Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-74/2025 10.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 11:00 X2 Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 iştirakı ilə 12 mart 2000-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Maqazin küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.3, 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Məktəb küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs1 Tarix oğluna məxsus evdən oğurluq etmək barədə tanışları Şahid2 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 14 mart 2024-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı evin yaxınlığına gəlib işıqların sönmüş vəziyyətdə olmasına görə evdə kiminsə olmadığını ehtimal etdiklərindən sonra ətrafdan heç kimin onları görmədiyinə əmin olaraq, tanınmamaq və iz qoymamaq məqsədilə özləri ilə gətirdikləri göz yerləri kəsilmiş qara rəngli maska-idman papağını və əlcəkləri geyinib, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən Şahid1 hasardan aşaraq evin həyətinə qanunsuz daxil olub küçə darvazasını açdıqdan sonra cinayətkar qrupun digər üzvü Şahid2 ilə birlikdə həyətə qanunsuz daxil olaraq, evdən 3.000 manat nəğd pul oğurlamaq niyyətində olsalar da, Zərərçəkmiş şəxs1 qəflətən evin içərisindən həyətə çıxmasından sonra qorxub oradan uzaqlaşmış, şəxsi iradəsindən asılı olmayan səbəblərə görə törətdiyi cinayəti başa çatdırılmamaqla oğurluğa cəhd etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Cəlilabad rayonu Göytəpə şəhəri Qurtuluş prospektində yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Göytəpə” inşaat mağazasından oğurluq etmək barədə tanışları Şahid3 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 25 avqust 2025-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs2 məxsus inşaat mağazasının yaxınlığına gəlib, kiminsə görmədiyinə əmin olaraq əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən yarana biləcək hər hansı təhlükə barədə xəbərdar etmək məqsədilə onun inşaat mağazasının kənarında gözləməsindən sonra Şahid1 mağazanın arxa hissəsində olan nəfəslikdən mağazaya qanunsuz daxil olub, arxa qapını içəridən açaraq, cinayətkar qrupun digər üzvü Şahid3 də mağazaya daxil olmasına şərait yaratmış, birlikdə piştaxtanın altındakı içərisində 2.100 manat nəğd pul olan üzərində “Nbam” sözü yazılan 1 ədəd 300 manat dəyərində dəmir seyf və seyfin qapısını qırmaq məqsədi ilə mağazadan 1 ədəd 37 manat dəyərində 4 kiloqram çəkidə çəkic (kvalt) götürməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin ümumilikdə 2.437 (iki min dörd yüz otuz yeddi) manat əmlakını talamaqla təkrar oğurlamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli hesab edərək ifadəsində göstərdi ki, o, Şahid2 və Şahid1 tanıyır. Onlarla onun heç bir ədavət və düşmənçiliyi yoxdur. Fəxrəddin adlı şəxsin evindən oğurluq etməyi o, Məhəmmədəmin və Elmara təklif etmişdir. Onların da puldan ehtiyacı olduğu üçün bu təklif onlara maraqlı gəlmiş və bu barədə söhbət etməyə başlamışlar. O, onlara Hövsan qəsəbəsində Fəxrəddin adlı şəxsin evində fəhlə işlədiyini, onun imkanlı biri olduğunu bildirərək, evində çoxlu pul olmasını ehtimal etdiyini qeyd etmişdir. Həmçinin onlara həmin evdən ehtimal kimi təxminən 3.000 manat nəğd pul oğurlaya biləcəklərini bildirmişdir. Onlar da onun təklifini qəbul etmiş və plan qurmuşlar. Onlar plana uyğun olaraq 13 mart 2024-cü il tarixdə Bakı şəhərinin 20 Yanvar ərazisindən xatırlamadığı mağazadan 3 ədəd qara rəngli gözləri kəsik maska və 3 cüt qara rəngli əlcək almışlar. 14 mart 2024-cü il tarixdə gecə saat 03 radələrində üçü birlikdə oğurluq edəcəkləri Hövsan qəsəbəsində yerləşən evə yollanmışlar. Evin işıqları yanmadığı üçün içərisində heç kimin olmadığını ehtimal etmişlər. Həmin vaxtı Elmar evin hasarından qalxmış və həyətə tullanmışdır. Həyətə düşdükdən sonra küçənin qapısını açmışdır. O və Məhəmmədəmin həyətə girən zaman hər üçünün üzündə maska, əlində əlcək olmuşdur. Onlar həyətdə olanda artıq ev sahibi evin içərisindən giriş qapısını açıb həyətə çıxmışdır. Onlar ev sahibinin evdən çölə çıxdığını gördükdə dərhal qapıdan qaçaraq küçəyə çıxmışlar. Çünki evdə adam olduğunu gözləməmişlər. Onlar naməlum istiqamətdə qaçmışlar və üzlərində olan maskaları, əllərində olan əlcəkləri çıxarıb xatırlamadığı yerə tullamışlar. Onlar qorxduqlarına görə boşluq olan ərazidə səhərə kimi gözlədikdən sonra hər biri öz evlərinə dağılışmışlar. Şahid3 isə bir neçə ildir ki, tanıyır. Əvvəllər Samir onlarla Bakı şəhərində qonşu olmuşdur. Sonradan isə onlar Cəlilabad rayonuna köçmüşlər. Lakin, onlar Samirlə mütəmadi olaraq əlaqə saxlamışlar. O, Cəlilabad rayonuna köçəndən sonra Zərərçəkmiş şəxs2 məxsus Göytəpə şəhəri ərazisində yerləşən “Göytəpə” inşaat mağazasında fəhlə işləmişdir. Həmin mağazada dəmir seyfi görmüşdür. Onun puldan ehtiyacı olduğu üçün söhbət əsnasında Samirə işlədiyi mağazadan oğurluq etməyi təklif etmişdir. Samirin də maddi problemləri olduğu üçün təklifini qəbul etmişdir. Həmçinin o, ona Elmar adlı dostu ilə birlikdə oğurluq edəcəklərini bildirmişdir. Onlar plana əsasən Elmar və Samirlə birlikdə oğurluq etməliymiş. 22 avqust 2024-cü il tarixdə, saat 23 radələrində Samirlə Elmar Bakı şəhərində görüşərək birlikdə Cəlilabad rayonunun Göytəpə şəhərinə gəlmişlər. Onlar Göytəpə şəhərinə çatandan sonra Elmar ona zəng edərək Göytəpə şəhərində olduqlarını demişdir. Təxminən 1 saatdan sonra o, onların yanına gedərək onlarla görüşmüşdür. O, onları apararaq işlədiyi mağazanı onlara çöldən göstərmişdir. Həmin vaxt mağaza bağlı olmuşdur. O, mağazanın arxa hissəsində olan nəfəsliyi göstərib demişdir ki, həmin nəfəsliyin içəri tərəfindən arxası açıqdır. O özü həmin mağazada işlədiyi üçün qorxduğundan girməyəcəyini, təxminən saat 03 radələrində həmin yerdən içəri girməklərini, içəridə dəmir seyf olduğunu, onu oğurlayacaqlarını bildirmişdir. Həmin gecə Elmar və Samir mağazanın mühafizəçisinin mağazanın həyətində gəzdiyini görüb oradan uzaqlaşmışlar. Bu barədə telefonla ona məlumat vermişlər. Sonra Samir Bakı şəhərinə qayıtmış, Elmar isə Göytəpə şəhərində qalmışdır. 24 avqust 2024-cü il tarixdə Elmar və Samir ona zəng vuraraq Göytəpə şəhərində olduqlarını, onunla görüşmək istədiklərini bildirmişlər. O, gedib onlarla görüşmüşdür. Onlar öz aralarında danışıb razılaşmışlar ki, həmin mağazaya gecə girərlər. Onlar Göytəpə şəhərində gəzib dolanmışlar ki, vaxt keçsin gecə olsun. 25 avqust 2024-dy il tarixdə, gecə saat 03 radələrində hər üçü mağazanın yaxınlığına gəlmişlər. O, onlara çöldə gözləyəcəyini, onların seyfi oğurlayaraq gətirmələrini bildirmişdir. Onlar onun təklifinə razılıq vermişlər. Ona görə də o, kimsə gələrsə məlumat vermək üçün mağazadan xeyli kənarda dayanıb gözləmişdir. Elmarla Samir isə “Göytəpə” inşaat mağazasına tərəf getmişlər. O, bir neçə dəqiqə bələdçilik etdikdən sonra qorxmuş və yaşadığı evə tərəf getmişdir. O, evə getdikdən sonra Elmar ona zəng etmiş və harada olmasını, seyfi çıxartdıqlarını demişdir. O, telefonda ona getdiyini, onun payına düşən pulu kartına göndərmələrini bildirmişdir. Elmarda da onunla razılaşmışdır. Lakin, sonradan ona nə Elmar, nə də Samir heç bir məbləğdə pul göndərməmişlər. Törətdiyi cinayət əməlindən səmimi peşmandır, səhvini etiraf edir və bir daha oğurluq etməyəcəyinə söz verir. Zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir, zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və tələbləri yoxdur. Bunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs istinad edilən cinayətləri törətməsi özünün etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və işin digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı ifadə verərək göstərdi ki, o, bir neçə ildir ki, Cəlilabad rayonu Göytəpə şəhəri Qurtuluş prospektində “Göytəpə” inşaat mağazasını işlədir. Onun iş saatı 07:30-dan 18:30-a kimidir. 24 avqust 2024-cü il tarixdə saat 18:30-da mağazada olan alverin pulunu saymış və 2.100 manat olmasını müəyyən etmişdir. Həmin pulu piştaxtanın altında olan dəmir seyfə qoymuşdur. Sonra mağazanı bağlayaraq evə getmişdir. 25 avqust 2024-cü il tarixdə saat 07:30-da gəlib mağazanı açmışdır. Mağazaya nəzər yetirərkən arxa hissədə olan nəfəsliyin açıq vəziyyətdə olduğunu görmüşdür. Sonra piştaxtanın altında olan seyfin, mağazada satışda olan 1 ədəd çəkicin (kvalt) olmadığını aşkar etmişdir. Bundan sonra mağazadan oğurluq olduğunu başa düşmüş və bu barədə polisə məlumat vermişdir. İçərisində 2.100 manat nəğd pul olan üzərinə “Nbam” sözü yazılan dəmir seyfin qiyməti 300 manat, 4 kiloqramlıq çəkicin (kvalt) qiyməti isə 37 manat olmuşdur. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2.437 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 Tarix oğlu məhkəməyə teleqram göndərərək, üzrlü səbəbdən məhkəməyə gələ bilmədiyini, təqsirli şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və onun iştirakı olmadan məhkəmənin keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Zərərçəkmiş şəxs1 Tarix oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, onun ünvan 3 ünvanda özünə məxsus fərdi yaşayış evi var. Daha əvvəldən yaşadığı evin həyətindən oğurluq hadisəsi olmamışdır. 14 mart 2024-cü il tarixdə, gecə saat 03 radələrində yaşadığı evdə yatan zaman həyətdə səslər gəldiyini yoldaşı ona demişdir. Bundan sonra yuxudan oyanmış və yatdığı otaqdan çıxmışdır. Bu zaman evin qapısının üç nəfər maskalı şəxs tərəfindən zorlandığını görmüşdür. Həmin şəxslər onun evinə oğurluq məqsədilə gəliklərini bilmişdir. Çünki hər üç şəxs maskalı olmuşdur. Həmin şəxslər onu görən kimi qaçmağa başlamışlar. Həmin vaxtı o, onları qorxutmaq üçün dayanın vuracam sizi demişdir. Bundan sonra həmin şəxslər qaçıb həyət qapısından çıxaraq uzaqlaşmışlar. O, həmin vaxtı həyətə baxan zaman heç bir şey oğurluq edilmədiyini görmüşdür. Bundan sonra baş vermiş hadisə ilə bağlı olaraq polisə məlumat vermişdir. Polis əməkdaşları gəlib evində baxış keçirmişlər. Həmin vaxtı yaşadığı evin həyətindən dəmir parçası oğurlandığını bildirsə də, lakin sonradan həmin dəmir parçasını tapmışdır. Onun həyətinə 3 nəfər şəxs daxil olduqda heç bir şey oğurlaya bilməmiş, o, səsə çıxdıqdan sonra həyətdən qaçıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şahid2, Şahid3 və Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır. Onlarla onun heç bir ədavət və düşmənçiliyi yoxdur. O, Məhəmmədəmin və İlkini həmyerlisi kimi tanımışdır. Məhəmmədəmin onun sinif yoldaşı olmuşdur. İlkin onun əmisi oğludur. Samiri isə Məhəmmədəmin vasitəsi ilə tanımışdır. O, işləmək üçün Rusiya Federasiyasına getmişdir. 2023-cü ildə Azərbaycan Respublikasına gəlmişdir. Bura qayıtdıqdan sonra uzun müddət işsiz qalmışdır. Buna görə də onun maddi problemləri olmuşdur. Təqsirləndirilən şəxs ona oğurluq etməyi təklif etmişdir. Həmçinin Təqsirləndirilən şəxs ona onun əmisi oğlu Məhəmmədəminin də onlarla birlikdə oğurluğa gedəcəyini bildirmişdir. Onun da puldan ehtiyacı olduğu üçün bu təklif ona maraqlı gəlmiş və bu barədə söhbət etməyə başlamışlar. Təqsirləndirilən şəxs Hövsan qəsəbəsində Fəxrəddin adlı şəxsin evində fəhlə işlədiyini, onun imkanlı biri olduğunu bildirərək, evində çoxlu pul olmasını ehtimal etdiyini qeyd etmişdir. O, İlki Adiyevin təklifini qəbul etmişdir. Onlar planlarına uyğun olaraq 13 mart 2024-cü il tarixdə Bakı şəhərinin 20 Yanvar ərazisindən xatırlamadığı mağazadan 3 ədəd qara rəngli gözləri kəsik maska və 3 cüt qara rəngli əlcək almışlar. 14 mart 2024-cü il tarixdə, gecə saat 03 radələrində üçü birlikdə oğurluq edəcəkləri Hövsan qəsəbəsində yerləşən evə yollanmışlar. Evin işıqları yanmadığı üçün içərisində heç kimin olmadığını ehtimal etmişlər. Həmin vaxtı o, evin hasarından qalxmış və həyətə tullanmışdır. Həyətə düşdükdən sonra küçənin qapısını açmışdır. Təqsirləndirilən şəxs və Şahid2 həyətə girən zaman hər üçünün üzündə maska, əlində əlcək olmuşdur. Onlar həyətdə olanda artıq ev sahibi evin içərisindən giriş qapısını açıb həyətə çıxmışdır. Onlar ev sahibinin evdən çölə çıxdığını gördükdə dərhal qapıdan qaçaraq küçəyə çıxmışlar. Çünki, evdə adam olduğunu gözləməmişlər. Onlar naməlum istiqamətdə qaçmışlar və üzlərində olan maskaları, əllərində olan əlcəkləri çıxarıb xatırlamadığı yerə tullamışlar. Onlar qorxduqlarına görə boşluq olan ərazidə səhərə kimi gözlədikdən sonra hər biri öz evlərinə getmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ona söhbət əsnasında Cəlilabad rayonundan oğurluq etməyi təklif etmişdir. Onun maddi problemləri olduğu üçün İlkinin təklifini qəbul etmişdir. Onlar planlarına əsasən Samir və İlkinlə birlikdə oğurluq etməliymiş. 22 avqust 2024-cü il tarixdə, saat təxminən 17 radələrində o, Samirə zəng vurmuş və “20 Yanvar” metrostansiyasının yanında görüşmələrini razılaşmışlar. Onlar qeyd edilən yerdə görüşmüşlər və tanımadıqları taksi avtomobili ilə saat 23 radələrində Cəlilabad rayonunun Göytəpə şəhərinə gəlmişlər. Onlar Göytəpə şəhərində taksi avtomobilindən düşəndən sonra o, Təqsirləndirilən şəxs zəng edərək Göytəpə şəhərində olduqlarını demişdir. Təxminən 1 saatdan sonra Təqsirləndirilən şəxs onların yanına gələrək onlarla görüşmüşdür. İlkin onları apararaq işlədiyi mağazanı onlara çöldən göstərmişdir. Həmin vaxt mağaza bağlı olmuşdur. İlkin mağazanın arxa hissəsində olan nəfəsliyi göstərib demişdir ki, həmin nəfəsliyin içəri tərəfindən arxası açıqdır. Təxminən saat 03 radələrində həmin yerdən içəri girmələrini, mağazada içərisində pul olan dəmir seyf olduğunu, onu oğurlayacaqlarını bildirmişdir. Həmin gecə mağazanın mühafizəçisinin mağazanın həyətində gəzdiyini görüb oradan uzaqlaşmışlar. Bu barədə də telefonla İlkinə məlumat vermişlər. Sonra gedib tanımadığı bir kafedə oturmuşlar və səhər açılmışdır. O, Göytəpə şəhərində qalmış, Samir isə qayıdıb Bakı şəhərinə evlərinə getmişdir. 24 avqust 2024-cü il tarixdə Samir ona zəng edib harada olduğunu xəbər almışdır. O, Cəlilabad rayonunda olduğunu deyərək onun da gəlməsini istəmişdir. Samir də ona etiraz etməyərək razılaşmışdır. Samir Bakı şəhərindən saat təxminən 18 radələrində Cəlilabad rayonuna gələrək onunla əlaqə saxlamış və görüşmüşlər. Sonra Təqsirləndirilən şəxs zəng edib Cəlilabad rayonunda olduqlarını demişlər. İlkin gəlib onlarla görüşmüş, sonra isə öz aralarında danışıb razılaşmışlar ki, gecə mağazaya girsinlər. Onlar Göytəpə şəhərində gəzib dolanmışlar ki, vaxt keçsin gecə olsun. Gecə saat 03 radələrində hər üçü mağazanın yaxınlığına gəlmişlər. Təqsirləndirilən şəxs onlara demişdir ki, o, çöldə gözləsin, onlar gedib mağazaya girib seyfi oğurlayıb çıxardıb gətirsinlər. Samirlə o, Təqsirləndirilən şəxs sözünə razılıq vermişlər. Ona görə də Təqsirləndirilən şəxs kimsə gələrsə məlumat vermək üçün mağazadan xeyli kənarda dayanıb gözləmişdir. Samirlə o isə gəlib mağazanın arxa hissəsinə keçmişlər. Onlar ətrafa baxıb heç kimin görmədiyini görmüşlər. Mağazanın nəfəsliyi yuxarıda olduğu üçün o, Samirin çiyninə çıxaraq nəfəslikdən mağazanın içərisinə daxil olmuşdur. Sonra isə o, mağazanın arxa hissəsində olan qapını içəridən açmış, Samir də mağazaya keçmişdir. Sonra mağazanın içərisinə baxarkən dəmir seyfin piştaxtanın altında olduğunu görmüşlər. Seyfin qapısı bağlı olmuşdur. Samir seyfi qucağına götürmüşdür. O isə mağazadan 1 ədəd böyük çəkic götürmüşdür ki, aparıb seyfin qapısını qırsınlar. Onlar mağazanın arxa qapısından çölə çıxıb bir qədər aralandıqdan sonra Təqsirləndirilən şəxs zəng etmiş və harada olmasını, seyfi çıxartdıqlarını demişdir. Təqsirləndirilən şəxs telefonda ona getdiyini, onun payına düşən pulu kartına göndərmələrini bildirmişdir. O da oTəqsirləndirilən şəxslə razılaşmış, sonra onlar seyfi bir qədər aralıda olan çöllük sahəyə aparıb orada seyfi qırmışlar. Seyfin içərisində 2100 manat pul olduğunu görmüşlər. Pulun 1050 manatını o götürmüş, 1050 manatını isə Samir götürmüşdür. İlkin onları gözləmədiyi üçün ona pul göndərməmişlər. Bundan sonra seyf və çəkic orada qalmışdır. Onlar isə Göytəpə şəhərindən tanımadıqları yol maşını ilə Biləsuvar rayonuna gəlmişlər. Oradan isə başqa taksi avtomobili ilə Bakı şəhərinə getmişlər. Bakı şəhərində o, taksi avtomobilindən düşüb öz yaşadığı evə getmişdir. Samir də öz evlərinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Şahid1, Şahid3 və Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır. Təqsirləndirilən şəxs onun əmisi oğludur. Elmar onun Göytəpə şəhərində sinif yoldaşı olmuşdur. Samiri isə Təqsirləndirilən şəxs vasitəsi ilə tanımışdır. Onlarla onun heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təxminən 2024-cü ilin fevral ayında əmisi oğlu Təqsirləndirilən şəxslə söhbət əsnasında maddi problemlərdən danışarkən sonuncu ona oğurluq etməyi təklif etmişdir. Onun da puldan ehtiyacı olduğu üçün bu təklif ona maraqlı gəlmiş və bu barədə söhbət etməyə başlamışlar. Təqsirləndirilən şəxs Hövsan qəsəbəsində Fəxrəddin adlı şəxsin evində fəhlə işlədiyini, onun imkanlı biri olduğunu bildirərək, evində çoxlu pul olmasını ehtimal etdiyini qeyd etmişdir. O, onun təklifini qəbul etmişdir. Həmçinin İlkin evin böyük olduğunu, kömək lazım olacağını, ortaq tanışları olan Elmara da bu barədə təklif edəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs etiraz etməmişdir. Təqsirləndirilən şəxs Elmara bu təklifi edəndə sonuncunun da puldan ehtiyacı olduğu üçün etiraz etməyərək birlikdə oğurluq etməklərinə razılıq vermişdir. Onlar planlarına uyğun olaraq 13 mart 2024-cü il tarixdə Bakı şəhərinin 20 Yanvar ərazisindən xatırlamadığı mağazadan 3 ədəd qara rəngli gözləri kəsik maska və 3 cüt qara rəngli əlcək almışlar. 14 mart 2024-cü il tarixdə, gecə saat 03 radələrində üçü birlikdə oğurluq edəcəkləri Hövsan qəsəbəsində yerləşən evə yollanmışlar. Evin işıqları yanmadığı üçün içərisində heç kimin olmadığını ehtimal etmişlər. Maskaları və əlcəkləri geyinmişlər. Həmin vaxtı Elmar evin hasarından qalxmış və həyətə tullanmışdır. Həyətə düşdükdən sonra küçənin qapısını açmışdır. Onlar həyətdə olanda artıq ev sahibi evin içərisindən çölə çıxmaq üçün evin giriş qapısını açıb həyətə çıxmışdır. Onlar ev sahibinin evdən çölə çıxdığını gördükdə qorxub dərhal qapıdan qaçaraq küçəyə çıxmışlar. Onlar naməlum istiqamətdə qaçmışlar. Həmçinin üzlərində olan maskaları və əllərində olan əlcəkləri çıxarıb xatırlamadığı yerə tullamışlar. Onlar qorxduqlarına görə boşluq olan ərazidə səhərə kimi gözlədikdən sonra hər biri öz evlərinə getmişlər. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona söhbət əsnasında Cəlilabad rayonunda oğurluq etməyi təklif etmişdir. Onun maddi problemləri olduğu üçün onun təklifini qəbul etmişdir. Onlar planlarına əsasən Elmar və İlkinlə birlikdə oğurluq etməliymiş. 22 avqust 2024-cü il tarixdə, saat təxminən 17 radələrində Elmar ona zəng vurmuş və “20 Yanvar” metrostansiyasının yanında görüşmələrini razılaşmışlar. Onlar qeyd edilən yerdə görüşmüşlər. Tanımadıqları taksi avtomobili ilə saat 23 radələrində Cəlilabad rayonunun Göytəpə şəhərinə gəlmişlər. Onlar Göytəpə şəhərində taksi avtomobilindən düşəndən sonra Elmar İlkinə zəng edərək Göytəpə şəhərində olduqlarını demişdir. Təxminən 1 saatdan sonra İlkin onların yanına gələrək onlarla görüşmüşdür. İlkin onları apararaq işlədiyi mağazanı onlara çöldən göstərmişdir. Həmin vaxt mağaza bağlı olmuşdur. İlkin mağazanın arxa hissəsində olan nəfəsliyi göstərib demişdir ki, həmin nəfəsliyin içəri tərəfindən arxası açıqdır. Təxminən saat 03 radələrində həmin yerdən içəri girmələrini, içəridə dəmir seyf olduğunu, onu oğurlayacaqlarını bildirmişdir. Həmin gecə mağazanın mühafizəçisinin mağazanın həyətində gəzdiyini görüb qorxmuş və oradan uzaqlaşmışlar. Bu barədə də telefonla İlkinə məlumat vermişlər. Sonra gedib tanımadığı bir kafedə oturmuşlar və səhər açılmışdır. Elmar Göytəpə şəhərində qalmışdır. O isə qayıdıb Bakı şəhərinə evlərinə getmişdir. 24 avqust 2024-cü il tarixdə o, Elmara zəng edib harada olduğunu xəbər almışdır. Elmar Cəlilabad rayonunda olduğunu deyərək onun da gəlməyini istəmişdir. O da ona etiraz etməyərək razılaşmışdır. O, Bakı şəhərindən saat təxminən 18 radələrində tanımadığı taksi ilə Cəlilabad rayonuna gələrək Elmarla əlaqə saxlamış və görüşmüşlər. Sonra İlkinə zəng edib Cəlilabad rayonunda olduqlarını demişlər. İlkin gəlib onlarla görüşmüşdür. Onlar öz aralarında danışıb razılaşmışlar ki, gecə girərlər mağazaya. Onlar Göytəpə şəhərində gəzib dolanmışlar ki, vaxt keçsin gecə olsun. Gecə saat 03 radələrində hər üçü mağazanın yaxınlığına gəlmişlər. İlkin onlara demişdir ki, “mən gözləyim çöldə, siz gedin girin mağazaya seyfi oğurlayıb çıxardıb gətirin”. Onlar İlkinin sözünə razılıq vermişlər. Ona görə də İlkin kimsə gələrsə məlumat vermək üçün mağazadan xeyli kənarda dayanıb gözləmişdir. Elmarla o isə gəlib mağazanın arxa hissəsinə keçmişlər. Onlar ətrafa baxıb heç kimin görmədiyini görmüşlər. Mağazanın nəfəsliyi yuxarıda olduğu üçün Elmar onun çiyninə çıxaraq nəfəslikdən mağazanın içərisinə daxil olmuşdur. Sonra isə o, mağazanın arxa hissəsində olan qapını içəridən açmış, o da mağazaya keçmişdir. Sonra mağazanın içərisinə baxarkən dəmir seyfin piştaxtanın altında olduğunu görmüşlər. Seyfin qapısı bağlı olmuşdur. O, seyfi qucağına götürmüşdür. Elmar isə mağazadan 1 ədəd böyük çəkic götürmüşdür ki, aparıb seyfin qapısını qırarlar. Onlar mağazanın arxa qapısından çölə çıxıb bir qədər aralandıqdan sonra Elmar İlkinə zəng etmiş və harada olmasını, seyfi çıxartdıqlarını demişdir. İlkin telefonda ona getdiyini, onun payına düşən pulu kartına göndərməklərini bildirmişdir. Onlar da onunla razılaşmışlar. Sonra onlar seyfi bir qədər aralıda olan çöllük sahəyə aparıb orada seyfi qırmışlar. Seyfin içərisində 2100 manat pul olduğunu görmüşlər. Pulun 1050 manatını o, götürmüş, 1050 manatını isə Elmar götürmüşdür. İlkin onları gözləmədiyi üçün ona pul göndərməmişlər. Bundan sonra seyf və çəkic orada qalmışdır. Onlar isə Göytəpə şəhərindən tanımadıqları yol maşını ilə Biləsuvar rayonuna gəlmişlər. Oradan isə başqa taksi avtomobili ilə Bakı şəhərinə getmişlər. Bakı şəhərində o, taksi avtomobilindən düşüb öz yaşadığı evə getmişdir. Elmar da öz evlərinə getmişdir. Cinayət işinə əlavə olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 14 mart 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Zərərçəkmiş şəxs1 Tarix oğluna məxsus Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi, Məktəb küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs1 hadisənin baş verdiyi yeri göstərmişdir. Cinayət işinə əlavə olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 25 avqust 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Zərərçəkmiş şəxs2 məxsus Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş prospektində yerləşən “Göytəpə” inşaat mağazasında baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs2 hadisənin baş verdiyi yeri göstərmişdir. Cinayət işinə əlavə olunmuş avqust 2024-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, 1 ədəd dəmir seyf və 1 ədəd çəkic (kvalt) götürülmüş və baxış keçirilmişdir. Üzərində “Nbam” sözü yäfcılan 1 ədəd dəmir seyf qara rəngdə olmaqla qapısı sınıdırılmış vəziyyətdədir. Çəkic (kvalt) isə 4 kiloqramlıq olmaqla baş hissəsi qara, tutacağı isə narıncı rəngdədir. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi bu cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdır. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və dəymiş ziyanın könüllü olaraq tam ödənilməsi Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarına əlavə olunmuş, 27 avqust 2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2024-cü il tarixdə saat 17:00-da Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 28 avqust 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 avqust 2024-cü il tarixdə saat 18:30-da müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işinə əlavə olunmuş, Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 may 2025-ci il tarixli 1880 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi Maqazin küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində kirayəşin yaşayır. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan üzərində “Nbam’’ sozü yazılan qapısı sınıdırılmış vəziyyətdə 1 ədəd dəmir seyf və 4 kiloqram çəkidə 1 ədəd çəkicin (kvalt) hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə H Ö K M E T D İ: X3 Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X1 hazırkı iş üzrə ibtidai istintaq zamanı 27 avqust 2024-cü il tarixdən 28 avqust 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. X1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X1 üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 22:00-dan saat 07:00-dək yaşadığı Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Maqazin küçəsində yerləşən fərdi yaşayış evini tərk etməmək, Bakı şəhərinin hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan üzərində “Nbam’’ sozü yazılan qapısı sınıdırılmış vəziyyətdə 1 ədəd dəmir seyf və 4 kiloqram çəkidə 1 ədəd çəkicin (kvalt) hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs2 qaytarılsın. Hökmün icrası azadlığın məhdudlaşdırılması cəzasına aid hissədə Bakı şəhər Probasiya İdarəsinə, maddi sübutla bağlı hissədə isə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən. Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-74/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-74/2025
10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver