Məhkəmə qərarları › İş №1(073)-74/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-74/2024

05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-74/2024 05.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Müdafiəçi iştirakı ilə xx xxxx 1937-ci ildə Cəlilabad rayonu İncilli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu Uzuntəpə kəndində qeydiyyatda olaraq yaşamış, 18 may 2024-cü ildə Cəlilabad rayonu Uzuntəp kəndində ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 dekabr 2023-cü il tarixdə, saat 17:52 radələrində qanuni əsaslarla idarə etdiyi “VAZ-21214” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cəlilabad rayonu, Uzuntəpə kəndi ərazisində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib Cəlilabad rayonu, Uzuntəpə kəndindən Cəlilabad şəhəri istiqamətində Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan sonuncunun ağır qapalı kəllə-beyin travması, baş beyin toxumasına yayılmış qansızma, baş beyin toxumasının ağır dərəcəli əzilməsi, alın, burun, sağ yanaq, sağ çiyin qurşağı, sol kürək, sağ kürəkaltı, sağ bud-çanaq oynağı, sağ bud, hər iki baldır, sol diz oynağı və sol əl nahiyəsində sıyrıqlar, sol çanaq və sol baldır sümüklərinin qapalı sınığın əmələ gəlməsi ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malik bədən xəsarətləri alaraq ağır qapalı kəllə-beyin travması nəticəsində əmələ gələn baş beyin toxu masına yayılmış qansızma və baş beyin toxumasının ağır dərəcəli əzilməsi nəticəsində hadisə yerində ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş, həmin qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni hadisə barəsində müvafiq orqanlara xəbər verməli və xəsarət alana yardım göstərməli, şahidlərin iştirakı ilə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması üçün mümkün olan bütün tədbirləri görməli olduğu halda, bunlara əməl etməyib yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Təqsirləndirilən şəxs 28 mart 2024-cü il tarixli məhkəmə baxış iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, qanuni əsaslarla idarə etdiyi “VAZ-21214" markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobil Şahid3 adınadır, etibarnamə əsasında avtomobili idarə edir və avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi vardır. 16 dekabr 2023-cü il tarixdə saat 17:45 radələrində yaşadığı evdən özünə məxsus avtomobillə çıxaraq Cəlilabad rayon dairəsi istiqamətində hərəkətə başlamışdır. Saat 17:52 radələrində Uzuntəpə kəndində yolun sağ tərəfi ilə öz yolu ilə təxminən 50 km/saat sürətlə hərəkətdə olan zaman bir nəfər yolun sağından sol istiqamətinə keçmək istəyən vaxt ona yol vermiş və hərəkətə davam etmişdir. Həmin vaxt o, taqqıltı səsi eşitdiyinə görə Cəlilabad rayonu dairəsindən təxminən 15 dəqiqə müddətində geri qayıtmış, geri qayıdan zaman hadisə yerində heç kimi görməmişdir. Həmin vaxt hava qaranlıq olmuşdur. Sonra avtomobili hərəkətə gətirib evə getmişdir. Evə getdikdən sonra polis əməkdaşları onun yaşadığı ünvana gəlmiş, onu izahat vermək üçün RPŞ-nə dəvət etmişlər. O, sonradan yol nəqliyyat hadisəsi törətdiyini bilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Onların ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən bu halları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun arvadıdır. 16 dekabr 2023-cü il tarixdə axşam saatlarında məsciddə namaz qılan zaman onun mobil telefonuna zəng gəlmiş və yoldaşının piyada hərəkətdə olan zaman avtomobillə vurulduğunu öyrənmişdir. Sonra Mərkəzi xəstəxanaya gedib hadisə barəsində maraqlandıqda arvadı Zərərçəkmiş şəxs yolnəqliyyat hadisəsi nəticəsində vəfat etdiyini öyrənmişdir. Hadisə 16 dekabr 2023-cü il tarixdə, saat 17:52 radələrində Cəlilabad rayonu, Uzuntəpə kəndində baş vermişdir. Arvadı Zərərçəkmiş şəxs piyada Uzuntəpə kəndi ərazisində yolun sağ tərəfindən sol tərəfinə keçmək istəyərkən “VAZ-21214” markalı 10 RS-442 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən vurulmuşdur. Hadisəni görmədiyi üçün hadisə barədə başqa məlumatı yoxdur. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbim yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 notarial qaydada təsdiq edilmiş ərizəsini də məhkəməyə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, 16 dekabr 2023-cü il tarixdə saat 17:45 radələrində özünə məxsus avtomobillə kənddən çıxıb rayona gələrkən “Almarket”ə çatmamış əks yolda sıxlıq olduğunu görmüşdür. Əvvəl də orada bir neçə hadisə olmuşdur. Ora çatanda yolun kənarında meyvə satan Muradın “ay bibi”-deyərək qaçdığını, yolun ortasında qara rəngli nəsə olduğunu görmüşdür. Lakin hava qaranlıq olduğu üçün onun insan olduğunu seçə bilməmişdir. O, avtomobili saxlayaraq yerə düşüb, yaxınlaşan zaman bir nəfər qadının yerə huşsuz vəziyyətdə uzandığını görmüşdür. Həmin qadını avtomobilə əyləşdirib, dərhal Mərkəzi xəstəxanaya aparmışdır. Lakin xəstəni xəstəxanaya aparsalar da, sonradan vəfat etdiyini öyrənmişdir. Sonradan mərhumun Zərərçəkmiş şəxs, hadisəni törədənin isə Təqsirləndirilən şəxs olmasını öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, 16 dekabr 2023-cü il tarixdə axşamüstü küçədə dayanıb söhbət edən zaman səs eşitmiş və həmin tərəfə getmişlər. Orada bir qadını maşın vurduğunu görüb dərhal təcili yardıma zəng vurmuşlar. Həmin vaxt məktəbin direktoru Raqif müəllim hadisə yerinə gəlmiş, onlar piyadanı götürüb avtomobilə əyləşdirərək, dərhal Mərkəzi Xəstəxanaya aparmışlar. Lakin xəstəni Mərkəzi Xəstəxanaya çatdırsalar da, o vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, 16 dekabr 2023-cü il tarixdə axşam üstü evdə məşq edirmiş. Polislər qapını döyüb babası Təqsirləndirilən şəxs evdə olub-olmamasını soruşmuşlar. Həmin vaxt polis əməkdaşları ilə birlikdə babasının yanına getmiş, hadisənin baş verməsindən sonradan xəbəri olmuşdur. Cinayət işinin materiallarında olan, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş sxemdən görünür ki, hadisə Cəlilabad rayonu, Uzuntəpə kəndi ərazisində baş vermişdir. İş materiallarına əlavə edilmiş 16 dekabr 2023-cü il tarixli 390 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törədən zaman ayıq vəziyyətdə olmuşdur. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 26 dekabr 2023-cü il tarixli 45 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki mərhum Zərərçəkmiş şəxs meyitinin xarici və daxili müayinəsi zamanı onda ağır qapalı kəllə-beyin travması, baş beyin toxumasına yayılmış qansızma, baş beyin toxumasının ağır dərəcəli əzilməsi, ahn, burun, sağ yanaq, sağ çiyin qurşağı, sol kürək, sağ kürəkaltı, sağ bud-çanaq oynağı, sağ bud, hər iki baldır, sol diz oynağı və sol əl nahiyəsində sıyrıqlar, sol çanaq və sol baldır sümüklərinin qapalı sınığı müəyyən olunmuşdur. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir, yol nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, törənmə müddəti 16 dekabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə ağır qapalı kəlləbeyin travması nəticəsində əmələ gələn baş beyin toxumasma yayılmış qansızma və baş beyin toxumasının ağır dərəcəli əzilməsi səbəb olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 2- 4 saat əvvəl baş vermişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 fevral 2024-cü il tarixli, 8/100 saylı məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, “VAZ-21214” markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə tövsif edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən 23 may 2024-cü il tarixdə verilmiş AZ-İİ 426568 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 18 may 2024-cü il tarixdə dəqiqləşdirilməmiş kəskin miokard infarkt nəticəsində ölmüşdür. Təqsirləndirilən şəxs ölməsi səbəbindən Cəlilabad Rayon Məhkəməsi tərəfindən onun oğlu X6 atası Təqsirləndirilən şəxs ölməsi ilə əlaqədar olan cinayət işinin icraatına ölmüş atasının hüquqi varisi kimi tanınmasına istəyinin olub-olmamasına dair bildiriş göndərilmişdir. X3 tərəfindən məhkəməyə ölmüş atasının hüquqi varisi kimi tanınmasına istəyi olub-olmamasına dair heç bir müraciət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 106-1.1-ci maddəsinə görə ölmüş təqsirləndirilən şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən şəxsin hüquqi varisi qismində işə cəlb oluna bilər. Həmin Məcəllənin 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan təqsirləndirilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin Məcəllənin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar həmin Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi vaxtdan 20 gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddətdə təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti həmin Məcəllənin 281.1-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət vermək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Həmin Məcəllənin 281.1-ci maddəsinə görə cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın surətləri şübhəli və ya təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, yaxud ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınadək ölmüş şəxsin yaxın qohumlarına göndərilir. Həmin Məcəllənin 282.1-1-ci maddəsinə əsasən həmin Məcəllənin 41.2 və 43.3-1ci maddələrində nəzərdə tutulmuş hallarda ölmüş şəxsin müdafiəçisinin razılığı ilə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar qəbul edildiyi təqdirdə, onun yaxın qohumu həmin qərarın surətini aldığı vaxtdan 10 gün müddətində həmin qərardan şikayət etmək hüququna malikdir. Belə şikayət verildikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar ləğv edilir, cinayət təqibi üzrə icraat təzələnir, şikayət vermiş yaxın qohum ölmüş şəxsin hüquqi varisi qismində tanınır və icraat həmin Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir. Ölmüş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəməyə ərizə təqdim edərək, mərhum Təqsirləndirilən şəxs 18 may 2024-cü il tarixdə ölməsini, odur ki, mərhum Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsinə etirazı olmadığını bildirmişdir. Beləliklə, cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyü üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinə əsasən onun barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 41.2, 39.1.5, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: 18 may 2024-cü ildə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata təqsirləndirilən şəxsin ölməsi ilə əlaqədar (bəraətverici əsaslar olmadan) xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar