Məhkəmə qərarları › İş №1(073)-71/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-71/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-71/2023 24.05.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1, Müdafiəçi (vəkil) X5, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx.xx.1990-cı ildə Əfqanıstan İslam Respublikasının Məzari Şərif şəhərində anadan olmuş, Əfqanıstan İslam Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Əfqanıstan İslam Respublikasının Məzari Şərif şəhərində qeydiyyatda olan, həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs1, xx.xx.2004-cü ildəƏfqanıstan İslam Respublikasının Herat şəhərində anadan olmuş, Əfqanıstan İslam Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Əfqanıstan İslam Respublikasının Herat şəhərində qeydiyyatda olan, həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs2, xx.xx.2003-cü ildə Əfqanıstan İslam Respublikasının Qəzni şəhərində anadan olmuş, Əfqanıstan İslam Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Əfqanıstan İslam Respublikasının Herat şəhərində qeydiyyatda olan, həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında,açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Əfqanıstan İslam Respublikası vətəndaşı Rezayi X4 İslam Respublikasının digər vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında yaşamaq məqsədilə 16 dekabr 2022-ci il tarixdə saat 23:55 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsinin Cəlilabad rayonunda yerləşən «N» saylı sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmiş, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən həmin tarixdə qeyd olunan ərazidə saxlanılmışdır. Təqsirləndirilən şəxs Əfqanıstan İslam Respublikası vətəndaşı Fəyyaz X3 İslam Respublikasının digər vətəndaşları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında yaşamaq məqsədilə 16 dekabr 2022-ci il tarixdə saat 23:55 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsinin Cəlilabad rayonunda yerləşən «N» saylı sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmiş, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən həmin tarixdə qeyd olunan ərazidə saxlanılmışdır. Təqsirləndirilən şəxs Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 Əfqanıstan İslam Respublikasının digər vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında yaşamaq məqsədilə 16 dekabr 2022-ci il tarixdə saat 23:55 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsinin Cəlilabad rayonunda yerləşən «N» saylı sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmiş, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən həmin tarixdə qeyd olunan ərazidə saxlanılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamda özünü tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, xx xxxx 1990-cı il tarixdə Əfqanıstan İslam Respublikasının Paktiya şəhərində doğulmuş, sonradan Əfqanıstanın Herat şəhərində yaşamış və təxminən 1 il bundan əvvəl Əfqanıstandan İrana qaçaq yolla keçib Tehran şəhərində yaşamağa başlamış və həm də işləmişdir. Tehranda yaşadığı vaxt ona İranda qanunsuz yaşadığına görə onu məsuliyyətə cəlb etməyəcəklərini, lakin onu öz ölkəsinə deportasiya edəcəklərini bildirmişlər. O, Əfqanıstana qayıtmaq istəməmiş, Əfqanıstanda yaşamaq istəmədiyinə görə İrana qaçaq yolla getmiş, Əfqanıstan onsuz da kasıb və həmişə problemlərlə yadda qalan ölkə olmuş, 2021-ci ildə "Taliban" hərəkatı hakimiyyətə gəldikdən sonra qüvvəyə minən qanunlar ölkənin siyasi, sosial və iqtisadi vəziyyətini daha da ağırlaşdırmış, insanların problemləri çoxalmış, xüsusən maddi vəziyyətləri minimum səviyyəyə enmiş, digər Əfqanıstan vətəndaşları kimi o da dolanışığında çətinliklərlə üzləşmiş, bu səbəbdən ölkəni tərk etmək və nisbətən sadaladığı problemlərin daha az olduğu ölkədə yaşamaq istəmişdir. İranda da olarkən Əfqanıstana deportasiya olunacağından qorxduğu üçün məcbur qalıb bu ölkəni də tərk etmək qərarına gəlmişdir. Tehranda fəhlə kimi fəaliyyət göstərmiş, fəhlə işlədiyi evdə adını xatırlamadığı bir nəfər iranlıdan bu barədə nə edə biləciyini soruşmuş, sonuncu ona bir nəfər tanışının olduğunu bildirmiş və həmin şəxslə onları tanış etmişdir. Həmin şəxsin adını bilməmiş və həmin şəxs onu qanunsuz yolla ölkə sərhədini keçməklə İrandan Azərbaycana apara biləcəyini demişdir. Bunun müqabilində həmin şəxs ondan Azərbaycan Respublikasının pul vahidi ilə 1800 manat pul istəmiş, həmin məbləğlə razılaşmış və pulu ona vermişdir. Həmin razılaşma təxminən 2022-ci ilin dekabr ayının əvvəlləri olmuşdur. 5 dekabr 2022-ci il tarixdə o, həmin şəxslə əlaqə saxlamış, Tehranda onunla görüşmüş və onun idarə etdiyi "Peugeot" markalı avtomobilə oturmuşdur. Maşına oturanda 1 nəfər başqa şəxsin də olduğunu görmüş, iranlı şəxs ona demişdir ki, bu şəxs və daha 1 nəfər Əfqanıstan vətəndaşı da onlarla Azərbaycana qanunsuz yolla gedəcəklər. Bir qədər gözlədikdən sonra həmin 1 nəfər şəxs də gəlib maşına oturmuş və onlar Tehrandan Azərbaycan sərhədinə doğru yola çıxmışlar. Həmin gün axşam saatlarında Azərbaycan sərhədinə çatmışlar və gecəni oteldə gecələmişlər. 16 dekabr 2022-ci il tarixdə saat təxminən 22:30 radələrində bir nəfər başqa iranlı şəxs də onların yanına gəlmiş və onlar sonuncu ilə birlikdə Azərbaycan sərhədinə doğru getmişlər. O, həmin iranlı şəxslərin adlarını, onların mobil nömrələrini bilməmiş, onlar təxminən 1 saatdan bir az çox yol qət etdikdən sonra həmin şəxslər sərhəd çəpərini aralamışlar və onlar həmin çəpərdən keçmişlər. Bir qədər də irəlilədikdən sonra iranlı şəxslər artıq Azərbaycan Respublikasının ərazisində olduqlarını bildirmişlər. Həmin iranlı şəxslər öz aralarında fars dilində danışmamışlar, çünki fars dilində danışsaydılar onlar həmin şəxsləri başa düşərdilər, onlar həmin şəxslərdən soruşanda sonuncular Azərbaycan dilində danışdıqlarını bildirmişlər. Bundan sonra həmin şəxslər onlara istiqamət verərək, həmin istiqamətdə getmələrini bildirmişlər, özləri isə İran istiqamətində geri qayıtmışlar. Təxminən 2 saata yaxın onlar ərazidə qalmış, birdən Azərbaycan əsgəri onlara ucadan nəsə qışqırmış və onlar yerində dayanmışlar. Sonra onlar saxlanılaraq hərbi hissəyə gətirilmişlər. Onlara bu işdə yalnız iranlı həmin 2 şəxs köməklik etmiş, Azərbaycan ərazisində onları hər hansı şəxs qarşılamalı olmamış, bu barədə onlar heç kəslə əlaqə saxlamalı olmamış, nə də həmin iranlılar onlara heç kəslə əlaqə saxlamağı tapşırmamışlar. Həmin şəxslər onlara demişlər ki, Azərbaycan Respublikasının ərazisinə qədər onları aparacaqlar. Sərhədi qanunsuz keçdikdən sonra isə onlar özləri bir yolla Bakı şəhərinə getməli imişlər. Hazırda əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamda özünü tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2004-cü il tarixdə Əfqanıstan İslam Respublikasının Herat şəhərində doğulmuş və yaşamış, təxminən 6 ay bundan əvvəl Əfqanıstandan İrana qaçaq yolla keçib Tehran şəhərində yaşamağa başlamış, orada həm yaşamış, həm də işləmişdir. Ona demişlər ki, İranda qanunsuz yaşadığına görə onu məsuliyyətə cəlb etməyəcəklər, öz ölkəsinə deportasiya edəcəklər. O, Əfqanıstana qayıtmaq istəməmiş, Əfqanıstanda yaşamaq istəmədiyinə görə İrana qaçaq yolla getmiş, Əfqanıstan onsuz da kasıb və həmişə problemlərlə yadda qalan ölkə olmuş, 2021-ci ildə "Taliban" hərəkatı hakimiyyətə gəldikdən sonra qüvvəyə minən qanunlar ölkənin siyasi, sosial və iqtisadi vəziyyətini daha da ağırlaşdırmış, insanların problemləri çoxalmış, xüsusən maddi vəziyyətləri minimum səviyyəyə enmiş, digər Əfqanıstan vətəndaşları kimi o da dolanışığında çətinliklərlə üzləşmiş, bu səbəbdən ölkəni tərk etmək və nisbətən sadaladığı problemlərin daha az olduğu ölkədə yaşamaq istəmiş, İranda da olarkən Əfqanıstana deportasiya olunacağından qorxduğu üçün məcbur qalıb bu ölkəni də tərk etmək qərarına gəlmişdir. Tehranda fəhlə kimi fəaliyyət göstərmiş, fəhlə işlədiyi evdə adını xatırlamadığı bir nəfər iranlıdan bu barədə nə edə biləciyini soruşmuş, sonuncu da ona bir nəfər tanışının olduğunu bildirmiş və iranlı həmin şəxs onları tanış etmişdir. Həmin şəxsin də adını bilməmiş, həmin şəxs onu qanunsuz yolla ölkə sərhədini keçməklə İrandan Azərbaycana apara biləcəyini demişdir. Bunun müqabilində ondan Azərbaycan Respublikasının pul vahidi ilə 1800 manat pul istəmiş, həmin məbləğlə razılaşmış və pulu ona vermişdir. Həmin razılaşma təxminən 2022-ci ilin dekabr ayının əvvəlləri olmuş, 15 dekabr 2022-ci il tarixdə o, həmin şəxslə əlaqə saxlamış, Tehranda onunla görüşmüş və onun idarə etdiyi "Peugeot" markalı avtomobilə oturmuşdur. Həmin vaxt maşında ondan başqa 2 nəfər də şəxs olmuş, həmin şəxsləri əvvəllər tanımamış, maşına oturandan sonra ona məlum olmuşdur ki, həmin şəxslər də onun kimi Əfqanıstan vətəndaşıdırlar, onun kimi qaçaq yolla İrana gəliblər və onun kimi İrandan qaçaq yolla Azərbaycana gedib orada yaşamaq istəyirlər. Bundan sonra onlar Tehrandan Azərbaycan sərhədinə doğru yola çıxmışlar. Həmin gün axşam saatlarında Azərbaycan sərhədinə çatmışlar və gecəni oteldə gecələmişlər. 16 dekabr 2022-ci il tarixdə saat təxminən 22:30 radələrində bir nəfər başqa iranlı şəxs də onların yanına gəlmiş və onlar sonuncu ilə birlikdə Azərbaycan sərhədinə doğru getmişlər. O, həmin iranlı şəxslərin adlarını, onların mobil nömrələrini bilməmiş, onlar təxminən 1 saatdan bir az çox yol qət etdikdən sonra həmin şəxslər sərhəd çəpərini aralamışlar, onlar həmin çəpərdən keçmişlər, bir qədər də irəlilədikdən sonra iranlı şəxslər onlara bildirmişlər ki, onlar artıq Azərbaycan Respublikasının ərazisindədirlər. Həmin iranlı şəxslər öz aralarında fars dilində danışmamışlar, çünki fars dilində danışsaydılar onlar həmin şəxsləri başa düşərdilər, onlar həmin şəxslərdən soruşanda sonuncular Azərbaycan dilində danışdıqlarını bildirmişlər. Bundan sonra həmin şəxslər onlara istiqamət verərək, həmin istiqamətdə getmələrini bildirmişlər, özləri isə İran istiqamətində geri qayıtmışlar. Təxminən 2 saata yaxın onlar ərazidə qalmış, birdən Azərbaycan əsgəri onlara ucadan nəsə qışqırmış və onlar yerində dayanmışlar. Sonra onlar saxlanılaraq hərbi hissəyə gətirilmişlər. Onlara bu işdə yalnız iranlı həmin 2 nəfər şəxs köməklik etmiş, Azərbaycan ərazisində onları hər hansı şəxs qarşılamalı olmamış, bu barədə onlar heç kəslə əlaqə saxlamalı olmamış, nə də həmin iranlılar onlara heç kəslə əlaqə saxlamağı tapşırmamışlar. Həmin şəxslər onlara demişlər ki, Azərbaycan Respublikasının ərazisinə qədər onları aparacaqlar. Sərhədi qanunsuz keçdikdən sonra isə onlar özləri bir yolla Bakı şəhərinə getməli imişlər. Hazırda əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 elan olunmuş ittihamda özünü tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, 25 aprel 2003-cü il tarixdə Əfqanıstan İslam Respublikasının Qəzni şəhərində doğulmuş, lakin hazırda X10 şəhərində yaşamış, təxminən 1 il bundan əvvəl Əfqanıstandan İrana qaçaq yolla keçib Tehran şəhərində yaşamağa başlamış, orada həm yaşamış, həm də işləmişdir. Ona demişlər ki, İranda qanunsuz yaşadığına görə onu məsuliyyətə cəlb etməyəcəklər, öz ölkəsinə deportasiya edəcəklər. O, Əfqanıstana qayıtmaq istəməmiş, Əfqanıstanda yaşamaq istəmədiyinə görə İrana qaçaq yolla getmiş, Əfqanıstan onsuz da kasıb və həmişə problemlərlə yadda qalan ölkə olmuş, 2021-ci ildə "Taliban" hərəkatı hakimiyyətə gəldikdən sonra qüvvəyə minən qanunlar ölkənin siyasi, sosial və iqtisadi vəziyyətini daha da ağırlaşdırmış, insanların problemləri çoxalmış, xüsusən maddi vəziyyətləri minimum səviyyəyə enmiş, digər Əfqanıstan vətəndaşları kimi o da dolanışığında çətinliklərlə üzləşmiş, bu səbəbdən ölkəni tərk etmək və nisbətən sadaladığı problemlərin daha az olduğu ölkədə yaşamaq istəmiş, İranda da olarkən Əfqanıstana deportasiya olunacağından qorxduğu üçün məcbur qalıb bu ölkəni də tərk etmək qərarına gəlmişdir. Tehranda fəhlə kimi fəaliyyət göstərmiş, fəhlə işlədiyi evdə adını xatırlamadığı bir nəfər iranlıdan bu barədə nə edə biləciyini soruşmuş, sonuncu ona demişdir ki, onun bir nəfər tanışı var, iranlı həmin şəxs onları tanış etmiş, həmin şəxsin də adını bilməmiş, həmin şəxs onu qanunsuz yolla ölkə sərhədini keçməklə İrandan Azərbaycana apara biləcəyini demiişdir. Bunun müqabilində ondan Azərbaycan Respublikasının pul vahidi ilə 1800 manat pul istəmiş, həmin məbləğlə razılaşmış və pulu ona vermiş, bu razılaşma 2022-ci ilin dekabr ayının təxminən əvvəlləri olmuşdur. 15 dekabr 2022-ci il tarixdə o, həmin şəxslə əlaqə saxlamış, Tehranda onunla görüşmüş və onun idarə etdiyi "Peugeot" markalı avtomobilə oturmuş, sonuncu ona daha 2 nəfər Əfqanıstan vətəndaşının da onlarla Azərbaycana qanunsuz yolla gedəcəklərini demiişdir. Bir qədər gözlədikdən sonra həmin 2 nəfər şəxs də gəlib maşına oturmuş və onlar Tehrandan Azərbaycan sərhədinə doğru yola çıxmışlar. Həmin gün axşam saatlarında Azərbaycan sərhədinə çatmışlar və gecəni oteldə gecələmişlər. 16 dekabr 2022-ci il tarixdə saat 22:30 radələrində bir nəfər başqa iranlı şəxs də onların yanına gəlmiş və onlar sonuncu ilə birlikdə Azərbaycan sərhədinə doğru getmişlər. O, həmin iranlı şəxslərin adlarını, onların mobil nömrələrini bilməmiş, onlar təxminən 1 saatdan bir az çox yol qət etdikdən sonra həmin şəxslər sərhəd çəpərini aralamışlar, onlar həmin çəpərdən keçmişlər, bir qədər də irəlilədikdən sonra iranlı şəxslər onlara bildirmişlər ki, onlar artıq Azərbaycan Respublikasının ərazisindədirlər. Həmin iranlı şəxslər öz aralarında fars dilində danışmamışlar, çünki fars dilində danışsaydılar onlar həmin şəxsləri başa düşərdilər, onlar həmin şəxslərdən soruşanda sonuncular Azərbaycan dilində danışdıqlarını bildirmişlər. Bundan sonra həmin şəxslər onlara istiqamət verərək həmin istiqamətdə getmələrini bildirmişlər, özləri isə İran istiqamətində geri qayıtmışlar. Təxminən 2 saata yaxın onlar ərazidə qalmış, birdən Azərbaycan əsgəri onlara ucadan nəsə qışqırmış və onlar yerində dayanmışlar. Sonra onlar saxlanılaraq hərbi hissəyə gətirilmişlər. Onlara bu işdə yalnız iranlı həmin 2 nəfər şəxs köməklik etmiş, Azərbaycan ərazisində onları hər hansı şəxs qarşılamalı olmamış, bu barədə onlar heç kəslə əlaqə saxlamalı olmamış, nə də həmin iranlılar onlara heç kəslə əlaqə saxlamağı tapşırmamışlar. Həmin şəxslər onlara demişlər ki, Azərbaycan Respublikasının ərazisinə qədər onları aparacaqlar. Sərhədi qanunsuz keçdikdən sonra isə onlar özləri bir yolla Bakı şəhərinə getməli imişlər. Hazırda əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə onlara elan edilmiş ittihamda özlərini təqsirli bilməsi ilə yanaşı onlara elan edilmiş ittiham aşağıdakı sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş DSX SQ «N» nömrəli hərbi hissənin Dövlət sərhədinin mühafizə bölməsinin rəisi vəzifəsində xidmət edən, mayor Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2005-ci il tarixdə SHXÇDX-nin Şahbuz rayon şöbəsindən müddətsiz həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.2022-ci il tarixdə saat 23:55 radələrində «N» saylı sərhəd zastavasının “Növbətçi operator” xidmətinə təyin olunmuş əsgər Əsgər Bəydiyev ona yaxınlaşaraq İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikası istiqamətinə 3 nəfər şübhəli şəxsin hərəkət etməsini müşahidə etdiyini bildirmiş, sərhəd zastavası onun tərəfindən “Silaha” komandasına qaldırılaq əraziyə doğru hərəkət etmiş, özü "Həyəcan" qrupunun başçısı olmuş və “Həyəcan” qrupu əraziyə çatdıqdan sonra ərazidə axtarış aparmağa başlamışlar. Ərazidə axtarış zamanı saat 02:05 radələrində «N» saylı sərhəd zastavasının 6-cı sahəsində 3 nəfər şübhəli şəxs saxlanılmış, saxlanılan zaman həmin şəxslər özlərini Əfqanıstan islam Respublikası vətəndaşı kimi təqdim etmiş və dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə keçdiklərini bildirmişlər. O, xidmətdə olan zaman həmin şəxslərdən başqa ərazidə hər hansı şübhəli şəxsin olmasını müşahidə etməmiş, həmin şəxsləri saxlayan zaman onlara qarşı zor tətbiq etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş DSX SQ «N» saylı hərbi hissənin 2-ci sərhəd komendantlığının komendantı vəzifəsində xidmət edən, mayor Şahid4 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DSX SQ «N» saylı hərbi hissənin 7-ci sərhəd zastavasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə SHXÇDX-nin Xəzər rayon şöbəsindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.2022-ci il, saat 18:00-dan N dekabr 2022-ci il, saat 06:00-dək «N» saylı sərhəd zastavasının “Növbətçi operator” xidmətinə təyin olunmuşdur. Müvafiq əmr və təlimat aldıqdan sonra xidməti otağa daxil olmuş və videokameralar vasitəsi ilə ərazini müşahidə etmişdir. Xidmət zamanı xx.xx.2022-ci il tarixdə saat 23:55 radələrində 6-cı sahə istiqamətində İİR-dan AR istiqamətinə 3 nəfər şübhəli şəxsin hərəkətini müşahidə etmiş, dərhal bu barədə mayor Şahid1 məlumat vermiş, sərhəd zastavası “Silaha” komandasına qalxaraq əraziyə doğru hərəkət etmişlər. Ərazidə axtarış zamanı saat 02:05 radələrində 3 nəfər şübhəli şəxs 6-cı sahədə saxlanılmış və sərhəd zastavasına gətirilmişdir. O, xidmətdə olan zaman həmin şəxslərdən başqa ərazidə hər hansı başqa şübhəli şəxsin olmasını müşahidə etməmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş həmin hərbi hissənin «N» saylı sərhəd zastavasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının «N» saylı hərbi hissənin komandirinin N dekabr 2022-ci il tarixli, 16/4285 nömrəli məktubundan görünür ki, 16 dekabr 2022-ci il tarixdə saat 18:00-dan N dekabr 2022-ci il tarixə saat 06:00-dək 7-ci sərhəd zastavasında “Növbətçi operator” xidmətinə təyin ounmuş sərhəd naryadı saat 23:55-də 7-ci sərhəd zastavasının 6-cı sahəsi istiqamətində "PTZ" tipli kamera vasitəsi ilə 3 nəfər şəxsin İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikası istiqamətinə keçməsini müşahidə etmiş və sərhəd zastavasının şəxsi heyəti “Silaha” komandasına qaldırılmışdır. Sərhəd dəstəsinin və sərhəd zastavasının şəxsi heyəti tərəfindən ərazidə axtarış aparılan zaman 6-cı sahə istiqamətində dövlət sərhəd xəttindən 40 metr aralı, mühəndis texniki çəpərindən 1000 metr içəridə 3 nəfər şəxs saxlanılaraq sərhəd zastavasına gətirilmişdir. İlkin sorğu zamanı saxlanılan şəxslər özlərini Əfqanıstan Respublikası vətəndaşları 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1, 2003-cü il təvəllüdlü X11 və 2004-cü il təvəllüdlü X2 təqdim etmişlər. İşdə olan N dekabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış yeri «N» saylı hərbi hissənin Cəlilabad rayonu Dələli kəndində ərazisində yerləşən 7-ci sərhəd zastavasının 6-cı sahəsidir. 7-ci sərhəd zastavasında Azərbaycan Respublikası istiqamətində Cəlilabad rayonunun Dələli kəndi yerləşir, 7-ci sərhəd zastavasından Cəlilabad rayonu Dələli kəndinə qədər olan məsafə 300 metrdir, X15 istiqamətində İran İslam Respublikasının Biləsuvar şəhərinin Dəmirçi kəndi yerləşir, oraya qədər olan məsafə 250 metrdir. 7-ci şərhəd zastavasından 6-cı sahəyə qədər olan məsafə 2500 metrdir. 6-cı sahədən dövlət sərhəd xəttinə qədər olan məsafə 2000 metrdir. 6-cı sahədə dövlət sərhəd xəttinə, sərhədboyu zolağa və mühəndis texniki çəpərinə baxış keçirilən zaman əyilmənin olması müşahidə olunmamış, nəzarət iz zolağına baxış keçirilən zaman hər hansı iz aşkar olunmamışdır. İş materiallarından olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistika və İnformasiya İdarəsi tərəfindən icra edilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. Bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduqları cinayət əməlində təqsirləri tam sübuta yetirilmiş, özlərinin etirafı, şahidlərin ifadələri və işin digər materialları ilə də tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 318.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və onlar, həmin maddə ilə də təqsirli bilinib cəzalanmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi cinayəti etiraf edib səmimi peşmançılıq çəkmələrini onların cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(009)- 563/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli N dekabr 2022-ci ildən hesablanmışdır. İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(009)- 564/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli N dekabr 2022-ci ildən hesablanmışdır. İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(009)- 565/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli N dekabr 2022-ci ildən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Cəza məsələsini müzakirə edərək məhkəmə Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onların barəsində Azərbaycan Respublikasının CM-nin 318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və cəzasını çəkdikdən sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349,351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli N dekabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 ona təyin olunmuş cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli N dekabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 ona təyin olunmuş cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli N dekabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs3 ona təyin olunmuş cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətinə Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar