Məhkəmə qərarları › İş №1(073)-70/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-70/2023

21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-70/2023 21.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X3 və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1999-cu ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Cəlilabad rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qəti olaraq 11 (on bir) ay 24 (iyrimi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, Cəlilabad şəhəri, H.Əliyev prospekti ev 16-da qeydiyyatda olan və Cəlilabad şəhəri, M.Hüseyn küçəsi ev 2, mənzil 13-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 221.1 və 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 21 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs1 məxsus Cəlilabad şəhəri, M.Hüseyn küçəsində yerləşən ərzaq mağazasına olan 60 manat 40 qəpik borcunu sonuncu ondan istəməsinə görə həmin mağazanın qarşısında əsaslı səbəb olmadan onu nəlayiq söyüşlərlə söyərək bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə sillə, yumruq və təpiklə vuraraq ona boyun nahiyəsində, döş qəfəsnin ön səthində və sağ baldır nahiyəsində qançırlar, sol əlin 1-ci barmağının dırnaq falanqasında əzilmiş yara kimi xəsarətlər əmələ gəlməsi ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuraraq, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Bundan sonra təkrarən o, 27 oktyabr 2022-ci ildə saat 21 radələrində, Cəlilabad şəhəri, Azərbaycan küçəsində yerləşən «Palma» restoranının həyətində əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs2 ilə mübahisə edib onu nalayiq söyüşlərlə söyərək sonra masanın üstündə olan şüşə bokalı götürüb onun sol qaş nahiyəsindən vuraraq ona sol qaş nahiyəsində kəsilmiş yara əmələ gəlməsi ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək, şəxslər üzərində zor tətbiq olunması və silah qismində istifadə edilən əşya tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətləri törətməsi onun özünün etirafından əlavə işin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla da aşağıdakı qaydada tam sübuta yetirilir. Belə ki, Təqsirləndirilən şəxsoğlu məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 təxminən 6-7 ay əvvəldən tanımış, Təhmasib Cəlilabad şəhəri, M.Hüseyn küçəsində Cəlilabad RMX-nın yaxınlığında ərzaq mağazasını işlətmişdir. Təxminən 8 ay əvvəl Zərərçəkmiş şəxs1 60 manat dəyərində nisyə ərzaq almış, lakin sonradan ona olan borcunu ödəməmişdir. Bir neçə dəfə Təhmasib ona zəng edib pulunu istəmiş, lakin pulu olmadığına görə ona pulunu yaxın vaxtlarda ödəyəcəyini demişdir. 21 sentyabr 2022-ci il tarixdə saat 09:30 radələrində Təhmasib yenə ona zəng edib pulunu istəmiş, o, isə telefonda ona kimdir tanımadım” sözünü dediyinə görə Təhmasib onu işlədiyi mağazanın qarşısına çağıraraq borcunu gətirməsini demişdir. Saat 10 radələrində o, idarə etdiyi avtomobillə Təhmasibin işlədiyi mağazanın qarşısına gəlmiş, Təhmasib mağazadan çıxıb ona yaxınlaşaraq ondan borcunu istəmişdir. Həmin vaxt aralarında mübahisə düşmüş və həmin mübahisə davaya çevrilmiş və bu əsnada Təhmasibin yaxasından tutaraq sillə və yumruqla bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışdır. Təhmasiblə mübahisə etməyinə səbəb kimi Təhmasibin onu görən kimi üstünə gələrək boğazından tutub sıxmağa başlaması və onu təhqir etməsi olduğunu bildirmişdir. Mübahisə çox qısa müddət ərzində davam etmiş və həmin vaxt oradan keçən şəxslər onları aralaşdırmış, sonra o, DİN-nin 102 xidmətinə zəng etmişdir. Bundan başqa ifadəsində göstərmişdir ki, təxminən 3 il əvvəl Cəlilabad rayon sakini X1 ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşamış, Bəxtişənin anası X2 19 oktyabr 2022-ci il tarixdə Cəlilabad şəhərində yerləşən «Palma» restoranını icarəyə götürərək işlətmiş, o, həmin restoranda xidmətçi, Bəxtişən isə qab yuyan işləmiş, restorana da Şukufə özü rəhbərlik etmişdir. 27 oktyabr 2022-ci il tarixdə saat təxminən 21 radələrindən sonra işlədiyi restoranda olarkən əvvəllər tanıdığı Cəlilabad şəhər sakini Şahid1 tanımadığı bir şəxslə gəlib restoranın həyətindəki stulda əyləşmiş, Nəsimi ilə gələn şəxsin adı Rövşən olduğu ona məlum olmuşdur. Nəsimigil əyləşəndən sonra onlara yaxınlaşmış, Nəsimi bir bokal pivə sifariş vermiş, gedib pivə süzərək gətirmişdir. Nəsimi pivəni içəndən sonra yenidən bir neçə dəfə oturduğu stola sifarişlər vermiş, o da öz növbəsində həmin sifarişləri gətirmişdir. Elə bu zaman Nəsimin yanında əyləşən Rövşənin mobil telefonuna zəng gəlmiş, ona görə də Rövşən restoranın küçə qapısının qarşısına çıxaraq orada telefonla danışmağa başlamışdır. Rövşənə zəng edən kim olduğunu və niyə görə zəng etdiklərini o bilməmiş, Rövşən küçədə telefonla danışarkən o, elə başa düşmüşdür ki, Rövşən telefonda kiminləsə onların işlətdikləri kafe barəsində danışır. Ona görə də o, ilk əvvəl Rövşəndən kimlə danışdığını və nəyə görə onların işlətdiyi kafe barəsində həqiqətə uyğun olmayan məlumat verdiyini soruşmuş, bu əsnada Rövşənlə aralarında sözlü mübahisə düşmüşdür. Bu zaman restoranın otaqlarında olan tanımadığı şəxslər onların mübahisəsinə yığışmışdır. Bundan sonra Nəsimi oğlu Teymura zəng edib onu «Palma» restoranında döydüklərini və tez ora gəlməsini demişdir. Həmin vaxt Teymur həmin əraziyə yaxın yerdə olduğu üçün təxminən 10 dəqiqədən sonra ora gəlmiş, Teymur ora gələn kimi məsələni aydınlaşdırmadan onun və qeyri-rəsmi yaşadığı arvadının və qaynanasının ünvanına söyüşlər söyüb təhqir etmiş və bu səbəbdən Teymurla mübahisələri düşmüş, qarşlıqlı şəkildə bir-birilərini vurmuşlar. Bu vaxt o, stolun üzərində olan pivə bokalını götürüb Teymurun sifət nahiyəsinə vurmuşdur. Bundan sonra qayınanası Şükufə və arvadı Bəxtişən DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, bir neçə dəqiqədən sonra Cəlilabad RPŞ-nin əməkdaşları ora gələrək onu və Bəxtişəni polis şöbəsinə gətirmişlər. Onlardan bir qədər sonra Nəsimi və Teymur da polis şöbəsinə gəlmişlər. Onlar polis şöbəsində ərizə və izahat verib sonra çıxıb evlərinə getmişlər. Hal-hazırda əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2lə barışmış, zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və tələbi yoxdur. Ona görə də bu halları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Cəlilabad şəhəri, M.Hüseyn küçəsində yerləşən ərzaq mağazasında işləyir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımış, Təqsirləndirilən şəxs təxminən 8 ay əvvəl ondan 60 manat 40 qəpik dəyərində nisyə ərzaq almış, lakin sonradan ona olan borcunu ödəməmişdir. Bir neçə dəfə Fəridə zəng edib pulunu istəmiş, Fərid də ona pulunu yaxın vaxtlarda ödəyəcəyini demişdir. 21 sentyabr 2022-ci il tarixdə saat 09:30 radələrində o, yenə Fəridə zəng edib pulunu istəmiş, Fərid isə telefonda ona kimdir tanımadım” sözünü dediyinə görə onu işlədiyi mağazanın qarşısına çağıraraq borcunu gətirməsini demişdir. Saat 10 radələrində Fərid idarə etdiyi avtomobillə gələrək onun işlədiyi mağazanın qarşısında dayanmışdır. Sonra o, mağazadan çıxıb Fəridə yaxınlaşaraq ondan 60 manat 40 qəpik borcunu istəmişdir. Fərid də onunla acıqlı danışdığı üçün mağazanın qarşısında aralarında mübahisə yaranmış, sonra isə Fərid onun yaxasından tutaraq sillə və yumruqla bədəninin müxtəlif nahiyələrinə vurmuş, sonra isə sol ayağı ilə onun sağ ayağına zərbə vurmuş, o da özünü müdafiə etmək üçün Fəridi əli ilə özündən kənara itələmiş, bu zaman yoldan keçən tanımadığı 2-3 nəfər şəxs onları aralamış, bundan sonra isə o, Fəridin barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iş üzrə Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Cəlilabad şəhərində valideyinləri ilə birlikdə yaşayır. 27 oktyabr 2022-ci il tarixdə saat 21 radələrindən sonra atası Şahid1 onun mobil telefonuna zəng edərək «Palma» restoranına gəlməsini demişdir. Həmin vaxtı o, həmin restorana yaxın ərazidə olmuş, ona görə də təxminən 6-7 dəqiqədən sonra həmin restorana getmişdir. İçəri daxil olarkən atası Nəsiminin dostu Şahid2la restoranda əyləşdiklərini, restoranda işləyən adi isə sonradan ona məlum olan Şükufə adlı qadın Rövşənlə mübahisə edərək onu təhqir etdiyini görmüşdür. Şükufəyə iradını bildirərkən onu da təhqir etmiş, elə bu zaman orada olan Şükufənin qızı Bəxtişən də onları təhqir etməyə başlamışdır. O da Bəxtişənin hərəkətlərinə görə onu təhqir etmiş, həmin vaxt Bəxtişənin əri Fərid yaxınlaşaraq onun ailə üzvülərinin ünvanına nalayiq söyüşlər söymüşdür. Fəridin söyüşlərinə görə ona yaxınlaşmaq istəyərkən orada olan şəxslərdən təxminən 6-7 nəfər qarşıya keçərək onları savaşmağa qoymamış, elə bu zaman və onları restoranın həyətindən çölə çıxartmaq istəyərkən Fərid həyətdəki masanın üzərində olan boş pivə bokalını götürüb qəflətən həmin bokalla onun sol üzündən vurmuşdur. Fərid onu bokalla vurandan sonra qaşından qan axmağa başlamışdır. Sonra onu restoranın həyətindən çölə çıxartmışlar. Çölə çıxandan sonra polis əməkdaşları gəlmiş, polis əməkdaşları onun xəsarət aldığını görüb onu xəstəxanaya aparmışlar. Xəstəxanada həkimlər ona tibbi yardım göstərmişlər. Hal-hazırda Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Cəlilabad şəhərində ailə üzvləri ilə birlikdə yaşayır. 27 oktyabr 2022-ci il tarixdə saat təxminən 20 radələrində Cəlilabad şəhərində yaşayan dostu Şahid2la birlikdə Cəlilabad şəhərində yerləşən «Palma» restoranına gedərək restoranın həyətindəki stulda əyləşmişlər. Sonra o, restoranın işçisi Fəridə bir bokal pivə və günəbaxan tumu sifariş vermiş, bir neçə dəqiqədən sonra Fərid pivə və günəbaxan tumu gətirmiş, elə bu zaman Rövşənin mobil telefonuna zəng gəlmiş, ona görə də Rövşən restoranın küçə qapısının qarşısına çıxaraq orada telefonla danışmağa başlamışdır. Rövşənə zəng edən kim olduğunu və niyə görə zəng etdiklərini o bilməmiş, Rövşən küçədə telefonla danışarkən Fərid elə başa düşmüşdür ki, Rövşən telefonda kiminləsə onların barəsində danışır. Ona görə də Fərid Rövşənin ünvanına nalayiq söyüş işlədərək onun yanına getmək istəyərkən o, yerindən qalxıb Fəridin qolundan tutaraq ona Rövşən onlar barədə telefonda danışmadığını və özünün söhbəti olduğunu demişdir. O, bu sözü deyib Fəridi sakitləşdirmək istəmiş, lakin Fərid qaçıb Röşənin yanına gedərək onu nalayiq söyüşlərlə söymüşdür. O, Fəridin Rövşənlə savaşacağını görüb onların yanına gedib sakitçilik yaratmaq istəmiş, elə bu zaman restoranın otaqlarında olan tanımadığı şəxslər Fəridin səsinə otaqdan çıxıb onların yanına gəlmiş, restoranın həyətində olan tanımadığı şəxslər yaxınlaşıb onları aralaşdırmış, bundan sonra oğlu Teymura zəng edib onu «Palma» restoranına tez gəlməsini demişdir. Həmin vaxt Teymur həmin əraziyə yaxın yerdə olduğu üçün təxminən 6-7 dəqiqədən sonra ora gəlmiş, Teymur ora gələn kimi Fərid onu pis söyüşlərlə söymüş, elə bu zaman Fərid də həyətdə stolun üstündə olan boş pivə bokalını götürüb Teymurun sol üzünə vuraraq ona xəsarət yetirmişdir. Bir müddət sonra polis əməkdaşları ora gəlmiş, polis əməkdaşları Teymurun xəsarət aldığını görüb onu xəstəxanaya aparmış, digər polis əməkdaşları isə Fəridi və Bəxtişəni polis şöbəsinə gətirmişlər. Teymura xəstəxanada həkimlər tibbi yardım göstərrdikdən sonra Teymurla birlikdə polis şöbəsinə gələrək şikayət ərizəsi yazmışlar. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, əvvəllər başqa şəxslə evli olaraq həmin şəxslə birgə nigahdan 6 yaşında qız uşağı vardır. Sonradan isə ərindən boşanmış, iki il əvvəldən isə Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs ilə qeyri - rəsmi ər-arvad münasibətində yaşamışlar. Cəlilabad şəhərində yerləşən «Palma» restoranını anası Şükufə Məmmədova icarəyə götürərək işlətmiş, restorana da anası Şükufə rəhbərlik etmişdir. Həmin restoranda o qabyuyan, Fərid isə xidmətçi işləmişdir. 27 oktyabr 2022-ci il tarixdə saat təxminən 21 radələrindən sonra onlar restoranda olarkən Cəlilabad şəhər sakini kimi tanıdığı Nəsimi bir nəfər tanımadığı şəxslə restorana gələrək həyətdə olan stulda əyləşib Fəridə pivə və günabaxan tumu sifariş vermişlər. Fərid Nəsimiyə pivə və günabaxan tumu aparmış, bundan bir qədər sonra Nəsiminin restoranın küçə qapısının qarşısında kimləsə mübahisə etdiyini eşitmişdir. Baxarkən Nəsiminin mübahisə etdiyi şəxsi tanımamış, onların yanında tanımadığı digər şəxslərdə olduğunu görmüşdür. Sonra Nəsimi həmin şəxsi restoranın həyətinə keçirərək onunla savaşmağa başlamış, Nəsimi restoranın həyətində savaşdığı üçün o, Fərid və anası Şükufə onlara yaxınlaşıb orada dava etməmələrini demişlər. Lakin Nəsimi onların sözünə əhəmiyyət verməyərək hərəkətlərini davam etdirmiş, sonra Nəsimi oğlu Teymura zəng edib restorana gəlməsini demişdir. Nəsimi Teymurla telefonda danışandan sonra onlara oğlu Teymur Qarabağ qazisi olduğunu və gəlib oranı söküb dağıdacağını demişdir. O da Nəsimiyə qazilərdən danışmamasını, atası da ilk Qarabağ müharibə iştirakçısı olduğunu demişdir. Elə bu zaman Teymur gəlib çıxmış, Teymur onun Nəsimiyə dediklərini eşitmişdir. Sonra Teymur onu və Fəridi nalayiq söyüşlərlə söymüş, bundan sonra ara qarışmışdır. Həmin vaxt Teymur da onun sağ göz nahiyəsindən yumruqla vuraraq ona xəsarət yetirmişdir. Nəsimi isə pivə içdiyi bokalı masanın üstündən götürüb bokalla Fəridin sağ göz nahiyəsindən vuraraq ona xəsarət yetirmiş, əvvəlcə anası Şükufə, sonra isə o özü DİN-nin 102 xidmətinə zəng edərək restoranda dava olması barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra Cəlilabad RPŞ-nin əməkdaşları restorana gələrək Teymuru xəstəxanaya aparmış, onunla Fəridi isə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ərizə yazıb izahat verəndən sonra isə çıxıb evlərinə getmişlər. Məhkəmə iclzasında ifadəsi elan və tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, Cəlilabad şəhərində yaşayaraq fərdi əməklə məşğul olur. Cəlilabad şəhər sakini Şahid1lə münasibəti yaxşı olmaqla onlar dostdur. 27 oktyabr 2022-ci il tarixdə saat təxminən 20 radələrində Şahid1lə birlikdə Cəlilabad şəhərində yerləşən «Palma» restoranına gedərək həyətdəki stulda əyləşmişlər. Sonra Nəsimi restoranın işçisi Fəridə bir bokal pivə və günabaxan tumu sifariş vermiş, Fərid gedərək bir neçə dəqiqədən sonra Nəsimiyə pivə və günəbaxan tumu gətirmişdir. Elə həmin vaxt onun mobil telefonuna zəng gəlmiş, o, oturduğu yerdən qalxıb küçə qapısının qarşısına çıxaraq telefonla danışmağa başlamış, ona zəng şəxsi işdəri ilə bağlı gəlmişdir. Orada telefonla danışarkən Fərid telefonda onların barəsində danışdığını başa düşmüş, ona görə də Fərid ona yaxınlaşıb telefonda onun barəsində danışdığını xəbər almış, o da Fəridə onun barəsində danışmadığını, öz şəxsi işi ilə əlaqədar danışdığını demişdir. Sonra Nəsimi yaxınlaşıb Fəridə irad bildirərək onun onların barəsində danışmadığını demiş, lakin Fərid yenə də inanmamış, Nəsimi Fəridə əgər telefonda onun barəsində danışırsa danışdığı söz özünə getsin deyərək həyətə keçməsini demişdir. Nəsimi Fəridi küçədən restoranın həyətinə keçirtmiş, həmin vaxt Fəridlə Nəsimi arasında mübahisə yaranaraq savaşmağa başlamışlar. Fərid və Nəsiminin savaşdığını görən tanımadığı şəxslər onları aralaşdırmış, bundan sonra Nəsimi oğlu Teymura zəng edib bu barədə demiş, təxminən 5 dəqiqədən sonra Teymur da ora gəlmiş, Teymur ora gələndən sonra Fəridlə aralarında mübahisə yaranaraq Fərid onu nəlayiq söyüşlərlə söymüşdür. Həmin vaxt orada işləyən Bəxtişən həyətdəki stulu götürüb Teymur tullamış, lakin stul Teymura dəyibdəymədiyini bilməmiş, elə bu zaman Fərid nəiləsə Teymuru vurub onun sol qaş nahiyəsindən xəsarət yetirmiş, orada qarma-qarışıqlıq olduğu üçün Fərid Teymuru nə ilə vurmasını görə bilməmişdir. Fərid Teymura xəsarət yetirəndən sonra polis əməkdaşları ora gələrək Teymurun xəsarət aldığını və qaş nahiyəsindən qan axdığını görüb onu xəstəxanaya aparmış, digər polis əməkdaşları isə Fəridi və Bəxtişəni polis şöbəsinə gətirmişlər. Teymur xəsarət aldığı üçün o da xəstəxanaya getmiş, orada Teymurun və Nəsiminin danışığından Fəridin bokalla Teymuru vurub xəsarət yetirdiyini bilmişdir. Teymura həkimlər tibbi yardım göstərəndən sonra polis şöbəsinə gəlmişlər Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma zamanı hadisə yerinə baxış keçirilmiş və bu barədə müvafiq protokollar tərtib edilmişdir. Cinayət işinə əlavə edilmiş 21 sentyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolundan və foto cədvəllərdən görünür ki, hadisə yeri Cəlilabad şəhəri, M.Hüseyn küçəsində yerləşən Zərərçəkmiş şəxs1 işlədiyi mağazanın qarşısıdır. Cinayət işinə əlavə edilmiş 31 oktyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və foto cədvəllərdən görünür ki, hadisə yeri Cəlilabad şəhəri, Azərbaycan küçəsində yerləşən «Palma» restoranının həyətidir Cinayət işinə əlavə edilmiş, Məhkəmə-tibbi ekspertizasının 24 sentyabr 2022-ci il tarixli 880 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı boyun nahiyəsində, döş qəfəsinin ön səthində və sağ baldır nahiyəsində qançırlar, sol əlin 1-ci barmağının dırnaq flanqasında əzilmiş yaramüəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 21 sentyabr 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinə əlavə edilmiş Məhkəmə-tibbi ekspertizasının 31 oktyabr 2022-ci il tarixli 1005 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı sol qaş nahiyəsində kəsilmiş yara müəyyən olunmuş, müəyyən olunan xəsarət kəsici əşyanın təsirindən törənmişdir, şüşə bokal ilə vurulma nəticəsində əmələ gələ bilər, törənmə müddəti 27 oktyabr 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmuyu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1 və 221.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələr ilə təqsirli bilinib cəzalanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Quliyev X4 rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qəti olaraq 11 (on bir) ay 24 (iyrimi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikasının CM-nin 83.3.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etmiş olduğu ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs barışdığını, şikayət və tələbinin olmadığını və Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq edilmiş xx.xx.2023cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs barışdığını, şikayət və tələbinin olmadığını və Təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmsı Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 13 dekabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 dekabr 2022-ci il tarixdə saat 17:40da Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 15 dekabr 2022-ci il tarixli “Tutulmuş şəxsin azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 dekabr 2022-ci il tarixdə saat 15:50-da müvəqqəti saxlama yerindən azad edilmişdir Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn: cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın onun özünün və ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək həmin cəzanın ona şərti olaraq təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın real olaraq icrası ilk növbədə onun özünün və ailəsinin həyat şəraitini hədsiz dərəcədə ağırlaşdırmış olar. Bu zaman məhkəmə, onun zərərçəkmişlə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmsı nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmə haqlarında yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzanın təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışması, zərərçəkmiş şəxslərdən üzr istəməklə törətdiyi cinayəti etiraf etməsi, əməlindən səmimi peşiman olması onun islah yoluna qədəm qoymasına dəlalət edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirinini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsi cəzanın məqsədlərini təmin edə bilər və o, real olaraq cəza çəkmədən islah oluna bilər. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 221.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs 2 (iki) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 13 dekabr 2022-ci il tarixdən 15 dekabr 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlansın. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm 20 (iyirmi) gün keçdikdən sonra qanuni qüvvəyə minir, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar