Məhkəmə qərarları › İş №1(073)-70/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-70/2024

29.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-70/2024 29.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Məhkəmənin sədri Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Etibar oğlunun katibliyi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 işə baxan hakim Elxan Əmirəliyevə, eyni zamanda işə Cəlilabad Rayon Məhkəməsində baxılmasına etirazına baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə daxil olmuş, cinayət işi hakim Elxan Əmirəliyevin icraatına verilmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 etiraz verərək göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə məhkum olunmuş Şahid3 barəsində olan cinayət işinə hakim Elxan Əmrəliyev əvvəllər baxmışdır. Həmin işdə Təqsirləndirilən şəxs qızı və arvadı zərərçəkmiş şəxs olmuşlar. Təqsirləndirilən şəxs hakim Elxan Əmrəliyevdən narazı olduğundan həmin vaxt ondan Məhkəmə Hüquq Şurasına çoxsaylı şikayətlər etmişdir. Hazırda da hakimdən şikayətçidir. Təqsirləndirilən şəxs deməsinə görə Cəlilabad Rayon Məhkəməsinin sədri Vüsal Cəbrayılov da həmin şikayətə görə ona tənə edərək şikayətini geri götürməsini istəmişdir. Təqsirləndirilən şəxs məhkəmənin sədrini də eşitməmişdir. Həmin vaxt Cəlilabad Rayon Məhkəməsinin hakimləri ona bildirmişlər ki, əgər Şahid3 barəsində olan işdə barışmasa, özü barəsində olan işə baxılarkən həbs ediləcəkdir. Bundan əvvəl isə Cəlilabad Rayon Məhkəməsinin hakimi Qalib Paşayev Təqsirləndirilən şəxs barəsində olan işə baxmış və onu əsassız olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Həmin hökm Şirvan Apellyasiya Məhkəməsi tərəfindən məhkəmə iclası audioyazı vasitəsi ilə aparılmadığından ləğv edilərək Cəlilabad Rayon Məhkəməsinə qaytarılmışdır. Yuxarıda qeyd olunanlardan mübahisəsiz qaydada məlum olur ki, Cəlilabad Rayon Məhkəməsinin sədri Vüsal Cəbrayılov, hakim X2 Mirişova qarşı qərəzli mövqe tutmaqla, onun tutulmasında israrlıdırlar və beləliklə işin nəticəsi ilə əvvəldən maraqlıdırlar. Hakim Qalib Paşayev bu işə əvvəldən baxdığından və onun işlə bağlı qəbul etdiyi hökm ləğv olunduğundan, o, hazırkı cinayət işinə təkrar baxa bilməz. Buna görə də hesab edir ki, verdiyi vəsatət təmin olunmaqla cinayət işinə başqa rayon məhkəməsində baxılması üçün iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Lakin Təqsirləndirilən şəxs barəsində cinayət işində toplanmış sübutlarla məlum olur ki, ona əsassız yerə ittiham elan edilmişdir. Lakin Cəlilabad Rayon Məhkəməsində əsl həqiqəti görmək istəmirlər və nəyin bahasına olursa-olsun Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmək istəyirlər və işin nəticəsi ilə maraqlıdır. Həmin cinayət işinə onlar tərəfindən baxıla bilməz. Əgər hakim cinayət işinin nəticəsi ilə maraqlıdırsa, o, həmin işə baxılmasında iştirak edə bilməz və o, özü özünə etiraz etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 109.1.8-ci maddəsinə əsasən hakim cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqda hakimə etiraz əsaslı sayılır və şərtsiz təmin olunur. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 109.1-ci madddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, hakim özü-özünə etiraz etməlidir. Əgər iş yenidən Cəlilabad Rayon Məhkəməsinə qaytarılarsa, onlar ədalətsizliyə və haqsızlığa etiraz əlaməti olaraq məhkəmə iclaslarında iştirak etməyəcəklər və bu halda yeni xoşagəlməz bir hadisənin baş verməsi labüddür. Ona görə də etiraz təmin olunmaqla hazırki cinayət işinin digər məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 109.3.3-cü maddəsinə əsasən cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinin özü-özünə və ya ona edilmiş etirazı apellyasiya instansiyası məhkəməsinin hakimi həll edir. O da qeyd edilməlidir ki, hal-hazırda mənim (yəni - Cəlilabad Rayon Məhkəməsinin sədri Vüsal Cəbrayılovun) icraatında Təqsirləndirilən şəxs qardaşı X1 Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi vardır. Həmin iş hazırda məhkəmə baxışı mərhələsindədir. Məhkəmə etirazın dəlillərini nəzərdən keçirib hesab edir ki, iş üzrə gələcəkdə çıxarılacaq yekun məhkəmə aktının obyektivliyini indidən şübhə altına almamaq, hakimin qərəzsizliyinə olan inamın sarsılmasına səbəb olan hallara yol verməmək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirməmək, lüzumsuz olaraq çoxsaylı şikayətlərin yaranmasının qarşısını almaq məqsədilə, həmçinin Təqsirləndirilən şəxs qardaşı X1 barəsində olan başqa bir cinayət işinin hazırda məhkəmə sədri Vüsal Cəbrayılovun icraatında olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 işə Cəlilabad Rayon Məhkəməsində baxılmasına etirazı həll edilməsi üçün cinayət işinin materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 109 və 321.2.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onun müdafiəçisi Müdafiəçi2 həmin işə Cəlilabad Rayon Məhkəməsində baxılmasına etirazı baxılması üçün cinayət işi materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar