Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-7/2025 11.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri (vəkilləri) Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx.xx.1998-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Təzəkənd kəndində qeydiyyatda olan və yaşayan, bu iş üzrə 02 aprel 2024-cü il tarixdən həbsdə və ev dustaqlığında olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 21 mart 2024-cü il tarixdə saat 21 radələrində əmisi Zərərçəkmiş şəxs məxsus Cəlilabad rayonu, Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığına gəlib ətrafda kiminsə olmadığına əmin olduqdan sonra evin daş hasarının üzərindən keçərək evin həyətinə qanunsuz daxil olmuş, sonra isə evin plastik pəncərəsinə əli ilə təzyiq edib pəncərəni açaraq evə qanunsuz daxil olub evin yataq otağındakı yataq dəstinin içərisində saxlanılan 15990 manat nağd pulu gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 15990 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmiş, daha sonra özgənin əmlakını qəsdən məhv etmək məqsədilə özü ilə gətirdiyi plastik butulkada olan benzin yanacağını evin hər iki yataq otağının döşəməsinə tökərək özündə olan kibritlə qəsdən yandırmaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 10295 manat dəyərində həmin fərdi yaşayış evini və evdə olan ümumilikdə 5340 manat dəyərində əşyaları, yəni 1 ədəd 30 manat dəyərində qızdırıcı plitkanı, 1 ədəd 70 manat dəyərində tozsoranı, 6 ədəd hər biri 50 manat dəyərində pərdəni, 1 ədəd 400 manat dəyərində çarpayını, 7 ədəd hər biri 200 dəyərində xalçanı, 12 ədəd hər biri 70 manat dəyərində yorğan-döşək dəstini, 12 ədəd hər biri 40 manat dəyərində yastıq-nalça dəstini, 12 ədəd hər biri 70 manat dəyərində yorğan-döşək dəstini, 1 ədəd 30 manat dəyərində ütü və ütü masasını, 1 ədəd 700 manat dəyərində dolabı(şifaner) və 1 ədəd 250 manat dəyərində Siemens markalı 65 kvadratmetrlik kondisionerin evin içərisinə quraşdırılan hissəsini qəsdən yandırmaq yolu ilə məhv etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 15635 manat məbləğdə xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri atası, anası və qardaşından ibarətdir. Atasının əsl adı Teymur olmasına baxmayarq, el arasında atasını Telman deyərək adlandırırlar. Atası və qardaşı iş düşdükcə tikinti işləri ilə məşğul olurlar, anası isə evdar qadındır. Özü texniki təhsilli baytar həkimidir. Rəsmi olaraq X10 İnkişaf Mərkəzinin baytar həkimidir və yaşadığı Cəlilabad rayonu, Təzəkənd kəndində baytarlıq fəaliyyəti ilə məşğul olur. Eyni zamanda atasına məxsus olan etibarnamə əsasında idarə etdiyi VAZ-21011 markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobillə 11 nəfər məktəbli uşaqları əlavə dərslərə aparıb aylıq qazanc əldə edir. Ay ərzində həm baytarlıq sənətindən, həm də ki, taksi fəaliyyətindən ümumillikdə təxminən 1000 manat pul qazanır. Hal-hazırda həmkəndlisi Ramazanın qızı ilə nişanlıdır. Zərərçəkmiş şəxs onun əmisidir. Əmisi Kamil həyat yoldaşı ilə birlikdə Cəlilabad rayonu, Təzəkənd kəndində yaşayır. Əmisi Kamilin iki oğlu var, böyük oğlu Siyasət Polşa Respublikasında tikinti işləri ilə məşğul olduğundan təxminən 5 ildir ki, orda yaşayır. Kiçik oğlu X7 isə hazırda Sərhəd Qoşunlarının N saylı hərbi hissəsində hərbi xidmətdədir. Əmisi və ailəsi ilə münasibətləri yaxşı olmuşdur. Əmisi Kamilin iki avtomobili olub, onlardan biri VAZ 2106 markalı, digəri isə Mercedes Benz markalı avtomobil olmuşdur. X11 Benz markalı avtomobilini təxminən 2023-cü ilin yay aylarında 7000 manata satdığını və həmin pulu istifadə etməyib yaşadığı evdə saxladığını ehtimal edirmiş. Həmçinin qohumçuluq münasibətləri yaxşı olduğu üçün əmisi oğlu Siyasətin Polşa Respublikasından hər ay valideynlərinə gələcəkdə Bakı şəhərində yaşayış evi tikdirmək üçün pul göndərdiyini və həmin pulları da əmisinin yaşadığı evdə saxladığını ehtimal edirmiş. 18 mart 2024-cü il tarixdə atasına məxsus evin həyətində özü üçün tikdiyi evi təmir etmək və öz şəxsi ehtiyaclarını ödəmək üçün əmisi Kamilin evinə daxil olub oradan oğurluq etmək qərarına gəlmiş və əmisi Kamilin həyat yoldaşı ilə birlikdə 21 mart 2024-cü il tarixdə onların yaşadığı evə, ordan da onun nişanlısının yaşadığı evə bayramlıq məqsədi ilə gedəcəklərini bildiyi üçün oğurluğu həmin gün edəcəyini planlaşdırmışdır. Həmin vaxtdan öz işləri ilə məşğul olmağa başlamışdır. 20 mart 2024-cü il tarixdə saat 21 radələrində əmisinin evində planlaşdırıdığı oğurluq hadisəsini törətdikdən sonra oranı yandırıb izi itirmək məqsədi ilə idarə etdiyi avtomobilin benzin çənindən təxminən 1 litrə yaxın benzin yanacağını çəkib yaşıl rəngli plasmas butulkaya doldurub avtomobilin yük hissəsinə qoymuşdur. 21 mart 2024-cü il tarixdə yuxudan qalxdıqdan sonra idarə etdiyi avtomobili ustaya aparıb düzəltdirmiş və digər işlərini qurtarıb yaşadığı evə getmişdir. Həmin gün saat 11 radələrində digər əmisi Əyyarın oğlu Azər ona zəng edib nişanlısının evinə nə vaxt gedəcəklərini soruşduğu zaman təxminən 17 radələrində onlara gəlmələrini bildirmişdir. Müəyyən vaxt keçdikdən sonra nişanlısının evinə bayram sovqatı aparmaq üçün əmisi Kamil ilə həyat yoldaşı Zərifə də olmaqla qonaqlar onların evinə gəlməyə başlamışdır. Həmin vaxt kişilər onların evində qalmış, qadınlar isə bayram sovqatı aparmışdır. Təxminən 15-20 dəqiqə sonra qaynatası Ramaz atası Teymura zəng edib kişilər üçün də hazırlıq etdiklərini, onlarında gəlməsini bildirdikdən sonra, atası, əmiləri və dayıları ilə birlikdə qaynatası Ramazın evinə getmişdir. O, qardaşı Vüqar və dayısı oğlu Şahid4 isə evdə qalmışdır. Birlikdə oturub yemək yedikdən sonra divanda oturub telefonla oynamağa başlamışdır. Təxminən 10 dəqiqə sonra qardaşı Vüqara və dayısı oğlu Xalidə heç bir söz demədən evdən çıxıb yaşadığı evin həyətinə düşmüşdür. Evin həyətinə göz gəzdirdikdən sonra gündəlik istifadə etmədiyi qış ayaqqabılarını (uzunboğaz çəkmə) geyinmiş, idarə etdiyi avtomobilin yük yerində saxladığı təxminən 1 litrə yaxın benzin yanacağını sellofana qoyub yaşadığı evdən çıxmış, müxtəlif yollardan və cığırlardan qısa yol kimi istifadə edib əmisi Kamilin yaşadığı evin yaxınlığına getmişdir. Bir qədər orada dayanıb ətrafa nəzər yetirdikdən sonra başqa şəxslərin olmamasından əmin olduqdan sonra əmisi Kamilə məxsus fərdi yaşayış evinin həyətinə girmək üçün nəzərdə tutulan dəmir darvazanın qarşısına gəlib həyətə daxil olmaq istədiyi zaman darvazanın kilidli olduğu görmüş və təxminən sol tərəf üzrə 10 metr məsafədə aralanıb hasarın üstündən əmisi Kamilin həyətinə tullanmışdır. Ətrafa baxıb heç kimin olmadığından əmin olduqdan sonra ayağında olan qış ayaqqabılarını iz qoymamaq üçün navesin altında çıxarıb ayaqyalın evin giriş qapısı tərəfə yaxınlaşmış və kilidli olduğunu görmüşdür. Daha sonra evin digər plasmasdan olan giriş qapısı tərəfə yaxınlaşmış və açmağa cəhd etmişdir. Qapını aça bilmədiyi üçün oradan da kənara çəkilib plastik pəncərənin qarşısına gəlmişdir. Əlindəki benzin yanacağı ilə dolu olan butulkanı yerə qoyub əli ilə pəncərənin üstündə olan setkanı çıxarıb kənara qoyduqdan sonra, pəncərə layını açmaq üçün bir neçə dəfə içəriyə doğru itələməyə başlamışdır. Təxminən 3-cü dəfədən pəncərə layı açılmış və özü ilə gətirdiyi benzin yanacağı ilə dolu olan butulkanı götürüb evin içinə daxil olmuşdur. Daxil olduğu yer evin yataq otaqlarından biri olmuşdur. Əlində benzin yanacağı ilə dolu olan butlkanı qapının kənarına qoymuş və əlində olan özünə məxsus telefonun işığı ilə evi axtarmağa başlamışdır. Həmin otağı təxminən 3-4 dəqiqə axtardıqdan sonra orada heç nə tapmayıb otaqdan evin böyük otaq hesab edilən zalına çıxmışdır. Zaldan isə digər yataq otağına keçmiş və oranı axtarmağa başlamışdır. Həmin otaqda bir ədəd sandıq və kravatın üstündə üst-üstə yığılmış yorğandöşək dəstləri olmuşdur. İlkin olaraq üzərində kilidi olmayan sandığı açıb içini axtarmağa başlamış, lakin oradan da heç nə tapa bilməmişdir. Daha sonra isə üst-üstə yığılan yorğan-döşəkləri yuxarıdan aşağıya olmaqla otağın ortasına atmağa başlamış, təxminən 6-7 ədəd yorğan-döşək dəstələrini otağın ortasına atdıqdan sonra yorğan-döşəklərin dib, yəni divar tərəfində təxminən 1 kq tutumu olan şüşə bankanın və içərisində bükülmüş vəziyyətdə çoxlu pulların olduğunu görmüşdür. Həmin vaxt içərisi pul ilə dolu bankanı olduğu yerdən götürüb ağızını açmış, bankanın qapağını kənara tullamış, pul ilə dolu bankanı isə özündə saxlamışdır. Axtardığını tapdığı üçün digər yerləri axtarmamış və benzin yanacağı ilə dolu olan butulkanı sellofandan çıxardıb pul ilə dolu olan bankanı həmin sellofana qoymuşdur. Həmin vaxt atası Teymur ona zəng edərək əmisi Əyyarın gəlinini gəlib evə aparmağını dediyi zaman, atasına evdə olmadığını demişdir. Bundan sonra qardaşı Vüqara zəng edərək bu barədə ona bildirmiş, Vüqar isə gedib Əyyar əmisinin gəlinini evə aparacağını bildirmişdir. Bundan sonra benzin yanacağı ilə dolu olan butulka ilə oğurluq etdiyi otağa yenidən daxil olmuş və benzin yanacağını yorğandöşəklərin üstünə tüküb özü ilə gətirdiyi kibrit ilə oranı yandırıb digər otağa yəni həyətdən birinci girdiyi otağa keçmişdir. Benzin yanacağının qalan hissəsini də həmin otağın müxtəlif yerlərinə səpdikdən sonra yenidən özündə olan kibrit ilə oranı da yandırmışdır. Benzin yanacağı gətirdiyi butulkanı da oraya tullayıb oğurladığı pulları da götürüb evə girdiyi yerdən çıxıb həyətə tullanmışdır. Sonra evə girməmişdən əvvəl çıxardığı ayaqqabıları geyinib əmisinə məxsus evin kənar hissəsində yerləşən həyət hissəsinə keçmiş və müxtəlif cığırlardan istifadə etməklə yaşadığı ev istiqamətində piyada hərəkət etməyə başlamışdır. Bir qədər piyada hərəkət etdikdən sonra qardaşı Vüqar ona zəng edərək dayısı oğlu Saməddini gəlib evlərinə aparmağını bildirmişdir. Həmin vaxt Saməddinin ondan şübhələnə biləcəyini ehtimal etdiyi üçün oğurladığı pulları gizlətmək üçün hazırda Bakı şəhərində yaşayan Əfraim adlı şəxsin evinin həyətində olan yardımçı tikilinin içərisinə girmiş və oğurladığı pulları bankadan çıxarıb saymağa başlamışdır. Həmin pulu sayıb miqdarının 15990 manat olmasını müəyyən etdikdən sonra yenidən şüşə bankanın içinə qoyub yardımçı tikilidə gizlətmişdir. Bundan sonra yaşadığı ev istiqamətində hərəkət etməyə davam etmişdir. Təxminən bir neçə dəqiqə sonra yaşadığı evin qarşısına çatan zaman Saməddinin darvazanın qarşısında dayanıb onu gözlədiyini görmüş və həmin vaxt evə daxil olub ayaqqabılarını dəyişib gündəlik istifadə etdiyi ayaqqabıları geyinib idarə etdiyi avtomobil ilə Saməddini yaşadığı evə aparmışdır. Daha sonra yaşadığı evə qayıdıb platarlarını dəyişdiyi zaman yaşadığı evin küçəsindən atasının və digər şəxslərin səs-küylərinin gəldiyini eşidib küçəyə çıxmış və atasından nə baş verdiyini soruşduğu zaman atası əmisi Kamilin evinin yandığını və təcili ora gətmək lazım olduğunu bildirmişdir. Təxminən 4-5 dəqiqə sonra əmisi Kamilin yaşadığı evin qarşısına çatmışlar və orada başqa şəxslərin də toplaşdığını görmüşdür. Həmin şəxslər, o da daxil olmaqla vedrələrlə su daşıyıb evi söndürməyə cəhd etmişdir. Bir neçə dəqiqə sonra yanğından mühafizə xidmətinin əməkdaşları gəlib işləməyə başlamış və təxminən 10-12 dəqiqə ərzində yanğını söndürmüşdür. Daha sonra əmisi Kamil otağa daxil olub çıxdıqdan sonra evdə pulu olduğunu və həmin pulun da oğurlandığını, evin də qəsdən yandırıldığını bildirmişdir. Həmin vaxt benzin butulkasını da gördükdən sonra ümumiyyətlə təlaşa düşmüşlər və oğurluq olduğunu dəqiqləşdirmişdirlər. Buna baxmayaraq özünü şübhələndirməmiş və əksinə olaraq onların dərdlərinə şərik olmağa çalışmışdır. Saat təxminən 01 radələrinə kimi orda olmuş, ondan sonra isə yaşadığı evə getmişdir. Əmisi Kamil digər əmisi Etibarın evində qalmaq üçün onların evinə getmişdir. 22 mart 2024-cü il tarixdə səhər yuxudan durmuş, mal-heyvanlara qulluq etdikdən sonra əmisi Kamilin evinə getmişdir. Orada oğurluq törədən şəxsin əl-barmaq izlərinin çıxa bilcəyini barədə söhbət aparılan zaman oğurladığı pulları qoyduğu yerdən götürüb izi itirmək üçün yandırmaq qərarına gəlmişdir. Bu məqsədlə əmisi Kamilin evindən çıxıb oğurladığı pulları gizlətdiyi yerə getmiş və oradan həmin pulları banka qarışıq götürüb “Dərə” deyilən yerə getmişdir. Kənarda heç kimin olmadığından əmin olduqdan sonra oğurladığı 15990 manatı şüşə bankadan çıxarıb toplu formada yandırmaq istədiyi zaman yanmadığını görmüşdür. Daha sonra isə pulları tək-tək az sayda yandırmağa başlamışdır. Təxminən 15-20 dəqiqə ərzində oğurladığı pulları yandırıb qurtarmışdır. Daha sonra pulları yandırdığı yerin torpaq səthinin üzərində olan yanğın izlərini isə kanalın suyu ilə yuyub, torpaq səthinin üzərində olan yanğın izlərini itirmişdir. Şüşə bankanı isə özündən təxminən 10 metr aralıda olan su kanalına atmışdır. Bundan sonra oradan piyada yaşadığı evə qayıdıb, idarə etdiyi avtomobillə əmisi Kamilin evinə getmişdir. Əmisi Kamilin evinə getməkdə məqsədi olubbitənlərdən xəbərinin olması olmuşdur. Bundan sonra gündəlik gördüyü işləri işləməyə davam etmişdir. 22 mart 2024-cü il tarixdə polis əməkdaşları onu oğurluqda şübhəli olduğu üçün polis şöbəninə dəvət etdikləri zaman məsuliyyətdən boyun qaçırmaq üçün yayınmağa cəhd edib polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamışdır. Buna görə barəsində inzibati protokol tərtib edilərək məhkəməyə aparılmış və 10 gün müddətinə inzibati həbs olunmuşdur. Əlavə suallara cavab olaraq oğurluq etmək, həmçinin hadisədən sonra evin yandırmaq barədə əvvəlcədən və yaxud sonradan heç kimə bu barədə məlumat vermədiyini, oğurladığı 15990 manat pulun 2 ədəd 20 manatlıq, 7 ədəd 50 manatlıq, qalanlarının isə 100 manatlıq əskinazlar olduğunu, evdən oğurluq etdikdən sonra oranı yandırdığı zaman tək olduğunu, yanında heç kimin olmadığını, pulları tapdıqdan sonra pulların olduğu şüşə bankanın ağızını açıb qapağını ora tullamaqda məqsədi evin yandırdıqdan sonra guya şüşə bankanın partladığını və pullarında yandığını göstərmək olmuşdur. Hazırda zərərçəkmiş şəxsə ziyandan ümumilikdə 26300 manat pul ödənilmişdir. Qalıq ziyanı da ödəyə bilər, bunun üçün ona əlavə vaxt lazımdır. Qeyd edilənlərin nəzərə alınaraq, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Cəlilabad RPŞ-nə ərizə ilə müraciət edib xx.xx.2024-cü il tarixdə naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus Cəlilabad rayonu, Təzəkənd kəndində yerləşən fərdi yaşayış evindən 15990 manat pulun oğurlanmasını və həmin evin yandırılmasını bildirmişdir. İki oğlu var, onlardan böyük olan X12 yaşayıb işləyir, digər oğlu Rəvan İsayev isə Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində əsgərlikdədir. Polşada olan oğlu Siyasət ona mütəmadi olaraq pul göndərir və o, da oğlunun göndərdiyi pulları yığır. Oğlu Polşaya 2019-cu ildə gedib və həmin vaxtdan oradadır. Oğlu ona görə pul göndərir ki, oğlu üçün Bakı şəhəri, Qobu qəsəbəsində olan topraq sahəsində fərdi yaşayış evi tiksin. Mercedes E Clas markalı avtomobili olub. Təxminən 2023-cü il iyun ayında oğlunun ona göndərdiyi pulun miqdarı ümumilikdə 2000 manat olmuşdur. Qərara gəlmişdir ki, oğluna maddi olaraq kömək etməkdən ötrü avtomobili satsın. 2023-cü ilin iyun ayında avtomobilini 7000 manata satmışdır. Bundan sonra oğluna ev tikmək üçün nə qədər xərc çıxacağını hesablamış və ilkin olaraq 19000 manat pul lazım olacağını müəyyən etmişdir. Oğlu Siyasətlə qərara gəlmişdirlər ki, bir-iki il daha gözləsinlər, oğlu pul göndərsin və lazım olacağı qədər pul yığdıqdan sonra tikinti işlərinə başlasın. Həmin zaman ümumilikdə 9000 manat pulu olmuşdur. Yəni avtomobilinin 7000 manat pulunu da oğlunun göndərdiyi pulların üzərinə gəlmiş və ümumilikdə 9000 manat pulu olmuşdur. Bundan sonra oğlu ona hər ay pul göndərmişdir. Onun ümumilikdə 14290 manat pul olmuşdur. Yəni həmin vaxtdan sonra oğlu Siyasət ona 5290 manat pul göndərmişdir. Sonuncu dəfə oğlu Siyasət xx.xx.2024-cü il tarixdə kartına 1800 manat pul göndərmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 16 radələrində Cəlilabad rayonuna gəlmiş, X3 rayonunda yerləşən fillialında olan bankomatdan 1800 manat pulu çıxarıb evinə getmişdir. Evdə həmin pulu qonaq otağında olan masanın üzərinə qoyub həyətə çıxmışdır. Bir neçə dəqiqə sonra baldızı Rəfiqənin uşaqları Fatimə və Talehin onun həyətinə gəldiklərini görmüş, həyətdə arvadı Zərifəyə demişdir ki, uşaqlar evə girməmiş pulu götürüb yığdığı pulun üstünə qoysun. Bir müddət sonra arvadından pulu götürüb-götüməməsini soruşmuş və arvadı Zərifə də pulu götürüb yığıdıqları pulun üstünə qoyduğunu demişdir. Uşaqların pulu görüb-görməməsini də soruşmuş və arvadı Zərifə də uşaqların pulu görmədiyini demişdir. Təxminən xx.xx.2024-cü il tarixdə qardaşı Teymurla əvvəlcədən razılaşmışdır ki, xx.xx.2023-cü il tarixdə onlara qonaq gedəcəklər. Onlara ona görə qonaq getməkdə məqsədləri oğlan tərəfi olaraq Teymurun oğlu Sübhanın nişanlısının evinə bayramlaşmağa getmək olmuşdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 19 radələrində qardaşı Teymur zəng edib niyə gəlmədiyini soruşmuşdur. Teymura biraz işi olduğunu, bu səbəbdən gecikdiyini və indi gələcəyini demişdir. Arvadı Zərifəyə demişdir ki, hazırlaşsın gedək. Arvadı hazır olduğunu demiş, o, isə evə gedib qaza, işığa baxmış, bütün pəncərələri içəridən bağlamış və evdən çıxıb evin giriş qapısını da çöldən açarla bağlamışdır. Sonra həyətdən çıxıb darvazanı da açarla bağlamışdır. Qardaşı Ehtibar onunla qonşudur. Arvadı Zərifə qardaşı Ehtibarın arvadı Sevda ilə əvvəlcədən razılaşmışdır ki, onlar gedəndə Sevda da onlarla gələcək. Avtomobili ilə qardaşı Ehtibarın evinə gedib onların darvazasının qarşısında siqnal vermiş, qardaşı arvadı Sevda çölə çıxıb avtomobilə əyləşmiş və onlar qardaşı Teymurun evin doğru getməyə başlamışdır. Təxminən 5 dəqiqə sonra Teymurun evinə çatmış, avtomobilini onun evinin darvazasının qarşısında saxlamış və avtomobildən düşüb Teymurun evinə getmişdirlər. Teymurun evinin darvazasının qarşısında öz avtomobili və qaynı İlhamın avtomobili olmuşdur. Teymurun evində iftar açıb yemək yemişdir. Arvadı, qardaşı arvadı Sevda və digər qadınlar Sübhanın nişanlısın evinə bayramlaşmağa getmişdir. Daha sonra Teymurun qudası, Sübhanın nişanlısının atası Ramaz Teymura zəng edib onu, Teymuru, Teymurun qaynı İlhamı, İlhamın oğlu Saməddini qonaq çağırmışdır. O, getmək istəməsə də Teymur israr etmişdir ki, o, da getsin. Bundan sonra onlar hamısı birlikdə Teymurun evindən çıxıb Ramazın evinə getmişdir. Orada bir daha yemək yeyiblər. Oraya getdikdən təxminən 30 dəqiqə sonra Saməddinə zəng gəlmişdir. Saməddin onu işlədiyi yerdən çağırdıqlarını və buna görə getməli olduğunu deyib oradan getmişdir. Ramazın evində olduğu zaman əmisi oğlu Daxil ona zəng edib evinin yandığı demişdir. Evinin yandığını deyib dərhal evdən çıxıb avtomobilinə doğru qaçmağa başlamış, avtomobili işə salıb oradan evinə getmiş və görmüşdür ki, evi yanır, qonşular isə evi söndürməyə çalışırlar. Həyətdə quyuya tərəf gedib su mühərrikini işə salmışdır ki, evi rahat söndürə bilsinlər. Həmin zaman hadisənin təsirində olduğundan evinin həyətində kimləri gördüyünü dəqiq xatırlamır. Sonra qardaşı Teymur, Teymurun oğlu Sübhan, arvadı Bəsirə, öz arvadı Zərifə və digər qardaşı Ehtiramın arvadı Sevda həyətə gəlmişdir. Bir müddət sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib yanğını söndürmüşdür. Yanğın sönəndən sonra evinə daxil olmuş, yığdığı pulları gizlətdiyi otağa gedib pulları gizlətdiyi yerə baxmış və görmüşdür ki, həmin pulları yığdığı bankanın qapağı yerdədir, banka özü və pullar isə yoxdur. Həmin otağın döşəməsi yandığından güman etmişdir ki, pullar zirzəmiyə düşüb və buna görə zirzəmiyə daxil olub pulları axtarmış, lakin tapa bilməmişdir. Pulların oğurlanmasından bir daha əmin olmaqdan ötrü zirzəmini təmziləmiş, lakin nə pulları və ya qalığını nə də ki, pulları yığdığı bankanı tapa bilməmişdir. Bundan sonra ona aydın olmuşdur ki, kimsə evinə daxil olub 15990 manat pulumu oğurlamış və evini yandırmışdır. Əlavə suallara cavab olaraq evinin yanması nəticəsində ona təxminən 15000 manat maddi ziyan dəydiyini, oğurlanmış 15990 manat pulun 2 ədəd 20 manatlıq, 6-7 ədəd 50 manatlıq və digərlərinin 100 manatlıq pul əskinazları olduğunu və oğlu Siyasətin göndərməsinə baxmayaraq 15990 manat pulun ona məxsus olduğunu bildirmişdir. Baş vermiş yanğın hadisəsi nəticəsində evdə olan əşyalardan təxminən 30 manat dəyərində 1 ədəd qızdırıcı plitka, 1 ədəd 70 manat dəyərində tozsoran, 6 ədəd hər biri 50 manat dəyərində pərdə, 1 ədəd 400 manat dəyərində çarpayı, 7 ədəd hər biri 200 dəyərində xalça, 12 ədəd hər biri 70 manat dəyərində yorğan-döşək dəsti, 12 ədəd hər biri 70 manat dəyərində fərqli yorğan-döşək dəsti, 12 ədəd hər biri 40 manat dəyərində yastıq-nalça dəsti, 1 ədəd 30 manat dəyərində ütü və ütü masası, 1 ədəd 700 manat dəyərində dolab(şifaner) və 1 ədəd 250 manat dəyərində Siemens markalı 65 kvadratmetrlik kondisionerin evin içərisinə quraşdırılan hissəsi yanaraq məhv olmasını bildirmişdir Ona ümumilikdə 26300 manat pul ödənilmişdir. Evi çiy kərpicdən tikildiyinə görə yanğından sonra ev tam yararsız hala düşmüşdür, buna görə də təqsirləndirilən şəxsdən 35000 manat pul tələb edir. Ziyanı ödənilmədiyi təqdirdə təqsirləndirilən şəxsdən şikayətçidir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə əri Kamil Cəlilabad RPŞ-nə ərizə ilə müraciət edib xx.xx.2024-cü il tarixdə naməlum şəxs və ya şəxslər tərəfindən onlara məxsus Cəlilabad rayonu, Təzəkənd kəndində yerləşən fərdi yaşayış evindən 15990 manat pulun oğurlanması və həmin evin yandırılmasını bildirib. İki oğlu var, onlardan böyük olan X12 yaşayıb işləyir, digər oğlu Rəvan İsayev isə Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində əsgərlikdədir. Polşada olan oğlu Siyasət əri Kamilə mütəmadi olaraq pul göndərir və əri onun göndərdiyi pulları yığır. Oğlu Polşaya 2019-cu ildə gedib və həmin vaxtdan oradadır. Oğlu ərinə ona görə pul göndərirdi ki, onun üçün Bakı şəhəri, Qobu qəsəbəsində olan topraq sahəsində fərdi yaşayış evi tiksin. Təxminən 2023-cü il iyun ayında oğlunun ərinə göndərdiyi pulun miqdarı ümumilikdə 2000 manat olub. Əri oğluna maddi olaraq kömək etməkdən ötrü 2023-cü ilin iyun ayında Mercedes E class markalı avtomobilini 7000 manata satmışdır. Bundan sonra əri oğluna ev tikmək üçün nə qədər xərc çıxacağını hesablamış və ilkin olaraq 19000 manat pul lazım olacağını müəyyən etmişdir. Bundan sonra qərara gəlmişdirlər ki, bir-iki il daha gözləsinlər, oğlu pul göndərsin və lazım olacağı qədər pul yığdıqdan sonra tikinti işlərinə başlasınlar. Həmin zaman ərində ümumilikdə 9000 manat pul olub. Yəni avtomobilini satdığı 7000 manat pulunu da oğlunun ona göndərdiyi pulların üzərinə gəlmiş və ümumilikdə 9000 manat pul olmuşdur. Bundan sonra oğlu hər ay ərinə pul göndərmişdir. Sonuncu dəfə pul göndərməmişdən əvvəl ərində 14290 manat pul olmuşdur. Yəni həmin vaxtdan sonra oğlu Siyasət ərinə 5290 manat pul göndərmişdir. Sonuncu dəfə oğlu Siyasət xx.xx.2024-cü il tarixdə ərinin kartına 1800 manat pul göndərmişdir. Əri xx.xx.2023-cü il tarixdə bankomatdan 1800 manat pulu çıxarıb evə gəlmişdir. Həmin gün bacısı Rəfiqənin uşaqları Fatimə və Taleh onların həyətinə gəlmiş, həyətdə əri ona demişdir ki, uşaqlar evə girməmiş pulu götürüb yığdıqları pulun üstünə qoysun. Evə qalxıb masanın üzərində olan 1800 manat pulu götürüb digər otaqda yataq dəstinin arasında bankada saxladıqları pulun üzərinə qoyub və bankanın qapağını bağlayıb yataq dəstinin arasına qoyaraq üzərini döşəklərlə örtmüşdür. Bir müddət sonra əri pulu götürüb-götürmədiyini soruşmuş və o, da ərinə demişdir ki, pulu götürüb yığıdıqları pulun üstünə qoyub. Onlar təxminən xx.xx.2024-cü il tarixdə qaynı Teymurla ilə əvvəlcədən razılaşmışdırlar ki, xx.xx.2023-cü il tarixdə onlara qonaq gedəcəklər. Onlara qonaq getməkdə məqsədləri oğlan tərəfi olaraq Teymurun oğlu Sübhanın nişanlısının evinə bayramlaşmağa getmək olmuşdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 19 radələrində əri ona deyib ki, hazırlaş gedək. Ərinə hazır olduğunu demiş, əri evə daxil olub qaza, işığa baxmış və evdən çıxıb evin giriş qapısını da çöldən açarla bağlayıb, sonra həyətdən çıxıb darvazanı da açarla bağlamış və avtomobilə əyləşmişlər. Qaynı Ehtibar onlarla qonşudur, o, Ehtibarın arvadı Sevda ilə əvvəlcədən razılaşmışdır ki, onlar gedəndə Sevda da onlarla gələcək. Əri avtomobillə qaynı Ehtibarın evinə gedib onların darvazasının qarşısında siqnal vermiş, Sevda çölə çıxıb avtomobilə əyləşmiş və onlar qaynı Teymurun evinə doğru getməyə başlamışdır. Təxminən 5 dəqiqə sonra Teymurun evinə çatmışlar, əri avtomobili Teymurun evinin darvazasının qarşısında saxlamış və avtomobildən düşüb onun evinə getmişdirlər. Onun evində qadınlarla iftar açıb yemək yemişlər, sonra isə o, Sevda və Teymurun arvadı Bəsirə ilə birlikdə Sübhanın nişanlısının atası Ramazın evinə bayramlaşmağa getmişdir. Daha sonra əri də Teymurla birlikdə oraya gəlmişdir. Təxminən 15-20 dəqiqə sonra həyətdən səs-küy gəldiyi eşidib həyətə çıxmış və görmüşdür ki, əri Kamil qaçaraq harasa gedir. Həyətdə ərinin əmisi oğlu X8 ona demişdir ki, deyirlər Kamilin evi yanır. Bundan sonra o, qaçaraq qaynı Teymurun həyətinə getmişdir ki, əri ilə birlikdə evə getsin. Oraya çatdıqda ərinin artıq getdiyi görmüşdür. Həmin zama qaynı Teymur onun yanına gəlib demişdir ki, gəl bizim avtomobillə gedək. Onun avtomobilinə əyləşmiş, avtomobildə ondan başqa Təqsirləndirilən şəxs, Bəsirə İsayeva və Sevda İsayeva olmuşdur. Teymur avtomobillə onu evinə gətirmiş və görmüşdür ki, evi yanır, qonşular isə evi söndürməyə çalışırlar. Həmin zaman hadisənin təsirində olduğudan evinin həyətində kimləri gördüyünü dəqiq xatırlamır. Bir müddət sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib yanğını söndürmüşdür. Yanğın sönəndən sonra əri evə daxil olub yığdıqları pulları axtarmış, lakin tapa bilməmişdir. Pulların oğurlanmasından bir daha əmin olmaqdan ötrü zirzəmini təmizləmişlər, lakin nə pulları və ya qalığını, nə də ki, pulları yığdıqları bankanı tapa bilməmişlər. Bundan sonra onlara aydın olmuşdur ki, kimsə evlərinə daxil olub 15990 manat pulu oğurlamış və evlərini yandırmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri, atası, anası və qardaşından ibarətdir. Atasının əsl adı Teymur olmasına baxmayaraq, el arasında atasını Telman deyərək adlandırırlar. Atası və o, iş düşdükcə tikiti işləri ilə məşğul olurlar, qardaşı Sübhan Cəlilabad DAİM-də baytar həkim işləyir, anası isə evdar qadındır. Zərərçəkmiş şəxs onun əmisidir, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 20 radələrində əmisi Kamil arvadı Zərifə və digər əmisi Ehtiramın arvadı Sevda ilə birlikdə onlara gəlmişdir. Əmisi Kamil onların evində yemək yedikdən sonra atası ilə birlikdə evdən çıxıb qardaşı Sübhanın nişanlısının atası Ramazın evinə bayramlaşmağa getmişdir. Evdə o, qardaşı Sübhan və dayısı oğlu Xalid qalmışdır. Onlarla birlikdə evdə yəmək yemişdir. Bir müddət sonra Sübhana zəng gəlmiş və Sübhanın zəngə cavab olaraq gəlirəm dediyini eşitmişdir. Zəng gələndən təxminən 5 dəqiqə sonra Sübhan evdən çıxıb getmişdir. Təxminən 5 dəqiqə sonra əmisi Əyyarın gəlini Tünzaləni evlərinə ötürmək üçün həyətə çıxmış və görmüşdür ki, Tünzalə onların evinin həyətindədir. Sonra Sübhana zəng edib demişdir ki, gəlib Tünzaləni evlərinə aparsın. Tünzaləni evlərinə aparmasını Sübhandan ona görə istəmişdir ki, dayısı oğlu Xalid evdə tək qalmasın. Sübhan isə hazırda işi olduğunu deyib Tünzaləni onun aparmağını istəmişdir. Tünzaləni onların evindən təxminən 300-400 metr kənarda olan evlərinə qədər ötürüb sonra evə qayıtmışdır. Bundan təxminən 5 dəqiqə sonra dayısı oğlu Saməddin onlara evə gəlmiş və Sübhanın harada olduğunu soruşmuşdur. Saməddindən Sübhanı nə üçün axtardığını soruşmuş, Saməddin də bir yerə getməli olduğunu və bunun üçün Sübhanın onu avtomobillə aparmasına ehtiyacı olduğunu deyib ondan Sübhana zəng etməyini istəmişdir. Sübhana zəng edib harada olduğunu soruşmuş və Sübhan da demişdir ki, gəlir. Sübhan ona harada olduğunu nə üçün soruşduğunu demiş, o, da Sübhana demişdir ki, dayı oğlu Saməddin gəlib onu avtomobillə bir yerə aparmasını istəyir. Təxminən 5 dəqiqə sonra Sübhan evə gəlmiş, Vaz 21011 markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilini işə salıb Saməddini harasa aparıb təxminən 7-8 dəqiqə sonra evə qayıtmışdır. Sübhan gələndən təxminən 10 dəqiqə sonra atası Teymur qışqıraraq həyətə gəlib əmisi Kamilin evinin yandığını demişdir. Atası və Sübhan avtomobili ilə əmisi Kamilin evinə getmişdir. Həmin zaman dayısı İlhamın avtomobili onların həyətində olmuş, dayısı İlham onlara gəlmiş və Xalidlə birlikdə onun avtomobili ilə Kamilin evinə getmişdirlər. Kamilin həyətinə daxil olub görmüşdür ki, evdən tüstü çıxır. Yanğınsöndürənlərə zəng etmiş və küçəyə çıxmışdır ki, yanğınsöndürənlər gələndə onlara evin yolunu göstərsin. Təxminən 10 dəqiqə sonra yanğınsöndürənlər gəlib evdə ki, yağını söndürmüşdür. Əmisi Kamil demişdir ki, evdə pulu var girib evi axtaraq. O, da evə daxil olub evi axtarmağa başlamışdır. Əmisi evdə banka qapağı tapmış və demişdir ki, kimsə onun evini yandırıb və pulları oğurlayıb. Evin döşəməsi yandığından əmisi demişdir ki, ola bilər pul olan banka zirzəmiyə düşüb. O, və əmisi oğlu Azər zirzəmiyə girib içərisində pul olan bankanı axtarmış, lakin tapa bilməmişdir. Əlavə suallara cavab olaraq Sübhanın evi tərk edib gedərkən hara getməsi barədə ona heç nə dəmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs isə qardaşıdır. Zərərçəkmiş şəxsə ümumilikdə 11300 manat pul vermişdir, qalan pul ilə aralarında razılığa gəlmişlər. Sonradan qardaşı Kamil onun zənglərini açmadı. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımış, onunla heç bir ədavət və düşmənçiliyim yoxdu. X16 hər həftənin 2, 4 və 6-cı günləri Cəlilabad rayonu, Üçtəpə kəndində kik-boks idmanı üzrə məşqə gedir. Təqsirləndirilən şəxs kənddə idarə etdiyi qırmızı rəngli Vaz 21011 markalı avtomobillə taksi fəaliyyət ilə məşğul olur. Təxminən cari ilin fevral ayının əvvəllərindən Sübhanla razılaşmışdır ki, həftənin 2, 4 və 6-cı günləri oğlu X6 rayonu, Üçtəpə kəndində məşqə aparsın və bunun müqabilində hər ay Sübhana 25 manat pul verir. Adətən Sübhan təxminən saat 19:30-da gəlib oğlu Əlini evdən götürüb məşqə aparır və təxminən saat 21:50-də məşqədən götürüb evə gətirir. xx.xx.2024-cü il tarixdə, yəni həftənin 6-cı günü saat 18:28-də Sübhan onun ***-***-**-** saylı mobil nömrəsinə zəng edib demişdir ki, bu gün oğlu Əlini məşqə apara bilməyəcək. Sübhandan səbəbini soruşmuş, Sübhan isə bu gün bayram olduğu üçün oğlu Əlini məşqə aparmayacağını demişdir. Şahid X4 məhkəməyə teleqram göndərərək, teleqramda ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş şahid X4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun uzaq qohumudur, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2024-cü il tarixdə novruz bayramı ilə əlaqədar olaraq kəndə gəlmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 20 radələrində bibisi oğlu Sübhanın evində olmuşdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 20 radələrində onlara qohumları qonaq gəlmiş, qonaqlar yemək yedikdən sonra qonaq Sübhanın nişanlısının evinə getmişdir. Evdən o, bibisi oğlu Sübhan və Vüqar qalmışdır. Onlarla birlikdə evdə yəmək yemişdir. Bir müddət sonra Sübhana zəng gəlmiş və Sübhan zəngə cavab olaraq gəlirəm demişdir. Zəng gələndən təxminən 5 dəqiqə sonra Sübhan evdən çıxıb getmişdir. Daha sonra Vüqar həyətə çıxmış və təxminən 10 dəqiqə sonra qayıtmışdır. Təxminən 15- 20 dəqiqə sonra Sübhan evə gəlmişdir. Sübhan gələndən təxminən 10 dəqiqə sonra onun olduğu otağa girib ona əmisi Kamilin evin yandığını demişdir. Daha sonra əmisi İlham həyətə gəlmiş və Vüqarla o, əmisi İlhamın avtomobili ilə Kamilin evinə getmişdir. Kamilin həyətinə daxil olmuş və görmüşdür ki, Kamilin evindən tüstü çıxır. Təxminən 10 dəqiqə sonra yanğınsöndürənlər gəlib evdəki yağını söndürmüşdür. Əlavə suallara cavab olaraq Sübhanın evi tərk edib gedərkən hara getməsi barədə ona heç nə dəmədiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş kompleks məhkəmə yanğın-texniki, məhkəmə mühəndis texniki və məhkəmə əmtəəşünaslıq ekspertizasının 10 iyun 2024-cü il tarixli, 3-16-16/2- 10/2567-9/2639 saylı ekspertiza rəyindən görünür ki, Cəlilabad rayonu, Təzəkənd kəndində yerləşən fərdi yaşayış evində iki ədəd müstəqil və əlaqəsiz mənbə zonası olmuşdur. Onlardan birincisi evə daxil olduqda üzbəüz istiqamətdə yerləşən yataq otağının daxilində, ikincisi isə evin qapısı zal otağına açılan yataq otağının daxilində, döşəmə səviyyəsində olmuşdur. Yanğın, kənardan gətirilmiş alışdırma vasitəsinin təsiri ilə iki müstəqil və əlaqəsiz mənbə zonalarının yaranması(-dilması) nəticəsində baş vermişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, yanğın nəticəsində Cəlilabad rayonu, Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinə tikinti üzrə dəymiş ziyan 10295.00 manat təşkil edir. Ekspertiza təyini haqqında qərarda və iş materiallarında göstərilən 7 adda malların yanmamışdan əvvəl normal vəziyyətdə orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq, hadisə baş verən tarixə, yəni 2024-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2540.00 manat müəyyən olunur. Həmin malların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında göstərilən 4 adda mallar haqqında kifayət qədər məlumat (texniki göstəriciləri, hazırlandığı materialı və sair) olmadığından onların qiymətləndirilməsi mümkün olmadı. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 4(073)-43/2024 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 28 iyun 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmanın əvvəli 02 aprel 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli 4(073)-44/2024 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 1(073)-136/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri məhkəmənin hazırlıq iclası keçirilənədək dəyişdirilməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmusu ilə təqsirələndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 186.2.2-ci maddələri ilə tövsif edilmişdir və o həmin maddələr ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Cəlilabad rayonu İHB-nin Təzəkənd kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə ziyandan qismən ödəniş etməsini, zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 186.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş üzrə mülki iddia yoxdur. Hadisə yerinə baxış istintaq hərəkətinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan, təqsirləndirilən şəxsin evin yandırılmasına istifadə etdiyi 1 ədəd qara rəngli şlanq hök qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 165 manat məhkəmə xərci var. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəsasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 02 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından həbsə alınsın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Hadisə yerinə baxış istintaq hərəkətinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Cinayət əməlinin törədilməsində təqsirləndirilən şəxsin istifadə etdiyi 1 ədəd qara rəngli şlanq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 165 manat məhkəmə xərci təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxsə münasibətdə isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №1(073)-7/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-7/2025
11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver