Məhkəmə qərarları › İş №1(073)-70/2025

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-70/2025

10.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-70/2025 10.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili X16, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Cəlilabad rayonu, Kövüzbulaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, Cəlilabad rayonu, Kövüzbulaq kəndində qeydiyyatda olmaqla Cəlilabad rayonu, Uzuntəpə kəndində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 saxlanılan, barəsində 17 fevral 2025-ci il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən vaxta və mənbədən qanunsuz olaraq xeyli miqdarda, 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükülüdə təmiz çəkisi 1,358 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşımaqla üzərində saxlamış, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 15 fevral 2025-ci il tarixdə, saat 20 radələrində Cəlilabad şəhəri, M.Hadi küçəsində saxlanılaraq, Cəlilabad RPŞ-yə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd qırmızı rəngli gödəkçəsinin qabaq sağ cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümdə həmin psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, sonuncu dəfə 2011-ci ildə narkotik maddə istifadə etmişdir. 2013-cü tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə barəsində 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin qərarı ilə 2023-cü ildə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Cəlilabad şəhər sakini Şahid6 onun bibisi oğludur. 15 fevral 2025-ci il tarixdə Rafəddin ona zəng edib avtomobilinin ön işığlarını təmir etməsini demişdir. O, da, Rafəddinə etiraz etməmiş və onun yaşadığı evə çatıb avtomobili küçədə düzəltməyə başlamışdır. Avtomobili düzəldən zaman təxminən saat 12-13 radələrində 10-a yaxın polis maşın ilə ora yaxınlaşmışdır. Cəlilabad RPŞ-nin rəis müavini Turab onu maşının altından çıxararaq maşına mindirmiş, gecə hava qaralandan sonra onu Cəlilabad RPŞ-ya gətimişlər, müstəntiq Elməddin Əsmətov onu dindirməmişdir və izahatını almamışdır, yazdıqları hamısı uydurmadır. Onu Cəlilabad RPŞ-nin inzibati binasında əməliyyatçı İsmayıl müəllimin otağına aparmışlar, orda ona fiziki güc və işgəncə vermişlər, onun əynində papaqlı qırmızı gödəkçəsi olmuşdur. Sabun boyda ağ rəngdə salafan skoçla bağlanmış narkotik vasitəsini İsmayıl müəllimin göstəriş ilə Şahid1 onun gödəkşəsinin papağının içinə qoymuş, Cəlilabad şəhərində “Silsilə” deyilən ərazidən yerdən tapdığını deməsini bildirmişdir. Onda hər hansı narkotik və ya psixotrop maddə olmamışdır. Onun barəsində həbs qətimkan tədbiri seçilmişdir, həmin müddət ərzində o, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfində işgəncəyə məruz qalması və şərlənməsi ilə bağlı cəzaçəkmə müəsissəsindən Azərbaycan Respublikasının Prezident Administrasiyasına və Azərbaycan Respublikasının Baş prokurorluğuna yazılı müraciət etmiş, lakin cəzaçəkmə müəssisəindən həmin ərizələr göndərilməmişdir. Onu Cəlilabad RPŞ-də rəis müavini Turab və əməliyyat müvəkkili Şahid1 döyərək işgəncəyə məruz qoymuş, lakin onun bədənində hər hansı xəsarət olmamışdır. Evinə narkotik vasitə qoyacaqları ilə hədələdikləri üçün müdafiəçisinə bunula bağlı hər hansı bir söz deyə bilməmişdir. Rafəddin onun qardaşının qaynı olmaqla onun həm də doğma bibisinin oğludur. Əlavə olaraq bildirir ki, o, Cəlilabad RPŞ-nin inzibati binasını gətrildikdən sonra onu İsmayıl müəlimin otağına gətirmişlər, orda olarkən əməliyyatçı Şahid1 otağa girmiş, girişin sağ hissəsində dəmir seyfin üstündən salafan paketdə olan narkotik vasitəni götürmüş və onun cibinə qoymuşdur, sonradan həmin salafan paketi masanın üstünə qoymuş, İsamayıl müəllim həmin narkotik vasitənin üstündən azaldaraq yenidən onun cibinə qoymuşlar. Məhkəmədən bu halları nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs özünün təqsirli bilməməsi və veridiyi ifadəsi özünü müdafiə xarakterildir, bundan başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Cəlilabad rayon X9 Mübarizə Qurupunun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 15 fevral 2025-ci il tarixdə Cəlilabad RPŞ-yə Cəlilabad rayonu, Kövüzbulaq sakini X6 Cəlilabad rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin əməliyyat məlumatı əsasında Cəlilabad RPŞ-nin rəhbərliyinin müvafiq əmrinə əsasən o, Cəlilabad RPŞ-nin Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili Şahid3 Rafail oğlu, həmin Bölmənin əməliyyat müvəkkili Şahid4, Cəlilabad RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri X19 və Cəllabad RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid5 ibarət olmaqla əməliyyat qrupu yaradılmışdır. 15 fevral 2025-ci il tarixdə, saat 16 radələrində X1 şəhəri ərazisində tərəflərindən saxlanılmış, şifahi olaraq üzərində narkotik vasitə və ya psixotrop maddələr olub-olmamasını soruşan zaman Saməddin Qənbərli hazırda üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir və həmin narkotik vasitəsini 15 fevral 2025-ci il tarixdə, saat 16 radələrində Cəlilabad şəhər sakini Rafəddindən aldığını bildirmişdir. Bundan sonra əməliyyat axtarış tədbirlərinin davamı olaraq Cəlilabad şəhər sakini Rafəddin adlı şəxsin şəxsiyyəti müəyyən olunmuş və əməliyyat yolu ilə xx.xx.2025ci il tarixdə Şahid6 Cəlilabad şəhəri, M.Hadi küçəsində müşahidəyə götürülmüşdür. Təxminən saat 20 radələrində Şahid6 həmin küçədə yanında bir nəfər şəxslə görmüşlər və onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə onlardan üzərində psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Şahid6 üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olmadığını bildirmişdir. Onun yanında olan şəxs isə özünü Təqsirləndirilən şəxs kimi təqdim edib üzərində bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Daha sonra Şahid6 və Təqsirləndirilən şəxs şöbəyə dəvət etmişlər. Onlar etiraz etməyərək şöbəyə gəlmişlər. Orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuş və üzərində axtarış aparılacağı barədə ona məlumat verilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs də əynində olan qırmızı rəngli gödəkçəsinin qabaq sağ cibindən şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Həmin maddəni xx.xx.2025-ci il tarixdə Cəlilabad şəhəri ərazisindən tapmış, həmin maddədən istifadə etməmiş, tanışları Saməddin və Rafəddinin psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından məlumatı olmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə baxıldıqda orada ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fizki güc və zor tətbiq edilməmiş, hər hansı bir qanunsuz hərəkətlər edilməmişdir. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, Cəlilabad rayon X9 Mübarizə Qurupunun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 15 fevral 2025-ci il tarixdə Cəlilabad RPŞ-yə Cəlilabad rayonu, Kövüzbulaq sakini X6 Cəlilabad rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin əməliyyat məlumatı əsasında Cəlilabad RPŞ-nin rəhbərliyinin müvafiq əmrinə əsasən o, Cəlilabad RPŞ-nin Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili Şahid3 Rafail oğlu, Cəlilabad RPŞ-nin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1, Cəlilabad RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri X19 və Cəllabad RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid5 ibarət olmaqla əməliyyat qrupu yaradılmışdır. 15 fevral 2025-ci il tarixdə, saat 16 radələrində X1 şəhəri ərazisində tərəflərindən saxlanılmış, şifahi olaraq üzərində narkotik vasitə və ya psixotrop maddələr olub-olmamasını soruşan zaman Saməddin Qənbərli hazırda üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir və həmin narkotik vasitəsini 15 fevral 2025-ci il tarixdə, saat 16 radələrində Cəlilabad şəhər sakini Rafəddindən aldığını bildirmişdir. Bundan sonra əməliyyat axtarış tədbirlərinin davamı olaraq X4 şəhəri, M.Hadi küçəsinin ətrafı müşahidəyə götürülmüşdür. Təxminən saat 20 radələrində Şahid6 həmin küçədə yanında bir nəfər şəxslə VAZ-2106 markalı avtomaşn təmir edərək onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə onlardan üzərində psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Şahid6 üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olmadığını bildirmişdir. Onun yanında olan şəxs isə özünü Təqsirləndirilən şəxs kimi təqdim edib üzərində bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Daha sonra Şahid6 və Təqsirləndirilən şəxs şöbəyə dəvət etmişlər. Onlar etiraz etməyərək şöbəyə gəlmişlər. Orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuş və üzərində axtarış aparılacağı barədə ona məlumat verilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs də əynində olan qırmızı rəngli gödəkçəsinin qabaq sağ cibindən şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin madəni xx.xx.2025-ci il tarixdə Cəlilabad şəhəri ərazisindən tapmış, həmin maddədən istifadə etməmiş, tanışları Saməddin və Rafəddinin psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından məlumatı olmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə baxıldıqda orada ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fizki güc və zor tətbiq və hər hansı bir qanunsuz hərəkətlər edilməmişdir. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Cəlilabad rayon X9 Mübarizə Qurupunun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 15 fevral 2025-ci il tarixdə Cəlilabad RPŞ-yə Cəlilabad rayonu, Kövüzbulaq sakini X6 Cəlilabad rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin əməliyyat məlumatı əsasında Cəlilabad RPŞ-nin rəhbərliyinin müvafiq əmrinə əsasən o, Cəlilabad RPŞ-nin Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili Şahid3 Rafail oğlu, həmin Bölmənin əməliyyat müvəkkili Şahid4, Cəlilabad RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri X19, Cəlilabad RPŞ-nin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 və Cəllabad RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid5 ibarət olmaqla əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 15 fevral 2025-ci il tarixdə, saat 16 radələrində X1 şəhəri ərazisndə tərəflərindən saxlanılmış, şifahi olaraq üzərində narkotik vasitə və ya psixotrop maddələr olub-olmamasını soruşan zaman Saməddin Qənbərli hazırda üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir və həmin narkotik vasitəsini 15 fevral 2025-ci il tarixdə, günorta saatlarında Cəlilabad şəhər sakini Rafəddindən aldığını bildirmişdir. Bundan sonra əməliyyat axtarış tədbirlərinin davamı olaraq Cəlilabad şəhər sakini Rafəddin adlı şəxsin əməliyyat yolu ilə xx.xx.2025-ci il tarixdə Şahid6 Cəlilabad şəhəri, M.Hadi küçəsinin ətrafı müşahidəyə götürülmüşdür. Təxminən saat 20 radələrində Şahid6 həmin küçədə yanında bir nəfər şəxslə avtomobil təmir edərkən görmüş sonra onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə onlardan üzərində psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Şahid6 üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olmadığını bildirmişdir. Onun yanında olan şəxs isə özünü Təqsirləndirilən şəxs kimi təqdim edib üzərində bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Daha sonra Şahid6 və Təqsirləndirilən şəxs şöbəyə dəvət etmişlər. Onlar etiraz etməyərək şöbəyə gəlmişlər. Orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuş və üzərində axtarış aparılacağı barədə ona məlumat verilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs də əynində olan qırmızı rəngli gödəkçəsinin qabaq sağ cibindən şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin madəni xx.xx.2025-ci il tarixdə Cəlilabad şəhəri ərazisindən tapmış, həmin maddədən istifadə etməmiş, tanışları Saməddin və Rafəddinin psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından məlumatı olmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə baxıldıqda orada ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fizki güc və zor tətbiq və hər hansı bir qanunsuz hərəkətlər edilməmişdir. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid3 Rafail oğlu ifadəsində göstərmişdir ki, Cəlilabad rayon X9 Mübarizə Qurupunun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 15 fevral 2025-ci il tarixdə Cəlilabad RPŞ-yə Cəlilabad rayonu, Kövüzbulaq sakini X6 Cəlilabad rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin əməliyyat məlumatı əsasında Cəlilabad RPŞ-nin rəhbərliyinin müvafiq əmrinə əsasən o, Cəlilabad RPŞ-nin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1, həmin Bölmənin əməliyyat müvəkkili Şahid4, Cəlilabad RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri X19 və Cəllabad RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid5 ibarət olmaqla əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 15 fevral 2025-ci il tarixdə, saat 16 radələrində X1 şəhəri ərazisndə tərəflərindən saxlanılmış, şifahi olaraq üzərində narkotik vasitə və ya psixotrop maddələr olub-olmamasını soruşan zaman Saməddin Qənbərli hazırda üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir və həmin narkotik vasitəsini 15 fevral 2025-ci il tarixdə, günorta saatlarında Cəlilabad şəhər sakini Rafəddindən aldığını bildirmişdir. Bundan sonra əməliyyat axtarış tədbirlərinin davamı olaraq Cəlilabad şəhər sakini Rafəddin adlı şəxsin yeri əməliyyat yolu ilə müəyyən edilərək xx.xx.2025-ci il tarixdə Şahid6 Cəlilabad şəhəri, M.Hadi küçəsində ətrafı müşahidəyə götürülmüşdür. Təxminən saat 20 radələrində Şahid6 həmin küçədə yanında bir nəfər şəxslə avtomaşın təmir edərəkən görmüşlər sonra onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə onlardan üzərində psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Şahid6 üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olmadığını bildirmişdir. Onun yanında olan şəxs isə özünü Təqsirləndirilən şəxs kimi təqdim edib üzərində bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Daha sonra Şahid6 və Təqsirləndirilən şəxs şöbəyə dəvət etmişlər. Onlar etiraz etməyərək şöbəyə gəlmişlər. Orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuş və üzərində axtarış aparılacağı barədə ona məlumat verilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs də əynində olan qırmızı rəngli gödəkçəsinin qabaq sağ cibindən şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin madəni xx.xx.2025-ci il tarixdə Cəlilabad şəhəri ərazisindən tapmış, həmin maddədən istifadə etməmiş, tanışları Saməddin və Rafəddinin psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından məlumatı olmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə baxıldıqda orada ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fizki güc və zor tətbiq və hər hansı bir qanunsuz hərəkətlər edilməmişdir. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, Cəlilabad rayon X9 Mübarizə Qurupunun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 15 fevral 2025-ci il tarixdə Cəlilabad RPŞ-yə Cəlilabad rayonu, Kövüzbulaq sakini X6 Cəlilabad rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin əməliyyat məlumatı əsasında Cəlilabad RPŞ-nin rəhbərliyinin müvafiq əmrinə əsasən o, Cəlilabad RPŞ-nin Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili Şahid3 Rafail oğlu, həmin Bölmənin əməliyyat müvəkkili Şahid4, Cəlilabad RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri X19 və Cəlilabad RPŞ-nin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 ibarət olmaqla əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 15 fevral 2025-ci il tarixdə, saat 16 radələrində X1 şəhəri ərazisndə tərəflərindən saxlanılmış, şifahi olaraq üzərində narkotik vasitə və ya psixotrop maddələr olub-olmamasını soruşan zaman Saməddin Qənbərli hazırda üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir və həmin narkotik vasitəsini 15 fevral 2025-ci il tarixdə, günorta saatlarında Cəlilabad şəhər sakini Rafəddindən aldığını bildirmişdir. Bundan sonra əməliyyat axtarış tədbirlərinin davamı olaraq Cəlilabad şəhər sakini Rafəddin adlı şəxsin əməliyyat yolu ilə xx.xx.2025-ci il tarixdə Şahid6 Cəlilabad şəhəri, M.Hadi küçəsində ətrafı müşahidəyə götürülmüşlər, təxminən saat 20 radələrində Şahid6 həmin küçədə yanında bir nəfər şəxslə avtomobil təmir edərkən onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə onlardan üzərində psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Şahid6 üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olmadığını bildirmişdir. Onun yanında olan şəxs isə özünü Təqsirləndirilən şəxs kimi təqdim edib üzərində bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Daha sonra Şahid6 və Təqsirləndirilən şəxs şöbəyə dəvət etmişlər. Onlar etiraz etməyərək şöbəyə gəlmişlər. Orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuş və üzərində axtarış aparılacağı barədə ona məlumat verilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs də əynində olan qırmızı rəngli gödəkçəsinin qabaq sağ cibindən şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin madəni xx.xx.2025-ci il tarixdə Cəlilabad şəhəri ərazisindən tapmış, həmin maddədən istifadə etməmiş, tanışları Saməddin və Rafəddinin psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından məlumatı olmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə baxıldıqda orada ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fizki güc və zor tətbiq və hər hansı bir qanunsuz hərəkətlər edilməmişdir. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Uzuntəpə kənd sakini Təqsirləndirilən şəxs tanıyır və Ramin onun doğma dayısı oğludur. Onunla əvvəllər heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxslə Cəlilabad şəhəri, M.Hadi küçəsində evinin həyətində VAZ 2106 markalı avtomobilini təmir edərkən, təxinən saat 12-13 radələrində Cəlilabad RPŞ-nin əməkdaşları onların həyətinə gəlmişlər, onu polis əməkdaşlarının gəldikləri xidməti maşınına, Təqsirləndirilən şəxs isə onun VAZ-2106 markalı maşınına mindirmişlər. Cəlilabad RPŞ-nin rəis müavini Turab onun evinə qeyri qanuni, onun iştrakı olmadan girmiş, o isə polisin xidməti maşınında saxlanılmışdır. Turab onun arvadına qışqıraraq hanı mal, hanı narkotik vasitə deyəndən sonra onun arvadının ürəyi getmişdir. Daha sonra onu polisin xidməti maşından çıxararaq onun evə gətirmişdirlər. Rəis müavini Turab onu öz evində, ailəsinin gözü qarşısında 6 saat döyərək işgəncə vermişdir, sinəsinin sümüyü sınmış və bu barədə ekspertiza rəyi də mövcuddur. Həmin o vaxdan onun Təqsirləndirilən şəxs xəbəri olmamışdır. Təqsirləndirilən şəxs iki gündən sonra Cəlilabad RPŞ-nin inzibati binasında görmüşdür. Avtomobilinin ön işıqları qırıq olduğu üçün Təqsirləndirilən şəxs yenisi ilə əvəz edirdi, o, Ramindən narkotik vasitə istifadə etməsini və ya üzərində narkotik vasitəsinin olub-olmamasını soruşmamışdır. Polislər birinci onu tutmuşlar. O, evə girəndə Təqsirləndirilən şəxs maşına mindirdiklərini görmüşdür. İş materiallarında olan “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə“ haqqında 15 fevral 2025-ci il tarixli protokoldan görünür ki, 15 fevral 2025-ci il tarixdə, saat 16 radələrində X6 ola biləcəyi yerlər müəyyən edilərək o, Cəlilabad şəhəri, Babək küçəsində VAZ 2106 markalı, **-CA-*** dövlət nömrə nişanlı avtomobili saxlayan zaman tərəflərindən əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 10 dəqiqə müşahidə etdikdən sonra onlar Saməddin Qənbərliyə yaxınlaşıb özlərini təqdim etmiş və ona polis əməkdaşları olduqlarını bildirilmişlər. Bundan sonra onlar Saməddinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olduğunu bildirmişlər. Şifahi olaraq üzərində narkotik vasitə və ya psixotrop maddələr olub-olmamasını soruşan zaman Saməddin Qənbərli hazırda üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Saməddin Qənbərlinin saxlanıldığı yerdə üstünün yoxlanılması və götürmə keçirilməsi üçün şərait olduğundan həmin yerdə Saməddin Qənbərliyə üzərində yoxlama və götürmə aparılacağını bildirilmişdir. Şübhəli şəxs Saməddin Qənbərliyə hüquq və vəzifələri tərəfindən elan edildikdən sonra yoxlama və götürmə zamanı videoçəkilişdən istifadə olunacağını bildirilmişdir. Bundan sonra X10 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Bu təklifdən sonra X12 əynində olan boz rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf sellofanın içərisindəki bükülünü təqdim etmiş və həmin bükülüdə psixotrop maddə olan metamfetamin olduğunu qeyd etmişdir. Həmin bükülü açıldıqdan sonra içərisində psixotrop maddəyə bənzər kütlə olduğu müəyyən olunmuşdur. X6 üzərində saxladığı psixotrop maddə tərəzidə çəkildikdə çəkisinin 1,23 qram olması müəyyən edilmişdir. Daha sonra müvafiq qaydada qablaşdırılıb üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 141 saylı möhrü ilə möhürlənmişdir. Bundan sonra X6 üstünün yoxlanılması davam etdirilmişdir. Onun əynində olan gödəkçəsinin sağ yan cibindən bir ədəd cib dəsmalı, qara rəngli cins şalvarının sol yan cibində bir ədəd 5 (beş) manatlıq və bir ədəd 1 (bir) manatlıq pul əskinasları, sağ yan cibindən “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Digər əşyalar isə özünə geri qaytarılmışdır. Onun üzərindən əlavə olaraq dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. X10 üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni haradan və nə məqsədlə əldə edilməsi soruşulmuşdur. Saməddin Qənbərli üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddəni 15 fevral 2025-ci il tarixdə, günorta saatlarında Cəlilabad şəhər sakini Rafəddindən aldığını, üzərindən aşkar edilmiş həmin psixotrop maddəni gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, lakin həmin psixotrop maddədən istifadə etmədiyini bildirmişdir. İş materiallarında olan “şəxsi axtarış keçirilməsi və götürmə“ haqqında 15 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuş və üzərində axtarış aparılacağı barədə ona məlumat verilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs də əynində olan qırmızı rəngli gödəkçəsinin qabaq sol cibindən ”Redmi Not 11” markalı mobil telefonu, qabaq sağ cibindən şəffaf sellofan büküm təqdim etmişdir. Həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin madəni xx.xx.2025-ci il tarixdə Cəlilabad şəhəri ərazisindən tapmış, həmin maddədən istifadə etməmiş, tanışları Saməddin və Rafəddinin psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından məlumatı olmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə baxıldıqda orada ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 1(bir) ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilən zaman elektron tərəzi həmin bükümün çəkisini 1,53 qram olaraq göstərmişdir. Daha sonra həmin maddə ekspertizaya göndərilməsi üçün zərfə qoyulmuş, zərfin üstü “DİN Zərflər üçün №141” möhürü ilə möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmişdir. Bu barədə heç bir şikayəti və tələbi yoxdur. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İşdə olan, Azərbaycan Respublikası ƏN-nin MEM-nin X14 tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 16 fevral 2025-ci il tarixli, 19/62 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi -1,358 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X5 Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2025-ci il tarixli, 140 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə isitfadə halları istisna olunmayır. Asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materaillarında olan Lənkəran Ağır Məhkəməsinin 24 aprel 2013-cü il tarixli, 1(089)-70/2013 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materaillarında olan Qaradağ Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 7(002)-1437/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 02 (iki) ay 18 (on səkkiz) gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. İş materaillarında olan Cəlilabad RPŞ-dən daxil olan 17 mart 2025-ci il tarixli raportdan görünür ki, X3 aşkar edilərək götürülmüş psixotrop maddənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cinayət iş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs Cəlilabad RPŞ-nin əməliyyaçıları tərəfindən döyülərək təhqir olunmasına dair müraciəti barədə Cəlilabad rayon prokurorluğunun 16 oktyabr 2025-ci il tarixdə 167 C-25 saylı araşdırma materialı üzrə Azərbaycan Respublikasının CM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2013-cü il tarixli hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs Ağayev X8 Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Qaradağ Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 7(002)-1437/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 02 (iki) ay 18 (on səkkiz) gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. İş materiallarında olan Cəlilabad rayon İHB-nın Kövüzbulaq kənd İƏDÜ nümayəndəliyindən verilmiş, 12 mart 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Cəlilabad rayonu, Kövüzbulaq kənd sakini Təqsirləndirilən şəxs ailə tərkibi-1983-cü il təvəllüdlü arvadı X7, 2007-ci il təvəllüdlü qızı X18, 2009-cu il təvəllüdlü qızı X17 və 2010cu il təvəllüdlü oğlu X13 ibarət olmaqla yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 61.1.1ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilmişdir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli qərarında hüquqi mövqe kimi qeyd etmişdir ki, əvvəlki cinayətə görə cəzanı çəkmiş, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin yenidən cinayət törətməsi onu göstərir ki, şəxs barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, şəxs təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Buna görə də, ilk dəfə məhkum olunmuş şəxslərə nisbətən residiv hesab olunan cinayətləri törətmiş şəxslər daha təhlükəli hesab edilirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli qərarında isə Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. İş materiallarına əlavə olunmuş, 15 fevral 2025-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2025-ci il tarixdə saat 17:00-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş Cəlilabad Rayon Məhkəməsinin 17 fevral 2025-ci tarixli 4(073)-9/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir, həbsetmənin əvvəli 15 fevral 2025-ci il tarxdən hesablamışdır. Cinayət işinə əlavə olunmuş 13 fevral 2025-ci il tarixli izahatında Təqsirləndirilən şəxs 15 fevral 2025-ci il tarixdə üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini Cəlilabad şəhəri ərazisindən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəni cinayət məsuliyyətindən kənarda qalmağa nail olmaq məqsədi ilə özünü müdafiə xarakteri kimi verilən ifadə olaraq qiymətləndirilərək rədd edilmiş və ifadələrinin həmin hissələri sübut kimi qəbul edilməmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, eləcə də Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilən halları nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 1,258 qram qalan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 180 (bir yüz səksən) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ 41NABZ********************) ödənilsin. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə... HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 8 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin əvvəli 15 fevral 2025-ci ildən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 1,258 qram qalan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 180 (bir yüz səksən) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ 41NABZ********************) keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəyə minir, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar