əməllər nəticəsində zərərçəkmiş şəxsə maddi zərər vurması müəyyən edildiyindən iş üzrə verilmiş mülki iddia təmin edilməklə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 21 518.58 (iyirmi bir min beş yüz on səkkiz manat əlli səkkiz qəpik) manat maddi ziyan tutularaq zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs QSCnin hesabına ödənilməlidir. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs QSC tərəfindən sərbəst auditor xidmətinə görə 500 (beş yüz) manat xidmət haqqı və mülki iddianın verilməsi ilə əlaqədar 155 (bir yüz əlli beş) manat dövlət rüsumu ödənilmişdir. Buna görə də həmin məbləğlər də Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs QSC-nin hesabına ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə cəmi 300 (üç yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2.-ci maddəsi nəzərə alınmaqla 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən kommersiya və qeyri-kommersiya təşkilatlarında satıcı-anbardar vəzifəsini tutma və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək qeydiyyatda olduğu və yaşadığı Cəlilabad rayonunun Privolnoye kəndində yerləşən evi tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə cəmi 300 (üç yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 21 518.58 (iyirmi bir min beş yüz on səkkiz manat əlli səkkiz qəpik) manat məbləğində vurulmuş maddi ziyanın əvəzi, 500 (beş yüz) manat məbləğində sərbəst auditor xidməti xərcləri, 155 (bir yüz əlli beş) manat dövlət rüsumu, cəmi 22 173.58 (iyirmi iki min bir yüz yetmiş üç manat əlli səkkiz qəpik) manat pul tutularaq zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs QSCnin hesabına ödənilsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm 20 gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan olunduğu andan 20 gün müddətinə Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(073)-7/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-7/2023
26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver